Search is not available for this dataset
text
stringlengths
10
518k
Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Keçmiş kürəkəni, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun ikinci dəfə ailə həyatı qurması xəbərindən sonra xəstəxanaya yerləşdirildiyi deyilən sabiq deputat Şəmsəddin Hacıyev açıqlama verib.
“Qaynarinfo”ya açıqlama verən keçmiş millət vəkili səhhətində problem yaranması barədə xəbəri təkzib edib.
Ailəmlə bağlı yayılan məlumatlara münasibət bildirmək istəmirəm.
Hər şey əladır və barəmizdə artıq-əskik heç nə yazılmasın”, - deyə o qeyd edib.
16:38"İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin səhhəti pisləşib.
Yenisabah.az-ın əldə etdiyi məlumata görə, onun səhhəti kəskin şəkildə pisləşib və təcili xəstəxanaya yerləşdirilib.
Belə ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu gün ikinci dəfə ailə həyatı qurur.
Məmur uzun müddət ATV və İTV-də fəaliyyət göstərən tanınmış aparıcı Alidə Mustafayeva ilə izdivaca girir.
Seymur Orucovun eks-həyat yoldaşı Çeşmi Hacıyevanın atası, sabiq deputat Şəmsəddin Hacıyev keçmiş kürəkənin ikinci dəfə ailə həyatı qurduğunu eşidəndə dərin sarsıntı keçirib.
Toy xəbəri icra başçısının keçmiş xanımı və onun ailəsi tərəfindən qəzəblə qarşılanıb.
Bu xəbərdən sonra sabiq deputatın hazırda həkim nəzarətində olduğu bildirilir.
Qeyd edək ki, S.Orucovun birinci evlilikdən dörd övladı var.
Türkiyənin Kahramanmaraş şəhərinin Polis İdarəsi zəlzələ zamanı dağıntılar altından çıxarılan 200 polad seyfin hələ də mühafizə altında olduğunu və sahiblərinə qaytarıla biləcəyini açıqlayıb.
Şəhərin polis idarəsindən bildirilib ki, əgər müraciət daxil olarsa, araşdırma aparılacaq, ardınca seyflər sahiblərinə və ya varislərinə təhvil veriləcək.
Bundan başqa, tapılan və sahibinə qaytarılması mümkün olmayan seyflər barədə xüsusi komissiya qərar verəcək.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində Pazarcık rayonunda olan 7,7 bal və Elbistan rayonunda olan 7,6 bal gücündə iki zəlzələ nəticəsində ümumilikdə 11 vilayətdə 50 mindən çox insan həlak olub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən bəzi ərazilərdə sudan qanunsuz istifadə halları aşkar edilib.
Bu barədə qurumdan məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən supermaketin su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyektin su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti yoxdur və müqavilə bağlanmayıb.
Supermarketin su təchizatı şəbəkəyə özbaşına qoşulmuş xətt vasitəsilə aparılıb.
“Qobu Park” yaşayış massivində çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən “Kabab evi”ndə də sudan qanunsuz istifadə halı aşkar edilib.
Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan binanın daxili su təchizatı sisteminə özbaşına birləşmə verib.
Lökbatan qəsəbəsi yaxınlığında yerləşən məişət avadanlıqlarının saxlanma anbarında da içməli sudan uçotsuz istifadə aşkarlanıb.
Anbar sahibi texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən su kəmərindən özbaşına su xətti çəkib.
Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların və sahibkarların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur.
Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2023-cü ildə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 15 533, Qaradağ rayonunda isə 159 fakt aşkarlanaraq qarşısı alınıb.
Britaniya sakini 50 dəqiqəlik ürək dayanmasına baxmayaraq sevginin gücü sayəsində həyata qayıdıb və həkimləri təəccübləndirib.
Hadisı Cənubi Yorkşir ştatında baş verib.
Məlumata görə, Barnsley şəhərindən olan 31 yaşlı Ben Uilson qəfil infarkt keçirib və ürəyi dayanıb.
Onun huşunu itirməsini görən sevgilisi, 27 yaşlı Rebekka Holms dərhal təcili yardım çağırıb.
