text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
"Bəzi insanlar çox uzaqlardadır - bizim əsla gedə bilməyəcəyimiz yerlərdə". İnsan ən son torpaqla qovuşur. Bunun tərsinə yalnız hekayələrdə və miflərdə rast gəlirik. Biz möcüzələrə inandırılaraq böyüdüldük. Bir gün, bir möcüzənin qanadında nəfəs alıb uçmağı və sonsuzluğa açılmağı xəyal etdik. Buna inanacaq və bizi inan... | ANL |
Bu günlərdə peşəkar kitabxanaçı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya Mərkəzinin müdiri Tamilla Məhərrəm qızı Əsgərova həyatının yeni yaşına qədəm qoyur. Tamilla Əsgərova ölkəmizin kitabxana işi sahəsində təcrübəli kitabxanaçı, qayğıkeş insan, gənc kadrlara hər zaman d... | ANL |
Sevgimizdən usanmayaq... Ünlü çex rejissoru Miloş Formanın "Amadey" filmində maraqlı bir epizod var: kraliçanın şərəfinə kiçik bir melodiya bəstələmək tapşırığı alan saray bəstəkarı Salyeri bütün gecəni piano arxasında oturub Allaha yalvara-yalvara, ondan kömək diləyə-diləyə səsləri, necə deyərlər, əlifba qaydas... | ANL |
Tariximizdə izi qalan şəxsiyyət. NAXÇIVAN MİLLİ ŞURASININ SƏDRİ OLMUŞ MİRZƏ NƏSRULLA ƏMİROV HAQQINDA QEYDLƏR. Unudulmaz alim, ədəbiyyatşünas, tərcüməçi Əziz Şərifin yazdığı gündəlik qədim Naxçıvanımızın ədəbi mühitinin, maarifinin, incəsənətinin, həmçinin, tarixinin XIX-XX yüzilliklərdəki bir çox qaranlıq məqamla... | ANL |
Çiynində bu yurdun Qarabağ yükü, Yoluna tər güllər səpirəm, Aqil. Bir qələm tişənlə yüz naxış vurub, Bir heykəl yonubsan Cavanşir bəyə. Sözünün çəkisi bir batman olub, Batman qılıncmız yaşasın deyə. Qındakı qılıncın qınını doğrar, Köksünün tüstüsü başından çıxar. Xalqa xidmət edən bir qələmin var, Pələng gözlərində i... | ANL |
Ali pedaqoji təhsilli Qəzənfər Nəcəfov ixtisasca coğrafiya müəllimidir. Bir vaxt dərs dediyi sinif otaqlarında xəritə, qlobus vasitəsilə dünyanı qarşısındakı şagirdlərə tanıtmağa çalışıb. Sonralar Qəzənfər müəllim rəhbər vəzifələrə irəli çəkilib, Şabran və Siyəzənin RİH-də dövlət məmuru kimi fəaliyyət göstərib. Onun b... | ANL |
Müasir sivilizasiya və insan amili. Sivilizasiyaların tarixi heç vaxt dəqiq olmur. Onların hüdudları dünya əhəmiyyətli tarixi proseslərlə müəyyən olunur. Sivilizasiyalar müəyyən tarixi hadisənin rəqəmlərindən başlanmır. Həmin tarixi hadisənin bəşəriyyətin taleyində mərhələli rol oynayan əlamətləri, yaxud nəticələ... | ANL |
Bu çiçək yağışı. Boz-bulanıq günlərimizin içərisində özümüz də gözləmədiyimiz kimi bəzən elə anlar yaşayırıq ki, yaddaşa, həzin xatirəyə çevrilir. Bu, hərdənbir tale töhfəsi kimi də gəlir. Əslində, biz Tanrının bizə ayırdığı vaxtı necə yaşamağımızı yaxşı bilməli və qiymətləndirməliyik. Onda biz özümüz-özümüzə qay... | ANL |
Şahanə MÜŞFİQ. Bir gün öncə Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində müstəqil "Rebus" teatrının repertuarından izlədiyimiz "Hamlet X" tamaşasını aktyor dostum çox maraqlı mənalandırdı: "Məncə, tamaşanın məhz bu günə - parlament seçkilərindən bir gün sonraya təyin edilməsi təsadüf ola bilməz. Bir gü... | ANL |
Rafiq Əliyevin kitabı təqdim olunub. Fevralın 10-da Xəzər Universitetində dünya şöhrətli alim, texnika elmləri doktoru Rafiq Əliyevin 78 illiyi qeyd olunub. Tədbir çərçivəsində, həmçinin, müəllifin həmkarı Lütfi Zadə ilə birlikdə ərsəyə gətirdiyi "Qeyri-səlis məntiq-nəzəriyyə və tətbiqetmələr" monoqrafiyasının və ali... | ANL |
Bir neçə gün öncə İctimai Televiziyanın (İTV) efirində çoxdan anonslarını gördüyümüz "Səs uşaqlar" layihəsi başladı. İllər öncə Türkiyə teleməkanında da belə bir layihə yayımlanmışdı. Hazırda elə Türkiyədə bu proqramın əsli, yəni böyüklər üçün olanı davam etməkdədir. Sözüm onda deyil... İstedadlı uşaqlara, gənclərə ... | ANL |
Fevralın 10-da Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və Birliyin katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüşüb. AYB.az saytının xəbərinə görə, nazir müavini Bakı Dövlət Universitetinin 100 illik yubileyindən və bu münasibətlə təh... | ANL |
Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri. Seçki Feysbukun hörmətini artırdı. "Virusdan qorunmaq üçün ölkədə kifayət qədər maska var". Belə unutqanlıq olar, Bu qədər bədyanlıq olar?! Qaradağ rayon Mədəniyyət evində mərhum Xalq şairi Cabir Novruzun xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. Çıxış e... | ANL |
Sosial şəbəkələr, xüsusən, Feysbuk platforması bədii yaradıcılıqla məşğul olan gənclərin ilk qələm təcrübələrini ictimailəşdirməsi, ədəbi mühitdə tanınması baxımından da əlverişli məkandır. Bu imkanlardan istifadə etməklə qısa zamanda xeyli məşhurlaşan, fərqlənməyi bacaran istedadlı gənclər az deyil. Belə məşhurlard... | ANL |
Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair, publisist Fərid Hüseynin "Sevdiyim əsər" (müsahibələr) və "Təkrarın tənhalığı" (şeirlər) kitablarının təqdimat mərasimi keçirilib. Mərasimdə tanınmış elm və ədəbiyyat adamları, media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AYB-ni... | ANL |
Ağaxan Abdullayev İncəsənət Məktəbində anılıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbində ustad xanəndə mərhum Ağaxan Abdullayevin 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. İdarədən AZƏRTAC-a bildirilib ki, yubiley gecəsində Üzeyir Hacıbəylinin ev-mu... | ANL |
Nəsirəddin Tusiyə həsr olunmuş elmi konfrans. AMEA-nın Naxçıvan Bölməsində bölmənin Batabat Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə böyük Azərbaycan alim və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusi ilə bağlı elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev ensiklopedik bil... | ANL |
Səmərqənd Dövlət Universitetində "Türkologiya" jurnalının təqdimatı olub. Böyük özbək şairi Əlişir Nəvainin adını daşıyan Səmərqənd Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalının təqdimat mərasimi təşkil edilib. Tədbirdə filolo... | ANL |
Fevralın 11-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında milli ədəbiyyatımızın görkəmli tədqiqatçısı, filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Əziz Mirəhmədovun anadan olmasının 100 illiyi münasibətilə "Əziz Mirəhmədov - 100" adlı kitab sərgisi açılıb. Kitabxanadan bildirilib ki, sərgidə ədəbiyyatşüna... | ANL |
Əlirza BƏXŞİ. Əvvəlcə Ərdəbilin Panizdəhi-xurdad oxulunu bitirib. Orta təhsilini isə Əbuzər oxulunda və Əkabir mədrəsəsində alıb. Ancaq yoxsulluq, ailə çətinliyi və əyilməz, yavaşımaz, qızğın, duyğusal ruhu onu təhsildən və məktəbdən uzaq salıb. Sement zavodunun tikintisində qaynaq işi görərkən 15 metr hündürlükdən ye... | ANL |
İlk təhsilini orada alıb. Özü-özünü belə təqdim edir: "Uşaqlığımı başqa uşaqlardan fərqləndirən cəhətlərdən biri budur ki, şair Məhəmmədhüseyn Şəhriyarın bacısı mənim müəlliməm olub. Onun vasitəsilə Şəhriyarın evinə get-gəl edir, şeirlərini, söhbətlərini dinləyir, ondan öyrənirdim. İlk şeirlərimi Şəhriyarın yan... | ANL |
Şairə Gilə Əliqızının imzası oxucularına yaxın illərdən tanışdır. O, əslən Laçın rayonundandır. Beş şeirlər kitabının müəllifidir. Qarabağ münaqişəsi onun da taleyindən yan keçməyib. Amansız müharibənin minlərlə ailəyə vurduğu mənəvi yaradan Giləyə də pay düşüb. Özü də ən çox onun şair taleyinə yapışan dərd şəklində,... | ANL |
Təbiətə vurğunluğun bədii ifadəsi. Dəyərli elmi əsərlər müəllifi olan filologiya elmləri doktoru Elçin Mehrəliyev maraqlı bədii yaradıcılığı ilə də oxucuların diqqətini cəlb edir. Çünki həqiqi sənət əsərləri o zaman əbədiyaşarlıq qazanır ki, o, elmə söykənmiş olsun. Elçin müəllimin yaradıcılığında bu iki önəmli ... | ANL |
Azərbaycan televiziyasının ilk addımları. Bu gün insanların informasiya və mədəni tələbatının təmin edilməsi, xalqın maarifləndirilməsi, mənəvi-estetik dünyagörüşün və humanist duyğuların formalaşmasında televiziyanın rolu əvəzsizdir. İndi bütün dünyada, o cümlədən, Azərbaycanda televiziya və radio böyük səfərbəredi... | ANL |
