text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Misir Mərdanov: “Azərbaycanda ilk ali təhsil ocağı olan BDU yarandığı gündən şərəfli ömür yaşayıb”. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universiteti Şərqin ilk dünyəvi ali məktəblərindən biri kimi mənəvi böyüklüyümüzün simvolu hesab edilir. Mövcud olduğu il... | ANL |
“Dədə Qorqud” kamera orkestrinin təqdimatı oldu. YARADICI KOLLEKTİV BEYNƏLXALQ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN HİMAYƏSİNDƏ TƏŞKİL EDİLİB. Sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” kamera orkestrinin təqdimat mərasimi keçirilib. Ölk... | ANL |
Türk Dünyasına işıq tutan abidə-nəşr. MİLLƏT VƏKİLİ CAVANŞİR FEYZİYEVİN “TÜRK DÜNYASI” BEŞCİLDLİYİ HAQQINDA QEYDLƏR. Şahanə MÜŞFİQ. Böyük Türk dünyasının ən dəyərlibeşkitabından biri - Mahmud Kaşğarlının “Divani-lüğət-it-Türk” əsəri belə başlayır: “Əsirgəyən, qoruyan Allahın adıyla. Allahın dövlət günəşini Türk bürc... | ANL |
Məlumdur ki, Azərbaycan Milli Kitabxanası ölkənin bütün kitabxanaları üçün metodik mərkəz funksiyasını həyata keçirərək, respublika Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün hər il çoxlu sayda metodik vəsaitlər hazırlayır. Bu yaxında Kitabxana tərəfindən, görkəmli ədib, Xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyevin 75 i... | ANL |
Başı çalmalı dağların qoynunda dünyaya göz açmışam. Əzəmətli, vüqarlı, hikmətli, heyrətli dağlarda gəzmişəm. Hamı dağlılar kimi, dağ təbiətliyəm. Dupduru, bəmbəyaz, tərtəmiz. Bir xeyli qürurlu-məğrur. Qəlbim qəmli, gözlərim nəmli. Doxsan yaşım arxada qalıb, yüzə sarıyam. Ömrümün qürub çağını yaşayıram. Dağdan enib zir... | ANL |
Şah İsmayıl Səfəvinin portret cizgiləri. Azərbaycan xalqının dövlətçilik, ictimai-siyasi fikir və qəhrəmanlıq tarixində müstəsna xidmətlərə malik olan, adı hər zaman qürurla və sonsuz bir maraqla xatırlanan Şah İsmayıl Səfəvinin Bakıya ilk gəlişi 1501-ci ilin yazında olmuşdu. Baxmayaraq ki, əvvəlcə bu şəhərin fə... | ANL |
Aspiranturaya qəbul. AKADEMİK HƏSƏN ABDULLAYEVİN ƏZİZ XATİRƏSİNƏ. AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi. Soyuğun insanların canına üşütmə saldığı payız aylarından biri idi.Bu vaxtlar kənddə canıdildən qışa hazırlıq görülürdü. Kimi dəyirmanda əmək gününə düşən taxılı üyüdüb gətirir, kimi bəslədiyi heyvanlardan ... | ANL |
Moskvada P.İ.Çaykovski adına konsert zalında Azərbaycanın dahi bəstəkarı, görkəmli alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib. Mədəniyyət Nazirliyindən bildirilib ki, mərasimdə nazir Əbülfəs Qarayev ç... | ANL |
Niderlandda azərbaycanlı rəssamların sərgisi açıldı. Azərbaycanın Niderland Krallığındakı səfirliyində bu ölkədə yaşayan həmvətənlərimiz Vəfa Rüstəmova və Rasim Hüseynovun rəsm əsərlərindən ibarət sərgi təşkil edilib. Səfirlikdən AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının (AXC) 100-cü... | ANL |
Və onu da xatırlayıram ki, görkəmli tərcüməçi, şair, Azərbaycan-Finlandiya ədəbi əlaqələri üçün xeyli dəyərli işlər görmüş Tahirə Cəfərovanın "Əski Bakının rəvayətləri və Suomiyə uzanan yol" adlı xatiratının "Tamara xanım" bölümünün Qara və Mürsəl Qarayevlərdən bəhs edən hissəsini tərcümə etmişəm: "... Bir neçə ay b... | ANL |
Şah İsmayıl Səfəvinin portret cizgiləri. Şah İsmayıl dövrünün əmirləri yaxşı bilirdilər ki, dövlətə sədaqət və yüksək peşəkarlıq keyfiyyətləri ilə hətta saraydan kənar olan adamlar da qısa müddət ərzində ən yüksək vəzifələrə sahib ola bilərdilər. Məsələn, Mirzəşah Hüseyni İsfahaninin səltənətin şahdan sonra ən... | ANL |
Məktublarda yaşanan ömür. YAXUD NƏSİB BƏY YUSİFBƏYLİ VƏ ŞƏFİQƏ QASPİRALI HƏYATLARININ BİR SIRA VACİB MƏQAMLARI. Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzinin elmi rəhbəri. Bu ilin avqust ayının əvvəllərində Türkiyənin Bursa şəhəri... | ANL |
"Qara Qarayevin kino musiqisi" nəşr olundu. "Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin dəstəyi ilə rus dilində "Qara Qarayevin kino musiqisi" ("Kinomuzıka Kara Karaeva") kitab... | ANL |
