text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Şimali Atlantika Alyansının (NATO) bir qrup ölkəsi hərbi yardım çərçivəsində bir milyon pilotsuz uçuş aparatını ukraynalı hərbçilərə vermək istəyir. O bildirib ki, fevralın 15-də Ukrayna-NATO Şurasının növbəti iclası keçirilib. Xüsusilə Ukraynanın müdafiə naziri Rustem Umerov cəbhədəki vəziyyət barədə müttəfiqlərini mə... | publikaz_normalized |
Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2. İstanbul təmsilçisinin heyətində 19-cu dəqiqədə Kerem Demirbay fərqlənib, 61-ci dəqiqədə Ladislav Kreyci avtoqol müəllifi olub. 90+1-ci dəqiqədə Mauro İkardi görüşdə s... | publikaz_normalized |
Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı Azərbaycanın xarici siyasətdə yeni kursunu da elan etdi: Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq; Bakı nə Qərb, nə Rusiya xəttini seçir, əksinə, bu iki qütb arasında manevr imkanlarını genişləndirmək və daha ... | publikaz_normalized |
İnanırdıq, amma düşünmürdük ki...":"Cavab matçında daha məsuliyyətli olmalıyıq. Təcrübəli mütəxəssis çox ciddi rəqibə qarşı oynadıqlarını bildirib: Futbolçuları təbrik edirəm, çox əziyyət çəkdilər. Rəqibin sürətli oyunçuları var. Bu cür kollektivlər cavab görüşlərində istənilən nəticəni xeyirlərinə dəyişə bilirlər". Qu... | publikaz_normalized |
Yunanıstan parlamenti eynicinsli nikahlar haqqında qanun qəbul edib. Səsvermədə 254 deputat iştirak edib. Qanunun qəbulunun lehinə 176 deputat, əleyhinə 76 deputat səs verib, 2 deputat bitərəf qalıb. Qanun qəbul olunub", - deyə sədr bildirib. Qanunun müzakirəsi və səsvermə parlament telekanalında canlı yayımlanıb. Səsv... | publikaz_normalized |
Bizim üçün ağır məğlubiyyətdir":"Bizim üçün çox ağır məğlubiyyətdir. Mütəxəssis komanda olaraq bir araya gəlməli olduqlarını bildirib: Növbəti həftə bizi cavab qarşılaşmasının gözlədiyini bilirik. Səfərdə 3:0 hesablı qələbə lazımdır. Üzərimizə böyük məsuliyyət düşür". Baş məşqçi azarkeşlərin narazılığı haqqında da danı... | publikaz_normalized |
7 il sonra... - FOTO":"Dünyaca məşhur müğənni Şakira uzun aradan sonra yeni albom hazırlığındadır. Bununla bağlı Şakira sosial media hesabında paylaşım edib. Qeyd edək ki, onun bundan öncəki “El Dorado” albomu 7 il öncə işıq üzü görüb. | publikaz_normalized |
bu, dəhşətli xəstəliklərin xəbərçisi də ola bilər":"İştahsızlıq stress və digər problemlərdən qaynaqlana bilər. Özünüzü qidalanmaya məcbur etməməlisiniz. Problemi həll etməli və bədəninizi yenidən yemək istəməyə məcbur etməlisiniz. Mədəmiz az miqdarda yeməkləri daha yaxşı qəbul edir. Gündə 2 litrə qədər çoxlu təmiz su ... | publikaz_normalized |
Qarabağ" tank kimi üstümüzdən keçdi":"Etiraf etməliyik ki, bizim günümüz deyildi. “Qarabağ” tank kimi üstümüzdən keçdi. Növbəti oyunlarda daha diqqətli olmalı, vəziyyəti öz xeyrimizə dəyişməliyik. Nəticənin ürəkaçan olmadığını bildirən 24 yaşlı hücumçu əlavə edib: Əvvəlcə diqqətimizi çempionata yönəldəcəyik, sonra isə ... | publikaz_normalized |
Kanada hava yolu şirkəti sərnişini tez-tez tualetə getdiyi üçün təyyarədən qovub. Hekayə, ölkənin ikinci ən böyük hava yolu şirkəti olan aşağı büdcəli "WestJet" aviaşirkətinin təyyarəsinin göyərtəsində baş verib. Qadının sözlərinə görə, mədəsində problem olduğu üçün uçuşdan əvvəl bir neçə dəfə tualetə baş çəkib. Bunu g... | publikaz_normalized |
Rəsmi Budapeşt Rusiyadan və başqa ölkələrdən onlarla fiziki və hüquqi şəxsə aid edilə biləcək Avropa İttifaqının növbəti - 13-cü sanksiyalar paketini bloklayıb. Məqalədə deyilir ki, Rusiya, Çin və başqa ölkələrdən təxminən 200 nəfərə və təşkilata qarşı yönələn sanksiyalar paketi əks halda qəbul oluna bilərdi. Qəzet Avr... | publikaz_normalized |
kamera ilə video çəkməyə gərək qalmayacaq":"İntellektual çatbot olan "ChatGPT"ni yaradan Amerikanın "OpenAI" texnologiya şirkəti "Sora" adlı yeni süni intellekt (AI) alətinin istifadəyə verildiyini elan edib. Bildirilib ki, "Sora" mətn təlimatları əsasında bir dəqiqəyə qədər davam edən real və yaradıcı səhnələr yarada ... | publikaz_normalized |
