text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Şərqşünaslıq İnstitutunun kollektivi Aida İmanquliyevanı yad etdi. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanı bir daha ehtiramla anıb. İnstitut əməkdaşları görkəmli alimin anadan olmasının ...
ANL
"Dünyamızın zərrəsiyəm" və "Şairdə sirr olmur" təqdim edildi. Oktyabrın 10-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda AYB-nin üzvü, "Cabir Novruz" Mədəniyyət Fondunun vitse-prezidenti, Siyəzəndə yaşayıb-yaradan şair Nəcməddin Mürvətovun "Şur" nəşriyyatında çap olunan "Dünyamızın zərrəsiyəm" və "Şairdə ...
ANL
Görkəmli kinooperator Arif Nərimanbəyov anıldı. Bugünlərdə Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru, Əməkdar İncəsənət Xadimi Arif Nərimanbəyovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Film Fondunun və Azərbaycan Respublikası Kinematoqrafçılar İttif...
ANL
Gün erkən çağlarında üzümüzə günəş gözüylə gülürdü, düzdü, aradabir günəşin qaynar gözlərini bulud örtükləri oxşayırdı, amma yenə də hava nisbətən isti və yolagələn idi... Şabran rayon İcra Hakimiyyətinin başçısı, həm də özüqələm əhli olan hörmətli Novruz Novruzov (Nəcəfoğlu) qələm dostları olan bizi də - AYB-nin bölmə...
ANL
YENİ ÇALĞI ÜSULUNUN - "HƏMİDVARİ FLOJALET"İN İXTİRASI. TARIN AYAQ ÜSTƏ İFASININ ÜSTÜNLÜKLƏRİ. "Kim görüb barmaqlardan. günəş süzüldüyünü? Kim görüb barmaqlardan. simlərin üzərinə, insanın xəyalına, qəlbinə, gözlərinə - yaqut səpildiyini, inci düzüldüyünü? Elə isə diqqətlə bax. işıqlı səhnəyə sən, xəbər tut dünyamızın. ...
ANL
Sabir Rüstəmxanlının yeni kitabı təqdim olundu. Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Xalq şairi Sabir Rüstəmxanlının "Akademikin son əsəri" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış ziyalılar, ədəbiyyatşünaslar, yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər. Tədbiri...
ANL
Mustafanın söz çəməni. Çəmənli Mustafa mənim üçün müqəddəs, əsrarəngiz, möhtəşəm Qarabağın bir ovuc söz odudur. Gecələrin gözündə, gündüzlərin işığında par-par yanır. Ağdamın külü içində qovrulur. Şuşada Bağrı qan qayasından asılır. Haray Vətən-Vətən deyir. Külli-Qarabağın məlhəmini, harayını sinəsinə çəkib, əllərini İ...
ANL
Aşıq Şəmşir haqqında yeni kitab. QAZİANTEP UNİVERSİTETİNDƏ USTAD AŞIĞIN BÜSTÜ UCALDILDI. Türkiyənin Qaziantep Universitetində çalışan azərbaycanlı professor İlqar İmamverdiyevin hazırladığı "Dədə Şəmşir ifaçılığında ənənəvi saz havaları" kitabı işıq üzü görüb. Universitetin professoru Babək Qurbanovun ön sözü ilə təqdi...
ANL
Türkiyədə azərbaycanlı alimin kitabı nəşr olundu. Qaziantep Universitetində çalışan azərbaycanlı professor Babək Qurbanovun "Estetika terminləri lüğəti" adlı yeni kitabı nəşr olunub. Uzun illərin tədqiqatının nəticəsi olan bu kitabın işıq üzü görməsindən qürur duyduğunu deyən professor B.Qurbanov ensiklopedik nəşrin Qa...
ANL
Öz sözü, öz cığırıyla tanınan Məmməd Namaz. Əlli yeddi ildir ki, bu dünyanın Məmməd Namaz adlı bəndəsi Əlahəzrət Sözün qulluğundadır və bu əlli yeddi ildə Məmməd Namaz Sözün əzabına dözə-dözə gəlib yetmiş beş yaşına çatıb. Tovuzun Əsrik-Cırdaxan kəndində dünyaya göz açan Namazov Məhəmməd Əli oğlu ilk şeirini 1961-ci il...
ANL
Müslüm Eldarovun Günü. Həyatımızın uzunluğunu nə ilə və necə ölçə bilərik? Ömür dəqiqələr, saatlar, illərlə deyil, insanların qəlbində həkk etdiyimiz isti xatirələrlə ölçülür. Sadəcə yaşamaq kifayət etmir, yalnız arzularımız, missiyalarımızın ardınca inamla getmək həyatı mənalı yaşamaqdır. Elə insanlar var ki, onlar öz...
ANL
Azərbaycan ünvanlı Məmməd Araz poeziyası. Xalq şairi Məmməd Araz (1933-2004) Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nə...
ANL
İtaliyaya səfər: keçmişin əks-sədası və gerçəklik. İtaliyaya səfər etmək, onun zəngin tarixi və müasir həyat tərzi ilə böyük fasilədən sonra yenidən tanış olmaq imkanı təklif edildikdə, bu ehtiram nümayişini qəbul etməyə bilməzdim. Səfərə beş nəfərdən ibarət qrupla yollanmalı idik, təəssüf ki, planlaşdırmanın, təşkilat...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş,...