“Şirinlər” tamaşasından öncə Teatrın uşaqlar və yeniyetmələrlə iş üzrə əməkdaşı, Əməkdar artist Ötkəm İskəndərov balaca tamaşaçıları salamlayıb, teatrın onlar üçün hazırladığı maraqlı səhnə əsərlərindən söz açıb. Daha sonra tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə uşaqlarla kiçik viktorina keçirib, qalib teatrın ... | ANL |
Üzeyir Hacıbəyli irsi haqqında elmi məruzələr dinlənildi. Dünən Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti" mövzusunda elmi konfrans təşkil edilib. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq a... | ANL |
"Kitab və onun gələcəyi" müzakirə olunur. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitab, mütaliə, kitab nəşri və kitabyayımı məsələləri daima diqqət mərkəzindədir. Bu məqsədlə 2018-ci ilin avqust ayından başlayaraq kitabxanan... | ANL |
Şah İsmayıl Səfəvinin portret cizgiləri. Zəmanəsinin yetirməsi kimi, Şah İsmayılın siyasətində dövrün ənənələrindən irəli gələn güc tətbiqi faktları ilə də rastlaşmaq mümkündür. Baxmayaraq ki, belə faktlara istinad etməklə Şah İsmayılın şəxsiyyəti üzərinə kölgə salmaq meylində olanlar da vardır. Lakin bu faktlar ... | ANL |
Əlimərdan bəy Topçubaşının Paris arxivinin 4-cü cildi də nəşr edildi. Azərbaycanın yaxın dostu, Parisdə yaşayan görkəmli tarixçi alim, professor Giorgi Mamulia və Azərbaycan siyasi mühacirətinin irsinin vətənə qaytarılmasında və özəlliklə Moskvada nəşr edilməsində müstəsna xidmətləri olmuş görkəmli diplomat Rami... | ANL |
Milli Kitabxananın direktoru qətərli həmkarı ilə görüşdü. Dünən Qətər Milli Kitabxanasının İcraçı direktoru xanım doktor Sohair Vastavi Milli Kitabxanada olub. Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılayıb. Görüşdə həmçinin, Milli Kitabxananın Xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılo... | ANL |
Zirvələrə aparan yol: "İdeal müəllim" kitabı haqqında qeydlər. Filologiya üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsinin Folklorşünaslıq şöbəsini müdiri. Kitab haqqında danışmazdan əvvəl bir neçə kəlmə müəllifin özü haqqında söz açmaq istəyirəm. Kəngərli rayonunun Yurdçu kədində anadan olan, ilk təhsilini burada... | ANL |
Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Şərq ölkələrinin musiqisi və poeziyası ilə yaxından tanış olan muğam bilicisi, xanəndə və ud ifaçısı Fəramərz Gərmrudinin "Şur muğamında rəng və təsniflər" kitabının təqdimat mərasimi keçirilib. Notlaşdırılmış musiqilər Fəramərz Gərmrudinin və "Könül" ansamblının ifasınd... | ANL |
Beynəlmiləl Yazıçılar İttifaqı azərbaycanlı nasiri mükafatlandırdı. Beynəlmiləl Yazıçılar İttifaqının Şərqi Avropa, MDB ölkələri və Rusiya bürosu Azərbaycan yazıçısı Varis Yolçuyevi müasir ədəbiyyatın inkişafına verdiyi yaradıcı töhfələrə görə fəxri diplomla təltif edib. Fəxri diplomu qurumun rəhbəri, tanınmış ... | ANL |
Azərbaycan mədəniyyətinin Bolqarıstanda təbliği davam edir. Azərbaycan mədəniyyəti, mətbəxi və xalçaçılıq sənətinin Bolqarıstanda təbliğinin davamı olaraq Bolqarıstandakı səfirliyimiz Sofiyada açıq havada baş tutmuş bir neçə tədbirdə iştirak edib. Bolqarıstanın Elmlər Akademiyasının Etnologiya və Folklor İnstitutu, P... | ANL |
Payızın həm həyatımıza, həm də təbiətə dəyişiklik, yenilik gətirir. Yay öz gözəllikləri ilə bizimlə sağollaşıb bütün ixtiyarı payıza verir. Payız da sevinə-sevinə ilk addımlarını ataraq bu gözəlliyə özünəməxsus bəzək-düzək vurur, rəng qatır. Həyatımızı bir az da baxımlı, ürəyəyatımlı etməyə çalışır. Amma payız... | ANL |
Şadlıq evlərinin birində toy şənliyi idi. Çox adam dəvət olunmuşdu. Elə bir xoşagəlməzlik, qanqaraçılıq olanda diqqət cəlb etməmək üçün gözə görünməzdi. Bəzən buna görə onu qınayanlar da tapılırdı. Qanunun tələbi idi. Hadisə vaxtı orada olmuşdusa, hakimlikdən daha çox şahid kimi fəallıq göstərməli idi. Toy sahibi ... | ANL |