Ukrayna Prezidenti Vladimir Zelenski tibbi kannabisin (çətənə) leqallaşdırılması haqqında qanun imzalayıb. “Xərçəng, müharibə nəticəsində yaranan posttravmatik stress pozğunluğu ilə bağlı xəstələrin zəruri müalicəyə çıxışının genişləndirilməsi məqsədi ilə tibbi kannabisin (çətənə) bitkilərinin dövriyyəsini tənzimləyən ... | publikaz_normalized |
Çin Milli Kosmik İdarəsi (CNSA) 2028-ci ilə planlaşdırılan qarşıdan gələn "Chang'e-8" Ay missiyasının təfərrüatlarını açıqlayıb. Chang'e-8" avadanlığına günəş enerjisindən istifadə edərək Ay torpağını əritmək və robotlardan istifadə edərək sonrakı tikinti üçün bloklara çevirmək üçün bir qurğu daxildir. Ekosistem təcrüb... | publikaz_normalized |
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskə sürətli dəmir yolunun tikintisini dəstəkləyir". Putin Moskva ilə Sankt-Peterburq arasında sürətli dəmir yolunun tikintisinin hələ başlanğıc olduğunu bildirib: Gələcəkdə Ryazan, Kazan, Yekaterinburq, Adler, o cümlədən Belarusun paytaxtı Minsk istiqamətində belə rabitənin təş... | publikaz_normalized |
Müğənni Cennifer Lopez ayrıldıqdan 20 il sonra aktyor Ben Affleklə yenidən birlikdə olmasının səbəbini açıqlayıb. Ancaq nədənsə inkişaf etmək və başqa şeylər etmək lazım idi", - deyə müğənni bildirib. Lopezin dediyinə görə, evliliyinə və uşaqlarına baxmayaraq, o, həmişə Affleklə münasibətinin onun həmişə arzuladığı mün... | publikaz_normalized |
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb. O, mülki şəxslər üçün təhlükəsizlik tədbirləri tətbiq etmədən Rafah əməliyyatına qarşı çıxıb. Bundan əlavə, iki ölkə liderləri HƏMAS hərəkatı ilə danışıqların gedişini və qalan girovların azad edilməsi imkanlarını da müzakirə e... | publikaz_normalized |
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Babək prospekti, mərkəz istiqamətində;" "2. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;" "3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;" "4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;" "5. Xətai prospe... | publikaz_normalized |
saxlanılanlar var - FOTO":"Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı Çinar Soltanovun həmin narkotik vasitəni Qəbələ rayonunun Tola kənd s... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşan “Qarabağ” 4:2 hesabı ilə rəqibinə qalib gəlib. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
məktəbdə qətliamın qarşısı alındı":"Rusiyanın Buryatiya vilayətində məktəbin mühafizəçisi balta ilə dərsə gələn səkkizinci sinif şagirdini girişdə saxlayıb. Kanalın müəlliflərinin sözlərinə görə, tələbə ondan "vapeni" (elektron siqaret) əlindən alan yaşlı tələbədən qisas almaq istəyib. Hadisə Zakamenski rayonunun Mixay... | publikaz_normalized |
Söyüşə görə":"Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin birpalatalı parlamenti olan Milli Assambleyanın buraxılması haqqında fərman verib. Sərəncamın mətninə əsasən, parlamentin buraxılmasına səbəb “konstitusiya prinsiplərinin pozulması”, habelə “təhqiredici və nalayiq ifadələrin işlədilməsi” olub. Par... | publikaz_normalized |
Fevralın 16-sı saat 08:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Şahbuzda 2 sm, Xınalıq, Şahdağ, Xaltan, Qrızda 1 sm-dir. Göygöl, Naftalan, Şəkmir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Cəfərxan, Quba, Qusar, Şabran, Xaltan, Tərtər, Gəncə, Göyçay, Yardımlı, Lerik, Bakıda və Abşeron ya... | publikaz_normalized |
Malta Respublikasının Prezidenti Corc Vella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. İcazə verin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi çatdırım. 1995-ci ildə diplomatik əlaqələr qurulandan bəri Malta Respublikası ilə Azərbaycan Respubl... | publikaz_normalized |