ANL
Əlimərdan bəy Topçubaşov: İstanbul görüşləri. 1918-ci il oktyabrın 30-da Limnos adasındakı (Egey dənizi) Mudros limanında, “Aqamemnon” zirehli gəmisində Birinci Dünya müharibəsini məğlubiyyətlə başa vuran Osmanlı imperatorluğu ilə Müttəfiq dövlətlər (Allies) arasında tarixə Mondros Mütarekesi adı ilə düşən barışıq sazi...
ANL
Əslən Şəkidən olan türk şair baba yurdunda. Bugünlərdə əslən Şəkidən olan türkiyəli şair-publisist Coşqun Qarabulud və xanımı, Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəvətilə Bakıya gəlib. Qonaqlar paytaxtla tanış olub, Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyev və oftalmoloq-alim Zərifə Əliyevanın məzarlarını...
ANL
Parlaq neftçi ömrü. Azərbaycandan çox uzaqlarda - Texas ştatının Qalveston adasında, dünyanın neft mərkəzi sayılan Hyuston yaxınlığında “Ocean Star” maarif və təhsil muzeyi fəaliyyət göstərir. Dünyaca məşhur bu muzeyin Şöhrət zalında Azərbaycanın görkəmli neftçi-alimi Yusif Əliqulu oğlu Səfərovun memorial guşəsi var. P...
ANL
İnsan təbiətin bir parçasıdır. Müasirliyin gətirdiyi ən böyük bəla insanın təbiətdən uzaq düşməsidir. Zaman qabağa getdikcə, zəmanə irəlilədikcə təbiət geri çəkilir sanki. Bu qaydalarla “yaşamaq” istəmir. Ya da sadəcə mümkün deyil belə yaşaması. Təbiətin öz qanunları var. Əlbəttə, artıq çoxdan, lap çoxdan təbiət sadəcə...
ANL
Qapınız həmişə açıq olsun! Qəzetlər də adamlar kimidi. Doğma olan bəzən get-gedə yadlaşır. Təəssüf ki, bizdə çox vaxt bunun birinci tərəfi baş verir; doğmaların yadlaşmağı. Doğulduğu gündən bu günəcən. Mən bu qəzetin beşiyi başında durmasam da, səsini birinci eşidənlərdənəm. Mənim də səsim bu qəzetdən çox eşidilib. Yən...
ANL
Hər gün yaşadığım mənzildən çox da aralı olmayan qəzet-jurnal köşkünə baş çəkirəm. Ömrümün doxsan ilində onlarla povest, oçerk, hekayələrimin, bir çox nəşriyyatlarda dərc edilmiş və on iki seçilmiş (doqquzu roman olan) əsərlərimin ilk carçısı olan “525-ci qəzet”i soruşuram. Üzbəüz dayandığımız satıcı könülsüz çiyinləri...
ANL
II Türk Dünyası Sənədli Filmlər Festivalının rəsmi açılışı oldu. ERKAN ÖZORAL: FESTİVALIN MƏQSƏDİ TÜRK DÜNYASINI BİR-BİRİNƏ DAHA DA YAXINLAŞDIRMAQ, MƏDƏNİ ƏLAQƏLƏRİNİ GÜCLƏNDİRMƏKDİR”. Oktyabrın 14-də Bakıda, Nizami Kino Mərkəzində II Türk Dünyası Sənədli Filmlər Festivalının rəsmi açılış mərasimi olub. Tədbiri giriş s...
ANL
İtmiş yaddaşların kodu - Aşıq Ədalətin ölüm xəbərindən doğan yazı. 1985-ci ilin bir payız axşamı həyat Bakı filarmoniyasının zalında şaman sehrinə bənzər bir ovsunla donmuşdu. Dirilik nişanəsi bircə səhnədə vardı. Bəzən donu açılır, canlanırdı, bəzən də tərpənməz olurdu. Əvvəl-əvvəl heç səmiri belə çıxmırdı, bircə çald...
ANL
Azərbaycanda rusdilli təhsil: problemlər, axtarışlar, çağırışlar... Mövzu ilə bağlı bəzi fikirlərimizi “Azərbaycan müəllimi” qəzetinin 4 iyun 2016-cı il tarixli sayında ifadə etmişdik. Fikrimizcə, bir ildən artıq dövrdə rusdilli təhsil məkanında gedən proseslər, görülən işlər, həyata keçirilən tədbirlər hadisələrin axa...
ANL
Gürcüstanda Azərbaycan ədəbiyyatı bayramı. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin həyata keçirdiyi layihələrin prioritet istiqamətlərindən biri də Azərbaycan ədəbiyyatını xarici ölkələrdə tanıtmaq, təbliğ etmək və bunun sistemli xarakter almasına nail olmaqdır. Sirr deyil ki, ilk baxışda öz ədəbiyyatını dünya are...
ANL
Geosiyasi oyunlarda asimmetrik mübarizənin yeni aləti - həmşinlilər. Yeni minillik cəmiyyətin adi həyatından tutmuş dövlətlər arası münasibətlərədək bütün sahələrdə uzun bir tarixi dövr üçün xarakterik olan əlaqələrdən fərqli, ənənəvi olmayan mübarizə formalarının yaranması ilə səciyyələnir. Bu yeni yanaşma dövlətlər a...