AzTV: Azərbaycan teleməkanının 64 yaşlı avanqardı. İlk dəfə "Bəxtiyar" filmi geniş auditoriyaya nümayiş olundu. Ölkənin həyatında baş verən bu mədəni inqilab möcüzə kimi qarşılandı. Bakının ən hündür yerində yerli inşaatçıların leninqradlı həmkarları ilə birgə inşa etdikləri telemərkəzin işə düşməsi ilə televizi... | ANL |
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlıq memorandumu imzalayıb. İsveçrənin paytaxtı Bern şəhərində Mərkəzi Asiya Araşdırmaları Cəmiyyəti və Bern Universitetinin Arxeoloji Tədqiqatlar İnstitutunun dəstəyi ilə Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutu (IICAS) tərəfindən IICAS-ın Akademik Şurasının 22... | ANL |
AZƏRABAYCAN YAZIÇILAR BİRLİYİNİN SƏDRİ, XALQ YAZIÇISI ANARLA SÖHBƏT. Rahatlıqla keçmişə boylana bilərsiniz? Keçmişin elə günləri, anları var ki, onları bir daha yaşamaq istərdim. Çox zəngin yaradıcılığınız var. Bu yaradıcılığınız müqabilində qazancınız nədir? - Barəmdə və yaradıcılığım haqqında dediyiniz xoş s... | ANL |
Bəxtiyar Vahabzadə haqqında xüsusi nəşrin təqdimatı oldu. TÜRKİYƏDƏ ÇIXAN "TEMRİN" DƏRGİSİNİN BİR SAYI BÜTÖVLÜKDƏ AZƏRBAYCANIN XALQ ŞAİRİNƏ HƏSR EDİLİB. Fevralın 12-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Türkiyədə nəşr edilən "Temrin" dərgisinin Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş xüsusi sa... | ANL |
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” tədbirləri başlanıb. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət tədbirlərinə start verilib. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar AMM-də “Hər anımız Vətən ... | ANL |
"MƏNCƏ, RƏSSAMLIĞI ÖYRƏNMƏYİN ƏN YAXŞI YOLU PRAKTİKADIR". Artıq bir ildən çoxdur ki, sosial şəbəkədə bir gənc rəssamın adı tez-tez hallanır, çəkdiyi rəsmlər paylaşılır. O, əsl adı Məhsun Hüseynov olan Maksimdir. Özünün dediyinə görə, Məhsun adını çox zaman tələffüz edərkən çətinlik çəkənlər olduğundan özünə "Maksi... | ANL |
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna yeni əlyazma və çap kitabları daxil olub. AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna Muxtar Respublikanın Mədəniyyət Nazirliyi tərəfindən 24 yeni əlyazma və çap kitabı daxil edilib. Bu münasibətlə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev tariximizi... | ANL |
yaralı yurdum... Azərbaycanın ürəyinin. Qarabağ yerindən vurdular... əliyalın insanların üstünə yeridi. nəşələndilər, qudurdular. Qarabağı Azərbaycanın. canından ayıranlar, bu candan axan qanları. çaqqal tək yalayanlar. yerin-göyün, nizamın. qəzəbini unutdular! məsud günlərinin uğrunda. ömrümü qurban dedim! Naxçıvan. Y... | ANL |
Elmi və bədii yaradıcılığın zirvəsində. Hələ ilin sonlarına doğru tamamlanacaq bu 70 il hansısa sadə bir müddəti ifadə etmir. Çoxşaxəli yaradıcılığı, gərgin əməyi, saysız-hesabsız elmi, bədii, publisistik əsərləri, qazanılan saysız-hesabsız uğurlar, ali mükafatlar və yüksək fəxri adlar bu mənalı və şərəfli ömür yo... | ANL |
Səfəvişünaslığa böyük töhfə. Kitab Azərbaycan xalqının həyatında mühüm rol oynamış Səfəvilərin hakimiyyəti illərində ölkədə gedən dini proseslərin öyrənilməsi baxımından əhəmiyyətlidir. Monoqrafiyada tarix elmi üçün aktual sayılan Səfəvilər dövründəki dini proseslərlə bağlı bir sıra məsələlər, o cümlədən, təsəv... | ANL |
Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu. Muhsin Kadıoğlunu yaxın zamanlardan - cəmi bir neçə il olar tanıyıram. Lakin bu tanışlıq çox-çox illər öncəsinin tanışlığı, tanışlıqdan da bir az irəli - dostluğu kimi gəlir mənə. Ona görə ki, tanışlıqdan sonrakı dönəm çox sürətlə elmi ilişgiyə, fikir, ideya birliyinə k... | ANL |
Muğam Mərkəzində daha bir yubiley tədbiri. Fevralın 13-də Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın "Şöhrət" ordenli ziyalısı Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş gecə keçirilib. AZƏRTAC xəbər verir ki, görüşdə ç... | ANL |
