text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Eşit məni, məşhur məhlə Sarı torpaq! Hal-əhval tutmaq. Çoxun çoxusu haramdı, Hörmətdi, ehtiramdı. Durub soruşma bu nədi? Səhər tezdən elədi zəng. Məni yada salmadılar? Sən onlardan uca göründün. İnsanlar da sənə oxşasaydılar?! İndi saat neçədi? Gözə girən qafiyə, Çəkilibdi qafilə. Milçək oxşayır filə, Sözlər necə qa...
ANL
Əbdürrəhim bəy HAQVERDİYEV. Mirzə Cavad bərk yоrulmuş, hıqqına-hıqqına qapıdan evinə daxil оlub, əbasının altından bir yeşik çıxardıb qapının ağzına qоydu. Bir dəsmala da bağlı üç-dörd kitab pəncərənin taxtasının üstünə qоyub, özünü yıxdı оcağın qırağına. Arvad əlində tоxuduğu cоrabı atıb, qalxdı ərinin başı alt...
ANL
Ağlımız kəsəndən yaddaşımıza yazdığımız sözlər, fikirlər olur ki, onlar da bizimlə son mənzilə qədər yol gedir. Bu mənada insanın ən güvənli dostları sırasında söz də özünə görə bir yer sahibidi. Bütün bu söylədiklərim sözlə nəfəs alan, sözə xidmət edən və həm də sözün fövqündə dayana bilən insanlara aiddir. Bütün...
ANL
Planetlərdən birinə İmadəddin Nəsiminin adı verilib. Böyük Azərbaycan şairi Seyid İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib. Müvafiq vəsatət Azərbaycan astronomu, fizika-riyaziyyat elmləri doktoru, Azə...
ANL
Məşhur teatr xadimlərindən biri teatr tənqidi və teatrşınaslıq elmi haqqındakı çıxışlarının birində üç məsələni daha çox diqqətəlayiq və əhəmiyyətli hesab edir: tənqidi yazının oxucu tərəfindən oxuna bilinməsi, tamaşanı sankiseyr edən kimi oxucuya çatdıra bilməsi və nəhayət tənqidçının obyektivliyini. Əslində m...
ANL
ŞEİR PAYI DA VAR RİYAZİYYATIN! Sovet zamanında ağactək bitib. İki müavinli başçı ilə mən. Doğma yurd havası uduram hərdən. Nağıllardan boy göstərir qorxulu söz: Yarımvəhşi adamların. Alnındaymış üçüncü göz. Çoxdan göstərilmir. Bu sənət aləmində. Unutqanlıq deyilmi? Mən də axırıncı kursa! Deyə bilmərik xəttə. Unudulmaz...
ANL
Azərbaycan tarixi özünün sivilizasiyaların başlanğıcından bu gün qədər keçdiyi yolun önəmli bir hissəsini təşkil edir. Yəni bizim özümüzə məxsus olan tariximiz böyük dünyanın, böyük sivilizasiyanın bir hissəsi olmaqla yanaşı, o həm də özümüzəməxsus çalarlarla zəngindir. Üstəlik, bu sivilizasiyanın, bu tarixin dü...
ANL
Sosial şəbəkələr hər gün daha böyük sürətlə həyatımızın ayrılmaz hissəsinə çevrilir. Artıq sosial şəbəkələrdən bir çox məqsədlərdə istifadə edirik. Sosial şəbəkələr vasitəsilə hadisələrdən xəbərdar oluruq, fikir bildiririk, yeni insanlar tanıyırıq, ünsiyyətdə oluruq, yeri gələndə əylənirik. Sosial şəbəkələri həm də ö...
ANL
BİR NƏFƏS ALIB-VERMƏDƏ ALLAHA İKİ ŞÜKÜR BORCLUYUQ. elmləri üzrə fəlsəfə doktoru. Kainatın nizamlı yaradılışı, planetlərin proqramlı hərəkətləri, fəsillərin, gecə və gündüzün bir-birini təqib etməsi və iradəmizdən asılı olmayan digər hadisələr ağıl, bəsirət, təfəkkür, təzəkkür (yada salma, xatırlama) və ibrət əhli üçü...