ANL
İmdat Avşarla Türkiyəyə səyahət. İmdat Avşar çağdaş Türkiyənin istedadlı yazıçılarındandır. İmdat Avşar Azərbaycan sevdalısı və ədəbiyyatımızın təbliğatçısıdır. İmdat Avşar bir sıra yaşlı və gənc yazıçılarımızın şeirlərini, hekayələrini, o cümlədən, mənim “Kərəm kimi” sənədli romanımı Türkiyə türkçəsinə uyğunlaşdırıb. ...
ANL
Eldar Nəsiblinin şeir çələngində Litva ləçəkləri. Yeddi il öncə bizi vaxtsız tərk etmiş görkəmli şair, publisist və tərcüməçi Eldar Nəsibli Sibirelin (1952-2010) anadan olmasının 65 illiyi bu yaxınlarda sanballı tədbirlərlə qeyd edildi, onun bu ildönümü münasibətilə "Yazıçı" nəşriyyatı tərəfindən buraxılmış "Seçilmiş ə...
ANL
Tariximizin təkrarsız qəhrəmanlıq səhifələri. 1918-1920-ci illərdəki hadisələr, xüsusən Naxçıvanın yağılardan müdafiə olunması tariximizdə taleyüklü, zəfər dolu səhifələrdir. Bu illərdə hər bir naxçıvanlının hünəri təqdirəlayiqdir. Amma burası da var ki, xalqı başına yığa biləcək hərbçilərin, döyüşçülərin, həyatını onl...
ANL
Şairin xatirəsinə ehtiramla... II "MƏMMƏD ARAZ POEZİYA GÜNÜ"NƏ YEKUN VURULUB. Oktyabrın 14-də II "Məmməd Araz Poeziya günü"nə həsr olunmuş yekun tədbirlər keçirilib. Əvvəlcə Fəxri xiyabanda unudulmaz şairin məzarı ziyarət edilib. Anım mərasimində Məmməd Arazın zəngin şeir dünyası ilə çoxəsrlik poeziya gülüstanımıza mis...
ANL
SABİR SARVAN ŞEİRLƏRİNİN VİZUALLIĞI FONUNDA XATIRLAMA. "Məni kəndimizdə basdırarsınız, Bir az yola yaxın, hənirə yaxın. Bitər qəbrim üstə küskün bənövşə. Gələr qulağıma şırşırı arxın". Allahdan gəlirdi, öncəduyum mələyi pıçıldayırdı qulağına yoxsa? 60 illiyin bir neçə yerdə yüksək səviyyədə, ən başlıcası səmimiyyət ovq...
ANL
Mirzə Ələkbər Sabirin virtual muzeyi təqdim edildi. Oktyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə dahi şairin 155 illiyi münasibətilə "Mirzə Ələkbər Sabir virtual muzeyi" layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimatda ziyalılar, elm və incəsənət nümayəndələri, QHT üz...
ANL
Şəhriyar del Gerani "Ziyalı sözü"nün qonağı oldu. Oktyabrın 14-də Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə həyata keçirdiyi "Ziyalı sözü" layihəsinin növbəti tədbiri təşkil edilib. Layihənin budəfəki qonağı gənc şair Şəhriyar del Gerani olub. Binəqədi rayon Gənclər evindəki görüşdə GTM-in üz...
ANL
Bakıda məşhur İran yazıçısı ilə görüşlər keçirildi. "İRAN KİTAB GÜNLƏRİ" ÇƏRÇİVƏSİNDƏ MUSTAFA MƏSTURUN YENİ ROMANININ TƏQDİMATI OLUB. Oktyabrın 14-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "İran kitab günləri" çərçivəsində məşhur iranlı yazıçı Mustafa Məsturun "Mən sərçə deyiləm" kitabının müzakirəsi və imza mərasimi keç...
ANL
Oktyabrın 13-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin 70 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib. Tədbirdə tanınmış ziyalılar, ədəbiyyat və incəsənət xadimləri, oxucular və media nümayəndələri iştirak ediblər. Yubiley tədbiri yazıçının həyat v...
ANL
Mən bir oxucu, təhsil işçisi və ali məktəb rəhbəri kimi bu qəzeti fəaliyyətə başladığı gündən oxuyuram. Qəzetdə dərc olunan yazılar mövzu rəngarəngliyi, obyektivliyi və elmi-mədəni irsimizin təbliği ilə diqqəti çəkir. "525-ci qəzet" 25 ildir ki, obyektiv informasiyalardan tutmuş aktual ictimai-siyasi məsələləri, ədəbi-...
ANL
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov "525-ci qəzet"in 25 illik yubileyi münasibəti ilə qəzetin Baş redaktoru Rəşad Məcidə təbrik mətktubu göndərib. Məktubun mətnini oxuculara təqdim edirik. Hörmətli Rəşad müəllim! Sizi və "525-ci qəzet"in yaradıcı heyətini 25 illik yubileyiniz mün...
ANL
Tanışlıqlar fərqli olur. Bizim ailədə həmişə ədəbi mövzularda müzakirələr aparılıb. Kiçik yaşlarımda dinləyici, illər keçdikcə artıq iştirakçısı olduğum bu söhbətlərdə ayrı-ayrı müəlliflərin yazdığı şeirlərin misraları, məqalələrin mətləbləri elə geniş, eyni zamanda elə sərt şəkildə təhlil edilirdi ki, kənardan baxan e...