Ukrayna bu nəhəng şəhəri təslim edir":"Ukrayna Silahlı Qüvvələrinin istefada olan zabiti İqor Lapin bildirib ki, müdafiə üçün vəsait çatışmazlığı səbəbindən Ukrayna daha da çox ərazi itirə bilər. Lapin xatırladıb ki, Kiyev Zaporojyedə müdafiə xəttinin tikintisi üçün “əjdaha dişləri” üçün vəsait ayırmayıb. O əlavə edib ... | publikaz_normalized |
Görün nələr qurublar - FOTO":"Rusiya hərbçiləri Xerson istiqamətində Dnepr qoşun qrupunun şəxsi heyətini yerləşdirmək və onlara xidmət göstərmək üçün “yeraltı şəhər” yaradıb. “Dnepr” qoşunlar qrupunun geyim xidmətinin rəisi, Lis çağırış nişanlı hərbçi bildirib ki, şəxsi heyəti artilleriya mərmilərindən, qəlpələrdən və ... | publikaz_normalized |
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Cəlilov Mirzə Xəlil oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə Bakı Hərbi Məhkəməsində baxılıb. Bakı Hərbi Məhkəməsini... | publikaz_normalized |
Pilotlar bu addımı atdılar":"Niderlandın KLM aviaşirkətinə məxsus sərnişin təyyarəsi tualetləri xarab olduğu üçün təcili olaraq uçuş hava limanına qayıdıb. Fevralın 12-də Amsterdamdan Los-Ancelesə uçan transatlantik Boeing 787-10 təyyarəsində fövqəladə vəziyyət yaranıb. Gedişdən təxminən bir saat sonra bir anda bir neç... | publikaz_normalized |
Rusiyanın işğalçı qüvvələrinə qarşı döyüşlərdə Ukraynanın 22 yaşlı idman ustası Stanislav Qulenkov həlak olub. Əslən Lutskdan olan Qulenkov 2023-cü il aprelin 20-də Donetsk vilayətinin Novokalinovo bölgəsində itkin düşüb. Yalnız indi döyüşçü-idmançının meyiti tapılıb və şəxsiyyəti müəyyən edilib. | publikaz_normalized |
Ukrayna Türkiyədən ən son beşinci nəsil KAAN qırıcılarını almağı planlaşdırır. “Biz onları təkcə almayacağıq, həm də istifadə edəcəyik. Biz onlardan harada istifadə edəcəyimizi də bilirik”, - diplomat vurğulayıb. O əlavə edib ki, Kiyev bu təyyarələrin mühərrikinin hazırlanmasında iştirak edir. Ukrayna hətta xüsusi hərb... | publikaz_normalized |
UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. O, Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Digər namizədlər İtaliyanın “Milan” komandasından Ruben Loftus-Çik, Türkiyə təmsil... | publikaz_normalized |
Qarabağ"a fərqli münasibət göstərməliyik":"Braqa"nın futbolçusu Joao Moutinyo Avropa Liqasında "Qarabağ"a məğlub olduqları görüşdən sonra fikirlərini bölüşüb. İstəmədiyimiz məğlubiyyətdir. Sportinq"ə uduzandan sonra burada yaxşı nəticə əldə etmək istəyirdik. Nəinki qələbəyə, heç-heçəyə də layiq deyildik. Mən də daxil o... | publikaz_normalized |
“Kanal D”də yayımlanan “Üç bacı” serialının aktrisaları Almila Ada və Benian Dönmez yol qəzası keçirib. Aktrisalar təcili xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin yaxşı olduğu bildirilir. | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Avro isə 1.829 manata kimi bahalaşıb. Kod" "Kurs" "ABŞ dolları" "USD" "1.7" "Avro" "EUR" "1.829" "Avstraliya dolları" "AUD" "1.1081" "Argentina pesosu" "ARS" "0.002" "Belarus rublu" "BYN" "0.5195" "Braziliya realı" "BRL" "0.3418" "BƏƏ dirhəmi" "AED... | publikaz_normalized |
Türkiyənin Mardin şəhərində yaşayan, 2 metr 51 santimetr boyu ilə dünyanın ən uzun adamı olan Sultan Kösen 62,8 santimetr boyu ilə dünyanın ən qısa qadını olan hindistanlı Jyoti Amge ilə ABŞ-ın Los-Anceles şəhərində görüşəcək. Jyoti Amge ilə "ulduzlar şəhəri" Los-Ancelesdə görüşəcəyini bildirən Kösen həyəcanlı olduğunu... | publikaz_normalized |
Öldü":"Fransanın şimalındakı Val d'Oise departamentinin sakini həkim müayinəsini gözləyərkən təcili yardım otağında dünyasını dəyişib. Ayaqlarında şiddətli şişkinlk yaranan xəstə on saatdan çox gözləmə zalında gözləyib və bu müddət ərzində ona sadə ağrıkəsici verilib. Xəstə bütün gecəni gözləmə zalında oturub və vəziyy... | publikaz_normalized |
Yəqin gizlənir - VIDEO":"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə ilk oyununun (4:2) son dəqiqələrində real qol epizodundan yararlana bilməyən Nəriman Axundzadə barədə danışıb. Soyunub-geyinmə oyağında görmədim. Oyunda da göz yaşını saxlaya bilmirdi. Bəlkə o qolu vursay... | publikaz_normalized |
