text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Adil müəllim Qədiri bir də bağrına basdı, “şofer”ə əl uzatdı, Zöhrabla hal-əhval elədi, mənə yaxınlaşanda oğurluq üstdə tutulan uşaq kimi qızardım, başımı əvvəl aşağı, sonra tavana sarı qovzadım, Qədirin atmacası havada üzürdü... Montajdan çıxıb redaksiyaya girəndə uşaqlar nahardaydı, stolun üstündəki “zapiska”da “Qulu... | ANL |
Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: elektron hökumət. Azərbaycanda informasiya cəmiyyəti quruculuğu dövlətin əsas prioritetlərindən biri kimi uğurla həyata keçirilir. Artıq uğurla başa çatdırılan “Elektron Azərbaycan” Dövlət Proqramının birinci mərhələsi çərçivəsində ölkəmizdə İKT sektorunun inkişaf etdirilm... | ANL |
Ailələr, talelər haqqında dəyərli əsər. Ümumən ailə dedikdə cəmiyyətin elə bir kiçik modeli göz önünə gəlir ki, orada yaşayan insanlar qohumluq əlaqəsi, genetik kökləri, mehr-ülfəti ilə bir-birlərinə bağlıdırlar. Bu kiçik toplumun bir parçası olan ailənin üzvləri qarşılıqlı məhəbbət, ehtiram, hörmət şəraitində yaşayır,... | ANL |
Emin Həsənli: “Son zamanlar Azərbaycanda media ilə Silahlı Qüvvələr arasında çox sıx və səmərəli əlaqələr yaradılıb”. “MÜHARİBƏ VƏZİYYƏTİNDƏ OLAN ÖLKƏDƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏSİNƏ XÜSUSİ ÖNƏM VERİLMƏLİDİR, KİV NÜMAYƏNDƏLƏRİ BU SAHƏDƏ DÜZGÜN VƏTƏNDAŞLIQ MÖVQEYİNDƏN ÇIXIŞ ETMƏLİDİRLƏR”. “Ordunun cəmiyyət arası... | ANL |
Rəbiyyət Aslanova: “Dini təhlükə görmək düzgün deyil”. Müsahibimiz Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovadır. –Rəbiyyət xanım, necə hesab edirsiniz, dünyada, o cümlədən, dini tolerantlığın daim hökm sürdüyü Azərbaycanda dinin nə zamansa təhlükəyə çevrilməsi mümkündürmü? – Dinin təhlükəy... | ANL |
“Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” Türkiyədə nəşr edilib. Tanınmış tədqiqatçı-alim, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlinin “Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” adlı monoqrafiyası Türkiyənin nüfuzlu nəşriyyatlarından ol... | ANL |
Borçalı-Qarapapaq folkloru haqqında kitab çapdan çıxıb. Azərbaycan Folkloru Antologiyası seriyasından Borçalı-Qarapapaq folkloru haqqında kitab nəşr edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan MEA Folklor İnstitutunun nəşr etdiyi kitabda Borçalı mahalının zəngin folklor nümunələri toplanıb. Kitabın ... | ANL |
Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə xalq artisti, kinorejissor Tofiq İsmayılovun “Əzablı yollar” (“Məlikməmməd”) film-nağılını bərpa edib. Fondun mətbuat xidmətinin rəhbəri Rəşad Qasımovun APA-ya verdiyi məlumata görə, filmin bərpası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçir... | ANL |
Şair Hüseyn Bağıroğluna 50 yaşı münasibətilə açıq məktub. Salam, Hüseyn müəllim. Ancaq neyləməli ki, mən ustadımızın belə qəti hökmünə bu dəfə əməl etməyəcəyəm. Olanları, xatirimdən heç vaxt silinməyənləri “üzə çəkəcəyəm”. “Adam kölgəsinə səsləmə məni” kitabınızdan görünən səslər içində kövrək səsli Hüseyn Bağıroğlunu ... | ANL |
Azərbaycan heykəltəraşlığının görkəmli nümayəndəsi. Azərbaycan incəsənət tarixindən, xüsusilə də Azərbaycan heykəltaraşlıq sənətindən söhbət düşəndə ilk növbədə onun adı çəkilir. Buna səbəb onun Azərbaycan milli heykəltəraşlıq məktəbinin ilk nümayəndəsi və bu məktəbin əsasını qoymuş görkəmli heykəltəraşı olmasıdır. Tan... | ANL |
Əflatun Amaşov: “Bu forum ilk böyük media toplantısı kimi tarixə düşdü”. “TÜRKDİLLİ ÖLKƏLƏRİN VƏ TOPLUMLARIN II MEDİA FORUMUNUN YÜKSƏK STATUS QAZANMASI DÖVLƏTİMİZİN TÜRK BİRLİYİNİN GERÇƏKLƏŞMƏSİNƏ VERDİYİ ÖNƏMİN BARİZ NÜMUNƏSİ İDİ”. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi. – Bir müddət önc... | ANL |
“APA çoxvərəqli kitab kimidir”. VÜSALƏ MAHİRQIZI: “ÖTƏN MÜDDƏT ƏRZİNDƏ MÜSTƏQİLLİYİMİZİ, ETİBARLILIĞIMIZI VƏ YALNIZ DOĞRU XƏBƏR VERMƏK MEYARIMIZI QORUYUB SAXLAYA BİLMİŞİK”. Bu gün Azəri-Press Agentliyinin (APA) fəaliyyətə başlamasının 7 ili tamam olur. Ötən müddət ərzində Azərbaycanın informasiya məkanında sayılıb-seçi... | ANL |
