id int64 1 59.4k | title stringlengths 6 4.17k ⌀ | text stringlengths 1 12.3k ⌀ |
|---|---|---|
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 16 dekabr 2014-cü il tarixli 1141-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2015-ci il, № 026, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 82) ilə 14-cü maddənin beşinci hissəsinin ikinci cümləsində “eyni” sözü “eyni və ya oxşar” sözləri ilə əvəz edilmişdir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 15. İxtisaslaşmış kütləvi informasiya vasitələri |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Cəmiyyətin müəyyən sahələrini daha ətraflı işıqlandırmaq üçün, habelə kommersiya məqsədi ilə ixtisaslaşmış kütləvi informasiya vasitələri yaradıla bilər. Bu zaman buraxılışdakı mətn və fotoların həcminin ən azı 50 faizi kütləvi informasiya vasitəsinin yaradılmasına səbəb olmuş məqsədə həsr olunmalıdır. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | İxtisaslaşmış kütləvi informasiya vasitələri: reklam, uşaq və gənclər, informasiya, biznes, sosial, texniki, ədəbi-bədii, idman, sahə (elm, təhsil, incəsənət, təsərrüfat və s.) və digər yönümlü ola bilər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 29 dekabr 2015-ci il tarixli 93-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 yanvar 2016-cı il, № 09, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 01, maddə 40) ilə 19-cu maddəsində “təsisçinin və ya məhkəmənin” sözləri “təsisçinin, məhkəmənin və ya “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının” sözləri ilə əvəz edilmişdir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Əvvəlki redaksiyada deyilirdi: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Reklamı qadağan edilmiş məhsulların istehsalçılarının və satışını həyata keçirən şəxslərin sponsorluğuna yol verilmir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 4 may 2018-ci il tarixli 1128-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun 2018-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 891) ilə 21-ci maddənin beşinci hissəsi yeni redaksiyada verilmişdir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Əvvəlki redaksiyada deyilirdi: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalı, verilişlərin (proqramların) əvvəlində və sonunda firma nişanını göstərməklə, yaxud titrlər və ya diktor mətni vasitəsilə açıq informasiya verilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə sponsorun elan edilməsinin başqa üsulla da müəyyən edilə bilər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Redaksiya hüquqi şəxsdir, öz fəaliyyətini peşə müstəqilliyi və nizamnamə əsasında həyata keçirir |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 23. Redaksiyanın nizamnaməsi |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Redaksiyanın nizamnaməsi kollektivin azı üçdə iki hissəsinin iştirakı ilə keçirilən yığıncaqda səs çoxluğu ilə qəbul olunur və təsisçi tərəfindən təsdiq edilir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Nizamnamədə mətbu nəşrin proqram istiqamətləri, redaksiyanın fəaliyyətinin istehsalat, maliyyə və digər şərtləri müəyyən edilir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Nizamnamədə aşağıdakılar nəzərdə tutulmalıdır: mətbu nəşrin təsisçisi (həmtəsisçisi) barədə məlumatlar, nəşrin adı və növü, dövriliyi, idarəetmə orqanları, onların yaradılma qaydası, təsisçinin, redaksiyanın, baş redaktorun (redaktorun) qarşılıqlı hüquq və vəzifələri, jurnalist kollektivinin səlahiyyətləri, baş redaktorun (redaktorun), redaksiya heyətinin təyin olunması (seçilməsi) qaydası, redaksiyanın ünvanı, mətbu nəşrin yenidən təşkili, dayandırılması və ya dövri nəşrin ləğvi, əmlakın və mənfəətin bölüşdürülməsi qaydaları və sair. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Redaksiyanın nizamnaməsi kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin tələblərinə zidd olmamalıdır. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Redaksiya kollektivi on nəfərdən az olan mətbu nəşrlərdə nizamnamə tərtib edilməsi məcburi deyildir. Bu halda baş redaktorla (redaktorla) təsisçi arasında bağlanmış müqavilə nizamnaməni əvəz edir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 24. Baş redaktor (redaktor) |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Mətbu nəşrin redaksiyasına baş redaktor (redaktor) rəhbərlik edir. Baş redaktor (redaktor) vəzifəyə təsisçi (həmtəsisçi) tərəfindən təyin edilir və ya redaksiya nizamnaməsində nəzərdə tutulmuş qaydada kollektiv tərəfindən seçilir. Baş redaktorun (redaktorun) vəzifəyə qoyulması və vəzifədən azad edilməsi bu Qanuna və əmək qanunvericiliyinin tələblərinə uyğun aparılmalıdır. Baş redaktor (redaktor) aşağıdakı tələblərə cavab verməlidir: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Azərbaycan Respublikasının vətəndaşı olmalıdır; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Azərbaycan Respublikasında daimi yaşamalıdır; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | ali təhsilli olmalıdır. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 25. Baş redaktorun (redaktorun) səlahiyyətləri |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Baş redaktor (redaktor): |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | mətbu nəşrin işinə rəhbərlik edir; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | təsisçi (həmtəsisçi), dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlarla, vəzifəli şəxslər və vətəndaşlarla münasibətlərdə redaksiyanı təmsil edir; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | məhkəmələrdə redaksiyanın adından iddiaçı və cavabdeh qismində çıxış edir, yaxud bu hüququ təyin etdiyi şəxsə verir; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | redaksiyanın adından etibarnamələr verir; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | əmək müqaviləsi və digər müqavilələr bağlayır; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | mətbu nəşrin