Gürcüstan və Türkiyənin xarici işlər nazirləri İlya Darçiaşvili və Hakan Fidan Cənubi Qafqazdakı vəziyyəti və regional təhlükəsizlik çağırışlarını müzakirə ediblər. “Nazirlər regionda güclü və sabit inkişaf üçün sülhün bərqərar olmasının vacibliyini bir daha vurğuladılar. Bu baxımdan Gürcüstan və Türkiyənin rolu vurğul... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba avtomobil yolunun 26-cı kilometrliyində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 2 boksdan ibarət ümumi sahəsi 400 m² olan qeyri-qida yağlarının təkrar emalı sex... | publikaz_normalized |
Bu iki ölkə təyyarəmizi oğurlayıb":"Venesuela prezidenti Nikolas Maduro ölkənin yük təyyarəsinin Argentina və ABŞ tərəfindən oğurlandığını iddia edib. Maduro məsələ ilə bağlı Argentina prezidenti Xavier Mileiyə sərt reaksiya göstərib: Ölkənin ən böyük təyyarəsi qəsb edilib. Bizi müstəmləkə etmək istəyən Şimali Amerika ... | publikaz_normalized |
Bu gün Azərbaycanın yeni Baş naziri təyin ediləcək. Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir.... | publikaz_normalized |
Polşada Rusiyaya casusluq edən və təxribat törətməyi planlaşdıran şəxs həbs edilib. Açıqlamada həmin şəxsin Vroslavda strateji əhəmiyyətli infrastruktur elementlərinin yaxınlığında yerləşən obyektləri yandırmağı planlaşdırdığı bildirilib. Şübhəli şəxsin üzərində və çamadanında təxribat planlarına dair sübutların olduğu... | publikaz_normalized |
Avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA əmsallar cədvəlini yeniləyib. Bununla da Azərbaycan UEFA reytinqində Slovakiyanı geridə qoyaraq 27-ci pilləyə yüksəlib. Azərbaycanın mövsümdəki əmsalı 5,375-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı isə 19,625-ə bərabərdir. Slovakiyanın da əmsalı ... | publikaz_normalized |
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Həmin məsələlər aşağıdakılardır: “Su təchizatı və tullantı suları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)" "2. Azərbaycanın 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul ... | publikaz_normalized |
2024-cü ilin hazırlıq planına əsasən "N" hərbi hissəsində komanda-qərargah səfərbərlik təlimi keçirilir. Təlim müddətində qəbul məntəqələrinin açılması, şəxsi heyətin qəbulu prosesinin öyrənilməsi, bölmələrin səfərbərliklə komplektləşdirilməsi və döyüş uzlaşmasının təşkili, əməliyyat təyinatı rayonuna yerdəyişmənin həy... | publikaz_normalized |
İran-Ermənistan Müştərək İqtisadi Komissiyasının 18-ci iclasında İslam Respublikası İran əczaçılıq məhsullarını Ermənistana ixrac etməyə hazır olduğunu bildirib. İran-Ermənistan müştərək iqtisadi komissiyasının fevralın 14-də keçirilən 18-ci iclasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir ... | publikaz_normalized |
7 fevral prezident seçkiləri tariximizə Zəfər seçkiləri kimi daxil olub. O qeyd edib ki, Milli Məclis Prezident seçkilərindəki qələbəsi münasibəti ilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib: “İlham Əliyev son 20 ildə Azərbaycan dövlətinin qarşısında duran mühüm məsələləri həll edib. Bundan sonra da dövlət... | publikaz_normalized |
Milli Məclis Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib. ***" "Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb. Əli Əsədovun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib. Qeyd edək ki, fe... | publikaz_normalized |
xidməti avtomobilləri müsadirə olunur":"Ermənistan hökuməti Qarabağdan qaçan separatçıların xidməti avtomobillərini müsadirə edir. Separatçılar Azərbaycan ərazisindən qaçdıqdan sonra avtomobillərini müxtəlif dayanacaqlarda saxlayıblar. Məlumata görə, Paşinyan qondarma rejimə xidmət edən avtomobil parkını qəbul etməkdən... | publikaz_normalized |
Əli Əsədovun Nazirlər Kabinetinə rəhbərlik etməsi məntiqlidir. O əlavə edib ki, pandemiya dönəmində Əli Əsədovun fəaliyyəti qənaətbəxş oldu: Eyni zamanda çox böyük təcrübəyə malikdir. Ona görə də ölkə prezidentinin siyasətinin həyata keçirilməsi istiqamətində onun layiqli fəaliyyət göstərəcəyinə inanıram”. | publikaz_normalized |
Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 16-18-də Münhenə işgüzar səfərə gedib. Konfrans çərçivəsində Nikol Paşinyan xarici tərəfdaşlarla bir sıra ikitərəfli görüşlər keçirəcək. | publikaz_normalized |
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin “Qazax” əlahiddə sərhəd diviziyasının qarnizon kompleksinin açılışı zamanı hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası çərçivəsində fevral ayının 15-də Qazax rayonunun Daş S... | publikaz_normalized |
Rusiyaya qarşı sanksiyaların əsas memarı kimi də tanınan prezidentin milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Dalip Sinq iki illik fasilədən sonra tezliklə Ağ Evdə işə başlayacaq. Qeyd olunur ki, Sinq beynəlxalq iqtisadi məsələlərə nəzarət edən prezidentin milli təhlükəsizlik üzrə köməkçisinin müavini kimi ... | publikaz_normalized |
Azərbaycan xalqı şəffaf və demokratik şəraitdə öz layiqli və ədalətli seçimini edərək bir daha dövlət başçımıza yüksək inam və etimadını göstərdi. “Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə zamanın çağırışları və mürəkkəb geosiyasi şərtlər fonunda həyata keçirilən siyasi kurs Azərbaycanın müstəqilliyini... | publikaz_normalized |
Bu gün Bakının Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq. Bildirilir ki, Binəqədi rayonu, Binəqədi-Biləcəri şosesində yerləşən 39 mənzilli çoxmərtəbəli yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə fevralın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı daya... | publikaz_normalized |
Fevralın 15-də Xankəndi şəhəri ərazisində 12 silah və sursatlar aşkarlanıb. Bildirilib ki, ötən gün Xankəndidə 2 ədəd pulemyot, 6 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 tüfəng, 8 ədəd qumbara, 44 ədəd patron darağı, 3114 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. | publikaz_normalized |
AYNA-dan mühüm tapşırıq":"Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun psixoloji problemlərinin olması və taksi sürücüsü kimi fəaliyyət göstərməsi ilə bağlı məlumatlar yayılıb. Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi... | publikaz_normalized |
ABŞ-ın Boston Universitetində aparılan araşdırmalar göstərib ki, COVID-19 infeksiyasına yoluxan qadınlar heç vaxt yoluxmayan qadınlara nisbətən daha az istək, həzz və orqazm yaşayırlar. Onlar həmçinin iştirakçıların depressiya, narahatlıq və stress səviyyələrini ölçüblər. İştirakçılar dörd yaş qrupuna bölünüb: 18-20, 2... | publikaz_normalized |
Türkiyənin Beylikdüzü rayonunda 4 yaşlı oğlu Məhəmməd Tahanı ürəyindən bıçaqlayıb, daha sonra boğazını kəsərək qətlə yetirən Sarah Olabiyə hökm oxunub. Bakırköy 24-cü Ağır Cəza Məhkəməsində keçirilən məhkəmə iclasında şübhəli Sarah Olabi saxlanıldığı həbsxanadan Audio və Video İnformasiya Sistemi (SEGBİS) vasitəsilə iş... | publikaz_normalized |
“Onlar ora bir qaloşla gediblər…”":"Bəziləri başlarında musiqi notu yox, ciblərində pul olanlar üçün oxuyurlar". Seyidcahan Rusiya toyları ilə öyünən musiqiçiləri tənqid edib: Bəzi ifaçılar çıxıb deyirlər ki, "mən Moskva toylarına düşmüşəm". Moskvadakılar yazıq olmasınlar, buradan gediblər, bir nəsli dolandırırlar. Onl... | publikaz_normalized |
İlk öncə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə mənim namizədliyimi irəli sürdüyünə və mənə göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri möhtərəm cənab İlham Heydər oğlu Əliyevə dərin təşəkkürümü bildirirəm. “Müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq b... | publikaz_normalized |
Kasıblar sizə pislik edib?":"Hörmətli Əli müəllimə (Əli Əsədov - baş nazir) mənim də hörmətim var, amma ona ünvanlanacaq suallarım da var. O bildirib ki, cənab Prezident ayın 14-də andiçmə mərasimində Azərbaycanda yeni bir dövr başladığını qeyd edib: “Əli müəllimdən soruşmaq istəyirəm ki, bu dövr özünü nədə ehtiva edəc... | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib. Hörmətli cənab Prezident," "Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Hazırda ölkələrimiz ar... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilib. Hansı nazir və xitmət-komitə sədrinin yenidən təsdiqlənəcəyi və ya əvəzlənəcəyi hazırda müzakirə mövzusudur. Xatırladaq ki, Nazirlər Kabineti istefa verəndən sonra hazırda vəzifələrini icra ... | publikaz_normalized |