ANL
MəmmədOrucun“Qaragüzgü” və “Köçürülmə” romanlarında erməni vəhşiliklərinin törətdiyi müsibətlər. Hənifə SəlifovaKiçikelmiişçi. MəmmədOrucunbir-birinitamamlayanüçromanı-"Qaragüzgü”, "Köçürülmə” və "Qısaqapanma” romanları müəllifinözünündədediyikimidəfələrləçapolunmuş, oxucuların istifadəsinəverilmişdir. Əvvəlcə ” ...
ANL
Uşaqlar üçün yeni kitab. Kitab uşaqlar üçün şeirlərdən ibarət olub müxtəlif yaş qruplarını əhatə edir. Qeyd edək ki, kitab "Vektor" Beynəlxalq Nəşrlər Evində təmənnasız olaraq çap edilib. Kitabın "Balalarımıza Qarabağ nəğmələri" adlı ön sözünün müəllifi həmin nəşriyyatın prezidenti, şair, professor Elçin İsgəndərzadə,...
ANL
Kitabxanada Milli Qurtuluş Günü qeyd olunub. İyunun 12-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaş...
ANL
Sonra zaman Azıx mağarasının kəşfinin nə demək olduğunu bizə anlatdı. Onda öyrəndik ki, dünya coğrafiyasında 4-cü pillədə dayanan bu tapıntı həm də həmin mağarada 700 min il bundan əvvəl mağarada ocaq qalandığını və bu ocaq ətrafında müxtəlif izlərin olması ölkəmizin qədimliyinə, tariximizin zənginliyinə əyani bir süb...
ANL
Nəğmələşən poeziya və pıçıldaşan xatirələr... Vərdişimdi- günortalar bir az mürgüləməsəm, olmur. İndi də həmin vaxtdı. Tərsliyim tutub, bu gün yatmaq istəmirəm. Redaksiyamızda qalaq-qalaq yığılmış kitablardan birinə əl uzadıram. Açığı, əlimə düşən heç tanımdığım bir şairin kitabıdır- "Xatirələr pıçıldaşır” şeirlər k...
ANL
Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub. Yubiley tədbirinin ssenari müəllifi Qasım Səfəroğlu, quruluşçu rejissoru Cavid İmamverdiyev, rəqslərin quruluşu Əməkdar artistlər Zakir və Leyla Ağayevalara məxsusdur. Gecədə mədəniyyət naziri Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubu oxu...
ANL
“Çölçü” filmi beynəlxalq mükafatlara layiq görülüb. Bu barədə AZƏRTAC-a filmin rejissoru Şamil Əliyev məlumat verib. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
ANL
Ədəbiyyatı güzgü kimi qarşıma qoymağı da unutmur. Elə o an içimdə kəpənək kimi uçan misralar naməlum bir həyəcanla mənə bu yazını qələmə almağa vadar etdi. O cavabın "bəli” yaxud "xeyr” olmasından asılı olmayaraq, çoxdandı yazmağa hazırlaşdığım bu yazını məhz bu gün yazmağım da ayrı bir qismətdir... Hələ də fə...
ANL
Söhbət Lənkərandakı Bəlləbur qalasından gedir. Etimala görə onun tarixi eramızdan əvvəl XII- IX əsrlərə aiddir. Səkkiz güşəli olan budaqların bünövrəsi çay daşından, özülü isə bişmiş kvdrat şəkilli kərpicdəndir. Qalanın qapı yeri, kərpicdən hörülmüş quyu və divarlarının qalıqları indi də durur. Qalanın tarixi ha...
ANL
Məmməd Orucun “Qara güzgü” və “Köçürülmə” romanlarında erməni vəhşiliklərinin törətdiyi müsibətlər. Beləliklə, bütün günü həyət-bacada, tarlada çalışan zəhmətkeş əhali yorğun, üzücü əməkdən sonra ruhən istirahət edir, daxilən özlərində rahatlıq tapırdılar. Lakin mənfur düşmən həmişə olduğu kimi, indi də camaat...