“Əlimərdan bəy Topçubaşov. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ölkəmizin Macarıstandakı səfiri, professor Vilayət Quliyevin tərcümə və tərtib etdiyi “Əlimərdan bəy Topçubaşov. …Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabının təqdimat mərasimi keçirilib. AZƏRT... | ANL |
Milli Kitabxananın 95 illiyi elmi-praktik konfransla qeyd olundu. Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 95 illiyinə həsr edilmiş "Milli Kitabxanalarda innovasiyalar - dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. AZƏRTAC xəbər ... | ANL |
Vətən sevdalı, yurd həsrətli poeziyanın yeni təntənəsi. ŞAİR NƏSİB NƏBİOĞLUNUN "SEÇİLMİŞ ƏSƏRLƏRİ"NİN BİRİNCİ CİLDİ AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ TƏQDİM EDİLDİ. Dünən Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Moskvada yaşayan tanınmış şair Nəsib Nəbioğlunun "Seçilmiş əsərləri"nin I cildinin təqdimat mə... | ANL |
Azərbaycan parlamentinin 100 ili: müstəqil dövlətçiliyin əvəzedilməz dayağı. Milli Məclis özünün yubileyini qeyd etdi. Azərbaycan müsəlman Şərqində ilk dəfə olaraq bir əsr bundan öncə demokratik parlament yarada bildi. Qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, parlament bir sıra demokratik qanunlar qəbul ed... | ANL |
"DÖVLƏTİMİZ TƏKCƏ SİYASİ, İQTİSADİ, HUMANİTAR VƏ MƏDƏNİ YOX, HƏM DƏ HƏRBİ-MÜDAFİƏ SAHƏSİNDƏ BEYNƏLXALQ TƏDBİRLƏRİN KEÇİRİLDİYİ MÜHÜM PLATFORMAYA ÇEVRİLİB". Dünyanın 29 ölkəsini təmsil edən 224 şirkətin təmsil olunduğu sərginin rəsmi açılış mərasimində iştirak edən Prezident İlham Əliyev nümayiş olunan hərbi məh... | ANL |
Şah İsmayıl Səfəvinin portret cizgiləri. Şah İsmayılın rəhbərliyi altında Səfəvi qoşunlarının Osmanlı qoşunlarının sol cinahında Rumelidən olan qoşun dəstəsinə qarşı uğurlu döyüş aparması Osmanlı qaynaqları tərəfindən də təsdiq olunur. Yuxarıdakı məlumatlardan da məlumdur ki, Osmanlı qoşunlarının sol cinahında 50... | ANL |
Azərbaycanda kosmik sənayenin inkişafı diqqət mərkəzində. "AZERSPACE-2"NİN ORBİTƏ QALDIRILMASI ÖLKƏMİZİN İMİCİ, PEYK AİLƏSİNDƏ ÖZ YERİNİ MÖHKƏMLƏNDİRMƏSİ BAXIMINDAN XEYLİ ƏHƏMİYYƏTLİDIR". Xəbər verdiyimiz kimi, Azərbaycan kosmik sənaye sahəsində növbəti uğuruna imza atıb. "Azerspace-2" adı verilən peykin Fransa Q... | ANL |
Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir. "Azərspace-2" peykinin orbitə çıxarılması Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində, dünya kosmik sənayesində öz yerini tutmasında növbəti addım oldu. Bu, ölkəmizin növbəti qələbəsi və uğuru kimi qiymətləndirilir. Azərbaycanın orbi... | ANL |
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı başa çatdı. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalına sentyabrın 26-da yekun vurulub. Trend-in məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən festivalın bağlanış mərasimində... | ANL |
Xalqının təəssübkeşi, təhsilin fədaisi. Elə insanlar var ki, onların həyatı, yaradıcılığı barədə qısa danışmaq, dar məkan çərçivəsində söz açmaq çətindir. Belə insanlardan biri də parlaq və məhsuldar ömür yaşamış Bayram Mirabbas oğlu Heydərovdur. İndi aramızda olmasa da, onun yaşadığı ömrü dövlətinin, Vətəninin,... | ANL |
Həbsxanadan ədəbiyyata. Həbsxana həyatını yaşanlar yaxşı bilərlər ki, ora necə əzablı, necə məşəqqətli bir həyatdır. Bunu da o həyatı yaşayanlar yaxşı bilərlər. Mən sadəcə eşitdiklərimi deyirəm. Məlumdur ki, insanlar bəzən bilərəkdən, bəzən də ehtiyatsızlıqdan bu həyatı illərlə yaşamağa məcbur olurlar. Öz qanunları, ö... | ANL |
Hansı yöndə fərqi yoxdur, amma çoxları bircə dəfə də olsa belə kitab oxuyur! Bir müddət əvvəl mənim də əlimə Pamukun o əsrarəngiz cümləsindəki kimi “kitab” keçmişdi. Başlanğıc olduqca maraqlı, hətta həyəcanlı idi. Yarıya qədər irəlilədim. Səhifə üstünə səhifə gəldikcə cümlələrin nə qədər bəsit, keçidlərin nə qədər sa... | ANL |
bu yarpağı sər üstümə. bir ömür nəyi aradım, saçımdan həsrət daradım;. qalmışam yarıyuxulu, gəl, üstümü ört, həyatım. üzümə soyuq baxma. yenə payız qayıdıb, sərin küləklər əsir;. sular uyuşub gedir, yollar qovuşub gedir;. içimi dərd çeynəyir, könlümü həsrət əzir;. tuturam ətəyindən, fələk ağzını büzür;. mən burda yarıc... | ANL |