sülh prosesinə müdaxilə...":"Qərb Cənubi Qafqazda vəziyyəti sarsıtmağa və Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etməyə çalışır. “Biz qərblilərin Cənubi Qafqazda vəziyyəti sarsıtmaq, o cümlədən Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etmək istəyini də görürük ki, bu da bu regionlarda vəziyyətin kəskinləşmə... | publikaz_normalized |
Üç gün əvvəl ikisi uşaq olmaqla 5 nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədov haqda daha bir maraqlı məqam ortaya çıxıb. Təhsili ilə bağlı o, bir müddət orada yaşayıb. Üç gündür hər kəsi sarsıdan cinayət əməlinə görə həbs edilən Əhməd təhsil möhləti olduğu üçün 21 yaşında Hərbi Komissiyada qe... | publikaz_normalized |
Yeni "kral" odur":"Qarabağ"ın futbolçusu Abdulla Zubir adını Azərbaycan futbol tarixinə yazıb. O, buna Avropa Liqasının Pley-off mərhələsinin "Braqa" ilə oyununda (4:2) dubl etməklə nail olub. Zubir Portuqaliya təmsilçisi ilə görüşlərdə 12 və 13-cü qollarını vurub. Bu matça qədər Azərbaycan klublarının avrokuboklardakı... | publikaz_normalized |
hələ də təhdid edir":"Birləşmiş Millətlər Təşkilatı (BMT) İŞİD-in hələ də beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini bildirib. İclasda danışan BMT antiterrorizm ofisi baş katibinin müavini Vladimir Voronkov bildirib ki, təşkilatın əməliyyat imkanları üzv ölkələrin əldə etdiyi əhəmiyyətli irəliləyişlə məhdudlaşdı... | publikaz_normalized |
Şəkərdən imtina insan orqanizminə müsbət təsir göstərir. Bu zaman insan daha enerjili olur. O bildirib ki, sadə şəkərlər orqanizmə daxil olmadıqda o, mürəkkəb karbohidratlardan enerji almağa başlayır. Bunun sayəsində orqanizm daha keyfiyyətli və daha uzunmüddətli "yanacaq" əldə edir, nəticədə insan özünü daha enerjili ... | publikaz_normalized |
“Əl-Hilal”ın hücumçusu Neymar klubun bazasında reabilitasiya hazırlığı kursuna başlayıb. Ulduz futbolçunun bir müddət sonra fərdi məşqlərə də başlayacağı bildirilir. Onun 2024-cü ilin avqustunda meydanlara qayıdacağı gözlənilir. Keçən ilin oktyabrında Neymarın ön çarpaz bağları qırılıb və dizindəki menisk cırılıb. Qeyd... | publikaz_normalized |
Azərbaycan ətrafında oynanılan böyük oyunun DETALLARI":"II Qarabağ savaşından sonra regionun və ölkəmizin statusu fərqlidir-Azərbaycanın qələbəsi regionun geosiyasi taleyini xeyli dərəcədə dəyişib. Amma bir qüvvələrin regiondan çəkilməsi, yeni oyunçuların söz sahibi olmaq, boşluğu doldurmaq cəhdləri ağrısız baş vermir.... | publikaz_normalized |
Milli Məclis “Su təchizatı və tullantı suları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsini ilk oxunuşda təsdiqləyib. Qeyd olunub ki, layihəyə əsasən, tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçiriləcə... | publikaz_normalized |
MOLLA QAÇDI - VİDEO":Yumorist Fəqan Məmmədov ARB telekanalında maraqlı hadisədən söz açıb. | publikaz_normalized |
Yekaterinburqda binanın 20-ci mərtəbəsində yerləşən eyvandan yıxılan qız sağ qalıb. Yerli media fevralın 14-də günorta saatlarında Tokarey küçəsində qızın 20-ci mərtəbədən yıxılaraq sağ qaldığını bildirib. “Xəstəyə lazımi tibbi yardım göstərilir. Əməliyyat olunub, reanimasiyadadır. Vəziyyəti ağırdır”, - Səhiyyə Nazirli... | publikaz_normalized |
Əli Əsədovun əleyhinə olan deputat...":"Xəbər verdiyimiz kimi, bu gün Milli Məclis Prezident İlham Əliyevin baş nazirliyə təqdim etdiyi namizədi səsə qoyub. Səsvermədə iştirak edən digər deputatların hamısı Əli Əsədovun namizədliyini dəstəkləyib. Qeyd edək ki, səsvermə gizli keçirildiyindən, Ə.Əsədovun namizədliyinə qa... | publikaz_normalized |