ƏDƏBİYYAT İNSTİTUTUNDA BU MÖVZUDA İKİNCİ ELMİ SESSİYA KEÇİRİLİB. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ədəbi cərəyanlar: poetikası və estetikası" adlı II elmi sessiya keçirilib. Sessiyada "Azərbaycan" jurnalının əməkdaşı Südabə Ağabalayeva da iştirak edib. Sessiyanı giriş... | ANL |
"Unutduğum göy üzü"ndəki qərib ruhlu şair. İlk tanışlığımızdan onun daxili aləmində gizlənən və adama sirr kimi görünən bir qəriblik hiss etdim. Uzun illər keçməsinə baxmayaraq, bu qəriblik hissi hələ də onun canını tərk etməyib. Nazimin içi, onun mənəvi dünyası zahirindəki çəkisindən - yəni maddi aləmindəki bütün va... | ANL |
Üfüqdə qaralan dağlar. Adəti üzrə səhər erkən durmuşdu. Birdən telefon zəng çaldı. Yaxın dostu, həmyaşıdı idi. Vaxtilə eyni hərbi hissədə əsgər olmuşdular. Sonra hərbi təhsil almışdılar. İllər keçdikcə paqonlarındakı ulduzların sayı artmış, sonra Hərbi Akademiyada dərs demiş, nəhayət, ahıl yaşlarında təqaüdə çıxm... | ANL |
Bu il Prezident mükafatçısı olan gənclər: onları yaxından tanıyaq. Gənclik cəmiyyətin əsas qüvvəsidir. Bir cəmiyyətin, xalqın gələcəyi onun gəncliyindən asılıdır. Sağlam gənclik sağlam nəsil, sağlam gələcək deməkdir. Azərbaycanın Sovet imperiyasının tərkibində olduğu zamanlarda cəmiyyətdə müəyyən mövqe, söz, fiki... | ANL |
HƏMSÖHBƏTİMİZ SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏFƏ DOKTORU, KİNOŞÜNAS VƏ AKTRİSA ZÜLFİYYƏ ELDARQIZIDIR. Hərdən hisslərimi kağıza köçürürəm. Bunları üzə çıxartmıram. Çox yaxın insanlara oxuyanda deyirlər niyə çap etdirmirsən? Deyirəm, ehtiyac yoxdur. İncəsənət insanları həssas olur. Bəlkə də bu sahədən olan çoxlarının bu c... | ANL |
Müsahibimiz gənc xanəndə, Azərbaycan Dövlət Televiziyasının solisti Günay İmamverdiyevadır. Onunla muğamdan, müasir musiqidən, pedaqoji fəaliyyətindən və Şuşadan danışdıq. “Ta uşaqlığımdan bu sənətə həvəsim var idi. Kiçik yaşlarımda televizora baxanda görürdüm ki, Zeynəb xanım fərqli, gözəl paltarlarda ifa edir. Mən ... | ANL |
Bəxtiyar Vahabzadə Şəkidə yad edilib. Unudulmaz Xalq şairi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən biri... | ANL |
Gənclər Kitabxanasının əməkdaşları ADA Kitabxanasının iş təcrübəsini öyrəniblər. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları iş təcrübəsi ilə tanış olmaq məqsədilə müasir texnologiyalar infrastrukturuna malik ADA Universiteti Kitabxanasına baş çəkiblər. Kitabxananın direktoru Elçin Məmmədov kit... | ANL |
Musiqili Teatrda Çingiz Aytmatovun "Cəmilə"si səhnələşdirilir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Cəmilə" povesti əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Rejissor Anar Babalının quruluşunda gənc yazar Cavid Zeynallının səhnələşdirdiyi ... | ANL |
Parisdə “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin premyerası olub. Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “France 2” telekanalının “İslam” verilişi tərəfindən hazırlanan “Azərbaycan- sivilizasiyaların kəsişməsində” sənədli filminin premyerası olub. Premyeradan əvvəl Azərbaycanın Fransadakı sə... | ANL |
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib. Kitabxanadan bildirilib ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov məktəblilərə mütaliə mədəniyyətinin formalaşmasında kitabın... | ANL |
Muğam Mərkəzində bəstəkar-pianoçu Cahangir Qarayevin xatirəsi anılıb. Fevralın 11-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar-pianoçu Cahangir Qarayevin 70 illiyinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, dövlət və hökumət rəsmiləri, eləcə də ictimaiyyət... | ANL |
Şair-publisist Elçin İsmayılın Xalq yazıçısı İsmayıl Şıxlı haqqında yazdığı "Dəli Kür ömrü" kitabı çapdan çıxıb. AZƏRTAC xəbər verir ki, kitabda ədib haqqında müxtəlif illərdə müxtəlif müəlliflər tərəfindən yazılmış xatirə yazıları və elmi məqalələr toplanılıb. Yeni nəşr Prezident İlham Əliyevin "İsmayıl Şıxlının 1... | ANL |
