text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Deyən, darısqaldı fikrimin yolu, Odur ki, dilimdən fışqırıb çıxır. Ahıl duyğuların əsarətindən. Deyərsən, kəlmə yox, muşduluq çıxır. Başımda tükümdü, dayanır biz-biz, Beynimdə, zehnimdə oyanır biz-biz. Dil də tapammıram barı yaşımla, Dərd-sər - yarıbayarı yaşımla. Didişə-didişə qarı yaşımla. Öldürmür, diriltmir, canım ... | ANL |
Yazın oğlan çağı idi. Təbiət oyanmış, bəzənib-düzənmişdi. Qızım Ülkərin beş yaşı tamam olurdu. Adətimiz üzrə onun dünyaya gəlişini həmişə kəndimizdə, dədə-baba yurdunda keçirirdik. Bu da səbəbsiz deyildi. Qəlbinur anası Ülkər xanımın sağlığında icazəsi ilə qızının adını Ülkər qoymuşdu. Qaynanam hər Ülkər deyib çağırand... | ANL |
Azərbaycanda vətəndaş cəmiyyəti institutları: yaranması və ilkin fəaliyyət istiqamətləri (davamı). Müasir dövrümüzdə fəaliyyət göstərən, vətəndaş cəmiyyəti institutlarının başlıca tərkib hissəsi olan qeyri-hökumət təşkilatlarına (QHT-lər) aid xüsusiyyətləri özündə əks etdirən qurumların Azərbaycanda yaranması və fəaliy... | ANL |
"Bu, Ermənistan ərazisinə nəzarət etmək imkanı yaradır". MÜBARİZ ƏHMƏDOĞLU: "GÜCLƏNƏN HƏRB VƏ İKT İMKANLARININ AZƏRBAYCANA ERMƏNİSTANIN BÜTÜN ƏRAZİSİNƏ NƏZARƏT ETMƏK İMKANI YARADIB". Dünən Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2013-cü ilin ... | ANL |
İngiliscədən Telman Orucov tərcümə edib. Vaşinqtona gələndə Adams tezliklə özünün hər iki partiya tərəfindən oğulluğa götürülməsini və təzə adamın örtülülüyünü qiymətləndirmədiyini sezdi. Baxmayaraq ki, ailəsindəki xəstəlik Ceffersonun Luizina Ərazisini Satın Almaq barədəki Müqaviləsinin ratifikasiyasına səs vermək üçü... | ANL |
İçimdəki Məmməd Araz şırımı. Əvvəl poeziyasının vurğunu idim, sonra özünü tanıyıb özünü sevdim. Vətən nişanəsi, vətən rəmzi kimi sevdim! Onda hər şey sevgiyə layiqdi. Bunları necə ayırmaq olar, hamısı bir-birinin içindədi - üçməchullu tənlik kimi... Məmməd Arazdan yazanda istəyə qənaət etmək olmur. Sözün miqyasını onu ... | ANL |
“Dünya ölkələrinin müasir siyasi sistemləri” (kitab haqqında təəssüratlar). Bu gün internet dünyasının virtual imkanları və bu imkanların bəşəriyyətə verdiyi dəyər barədə çox danışılmaqdadır. Hətta bu virtual aləmin artıq yazılı nəşrləri – kitabı, qəzeti, jurnalı əvəzləməsi barədə də geniş disskusiyalar getməkdədir. Do... | ANL |
Necə ki, ağacın meyvəsi üstündə budağı qırılır ha... Sonra həmin kəsilmiş budağın üstündəki meyvə qalıb qalıb, sulanır, şirinləşir ha.. bax insanın öləndən sonra uzanan dırnağı da beləymiş, son qalığı, şirnisi,canından süzülən suyuymuş.Özü-özünə uzanan dırnaq qəfil hiss edəndə ki, hissəsi olduğu bədənin ruhu daha yoxdu... | ANL |
Aydın Məmmədovsuz qırx gün. Aydın Məmmədovun ölüm xəbərindən gün-gün, həftə-həftə ayrıldıqca, dünya get-gedə öz axarına düşdükcə ötən günlərə qayıdıram, yaxın, doğma adamları, onu tanıyanlar və sevənləri ürəyimdəki ağrıyla dindirməyə, dəfələrlə danışdığım xatirələri ağ vərəqlərə köçürməyə başlayıram. Aydın müəllimin so... | ANL |
Sudanın əl içi boyda qəsəbəsində. doğulmusan Rabiyə. hər gecə yuxuna. başqa nə görə bilər yuxusunda. qara gözlərindən süzülən yaşlarla. min-min dərdin var Rabiyə. qoşulub sel olan göz yaşlarına. minindən biri getmir. anan dərddən havalandı. qardaşını iş istəyir deyə güllələdilər. sən sağ qaldın dünyanın üzünə. tüpürmək... | ANL |
PƏRVİNin təqdimatında. Əlbəttə, sevgiyəbənzər hansısa başqa, aldadıcı hissdən söhbət getmir. Ruhuna, fikirlərinə, qəlbinə hakim kəsilmiş böyük eşq... Təmənna güdməyən, maddiyyat ummayan, fayda gözləməyən məhəbbət... O məhəbbət ki düşüncələrinlə bərabər, zamanını da alır! Rejimini tənzimləyir! Axı daha tək deyilsən! Yar... | ANL |
“Hüquqi islahatlar cəmiyyətin inkişafına təkan verir”. NATİQ ABDULLAYEV: “ÖLKƏMİZİN SON 15 İLLİK TARİXİNDƏ QAZANDIĞI NAİLİYYƏTLƏR, İLK NÖVBƏDƏ, HÜQUQİ İSLAHATLARIN DÜZGÜN İSTİQAMƏTLƏNDİRİLMƏSİ VƏ SƏMƏRƏLİ HƏYATA KEÇİRİLMƏSİ İLƏ SIX BAĞLIDIR”. Güclü dövlətin, güclü cəmiyyətin əsas sütunlarından biri də hüquqi dövlət qur... | ANL |
O. İnsan yaranandan ta bu günə kimi həmişə Onu görmək istəyib. Görmək, görüşmək, salam vermək, əllə toxunmaq, kəlmə kəsmək, sevgisini, çətinə düşəndə, darda qalanda istədiklərini, dilədiklərini üzbəüz demək istəyib. İnsan hər yerdə Onu axtarıb, izlərinə rast gəlib, hənirini duyub, dualarla salamlayıb, sevinib, arxalanı... | ANL |
Ramiz Rövşən Aydın Məmmədovun xatirəsinə yazır. Hələ çiyinlərdə gedir tabutun, qəbrinin ağzı da açıqdı hələ. Gözləyir o qəbrin dilsiz sükutu;. Ən rahat, qorxusuz yoldasan indi, dünyanın ən təmiz, ağ donundasan. ömrün əvvəlində, ya sonundasan. Beşikdə bilirsən özünü, bəlkə, astaca-astaca yırğalanırsan. Bəlkə, sən deyils... | ANL |
Bürüyürəm – səbbi alınmır. Sağ tayına baxıb xumarlanır... Axırıncı kərə qatarda üç gün, üç gecə yol gedəndən sonra qaqaşların heç biri beş-altı gün çimir eləmədi. Provadniki yəqin hamı görüb. Qatarda mələfə paylayan, biletsizlərə daha çox yarınan, sərnişin cibindən dəsmal çıxaranda “vallah, nahaq əziyyət çəkirsiz, pass... | ANL |
Aydın surəti. Yanvarın 16-da mərhum ədəbiyyatşünas-alim, türkoloq Aydın Məmmədovun anadan olmasının 70 ili tamam olur. Parlaq, munis, unudulmaz insanlar – Dilarə Əliyeva və Aydın Məmmədovun faciəli ölüm xəbəri məni Türkiyədə, əski Səlcuq şəhəri Bursada yaxaladı. Assosiasiyaların – anımların, yada salmaların öz qanunlar... | ANL |
Səhifənin qonağı Aslan Qəhrəmanlınlın tərcümələrindən nümunələr. Və həmin müsahibənin günahkarı birdən-birə elə bir iddiayamı deyim, sevdayamı deyim düşdü ki, mənim kimi qorxaq adam həmin kitabı kiməsə təklif etməkdən çəkindim. Üstündən də ən acı günlərim başladı. Aşağıda tərcümələrini və bir parodiyasını oxuyacağınız ... | ANL |
“Berceste”nin xüsusi buraxılışı Nigar Rəfibəyliyə həsr edilib. Dərginin redaktoru və ön sözün müəllifi Vedat Ali Tokdur. Nəşrin üz qabığında Azərbaycanın istedadlı, bənzərsiz şairi, ustad sənətkar Nigar Rəfibəylinin rəsmi verilib. “Azərbaycan ədəbiyyatı” bölümündə anadan olmasının 75 illiyi münasibətilə Məmməd İsmayılı... | ANL |
Zəngimi gözlə. Axır vaxtlar Ağamuradın işi elə bil tilsimə düşmüşdü. Balaca bir vəzifə tapıb, uşaqlarına çörək pulu qazanmaq üçün açmadığı qapı, yazmadığı yer qalmamışdı. Kim idi onun ağzına qurut verən? Xeyli vaxtdır, əli gətirmirdi. Kişi xəcalətindən arvad-uşağın da üzünə dik baxa bilmirdi. Odur ki, sübh tezdən evdən... | ANL |
Əslində bu gün Baba Vəziroğlu haqqında ölkəmizin ən peşəkar bir jurnalisti, yazıçısı, tənqidçisi, musiqi nəzəriyyəçisi kifayət qədər maraqlı material hazırlaya bilərdi. Yazını məhz mənim tərəfimdən hazırlanması isə, fikrimcə obyektiv əsaslara söykənir. Babanın adını ən azı özümü dərk etdiyim vaxtlarda eşitmişəm (Ata-ba... | ANL |
Ömrün poeziya ətri. Hər kəsin həyatında mütləq ona köməklik edən, dəstək olan, ən azından imkanı daxilində qarşılıqsız hörmət gördüyü yaxşı insanlar olub. Bəlkə də Tanrı bu dünyaya elə həmin yaxşı insanların üzü suyu hörmətinə dəyib toxunmur. Mən də həyatım boyu, xüsusilə poeziya yollarında həmişə yaxşı insanlara tuş g... | ANL |
Əsgəroğlum çox yanası... Tikansızdı gülxanası. Amansız ölüm bir neçə ay əvvəl yaxaladı gözəl şair, səmimi dost və qayğıkeş insan Ədalət Əsgəroğlunu. Özü cismən aramızda olmasa da, işıqlı xatirəsi qəlbimizdə, şeirləri dilimizdə, ürəyimizdədi. Ədalət Əsgəroğlu 80-ci illərdə ədəbiyyata gələn nəslin nümayəndəsidir. Sən biz... | ANL |
Adsız qəhrəmanlar. Daha bir qazimiz də yenildi. 20 il idi düşmən gülləsinin bədənində açdığı yaralarla... çarpayısının yanında duran əlarabası ,qoltuqağacları ilə və bir də sözünə baxmayan, “yer tutmayan” ayaqları ilə savaşırdı. Bu yazı Qarabağ döyüşçüsü qazi- Elmar İsmayılovun əziz xatirəsinə ithaf olunur. Şəhər həmin... | ANL |
Bütövlük. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Jurnalistika Fakültəsini bitirib (1982). Vasif Quliyev SSRİ Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb (1989) və bir neçə dəfə Fəxri Fərmanla təltif edilib. Adam var, ilk dəfə onu görən kimi sir-sifəti, oturuşu, duruşu, baxışı və ümumi qır... | ANL |
Allahın bəxtəvər bəndəsi. XX əsrin 70-ci illərində Azərbaycan teatrlarının səhnəsində öz nəfəsi, ifa tərzi ilə seçilən yeni aktyor nəsli meydana gəldi. Onların əksəriyyəti indi həyatda olmasalar da, Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində, kinoda və televiziyada yaratdıqları rollarla xalqımızın yaddaşına ho... | ANL |
Professor Ramiz Əsgərin 60 illiyi elmi sessiya ilə qeyd edilib. Yanvarın 10-da AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun zalında Folklor İnstitutunun təşkilatçılığı ilə, tanınmış türkoloq, professor Ramiz Əsgərin 60 illiyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə Folklor İnstitutunun direktoru Mu... | ANL |
İnkişaf etmiş vətəndaş cəmiyyəti hüquqi dövlət üçün etibarlı güc mənbəyidir. Azərbaycan xüsusilə son 10 ildə iqtisadi sahədə xeyli irəliləyərək dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir çox nailiyyətlər əldə edib. Məhz güclü dövləti şərtləndi... | ANL |
Mənim ömrümə isə həmin gün qızıl hərflə yazılıb. Yazının səbəbkarı Azərbaycanın istedadlı jurnalisti, televiziyada yeri görünən, o vaxtlar “525”in idman şöbəsinin müdiri işləyən Altay Əliyev, ilk oxucusu isə Azərbaycan jurnalistikasının əjdahalarından biri - Yusif Rzayev oldu. Yusif müəllimin ikiqat redaktəsindən, daha... | ANL |
Ağalar Bayramov səsinin sehri və yanğısı. Onun haqqında düşünəndə həmişə ilk olaraq ağlıma gələn Həzrət Əlinin (s) bu mübarək kəlamları olur: "Gözəl və aydın danışanlar sehr kimi əsrarəngizdir". Ağalar Bayramov Allahın ona verdiyi ecazkar səsiylə insanları öz sehrinə sala bilir. Və mən bilərəkdən onun adının önündə tit... | ANL |
AMEA-nın həqiqi üzvü, ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadəyə. Sevinib ilk bahar mehi əsəndə, Duyğu dənizi var Yusifzadənin! Müdrik geoloqlar salnaməsində. İmzası, izi var Yusifzadənin! Odlar ölkəsinin tonqallarında. Alovu, közü var Yusifzadənin! Gecə-gündüzü var Yusifzadənin! Qədim Pirşağıda doğulub, fəqət. Can... | ANL |
Mənim bu şəhərdə nə işim vardı? Qorxulu dalanlar, tinlər varımış, Cürbəcür adamlar, dinlər varımış, Allah, görmədiyim günlər varımış, Mənim bu şəhərdə nə işim vardı?!.. Özüm öz əlimdən tutub yeridim, Böyüdüm, özümlə böyüdü dərdim. Birisi başımı tovladı mənim, Birisi evindən qovladı məni, Birisi könlümü ovladı mənim, Mə... | ANL |
Azərbaycan dilinə ehtiram nümunəsi. Tanınmış dilçi alim, filologiya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının professoru Buludxan Xəlilovun "Azərbaycan dili: milli varlığımız, mənəvi sərvətimiz" adlı yeni kitabı "Bakı Çap Evi" nəşriyyatında işıq üzü görüb. Kitab... | ANL |
Şamil Əhmədov: "Ömrün hesabat yaşındayam indi". "Həyatdan da, sənətimdən də zövq almağa, sənəti sevənlərə, dəyərləndirənlərə isə zövq verməyə çalışmışam". Bugünlərdə muğam ifaçısı, şair, tanınmış el sənətkarı Şamil Əhmədovun 60 yaşı tamam olur. Yubilyarla söhbətimizdə sanki onun uşaqlıq, gənclik aləminə, keçdiyi ömür v... | ANL |
Meşənin payız nəğməsi. Xalq yazıçısı Elçinin "Bülbülün nağılı" hekayəsindən təsirlənərək... Payız təbiətimizə min bir rəngli donla gəlir. Al-əlvan rəngə boyanan meşələrin ayağında şəlalələrin, dağ çaylarının coşğun gurultusu eşidilir. Möcüzədir! Sayı -hesabı bilinməyən bu səs çələnginin heç birində qəlbə xoş gəlməyən, ... | ANL |
Bu gün tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist Səyyad Aranın doğum günüdür. O, müstəqil Azərbaycanın birinci və ikinci çağırış deputatı, 2006-2010-cu illərdə Azərbaycanın İstanbulda Baş konsulu, hal-hazırda isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavinidir. YAP funksioneri kimi ən müxtəlif... | ANL |
Vəfa xəzinəsi. Onların şəkillərini ilk dəfə kəndimizdə bacımın albomunda görmüşdüm. Kitabxanaçı bacım universitetdə qiyabi oxuyurdu. Sessiya vaxtı Bakıda Qulu Xəlilovgildə qalırdı. Xəlil Rza ilə Qulu müəllim yaxın dost idilər, ailəvi get-gəlləri var idi. Bu səbəbdən bacım da Xəlilin ailəsini yaxşı tanıyırdı. Firəngiz x... | ANL |
Milli Kitabxanada teatr xadimləri ilə görüş. ƏDALƏT VƏLİYEV: "AZƏRBAYCAN REGİONDA VƏ MDB-də İLK DƏFƏ OLARAQ BEYNƏLXALQ TEATR FORUMLARININ KEÇİRİLDİYİ MƏKANA ÇEVRİLİB". Ötən gün M.F.Axundov adına Milli Kitabxanada tanınmış teatr xadimləri və gənc rejissor, bəstəkar, aktyor və musiqiçilərlə görüş keçirilib. Tədbiri açan ... | ANL |
Bütövlük. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Jurnalistika Fakültəsini bitirib (1982). Vasif Quliyev SSRİ Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb (1989) və bir neçə dəfə Fəxri Fərmanla təltif edilib. Adam var, ilk dəfə onu görən kimi sir-sifəti, oturuşu, duruşu, baxışı və ümumi qır... | ANL |
Allahın bəxtəvər bəndəsi. XX əsrin 70-ci illərində Azərbaycan teatrlarının səhnəsində öz nəfəsi, ifa tərzi ilə seçilən yeni aktyor nəsli meydana gəldi. Onların əksəriyyəti indi həyatda olmasalar da, Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində, kinoda və televiziyada yaratdıqları rollarla xalqımızın yaddaşına ho... | ANL |
Professor Ramiz Əsgərin 60 illiyi elmi sessiya ilə qeyd edilib. Yanvarın 10-da AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun zalında Folklor İnstitutunun təşkilatçılığı ilə, tanınmış türkoloq, professor Ramiz Əsgərin 60 illiyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə Folklor İnstitutunun direktoru Mu... | ANL |
İnkişaf etmiş vətəndaş cəmiyyəti hüquqi dövlət üçün etibarlı güc mənbəyidir. Azərbaycan xüsusilə son 10 ildə iqtisadi sahədə xeyli irəliləyərək dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir çox nailiyyətlər əldə edib. Məhz güclü dövləti şərtləndi... | ANL |
Mənim ömrümə isə həmin gün qızıl hərflə yazılıb. Yazının səbəbkarı Azərbaycanın istedadlı jurnalisti, televiziyada yeri görünən, o vaxtlar “525”in idman şöbəsinin müdiri işləyən Altay Əliyev, ilk oxucusu isə Azərbaycan jurnalistikasının əjdahalarından biri - Yusif Rzayev oldu. Yusif müəllimin ikiqat redaktəsindən, daha... | ANL |
Yazıçılar Birliyində Aydın Məmmədovun 70 illik yubileyi qeyd edilib. Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) türkoloq-alim, ədəbiyyatşünas Aydın Məmmədovun 70 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirin aparıcısı, AYB-nin katibi Rəşad Məcid çıxışında mərhum yubilyarın həyat yolundan söz açıb: "Görkəmli alim... | ANL |
Söz sənəti məbədinin yubileyi -möhtəşəm elm, ədəbiyyat hadisəsi! "İnsanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur. Bu vasitədən xalqımız keçmişdə d... | ANL |
"Cənnətdən yuxarı"da nələr var... Gözəldir!-dedim və kitabdakı "İntihar" hekayəsini oxuyandan sonra gənc həmkarım Təranə Vahidə bu məktubu yazmağa başladım. Bəlkə də bu son illər mətbuatda, radio və televiziyarda hər gün milyonlarla insanın əsəbini və səbrini tarıma çəkən hadisələrin xəbər adı ilə çox zəif və səriştəsi... | ANL |
Aydın Məmmədovun xatirə günü keçirildi. GÖRKƏMLİ SİYASİ VƏ İCTİMAİ XADİMİN 70 İLLİK YUBİLEYİ ƏSASINI QOYDUĞU AZƏRBAYCAN TƏRCÜMƏ MƏRKƏZİNDƏ QEYD EDİLDİ. Ötən gün görkəmli ictimai və siyasi xadim, alim türkoloq Aydın Məmmədovun 70 illik yubileyinə həsr edilmiş anım günü keçirildi. Görüş onun yaradıb əsasını qoyduğu və dü... | ANL |
Niyazinin mənzil- muzeyində dirijor Fəxrəddin Kərimovla görüş keçirilib. Niyazinin mənzil- muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin dirijoru, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının dosenti Fəxrəddin Kərimov il... | ANL |
Qocaldım, sonra bildim ki, mən tənimdən ayrılıram, Vətənimdə qürbətdəyəm, Vətənimdən ayrılıram. Qızılı göyə sovrulan yaralı torpaq kimiyəm, Zəngin idim, fəqət indi - mədənimdən ayrılıram. Gör hardan hara gəlmişəm, hara gedirəm, kim bilir, Cavab tapa bilmədiyim nədənimdən ayrılıram. Ağır idim, yumuluram, zərif ruha çevr... | ANL |
Vətəndaş cəmiyyətinin inkişafında dövlət qayğısının müstəsna rolu. Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yoluna nəzər saldıqda, göz önünə ilk olaraq 1990-cı illərin əvvəllərinin böhranlı vəziyyəti və bundan doğan ictimai, iqtisadi çətinliklər gəlir. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan... | ANL |
Vətəndaş cəmiyyəti institutları dövlətin başlıca tərəfdaşı kimi. Azərbaycan dövlətinin inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna, vətəndaş cəmiyyətinin inkişafına xüsusi önəm verməsi danılmaz faktdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğu... | ANL |
İllər öncəsi trafik qəzasında faciəli vaxtsız dünyasını dəyişən görkəmli türkoloq Aydın Məmmədovun vaxtiylə işlədiyi binadan hər gün giririk və keçib stolumuzda əyləşirik.İş başlayır demək.Bura Tərcümə Mərkəzidir və həm də burada XƏZƏR jurnalı da hazırlanır.İş öz ahəngi ilə davam edir,ötənlər yada düşür və yavaş-yavaş ... | ANL |
Təhsil strategiyası və milli dövlətçilik. Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir. Azərbaycanın vüsətli sosial-siyasi və iqtisadi tərəqqisində təhsilin rolu misilsizdir. “Yeniləşən Azərbaycana yeni məktəblər” şüarı altında yeridilən siyasət ölkəmizdə intibah səviyyəli bir ... | ANL |
Neçə vaxtdan bəri həsrətlə gözləsəm də, heç cür yağmaq istəməyən qar, Aydının doğum gününün sübh çağı yağdı. Narın zərrəciklərlə çilənib, ətrafın bozluğunu – torpağın, yolların, damların üstünü ağappaq, narın tül örtüyünə bürüdü... Aydının həyatı həmişə nədənsə mənə, nə vaxtsa oxuyub təsirləndiyim və bu günəcən də xatı... | ANL |
Sevgi kitabında iri bir nida! PƏRVİNin təqdimatında "Yüz Gözəl Sevgi Şeiri". Taleyin, qismətin diqtəsi imiş... Nişanlarından ölümlərinə kimi! Çoxdan gözaltı elədiyi Fərizəylə nişanlananda; hə, anasının əlindəki o böyük xonça da, bacısının təkcə ona görə yox, həm də rəfiqəsinə görə atılıb-düşüb sevinməsi də, atasının ci... | ANL |
Belə baxanda, hara baxırsansa, hasardı. Adamlar günü-gündən evini, ətrafını, duyğularını hasarlayır. Kaş bunların yerinə milli-mənəvi dəyərlərimizi, adət-ənənlərimizi, unikal ailə modelimizi hasarlaya biləydik... Hasar demişkən, ötən ilin son günlərində Gənc Tamaşaçılar Teatrında “Hasarın o üzü” tamaşasının premyerası ... | ANL |
M.Ə.Rəsulzadənin vətənində yazdığı son vida məqaləsi. Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalına başlanan gün – 1920-ci il aprelin 27-də Azərbaycan Parlamentinin təcili fövqəladə axşam iclasında milli istiqlal hərəkatının lideri və ideoloqu, Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin yaradılması işinə başçılıq etmiş ... | ANL |
Şanlı və qanlı tarix. AZƏRBAYCAN XALQI HEÇ VAXT MÜSTƏQİLLİK UĞRUNDA QURBAN VERDİYİ OĞUL-QIZLARINI, ONLARIN XATİRƏSİNİ YAŞADANLARI UNUTMUR. “...Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP-nin və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid e... | ANL |
Azərbaycan, dərdin böyük yaran çox dərin, Müsibəti gözü ilə görüb Tanrı da. Səndən torpaq payı uman o xainlərin. Bir gün toza çevriləcək ağaları da. Səndən ötrü süngülərə sinə gərmişik- Vətən, daha yas saxlama, biz ölməmişik! Hər qırmızı qərənfildə al qanımız var, Al qanımız hopub sübhün şəfəqlərinə. Neçə küçə, neçə bi... | ANL |
Səhər tezdən şapkamı əlində gördüm, sallaya-sallaya o yan-bu yana keçirdi, elə bil atmağa yer axtarırdı. Mat-məətəl qapının arasında dayandım. Üz- gözündə də həmişəki kimi qabarıb üzə çıxmış gülüş otaqları dolaşır; bilirəm, yenə tikanlı-tikanlı nəsə deyəcək. Şapkamı da barmaqlarının ucuyla tutub yaxınlaşır: –Kim geyini... | ANL |
“Borçalı abidələri” kitabının müəllifi. tarixçi dostum Kərəm Məmmədova. Fikirləri, duyğuları, hissləri, Kəlmə-kəlmə toxu görüm, sən Allah. Dünənimin düyünlənmiş sözüdür, Nə danışır, nədən deyir bu daşlar. Böyük daşın üstündəki yazıda. Kiçik daşın üstündəki nişanda. Hansı fəryad, hansı yara danışır. Vuruşanda, qırılanda... | ANL |
Stenli Kramer- yeni əsrdən nigaran sənətkar. Rusiyanın “Don” jurnalında dərc edilmiş “İttiham” povestimi dünya şöhrətli sənətkar, böyük amerikan kinorejissoru Stenli Kramerlə görüşdən, tanışlıqdan sonra yazmışam. Povestin süjeti real hadisələr üzərində qurulub. Hadisələr ucqar əyalət qəsəbəsində baş verir. Qışı sərt ke... | ANL |
Təbiət də gələcək qalibləri himayə edir. Napoleonun parlaq qələbələri artıq arxada qalmışdı, Rusiya yürüşü ona əlavə şərəf gətirməkdən çox uzaq idi, əslində isə onun sərkərdəlik qabiliyyəti barədə şübhələrin artmasına səbəb olmuşdu. 1812-ci il fransız-rus müharibəsinin başlıca səbəbi çarın İngiltərəyə qarşı blokadanı d... | ANL |
Con F.Kennedi: Mərdliyin profilləri. Federalist “Repertory” qəzeti sədaqətlə xəbərdar edirdi ki, bu mitinq “əməlin nizamsız və səs-küylü obrazından” başqa bir şeyi təmsil etmir. Ora heç bir düzgün və şərəfli adam “gəlməyəcəkdir”. Lakin Con Kvinsi Adams gəldi və baxmayaraq ki, sakitləşdirici kimi xidmət etməkdən imtina ... | ANL |
Əhməd bəy Daşkəsənli və Bedros ağa Qaraqaşyan (İ. Qaspralının hekayəsi). Həcmcə o qədər də böyük olmayan əsər Cənubi Qafqazın iki qonşu xalqının-azərbaycanlılarla ermənilərin qarşılıqlı münasibətlərinə həsr olunmuşdu. Hekayənin yazıldığı dövrdə “erməni məsələsi” onların “milləti-sadiqə” adlandırıldığı və hər cür ehtira... | ANL |
Xankəndi radiosunun azərbaycanlı diktoru: "Verilişlərimiz ermənilər üçün arzuolunmaz idi". Ziyalı insan cəmiyyətin nuru, ziyası, aparıcı qüvvəsidir. Təbii ki, söhbət əsl ziyalıdan gedir. Bir çox hallarda ali təhsilli, yaxud elmi fəaliyyətlə məşğul olan insanlar cəmiyyətimizə ziyalı kimi təqdim edilir. Ancaq həqiqətdə b... | ANL |
El ağsaqqalı. Cəmiyyət müxtəlif neqativ hallardan, çeşidli iddialardan, rəngarəng özbaşınalıqlardan xali deyil və hər cür qanun pozuntusu elə qanun çərçivəsində hüquqi qiymətini alır. Ağsaqqal-ağbirçək nüfuzunun qorunduğu ailə mühitində isə övlad aldığı yüksək tərbiyə sayəsində xoşagəlməz fikirlərdən uzaq dayanır. Mənə... | ANL |
''Əsarətdə qalan yurdun övladları" silsiləsindən. Taleyimizə yazılan ən ağır günlərin birində-Kəlbəcərin işğalından bir-iki ay keçərdi-20 ildən çox zaman keçib, dəqiq günü yadımda qalmayıb (bu məşəqqətlərə yaddaşmı dözərdi, yaddaş neyləsin?!. ), təxminən iyun ayıydı deyəsən, ali məktəblərdə imtahan sessiyası gedirdi. N... | ANL |
"Vətəndaş cəmiyyətini qeyri-hökumət təşkilatları olmadan təsəvvür etmək mümkün deyil". ELMƏDDİN HACILI: "ÖLKƏMİZDƏ MÖVCUD OLAN QHT-LƏR VƏ İNSANLAR ARASINDA VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULUĞUNA MARAQ SON İLLƏRDƏ DAHA DA GÜCLƏNİB". Müsahibimiz Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılıdır. Söhb... | ANL |
Milli fəlsəfi fikir tariximizin fədakar tədqiqatçısı. Qədim və erkən orta əsrlərdə Azərbaycan fəlsəfi fikir tarixinin araşdırılıb üzə çıxarılmasında və nəşr olunub elmi ictimaiyyətə çatdırılmasında AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədovun xidmətləri əvəzsizdir. Zakir Məm... | ANL |
Məhəmməd Əmin Rəsulzadə haqqında yeni kitab. Bu yaxınlarda Moskvanın "Maska" nəşriyyatı tarix elmləri doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Aydın Balayevin "Məhəmməd Əmin Rəsulzadə. Yad ellərdə. M.Rəsulzadənin 130 illik yubileyinə ithaf olunmuş əsərin elmi redaktoru Paris İctimai Elm... | ANL |
Ədəbiyyat İnstitutunda türkiyəli və macarıstanlı türkoloqlarla görüş olub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Macarıstan Elmlər Akademiyası (EA) Türkoloji Araşdırmalar İnstitutunun direkoru, akademik Georq Xazai və Türkiyə Qafqaz Universitetlər Birliyinin sədri, professor ... | ANL |
Əsgər gedə bilsin deyə, oğlunun gözlərini əməliyyat etdirən vətənpərvər qadın - dəyərli türk şairəsi Hasibə Kayanın 60-cı doğum gününə! Türkiyə dışında çağdaş türk ədəbiyyatları" konfransına dəvət almışdıq. Universitetin Türk dili və ədəbiyyatı fakültəsi tərəfindən təşkil olunmuş konfrans, Rektör Yardımcısı professor R... | ANL |
"Hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır". Gülzar İbrahimova: "Qanunun aliliyini tanıyan hüquqi dövlət qurulmuş bir ölkə vətəndaş cəmiyyəti üçün münbit zəmindir". Müsahibimiz AMEA İnsan Hüquqları İnstitutu, Din və İctimai Təhlükəsizlik şöbəsinin müdiri, siyasi elmlər doktoru. Gülzar ... | ANL |
Televiziyamızın patriarxı. Bu gün məşhur televiziya nəzəriyyəçisi və təşkilatçısı, professor Elşad Quliyevin doğum günüdür. Bu xarizmalı insanın yaradıcılıq və təşkilatçılıq enerjisi tükənməz idi, aşıb-daşırdı. Kabinetində də belə idi, studiyalarda, çəkiliş pavilyonlarında, teleşirkətin həyətində də. Hər kəslə öz dilin... | ANL |
Türk dünyası üçün sistemli ideoloji baxış. Cavanşir Feyziyevin yeni kitabı haqqında qeydlər. deyimi ilə sanki xeyir-dua alan "Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli" kitabı haqqında düşüncələrimi bölüşmək qərarıma monoqrafiya ilə ilk tanışlığımdaca gəldm. Təkcə ona görə yox ki, müəllifi dostumuz... | ANL |
Baba Absəməd oğlu Səmədov respublikamızın füsunkar təbiətə malik dilbər guşələrindən sayılan Masallı rayonunun Səmidxan kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb, boya-başa çatıb. O, Masallı şəhər 3 saylı orta məktəbini bitirdikdən sonra Gəncə Dövlət Universitetinin (keçmiş H.Zərdabi adına KDPİ-nin) Tarix fakultəs... | ANL |
Mübarək. AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədova. Bahar təravəti gətirib qışa. Müxbir üzvlükdən əvvəlki ada. Riyazi fizika - sanki lirika, Ürfansevərləri duyğulandırır;. Nəinki Şuşanı, Dəstəgirdi də. Geriyə qaytarıb, qisas alarıq! Müəllim-tələbə heyəti daim. Möhkəm alqışlayır öz rektorunu;. Kəskin sözünüzü mən ... | ANL |
Geydi əsgər paltarın. Əyilməz qəddi oldu, Bükülməz qolu oldu. Diz çöküb and içəndə. O müqəddəs bayrağa. Şəhid oğullarımın. Ruhu qalxdı ayağa. Murovdağın gözündə. Qəhrəman babaların. Bayrağını görəndə. Daşaltıda qayalar, Daşlar kövrələcəkdir. Kəlbəcərim, Laçınım. Üç rəngli bayrağını. Öpməyə gələcəkdi. Ağına-qarasına. Lə... | ANL |
"Hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır". Gülzar İbrahimova: "Qanunun aliliyini tanıyan hüquqi dövlƏt qurulmuş bir ölkə vətəndaş cəmiyyəti üçün münbit zəmindir". Müsahibimiz AMEA İnsan Hüquqları İnstitutu, Din və İctimai Təhlükəsizlik şöbəsinin müdiri, siyasi elmlər doktoru. Gülzar ... | ANL |
Heydər Əliyev siyasətinin iki mühüm istiqaməti: vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət quruculuğu. "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə". Ulu öndər Heydər Əliyevin bu kəlamının arxasında böyük məna dayanır. Məhz bu prinsipi əsas götürdüyü üçün Azərbaycanda müasir... | ANL |
Bu yaxınlarda publisist Surxay Əlibəylinin görkəmli muğam ifaçısı, Xalq artisti Qədir Rüstəmova həsr olunan "Qeybdən gələn səs" kitabı işıq üzü görüb. Toplu bir neçə bölmədən ibarətdir. İlk hissədə Qədir Rustəmovun ümummilli lider Heydər Əliyevlə görüşü, Prezident İlham Əliyevə ünvanladığı məktub və rəsmi təbriklər yer... | ANL |
O hərfinin fəlsəfəsi və O. Yüz milyon illərdən sonra təkliyə dözə bilməyib (Kun!) deyə qışqırdı. Torpağın qara saçlarını yumaq üçün okeanları, dənizləri, çayları yaratdı. O insana öz kimliyini vermək istəyirdi. Etibar etmədi insana. İnsan ona sədaqətini göstərmək üçün ən ağır yükün altına girdi. O nun əmanətini - ruhu ... | ANL |
Gözlərindən ürəyi görünən insan haqqında düşüncələr. Ağayana görkəmi, kübar münasibəti, təmkinli danışığı... Mən Rahim müəllimi çoxdan tanımıram, cəmi bir neçə dəfə atüstü görüşmüşük. Oturub əməlli-başlı dərdləşməyə, necə deyərlər, bir-birimizi "kəşf" etməyə vaxtımız, macalımız olmayıb. Ancaq bununla belə, qəlbimdə, ya... | ANL |
Heydər Əliyev siyasətinin iki mühüm istiqaməti: vətəndaş cəmiyyətinin inkişafı və hüquqi dövlət quruculuğu. “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə”. Ulu öndər Heydər Əliyevin bu kəlamının arxasında böyük məna dayanır. Bu prinsipi əsas götürdüyü üçün Azərbaycanda müasir demo... | ANL |
Padşah kimi vəzifə. Nazgül xanımın qaşqabağı yer süpürürdü. Çırtma vursan, qanı çıxmazdı. Elə bil əzizi ölmüşdü. Kənddən sor-sovqat gətirmiş və uzaqdan-uzağa qohumluğu çatan Fəzilət xala axır ki, özünü saxlaya bilməyib soruşdu: – Ay Nazgül bacı, bu gün gözümə birtəhər dəyirsən axı. Elə bil həmişəki deyib-gülən Nazgül d... | ANL |
Ağac sevdasına dərindən inandığım möhtərəm Hüseyn Bağırov. cənablarına. Torpağa bəndin var; Göydə adasan! Dadlı pıçıltısan; səssən-sədasan! Təpədən-dırnağa sirri-Xudasan! Şəfqət var arxanda, önündə sənin! O sərin kölgəndə baş daldalanar;. Torpaq daldalanar, daş daldalanar;. İstidən-soyuqdan quş daldalanar –. Məxmər lib... | ANL |
Biz – AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, professor Zəkəriyyə Əlizadə və ŞREM-in əməkdaşı, professor Ədalət Tahirzadə ötən ilin 26 avqustundan 16 sentyabrınadək Ukraynada – Krımda olduq. Məqsədimiz bu əski Türk yurdunda qədim qan qardaşlarımızın yaratdığı mədəniyyətlə tanış olmaq və onların bugünkü varislərin... | ANL |
İllər öncəsi trafik qəzasında faciəli vaxtsız dünyasını dəyişən görkəmli türkoloq Aydın Məmmədovun vaxtiylə işlədiyi binadan hər gün giririk və keçib stolumuzda əyləşirik.İş başlayır demək.Bura Tərcümə Mərkəzidir və həm də burada XƏZƏR jurnalı da hazırlanır.İş öz ahəngi ilə davam edir,ötənlər yada düşür və yavaş-yavaş ... | ANL |
Məhşurların xanımları. “İNDİ KEÇMİŞİ XATIRLAYA-XATIRLAYA, İKİNCİ HƏYATIMI YAŞAYIRAM”. Ölməz bəstələri ilə musiqisevərlərin yaddaşına əbədi həkk olan görkəmli bəstəkar, respublikanın Xalq artisti, “Şöhrət” və “İstiqlal “ordenli Vasif Adıgözəlovun həyat yoldaşı Xalidə xanımla söhbətimizi oxuculara təqdim edirik. Dilçiliy... | ANL |
PƏRVİNin təqdimatında. Rəqəmlərin insan ovqatına təsiri qəribədi. Bəzən çox böyük rəqəmlər qorxudur adamı, təlaşlandırır, bəzən də fərəhləndirir, sevindirir. Amma hərdən də inanmaq istəmirsən rəqəmlərə. Həyat sayğacına baxırsan, gözlərin böyüyür heyrətdən... Bəlkə səni qara basır?! Bu illər nə tez ötdü, axı... Elə bu g... | ANL |
Dərdin arxasınca yüyürən şair. O Əlisəmid ki, onu səksəninci illərdən tanıyıram və “Azərbaycan” jurnalına şeirlərini təqdim edəndə İsa İsmayılzadənin necə sevindiyinin şahidi olmuşam. Sən demə, İsa müəllim Əlisəmidin şeirlərini hardasa onun öz dilindən eşidibmiş, o şeirləri jurnala gətirməyi xahiş edibmiş. Səhv eləmirə... | ANL |
Füzulinin poetikası – Füzulinin şeiri deməkdir. Poetika şeirin geyimi, forması, bəzəyi – sözün hüsnüdür. Çox gözəl bir nəzmdir kim, vermiş ustadın əli. Hüsn zəncirinə hər kəs. Çoxları şəklinə heyrandır, çoxu məzmununa. Poetika şeir fəzilətinin – şeir elminin sirri deməkdir. Bu sirri açmaq Allahın işinə qarışmaq qədər ç... | ANL |
Xarakterik rənglər axtarışında. Son bir neçə onillikdə bədii təfəkkürü, düşüncəsilə ədəbiyyata gələn yeni nəsil təbii ki, dövrün ədəbiyyatını yaratmaqla özünüifadəyə maraqlıdırlar. Bu, sovet rejiminin süqutundan sonra meydana gələn azad ruhlu əsərlərdə özünü daha qabarıq formada göstərir. Əslində bu azadlıq daxili bir ... | ANL |
Ömür-ömür qırılıb, Çiliklənib bu dünya. Dünyaya gələn hər insan öz taleyini yaratmaq gücündə deyil. Belə bir güc Tanrının öz seçilmişlərinə bəxş etdiyi qismət payı, bir kəramətdir. Bir də Adəm övladının dünyaya gəlişi hər zaman əzizləri üçün nə qədər yaddaqalan olubsa, həyatdan gedişi isə onu sevənlər, doğmalar tərəfin... | ANL |
M.Ə.Rəsulzadə Atatürk haqqında. Azərbaycan Cümhuriyyətinin qurucularından biri, görkəmli fikir adamı, siyasi xadim və publisist Məmməd Əmin Rəsulzadənin doğumunun 130 illiyinin qeyd olunduğu bu günlərdə onun indiyə qədər tədqiqatçıların diqqətindən kənarda qalan diqqətəlayiq siyasi publisistika nümunələrindən birini “5... | ANL |
M.Ə.Rəsulzadənin tədqiqatçılara məlum olmayan iki əsəri. "İstanbul səyahəti həqqində Rəsulzadə Məhəmməd Əmin bəyin konfransı". Məlumdur ki, 1918-ci il iyunun II yarısında M.Ə.Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti erməni və gürcü nümayəndələri ilə birgə konfransda iştirak etmək üçün İstanbula getmişdir. Konfrans... | ANL |
İkinci hissə. Böyük böhranlar böyük adamları və böyük mərdlik əməllərini meydana çıxarır. Bu ölkə 1861-ci ildə Şimalla Cənub arasındakı qardaş qətli ilə müşayiət olunan müharibənin kulminasiyası kimi belə böyük böhranla heç vaxt qarşılaşmamışdı. Beləliklə, amerikan tarixinin digər dövrlərinə az əhəmiyyətli olan kimi ba... | ANL |
Kamal Atatürkün vəfatı münasibəti ilə. Kamal Atatürkün vəfatı heç kimi laqeyd buraxmadı. Bəşəri miqyaslı bir hadisəyə çevrildi. Böyük insanın cənazəsi önündə təkcə göz yaşlarını saxlaya bilməyən türk xalqı sayğı duruşuna dayanmamışdı. Demək olar ki, dünyanın bütün mədəni xalqları bu kədərə şərik çıxmışdılar. Türk xalqı... | ANL |
Avrasiyanın gələcəyinə mükəmməl elmi baxış. Bu gün bütün istiqamətlərdə olduğu kimi, ictimai-siyasi və humanitar elmlər sahəsində də Azərbaycanın inkişafı mühüm nailiyyətlərlə müşayiət olunmaqdadır. Bu, hər şeydən əvvəl ölkəmizin sivilizasiyalararası dialoq məkanı kimi tanınmasında və bütün dünya ölkələri tərəfindən Az... | ANL |
Fevral ayının 7-10-u arasında İtaliyanın Milan şəhərində Cüzeppe Verdi Konservatoriyasının professoru Davide Qualtleri tərəfindən hazırlanmış, Azərbaycan şairlərinin şeirlər kitabının təqdimatı keçiriləcək. Təqdim edilən şeirlər əsasən Qarabağ mövzusundadır. Hər şeir Azərbaycan dilində olduğu kimi çap edilib, italyan d... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.