İspaniya - düşüncələr və unudulmaz xatirələr. (Əvvəli ötən şənbə saylarımızda). “Bütün böyük səyahətçilər kimi, mən xatırladığımdan çox şeyi görmüşəm və gördüklərimdən çox şeyi xatırlayıram”. Müsəlman İspaniyasının mədəniyyəti. Ərəblər tənəzzülə uğramağa başlayanda yarımadadakı Ərəb siviliziyası siyasi qüdrətin zeniti... | ANL |
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən k... | ANL |
Onu belə tanıyırlar. Hər şey ayağı sayalı xoş bir təsadüfdən başladı. Bir gün dedilər ki, istedadlı gəncləri üzə çıxartmaq məqsədi ilə Bakıdan komissiya gəlib, musiqi məktəbi şagirdlərinin bilik səviyyələrini, musiqi qabiliyyətlərini yoxlayacaq. Komissiya üzvləri uşaqların çalğılarına bir-bir qulaq asdılar. Onla... | ANL |
Tanrının parlaq obrazı. Dini kitablarda deyildiyinə görə, Allah insanı özünə bənzər yaradıb. Nə deməkdi özünə bənzər? Minerallardan tutmuş məməlilərə qədər milyon-milyon varlığa canını qoyan, milyon-milyon güzgüdən özünə baxan Yaradıcı Güc, nəhayət, insanda öz surətini tam, bütöv, boyaboy görə-göstərə bilib. Bundan ... | ANL |
Buna görə də mən bugünkü sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər şübhə qalmamışdır. Bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxl... | ANL |
Çoxəsrlik ədəbiyyatımıza yeni çalarlar qatan Elçin Hüseynbəyli. Xeyli vaxtdır ki, yazıçı və şairlərimizə aşkar qiymət verməkdən çəkinirəm. Azərbaycan Yazıçılar Birliyinin katibi ola-ola hamıya ucdantutma dəyər vermək olmaz. Tənqid yaradıcı insanı məhv edə, boğazdanyuxarı tərif isə özündənrazılıq hissi yarada bilər. Yə... | ANL |
Yayın istisində mənim bütün içimi soyuq bir titrəmə bürümüşdü və mən çarpayıda onların - Sona ilə... kişinin - qaraltısına baxa-baxa həyəcandan titrəyən əlimi yanakı uzadıb barmaqlarımla divarda axtara-axtara elektrik düyməsini nəhayət ki, tapdım və işığı yandırdım. - Sonra dərindən əsnəyərək ayağa qalxdı və mən... | ANL |
Milli Kitabxanada qazax şairi Mağcan Cumabayın yubileyi qeyd edildi. Dünən Azərbaycan Milli Kitabxanasının 95 illik yubileyinə həsr olunmuş “Milli Kitabxanalarda innovasiyalar-dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” Beynəlxalq elmi-praktik konfrans çərçivəsində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabx... | ANL |
Nəsimi Festivalı çərçivəsində akustik və elektron musiqi axşamı. Azərbaycanda ilk dəfə təşkil olunan Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının ilk günü maraqlı konsert proqramı ilə başa çatıb. Sentyabrın 27-də təqdim edilən “Ulduzlar sönmür” adlı akustik və elektron musiqi axşamının iştirakçıları həm do... | ANL |
Sentyabrın 28-də R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin VI Qurultayı keçirilib. Qurultayı giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynov açaraq aşıq sənəti haqqında məlumat verib. Azərbaycan Aşıqlar Birliyinin ilk qurultayının 1928-ci ildə keçirildiyini dey... | ANL |
Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir. Heydər Əliyev Azərbaycan xalqının Ümummilli lideri. Dünya şöhrəti qazanmış görkəmli yazıçı Çingiz Aytmatov XX əsr bədii düşüncəsinin və ümumiyyətlə, ədəbiyyatın və ictimai fikrin ən qüdr... | ANL |
Əslində, Azərbaycanla bağlı birinci yazımda poçtalyon Mustafadan yazacaqdım. Onu hələ Azərbaycana gəlməmişdən əvvəl də qiyabi tanıyırdım. Alman anasından miras qalmış mavi gözlərini, ləhcəli almancasını birilərindən eşitmişdim. Onu tanıyan bir dostum Mustafanı mütləq görməyimi və ondan müsahibə almağımı məsləhət görmüş... | ANL |
Fuad Axundovla Bakı səyahəti. HƏSRƏTİN TƏDQİQİ. Nə zamansa - çox da keçmiş olmayan illərdə bu ölkədə, bu məmləkətdə Fuad Axundov adlı alim, zəngin bilik və istedad sahibi telejurnalist, coşqun təbiətli bir insan olub. O Fuad Axundov ki, çoxumuz elə dildə “Qədim Bakı” deyib, bu qədimliyin mahiyyətinə varmadığımız ... | ANL |
Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemləri narahatlıq doğurur. MƏSƏLƏNİN HƏLLİNƏ DƏSTƏK GÖSTƏRİLMƏSİ ÜÇÜN BİR QRUP ZİYALI AZƏRBAYCAN PREZİDENTİNƏ MÜRACİƏT ÜNVANLAYIB. Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Təhsil Xidmətləri" Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanda yaşayan soydaşlarımızın tə... | ANL |
“Göstərilən etimadı elmi yeniliklərimizlə doğrultmağa çalışırıq”. AMEA Naxçıvan bölməsinin ilk qadın elmlər doktoru olan Fatmaxanım Nəbiyevanın uğurlu fəaliyyət yolu davam edir. Haqqında söhbət açmaq istədiyim tədqiqatçı alim, gözəl insan AMEA Naxçıvan Bölməsinin ilk qadın elmlər doktoru adının sahibi Fatmaxanım ... | ANL |
Türkiyədə sənədsiz yaşayan azərbaycanlılar. Hazırda Türkiyədə işləmək, yaşamaq və digər müxtəlif səbəblərlə gələn milyonlarla xarici vətəndaş məskunlaşıb. Suriyalı qaçqınları və qanuni şəkildə qeydiyyata düşən xarici vətəndaşları nəzərə almasaq, Türkiyədə həm də qeyri-leqal yollarla, yəni qaçaq olaraq ölkədə yaş... | ANL |
Rusiya mediasında Azərbaycanın turizm potensialına həsr olunmuş məqalə. "Gəlin Parisin əvəzinə Bakıya gedək" sərlövhəli məqalədə müəllif Aleksandr Tsukanov öz səfər təəssüratlarından yazıb. Rusiyanın "Ədəbiyyat Qəzeti"ndə (Literaturnaya Qazeta) "Gəlin Parisin əvəzinə Bakıya gedək" sərlövhəli məqalə dərc olunub. A... | ANL |
Sərdari-Milli Səttarxanın vətən üçün alışan ruhu. Nigaran və darıxdırıcı bir hiss, düzünü istəsəz, bura gəldiyim vaxtdan bəri o tərəfdən heç xəbərim yoxdu. Əlbəttə, hər sinfə məxsus bir çox adam məndən sonra o dünyadan gəlmişdilər. Amma heç birisinin ya deməyə sözləri yox idi, yaxud dedikləri sözlərə inanmaq olmur... | ANL |
"İlyas Əfəndiyev və üç Qarabağnamə" sənədli filmi təqdim edilib. Oktyabrın 2-də Nizami Kino Mərkəzində görkəmli nasir, dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevə həsr edilmiş "İlyas Əfəndiyev və üç Qarabağnamə" sənədli filminin təqdimatı olub. Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri... | ANL |
"Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri" portalının təqdimatı olub. Oktyabrın 3-də Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri"nin elektron portalının (www.intangible.az) təqdimatı keçirilib. Tədbirdə mədəniyyət naziri Əbülfəs ... | ANL |
Xalq yazıçısı Maqsud İbrahimbəyov anıldı. Oktyabrın 2-də Bakı Kitab Mərkəzində xalq yazıçısı, kinodramaturq Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib. Tədbirdə görkəmli mədəniyyət xadimləri, ziyalılar, xalq yazıçısının doğmaları, dostları, onun istedadının pərəstişkarları və media nümayəndələri iştirak ediblər. ... | ANL |
Özəl duyğularını ifadə edə bilmənin ən gözəl yoludur sevgi şeirləri. Bəzən bir şairin yazdığı bir şeir və ya ikicə misra yüzlərlə insanın sevgisinin ifadəsinə çevrilir. Belə şeirlərdən biri də Gülqədəm xanımın qələmindən çıxıb: Sənli xatirələr aldı qoynuna, Dolaşdıq səninlə sənli günləri. Nə yaxşı taledən gün... | ANL |
Bakıda "Simurq" uşaq musiqi festivalı keçirilir. Bakı Media Mərkəzinin dəstəyi ilə paytaxtda "Simurq" uşaq musiqi festivalı keçirilir. Mərkəzdən bildirilib ki, festivalın başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıq... | ANL |
Səhərlər isə havanın soyuqluğu lap hiss olunur, adamı əməllicə üşüdürdü. Dayaz olan yerlərin suyu gecədən səhərə donurdu. Belə bir havada, səhər ertədən və bir köynəkdə, paltosunu büküb qucağında tutaraq iti addımlarla gedən əlli beş yaşlarında, sısqa bir kişi istər-istəməz yoldan ötən, qarşısına çıxanların diq... | ANL |
"Azərxalça" böyük sənətdə varisliyi davam etdirir. “Azərxalça" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun əməkdaşlarından 759 nəfəri toxucu, digərləri isə inzibati-təsərrüfat işçisidir. Toxucular cəmiyyətin təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Tədris-hazırlıq k... | ANL |
boğazım sıxılır qəhər əliylə, üzülmür ayağım yerdən hələ ki. arabir yadımdan çıxır gedənlər, yəni dincəlirəm hərdən hələ ki. yuxum da yozulur darıxmağa, qız, tərslikdən hamısı hələ çin çıxır. içindən darıxan Ələddin çıxır. gərək qulağını burum bu ömrün, bəlkə bir gün gələ ağıl başına. bir adam verirsən, darıxmaq düşür,... | ANL |