Polşalı alimlər Əlyazmalar İnstitutunda. Fevralın 14-də Polşa Elmlər Akademiyasının dilçi alimləri Yaroslav Tondera və Aqata Jaqello AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar Azərbaycanın qədim əlyazma nümunələri ilə tanış olublar. Polşalı ... | ANL |
Yeni tipli ədəbiyyatşünaslıq nümunəsi. Azərbaycan elmi fikrinin son iki əsrdəki inkişafı tarixində görkəmli simalarından biri də Əziz Mirəhmədovdur. Çoxcəhətli, ardıcıl, səmərəli və fədakar elmi fəaliyyəti, böyük zəhmətinin nəticəsi olan sanballı əsərləri ilə o, milli ədəbiyyatşünaslıq elminə nadir töhfələr verm... | ANL |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü ilə əlaqədar gənclər arasında keçirilən vətənpərvərlik mövzulu hekayə müsabiqəsi böyük maraqla qarşılandı. "525-ci qəzet" olaraq hərbi vətənpərvərlik mövzusunun xüsusi önəmini nəzərə almaqla, müsabiqə qaliblərinin hekayələri... | ANL |
Səhranın tən ortasında idi. Hansı tərəfə gedəcəkdi, hansı səmtə yönələcəkdi, qətiyyən bilmirdi. Hər tərəf qumluq, hər tərəf qızmar günəşin yandırıcı şüalarıyla zəngin və hər tərəf yaşıllıqdan yoxsul... Gerimi dönsün, irəlimi getsin, bəlkə elə yerində qalıb sadəcə ucu-bucağı görünməyən nəhayətsiz görünən bu səhraya öz... | ANL |
Məhəmməd Naxçıvani və onun Təbrizdə elmi-maarifçi fəaliyyəti. işlərüzrə direktor müavini, tarix. elmləridoktoru, fövqəladə və səlahiyyətli səfir. XIX əsrin ikinci yarısı Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanda da yeni nəsil vətənpərvər maarifçi milli ziyalılarımızın yetişib ərsəyə gəldiyi mühüm tarixi mərh... | ANL |
İnsanlığı olduğu kimi sevmək... ŞAHANƏ MÜŞFİQİN TÜRKİYƏDƏ ÇIXMIŞ ŞEİRLƏR KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR. İl başladı, əli qələm tutanların hamısı bir-birinə "yeni yaradıcılıq uğurları arzulayıram" dedi, bir də baxdıq ki, ilin ikinci ayındayıq... Yaratdıqlarımızı yeni yaradacaqlarımızla yan-yana düşüncə tərəzimizə qo... | ANL |
Sözləri ən əziz yadigarıdır. Həmin gün ruhunu təslim edib Haqqa qovuşdu əzizimiz, əvəzsiz müəllimimiz Şahlar Həsənoğlu. Bundan 10 gün əvvəl isə sonuncu insult nəticəsində ayaqları tamam tutulmuşdu. Yataqdan qalxa bilmirdi. Sonbeşik oğlu Tural: - Lala (biz hamımız Şahlar müəllimi uşaqlıqdan belə çağırırdıq, səbəbini b... | ANL |
Bilal Alarlı və onun Rəsul Rza haqqında araşdırması. ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bilal Alarlının "Rəsul Rza yaradıcılığında novatorluğun folklor qaynaqları" adlı araşdırması indiyədək öyrənilməmiş bir mövzuya - semantik poeziyada şifah... | ANL |
Sevgimizdən usanmayaq... Bəşəriyyəti bir düşüncə modelinin, bir zövqün subyektinə döndərməyə, bir gücə tabe etməyə yönələn, öz tarixinə, yaddaşına, milli-mənəvi dəyərlərinə şübhə və ironiya ilə yanaşmağa sövq edən bir siyasətin qloballaşma qiyafəsində çox vaxt zibili konfet kağızına büküb meydan suladığı bir döv... | ANL |
Parlaq uğurlarla zəngin alim ömrü. Azərbaycan dilçilik elminin və dünya türkologiyasının inkişafında müstəsna xidmətləri olan dilçi, türkoloq alim, görkəmli pedaqoq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıç... | ANL |
Bakıdan Ankaraya gedəcək təyyarə sərnişinlərin dualarıyla da dolandan sonra havalandı. Ağappaq, qırmızıquyruq təyyarə sülh göyərçini kimi buludlara milləndi. İndi yer görünmürdü, yerdəkilər görünmürdü. Görünmürdü kim kimə necə düşməndi, kim başqasının uğurunu, addımını necə qısqanır, kim kimin qarşısını harda kə... | ANL |
GƏNC REJİSSOR ORXAN ADIGÖZƏLOV: "BÜTÜN GÜCÜMÜ, ENERJİMİ SƏNƏTƏ YÖNƏLTMƏK VƏ BU SAHƏDƏ QALICI OLMAQ İSTƏYİRƏM". Sosial şəbəkələrdə parlayanlar... Danılmaz gerçəklikdir ki, sosial şəbəkələr artıq çoxdan öz işini qurmaq, hətta biznes və marketinq işi təşkil etmək istəyənlər üçün də əlverişli məkana çevrilib. İnsanl... | ANL |