ANL
Övladlarınızın göz yaşını qoruyun…. Övladlarınızın göz yaşlarını qoruyun… Qoruyun ki, sabah qəbriniz üstdə ağlaya bilsinlər…. Bayramı uşaqlarla birlikdə keçirmək arzusuyla körpələr evinə yollandı. Uşaq evlərinə sığınan körpələr mənim ən həssas, ağrılı yerimdi. Onların valideynlərinin əvəzinə vicdan əzabında boğul...
ANL
Yazıçı-publisist, şair Sabir Nemətzadənin ədəbi yaradıcılığı. Müasir ədəbiyyatımızda baş qaldıran yeni dirçəliş dalğası, ədəbi təfəkkürün hüdudlarının bədii sözün imkanlarına davamlı genişlənməsi dayanır. Bu Sabir Nemətzadə yaradıcılığında aşkar görünür. Düzdür, mətbuatda, televiziya ekranlarında çox az-az görüns...
ANL
Poetik düşüncələrin səmimi ovqatı. (Şair Əzizə Ağahüseynqızının şeirləri haqqında qeydlər). Əzizə Ağahüseynqızı müasir poeziyamızda məxsusi yaradıcılıq manerası, orijinal dəst-xətti, həmçinin poetik təfəkkürünün təravəti ilə seçilən istedadlı şairlərdən biridir. Onun poetik düşüncələrinin fəlsəfi tutumu, yaradıc...
ANL
Daha çox "Bozbash Pictures” və Şəmi obrazı ilə insanların sevgisini qazanan aktyor İlkin Həsəni ilə komediya janrından, kinomuzun bu günü və digər mövzulardan danışdıq. Adalet.az həmin müsahibəni sizə təqdim edir. Etiraf edirəm ki, müsahibənin bəzi ciddi yerlərində İlkin bəyə baxanda gözümün önünə Şəmi və digər o...
ANL
Azərbaycanda ilk qadın maarifçi xanımların fəaliyyəti. XX əsrin əvvəlləri Azərbaycan milli mətbuatında qadınların öz hüquqları uğrunda mübarizə aparmağa başladığı dövrdür. Bu dövrdə əsas rol oynamış maarifçi xanımlar Avropa ölkələrində dünyəvi təhsil almış qadınlar idi. İlk qadın xeyriyyəçilik-qəyyumluq ittifa...
ANL
Vətənimiz Azərbaycan Respublikasında, keçmiş Sovetlər İttifaqı məkanında hüquqşünas alim və görkəmli dövlət xadimi kimi tanınmış əziz və unudulmaz dostum Zakir Əlixan oğlu Zeynalovla yeniyetməlik illərimizdən çox yaxın, çox səmimi dost olmuşuq. Tovuzda A.S.Puşkin adın orta məktəbdə, Bakıda Azərbaycan Dövlət Unive...
ANL
Azərbaycan vətəndaşlarında sosial-psixoloji güvənlik yaranıb. Yunus Oğuz: "Vətəndaşlar arxayındırlar ki, dövlət istənilən məsələnin həllində onların yanında olacaq". Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial islahatlar davam etməkdədir. Dövlət başçısı sözügedən islahatın davamı olaraq yeni sosial...
ANL
Masallının İsti su möcüzələri. ...Cənubun mirvarisi Masallının Ərkivan qəsəbəsiylə füsunkar Qəriblər kəndi arasındakı asfalt yolun hər iki tərəfində əkilmiş ağaclar böyüdükcə buraların görüntüsünə gözəllik qatır. Rayon rəhbərliyinin təşəbbüsü ilə yolun hər iki tərəfində ağaclar əkildi. Onların suvarılması və mü...