Azərbaycan dilinin tarixi: fərqli baxışlar, yeni yanaşmalar. PROFESSOR QƏZƏNFƏR KAZIMOVUN "AZƏRBAYCAN DİLİNİN TARİXİ: ƏN QƏDİM DÖVRLƏRDƏN XIII ƏSRƏ QƏDƏR" ƏSƏRİNİN YENİ NƏŞRİ HAQQINDA QEYDLƏR. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımovun ən qədim dövrlərdən XVIII əsrə qədərki Azərbaycan ... | ANL |
Yaqub Zurufçu Kanadada konsert verdi. Məşhur müğənni və vokal ifaçısı Yaqub Zurufçu 2018-ci ilin ilk günlərində Kanadanın ən böyük şəhərlərindən olan Torontoda geniş konsert proqramı ilə çıxış edib. Sənətçinin yeni ildə ilk konserti musiqisevərlərin böyük sevincinə səbəb olub, onlara xoş bayram ovqatı bağışlayıb. İlk k... | ANL |
"Koroğlu" adlı ilk milli komiks təqdim olundu. AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə "İRS cizgi" yaradıcılıq qrupunun "Koroğlu" adlı ilk milli komiksinin təqdimatı keçirilib. Layihənin rəhbəri Anar Əkbərli və rəssam-kolorist Zeynəb Qocayevadır. Milli komiksin ərsəyə gətirilməsi üçün layihə rəhbərlər... | ANL |
Tağı Əhmədovun "Sadiq" dünyası. Hər bir insan bu dünyaya yalnız yaşamağa yox, həm də özünün təkrarsız olduğunu göstərməyə, hansısa ilahi bir inersiyasının qüdrəti ilə həyata sədaqətini təsdiq eləməyə, bu və ya digər səviyyədə dünyada (tarixdə!) əbədi qalmağa gəlir. Doğrudur, Tarixin yaddaşı ən müasir kompüterin yaddaşı... | ANL |
Azərbaycan dilinin tarixi: fərqli baxışlar, yeni yanaşmalar. PROFESSOR QƏZƏNFƏR KAZIMOVUN “AZƏRBAYCAN DİLİNİN TARİXİ: ƏN QƏDİM DÖVRLƏRDƏN XIII ƏSRƏ QƏDƏR” ƏSƏRİNİN YENİ NƏŞRİ HAQQINDA QEYDLƏR. Dilimizin inkişafının üçüncü mərhələsi protoAzərbaycan dili dövrüdür. “ProtoAzərbaycan dili dövrü” adlanan fəsildə Q.Kazımov “A... | ANL |
Şahnaz ŞAHİN. Yerə endir günəşi, Kürəyini oda ver. Tütünsüz çətin olar, Götür bir siqaret çək. Şeir qadın. Sahibini gözləyən, Soyumuş ocağam mən. Neçə davamçısı var. Nüşabənin,Tomrisin. Vətən Allaha təndi. Bətnimdə böyüyübdü, O Həcər, Nigar qadın. Yenə uçdu qaranlıq. Qürbətdən dən gətirib. Yerə səpdi qaranlıq. Yenə də ... | ANL |
Professor Tərlan Seyidovun 75 illiyi qeyd olundu. Yanvarın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun anadan olmasının 75 illiyi qeyd edilib. AZƏRTAC xəbər verir ki, akademiyanın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Tərlan Seyidovun Azərbaycan m... | ANL |
Pərvinin təqdimatında. Kino yarandığı gündən populyarlıq etibariylə, insanlara təsir etmək baxımından başqa incəsənət növlərini kölgədə qoydu. Çağdaş dünyanı kinosuz təsəvvür etmək olmaz. Həm də kino bir növ təbliğat vasitəsinə çevrilib. Amma bir az da geriyə, keçmişə boylananda kinonun lap elə ilk gündən geniş kütləyə... | ANL |
“Gənclərin ictimai fəallığı naminə mühüm addımlar atılır”. “GƏNC VƏTƏNDAŞ” MAARİFLƏNDİRMƏ İCTİMAİ BİRLİYİNİN İCRAÇI DİREKTORU GÜNEL SƏFƏROVA: “MÜASİR AZƏRBAYCAN GƏNCİ MÜSBƏT MƏNADA İDDİALI VƏ FƏALİYYƏTİNDƏ MƏQSƏDYÖNLÜDÜR”. - Günel xanım, icraçı direktoru olduğunuz Birliyin əsas məqsədi və hədəfləri nələrdən ibarətdir? ... | ANL |
Televiziyada şou proqramlar və məsuliyyətli davranış məsələsi. Əkrəm BƏYDƏMİRLİ. Bu gün sorğu aparsaq görərik ki, tamaşaçıların xeyli hissəsi ,xarici kanalları izləməyə daha çox önəm verir. Təbii ki, bunun ciddi səbəbləri var. Düzdür, heç kimə qadağa qoymaq olmaz ki, sən yalnız yerli kanalları seyr et. İnzibati resursl... | ANL |
Sosialist realizmindən milli istiqlaladək. DÖVRLƏŞMƏ KONSEPSİYASI VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ. İsa HƏBİBBƏYLİ. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ölkədə ədəbiyyatın xarakteri dəyişməyə başlamış, b... | ANL |
Onu tanıdığım ilk vaxtlarda, indi, ahıl çağında da ağsaqqallığı ilə seçilən Teymur Əhmədovla yolumun təsadüf, yaxud zərurətdənmi kəsişməsini həmişə bir şans saymışam. İxtisasca filoloq alim (Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib), qələm fədaisi olan bu sadə, təmkinli insanla bir yerdə işlədiy... | ANL |