Abbas Zamanovun 100 illiyi Bakı Dövlət Universitetində qeyd olunub. Dünən Bakı Dövlət Universitetində görkəmli alim Abbas Zamanovun anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə qeyd edilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Abbas Zamanovun həyatının böyük bir hissəsinin Bakı Dövlət U... | ANL |
Bir görüşdən qalan bəxşiş. Onun haqqında düşünəndə özlüyümdə qəribə nəticələrə gəlirəm. Fikirləşirəm ki, son dərəcə nəzakətli davranışı, yüksək mədəniyyəti, abır-həyası, yastı danışığı, güclü məntiqə söykənən mülahizələri, dünyamıza orijinal elmi, fəlsəfi baxışlarıyla ətrafındakılardan kəskin seçilən bu adam əgər sənət... | ANL |
Bu münasibətlə bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Əsrlərin nəğməsi”” adlı sərgi keçirilib. APA-nın məlumatına görə, sərginin təşkil olunmasında əsas məqsəd dünya şöhrətli sənətkarı anmaq, onun Azərbaycan xalçaçılıq sənətinə gətirdiyi yeniliklər və töhfələr haqqında ge... | ANL |
Bakıda Latviya Günləri çərçivəsində tədbirlər keçirilir. Bakıda keçirilən Latviya Günləri çərçivəsində latviyalı rəssam Yuris Kalninşin fotoları nümayiş olunub. APA-nın məlumatına görə, “1969 Qalereya Mərkəzi””ndə baş tutan sərgini Latviyanın Azərbaycandakı səfiri Hardie Baumanis açıq elan edib. Daha sonra qonaqlar Lat... | ANL |
“Gənc Tamaşaçılar Teatrının rəhbərliyi KİV-lə əməkdaşlığa xüsusi əhəmiyyət verir”. HÜSNİYYƏ MURSAQULİYEVA: “ÖLKƏDƏ FƏALİYYƏT GÖSTƏRƏN ƏKSƏR MEDİA ORQANLARI İLƏ SIX ƏMƏKDAŞLIQDA MƏQSƏDİMİZ TEATRIN İŞİ İLƏ ƏLAQƏLİ MƏLUMATLARIN VAXTINDA VƏ ƏTRAFLI ŞƏKİLDƏ İCTİMAİYYƏTƏ ÇATDIRILMASINA NAİL OLMAQDIR”. Azərbaycanda media ilə ... | ANL |
Bu qan yerdə qalmayacaq. CİNAYƏT İŞİ N.... 1991-ci il noyabrın 20-də Azərbaycanın dövlət xadimlərinə, sayılıb-seçilən oğullarına qarşı erməni daşnakları tərəfindən törədilən misli görünməmiş terror aktını xalqımız heç vaxt unutmayacaq. Unutmaq mümkün də deyil. Məhəmməd Əsədovu, Tofiq İsmayılovu, İsmət Qayıbovu, Zülfü H... | ANL |
“İranda şovinist zümrə buranın Azərbaycan olduğunu qəbul etmir və deyirlər Azərbaycan Ələtə qədərmiş”. CAVAD HEYƏT: “BİZ BUNLARLA MÜCADİLƏ APARIR, “VARLIQ”da ONLARA CAVAB VERİRİK Kİ, AZƏRBAYCAN DƏRBƏNDƏ QƏDƏRDİR”. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət göstərən “Qadın jurnalistlər Klubu”nun... | ANL |
Necdət Ünüvar: “Azərbaycan Cənubi Qafqazın, Türkiyə isə Orta Şərqin və dünyanın parlayan ulduzudur”. “ƏVVƏLCƏ AZƏRBAYCANDAKI HƏMKARLARIMIZI BURAYA DƏVƏT EDİB ONLARLA YAXINDAN TANIŞ OLACAĞIQ. SONRAKI MƏRHƏLƏDƏ İSƏ BİZ AZƏRBAYCANA GEDƏCƏYİK”. Türkiyə Böyük Millət Məclisinin Türkiyə- Azərbaycan Parlamentlərarası Dostluq Q... | ANL |
Niyazi Mehdinin ülgüc üzəri ilə yeriyən ibadət düşüncələri. Qanun nəşriyyatı professor Niyazi Mehdinin “O. Ülgüc üzəri ilə yeriyən ibadət düşüncələri” kitabını çapdan çıxarıb. Burada yazar İslam və bütünlükdə dinin paradoksal, yüzillərlə dartışılan problemləri üzrə düşüncələr yürüdür. Əsər ruhuna, paradiqmalarına görə ... | ANL |
“Mingəçevir leysanı”nın oxucularla yeni görüşü. “Mingəçevir leysanı” ədəbi-bədii jurnalının növbəti sayı işıq üzü görüb. Toplunun poeziya bölməsində Məhiyəddin Məhərrəmoğlunun, Ülviyyə Məmmədlinin, Qüdrət Məmmədovun, Məhəmməd Nəbiyevin, Namiq Zamanın, Ramiz İsmayılovun, Arzuman Tağıyevin, Rüfanə Əsgərlinin və Əhməd Sül... | ANL |
Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında əfsanəvi “Qaya” kvartetinin yaranmasının 50 illik yubileyi münasibətilə tədbir keçiriləcək. APA-nın məlumatına görə, yubiley tədbiri ilə əlaqədar olaraq bu gün mətbuat konfransı təşkil olunub. Tədbirdə “Qaya” ansamblının yaradıcısı və b... | ANL |
Hikmət Çətin: “Sülh sazişi imzalanmadan bölgədə sabitlik mümkün deyil”. “MƏN PROTOKOLLAR İMZALANARKƏN TÜRKİYƏ İLƏ ERMƏNİSTAN ARASINDA HANSISA ƏMƏKDAŞLIĞIN BAŞ TUTACAĞINA İNANMIRDIM”. Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, 2004-2006-cı illərdə Əfqanıstanda NATO-nun baş mülki ... | ANL |