ANL
Rafael Hüseynov və Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu. Amma hər dəfə bu cür yüksək qiymət təltifindən sonra ictimaiyyətdə qəribə bir dalğa yaranır. Yəni ki, ad alanların bu ada layiq olub-olmamaları gündəmə gəlir. Mənim özəl fikrimə gəldikdə isə onu deyə bilərəm ki, Prezident sərəncamı müzakirə olunmur. Bircə Mus...
ANL
Bakıda üç dahinin yaşadığı evdən FOTOREPORTAJ. Hərdən düşünürəm ki, xoşbəxtlik sadəcə insanlara, canlılara məxsus bir hiss deyil. Bu xoşbəxt mənzillərdən biri də Bakı şəhər, Səbail rayonu Tərlan Əliyarbəyəv küçəsi 6 ünvanında yerləşir. Bu Azərbaycanda yazıçı və bəstakarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış...
ANL
Qəşəm İsabəyli: Beynəlxalq Andersen Şərəf Diplomu laureatı. "Sözün kəsəsi” sisiləsindən. Ölüyə ağlamır insanlar, Heç dalıyca da baxıb, Köks ötürmür daha. Xoşbəxt Yusifzadə. Xoşbəxt Yusifzadə oldu. Görəsən. Burnum görə bilsəydi, Gözüm deyərdim ona. Gözüm eşidə bilsəydi, Qulağım deyərdim ona. Qulağım danışa bilsəydi, Dil...
ANL
Xaliq Laçınlı. Kəs əllərimi. Bilmədim necə oldu telə toxundu, Ala günahkardı as əllərimi. Neçəki sönməyib sinənin odu . Götür sinən üstə bas əllərimi. Haçansa öyrəşib belə dolanıb, Elə bil bülbüldü gülə dolanıb, Bilmədim barmağım telə dolanıb , Dogra əllərimi kəs əllərimi. Əzər şamamanı,tağı sındırar. Olar bostanı...
ANL
Məhsəti Gəncəvi. Rübailər. Yudun xətaləri, sən ey lütfkar, Qulluq sırğan bütün qulaqlarda var. Gəldiyi qapıdan o çıxıb gedər. Məhv olur başından ayağa qədər. Çox da öyünmə ki, uzundur ömrün, Əcəl köhlənində hazırdır yəhər. Ayla Zöhrə kimi üzünlə gözün, Yusiflə quyutək xalınla üzün, Sən buğdayı, mənsə samantək sarı, S...
ANL
Qərənfil. Səni kimdir sevən bica, qərənfil? Səni gülşən ara aşüftə gördüm, Yəqin bildim tutub sevda, qərənfil! Belə pəcmürdə hal ilə durubsan, Düşər güllər əra qovğa, qərənfil! Üzündən pərdeyi-nazın kənar et! Nihani baxmağından iztirabi-könlüm, əfzundur, Nə cadudur ki, hər dəm kəşfi-əsrari-nihan eylər? Uçub mürği-dil...
ANL
gecələr, Çırpıb qanadlarımı. yerdən üzülürəm. Geniş-geniş havalarda səf çəkən. Durnaların qatarında düzülürəm. Qanad salırıq, Uca-uca dağların başında. Əylənib qonaq qalırıq. Torpağın ətrini aparırıq. Ulduzların aləminə. Həyat səsi qatırıq. Göydə soyuq-soyuq işıqlanan. ayın yalqızlıq qəminə. Səhər. şəfəqlər oyadır məni...
ANL
Tufanlıdır ömrün qışı. Mən gülə bilmirəm. Şənlik içindəykən aləm, Nədir könlümdəki bu qəm? Dərdimi bilə bilmirəm. Qəm əyib məğrur başımı, İtirmişəm sirdaşımı, Selə dönən göz yaşımı. Üzümdən silə bilmirəm. İstəyirəm sənsiz öləm, Neyləyim, ölə bilmirəm. Yasəmən gül açıb, bəzəyib bağı, Qönçəyə dolubdur gülün budağı, B...
