text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Elə bəri başdan deyim ki, altmış beş il dünyanın solğun qəlizliyini dərk etməyə cəhd eləyən və bu günə qədər qoruyub salamat saxladığım başımı Sənin sənətinin qarşısında əyib dikəlirəm. Çünki bu, mənə İlahi bir rahatlıq gətirir, təmənnasız bir azadlıq bəxş eliyir ki, bunun qiymətini ancaq duyanlar bilər. Mən ildə bir-i... | ANL |
Azərbaycan mətbuatının irsi öyrənilməmiş xadimləri. Qarşıdan Azərbaycan mətbuatının 135 illik yubileyi gəlir. Bu mətbuatımızı yaşatmış təbliğ etmiş coxlu sayda şəxsiyyətlərin həyat və fəaliyyətinin öyrənilməsinə ciddi ehtiyac var. Bu mənada mətbuat tariximizdə çox önəmli rol oynamış həmin insanların bəziləri haqqında m... | ANL |
Bu zəmanədə bizə daha çox sevgi gərəkdir. Şair Musa Ələkbərlinin “Dünya sevgidən doğulub” kitabının təəssüratları. Musa müəllim, salam və ehtiram! Yazmaya bilmədim. Ancaq klassiklər – Dantedən Şekspirə, Füzulidən Aşıq Ələsgərə qədər sevgi mənzərələrinə nəzər saldım. Çoxlu qeydlər etdim və bu dəqiqələrdə xəstələndim, əm... | ANL |
Əsəd Cahangir həm klassik, həm də müasir bədii fikir tarixini dərindən bilir, bunu tam halında, sistemli səkildə özündə yaşadır, əsərlərində ifadə etməyə calışır. Ona görə də Əsəd haqqında söz demək asan deyil. Onun hansı yazısını alsaq, bir şeyi görəcəyik: kamilliyə can atmaq arzusu. Bu arzu Əsədi Vəhdət ideyası və ha... | ANL |
Ədəbiyyat savaşçısı. Hara qaçırıq qaçaq, mistikasına nə qədər inanmırıq inanmayaq, alın yazımız rəqəmlərlə şifrələnib. Tanrının üslubunda rəqəmlər çox əhəmiyyətli yer tutur. Zatən sirrini anlamağa idrakımızın çatmadığı, mözücəsi qarşısında gözlərimizin dörd olduğu,möhtəşəmliyi önündə bütün qənaətlərimizin sonsuz bir qa... | ANL |
Sözün böyük təəssübkeşi. Bir neçə ay öncə Mədəniyyət və Turizm Nazirliyi “Yeni Adlar” şeir və hekayə müsabiqəsi keçirdi. Həmin müsabiqəyə mən də iki dənə dıydıx hekayə göndərmişdim. Münsiflər heyətinin üzvlərindən birinin də Əsəd olduğunu eşidənlər məni əvvəlcədən təbrik edir, 1-ci yerin mənlik olduğunu deyirdilər. Bəh... | ANL |
Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı b... | ANL |
Şəkidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrilə görüş olub. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Şəkidə mədəni-maarif müəssisələrinin fəaliyyəti ilə tanış olaraq kənd mədəniyyət işçiləri ilə görüş keçiriblər. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Tədbiri giriş sözü ilə açan şəhər... | ANL |
Şəmkirdə qiymətli arxeoloji materiallar aşkarlanıb. Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Şəmkirdə aparılan arxeoloji tədqiqatlarla bağlı məlumat verilib. Artıq üç ildir aparılan işlər zamanı orta əsrlərə aid edilən Şəmkir qalası yerinin sahəsi son tədqiqatlar zamanı 28 hektar olduğu müəyyənləşdiril... | ANL |
Ziyad Səmədzadənin 70 yaşı Milli Elmlər Akademiyasında qeyd olunub. Ötən gün Azərbacan Milli Elmlər Akademiyasında (AMEA) AMEA-nın həqiqi üzvü, milli məclisin deputatı, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadənin 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Giriş sözü ilə çıxış edən AMEA-nın prezidenti Ma... | ANL |
Nədən başlanır MƏKTƏB? SÖHBƏT JURNALİSTİKA MƏKTƏBİNDƏN GEDİR... Avropa Şurasının Bakı Slavyan Universitetində həyata keçirdiyi “Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək” layihəsinin ilkin nəticələri. Aynur Bəşirli siyasət elmləri namizədi, jurnalistika təhsili və media proqramlar üzrə ekspertdir. Bakı Döv... | ANL |
XX və XXI əsrin, ikinci və üçüncü minilin qovuşub ayrıldığı tarixi zamanda yaşayan bir türk. Və türk olmağımdan hədsiz qürur duyuram. Vətənini, millətini və dövlətini sevmək vətəndaş olmağın, insanlığın başlıca şərtidir. Bütün dünyada mənim kimliyim, ucalan bayrağım-dilimdir: Azərbaycan türkcəsi. Harada türkcə danışan ... | ANL |
Muzey Mərkəzində görkəmli aktyor İsmayıl Əfəndiyevin 100 illiyi qeyd olunub. Muzey Mərkəzində əməkdar artist, aktyor və rejissor İsmayıl Əfəndiyevin 100 illik yubileyi münasibətilə mərasim keçirilib. Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşan tədbirdə Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxı... | ANL |