ANL
Demə, daş da kədərdən oxuyarmış. lap quşlar kimi. Bəzən də ağlayarmış. İnsanı vəcdə gətirərmiş. coşqun təlatümləri. yenidən oyadarmış. sönmüş dərləri. Daş ömrü yaşamaq. döydü qapımı kədər. Bu amansız xəbəri. qəlbimə buraxmayım. Alınmadı, kimsə mənə kömək olmadı. Kədər məni. burulğan tək. Qaldım hisslərin ortasında. Tək...
ANL
NƏSİB NƏBİOĞLU: "VALİDEYNLƏRİM BİR ÇIRTMA DA VURMADILAR, AMMA HƏR ADDIMDA HƏYAT MƏNİ QAMÇILADI". Əziz qohumum Nəsib Nəbioğlunun imzasını, özünü lap çoxdan tanısam da, vətəndən uzaqda yaşadığından tez-tez görüşmək imkanım olmayıb. Moskvaya yolum düşmüşdü, fürsəti əldən vermədim, şairlə görüşüb söhbətləşmək, dərdləşmək i...
ANL
Bəhruz Kəngərlinin misilsiz sənətindən boy verən həqiqətlər. Həyatı və yaradıcılığı gələcək nəsillər üçün örnək olan şəxsiyyətlər arasında Azərbaycan rəssamlığına əvəzsiz xidmətlər göstərmiş Bəhruz Kəngərlinin özünəməxsus yeri var. Ümumiyyətlə, bu görkəmli sənətkar Azərbaycan realist rəssamlığının banisi, istedadlı fır...
ANL
Zamanın 25-ci məqamını yaşayır Rəşad Məcidin qəzeti. Doğru deyiblər: baş redaktor mətbu nəşrinin simasıdır. Az qala, müstəqilliyimizin yaşıdı olan bu qəzet milli dəyərlər kontekstində sabit qədəmliyi, dövlətçiliyə sədaqəti ilə mətbu nəşrlər arasında nümunə olub. Sosial-ictimai mündəricəli dolğun publisistik nümunələri,...
ANL
İbtidai təhsil aldığım kənd məktəbinin divarında bir xəritə vardı və bizim - çölün düzündə olan kənd uşaqlarının dünyası həmin xəritədəki ölkələrdən ibarət idi. SSRİ Türkiyənin ən böyük qonşusu olsa da, naməlum (əslində, məlum!) səbəblərdən qardaş ölkələrin, o cümlədən, Azərbaycanın adı bizim xəritələrimizdə yox idi. D...
ANL
Mətbuat hər zaman xalq üçün, dövlət üçün böyük əhəmiyyət kəsb edən bir institut olub və bu gün də olmaqdadır. Bu baxımdan Azərbaycan mətbuatı da hər zaman böyük dəyərini saxlayıb. Bu, yaxşı mənada "mühafizəkarlıq" bizim jurnalistikanın yaradıcılarından, onların ənənələrini davam etdirən, həqiqi mənada jurnalistikanın b...
ANL
Ziyadxan Əliyev "Dünya rəssamlığında miniatür"dən danışdı. TANINMIŞ SƏNƏTŞÜNASIMIZ TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRLİYİNDƏ MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB. Dünən Türkiyənin Azərbaycandakı səfirliyində Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin "Dünya rəssamlığında miniatür sənəti" adlı məruzəsi...
ANL
Xalça Muzeyində yeni sərgilər. Ötən gün Xalça Muzeyində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində "Crossing" (kəsişmə) layihəsinin yekunu kimi, "Uçan xalça" və "Müasir incəsənət xalçalarda" adlı sərgilər açılıb. Layihə üzrə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beş tələbəsi-Fərəc Yusubov, Əsmər Yusu...
ANL
Bakıda ədəbiyyatın təbliği üçün sərgi. Oktyabrın 17-də Xətai Sənət Mərkəzində Müstəqillik gününə həsr olunmuş "Kitabların insan həyatında rolu" adlı sərgi keçirilib. Təsviri və tətbiqi sənətin bütün nominasiyaları üzrə 100-dən çox rəssam qatılan sərgidə ədəbi əsər və şəxsiyyətlərdən, dastan və nağıllardan bəhrələnərək ...
ANL
Vətən sevgisi" - milli musiqişünaslığa sanballı töhfə. TANINMIŞ MUSİQİ TƏDQİQATÇISI SEVİNC RZAYEVANIN MONOQRAFİYASI NƏŞR OLUNUB. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, musiqişünaslıq üzrə fəlsəfə elmləri doktoru Sevinc Rzayevanın "Vasif Adıgözəlov. Vətən sevgisi" monoqrafıyası işıq üzü görüb. "Azərbaycan" nəşriyyatın...
ANL
Bir kitablıq söz. Bugünlərdə "Təhsil" nəşriyyatında nəşr edilmiş kitab belə adlanır: "Bir kitablıq söz". Kitab tanınmış yazıçı, publisist, naşir Mustafa Çəmənlinin 70 illik yubileyi münasibətilə çap edilib. Kitabda yazıçının 1982-ci ildə "Yazıçı" nəşriyyatında nəşr olunmuş "Mənim dünyamın adamları" adlı hekayələr kitab...
ANL
Yarım əsrin sərhədlərini aşan uğurlar. MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİ 50 YAŞINI QÜRUR DOĞURAN GÖSTƏRİCİLƏRLƏ QEYD EDİB. Qurum fəaliyyətinə İçərişəhərdəki Karvansarayda başlayıb. Yarım əsr ərzində səmərəli fəaliyyət göstərən muzeyin əsas məqsədi musiqi irsimizin qorunması olub. Qurum həmçinin, musiqi mədəniyyəti tarix...