Səhnəmizin yeni Əsgəri. "ARŞIN MAL ALAN" TAMAŞASINDAN TƏƏSSÜRATLAR. "Nicat" truppasının hazırladığı tamaşanın quruluşçu rejissoru və Əsgər rolunun ifaçısı Hüseynqulu Sarabski idi. Qısa müddətdə operetta Qafqazda, Orta Asiyada, İranda, Türkiyədə və digər xarici ölkələrdə də populyarlıq qazanıb. Sarabskidən əlavə, müx... | ANL |
Yeni müstəqil teatr yaradıldı. Fevralın 17-si Teatr Xadimləri İttifaqının "Aktyor evi"ndə aktyor Müşfiq Əliyevin quruluşunda "Teatral komediya" nümayiş olundu. Valentin Krasnoqorovun əsərini dilimizə Zümrüd Dəniz tərcümə edib. Tamaşanın quruluşçu rəssamı Telman Şıxıyevdir, musiqi tərtibatı Müşfiq Əliyev, döyüşlərin... | ANL |
Dünya ədəbiyyatında bu günə kimi sirrini, əsrarəngizliyini qoruyan hadisələrdən biri dahi rus şairi Sergey Yeseninin ölümüdür. Bu ölüm hadisəsi artıq bir əsrə yaxındır ki, rəvayətə, əfsanəyə çevrilib bütün dünyanı dolaşmaqdadır. Bir otel otağında asılmış vəziyyətdə tapılan şairin 1925-ci il 28 dekabrda uzun müddət əz... | ANL |
Mingəçevir Teatrının "Caninin etirafı" ilə Bakıya ilk qastrolu. QƏNBƏR ŞƏMŞİROĞLUNUN ƏSƏRİ ƏSASINDA HAZIRLANMIŞ TAMAŞA MARAQLI VƏ BAXIMLI YARADICILIQ İŞİ KİMİ UĞURLU SƏHNƏ HƏYATI YAŞAYIR. Qənbər Şəmşiroğlunun adı və soyadı Azərbaycan oxucularına çox yaxşı tanışdır. Şeirlərindən, qəzəllərindən, poemalarından, nə... | ANL |
"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib. Əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirmək olan "Ədəbiyyat bil... | ANL |
"Yüksəliş" istedadlı şəxslər üçün yeni bir imkandır. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi davam edir. Bugünədək 3000 nəfərdən çox şəxs müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçib. Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, alit... | ANL |
Millətin iftixarı. O gün müasir Azərbaycan tarixinin ən həlledici günlərindən biri kimi yadda saxlanılmalıdır. 2020-ciilfevralın 15-də Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin çaldığı zəfər sonun başlanğıcı sayıla bilər. Bu, hamıya - Ermənistana və bütün dünyaya bir göstəri, bir xəbərdarlıq idi ki, la... | ANL |
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müqayisəli ədəbiyyatşünaslıq" Beynəlxalq elmi jurnalının növbəti (№2, 2019) sayı nəşr olunub. Bu barədə Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma mə... | ANL |
"İsanın İncili"ndəki sonsuz suallar. İosiflə Məryəmin oğlu, bütün insan övladları sayaq, anasının qanına bələnmiş, hər yanı selikli və öz əzabını dinməz çəkən məxluq kimi doğuldu. Joze Saramaqonun bu cümləsi kitabın heç bir dini kitabdan doğmadığını oxucuya bildirmək üçün kifayət edərdi. İosif günahsız doğulmuş oğlunu... | ANL |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü ilə əlaqədar gənclər arasında keçirilən vətənpərvərlik mövzulu hekayə müsabiqəsi böyük maraqla qarşılandı. "525-ci qəzet" olaraq, hərbi vətənpərvərlik mövzusunun xüsusi önəmini nəzərə almaqla, müsabiqə qaliblərinin hekayələr... | ANL |
Səlimə xanım evdə təkbaşına oturmuşdu. Böyük oğlu Aydının şəhid olmasından bir müddət sonra kiçik oğlu Rəşad da vətən uğrunda vuruşmaq üçün anasını tənha qoymuşdu. Aydın və Rəşadın vətənə sevgisi, yurda bağlılığı hələ kiçik yaşlarından hamını heyrətə gətirirdi. Rəşad 5-ci sinifdə oxuyanda anasına hərbçi olmaq ... | ANL |
Əliağa Vahid irsinin tədqiq yönlərinə dair mülahizələr. Əliağa Vahidin həyatı, yaradıcılığı, şairlik fəaliyyəti və ədəbi irsi onu 5 mühüm yöndən tədqiq etmək və araşdırmaq üçün əsas verir. Birinci istiqamət onun qəzəlləri və aşiqanə şeirlərilə bağlıdır. Bu, Vahid yaradıcılığının əsas istiqaməti sayılır. Vahidin... | ANL |
Nəsimi irsinə vurğunluqla yazılmış dəyərli elmi əsər. Məmməd ƏLİYEV. 2019-cu ilin "Nəsimi ili" elan edilməsi Azərbaycan elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı və anadilli söz sənətimizin ən yüksək zirvəsində dayanan Nəsiminin haqqında araşdırmaların yeni mərhələsi başlandı. Bir-birindən dəyərli elmi məqa... | ANL |