Ağsu ərazisində qədim şəhər qalıqları aşkarlanıb. Ağsu rayonunun Ülgüc kəndi ərazisində XVII əsrə aid şəhər qalıqları aşkar edilib. Arxeoloqlar bu ərazinin Ağsu şəhərinin 300 il əvvəlki yeri hesab edir və bildirirlər ki, qazıntıların davam etdirilməsinə zərurət var. Məqsəd isə XVII-XVIII əsr Azərbaycan şəhərinin sosial... | ANL |
Nizami Cəfərov ədəbiyyatşünas kimi: Tehran Əlişanoğlunun təqdimatında. Tehran Əlişanoğlunun “Konsepsion və ya Nizami Cəfərovun ədəbiyyat mücadiləsi” adlı kitabı nəşr olunub. Elmi redaktoru əməkdar elm xadimi, professor Həmid İmanov olan kitabın redaktoru Dəyanət Osmanlıdır. Kitabda Azərbaycan MEA-nın müxbir üzvü, filol... | ANL |
Şair Səməd Mənsurun barelyefi açılıb. Dünən Suraxanı rayonu Əmircan qəsəbəsində Azərbaycanın dəyərli şairlərindən olan Səməd Mənsurun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə hazırlanan barelyefin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, xatirə lövhəsi şairin Əmircan qəsəbəsindəki yaşadığı evin binası üzəri... | ANL |
İncəsənət Muzeyində “Qadın ətri”. 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində “Qadın ətri” adlı təsviri sənət sərgisi açılacaq. Hüseyn Cavidin “Bəşəriyyət qadınla yüksələcək” misrası ekspozisiya üçün deviz olaraq seçilib. Mədəniyyət və Turizm Nazirliyinin m... | ANL |
“Qatil” bu dəfə İrəvan Dövlət Dram Teatrının təqdimatında. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrı xalq yazıçısı Elçinin “Qatil” tamaşasının premyerasını təqdim etdi. Premyera Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının səhnəsində olub. Quruluşu və səhnə tərtibatı Nazir Rüstəmova məxsus tamaşanın rejissor... | ANL |
Naxçıvanın arxeoloji sərvətləri haqqında yeni kitab nəşr edilib. AMEA Naxçıvan Bölməsi Tarix Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, professor Vəli Baxşəliyev, aparıcı elmi işçi Səfər Aşurov və Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Katerina Marronun birgə hazırladıqları “Ovçulartəpəsi” adlı ki... | ANL |
Nurlu əməllərin sönməyən işığı. MƏŞHUR MİLYONÇU, BAKININ BÖYÜK XEYİRXAHI AĞA MUSA NAĞIYEVİN VƏFATINDAN 91 İL KEÇİR. Bəlkə həm də bu ümidlə Bakı şəhərində bir-birindən yaraşıqlı, cazibədar 98 bina inşa etdirdi. Fiziki mənada ölümsüz ola bilməzdi, təbii ki. Amma xərclədiyi vəsait hesabına ucalan gözəl tikililər ona mənəv... | ANL |
XX əsrin görkəmli ədəbiyyatşünası – Əziz Mirəhmədov. Çağdaş ədəbiyyatşünaslıq elminin zəruri nəzəri problemlərinin işlənməsi üçün XX əsrdə əldə edilmiş təcrübəni ümumiləşdirmək, rasional, siyasi müdaxilə və qəliblərdən kənar təhlil və qiymətləndirmə arsenalını obyektiv qiymətləndirmək, üzə çıxartmaq gərəkdir. Bugünkü ə... | ANL |
Zərdüştün şikayəti. Mübarək gecələrin birində böyük Zərdüştün ruhu röyamda müsafirim oldu. Özü də tək deyildi, əshabələri ilə birlikdə. Bir tərəfində Əflatun öz nurlu siması ilə və nuru təbliğ edən yeniəflatunçularla birlikdə. Digər tərəfdə isə gah Mefistofel, gah da Nitsşe qiyafəsində görünən nahamvar bir kölgə. Və bi... | ANL |
“Bahardan bir gün əvvəl” Müasir İncəsənət Mərkəzində. Tanınmış rəssam Yelena Haqverdiyevanın “Bahardan bir gün əvvəl” adlı fərdi yaradıcılıq sərgisi Müasir İncəsənət Mərkəzində təşkil edilib. Sərgidə rəssamın yağlı boya ilə çəkilmiş 40-dan artıq tablosu nümayiş etdirilir. Onların arasında mənzərə və portretlər üstünlük... | ANL |
Dillər Universitetində Qadınlar günü ilə bağlı sərgi açılıb. Dünən Dillər Universitetinin İnformasiya Resurs Kompleksində 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə ənənəvi əl işləri sərgisi keçirilib. Bununla bağlı tədbirdə Dillər Universitetinin rektoru Səməd Seyidov, Təhsil, Mədəniyyət və Turizm,... | ANL |
“Dahilərin dostluğu” təqdim edilib. “ÜNS” Yaradıcılıq Səhnəsində “Dahilərin dostluğu” filminin təqdimatı keçirilib. Filmdə görkəmli violonçel ustası Mstislav Rostropoviç və Dmitri Şostakoviçin dostluğundan bəhs olunur. “Dahilərin dostluğu” filmi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə ərsəyə gəlib. “ÜNS... | ANL |