ANL
Qarabağ qeydləri: milli savaşımız haqqında "Mənim müharibəm". Tanınmış yazıçı-publisist Nemət Veysəllinin Qarabağ hadisələrindən bəhs edən yeni kitabı "Mənim müharibəm (Gördüklərim, düşündüklərim və ağrılarım)" adlanır. Məlum hadisələr başlayan zaman 50 yaşını adlayan N.Veysəlli könüllü olaraq ordu sıralarına yazılır. ...
ANL
Məlum olduğu kimi, postmodernist ədəbiyyatın bir istiqaməti də intellektuallığı özündə ehtiva edən “professor ədəbiyyatı” qoludur. Həm Umberio Eko, həm də Kamal Abdulla məşhur yazıçı olmaqla yanaşı, həm də ədəbiyyat (həm də dilçilik) səhəsində tanınmış alimlərdir. Boloniya Universitetinin professoru, dilçi-semiotik ali...
ANL
İtaliyaya səfər: keçmişin əks-sədası və gerçəklik. Romalılar sonralar işğal etdikləri ərazilərdə də akveduklar tikirdilər. İspaniyanın Merida şəhərinin kənarında mən b.e.ə. I əsrdəki romalılardan miras qalmış nəhəng akvedukun qalıqlarını görmüşəm, ondan daha möhtəşəm olanı isə ölkənin Seqoviya şəhərindədir. Qədim romal...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş,...
ANL
Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri: Rusiya istiqaməti. Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə və səlahiyyətli naziri kimi Osmanlı paytaxtında olduğu dövrdə (28 sentyabr 1918 - 8 aprel 1919) yalnız türk dövlət və hökumət adamları ilə, türk ictimai-siyasi xadimləri, jurnalist və dip...
ANL
Aprel şəhidləri. Bizi ilk qarşılayan. Aprel şəhidləriydi, Bu Cocuq Mərcanlının. Ən müqəddəs yeriydi. Ayağına gül qoyduq. Şəklinə baş əydik. Daim gənc qalarsınız. Öpəcək qızılgüllər. Əsgər gedən oğullar. Burdan gedər döyüşə. Sevən yaşıdlarınız. Bura gələr görüşə. Gələnlər gedəcəklər. Kimi ucalacaqdı, Kimi qocalacaqdı, K...
ANL
Hərçənd sait səslər üstünlük təşkil etməliydi. Onun keçdiyi həyat yolunun özü səsli, bir qədər də ziqzaqlı olub. Gördüyü işin əvəzində heç nə ummayıb, mümkün olduğu qədər (bəlkə daha artıq!) vətəndaşlıq mövqeyi, hədsiz prinsipiallıq göstərib, hər yerdə doğrunun yanında dayanıb. Azərbaycan reallığında hər zaman bu cür f...
ANL
Erkən realizm dövrü. Azərbaycanın ictimai-siyasi həyatında XVII-XVIII əsrlərdə ciddi dəyişikliklər baş vermişdir. Ölkə ərazilərinin Osmanlı dövlətindən Səfəvi hakimiyyətinə qaytarılması uğrunda aparılan mübarizənin Cəlalilər hərəkatı adlanan ümumxalq hərəkatına çevrilməsi ictimai mühitdə ölkənin müqəddəratı ilə bağlı m...
ANL
Rənglərin qardaşlığı: İzmirdən Bakıya sənət körpüsü. Oktyabrın 17-dən Bakıda Azərbaycan və Türkiyə rəssamlarının iştirakı ilə “Rənglərin qardaşlığı” adlı rəsm sərgisi keçirilir. Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Bakı Yunus Əmrə İnstitutu, İzmir Balçova bələdiyyəsi, Azərbaycan Qardaş...
ANL
“XVI-XVIII əsrlər Azərbaycan naxışları “ sərgidə. Oktyabrın 18-də V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində Milli İncəsənət Muzeyində “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları" adlı xüsusi sərgi açılıb. AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edər...
ANL
Cocuq Mərcanlının cocuqları. Ana vətənin qoynuna qaytarılmış Cocuq Mərcanlya getmək yazıçılarımızın böyük arzusu idi. İllər boyu - atəşkəsdən qabaq da, sonra da - dəfələrlə döyüş bölgələrində, hərbi hissələrdə olmuş, görüşlər keçirmişik. Yazıçılarımızın Müdafiə naziri Zakir Həsənovla çox məhsuldar və vacib görüşündən s...
ANL
Aydın talıbzadədən yeni kitabı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatrşünaslıq kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Aydın Talıbzadənin “Faciə: Janriçi mutasiyalar” adlı kitabının təqdimatı keçirilib. ADMİU-nun “Heydər Əliyev: Mədəniyyət və İncəsənət Məktəbi”ndə keçən təqdima...
ANL
Yarımçıq xatirələr. Min illərin sınağından çıxmış folklorumuz hər şeyi dəqiq deyir. Bütün həyat və yaşam fəlsəfəsi var burda. Bəzən romana sığmayacaq ideya bir cümləlik məsəllə, kiçik bir bayatıyla o qədər dəqiq ifadə olunur ki, sadəcə, heyrət edirsən. Bəli, həyat o qədər qısa və fanidir ki, onu pis qonşuyla mübarizəyə...