Sözün canını sərgiləyən əsər. Məhəmməd Füzuli. Min illər boyunca insanın təbiətdəki başqa canlılardan ayrılaraq şüurlu sosial varlığa çevrilmək yolunda gerçəkləşdirdiyi intellektual fəaliyyətinin ən böyük uğurlarından olan və insanın insan kimi yetişməsində müstəsna rol oynayan söz və onun fiziki gerçəkləşdirmə vasitəs... | ANL |
Fikrət Mursaqulov 1955-ci ildə Borçalıda, Marneuli şəhərində anadan olmuşdu. Bakıda, gözdən əlil uşaqlar üçün orta internat məktəbini 1975-ci ildə bitirərək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuşdu. 1980-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin mətbəəsind... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları: prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Dəlil və sübut arxasında. Tiflis... | ANL |
Zümrüd şəhərinin Kuklalar Festivalı. Yalnız teatr sənətçiləri üçün... Uşaqlar dünyaya nağıllardan boylanar, nağıldan nağıla buğda boyda böyüyərlər. Onlar üçün nağıl aləmində heç bir şərtilik, heç bir uydurma, heç bir yalan-filan yoxdur: hər şey həqiqətdir, realdır; dəniz kimi realdır, dənizdə üzən gəmilər kimi realdır,... | ANL |
ORALARDA KİMLƏR VAR: ŞİRMƏMMƏD NƏZƏRLİ. ŞİRMƏMMƏD NƏZƏRLİ KİMDİR. Bədii yaradıcılıq səni nə dərəcədə məşğul edir? Ş.Nəzərli: Bədii yaradıcılıq həyatımın bir parçasıdır.Gələcək əsərlər məni qarabaqara izləyir, rahatlıq vermir. Yaza bidiklərim əsərlərə isə minnətdaram ki, məni rahat buraxıblar. Azərbaycan müstəqillik qaz... | ANL |
YAZARDAN BİR-İKİ SÖZ. Adı arxiv sənədlərində bəzən “Məşədi Səməd Kərbəlayı Həsən oğlu” kimi də gedən Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (Parlamanı) üzvü Məşədi Səmədi tapıb ortaya çıxarmaqçün mən 15 ilə yaxın axtardım. Çətinlik buradaydı ki, onun deputat sənədində seçildiyi yer olaraq “Gəncə qəzası” yazılmışdi, o... | ANL |
Orta məktəb illərində həmişə dünyanın xəritəsinə baxmağı xoşlayardım. Coğrafiya dərsini çox sevirdim. Bütün ölkələrin yerini asanlıqla tapır, paytaxt şəhərlərinin adını əzbərdən bilirdim. Mənim üçün ən qəribə və sirli yer Skandinaviya ölkələri idi. Xəritədə Skandinaviya yarımadasını yatmış şirə bənzədirdim. Və uzun ill... | ANL |
Doktor Cavad Heyətin dilçiliyə və ədəbiyyatşünaslığa aid yeni kitabları nəşr olunub. Dünya şöhrətli cərrah, məşhur “Varlıq” dərgisinin yaradıcısı, görkəmli ədəbiyyatşünas-türkoloq Cavad Heyətin “Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda” kitabı və “Türk dilləri və ləhcələrinin tarixi” adlı ikicildliyi işıq üzü görüb... | ANL |
“Azərbaycan xalçaları” dərgisi işıq üzü görüb. Azərbaycan xalçaçılığı tarixində ilk dəfə olaraq, mədəni sərvətimizdən-xalçalardan bəhs edən “Azərbaycan xalçaları” adlı elmi-bədii dərginin birinci sayı çapdan çıxıb. Dərginin nəşrində əsas məqsəd Azərbaycan xalçalarını təbliğ etmək, onların tarixini yenidən araşdırmaq, d... | ANL |
YAŞARIN XALQ YAZIÇISI ELÇİN İLƏ MÜSAHİBƏSİ. Təxminən iyirmi-iyirmi beş il əvvəl “Latın amerikalı yazıçılar ədəbiyyat haqqında” adlı bir kitab oxumuşdum. Həmin o kitabda Latın Amerikası yazıçılarının müxtəlif əsərlər, ədəbi cərəyanlar, müəlliflər və s. haqda fikirləri verilmiş, geniş müsahibələri, mühazirələri dərc olun... | ANL |
(Əvvəli ötən şənbə nömrələrində). HAŞİYƏ. ... Deyirlər bir vaxtlar bu şəhərdə həyat qaynayırmış, çiçəklənirmiş, bölgənin incisiymiş. Şəhər zənginləri İstanbula köç ediblər. Buralara da başqa köç başlayıb. Böyük ehtimalla indi sözləri boğazlarında qaynada-qaynada tələffüz edib səsləndirən toplumun gəlib bölgədə yerləşmə... | ANL |
Süfrəmizin bəzəyi. AZƏRBAYCANDA İLDƏ ADAMBAŞINA İKİ KİLOQRAMA YAXIN QURU ÇAY DÜŞÜR. Çay milli mətbəximizin mühüm atributlarından biridir desək yanılmarıq. Demək olar ki, bütün məclislərimizdə çay süfrələrin bəzəyidir. Buna görə də gündəlik həyatımızda bu qədər önəm daşıyan çayların istehsal və istehlak bazarındakı vəzi... | ANL |
ELÇİN MİRZƏBƏYLİ: “GÜNEY AZƏRBAYCANA DİQQƏTİN BİZİM ÖLKƏ MEDİASINDA OYADILMASINDA “XALQ CƏBHƏSİ” QƏZETİNİN XİDMƏTLƏRİ MÜSTƏSNADIR”. Bu gün Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən “Xalq cəbhəsi” qəzetinin 10 yaşı tamam olur. Bununla əlaqədar qəzetin baş redaktoru Elçin Mirzəbəyli “525”in suallarını cavablandır... | ANL |