ANL
GÜNƏŞ. Mənə soyuqdur, Axı mən qütbə gedən tək gəminin. məzlum mənzərəsinə dözümsüz oluram. Axı üşüyürəm mən hərdən. azad qanad yoluna atəş açan. Bir dəfə də xəyalımda. səninlə öpüşəndə, qucaqlaşıb demişdim: Məhvəşim! Atəşim! Məşum toxunur hər şey. Yerdə mənə yaman soyuqdur, Günəş! Niyə gəldim. Nilufərlər solan çağı. Ni...
ANL
Gəl gedək bu şəhərdən. Yığıb xatirələri də, Gəl gedək bu şəhərdən. Yarpaqlar saralıb, Töküləcək qəfildən. Sarı yarpaqlar içində, Hər şey itib gedəcək. Dəli xəzri küləyi, İçimi göynədəcək. Bu torpağın kədəri, Dumandır, başından çıxır. Payız qəmli qadın kimi, Gözünü min yerdən sıxıb. Çətin payızdan ötmək, Qışdan bahara n...
ANL
Ölməz Nəsimini toyxanalara "sığdıran"lara cavab. Bu cəhətdən də il ərzində müxtəlif ədəbi-bədii və tənqidi situasiyalarla rastlaşacağımız təbiidir. İki cahana sığmayan şair haqqında yazılanlar bu 365 günün də çərçivəsinə sığmayacaqdır. Şərqin böyük filosofu, üsyankar şairi əsrlər boyu gedəcəyi yollarda öyrəniləcək, anı...
ANL
Bircə günlük padşahlıq. Ağlı kəsəndən bu fikir İsfəndiyarı sakit buraxmırdı. Dəryada balıq ovlamaq sevdasına bənzəsə də, istəyindən heç cür əl götürə bilmirdi. Yenə də padşahlıq azarı ona qənim kəsilmişdi. Yuxusu ərşə çəkilmişdi. Evdə özünə yer tapa bimədiyindən həyətə düşdü. Tanrının dərgahına sarı boylandı. Gö...
ANL
Azərbaycan xalqına ağır itki üz verib. Həmin il də aspiranturaya daxil olan M.Məmmədov 1956-cı ildə dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. Bir müddət institutda müəllim, tədris-təcrübə təsərrüfatının direktoru vəzifələrində işləmişdir. Musa Məmmədov ona göstərilən bu yüksək etimad...
ANL
Kolanı-qədim türk tayfası. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Buruc kəndindən Əhməd Lətif oğlu, İbiş Abdulla oğlu, Çıraqlı kəndindən İbrahim Əsəd oğlu, Nəsir Əşrəf oğlu, Papravənd kəndindən Hüseyn Səlif oğlu, Qasım Əbdülkərim oğlu, Behb...
ANL
İMAMVERDİ İSMAYILOVUN "SONUNCU FƏSİL" İBRƏTNAMƏSİ. Azərbaycan Yazıçılar. Birliyinin üzvü. Yazıçı İmamverdi İsmayılovun "Sonuncu fəsil" kitabı çapdan çıxıb. Kitab albom formatında, xüsusi nəfis tərtibatla hazırlanıb. 304 səhifəlik kitab xüsusi peyzaj və rəsm əsərləri ilə daha da zənginləşdirilib və rəngarənglik ...
ANL
Sən kimsən Razim müəllim? Sualına müəllifin fikri: "Özünü tanımayan şəxs... nə cəmiyyətdə, nə də ictimaiyyət arasında nüfuz sahibi ola bilməz", Onu yaxından tanıyanların mülahizəsi. (Təcnis Rəhim), "Ömrünü gənc nəslin təlim tərbiyəsi yollarında bir şam kimi əridən müəllim, yurd nisgilini ürəyində yaşada-yaşada mu...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Ən gözəl nəğmeyi-Davudu düşünməz cahil, Bu muğamatı gərək elmli insan oxusun. Bəri başdan deyim ki, mən özümü qətiyyən muğam bilicisi saymıram. Amma özümü xoşbəxt hesab eləyirəm ki, muğamatı qəlbən sevi...