ANL
Söz azadlığı tənqidimizə nə verib? Birinci məqalə. çoxdur ki, ədəbiyyatımız və ədəbi tənqidimiz söz azadlığı şəraitində fəaliyyət göstərir və bu baxımdan hansı nəticəni əldə etmişik, söz azadlığı tənqidimizə nə verib, tənqidimiz söz azadlığından necə istifadə edib? Aydın məsələdir ki, söz azadlığı bədiiyyatın qarşısınd...
ANL
Bu il şair Yusif Həsənbəyin (Həsənbəyov Yusif Qonaq oğlunun) 85 yaşı tamam olur və əllinci illərdə ədəbiyyata gələn əksər qələm sahiblərimizin dünyalarını dəyişdiyini fikirləşəndə, içindən acı bir təəssüf hissi keçirəndə, o nəsildən nadir yazarların sağ qalmağına sevinirsən. O nadirlərdən biri də Yusif Həsənbəydir. Yus...
ANL
Elə insanlar, şəxsiyyətlər var ki, onlar dünyaya yeni ideya-fikir, mənəvi-əxlaqi miqyas təsəvvürləri yaratmaq missiyası ilə gəlirlər. Və bu missiyanı o qədər təvazökar bir peşəkarlıq, ictimai məsuliyyət və səmimiyyətlə həyata keçirirlər ki, istər-istəməz həyatın təsadüfi inqilablarla deyil, əbədi (və zəruri) təkamüllə ...
ANL
ŞAİR VƏ TƏRCÜMƏÇİ QİSMƏT "ZİYALI SÖZÜ"NÜN QONAĞI OLUB. Oktyabrın 21-də Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə həyata keçirdiyi "Ziyalı sözü" layihəsinin növbəti görüşü təşkil edilib. Layihənin budəfəki qonağı şair-tərcüməçi Qismət olub. Binəqədi rayon Gənclər Evindəki görüşdə G...
ANL
"Odlar yurdunun naxışları" Daşkənddə. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində "Odlar yurdunun naxışları" Azərbaycan xalçaları sərgi zalının açılışı keçirilib. Tədbir iştirakçıları öncə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan xalçları, milli geyimlər, kəlağayılar və musiqi alətlərini özünd...
ANL
Mən hamı kimi deyil, Başqa donda, başqa biçimdə böyümüşəm. Mən əzab-əziyyətin içində doğulub, Ayaqlarımın ucunda böyümüşəm. Heç vaxt bəxtim gətirməyib, Heç vaxt bəxtim olmayacaq. Öləndə də qəflətən öləcəyəm, Vəsiyyətə vaxtım olmayacaq. Yarı dərviş, yarı vərdiş ömrü sürmüşəm, Cəhənnəmin özünü Bakıda - tələbə vaxtı görmü...
ANL
Yarpaq tökümü və yaxud düşüncələrim... Toyunda və yasında umduğunu - axı başqası da səndən umurdu... QƏlƏbƏ aldadıcıdır, sƏhvlƏr düşündürücü. Qüruba gedən GünƏş, payız vədəsi, sarı yarpaq, qışın soyuğu-sazağı nostalji duyğular yaradır, insanı tənhalaşdırıb kədərli anlar yaşatdırır. Bunlar hamısı Təbiətin məqsədli VƏrdi...
ANL
Bakıda Bəhailiyin banisinin 200 illiyi qeyd edildi. Oktyabrın 21-də Bəhailiyin banisi Həzrət Bəhaullahın anadan olmasının 200 illik yubileyi ilə bağlı Azərbaycan Dövlət Filarmoniyasında tədbir keçirilib. Tədbir Bəhailiyin əsasları, eləcə də onun yaradıcısı Həzrət Bəhaullahın həyatından bəhs edən videonun nümayişi ilə b...
ANL
İki yaşlı Zəhra ilə bağlı kitab çap olundu. NƏŞRİN TƏRCÜMƏ EDİLƏRƏK XARİCİ ÖLKƏLƏRDƏ ÇAP EDİLMƏSİ NƏZƏRDƏ TUTULUB. "Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi" adlı kitab nəşrdən çıxıb. Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, M...
ANL
Şair dostum Tofiq Hüseynə. Gənclik dostum, qardaşım, şair Tofiq Hüseynin doğum günü oldu. İrili-xırdalı gündəlk işlərdən baş açıb onu təbrik edə bilmədim. Bundan inciməz, bilirəm; əlli ildən artıq yanaşı yol gələn və bir-birini yaxşı tanıyan, dostluqları yüz imtahandan çıxan adamlar üçün beş-üç kəlmə sözün yazılıb-yazı...
ANL
Gün görmədim mən qaragün. Özü tamam qocalsa da. Baxışında nazı qalıb. Onu reklam eləməyə. Gəzirəm dünyanı mən diyar-diyar, Canımı qoymağa yer axtarıram. Mənim pul əvəzi min sıfırım var. Bizim görüşümüz mənasız bir iş. Üz-üzə gələndə, yolunu dəyiş, Bu görüş heç nəyi dəyişməyəcək. Bəlkə də qəzetlər nələrsə yaza, Olay var...