Muğam sənətimizin canlı əfsanəsi. Muğam xalq musiqi təfəkkürünün dərin mənalı, aydın və səlist ifadəli yaradıcılıq məhsuludur. Azərbaycan muğam musiqisinin inkişafında ağdamlı musiqi yaradıcılarının, eyni zamanda, xanəndələrin böyük xidmətləri olub. Bu xanəndələr xalqın mənəvi aləminin, zəkasının, arzu-istəyinin ifa... | ANL |
Hələ fevral ayını yaşasaq da, qış sanki soyuğuna qənaət edir, aram-aram "xərcləyir".Əvəzində günəş gülümsəməkdə, sərin meh saçlarımızı fikirlərimizlə həmahəng dalğalandırmaqda davam edir.Amma təcrübə göstərir ki, günəşin insanın içini isidən təbəssümünə, rüzgarın mehriban sığalına aldanmaq olmaz.Axı hələ qışdır. Fevral... | ANL |
Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub. Azərbaycan UNESCO klubları şəbəkəsi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə fevralın 20-də Konservatoriyada UNESCO klubunun təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Az... | ANL |
Mərkəzi Elmi Kitabxananın Lüğətlər Fondunda nadir nəşrlər toplanıb. Lüğətlər həmişə və hamıya lazım olan ən qiymətli məlumat mənbəyidir. Dünya xalqları ilə tanışlıq ilk növbədə onun dilini öyrənməklə başlayır. Dil öyrənmək üçün isə ən yaxşı müəllim və bələdçi lüğətlərdir. Cəmiyyətin bütün təbəqələri zaman-zaman lüğət... | ANL |
“Türkologiya” jurnalı yeni əməkdaşlıq memorandumu imzalayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti “Türkologiya” jurnalı və Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsin... | ANL |
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi. Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə növbəti dəfə tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr eləcə də ... | ANL |
Peşmanlıqdan sevincə keçid. Maraqlı şeir, esse, müsahibələrilə seçilib gənc yaşında ədəbi aləmdə özünü təsdiq etmiş Fərid Hüseyn AYB-nin "Natəvan" adına klubda keçiriləcək kitablarının (!) təqdimatı mərasiminə 1 həftə öncədən məni də dəvət etmişdi. Təqdimat gününəcən, dəfələrlə onun doğma səsini, işıqlı üzünü xatırlayı... | ANL |
Özbəkistan Teatrı Bakıda qastrol səfərindədir. Bugünlərdə Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıya qastrol səfəri ediblər. Hələ 2019-cu ilin fevralında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Əməkdar artistlər Nicat Kazımov və İlham Əsədovun Özbəkistan Gənc Tamaşaçılar Teatrı... | ANL |
Ölkədə ilk dəfə: UNEC-də distant tədrisə başlanılıb. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant təhsillə bağlı pilot layihə həyata keçirilir. Artıq humanitar fənlərin tədrisi alternativ kimi distant formada da təşkil olunub. 1-ci kursda əyani təhsil alan tələbələrdən könüllülük prinsipi əsasında 24 t... | ANL |
Moskvada yaşayıb-yaradan istedadlı şair, tərcüməçi, Azərbaycan. Yazıçılar Birliyinin üzvü, Nilolay Ostrovski adına Ədəbi Mükafatın, Beynəlxalq Rəsul Rza Mükafatının və "Humay" Azərbaycan milli. mükafatının laureatı, 10-dan artıq kitabın müəllifi İlham. edir, ona ən xoş arzularımızı ünvanlayır və ana dilimizə tərcüm... | ANL |
Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr. Böyük Britaniyanın tərkibində olan Şimali İrlandiyadakı yerli əhali ingilislərdən fərqli dinə - katolitsizmə mənsubdur. Onlarla protestantlar arasında gərginlik uzun müddət davam etmiş, katoliklərin silahlı mübarizəsinə yol açmışdı. Tarixdə də şimali irland... | ANL |
"Xatirələr işığında"kı işıqlı adam... AYB Şabran bölməsinə ayrılmış balaca iş otağımdakı şkafda əvvəlki sahibinə məxsus köhnədən qalma kitabları, qəzet-jurnalları yerbəyer edərkən bir kitab diqqətimi xüsusi cəlb etdi. Özüm də əyalətdə yaşadığımdan, o vaxtlar bir toxtaqlığım da bu idi ki, imzası da, özü də respub... | ANL |
Orda bitmiş yulğınlar alaqaranlıqda qara divlərə oxşayırdı. Pambıqçı qızları xatırladı. Qoçu ilə orda güləşmişdi. Bir dəfə necə oldusa, qonşu kənddən futbol yarışına gəlmiş Qoçu adlı bir oğlanla zarafatlaşdılar, tutaşdılar və o, həmin oğlanın ortasından tutub göyə qaldırdı, həmyaşıdı olan uşaq onun qolları arasın... | ANL |