Multikultural dəyərlər və Azərbaycan. Multikulturalizm dünyada və ya hər hansı dövlətdə mədəni müxtəlifliklərin qorunub saxlanılmasına və inkişafına yönəlmiş nəzəriyyədir, siyasətdir. Onun ən mühüm özəlliyi assimiliyasiyaya qarşı olmasıdır. Multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın sü... | ANL |
Azərbaycan dilinin tarixi: fərqli baxışlar, yeni yanaşmalar. PROFESSOR QƏZƏNFƏR KAZIMOVUN "AZƏRBAYCAN DİLİNİN TARİXİ: ƏN QƏDİM DÖVRLƏRDƏN XIII ƏSRƏ QƏDƏR" ƏSƏRİNİN YENİ NƏŞRİ HAQQINDA QEYDLƏR. Professor Qəzənfər Kazımovun vahid dilin qohum dillərə parçalanması və qohum protodillərin inkişaf yolu, həmin inkişaf prosesin... | ANL |
Canımı qurban edəbiləcəyim sevdalar var ürəyimdə ünvanı payız olan... Bunu da çoxdan bilirəm. Nolsun, bircə dəfə payıza naz eləmişəm, demişəm ki: Fərqli deyil payızım, Ötənilkidi elə... Bəzən bildiklərim məni yarıyolda qoya da bilir. Mənsə daha irəli can atıram. Bildiklərimdən yaxa qurtarıb bilmədiklərimin arxasınca yü... | ANL |
Bəstəkar Nəriman Məmmədov yad edildi. Dünən Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış bəstəkar, Xalq artisti, professor Nəriman Məmmədovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə iştirakçılar muzeyin foyesində bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən sərgi ilə tanış olublar. Tədbirdə muz... | ANL |
Naxçıvan Muxtar Respublikası: uğurlara könül açan diyar. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının müasir ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrin ardıcıl inkişafında həlledici mərhələlərin bazasını yaratmışdır. Ölkəmizdə hazırkı müstəqillik şəraitində də təbii ehtiyatlardan səmərəli istifadənin... | ANL |
Cümhuriyyət qurucuları. tarix elmləri doktoru. Xosrov bəy Sultanov Qarabağda hadisələrin təhlükəli inkişafı ilə bağlı partizan dəstələrinin yaradılması elanı haqqında Parlamentin sədri M.Y.Cəfərova belə bir teleqram vurmuşdu: "Ermənilər bu gün Xankəndinə hücum etdilər. Şuşadan olan teleqraf xətləri qəsdən kəsilib. Məni... | ANL |
Aynurə PAŞAYEVA. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi. Milli mətbuatımızın əvəzsiz örnəklərindən olan "Azərbaycan" jurnalı ədəbi fikir tariximizdə ciddi rol oynamış nadir ədəbi mətbu orqanlardan biridir. Neçə-neçə ədəbi nəsil ilk dəfə bu jurnalda öz sözünü deyib, ədəbi istedadını nümayiş etdirib... | ANL |
"Azərbaycan tarixi nəsrində Naxçıvan". DƏYƏRLİ MONOQRAFİYA BARƏDƏ GECİKMİŞ QEYDLƏR. Azərbaycan Milli Elmlər Akademiyası İncəsənət, Dil və Ədəbiyyat İnstitunda həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimin (Həşimov) "Azərbaycan tarixi nəsrində Naxçıvan" monoqrafiyasının bugünlərdə təqdimatı k... | ANL |
"Gizli "Dədə Qorqud" silsiləsinin yeni aşkar məqamları. AKADEMİK KAMAL ABDULLANIN "KİTABİ-DƏDƏ QORQUD" POETİKASINA GİRİŞ - DANSÖKÜLƏN VARİANT" MONOQRAFİYASI HAQQINDA DÜŞÜNCƏLƏR. Hərdən artıq "Kitabi-Dədə Qorqud"la bağlı tədqiqatların bitdiyini, tükəndiyini güman edirik. Elə az bir zamandan sonra eşidirik ki, yeni bir k... | ANL |
Səməd Hüseynoğlu. Həyat adlı bir karvana qoşulub. Məndən əvvəl gedən bilər mən kiməm. Pər olmadım bir dəyirman çarxına, Dən üyüdən nədən bilər mən kiməm. Əl-ovcumda üçüm-beşim olmadı, Pay qoparan quzğun dişim olmadı. Bir kimsəylə müşkül işim olmadı, Mehribanlıq edən bilər mən kiməm. Bir daşına tən olmağa yubandım, Ac q... | ANL |
Milli Kitabxana ilə Los-Anceles Universitet kitabxanası arasında memorandum. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los-Anceles Universitetinin (UCLA) kitabxanası arasında anlaşma memorandumu imzalanıb. Şimali Amerikanın 10 ən böyük akademik kitabxanasından ... | ANL |
“Həsən Zeynalov. Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri Həsən Zeynalovun həyat və fəaliyyətinə həsr edilmiş “Diplomatın tale yolu” kitabı çapdan çıxıb. Tanınmış diplomatın həyat və fəaliyyətini, diplomatiya tariximizin müəyyən səhifələrini özündə əks etdirən nəşrin tərtibçisi Sabir Şahtaxtı, redaktoru filol... | ANL |