Mif və Yazı arasında bir dünya. Son iki-üç onildə Ədəbiyyatımızın yükünü çəkib, qatışıq-qarışıq zamanlardan üzü bəri, yeni əsrə keçirən təklərdəndir Kamal Abdulla. Həm də daha çətini odur ki, yalnız milli gələnəklərin qayğısına qalmaq azdır; dağılmalısı dağılır, sökülməli olan sökülür, olmalıya-olacağa nə deyəsisən, – ... | ANL |
Laura Cəbrayıllı “Yeddinci qat”a imza atdı. “BU KİTABDAKI PUBLİSİSTİK YAZILAR MÜXTƏLİF MÖVZULARLA, GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRLƏ BAĞLI QƏLƏMƏ ALINMIŞ DƏYƏRLİ ƏDƏBİYYAT NÜMUNƏLƏRİDİR”. R.Məcid L.Cəbrayıllının ötən əsrin 90-cı illərindən dövri mətbuatda dərc olunan ədəbi-publisistik yazılarının oxucular tərəfindən böyük maraq ... | ANL |
Qədri bilinməli ömür. 1981-ci ildə xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı üzrə elmi iş müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Məzunu olduğu BDU-da və digər ali məktəblərdə pedaqoji fəaliyyət göstərib, hazırda Bakı Asiya Universitetində çalışır, universitetin ümumi filologiya kafedrası... | ANL |
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) böyük rus yazıçısı Anton Çexovun anadan olmasının 150 illik yubileyi ilə əlaqədar “Çexovun Rusiyası” adlı sərgi açılıb. RİMM-dən verilən məlumata görə, sərgidə məşhur Rusiya kitabsevəri V.Belikovun kolleksiyasından nadir materiallar təqdim edilir. Bakı Slavyan Un... | ANL |
Azərbaycana aid nadir fotolardan ibarət sərgi açılıb. Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində Tbilisi arxivində saxlanılan nadir fotolardan ibarət sərginin açılış mərasimi olub. Bu barədə muzeydən məlumat verilib. Sərgidə XIX əsrdə yaşamış rus fotoqraf Dmitri Yermakovun Azərbaycanın müxtəlif şəhərlərind... | ANL |
Mənəviyyat carçısı. “Dünyanı mənəviyyat xilas edəcək”. Təbiətdə qiymətli nəsnələr az miqdarda olur. Bu, yaranışdan belədir. Az miqdarda olduğundan da onların qiyməti adi olanlardan çox-çox yüksəklərdə durur və buna görə də çoxu üçün əlçatmazdır. Mənəviyyat sahəsində də belədir. Az kitablar olur ki, ilk oxunuşdan adamı ... | ANL |
Bəzən həyat elə gətirir ki, insan istəmədən, nəyin xatirinəsə ürəyincə olmayan işin ardınca düşür. Ancaq əsl həvəs, istedad gec-tez onu qəlbinin səsinə qulaq asmağa, doğma məcrasına qayıtmağa vadar edir. Bu yaxınlarda 60 yaşını tamamlayan yazıçı Eyvaz Zeynalov da belələrindəndir. Zamanın keşməkeşləri onu nə qədər yolun... | ANL |
Qarabağın yolu budur. Böyük məmnuniyyət və minnətdarlıq hissləri ilə millət vəkili, görkəmli alim və ictimai xadim, professor Gövhər xanım Baxşəliyevanın “525-ci” ziyalı qəzetindəki məktubunu oxudum. Ümummilli öndərimiz Heydər Əliyevin “həqiqətlərimizi... ön plana çıxarmaq və bunu yaymaq” çağırışına, ölkə başçısı İlham... | ANL |
“CƏLİL MƏMMƏDQULUZADƏ VƏ XALQ GÜLÜŞ MƏDƏNİYYƏTİ” SİLSİLƏSİNDƏN BİRİNCİ YAZI. Cəlil Məmmədquluzadə yaradıcılığında ölülərin bir obraz kimi xüsusi yer tutması ədəbiyyatşünaslarımızın diqqətindən yayınmayıb. Ədəbiyyatşünaslarımız bu obrazı ətalətin, geriliyin, daxili şikəstliyin ifadəsinə yönəlmiş obraz kimi qiymətləndiri... | ANL |
HARAMİ YAŞADA BİLMƏDİ SƏNİ. O qara günlər ki, “Ədalət” qəzetində yazılarını mütəmadi oxuduğum,çox zaman da səhifə qonşum unudulmaz yazar Vahid Əlifoğlunun uzaq... çox uzaq... Haramidən ölüm xəbəri soyuq fevral günlərini daha da soyudacaq və istər qəzetimiz, istərsə də geniş anlamda ədəbi camiəmiz gözəl bir yaradıcısını... | ANL |
Elmimizin gələcəyini düşünərək. Ulu tanrı Azərbaycan ədəbiyyatına böyük sənətkarlar sarıdan korluq verməsə də, dahi klassiklərimizin iyerarxiyasında “Füzuli” adını “səri-tumarə” yazdığını da inkar edə bilmərik. Bu səbəbdəndir ki, ədəbiyyatşünaslıq elmimizin formalaşdığı gündən Füzuli mövzusu aktual olub, gündəmdən düşm... | ANL |
Aysel ƏLİZADƏdən qadınlar üçün 8 Mart hədiyyəsi. Məndən sonra doğulacaq qadın, ruhumu vəsiyyət edirəm sənə. Gələn bütün kişiləri, şeirlərimi. bir də sevgimi vəsiyyət edirəm. Sevilməyini istəyirəm... Məni düşün bu şeiri oxurkən. hərdən də günah işlət. Səndən öncə bir şair qadın vardı. bütün qadınlar o idi. Coşqun yaşard... | ANL |
Səviyyəli kim, səviyyəsiz kim? “Səviyyəsiz adamlarla niyə verilişlərə çıxırsan?” sualına cavab. Məni hərdən televiziya kanallarına müxtəlif verilişlərə dəvət edirlər. Dəvəti qəbul etməmək nəzakətsizlikdir, – deyə düşünür, etiraz etmirəm. Türkiyədə işləyərkən də televiziya verilişlərinə dəvət olunurdum və məmnuniyyətlə ... | ANL |
Ağa Laçınlını xatırlarkən... Ədəbi aləmdə hər bir sənətkarın ölümü ağır itkidir. İnana bilmirsən ki, dünənə qədər səninlə bir deyib-gülən, yol yoldaşlığı eləyən, uğurlarını və kədərini bölüşən, həmişə saf sənət havası ilə nəfəs alan bir insan indi həyatda yoxdur. Bu itki zaman-zaman səni göynədir. Mən gözəl şairimiz Ağ... | ANL |
Kəngərli kəndləri adlı otsuz, susuz çöllərdən ibarət bir bozluq da, mənim kiçik vətənimdi. Bu bozluq təkcə torpağa aid deyil. Kəskin kontinental iqlim insanları da qarsalayıb ütür, bozardıb torpaq rənginə salır. Bir az da peşmanlıq, yarımazlıq çalarları olur üz-gözlərində buranın adamlarının. Bu bozluqda heç vaxt, heç ... | ANL |
O, şeirə gələndə şeir yaxşı günlərini yaşamırdı. Təntənələrdən sonra bir təngnəfəslik başlamışdı. Yaxın və Orta Şərqin ənənəvi şeiri ənənənin əsarətinə elə qır-saqqızcasına giriftar olmuşdu ki, daha təzə söz deyə bilmirdi, köhnə sözü təzə tərzdə demək imkanını da qeyb etmişdi və iş gəlib çatmışdı yerində saymağa. Elə b... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyi və İSESCO arasında əməkdaşlıq əlaqələri, təhsil sahəsində həyata keçirilən birgə layihələr barədə fikirlərimi diqqətinizə çatdırmağa çalışacağam. Son illər Təhsil Nazirliyinin faydalı və məhsuldar əməkdaşlı... | ANL |
Ağdam turistlər arasında maraq doğuran 20 ruhlar şəhərindən biridir. Ayrı-ayrı illərdə evimizin birinci mərtəbəsində yaşamış, el arasında “uçilişa” kimi tanınan Ağdam Musiqi Texnikumunun tələbələri – bakılı Qreta, mirbəşirli İradə, jdanovlu Validə, leninakanlı Roza, zəngilanlı Aybəniz, qonşuda yaşasa da, günü bizdə keç... | ANL |
Bütün Türk dünyasının şairi. XX əsr Azərbaycan poeziyasının ən görkəmli yaradıcılarından olan xalq şairi Bəxtiyar Vahabzadə həm bədii yaradıcılığa, həm ictimai-siyasi, həm də elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycanda milli şüurun oyanışı, azərbaycançılıq məfkurəsinin formalaşması sahəsində müstəsna xidmətlər göstərib. ... | ANL |
Ramiz Quliyev “Qızıl tar” mükafatına layiq görülüb. Xalq artisti, tarzən Ramiz Quliyev İranın paytaxtı Tehran şəhərində keçirilən 25-ci Beynəlxalq Musiqi Festivalında uğurlu çıxışına görə yüksək mükafata layiq görülüb. APA-nın məlumatına görə, Tehranın ən böyük konsert salonlarından biri olan “Təlar-Vəhdət”də böyük anş... | ANL |
Dövlət Film Fondunda ilk azərbaycanlı kinorejissorlardan Mikayıl Mikayılovun çəkdiyi “İsmət” filminin 75 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev film və onun rejissoru haqqında söz açıb. Keçən il filmlə bağlı qiymətli sənədlər əldə edildiyini bildirən dire... | ANL |
İmir Məmmədlinin “Çarə” əsərinin tamaşası təqdim olunub. Sarabski adına Mədəniyyət Mərkəzində Bakı Uşaq Teatrının təqdimatında yazıçı-dramaturq İmir Məmmədlinin “Çarə” tamaşası nümayiş etdirilib. Respublikanın əməkdar artisti, rejissor Vidadi Əliyevin və teatrın bədii rəhbəri İntiqam Soltanın quruluş verdiyi tamaşada B... | ANL |
İlıq yaz axşamı...Kənd alma, gilənar, gilas çiçəklərinə bürünmüşdü. Naxır örüşdən təzəcə qayıdırdı. Adamlar mal-qarasını yerbəyer edirdi. Çiyni sənəkli qız-gəlin şən əhval-ruhiyyə ilə bulaq başına tələsirdi. Məscidlərin minarələrindən azan səsi gəlirdi. Möminlər axşam namazına hazırlaşırdılar. Güney məhəllədəki həyətlə... | ANL |
Naxçıvan tarixi ilə bağlı geniş atlas nəşr olunub. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, Naxçıvan Muxtar Respublikası Dövlət Yerqurluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun birgə hazırladığı Naxçıvan Tarixi Atlası bu günlərdə işıq üzü görüb. Olduqca nəfis tərtibatda çap olunan a... | ANL |
“Diqqət, şəhərdə manyak var” tamaşası maraqlı alınıb. Musiqili Komediya Teatrında Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Əziz Nesinin yaradıcılığı əsasında “Diqqət, şəhərdə manyak var” komediyası nümayiş etdirilib. Oruc Qurbanovun ssenarisi üzrə qurulmuş tamaşaya musiqini bəstəkar Sərdar Fərəcov yazıb. Əsər... | ANL |