istehsalı ilə əlaqədar son qərar qəbul edir; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | buraxılışın çapına icazə verir, yaxud bu hüququ təyin etdiyi şəxsə həvalə edir; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | işçiləri mükafatlandırır, lazım gələndə intizam tənbehi verir; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa, işçiləri işə götürür və işdən çıxarır; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | mətbu nəşrdə çap olunan materialların bu Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət edir; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | redaksiya nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Bu Qanunun 27-ci maddəsində nəzərdə tutulan hallardan başqa, məhkəmənin qərarı yoxdursa, kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına mane olmağa, o cümlədən onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yol verilmir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Bu maddənin ikinci hissəsi dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar dərc etmiş Azərbaycan Respublikasının ərazisində çap olunan mətbu nəşrlərə də şamil edilir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Azərbaycan Respublikasının ərazisində çap olunan mətbu nəşrlərin tirajının və ya tirajının bir hissəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-qanuni olaraq satışdan yığışdırıldığı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilərsə, dəymiş maddi zərər dövlət büdcəsi hesabına ödənilir |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 8) dövlət qeydiyyat orqanı və dövlət qeydiyyat şəhadətnaməsinin nömrəsi; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 19 oktyabr 2007-ci il tarixli 463-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1079) ilə 29-cu maddədə “Kitab Palatasına” sözlərindən sonra “, Azərbaycan Mətbuat Şurasına,” sözləri əlavə edilmişdir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 1 fevral 2019-cu il tarixli 1478-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 376) ilə 29-cu maddədə “Milli Kitabxanaya, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma (qəzet və jurnalların məcburi nüsxələri), həmçinin “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq kitabxanalara” sözləri ilə əvəz edilmişdir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddənin əvvəlki redaksiyasında deyilirdi: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 30. Dövlət qeydiyyatına alınmadan yayılan mətbu nəşrlər |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının yalnız özlərinin rəsmi xəbər və materiallarının, normativ və digər hüquqi aktların dərc olunması üçün təsis etdikləri mətbu nəşrlərin; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | müəssisələrin, təşkilatların və idarələrin, həmçinin elm və tədris müəssisələrinin yalnız özlərinin fəaliyyətində gərəkli olan peşəyönümlü informasiyaların, elmi materialları və sənədlərin dərc olunduğu dərgi, toplu, bülleten və ya digər çap məhsulları üçün dövlət qeydiyyatı tələb olunmur. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddənin əvvəlki redaksiyasında deyilirdi: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 31. Rəsmi məlumatların yayılması |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Redaksiya onun fəaliyyətinə aid həmin kütləvi informasiya vasitəsinə dövlət qeydiyyat şəhadətnaməsi vermiş orqandan gələn məlumatı dərhal, məhkəmənin qanuni qüvvəyə minmiş və müvafiq kütləvi informasiya vasitəsində dərc edilməsi barədə göstəriş olan qərarını pulsuz və həmin qərarla müəyyən olunmuş müddətdə dərc edir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | V fəsil |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Televİzİya və radİo (teleradİo) fəalİyyətİnİn hüquqİ əsasları |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 33. Azərbaycan Respublikasında televiziya və radio sistemi |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Azərbaycan Respublikasında teleradio verilişləri milli teleradio sisteminin əsasını təşkil edən dövlət və qeyri-dövlət teleradio təşkilatları tərəfindən həyata keçirilir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Qeyri-dövlət teleradio təşkilatları ictimai və özəl formalarda ola bilər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | İctimai teleradio təşkilatının fəaliyyəti müvafiq qanunla tənzimlənir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Azərbaycan Respublikasında bütün teleradio təşkilatları mülkiyyət, təşkilati-hüquqi formasından asılı olmayaraq bərabər hüquqlara malikdir və qanun qarşısında eyni məsuliyyət daşıyırlar. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 34. Dövlət teleradio təşkilatı |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Dövlət teleradio təşkilatı müvafiq dövlət orqanları tərəfindən təsis edilir, dövlət büdcəsi və öz gəlirləri hesabına maliyyələşdirilir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Dövlət teleradio təşkilatı: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | televiziya tamaşaçılarını və radio dinləyicilərini Azərbaycan Respublikasında və xarici ölkələrdə baş verən ictimai-siyasi və digər hadisələr haqqında obyektiv, operativ informasiya ilə təmin edir, rəsmi informasiyaları yayır, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qərarlarını elan və şərh edir; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | siyasi, iqtisadi, publisistik, mədəniyyət, təhsil, əyləncə, idman proqramları, habelə uşaqlar və gənclər üçün proqramlar hazırlayır və yayır. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 35. Özəl teleradio təşkilatı |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Özəl teleradio təşkilatı hüquqi şəxsdir, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən təsis edilə bilər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Özəl teleradio təşkilatı özünün maliyyə, təsərrüfat, struktur, kadr və yaradıcılıq fəaliyyətində tam sərbəstdir və Azərbaycan Respublikasının Konstitusiyasına, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və öz nizamnaməsinə uyğun fəaliyyət göstərir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 36. Teleradio təşkilatlarının hüquqları və vəzifələri |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Mülkiyyət formasından asılı olmayaraq teleradio təşkilatları: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | verilişlər (proqramlar) hazırlamaq, yaymaq, onların videoyazılarını çoxaltmaq, satmaq və ya icarəyə vermək; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | abonent haqqını müəyyən etmək; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | reklam fəaliyyəti ilə məşğul olmaq; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | öz verilişlərinin proqramını dərc etdirmək; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | kommersiya kanalı açmaq; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | nizamnamə vəzifələrini yerinə yetirmək; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | qanuna zidd olmayan digər fəaliyyətlə məşğul olmaq hüququna malikdir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Teleradio təşkilatlarının vəzifələri aşağıdakılardır; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | verilişlərin (proqramların) mövzu əhatəliliyini təmin etmək; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | pornoqrafik materialları yaymamaq; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | başqa teleradio təşkilatlarının verilişlərinin yayılmasına və qəbuluna maneçilik törətməmək; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | vətəndaşların şəxsi həyatına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | yayım zamanı peşə etikasına riayət etmək. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Teleradio təşkilatları müqavilə müddəti başa çatmamış birtərəfli qaydada abonent haqqının məbləğini artıra bilməzlər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 37. Digər teleradio təşkilatlarının verilişlərindən (proqramlarından) istifadə |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Teleradio təşkilatları digər teleradio təşkilatlarının verilişlərindən (proqramlarından) yalnız onların razılığı ilə istifadə edə bilərlər. Mülkiyyətçinin razılığı olmadan teleradio təşkilatının verilişlərinin (proqramlarının) digər teleradio təşkilatları tərəfindən yayımı, köçürülməsi (tirajının çoxaldılması), satılması və kütləvi nümayişi qadağandır. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Başqa teleradio təşkilatlarının verilişlərindən (proqramlarından) qısa fraqmentlər - hər verilişdən (proqramdan) 20 saniyədən, hər filmdən 5 dəqiqədən çox olmamaqla, habelə tədris müəssisələrində istifadə üçün - götürüldükdə razılıq tələb olunmur. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Verilişlərdən (proqramlardan) bu maddənin 2-ci bəndində nəzərdə tutulmayan hallarda müvafiq razılıq, alınmadan istifadə etdikdə teleradio təşkilatı vurulmuş zərərin ödənilməsi barədə məhkəmə qaydasında iddia qaldıra bilər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 38. Yayımın başlanması və teleradio verilişlərinin (proqramların) yayımına icazə |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | teleradio təşkilatı kanal və tezliklərdən istifadə üçün xüsusi razılıq aldığı vaxtdan verilişlərinin yayımına başlamaq hüququna malikdir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Yayımın texniki vasitələrinin sahibi və ya onun istismarını həyata keçirən təşkilat həmin vasitələri kanal və tezliklərdən istifadə üçün xüsusi razılığı olmayan teleradio təşkilatının istifadəsinə verə bilməz. Yayım ancaq xüsusi razılıqda müəyyən edilmiş ərazi daxilində aparıla bilər. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Verilişlərin yayımına teleradio təşkilatının rəhbəri və ya onun təyin etdiyi şəxs (məsul redaktor) icazə verir, həmin şəxs verilişlərin keyfiyyətinə və məzmununa görə məsuliyyət daşıyır. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 39. İstinad məlumatları |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Teleradio təşkilatı, gün ərzində yayım aparılırsa, azı dörd dəfə, başqa hallarda isə yayımın əvvəlində və sonunda öz adını və başqa məlumatları (çağırış kodunu, emblemini və s.) elan etməlidir. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Hər bir teleradio verilişi (proqramı) və ya onun təkrarı efirə (ekrana) buraxılarkən aşağıdakı informasiyalar əlavə olunmalıdır: |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 1) verilişin (proqramın) adı; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 2) buraxılışın efirə (ekrana) verilmə tarixi; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 3) müəllifin və efirə (ekrana) buraxılış üçün icazə vermiş baş redaktorun (redaktorun) adı və soyadı; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 4) teleradio təşkilatının adı və ünvanı; |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | 5) teleradio təşkilatının müəyyənləşdirdiyi digər məlumatlar. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 40. Rəsmi məlumatların və digər informasiyaların yayılması |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının rəsmi məlumatları dövlət teleradio təşkilatları tərəfindən dərhal və əvəzsiz olaraq yayımlanır. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Mülkiyyət formasından asılı olmayaraq bütün teleradio təşkilatları insanların həyatı, sağlamlığı və yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə törədən fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə məlumatları dərhal və pulsuz olaraq əhaliyə çatdırmağa borcludurlar. |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Maddə 41. Teleradio vasitəsilə seçkiqabağı təbliğat |
30 | Kütləvi informasiya vasitələri haqqında [1] | Teleradio verilişləri vasitəsilə seçkiqabağı təbliğatın aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.