Həkimlər gənci müayinə edib və ürəyinin dayandığını deyiblər.
40 dəqiqə sonra Uilsonu həyata qaytarmaq mümkün olub.
Həkimlər bu müddət ərzində 11 dəfə defibrilatordan istifadə ediblər.
Bununla belə, xəstəxanaya aparılarkən gəncin ürəyi yenidən dayanıb.
10 dəqiqə sonra Uilson yenidən həyata qaytarılıb.
Buna görə o, xəstəxanaya aparılandan sonra süni komaya salınır.
Sevgilisi bu müddət ərzində onun yanından ayrılmayıb:Sevgi etirafları edib, mahnılar oxuyub, hətta ətirini yastığa səpib və həmçinin ondan hədiyyə olaraq aldığı yumşaq oyuncağı sevgilisinin yanına qoyub.
Qızın sözlərinə görə o, sevginin və təmasın gücünə inanıb.
Beş həftə sonra onun haqlı olduğu ortaya çıxdı:Uilson oyandı.
İlk sözü isə sevgilisinin adı oldu.
İndi Uilson yeriməyi yenidən öyrənir, bundan əlavə, onda nitq və yaddaş problemləri yaranıb - qarşıda uzun reabilitasiya dövrü var.
Bununla belə, onlar birlikdə bütün problemlərin öhdəsindən gələcəklərinə inanırlar.
Uilson əmindir ki, onun sağ qalmasına qızın sevgisi kömək edib.
Onun sözlərinə görə, Rebekka ona ikinci həyat şansı verib.
Hazırda xoşbəxt cütlük toy planları qururlar.
İspaniya yığmasının kapitanı Cennifer Ermoso İspaniya Kral Futbol Federasiyasının keçmiş rəhbəri Luis Rubialeslə öpüşməsinin nəticələrindən danışıb.
“Mən bunu heç vaxt başa düşə bilməyəcəyəm, məni o vaxt da incitmişdi, elə indi də incidir”, - deyə futbolçu bildirib.
O, bu hadisənin onu çox dəyişdiyini və daha da güclü etdiyini vurğulayıb.
Ermoso əlavə etdi ki, bu, gələcəkdə onun başına heç vaxt gəlməyəcək.
Xatırladaq ki, İspaniya yığmasının İngiltərə yığmasına qalib gəldiyi (1:0) DÇ-2023-ün finalından sonra keçirilən mükafatlandırma mərasimində millinin qələbəsinə sevinən Luis Rubiales Ermosonu qucaqlayıb və dodaqlarından öpmüşdü.
Rubialesin davranışı qalmaqala səbəb olmuş və o, İspaniya futbol federasiyasının rəhbəri vəzifəsindən, eləcə də Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) vitse-prezidenti vəzifəsindən istefa verməyə məcbur olmuşdu.
“AzTV” sovet dövründə “Bakı məişət kondisionerləri zavodu”nun tikintisinin görüntülərini yayımlayıb.
Televiziyanın “Qızıl fondu”nda saxlanan həmin görüntülərdə bu tipdə olan məişət zavodunun SSRİ-də ilk dəfə yaradılmağa başladığı qeyd olunub.
Həmin görüntüləri təqdim edirik:
“Rusiya hakimiyyəti erməni həmkarlarından İrəvanın Zvartnos hava limanında rusiyalı sərhədçilərin işinin dayandırılması barədə tələb almayıb”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
“Milli Məclisin spikerinin qaldırdığı mövzulara nə dərəcədə cavabdeh olduğu bəlli deyil.
Biz bununla bağlı Ermənistan hakimiyyətindən hər hansı sorğu almamışıq”, - deyə Zaxarova qeyd edib.
XİN nümayəndəsi əlavə edib ki, Rusiya Ermənistan parlamentinin sədri Alen Simonyanın rusiyalı sərhədçilərin İrəvanın Zvartnos hava limanından çıxarılmasının zəruriliyi ilə bağlı sözlərini qeyri-dost davranışının növbəti nümunəsi kimi nəzərdən keçirir.
Bu gün Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhərində dəhşətli avtomobil qəzası baş verib.