“Ulduz” ədəbi-bədii jurnalın növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayında Məmməd İlqar, Faiq Balabəyli, Həbib Səfər, Fərqanə Mehdiyeva, Mahmud Vəli, Şöhlət Əfşar, Mənsurə Qaçayqızı və başqalarının şeirləri dərc olunub. Dərgidə Rüstəm Kamalın Məmməd İlqarın yaradıcılığından bəhs edən yazısı da öz əksini tapıb. Jurna... | ANL |
Kubada Azərbaycan Mədəniyyət Günləri yekunlaşıb. Martın 3-6-da Kubada Azərbaycan-Kuba hökumətlərarası komissiyasının növbəti üçüncü iclası ilə eyni vaxtda keçirilən Azərbaycan Mədəniyyəti Günləri başa çatıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mədəniyyət günlərində iştirak e... | ANL |
Azərbaycanda Milli Teatr Günü qeyd olunub. Azərbaycan Teatr Xadimləri İttifaqında 10 Mart Milli Teatr Günü münasibətilə konfrans və teatr xadimlərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Teatr Xadimləri İttif... | ANL |
İllər keçir. Zaman bir çox hadisələri xatirələrdən silir. Lakin günahsız tökülən qanları unutmaq olarmı? Əzizlərini itirmiş anaların göz yaşlarını tökənləri bağışlamaq mümkündürmü? Yanvar ayının sonlarında Bakıda Azərbaycan və Rusiya ictimaiyyətinin humanitar əməkdaşlıq üzrə birinci dövlətlərarası forumu keçirilib. Məl... | ANL |
Kaman telləri kimi... Hər kəsin, ömründə yaşananların kövşəyini gətirmək dövrü var. Yəni xatirələri yada salmaq, xəyalən yenidən yaşamaq dövrü. Vaxtım olduqca xatirələrimi yazıram. Taleyim, həyatım elə gətirib ki, ölkəmizin və dünyanın çox məhşur və maraqlı insanları ilə ünsiyyətim olub. Oxuyanlar üçün də maraqlı, mənə... | ANL |
Öz sahəsinin görkəmli mütəxəssisi olduğunu bilirdim. Ona görə də hələ orta məktəb illərindən həvəslə oxuduğum məşhur əsərin adını xatırladan kitabını görəndə, məni qəribə bir maraq hissi bürüdü. Və o “yaxşını” tapmaq üçün “Bir səfirin manifesti”ni həmin qayğısız illərimin coşğusu ilə mütaliə etməyə başladım. Bəri başda... | ANL |
Oğlum məktəbdə kağızdan düzəltdiyi ucu şiş, gövdəsi yoğun “qanadlı raket” bağışlayıb məni 23 fevral “kişilər günü” münasibətilə təbrik elədi. Üstünə Azərbaycan bayrağı çəkilmiş raketin aşağısındakı uzun nərdivan onun nəhəngliyindən xəbər verirdi. Urandan düzəldilən o zəhrimarı da əlavə eləyəndə buna atom bombası deyirl... | ANL |
Hədər getməyən zəhmət. Tanınmış kinoşünas, Əməkdar İncəsənət xadimi Aydın Kazımzadənin anadan olmasının 70 illik yubileyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris teatrında təntənəli surətdə qeyd edildi. Açığı, bu günə çoxdan hazırlaşan Universitet rəhbərliyi, ən çox da Aydın müəllimin dərs dedi... | ANL |
Bu günlərdə Milli Elmlər Akademiyası (AMEA) Gəncə Elm Mərkəzində prezident İlham Əliyevin Gəncədəki “İmamzadə” tarixi-dini kompleksinin təmiri və bərpası ilə əlaqədar imzaladığı sərəncamla bağlı yığıncaq keçirilib. AMEA-dan verilən məlumata görə, yığıncaqda çıxış edənlər prezident tərəfindən belə bir vacib addımın atıl... | ANL |
Azərbaycan dilində Bu yaxınlarda “Mütərcim” nəşriyyatında böyük rus klassiki Andrey Platonovun “Fro” hekayələr toplusu işıq üzü görüb. Toplunu ana dilimizə yazıçı-dramaturq Elçin Hüseynbəyli tərcümə edib. Onun verdiyi məlumata görə, əsərləri tərcümə edərkən çətin, keşməkeşli həyat yaşamış A.Platonovun dünyagörüşünü, əs... | ANL |
Yorğanı başıma çəkəndə ağlıma gəldi ki, Qarğı bulağında tikdiyim evlərin bünövrəsini qoyanda bir vacib məsələni unutmuşam. Ona görə də səhərisi vaxt tapıb kəndimə baş çəkdim. Qolumu çırmayıb buraxdığım səhvləri düzəltməyə başladım. Boylu-buxunlu, çiyni tüfəngli əsgərlər düzəltdim. Onları kəndin yuxarısındakı qayaların ... | ANL |
Terrorçubaşının aqibəti: adi sonluq, yoxsa rüsvayçı ölüm? Bizim üçün bu mövzu qapanıb. Ölkə mediasında bu barədə az çox məlumat yayıldığındanmı, ənənəvi sadəlikdən, səmimiyyətdənmi, bəlkə müharibənin ilk raundundakı uğursuzluqdanmı, daha bu mövzuya toxunmaq istəmir, o səhifəni qapanmış hesab edirik. Lakin erməni tərəfi... | ANL |
TV-də stereotip və axtarışlar. “Şərqi geri qoyan fikir tənbəlliyidir”. Bir neçə il əvvəl ictimai kanalda işıq üzü görən “Ovqat” televiziya proqramı belə bir yanlış təsəvvürü dağıtmağa müvəffəq oldu ki, guya tamaşaçılar ziyalıların deyil, şoumenlərin, komediantların, dedi-qoduçuların söhbətlərinə daha böyük həvəs göstər... | ANL |