Filologiya elmində Turxan Gəncəyi zirvəsi. Bu ilin mart ayında ömrünün son illərini İngiltərədə yaşayıb-yaratmış görkəmli soydaşımız mərhum ədəbiyyatşünas, dilçi alim Turxan Gəncəyinin 95 yaşı tamam olur. Ölkəmizdə haqqında çox az məlumat olduğundan Azərbaycanda daha yaxşı tanıtmağa böyük ehtiyac vardır. Orta məktəb... | ANL |
Respublika Uşaq Kitabxanasında “Ən böyük sərvətimiz - Ana dili” tədbiri keçirilib. Fevralın 20-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Ana Dili Günü münasibətilə “Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunm... | ANL |
Cavid irsinin tədqiqinə möhtəşəm töhfə. Böyük şair, dramaturq və mütəfəkkir Hüseyn Cavidin yaradıcılığı, sənət dünyası bir əsrdən artıqdır ki, araşdırılır və təbliğ olunur. Onun adını daşıyan Ev Muzeyi cavidsevərlərə iyirmi cilddə araşdırmalar toplusu təqdim edib. "Yaşayan və yaşadılan tarix" missiyasını yerinə... | ANL |
Kövrək xatirələrlə qazanılan müdriklik. O vaxtlar ömrümüzün bahar çağıydı... Naxçıvan elinin təbiətində olduğu kimi, insanlarının qəlblərində də tumurcuq arzular yaşamaq eşqinin hərarətindən pardaxlanmışdı. Odlar yurdunun qədim və ayrılmaz parçası olan Naxçıvanda həm də sözün, sənətin, elmin və mədəniyyətin əs... | ANL |
MÜSAHİBİMİZ QARABAĞ MÜHARİBƏSİNDƏ CƏSUR KƏŞFİYYAT KOMANDİRİ KİMİ TANINMIŞ "AZƏRBAYCAN BAYRAĞI" ORDENLİ İBAD HÜSEYNOVDUR. - Bu günlərdə Türkiyədən qayıtmısınız. - Ümumiyyətlə, məni Türkiyəyə tez-tez dəvət edirlər, sağ olsunlar, çox yüksək qiymətləndirirlər. Həmişə deyirəm ki, biz döyüşən vaxt bunları gözləmirdik... | ANL |
Qadın qırmızı şərabın son qurtumunu başına çəkəndə qədəhin arxasından bir cüt gözün ona zilləndiyini görür. Aylar əvvəl onu tərk edən sevgilisi heykəl kimi qarşısında dayanmışdı. Gözləmədiyi qarşılaşmaya nə təəccüblənmişdi, nə də təəssüflənmişdi. Qadın qarsona şərabı yeniləməsi üçün işarə etdikdən sonra kişinin... | ANL |
Şair Faiq Balabəyli ilə söhbət-dərdləşmə. Çünki yağışın minlərlə, milyonlarla gözü-damlaları var, hər şeyi aydın görür, gördüklərinin üzünə çilənir, sərinlik, təmizlik gətirir. Şairlik elə əslində, görünməzi görünən, bilinməzi aydın edəndir: Yuyundum, qorxum yox zökəmdən. Bu tipli şeirlərin həm də doyumludur. Fəz... | ANL |
Əvvəl imzasını sevmişdim - Qədir Rüstəmov haqqında ilk yazısını "Qobustan"da oxumuşdum. Yazısını oxuduğumdan yana, səsini də sevmişdim - birinci mərtəbədən bilinirdi işdə olmağı - səsi elə şirin, elə bənzərsiz idi, ətrafı doyuzdururdu. Hətta şəklini də sevmişdim. Sonralar sosial şəbəkələrin birində "Tofiq Abdin g... | ANL |
Arif Məlikov Sankt-Peterburqda "Məhəbbət əfsanəsi"nin tamaşası ilə anılıb. Fevralın 19-da Sankt-Peterburqda, Mariya Teatrında "Məhəbbət əfsanəsi" tamaşası nümayiş olunub. Tamaşa əsərin müəllifi, dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikova həsr edilib. Azərbaycanın Sankt-Peterburqdakı baş konsu... | ANL |
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los- Anceles Universitetinin (UCLA) Kitabxanasında azərbaycanlı şair və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş geniş tədbir keçir... | ANL |
Xocalı soyqırımının qurbanları Filarmoniyada xatirə konserti ilə yad edilib. Fevralın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib. AZƏRTAC xəbər verir ki, anım konserti Xocalı soyqırım... | ANL |
Məmməd Oruc Rusiyada ədəbi mükafata layiq görülüb. MÜKAFATA LAYİQ GÖRÜLƏNLƏR ARASINDA RUSİYADA YAŞAYAN HƏMYERLİMİZ KNYAZ QOÇAQ DA VAR. Tanınmış Azərbaycan yazıçısı, publisist, tərcüməçi Məmməd Oruc Rusiya Yazıçılar Birliyi, "Həyat yolu" Ədəbiyyat Fondu, "Qızıl cəngavər" Beynəlxalq Ədəbiyyat Formu və "Mədəni irs" İ... | ANL |
Ədəbiyyat İnstitutunda Əlişir Nəvai konfransı. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti ilə birlikdə dahi özbək şairi Əlişir Nəvainin 579 illiyinə... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.