Bu barədə “Azad İran” “Telegram” kanalı Qızıl Aypara Cəmiyyətinin nümayəndəsinə istinadla xəbər verib.
Bildirilir ki, Xudafərin yolunda şəhər mərkəzinə doğru hərəkət edən “Peugeot 405” və “Quick” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində üç nəfər ölüb, daha üç nəfər yaralanıb.
“Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı işlər Ermənistan tərəfinin mövqeyinə görə dayanıb”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 28-də keçirdiyi brifinqdə Baku.TV/RU-nun sualına cavab verərkən deyib.
O xatırladıb ki, Ermənistan hakimiyyəti daha əvvəl regional kommunikasiyaları açmağa hazır olduqlarından danışıb:""“Azərbaycan bundan imtina etməyib.
Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdikləri üçtərəfli işçi qrupu formatında bir neçə dəfə müzakirə olunub.
Amma bu iş Ermənistan tərəfinin mövqeyi ucbatından dalana dirənib”.
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu nəm salfetlərin istehsalı layihəsinə 120 min manat güzəştli kredit ayırıb.
Bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, bu məbləğ fərdi sahibkar Fərid Bağırova ayrılıb.
Sahibkar Fərid Bağırova nəm salfetlərin istehsalı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən 120 min ₼ məbləğində #güzəştlikredit ayrılıb.#SİF #EconomyAz pic.twitter.com/0SZbfbXrdh
Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Qazaxa səfər edib.
O, bu barədə öz “X” hesabında paylaşım edib.
Səfir məşhur Azərbaycan filmi olan “Dəli Kür”ün çəkildiyi yerləri gördüyünü qeyd edib.
Qazaxa səyahətim möhtəşəm oldu!
Burada ən sevdiyim Azərbaycan filmlərindən biri olan "Dəli Kür"ün çəkildiyi yerləri görmək və hətta filmdə gördüyüm eyni zəngi çalmaq imkanım oldu!
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşlarının son bir neçə gün ərazində paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində həyata keçirdikləri silsilə tədbirlər zamanı 12 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onlardan ümumilikdə 46 kiloqram heroin, marixuana, metamfetamin, eləcə də digər növdən olan narkotik maddələr və 80 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib.
Saxlanılan şəxslərdən 1997-ci il təvəllüdlü Əlövsət Əlif oğlu Həsənov, 1984-cü il təvəllüdlü Əhməd Sabir oğlu Babayev və 1985-ci il təvəllüdlü Elşad İbrahim oğlu Hacıyev ölkəyə qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub.
Əmrə əsasən, Babək Rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq qurumun məsləhətçisi Yusif Vüqar oğlu Səfərliyə həvalə edilib.
Moskva fevralın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində baş vermiş insidentdə Rusiyanı ittiham edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatlarına hiddətini ifadə edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.
O, Moskvanın bu cür bəyanatları son dərəcə mənfi qiymətləndirdiyini vurğulayıb.
“Təhlükəsizlik Şurasının katibi, məncə, Qərbdə kiminsə xoşuna gəlsin deyə, bəlkə də, Rusiyanı tənqid etmək üçün hansısa səbəb tapmaq və s.üçün ilk dəfə deyil ki, faktları təhrif edir.
Nerkin And yaşayış məntəqəsində heç bir rusiyalı hərbçi yoxdur.
Orada Ermənistan tərəfi ilə razılaşmaya əsasən, 2021-ci ildə FTB-nin sərhəd xidməti postu yerləşdirilib, ancaq biz bilirik ki, hazırda Ermənistanda sərhədyanı bölgələrdə təxribatların yaranmasına imkan verməmək barədə əmrin pozulması istiqamətində araşdırma aparılır”, - deyə o vurğulayıb.
Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin Rusiya nümayəndələrini ləkələmək cəhdlərini qeyri-məhsuldar hesab etdiyini vurğulayıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
Xarici İşlər Nazirliyindən (XİN) verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.
Almaniyanın xarici işlər naziri Annalena Berbok iki ölkə arasında münasibətlərin əhəmiyyətini qeyd edib.
Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.
Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında son dövrlərdə dinamik xarakter daşıması ilə seçilən təmasların məmnunluq doğurduğunu, xüsusilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb.