Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Kremennayanın qərbində Ukrayna Silahlı Qüvvələri elektron mübarizə sistemlərindən və ABŞ-nin “AN/TPQ-50” əks-batareya radar stansiyalarından fəal şəkildə istifadə edir”, - deyə o vurğulayıb. |
Maroçko elektron mübarizə sistemlərinin yaxşı xüsusiyyətlərə malik olduğunu və geniş diapazonda fəaliyyət göstərdiyini qeyd edib. |
Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. |
Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:""“Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor və aktrisalara həsr olunur. |
Allah dünyasını dəyişənlərə rəhmət eləsin. |
Aktyorlar evində tamaşaya dəvət olunmuşuq. |
Ayşadla burada cavanlığımız keçib, gözəl rollar oynamışıq. |
Qrim otağımızda odun sobası yanırdı. |
Kartofu orada bişirib yeyirdik. |
Yaxşı vaxtlar idi.Heyif...Heyif Hüseynağa müəllimdən. |
Artıq o və gözəl tamaşalar yoxdur. |
Rəhmətə getdi və bizi yetim qoydu”. |
Qubanın Talabıqışlaq kəndində evdə baş verən partlayış zamanı iki nəfər xəsarət alıb. |
AZƏRTAC xəbər verir ki, partlayış nəticəsində xəsarət alan Humay Əliyeva və onun qızı Şükran Atayeva təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. |
Quba Müalicə Diaqnostika Mərkəzində müalicə alan yaralılar bədənlərinin müxtəlif hissələrindən yanıq xəsarətləri alıblar. |
İlkin ehtimala görə, hadisə qaz cihazları ilə ehtiyatsız davranma səbəbindən baş verib. |
Dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq. |
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir. |
Bununla bağlı AQTA məlumat yayıb. |
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, Tağı Arani küçəsi ilə Kimyaçılar küçəsinin kəsişməsində fəaliyyət göstərən ticarət obyektində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib. |
Yoxlama zamanı müəssisədə saxta alkoqollu içkilər aşkarlanıb. |
Belə ki, məhsulların bir sıra göstəricilərinin orijinaldan fərqləndiyi, başlıq hissələrinin butulkalara təkrar bərkidildiyi, hər bir butulkanın fərqli ölçüdə doldurulduğu, eyni zamanda məhsulların üzərində istehsal tarixlərinin qeyd olunmadığı aşkar edilib. |
Faktla bağlı sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. |
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. |
Sınaq nəticələrinə əsasən nümunələrdə uyğunsuzluqlar aşkar edilib. |
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq. |
“COP29 dünya ölkələrinin yekdil qərarı ilə Bakıda keçiriləcək”. |
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı:Problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. |
Sədr bildirib ki, dünyada baş verən qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına mənfi təsiri getdikcə artmaqdadır:""“Azərbaycan su ehtiyatları olduqca məhdud olan ölkədir. |
30 milyard kubmetr yerüstü su ehtiyatımız var. |
Son baş verən iqlim dəyişikliklərindən sonra bu ehtiyatımız kəskin azalıb, 2022-ci ildə cəmi 17 milyard kubmetr təşkil edib. |
Bunun da 4,8 milyard kubmetri daxildə formalaşıb, qalanı isə qonşu ölkələrdən daxil olub. |
Yeni su mənbələrinin yaradılması tələb olunur. |
Tullantı su təchizatlarının yaxşılaşdırılması bizim siyasətin prioritet istiqamətlərindəndir”. |
“Ölkədə həyata keçirilən hər bir tədbir və ayrılan vəsaitlər aqrar sahənin inkişafına və fermerlərin fəaliyyətinin yaxşılaşmasına xidmət edir. |
Təkcə bu layihə deyil, dövlətin təqdim etdiyi layihələrin bir çoxu ölkədə kiçik və orta sahibkarlığın inkişafına böyük dəstək verir”. |
Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib. |
Akrar Kredit və İnkişaf Agentliyinin bu yaxınlarda fermerlərə dəstək üçün həyata keçirməyə hazırlaşdığı layihənin mahiyyətini şərh edən deputat dövlətin həyata keçirdiyi bəzi tədbirləri diqqətə çatdırıb:“Bunlar əsasən, fermer və sahibkarların bir çox vergilərdən azad olunması, eyni zamanda onların xərclərinin azaldılma... |
Bunların hamısı ölkədə sahibkarlığın inkişafına xidmət edir. |
Əgər banklar müəyyən problemlərin həllinə kömək edirlərsə, bunun müqabilində fermerlərə lazım olan şəraiti yaradacaqlarsa, bu, ümumi işin xeyrinə olacaq”. |
Onun sözlərinə görə, kreditlərin ayrılması üçün bəzi şərtlər olacaq:“İlkin şərt odur ki, sahibkarlar ayrılan vəsaitlərdən, tətbiq olunan güzəştlərdən səmərəli istifadə etsinlər, eləcə də istehsalın artırılmasına, məhsuldarlığın yüksəldilməsinə və yaratdıqları təsərrüfatın qanunvericiliyə uyğun şəkildə idarə olunmasına ... |
Dövlət tərəfindən kiçik sahibkarlığın inkişafı üçün müəyyən qədər dəstək verilir, amma bundan düzgün istifadə olunmur. |
Torpaq və əkin sahəsi, yaxud da hansısa bir fermer təsərrüfatı var, dövlət də bunların inkişafı üçün müəyyən vəsaitlər ayırır, amma onu başqa məqsədlərə yönəldirlər və buna görə də hansısa bir sahə inkişaf etmir”. |
Bu baxımdan da müsahibimiz belə düşünür ki, bu vəsaitlərin təyinatı üzrə xərclənməsi daha vacibdir:“Ayrılan pulun səmərəli xərclənməsi üçün elmi yanaşma tətbiq olunmalıdır. |
Təsərrüfatlar yeni texnologiyalarla və elmi əsaslarla idarə olunmalıdır. |
İlk növbədə isə kiçik təsərrüfatlar birləşdirilməlidir və kreditlər bilavasitə belə təsərrüfatların birləşməsinə, iri sahibkarlıq subyektlərinin inkişafına, məhsuldarlığın artırılmasına xidmət etməlidir. |
Ancaq bir çox hallarda həmin pullar kənar xərcləndiyi üçün sahibkarlar inkişaf edə bilmirlər və onlara ciddi ziyan dəyir”. |
Bəs layihədə nəzərdə tutulan kreditlər sahibkarlara verilən zaman dövlət bunun neçə faizini öz üzərinə götürəcək? |
Komitə sədri vurğulayıb ki, bu məsələ hökumətin gördüyü işlər siyahısına aid olduğu üçün bunun dəqiq cavabını özləri verə bilərlər:“Bütün işlər reallığa əsaslanmalıdır. |
Hökumət də bunları nəzərə alaraq, dövlətin verilən kreditlərin neçə faizinə sahib çıxacağını müəyyən etməlidir. |
Bir də bu layihənin faydalı olub-olmamasını müəyyən etməlidir. |
Əgər heç bir faydası olmayacaqsa, tətbiq olunmamalıdır. |
Bu gün hökumət, ölkədə sahibkarlığın inkişaf etdirilməsinə çalışır. |
Əgər ayrılan kreditlər ucuz başa gəlirsə və fermerin xeyrinədirsə, o zaman dövlət də bunu qəbul edəcək. |
Əks halda, bundan imtina edəcək”. |
Qeyd edək ki, bir neçə gün əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov media nümayəndələrinə açıqlamasında qurumun müvəkkil banklarının fermerlər üçün yeni layihə təqdim edəcəyini diqqətə çatdırıb. |
Onun sözlərinə görə, yeni layihə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin xərcləri üçün ayrılan bir illik kreditlərin faiz xərcinin bir hissəsini dövlətin ödəməsini nəzərdə tutur. |
Sədr müavini bankların öz vəsaitləri hesabına fermerlərin əməliyyat xərclərini qarşılamaq üçün kredit verəcəyini və kreditin faizini qismən dövlətin qarşılayacağını və layihə ilə bağlı şərtlərin rəy üçün aidiyyəti qurumlara təqdim edildiyini diqqətə çatdırıb. |
Türkiyənin Antalya şəhərində 1-3 mart tarixləri arasında Üçüncü Antalya Diplomatik Forumu (ADF) keçiriləcək. |
Qeyd olunur ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında keçiriləcək foruma 100-dən çox ölkədən dörd minə yaxın qonaq qatılacaq. |
Bildirilir ki, Üçüncü Antalya Diplomatik Forumunda Azərbaycan, İraq, Macarıstan kimi 60-dan çox ölkə xarici işlər naziri səviyyəsində təmsil olunacaq. |
Üçüncü Antalya Diplomatik Forumunun builki əsas mövzusu kimi “Böhranlar dövründə diplomatiyanın irəli çəkilməsi” müəyyən edilib. |
Forum çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanın liderlərlə ikitərəfli görüşləri də gözlənilir. |
Məlumat üçün əlavə edək ki, Üçüncü Antalya Diplomatik Forumu Türkiyədə 2023-cü il fevralın 6-da baş vermiş dəhşətli zəlzələdən sonra təxirə salınmışdı. |
Ermənistan baş naziri Nikol Paşinyan özünün “Vətəndaş sazişi” partiyasının deputatları ilə qapalı görüş keçirib. |
Görüş zamanı Paşinyanın iştirak etdiyi Münhen Təhlükəsizlik Konfransında keçirilən görüşlər və bununla bağlı məsələlər müzakirə edilib. |
Nikol Paşinyan və partiya üzvlərinin üç saata yaxın davam edən danışıqlarına dair bəzi detallar məlum olub. |
Xatırladaq ki, ötən həftə, fevralın 16-18-də Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak edib və bu konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə, həmçinin Almaniya Kansleri Olaf Şoltsla görüşüb. |
Partiya üzvləri ilə görüşün əvvəlində Ermənistan baş naziri Münhen səfəri ilə bağlı öz dəyərləndirmələrini təqdim edib. |
O vurğulayıb ki, Qərb platforması vasitəsilə İlham Əliyevlə təmasların bərpası faktını və ümumiyyətlə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə, regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş digər işgüzar görüşləri müsbət hesab edir. |
Paşinyan bildirib ki, Münhendə fevralın 28-29-da Berlində Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin rəhbərlərinin nümayəndə heyətlərinin görüşünün keçirilməsi ilə bağlı razılıq əldə olunub. |
Eyni zamanda, əlavə edib ki, sülh sazişinin imzalanması prosesi qeyri-müəyyən mərhələyə qədəm qoyub. |
1985-1991-ci illərdə SSRİ-nin keçmiş baş naziri olmuş Nikolay Rıjkov 95 yaşında vəfat edib. |
Bu barədə Federasiya Şurasının sədri Valentina Matvienko özünün “Telegram” kanalında məlumat verib. |
Qeyd edək ki, N.Rıjkov 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsi qərarını verən şəxslərdən biridir. |
“Bakıya ordu hissələrini yeritmək qərarı Mixail Qorbaçovun kabinetinə birgə qəbul olunub. |
İclasda SSRİ Ali sovetinin sədri Anatoli Lukyanov, müdafiə naziri Dimitri Yazov, DTK-nın sədri Kryuçkov, DİN naziri Bakatin və mən iştirak etmişik”, - deyə Rıjkov qətliam barədə danışarkən bildirib. |
Heç bir rəsmi fərman olmadan keçirilən bu hərbi əməliyyata rəhbərlik etməsinə gəlincə, Rıjkov siyasətlə məşğul olmadığını, ancaq “məsələni həll etdiyini” demişdi. |
ABŞ-li iş adamı və milyarder İlon Mask bildirib ki, miqrasiya problemlərinə görə ABŞ cinayətkarların sığınacağına çevrilib. |
Bu barədə o, sosial şəbəkə hesabında yazıb. |
Mask ABŞ hakimiyyətinin miqrasiya siyasətini sərt tənqid edib. |
“Şəxsiyyəti təsdiq edən sənədləri (istənilən ölkənin) atmaq, cənub sərhədini keçmək və “sığınacaq” tələb etməyin mümkünlüyü ABŞ-ni dünyanın ən təhlükəli cinayətkarlarının sığınacağına çevirib!” - deyə Mask bildirib. |
Qeyd edək ki, daha əvvəl Mask ABŞ hakimiyyətini qeyri-qanuni miqrasiyaya göz yummaqda ittiham etmişdi. |
“2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib. |
2021-ci illə müqayisədə 361 nəfər artım olub”. |
APA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib. |
O deyib ki, ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb. |
Taliyə İbrahimova, həmçinin qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib:""“Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsa... |
Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə isə 2023-cü ildə 1 cinayət işi açılıb. |
Erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır. |
Bu halların qarşısının alınması və cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. |
O cümlədən nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur”. |
“30 ilədək tarixi olan holdinqimiz 11 ölkədə fəaliyyət göstərir. |
Məqsəd müasir dövrün tələblərinə uyğun olan kadrların yetişdirilməsidir”. |
Oxu.Az xəbər verir ki, bu fikirləri “World HR Summit 2024” (Dünya İnsan Resursları Sammiti 2024) tədbirində “NEQSOL Holding Azərbaycan”ın rəhbəri və maliyyə direktoru İmran Əhmədzadə deyib. |
O bildirib ki, onlar gələcəyə dair planlara və peşəkar insan resursları mütəxəssislərinin hazırlanması istiqamətində yeniliklərə daim açıqdırlar:""“NEQSOL keçən həftə “Parla” adlı yeni layihəyə start verib. |
Biz gənc xanımlar arasından 50 namizəd seçirik. |
İstedadlı gənc xanımlara təqaüd proqramları ilə yanaşı, onlara bizim şirkətdə təcrübə keçmələrinə şərait yaradacağıq. |
Onlar məzun olduqdan sonra biz onların parlaması üçün məşğulluq imkanları da yaradacağıq. |
Bu layihədə iştirak edənlərin digər xanımlar üçün də motivasiya olacağını düşünürük. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.