ANL
Elmi və ictimai fikrimiz üçün dəyərli monoqrafiya. "FÜYUZAT"IN İKİ YAZARI" HAQQINDA QEYDLƏR. Azərbaycanın tanınmış alimi və ictimai xadimi, filologiya üzrə elmlər doktoru, professor Vilayət Quliyevin müəllifliyi ilə 2017-ci ildə ictimaiyyətin diqqətinə daha yeni və sanballı elmi töhfə çatdırıldı. Yeni fakt və sənədlər ...
ANL
Rafiq Babayevin 80 illiyi konsertlə qeyd edildi. Oktyabrın 23-də "Landmark"da görkəmli caz ifaçısı, Xalq artisti Rafiq Babayevin 80 illiyi münasibətilə konsert olub. AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində təqdim edilən konsertdə "Azəri Jazz" musiqi qrupu müxtəlif klassik caz ifaları ilə sənə...
ANL
Vaqiflə bağlı elmi konfrans. Oktyabrın 24-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş "Molla Pənah Vaqif: Sələflər və xələflər - erkən yeni dövr əlyazmaları və Azərbaycan ədəbiyyatının tarixi problemləri" mövzusunda XV ənənəvi respubl...
ANL
Təxminən 20 il əvvəl Rəşad Məcidlə ABŞ-da üçhəftəlik səfərdə idik. Okeanın o tayına səfərimizin əsas məqsədi dünyanın ən demokratik dövlətinin siyasi sistemi, ölkənin qaynar həyatı, fərqli düşüncələri təmsil edən insanları, Amerika cəmiyyəti ilə tanış olmaq idi. Bu unudulmaz səfər "Media proqramı" adlandığından, təbii ...
ANL
Xanımlar və cənablar! Deyə bilmərəm, bu illər sürətlə ötüb keçdi, yox, əksinə, xoşbəxtlikdən bu illər ağır-ağır, asta-asta keçib getdi və bu mənə "525"in varlığından zövq almaq, onun mövcudluğunun qədir-qiymətini anlayıb fəaliyyətini qiymətləndirmək imkanı verdi. Bu illər ərzində mən onu çox yaxından tanıya bildim. Ona...
ANL
Talanları anlamadıq qəsd kimi, Yad ehyamın qəbul etdik tost kimi, Düşmənimi vəsf elədi dost kimi - İlham məni aldadanda sınmışam. Xainləri əzizləyib kirvə tək, Göyçəmizi bağışladıq töhfə tək. Nankorlara könlün açdı süfrə tək. Atam məni aldadanda sınmışam! Vəsf etdikcə yel qanadlı atları, Gizli qaldı çox sirlərin qatlar...
ANL
Uşaqlığımızın "ögey ana"sı idi O. Gözəl simalı, süzgün baxışlı, ürkək gülüşlü, yumşaq qəlbli cavan bir qadın... Əzazil və deyingən qaynanayla dil tapmağa çalışan, onu qəbul etməyən ögey oğlunun tərbiyəsi ilə ciddi məşğul olan, yeri gələndə danlayan, pis qiymətlərini atasına göstərib onun yol çəkməyə getməsinə mane olan...
ANL
Pulu çiçəyə çevirən şair! "Həyat iki əbədiyyət arasında yarğan, iki qara bulud arasında çaxan şimşəkdir". Bəli, iki əbədiyyət arasında yarğan və ya qara bulud arasındakı şimşək... Mən isə deyərdim ki, həyat iki misraya yerləşə biləcək qədər qısa, iki dünyanı fəth edə biləcək qədər güclü, bir insan ruhunu əbədiyyətə qov...
ANL
Yazıçılar Birliyində "Cavid Poeziya Günü". Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Azərbaycan ədəbiyyatına romantizm dalğasını bəxş edən, əbədiyaşar şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyi ilə əlaqədar "Cavid Poeziya Günü" adlı tədbir keçirilib. Tədbirdə tanınmış ziyalılar, ədə...
ANL
Hüseyn Cavidin 135 illiyinə həsr olunan beynəlxalq konfrans. Oktyabrın 24-dən 25-dək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində böyük dramaturq, görkəmli şair Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş "Hüseyn Cavidin sənət fəlsəfəsi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans ke...
ANL
Mingəçevir teatrında yeni tamaşa. Oktyabrın 24-də Mingəçevir Dövlət Dram Teatrı yeni səhnə əsərini tamaşaçılarına təqdim edib. Pərvinin “Nənələr ərə gedir” pyesinə əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Kəmalə Əsgərovadır. Musiqi tərtibatı Elnur Rəsulova aiddir. Dra...
ANL
Dövlətçilik tariximizə işıq salan əsər. YUNUS OĞUZUN "ATABƏY ELDƏNİZ" ROMANININ İCTİMAİ MÜZAKİRƏSİ OLUB. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Atabəy Eldəniz" tarixi romanının ictimai müzakirəsi keçirilib. Müzakirədə A...
ANL
İtaliyaya səfər: keçmişin əks-sədası və gerçəklik. (Əvvəli ötən şənbə saylarımızda). Roma yeddi təpə üzərində yaranmışdır, xəzinələr və turist şəhəri olmaqla, fəvvarələrin və qübbələrin heyranedici rənglərinə bürünməklə köhnə divarlar arasında yerləşir. Servi divarı hələ qalların Romanı xaraba qoyduqlarından bir dekada...
ANL
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında. Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş,...