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səs siqnallarından istifadə qaydaları barədə məlumat yayıb. İdarədən Publik.az-a bildirilib ki, son zamanlar paytaxt ərazisində bir çox hallarda səs siqnallarından yersiz istifadə olunması, digər hərəkət iştirakçılarının, eləcə də ətrafda yaşayan sakinlərin ciddi narazılığına və nar... | publikaz_normalized |
Bu adamlara cəza olaraq küçə süpürtdürmək lazımdır. O qeyd edib ki, ödənişli yolda biri əks yola çıxıb sürətlə hərəkət edir: “Digər hərəkət iştirakçıları üçün açıq təhlükə yaradır. Başqa biri də maşını 200 km sürətlə sürür. Hətta özünü çəkib sosial şəbəkələrdə paylaşır. Deputat bildirib ki, bu adamlar cərimələnməklə ya... | publikaz_normalized |
Qroznının mərkəzi hissəsində 200 hektardan çox ərazini əhatə edən yeni rayon yaranacaq. Rayon Rusiya prezidenti Vladimir Putinin adını daşıyacaq. “Şəhərin mərkəzi hissəsində işlərin gedişi ilə tanış oldum, burada genişmiqyaslı quruculuq işləri aparılır, başa çatdıqdan sonra ümummilli liderimizin şərəfinə adlandırılacaq... | publikaz_normalized |
Yevlax rayonu, Hacıselli kənd sakini Qurbanov İlqar Kazım oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması məlum olub. Bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Hacıselli kənd sakini İ.Qurbanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq v... | publikaz_normalized |
Portuqaliyada "Braqa" üzərində tarixi qələbə qazanan "Qarabağ"ın 3 futbolçusu Avropa Liqasında həftənin rəmzi komandasına seçilib. Onlar "SofaScore" platformasının dəyərləndirməsinə görə UEFA Avropa Liqasında həftənin heyətinə seçiliblər. Lunyov 7.9, Yankoviç 8, Zubir isə 9 bal toplayıb. Zubir rəmzi komandada ən çox xa... | publikaz_normalized |
Məşhur aparıcı Ceyran Rəhimovaya ağır itki üz verib. Rəhimova açıqlamasında bacısının qaraciyər problemindən vəfat etdiyini deyib: “10 günün içində rəhmətə getdi. Rəhimova uzun illər AzTV-də “Sən bir nəğmə” verilişinin aparıcısı olub. Bu yaxınlarda aparıcı tezliklə efirə qayıdacağını bildirmişdi. | publikaz_normalized |
İki nəfər öldü":"Dağıstanda Xəzər dənizində, Sulak çayı yaxınlığında üç balıqçının olduğu qayıq aşıb. Bir gün əvvəl Xəzər dənizində tufan vardı. Amm a buna məhəl qoymayan balıqçılar dənizə çıxıblar. Onlar sahildən 7 kilometr uzaqlaşıblar. Fırtına daha da gücləndiyi üçün dalğalar qayığı çevirib. Məlumata görə, bir nəfər... | publikaz_normalized |
Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşov və baş direktorun birinci müavini Mixail Qusmandan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Rusiyanın TASS İnformasi... | publikaz_normalized |
Səmada baş verən demək olar ki, hər hadisə bürclərdə müəyyən dəyişikliklərə səbəb olur. Mart ayında sevgi və pulla xoşbəxt olacaq bürclər müəyyənləşib. Bu bürclər üçün yeni dövr başlayır. Baharın gəlişi ilə pulu, eşqi və xoşbəxtliyi tapacaq bürcləri təqdim edirik: Buğa" "Buğa bürcü üçün mart ayı maliyyə baxımından kifa... | publikaz_normalized |
Ötən il və bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 4 367 şəxsin pensiyalarını yenidən hesablayaraq artırıb. Bildirilib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa gör... | publikaz_normalized |
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə günün pik saatlarında daha çox sərnişinin rahat və təhlükəsiz mənzilbaşına çatdırılması məqsədilə sözügedən xətt üzrə hərəkət cədvəlini optimallaşdırır. Bildirilib ki, yenilənmiş hərəkət cədvəli Bakı – Sumqayıt – Bakı marşrutu üzrə hərəkət edən ... | publikaz_normalized |
Abşeronda 70 yaşlı qadın sirkə içərək ölüb. Birinci qrup gözdən əlil 1954-cü il təvəllüdlü Abdullayeva Gözəl Qafar qızı yaşadığı ünvanda səhvən sirkə içib.O xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Qar yağacaq":"Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. A... | publikaz_normalized |
Ağlamaq istəyirəm, amma...":"İnter Mayami"nin hücumçusu Luis Suares gələcək karyerası barədə danışıb: İnter Mayami" karyeramdakı son klub olacaq. Hələ nə vaxt bitirəcəyimi bilmirəm, amma bu son dayanacaq olacaq. İndi bu barədə danışıram və ağlamaq istəyirəm, amma buna hazırlaşmalıyam. Yadımdadır, keçmiş oyunçulardan bi... | publikaz_normalized |