Yanvarın 9-da Akademik Zərifə Əliyeva adına Liseydə Xalq yazıçısı Anarın 80 illik yubileyinə həsr olunmuş “Anarla üz-üzə” adlı görüş keçirilib. Tədbirdə liseyin müəllim-şagird heyəti, Təhsil nazirliyinin nümayəndəli, media mənsubları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan liseyin direktoru Mehriban Vəliyeva öncə ... | ANL |
Şəhriyar - milli birlik və həmrəylik şairi kimi. Ana dilli şeirimizin zənginləşməsində Azərbaycan ədəbiyyatının görkəmli söz ustadlarından biri, öz yaradıcılığı ilə Heydərbaba dağı kimi vüqarla dayanan Şəhriyar yaradıcılığının müstəsna xidmətləri var. Həyatı keşməkeşlərlə dolu olan böyük sənətkarın zəngin irsi Azərbayc... | ANL |
Tanışlığımızın ilk dəqiqəsindən Əbülfət dayı duzlu-məzəli söhbəti ilə diqqətimi çəkdi. O, ağsaqqal yaşında, cəbhə bölgəsinə yaxın olan dəmiryol stansiyasındakı çayxanada işləyirdi. İşlədiyi yerin qapısının üstünə əyri-üyrü xətlə "Çayxana" sözü yazıb asmışdı. Soyuq aylarda onun qazanında bişən xaşın, xəngəlin dadından d... | ANL |
Ürəklərə yol tapan insan. Həyatını qurub-yaratmağa həsr edən, xeyirxah, nəcib əməllər sahibi, nəsillərə həmişəyaşar töhfələr bəxş edən insanlar hələ sağlığında ikən hər kəsin qəlbində əbədiyyətə çevrilir. Belə insanlar həyat durduqca yaşayır, həmişə böyük hörmət və ehtiramıla yad edilir, gələcək nəsillərə bir örnək kim... | ANL |
Cəlil Məmmədquluzadəyə aid yeni arxiv sənədləri. Fərman XƏLİLOV. AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru. Otuz bir il bundan əvvəl Naxçıvan Dövlət Arxivində mühafizə olunan materialları araşdırarkən Cəlil Məmmədquluzadə ilə bağlı maraqlı sənədlərlə rastlaşdım. Bu sənədlər haq... | ANL |
Keçmiş günlərdən bir xatirə. XIX yüzilliyin axırlarında Moskva, Sankt-Peterburq, Tiflis, Kiyev, Varşava, Lodz, Nijni-Novqorod və digər böyük şəhərlərlə ticarət əlaqələrini genişləndirən Naxçıvan tacirləri həm də bu qədim diyarın maariflənməsində öz varidatlarını təmənnasız sərf etməyə başladılar. Bunun nəticəsiydi ki, ... | ANL |
İllərlə hökm sürən Sovetlərin binəsi sökülür, tağları uçulurdu. Azərbaycanda dağıdıcı müxalifət dövlət başçısını ölkədən qaçırtdı. Hakimiyyətə gələn səriştəsiz prezident nüfuzlu kürsülərdən "Biz İranı özümüzə birləşdirib gücləndirəcəyik", "Çinə bayrağımızı sancmalıyıq", "Türklərə qardaş olarıq!" - deyə bağırır, özünü d... | ANL |
Elza İbrahimova yad edildi. Mahnıları ilə yaddaşlarda dərin iz qoymuş Xalq artisti Elza İbrahimovanın anadan olmasından 80 il ötür. AZƏRTAC xəbər verir ki, bu münasibətlə görkəmli incəsənət xadimləri, musiqişünaslar, bəstəkarın doğmaları ikinci Fəxri xiyabana gələrək sənətkarım məzarını ziyarət edib və onun ölməz sənət... | ANL |
Balaca dostlara hədiyyə. Dünyasını dəyişmiş bir yazıçının əsərləri ilə baş-başa qalıb, yaradıcılığına nəzər salmaq, povest və hekayələrini seçib kitab tərtib etmək nə qədər xoşdursa, bir o qədər də məsuliyyətlidir. Çünki sən Allahın dərgahında olan bir yazıçının ruhu qarşısında məsuliyyət daşıyırsan. Bu, sənin vətəndaş... | ANL |
Bu əfsanəvi insanın, əvəzsiz bəstəkarın adı zamanın məhvərindən çıxaraq əbədiyyətə qovuşub artıq. Ulu təbiət özü əsrarəngiz musiqi səltənətinin xəzinə açarını məhz Üzeyir bəyin zehninə, ürəyinə etibar etmişdi. Onun yaratdığı "Leyli və Məcnun", "Əsli və Kərəm", "Koroğlu" kimi şedevrlər sanki bir bəstəkar təxəyyülünün mə... | ANL |
Yazı prosesində cidd-cəhdlə ərazisi Pluton planetinin ərazisindən də böyük olan, ədəbiyyat tarixinə, xüsusilə XIX əsrdə vermiş olduğu istedadlı qələm sahiblərinə görə dünyada birinci hesab edilən Rusiyanın şöhrətli yazıçısı Dostoyevski ilə bizim fantast yazıçımız Namiq Abdullayev arasında əlaqə qurmağa çalışıram. Əslin... | ANL |
Gülşən Mustafa. Toppuş əllərimlə yumdum gözümü, Gizləndin, tapmadım, qaçdım, tutmadın. Mənim uduzduğum bu oyunlarda. Yaxşı gizlənmişdik xəyalımızda, Gəzdik xəyal kimi, tutan olmadı. Sənin tellərini aparan yellər, Mənim hörüyümə ağ iz salıbdı. Küsmüş arzulara bükülmüş xəyal, Bir də künc-bucaqda həsrət qalıbdı. ƏL ATIB Y... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.