ANL
ÖMÜR-GÜN YOLDAŞIM. Bizim görüşümüz təsadüf oldu, Bircə anda qəlbim eşqinlə doldu. Sonra tənhalığa xitam qoyuldu, Ömür-gün yoldaşım, ürək sirdaşım. Gözəllər içində ən gözəlimsən, Həm sonuncu sevgim, həm əzəlimsən, Gah ciddi bir xanım, gah məzəlimsən, Ömür-gün yoldaşım, ürək sirdaşım. Birgə alnıaçıq həyat sürmüşük, Bəzən...
ANL
Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri: Rusiya istiqaməti. Əlimərdan bəy Topçubaşovun İstanbulda görüşüb Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı müzakirə apardığı tanınmış rus dövlət xadimlərindən biri də 1910-1916-cı illərdə Rusiya imperiyasının xarici işlər nazirliyinə rəhbərlik etmiş diplomat və siyasətçi ...
ANL
“Əvvəli görünən, sonu görünməyən” müqəddəs yolçuluq. Elmi-ədəbi fəaliyyətə daha əvvəlki illərdən başlasa da, bizim fikrimizcə, çoxsaylı kitabların müəllifi olan professor Qəzənfər Paşayevin yaradıcılığı, sanki, həzin bir bayatı, xoyrat axıcılığı ilə, ürəkdən gələn səmimi hiss və sevgi ilə yazılan və eyni hisslərlə də o...
ANL
Elmi əsər yazıçı tərcüməsində. Yazıçı Etimad Başkeçid dünya ədəbiyyatından dilimizə çevirmələrin dalınca ciddi bir elmi əsərin tərcüməsi ilə məşğul olursa, burada təəccüb doğuracaq bir şey yoxdur. Məsələ burasındadır ki, Etimad Başkeçid bir müddət Bakı Slavyan Universitetində “Tərcümə nəzəriyyəsi və praktikası” kafedra...
ANL
Axınla aşağı. Rahatlıq insanın təbii arzusudur. Lap ən zəhmətsevər adamın belə. Asif Rüstəmovun “Axınla aşağı” filmi həyatını sadəcə, sürən, axınla aşağı gedən Əlinin həyatını, xarakterini əks etdirir. Əslində, bir anlıq adamda sual yaranır, bu ki, banal bir həqiqətdir, arvadını incidən, övladını anlamayan, ya da həyat...
ANL
Yazıçının yaradıcılıq yolu” təqdim olundu. Oktyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında akademik Nizami Cəfərovun Xalq yazıçısı Elçinin həyat və yaradıcılığına həsr etdiyi “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimat mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxanan...
ANL
Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İdarənin mətbuat xidmətindən APA-ya veril...
ANL
Yaqub Zurufçudan “Klassik əsərlər”. Tanınmış müğənnilərdən olan Əməkdar artist Yaqub Zurufçunun dahi əstəkar Üzeyir Hacıbəyliyə ithaf etdiyi “Klassik əsərlər” adlı disk-albomu işıq üzü görüb. Təşəbbüskarı və ideya müəllifi Y.Zurufçu olan albom Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində ərsəyə gəlib. A...
ANL
Cildlərə sığmayan ömürlər. İki əsər deyəndə altı kitabı nəzərdə tuturam: türk yazıçısı, tarixçi Şevkət Süreyya Aydəmirin Mustafa Kamal Atatürkə həsr olunmuş “Tək adam” üçcildliyini və Azərbaycan yazıçısı, publisist Elmira Axundovanın Moskvada nəşr edilmiş “Qeydar Aliev. Şəxsiyyət və dövr) üçcildliyini... Hər iki dəyərl...
ANL
Söz azadlığı tənqidimizə nə verib? Bizim ədəbi proses bəşəri bədii-fəlsəfi problematikanı ehtiva edə bilirmi? - sualının əhatə dairəsi çox geniş olduğu üçün, güman edirəm ki, 25 illik zaman vahidi çərçivəsində bu suala müsbət cavab vermək çətin, bəlkə də qeyri-mümkündür, ancaq dərd burasındadır ki, bu sualın mündəricat...
ANL
Mingəçevir Dövlət Dram Teatrının quruluşunda gənc yazıçı-dramaturq Pərvinin F.Bulyakovun eyniadlı pyesindən bəhrələnərək qələmə aldığı "Nənələr ərə gedir" dramatik komediyasını maraqla izlədim. İndiyədək Pərvinin bir neçə pyesinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində quruluş verilib. Onun "Nənələr ərə...
ANL
Bir nöqtənin yeri səhv düşəndə. VƏ YA FÜZULİNİN BİR QİTƏSİNDƏKİ BİR SÖZ HAQQINDA. Xalqımızın mənəvi sərvətləri sırasında özəl yeri və çəkisi olan əlyazma kitabları, xüsusilə də orta əsrlərə aid türkcə mətnlər üzərindəki müşahidələr göstərir ki, dövrün bir sıra katibləri ayrı-ayrı hallarda müəyyən imla səhvlərinə yol ve...
ANL
Yarpaq tökümü və yaxud düşüncələrim... Hər qazılan bünövrə yurd yerinƏ çevrilə bilməz. Dərk etmədiyin hƏqiqƏtlƏri, yanlış dərk etməyə çalışma. Atın beli sürüşkən olar, yıxar səni... Yediyin yeməyi iyləmə, eşitdiyin sözü qurdalama. Gözləmədiyin halda gördüyün etibarsızlıq səni balta kimi doğrayacaq... Əlin qabarı ayrıdı...
ANL