Azərbaycanlı cərrahın uğurları. Tural Paşa oğlu Qəlbinur Rusiyada yaşayıb çalışan, ölkəmizi layiqincə təmsil edən istedadlı soydaşlarımızdan biridir. O, Nobel mükafatı laureatı, bakılı fizik Lev Landaudan sonra 13 yaşında universitetin tələbəsi, intellektual dünyası zəngin olan nadir gənclərimizdən biridir. Elə həmin i... | ANL |
Fatma Balakişi qızı İsgəndərova 1936-cı il noyabr ayının 20-də Zəngəzur mahalının, Sisiyan rayonunun Urud kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. İlk 7 illik təhsilini doğma kəndində aldıqdan sonra, təhsilini davam etdirmək üçün Vağadi kənd orta məktəbində təhsilini davam etdirib. Orta Məktəbi əla qiymətlərlə başa ... | ANL |
Üzeyir Hacıbəyli və Azərbaycanda xor musiqi mədəniyyətinin inkişaf yolları. Dahi Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətində əsasını qoyduğu janrlardan biri də xordur. XX əsrdən başlayaraq Azərbaycan xor mədəniyyəti ümumdünya xor ifaçılığı ənənələri ilə zənginləşərək, öz milli çərçivəsindən kənara çıxmağa başl... | ANL |
Noyabrın 16-17-də görkəmli dramaturq Əli Əmirlinin “Kişi və qadın” adlı ikihissəli epataj komediyası əsaslı təmirdən sonra 43-cü teatr mövsümünü açan Mingəçevir Dövlət Dram Teatrının ifasında tamaşaçılara təqdim olunub. Bu barədə teatrın direktoru, əməkdar mədəniyyət işçisi Həsən Həsənov məlumat verib: “Bu, Əli Əmirlin... | ANL |
“Azərbaycanın Milli Qəhrəmanı – Gültəkin zirvəsi” adlı anım mərasimi keçirilib. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Gültəkin Əsgərovanın doğum günü münasibətilə anım mərasimi təşkil edilib. Mərasim Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisinin Azə... | ANL |
Qənirə Paşayeva “Onun sevgi məktubları”nı imzalayıb. Noyabrın 19-da millət vəkili Qənirə Paşayevanın “Onun sevgi məktubları” adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Park Bulvar-da “Əli və Nino” kitab dükanları şəbəkəsinin satış məntəqəsindəki mərasimdə Qənirə Paşayeva bunu özü üçün önəmli bir hadisə hesab edib... | ANL |
UNUDULMAZ USTAD JURNALIST HÜSEYN MEHRƏLIYEVIN IŞIQLI XATIRƏSINƏ. “Bir vaxtlar yatsam yuxuma da girməzdi ki, ay ötüb, il dolanacaq, mən qəzet redaktoru olacağam, mənim ilk redaktorum Hüseyn müəllim isə pensiyaya çıxacaq və günlərin birində telejurnalist Qərənfil xanım onun barəsində mənə yazı gətirəcək, mən də həmin yaz... | ANL |
22 Noyabr ədliyyə işçilərinin peşə bayramı günüdür. Məhkəmələr müasirləşir. 20 il əvvəl ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni dövlət quruculuğu prosesində qarşıda duran ən mühüm vəzifələrdən biri real hakimiyyət bölgüsünün həyata keçirilməsi və müstəqil məhkəmə hakimiyyətinin bərqərar olunması idi. Məlum old... | ANL |
(Əvvəli ötən şənbə saylarımızda). Osloda 5 gün ərzində Opera Teatrında, Akersxus qalasında, keçmişdə olan kralın sarayında, kralın ev-muzeyində oldum. Çox məşhur parklarını gəzdim. Həmyerlilərimiz, diaspor işi ilə məşğul olan Yaşar Azər bəyin, Ramil Əliyevin qonağı oldum. Məni ən çox məftun edən Viqelanda parkı oldu. P... | ANL |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Beynəlxalq müsabiqədə “Qran-pri” mükafatına layiq görülüb. Festivala dəvət almış ADMİU-nun tələbələri bu beynəlxalq tədbirə məsuliyyətlə hazırlaşmağa başlamışdılar. Çünki festivalın məsuliyyətini hələ tələbələrimiz 2010-cu ildə Tbilisidə keçirilən fes... | ANL |
Yevda Abramov: “İran uran vasitəsilə İsraili yer üzündən silmək istəyir”. MÜSAHİBİMİZ MİLLİ MƏCLİSİN İNSAN HÜQUQLARI KOMİTƏSİNİN SƏDR MÜAVİNİ, YƏHUDİ ƏSİLLİ MİLLƏT VƏKİLİ YEVDA ABRAMOVDUR. – Yevda Sasunoviç, son günlər yenidən İran-İsrail münasibətlərində gərginlik müşahidə olunur. İngiltərə mediası artıq İsrailin İran... | ANL |
“Azərbaycanla Polşa arasında ilk növbədə yaxşı siyasi əlaqələrin olması çox vacibdir”. MİXAİL LABENDA: “ƏKS HALDA TİCARƏT MÜBADİLƏSİ, İQTİSADİ ƏMƏKDAŞLIQ VƏ DİGƏR SAHƏLƏRDƏ UĞURLU ƏMƏKDAŞLIQ QURMAQ ÇƏTİNDİR”. Müsahibimiz Polşanın Azərbaycandakı səfiri Mixail Labendadır. – Cənab səfir, Azərbaycanla Polşa arasında münasi... | ANL |