“Ucar”da Cənubi Azərbaycan izi. Azərbaycandakı yer adlarının tədqiqi zamanı belə bir nəticəyə gəlmək olur ki, bunların əksəriyyətinin Güney Azərbaycanla bilavasitə bağlılığı var. Əlamətdar hal odur ki, Azərbaycan uzun illər işğallara, zor gücünə assimlyasiyalara və yer adlarının dəyişdirilməsi siyasətinə məruz qalmasın... | ANL |
90 İLDİR Kİ, BU RƏZALƏT AZƏRBAYCAN SƏHNƏSİNDƏ MİLLİ MƏNSUBİYYƏT QAZANMAQDA VƏ XƏTAİNİ TƏHDİD ETMƏKDƏDİR. “Bu o şah İsmayıl deyil!” – Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində hər mövsüm oynanılan operanın afişasına bu sözlər də əlavə edilə bilərdi. Amma bu iş, sözün həqiqi mənasında, ictimai-siyasi bir məch... | ANL |
Azərbaycan. Bəsdir uydun, bəsdir yetər, Fitnə-felə, Azərbaycan. Könlün hələ qəm üstədir, Kipriklərin nəm üstədir. Səsin niyə bəm üstədir, Qalxmır zilə, Azərbaycan. Yurd yerləri səpələnib, Dərd yığılıb təpələnib. Ürəyimdir qəlpələnib, Gəlmir ələ, Azərbaycan. Üfiq kimi gərilibsən, Göysən yerə sərilibsən. Sinəm üstdən dər... | ANL |
“CƏLİL MƏMMƏDQULUZADƏ VƏ XALQ GÜLÜŞ MƏDƏNİYYƏTİ” SİLSİLƏSİNDƏN İKİNCİ YAZI. Mirzə Cəlil yaradıcılığında dəlilik mövzusu öz təməlini müəllifin əvvəl yazılmış bəzi əsərlərindən, xüsusən də “Ölülər”dən götürür. Bu fikri əsaslandırmaq üçün akademik İsa Həbibbəylinin bir mülahizəsini xatırlatmaq yerinə düşür. İskəndərin dəl... | ANL |
ORALARDA KİMLƏR VAR: BƏŞİR FUAD. Bəşir Fuad 6 fevral 1887-ci ildə İstanbulun Cağaloğlu yoxuşunda Kitabçı Arakelin dükanı qarşısındakı 12 nömrəli evində gecə gec saatlarda biləklərini kəsdiyində 35 yaşındaydı; ölüm anlarında yaşadıqlarını,başına gələnləri qanıyla bir kağıza yazdı və son sözləri başucundakı doktora söylə... | ANL |
“Yeddinci qat”da variasiyalar. Laura Cəbrayıllının kitabı çıxdı: “Yeddinci qat”. Bu qədər işin-gücün, qayğının, Qulunun barmaqları ucunda gəzməsi, Alsunun sarı simdə suallar verməsi... müqabilində “yeddinci qat” son dərəcə təbii görünür. Neçə gün idi, bəlkə də neçə ay idi bir şeirin beynimdə dolaşan, pıçıldayanda tam t... | ANL |
Azərbaycan teleməkanında ekranların məzmunsuz şoular, bayağı seriallar, şit mətbəx söhbətlərilə bozbulanıq rəng alması, təbii ki, təzə xəbər deyil. 10 ilə yaxındı ki, televizoru açıb Azərbaycan telekanallarının tamaşaçısı olmaq istəyənlərin əksəriyyəti çox zaman məyusluq hissi yaşayırdı. Efirin ucuz reklam xatirinə cıl... | ANL |
“İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” elmi tədqiqat əsərindən hissə. Zülfüqarova Fərqanə Sübhan qızı – 1992-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin İngilis-Alman dilləri fakültəsini bitirib. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitut... | ANL |
BU YAZ-YAY MÖVSÜMÜNDƏ HANSI GEYİM VƏ MAKİAJ TƏRZİ ÜSTÜN OLACAQ? İlin hər fəsli həm də insanların dəbdəbəli geyimləri, daha çox gündəmdə olan rəng çalarları, əlbisə biçimləri, rəngarəng aksessuarları ilə seçilir, hər mövsüm həm də adamların üstünlük verdikləri geyim tərzlərilə yadda qalır. Dəblə mütəmadi olaraq maraqlan... | ANL |
Bəşir Səfəroğlu Musiqili Komediya Teatrında anılıb. Dövlət Musiqili Komediya Teatrında unudulmaz sənətkar, xalq artisti Bəşir Səfəroğlunun anadan olmasının 85 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə sənətkarın yadigarı, xlq artisti Afaq Bəşirqızının baş rol ifa etdiyi “Bankir adaxlı” tamaşası nümayiş olu... | ANL |
Şair və alim Teyyub Qurbanla bağlı biblioqrafik nəşr işıq üzü görüb. Axundov adına Milli Kitabxanada kitabxananın əməkdaşları tərəfindən tərtib edilən “Teyyub Qurban. Biblioqrafiya” adlı nəşrin təqdimat mərasimi keçirilib. Tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov müəllifin həyat və fəaliyyətinin bütün dö... | ANL |
Bu sözlərdən belə nəticə çıxarmaq olar – bir var böyük auditoriya, mitinq və meydanlar üçün nəzərdə tutulmuş gur şeir, bir də var yarıpıçıltı ilə oxunan intim, zərif, həzin lirika. Bizim başqa bir istedadlı şairimiz Fikrət Sadıq da gözəl şeirlər yazır, ancaq zəif səslə oxuyur. Kimsə haqlı deyib ki, gərək Fikrət Sadığın... | ANL |