Bakı istədiyini almayana qədər...":"“Karnegi” Fondunun saytında analitik Tomas de Vaalın məqaləsi dərc olunub. Məqalədə o, 2024-cü ilin həm Ukrayna, həm də Cənubi Qafqaz üçün həlledici olacağını bildirib. Onun sözlərinə görə, eyni zamanda, bu, Avropa siyasətçiləri üçün ciddi sınaq olacaq. O bildirib ki, bütün uduş kart... | publikaz_normalized |
“Bu ilin fevral ayından etibarən Azərbaycan faktiki olaraq öz şanlı tarixinin yeni dövrünə qədəm qoydu. Fevralın 14-də Milli Məclisdə keçirilmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimini bu tarixi keçidi rəsmiləşdirən hadisə kimi qeyd edə bilərik. Möhtərəm dövlət başçımız andiçmə mərasimin... | publikaz_normalized |
Amerikalı sahibkar İlon Mask bu dəfə Teslanın elektriklə işləyən “Cybertruck” pikapı ilə gündəmdədir. Ultra sərt paslanmayan polad gövdəyə sahib olaraq təqdim edilən avtomobilin istifadəçilər tərəfindən xüsusilə yağışda və soyuq havada korroziyaya uğradığı iddia edilib. ABŞ mətbuatında çıxan xəbərlərə görə, "Cybertruck... | publikaz_normalized |
Rusiyanın "Домашний" kanalının sifarışi ilə "Абрикосовая горечь"- “Ərik açısı” serialında çəkilən azərbaycanlı aktyor Rüstəm Cəbrayılov layihənin ilk görüntülərini izləyiciləri ilə bölüşüb. Bu barədə 38 yaşlı məşhur özü sosial mediada məlumat yayıb. Aleksandr Moxovun rejissorluğu ilə lentə alınan ekran işində Polina Da... | publikaz_normalized |
Sonra məlum oldu ki... - VİDEO":Bir həftə əvvəl sosial şəbəkələrdə "İnter Mayami"nin futbolçusu Lionel Messi barədə müzakirələrə səbəb olan video yayımlanıb. Bu video bir sıra aparıcı nəşrlər tərəfindən xəbər kimi yayımlanıb. Lakin videonun etibarlılığı suallar doğurub. Keyfiyyətinin yaxşı olmaması və öpüş anında görün... | publikaz_normalized |
görün nələr edirmiş":"Adnan Oktarın həbsxanada təşkilatçılıq fəaliyyətini davam etdirməsi iddiaları ilə bağlı istintaq tamamlanıb. Hazırlanan ittihamnamədə Oktarın 43,5 ilə qədər həbsə məhkum edilməsi istənilib. İddianamədə şübhəli Oktarın xüsusilə vəkilləri və digər təşkilat rəhbərləri Meltem Daban və Ferhunde Eda Bab... | publikaz_normalized |
Parisdə aktyor Jerar Depardye yenidən cinsi qısnamada ittiham olunub. Nəşrin məlumatına görə, rejissor Jan-Pyer Mokinin adının açıqlanmasını istəməyən keçmiş köməkçisi yanvarın 8-də aktyoru şikayət edib. Qadın 2014-cü ildə “Le magicien et les siamois” filminin çəkilişləri zamanı aktyor tərəfindən təzyiqlərə məruz qaldı... | publikaz_normalized |
Ötən ilin fevral ayında Şəmkirdə qonşuluqda yaşayan şəxsin evinə daxil olaraq 3 nəfəri bıçaqlayan 1990-cı il təvəllüdlü Fuad Məmmədovun məhkəməsi başa çatıb. Əvvəllər dəfələrlə psixiatrik xəstəxanada müalicə olunan şəxs cinayət məsuliyyətindən azad edilib. Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 157.1-... | publikaz_normalized |
Ayağı sınıb - FOTO":"Əməkdar artist Gövhər Rzayeva xəstəxanalıq olub. O, şəhər xəstəxanalarının birində əməliyyat olunub. Hazırda sənətçinin vəziyyəti yaxşıdır. OLAY qarmon ifaçısı ilə əlaqə saxlayıb, səhhəti ilə maraqlanmaq istəsə də, o, bununla bağlı sualı cavablandırmayıb. | publikaz_normalized |
Rusiyanın Baş naziri Mixail Mişustin Əli Əsədovu Azərbaycanın Baş naziri postuna Milli Məclis tərəfindən təsdiq edilməsi münasibətilə təbrik edib. Ə.Əsədov və M.Mişustin Azərbaycanla Rusiya arasında strateji əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə ümid etdiklərini bildiriblər. Qeyd edək ki, fevralın 16-da Milli M... | publikaz_normalized |
27 yaşlı futbolçunun hansı səbəbdən saxlanılması məlum deyil. Bu barədə "Sportinfo.az" məlumat yayıb. U-21 millimizin sabiq üzvü "Neftçi"nin yetirməsidir. O, "ağ qaralar"la 2020/21 mövsümündə Azərbaycan çempionatının və ölkə kubokunun qalibi olub. Fəhmin "Səbail", "Keşlə" və "Araz Naxçıvan" klublarının da formasını gey... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.