“Azərbaycan” jurnalının noyabr sayı çapdan çıxıb. “Azərbaycan” ədəbi-bədii jurnalın növbəti sayı oxuculara təqdim olunub. Jurnalın “Poeziya” guşəsində Firuzə Məmmədlinin, Rəşid Faxralının, Ramiz Kərəmin, Bilal Alarlının, Əhməd Qəşəmoğlunun, Nuranə Nurun, Ramiz Orsərin, Günel Şamilqızının, Bəhlul Ataxanlının və Vahid As... | ANL |
Tanınmış hərbi jurnalist Vahid Məhərrəmovun “Qanlı gecə, qanlı tarix” adlı kitabı işıq üzü görüb. Müəllif 20 Yanvar faciəsinin ağrılarını yaşamış, bu qanlı hadisələri öz gözləri ilə görmüş insanlarla görüşüb, onların xatirələrini qələmə alıb. Kitaba ön söz yazan əməkdar incəsənət xadimi İntiqam Qasımzadənin bu fikirlər... | ANL |
Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Xan Şuşinskinin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, Muğam Mərkəzinin foyesində görkəmli muğam ifaçısının həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirib. Yubiley mərasimi Opera və Bale... | ANL |
Əbədiyaşar şəxsiyyətlər, işıqlı xatirələr. Elə görkəmli şəxsiyyətlər var ki, onların adları qoca tarixin özünə çıraq tutur, əsrlərin uzun yollarını işıqlandırır. Hardasa unudulmuş, təhrifə uğramış, ən incə təfərrüatlar, yaxası polemikanın əlinə verilmiş, çək-çevirə düşmüş məsələlər bu işıqda öz yerini tapır. Elə görkəm... | ANL |
“Ermənistanın ağlı başında olsa,işğal etdiyi torpaqlardan çəkilər”. TÜRKİYƏ PARLAMENTİNİN XARİCİ ƏLAQƏLƏR KOMİSSİYASININ SƏDRİ: “HAZIRKI DURUM DAVAM ETDİKCƏ SÜRİX PROTOKOLLARINI GÜNDƏLİYƏ SALMAYACAĞAM, HÖKUMƏTİMİZLƏ DƏ BU MÖVZUDA HƏMFİKİRİK” . Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri ... | ANL |
Azərbaycanlıların indiki Ermənistan ərazisindən son deportasiyasının iyirmi üç ili tamam olur. Ötən yüz ilə nəzər salsaq görərik ki, xalqımız erməni separatçıları tərəfindən vaxtaşırı, beynəlxalq hüquq normalarına zidd, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobud pozulması, işgəncələr və qeyri-insani rəftarla m... | ANL |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad ifaları. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin çoxsaylı professor-müəllim heyəti hər tədris ilində özlərinin elmi-tədqiqat və yaradıcılıq-ifa işlərini ortaya qoyur. Elmi Şuranın son toplantısında ADMİU-nun elm və yaradıcılıq işləri üzrə... | ANL |
“Bulanıq dünya”dan insanlara ibrət dərsi. Bugünlərdə “Şərq-Qərb” Nəşriyyatında xalq yazıçısı Vidadi Babanlının “Bulanıq dünya” adlı romanı işıq üzü görüb. Nəfis tərtibatda çap olunan kitabda yer alan roman günümüzün gənclərinə həsr edilib. İqtisad Universitetinin tələbəsi kimi təqdim olunan Əfsun Zamanlı əvvəldə oxucuy... | ANL |
Tədqiqatlara stimul verən monoqrafiya. Şirindil Alışanlı ictimai-elmi mühitdə öz səsi və kifayət qədər seçilən qüvvətli nəfəsi olan bir tənqidçi və ədəbiyyatşünas alimdir. Bu fikri mən əvvəllər də bir neçə dəfə onun özünə və ayrı-ayrı adamlara demişəm. O, xoşbəxt taleli bir qələm əhlidir, universitetdə oxuyanda da, vax... | ANL |
Gənc yazıçı Zərdüşt Şəfinin “Başqa adamlar” kitabının təqdimatı olub. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda gənc yazıçı Zərdüşt Şəfinin “Başqa adamlar” adlı hekayələr toplusunun təqdimat mərasimi keçirilib. Azərbaycan Yazıçılar Birliyi və “Təhsil” nəşriyyatının birgə layihəsi olan “Müəllifin ilk k... | ANL |
“Azərbaycanda dövlətin gənclərə böyük etimadının şahidi oldum”. ANDREY ABRAMOV: “BİZ BEYNƏLXALQ QURUMLARIN QARABAĞ PROBLEMİNİN HƏLLİ İSTİQAMƏTİNDƏ GÖRDÜYÜ İŞLƏRİN SÜRƏTLƏNDİRİLMƏSİNƏ ÇALIŞMALIYIQ”. Xəbər verildiyi kimi, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov Beynəlxalq... | ANL |
“Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələrinin ictimai müzakirəsinə ehtiyac var. Bu yaxınlarda Kütləvi İnformasiya Vasitələrində belə bir məlumat yayılıb ki, Azərbaycan Parlamentinin Elm və təhsil komitəsi “Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələrini hazırlanması prosesini başa çatdırıb. Hər ... | ANL |
“Dəniz köçü” – insanla təbiətin əbədi harmoniyası haqqında himn. İnsan – təbiət münasibətlərindən, insanla digər canlılar arasında görünən və görünməyən əlaqələrdən, habelə, bu əlaqələrin qarşılıqlı harmoniyasından bəhs edən əsərlərin uzun bir tarixi vardır. Elə Azərbaycan ədəbiyyatında bunun az da olsa, bir sıra dəyər... | ANL |
Bir fotoşəkilin tarixçəsi. Arxasında yazdığım tarixdən məlum olur ki, bu fotoşəkil 1982-ci il noyabr ayının 17-də çəkilib və o zaman mən Yazıçılar İttifaqının katibi vəzifəsində işləyirdim, Mirzə İbrahimov isə rəhmətlik İmran Qasımovun vəfatından sonra yenidən – səhv etmirəmsə, dördüncü dəfə İttifaqın sədri vəzifəsinə ... | ANL |
Sənətkarlıq paytaxtı – İsmayıllı. İSMAYILLININ İCRA BAŞÇISI NİZAMİ ƏLƏKBƏROV: “DÖVLƏT BAŞÇISI CƏNAB İLHAM ƏLİYEVİN DİQQƏTİ SAYƏSİNDƏ İSMAYILLI SON ZAMANLAR XEYLİ MÜASİRLƏŞİB”. Məhz buna görə də Nazirliyin təşkilatçılığı ilə media nümayəndələrinin adıçəkilən rayonlara infoturları təşkil edilir. İlk infotur noyabrın 22-d... | ANL |
Görkəmli alim, peşəkar təhsil mütəxəssisi, məsuliyyətli rəhbər, nüfuzlu ziyalı, etibarlı millət vəkili, gənclərin yaxın dostu... Bütün bunlar “Odlar Yurdu” Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Əhməd Vəliyevi xarakterizə edən xüsusiyyətlərdir. 65 yaşının tamamında Əhməd müəllimin zəngin, şərəfli h... | ANL |
“Müstəqil Azərbaycan 20: mətbuatımızın cəmiyyətin inkişafında rolu” mövzusunda konfrans keçirildi. Noyabrın 24-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan 20 i... | ANL |
Şairə Afaq Şıxlının “Səni düşünürəm” şeirlər kitabı işıq üzü görüb. Bu, istedadlı şairənin dördüncü kitabıdır. Kitaba Afaq Şıxlının bu günə kimi dövrü mətbuatda işıq üzü görməyən şeirləri toplanıb. Bundan əvvəlki kitablarında olduğu kimi, müəllif yenə də ən ali hiss olan sevgi və onun yaratdığı ürək çırpıntılarını özün... | ANL |
Hörmətli Rəşad bəy! Gənc yazıçı Təranə Vahidqızının sizə təqdim etdiyim bu kiçik həcmli hekayələrini və miniatürlərini oxuyanda sözdən, fikirdən, onun çox sadə, şəffaf, səmimi, hətta müdrik ifadəsindən dərin zövq duydum, sözün həqiqi mənasında ləzzət aldım. Çox istərdim bu zövqü və ləzzəti qəzetinizin oxucuları da duys... | ANL |
Söhbətləşdi: Birol BİÇER; Azərbaycan türkcəsinə uyğunlaşdırdı: Seyfəddin HÜSEYNLİ. – Necə bilirsiniz, divan ədəbiyyatı və mədəniyyətimizin keçmişi bugünün insanlarını doğrudanmı maraqlandırır? Bunun bir qolu divan ədəbiyyatı, başqa bir qolu tarix, digəri də klassik incəsənət və mədəni dəyərlər üzərindən əsir. Tarix və ... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Nəşrin redaktorları:prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. (Əvvəli ötən şənbə saylarımızda). Gələcək duma seçkiləri. Şəhər dum... | ANL |
Bağ mövsümü idi. Bərəkətli tut ağacının altındakı çəmənlikdə bir yay axşamı üç qız və dörd oğlan dövrə vurub bardaş qurmuşdular. Orxan isə eyvanda oturub, guya ki, kitab oxuyurdu, amma kitabdan çox tənbəl-tənbəl bu “gənclərə” göz yetirib hansı həngamədən çıxacaqlarını gözləyirdi. Dövrənin ortasına taxta bir tabaq qoydu... | ANL |
(Başlanğıcı ötən şənbə sayımızda). Şəmkirdə Forel familiyalı 4 alman qardaş olub. Onlardan biri Karayeridə toy edib. Onlar Gəncəbasarın bütün tanınmış adamlarını da toya çağırıblar. Toyda qardaşlardan birinin qızı oynamağa çıxanda onun atası almanca deyib ki, Dəli Alını da çağır. Qız elə bilib ki, Dəli Alı Məşədi Səməd... | ANL |
“Dünyanın ağrıyan yeridi şair”. Ağrıdığı üçün də sözə sığınıb, sözə pənah gətirib. Axı Tanrı insanları sözlə ovutduğu kimi, Hüseyn Bağıroğlu da sözə sığınıb ki, bir az ağrılarını dindirsin, ağrılarını sözlə ovutsun... Hər şeir yazdığında ağrılarının ən şiddətli anını yaşayır şair. Bir dəfə belə bir məqamında anası onun... | ANL |
YAŞARIN XALQ YAZIÇISI ELÇİN İLƏ MÜSAHİBƏSİ. YAŞAR – Kitabdan gələn ədəbiyyat və həyatdan gələn ədəbiyyat. Dünyada hər iki ədəbiyyatın nəhəng təmsilçiləri var. Mənim təsəvvürümdə birincilər ağlın (izaholunanın), ikincilər hissin (izaholunmazın) mənzərəsini yaradırlar. Sizin üçün hansı ədəbiyyat daha doğma, daha yaxındır... | ANL |
(Əvvəli ötən şənbə nömrələrində). HAŞİYƏ. Məktub çox yazırlar mənə – nəsə məzmun, məna kəsb eləyənləri də olur, haqlı-haqsız tənqidlər də olur. Razılaşdığım və razılaşmadığım. Mən hər zaman sözümün arxasındayam, əsaslandıra da bilərəm. Məktubların böyük əksəriyyətini oxuyan kimi unuduram, silirəm həm səhifəmdən, həm də... | ANL |
Azərbaycana ən yaxın Avropa ölkəsi. Əfsanəyə görə, Allah dünyadakı torpaqları xalqlar arasında bölüşdürən vaxt bolqarlardan savayı bütün xalqlar “auksionda” iştirak ediblər. Bolqarlar isə bu vaxt torpaqda, zəmilərdə toxum səpirmişlər. Allah onların bu zəhmətkeşliyini görüb onlara cənnəti – indi Bolqarıstan adlanan əraz... | ANL |
Misir Mərdanov: “Son illər Azərbaycanda ümumi təhsil sahəsində əhəmiyyətli irəliləyişlər baş verib”. Ümumi təhsil sahəsi Azərbaycanın Konstitusiyası, “Təhsil haqqında” qanun, müvafiq fərman, qərar və sərəncamlar, Təhsil Nazirliyinin əsasnaməsi və digər normativ sənədlərə uyğun olaraq fəaliyyət göstərir. Təhsilin idarə ... | ANL |
Vergilər Nazirliyində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə” mövzusunda konfrans keçirilib. Vergilər Nazirliyində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə” mövzusunda konfrans keçirilib. Konfransda Vergilər Nazirliyinin struktur vahidlərinin rəhbər vəzifəli şəxsləri, Baş Prokurorluq yan... | ANL |
Avstraliyada keçirilən mərasimdə “Ən yaxşı uşaq filmi” nominasiyasında Azərbaycanın “Buta” filminin qalib gəldiyi elan olunub. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, mükafatı qəbul edərkən rejissor İlqar Nəcəf akademiyanın üzvlərinə və filmin yaradılmasında ona kömək edənlərin hamısına təşəkkürünü bildirib.... | ANL |
Görkəmli heykəltəraş Ömər Eldarovun yaradıcılıq dühası. Böyük əraziləri əhatə edən Azərbaycan adlı məmləkətin təsviri sənəti neçə min illər bundan əvvəl ulu babalarımızın yaratdığı Qobustan qayalıqlarında həkk edilmiş misilsiz qaynaqlara gedib çıxır. XXI əsrin reallığı, müasir insan təfəkkürü ilə yanaşılmasına rəğmən x... | ANL |
“Azərbaycan nağılları” ingilis dilində. İçərişəhərdə Art Qarden Sərgi Salonunda “Azərbaycan nağılları” (“Azerbaijan fairy tales”) kitabının və kitaba əlavə olunmuş eyniadlı diskin təqdimat mərasimi gerçəkləşib. Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, şair Çingiz Əl... | ANL |
Ürəyə batmış tikan. QƏNİRƏ PAŞAYEVANIN “ ONUN SEVGİ MƏKTUBLARI” ROMANIYLA BAĞLI MÜƏLLİFƏ AÇIQ MƏKTUB. “Aşka dair nə söyləsəm içi yanmayanlar, aşık olmayanlar anlamazlar ki”. Cəmiyyətimiz üçün xidmətlərinin sayı- hesabı olmayan, zərif çiyinlərini türk dünyasının dərdinin, ələminin altına verməyə çəkinməyən, gözəl-göyçək... | ANL |
Həmidə xanım Cavanşirin “Xatirələrim” əsəri tam şəkildə nəşr edilib. Azərbaycan tarixində özünəməxsus mövqeyə malik şəxsiyyətlərdən biri olan Həmidə xanım Cavanşirin “Xatirələrim” əsərinin tam mətni kitab halında çapdan çıxıb. Yazıçı-publisist Mehriban Vəzirin tərtib etdiyi kitabda görkəmli ictimai xadim, zadəgan-ziyal... | ANL |
Amerikada Türkər Qasımzadənin yeni əsəri ifa olunub. Ötən həftə Amerikadan aldığımız bir mədəniyyət xəbəri həmyerlimiz, gənc bəstəkar Türkər Qasımzadənin yeni əsərinin ifası ilə bağlıdır. Türkər Nyu-York konservatoriyasının məzunu olaraq hazırda Heydər Əliyev Fondunun dəstəyilə ABŞ-ın Ohayo ştatında, Sinsinnati Univers... | ANL |
Tanınmış aktrisa Sevil Xəlilova vəfat edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sevil Xəlilova dünyasını dəyişib. Yaxınları bildiriblər ki, ölümündən əvvəl onun yüksək temperaturu olub, hətta iki gecə yuxusuz qalıb. Vəfatının əsas səbəbinin infarkt keçirməsilə bağlı olduğu bildiril... | ANL |
Cəfər Cabbarlının tərcümə sənətkarlığı haqqında dəyərli monoqrafiya. XX yüzil Azərbaycan ədəbiyyatının klassiklərindən olan C.Cabbarlının həyatı və yaradıcılığı öz sağlığından başlayaraq araşdırılıb, dövrün tələbiylə çox zaman tənqid və təftişlərə məruz qalıb. Qısa və zəngin ömür yolu keşməkeşli illərə, çeşidli ictimai... | ANL |
Namaz vəfasızcasına vəfat edən vəfalı həyat yoldaşını dəfn edəndən sonra bir il tənhalığın soyuq ağuşunda yaşadı. Qəsəbədə onun babı dul arvad qıtlığı olmasa da, evlənmədi, Qızdarbəyinin xatirəsini əziz tutdu. Qızdarbəyi ona üç qız qoyub getmişdi, ancaq üçü də ərdə idi. Bir il ərzində tənhalıqdan cana yığılsa da, Namaz... | ANL |