Xalq yazıçısı Anar müəllimlə görüşmək, fikrimdə fırlanan sualları ona ünvanlamaq, cavablar almaq, bu söhbətə oxucuları da cəlb eləmək istəyim yazıçının ad günü ərəfəsində baş tutdu. Bəri başdan onu doğum günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, bir də yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Anar müəlli... | ANL |
ÜÇÜNCÜ ADAM. O, son klassik idi. Köhnə şeir tərzimizin və muğamatımızın son klassiki. İndi yaşı 70 olan, yaxud yetmişi çoxdan adlamış, qəzəliyyatla məşğul, muğamla baş-başa ömür yaşamış sənətkarlar varsa da, ya xeyli cavan olsalar belə, eyni işlərlə xoşagələn biçimdə məşğul cavanlar az deyilsələr də və söz yox, bundan ... | ANL |
Üç aqilin davası. 1903-cü ilin martında Tiflisdə Məhəmmədağa Şahtaxtlının naşirliyi və redaktorluğu ilə “Şərqi-rus” qəzeti nəşrə başladı. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” kimi aydın mövqeyi olmayan, mədəni-ictimai fikir tarixində samballı iz qoya bilməyən, təsadüfdən təsadüfə çıxan dövrü nəşrlər nəzərə alınmazsa, ... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin BMT İnkişaf Proqramı, Qlobal Fond, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Norveç Qaçqınlar Şurası arasında əməkdaşlıq əlaqələri, təhsil sahəsində həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərim... | ANL |
Sirli-soraqlı Abşeron: tarixi həqiqətlər, dəyərli mülahizələr. TANINMIŞ İCTİMAİ XADİM, DƏYƏRLİ ZİYALI SADIQ MURTUZAYEVLƏ SÖHBƏT. Belə qərara gəldim ki, Abşeronun ilk birinci katibi olmuş və respublikada ən çox – otuz beş il ərzində ayrı-ayrı rayonlarda raykom katibi işləmiş, dəyərli ziyalı, tanınmış şəxsiyyət, filologi... | ANL |
Din və müqəddəslik hissi. “Sevgi hissindən məhrum olan adam dindar ola bilməz”. Yeri, göyü, bütün kainatı adlayıb-keçəndə, nəhayətsizliyə, sonsuzluğa qovuşanda, ölümdən sonrakı ölməz həyatı da öz həyatına əlavə edəndə həyatın ecazkarlığı, ülviyyəti artır, insan özünü əzəli-əbədi hesab edir, hadisələr içərisində itib-ba... | ANL |
Əvvəli ötən saylarımızda. Kənddən çox da aralı olmayan dağların ətəklərindən həmişə yanıqlı tütək səsi gəlirdi. Əlimi alnıma qoyub həmin səmtə baxanda qoyun-quzu sürüsü görünürdü. Və bilirdim ki, Nəcinin otardığı qoyunlardır. Kəddə ondan başqa heç kimin tütəyi yoxudu. Ermənilər Köhnə Həsənlini yandırıb-dağıdanda, ata-a... | ANL |
Vaqif Mustafazadənin 70 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. BÖYÜK CAZMENİN ÖMÜR YOLDAŞI ELİZA XANIM VƏ QIZI ƏZİZƏ MUSTAFAZADƏ YUBİLEY TƏDBİRİNDƏN ƏVVƏL ONUN MƏZARINI ZİYARƏT EDİBLƏR. Martın 16-da Heydər Əliyev Sarayında Azərbaycanın dünya şöhrətli musiqiçisi, bəstəkar və cazmen mərhum Vaqif Mustafazadənin 7... | ANL |
Azərbaycan musiqisi Kiyevdə səslənib. Kiyev Beynəlxalq Enerji Klubunun (KBEK) təşəbbüsü ilə Ukrayna paytaxtının Milli Akademik Opera və Balet Teatrında simfonik muğam gecəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Kiyev klassik simfonik orkestrinin müşayiəti ilə ... | ANL |
Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilir. ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında Novruz bayramı münasibətilə tədbir təşkil edilib. Səfirliyin əməkdaşları və onların ailə üzvləri üçün təşkil edilmiş tədbirdə Azərbaycan xalqının milli adət-ənənələrinə uyğun olaraq, masalara xonça və səmənilər düzülüb, ... | ANL |
“Müasir cəmiyyətdə qadın şəxsiyyəti” müzakirə olunub. “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi Heydər Əliyev fondu, BMT-nin Əhali Fondu (UNFPA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Müasir cəmiyyətdə qadın şəxsiyyəti” adı altında elmi konfrans keçirib. Tədbir “XXI... | ANL |
Bir Azərbaycan sevdalısı – polkovnik Yusif bəy Tahirov. 1918-ci ildə daşnak Andronik Ozanyanın başçılığı ilə erməni quldur dəstələri Naxçıvan və Şərur-Dərələyəz qəzalarında qanlı qırğınlara başladı. Bu azğın quduzların qarşısını almaq və torpaqlarımızı müdafiə etmək üçün həmin ilin noyabr ayının sonunda naxçıvanlılar Q... | ANL |
Baxış bucağına baxış. “Bəsirət gözü ariflərlə ünsiyyətdə açılır”. Həyat kənardan baxandamı daha gözəl görünür, yoxsa içərisində itib-batandamı? Nabələd bir həyatmı, yoxsa bəlli bir həyatmı daha gözəldir? Hər bir addım planlı surətdə atılandamı, yoxsa gözlənilməzliklərlə dolu olandamı həyat daha maraqlı olur? Bir var, h... | ANL |
Nərminin rəsm pəncərəsi. Maddi mədəniyyət əşyalarının yaradılması prosesinə bədii yaradıcılığın bilavasitə qoşulması dizaynın təzahürünün başlıca amilinə çevrildi. Bədii mədəniyyət sahələrində rəngarəngliyin yüksəlməsi ilə yanaşı, incəsənətin hüdudları da genişləndi. Bununla əlaqədar mədəniyyətin iki əsas səviyyəsinə –... | ANL |
Turizm İnstitutunda şair Səlim Babullaoğlu ilə görüş olub. Martın 16-da Azərbaycan Turizm İnstitutunda şair Səlim Babullaoğlu ilə görüş keçirilib. İnstitutun təşəbbüsü ilə kitabxanada təşkil olunan görüşdə tələbələrlə yanaşı, müəllim kollektivinin də nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan institutun... | ANL |
Əvvəli ötən saylarımızda. Kenquru barədə əzbərlədiyim şerdən başqa heç nə bilmirdim. Ona görə də Nəcinin verdiyi suallar cavabsız qalırdı. Bircə kenqurunun şəkildə gördüyüm qamçı kimi uzun quyruq, qabaq ayaqları dal ayaqlarından azı iki-üç dəfə gödək olduğu, pələ qulaqlarının yana sallandığını deyə bilirdim, vəssalam. ... | ANL |
İdeoloji boşluq və din. Qərarlaşmış sosial duruma malik Qərb ölkələrində dinin özünəməxsus yeri vardır; din dövlət işlərinə qarışmır, siyasi və iqtisadi həyata, elm, təhsil və mədəniyyətə fəal müdaxilə etmir və dövlət də dinin nisbi müstəqilliyini təmin edir, ona müəyyən muxtariyyət verir. İctimai-siyasi həyatın öz qay... | ANL |
İslam mədəniyyətinin Qərb mədəniyyətinin inkişafına təsiri. Qərb mədəniyyəti sözündən məqsədimiz bu gün dünyada hakim olan Qərb maarifi, elm və texnologiyasıdır. Bizcə, bunların meydana çıxmağında və inkişafında İslam maarif və mədəniyyəti ən böyük rolu ifa edib. Avropa və İslam mədəniyyət tarixlərinə bir baxış bizim g... | ANL |
Son günlər nədənsə xatirələr mənə daha çox güc gəlir. Açığı səbəbini heç özüm də bilmirəm. Sadəcə bildiyim bir şey var. O da xatirələrin son dərəcə kövrək, həzin və bir az da insanı kədər notları üzərində kökləmək imkanıdı. Yəni nə qədər şirin xatirə olur olsun, onun sevincli, fərəhli damarının bir şaxəsi də kədərə, ni... | ANL |
Bu sözləri durmadan öz-özünə təkrar edə-edə parkda gəzişirdi. Özünün bu qədər aciz, iradəsiz və müəyyən mənada yazıq olduğuna üsyan edirdi. Bu səndən asılı deyil. Məsləhət belə imiş. Allah belə qismət bilib ki, sən ilk baxışdan sevdiyin, sevgisini qəlbində beş ildir ki, gəzdirdiyin, baxışından əsdiyin, gülüşündən məst ... | ANL |
XX yüzil Azərbaycan aydınlarının öncül nümayəndəsi. Zaqatala Dairəsi Qax bölgəsinin qazısı. Qaxda maarif yayan müəllimlərdən biri. Görkəmli ictimai-siyasi xadim. Azərbaycanın qurtuluşu və bağımsızlığı uğrunda fəal mücahid. Azərbaycan Cümhuriyyəti (1918-1920) Parlamanının deputatlarını araşdırarkən ən gec tapdıqlarımın ... | ANL |
Bizim Bəkir müəllim. 2005-ci ildə təzə-təzə məskunlaşmağa başladığım Varşavada çağdaş Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidimizin ən tanınmış nümayəndələrindən biri – akademik Bəkir Nəbiyevin anadan olmasının 75 illiyi barəsində xəbəri mətbuatdan oxuyan kimi ilk öncə keçmiş müəllimimə zəng etmək, yaxud təbri... | ANL |
Teatra məhəbbətlə. Belinskinin teatr haqqında məqalələrindən biri oxucuya sualla başlayır: “...Siz teatrı sevirsiniz?” Mən də teatra dəxli olan bir oxucu kimi teatr yazılarını oxuyanda öncə onu müəyyənləşdirməyə çalışıram – müəllif teatrı sevirmi, onu yaxından, yenə də Belinskinin təbirincə desək, “mənim kimi bütün qəl... | ANL |
Azərbaycan şeirinin imperatoru. Zəlimxan müəllimi yaxından tanıyanlara, o cümlədən mənə də bu qəribə gəldi. Çünki Zəlimxan Yaqub o qədər səmimi bir insandır ki, onunla ünsiyyətdə olan hər bir insan onu özünün yaşıdı hesab edir. Tanrıdan kəramət alan şair həmişə gəncdir, hamının yaşıdıdır. Zəlimxan Yaqub da belələrindən... | ANL |
Həmin gün, hər il olduğu kimi, axşamüstü Turan xanımgilə yollandım. Mən gələndə qohumlardan, dostlardan bir neçə nəfər artıq buradaydı. Həmişəki kimi, Turan xanım atası Cavidin, anası Mişkinaz xanımın, qardaşı Ərtoğrolun əkslərinin yanında 3 şam yandırmışdı. Deyirdik, danışırdıq, xatirələr söylənirdi, yenə bu kiçik ota... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.