“İllər-düşüncələr” dəftərindən. Bu xatirələr-düşüncələr mənə çox əzizdir, həmişə xatırlayıram, hərdən yaxın adamlara danışıram və elə epizodlar yada düşür – danışanda maraqla dinlənilsə də çox vaxt aparır.Ona görə bundan sonra danışmamaq üçün yazmaq qərarına gəldim.Maraqlanan sağ olsun, – oxusun.Maraqlanmayan sağ olsun... | ANL |
“Uşaq hüquqları aylığı”na yekun vuruldu. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə qanunun aliliyinə əməl olunan demokratik, dünyəvi dövlətin qurulması, ümumbəşəri insan dəyərlərinə, insan hüquqlarına hörmət edilməsini prioritet məsələlər sırasında elan etməklə yanaşı, beynəlxalq müqa... | ANL |
Təsviri sənətimizin inkişaf tarixinə nəzər yetirdikdə neçə-neçə rəssamımızın özünəməxsus dəst-xəttə malik olduğunu, özünün fərdi yaradıcılıq üslubunu formalaşdıra bildiyini görə bilərik. Azərbaycan təsviri sənətində yaradıcılığı bədii estetik keyfiyyətlərlə zəngin olan sənətkarlarından biri də xalq rəssamı Nadir Əbdürr... | ANL |
Məhəmməd Əmin Rəsulzadə. Əsərləri Üçüncü cild. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır. Avstriya əhvalı. Müharibə başlayandan bəri biz haman Avstriya sındı, Avstriya qoşunları əsir düşdü deyə, varid olan x... | ANL |
Moskvanın “İsloq” nəşriyyatında dəyərli şairimiz Məmməd İsmayılın seçilmiş şeir və poemalarından ibarət yeni kitabı çapdan çıxıb. Kitab üç hissədən ibarətdir: seçmə şeirlər, poemalar və şairin son dövr yaradıcılığından yeni tərcümələr... Nəfis şəkildə çap olunmuş kitaba rus şerinin önəmli şairləri Y.Kuznetsov, Aleksand... | ANL |
Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailələri kimi olasan və işlərin də yağ ... | ANL |
Türk ədəbiyyatının önəmli isimlərindən olan Əhməd Həmdi TANPINAR (1901-1962) şeir, hekayə, roman və dənəmə (esse) sahələrində dəyərini itirməyən əsərlərində Şərq ilə Qərbi qovuşdurmağa çalışmışdır. Sənətkar eyni zamanda ədəbiyyat tarixçisidir. İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirmiş Ə.H.Tanpınar 23 iyun... | ANL |
“Öz yazını redaktə eləmək, həyatda buraxdığın səhvləri düzəltmək üçün verilən şansa oxşayır”. “İNAM” PLÜRALİZM MƏRKƏZİNİN RƏHBƏRİ, TANINMIŞ ZİYALI, PUBLİSİST VAHİD QAZİNİN “YENİLİK.AZ”A MÜSAHİBƏSİ. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Ədalət”, “Azərbaycan” qəzetlərində, Prezident Administrasiy... | ANL |
AZƏRBAYCAN TEATRINDA İLYAS ƏFƏNDİYEV AMİLİ. MƏRYƏM ƏLİZADƏ. İlyas Əfəndiyevin şəxsiyyəti, ədəbi və dramaturji yaradıcılığı, əsərlərinin teatr təcəssümü və onlardan qaynaqlanan mətləblər İlyas Əfəndiyev dramaturgiyasına məhz yeni elmi konsepsiyaların araşdırma üsulları ilə yanaşmaq imkanı verir. Təbii ki, XX əsrin II ya... | ANL |
Ədəbiyyatşünaslığımızın müasir durumu: yeni metodoloji meyllər və konsepsiyalar. Azərbaycanın son iyirmi ildə yeni bir iqtisadi inkişaf mərhələsinə, siyasi idarəetmə kontekstinə daxil olması, yeni cəmiyyət qurmaq yolunda addımları bütün sahələr və istiqamətlər üzrə modern baxış müstəvisini şərtləndirməli oldu. Milli mü... | ANL |
Böyük mədəniyyətin layiqli güzgüsü. Əl Oyunları İdman Sarayında 3 gün davam edən II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası paytaxt sakinləri tərəfindən əsl bayram kimi qarşılandı. Ötən dəfəki sərgi-yarmarkada olduğu kimi bu dəfə də kitab həvəskarlarının həmin məkana aramsız axınını seyr eləmək xoş idi. Ölkəmizin 100-də... | ANL |
Fəxri Uğurlunun “Dərviş”i Türkiyədə yeni tərcümədə çap edilib. Yazıçı Fəxri Uğurlunun “Dərviş” hekayəsi bu yaxınlarda Avrasiya Yazarlar Birliyinin aylıq dərgisi “Qardaş qələmlər”də çap olunub. Jurnal əsasən türkdilli ölkələrin yazıçılarının əsərlərini çap edir. “Dərviş” hekayəsi Türkiyədə bundan əvvəl də (“Baykara” dər... | ANL |
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına Gənc Ədiblərlə görüş yekun vurdu. II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi olub. Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli üç günlük sərgi-yarmarkanın uğurla baş tutd... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.