ANL
Günortadan üç saat yarım keçmişdi gəlirdim mənzilimə. Yorulmuşdum və acımışdım. Az qalırdım evə yetişəm, küçənin ortasında bir nəfər kişi mənə yavıq gəlib salam verdi və yapışdı sağ əlimdə. Doğrudan da tanımadım və kişinin üzünə baxa-baxa qaldım və bilmədim nə deyim. Mən hacı Novruz ağanın qardaşı oğluyam da! Öz...
ANL
Əyninə xəz dərili manto geymuş hündürbolu xanım platforma boyu yük daşıyanın ardınca yola düşməyə hazırlaşan qatara tərəf addımlayırdı. "Paris-İstanbul" cədvəli asılmış sonuncu vaqonun yanında o, ayaq saxladı. Qatar bələdçisi pilləkanda dayanmışdı. Altı nömrəli kupe, buyurun, xanım biletini ona təqdim edərək dedi...
ANL
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Klassik şairlərimizdən Molla Vəli Vidadi ilə Molla Pənah Vaqifin deyişməsindən də görünür ki, bu müqdədir söz ustaları da bayatı söyləməyi, bayatı çağırmağı sevirmişlər. Vaqif: Müxəmməs deməgin seyrək...
ANL
Kitabın mövcudluğu qeyri-adi, mürəkkəb ictimai və mədəni hadisədir. Bəşəriyyətin yaratmış olduğu ən böyük xarüqələrdən biri kitabdır. Kitab təbiəti, cəmiyyəti və insan təfəkkürünü əks etdirən zəngin bir aləmdir. Təbiət, cəmiyyət və insanlar daha çox kitablar vasitəsilə əlaqələnir, formalaşır, inkişaf edir. Azərba...
ANL
Kitabın mövcudluğu qeyri-adi, mürəkkəb ictimai və mədəni hadisədir. Onda fikir və söz, elm və incəsənət, hər bir insanın və bütöv cəmiyyətin mənəvi aləmi əks olunur. Bəşəriyyətin yaratmış olduğu ən böyük xarüqələrdən biri kitabdır. Kitab təbiəti, cəmiyyəti və insan təfəkkürünü əks etdirən zəngin bir aləmdir. Təbiət, cə...
ANL
Ötən ilin sonlarında Azərbaycan oxucusunun qapısını bir kitab döyüb. Həmin kitabın müəllifi Güloğlan Dünya sözə, şeirə, bütövlükdə isə insanın ruhuna öz düşüncələrini, öz duyğularını kökləməyi bacaran bir qələm adamıdır. O, təkcə düşüncələrilə bir-birinin ardınca düzdüyü misralarıyla deyil, həm də sözə verdiy...
ANL
Gecənin vahiməsi. Ondan eşitdiyimiz sözlər bizi sevindirdi. Nə qədər ki, kolxozun qoyun sürüləri yaylağa getməyib, canavarlar qışlaqdan uzaqlaşan deyil. Diqqətli olun, bəlkə də yırtıcılar yan-yörəmizdə fırlanıb bizi güdürlər. Fətəlinin sözündən sonra həyəcanımız bir az da artdı. Daxilən qorxu hissləri keçirsəm də, üzd...
ANL
YURBİNİ. "Kolumb" stadionu onun aləmində kiçik cənnətməkan yer sayılırdı. Həftənin dördüncü və bazar günlərində o, üzvlük biletini qürurla göstərərək soyunub-geyinmə otağına daxil olurdu. Maks həmişə pərəstiş etdiyi futbolçuları müdafiə edər, gecə və gündüz onlar haqqında fikirləşərdi. Hətta sevimli komandasının ...
ANL
Qafar Cəfərlinin nəsri haqqında bəzi qeydlər. Qeyd edərdim ki, nəsrimizdə bu "törəmə janr"a az hallarda rast gəlirik; səbəbi "hekayə"dən fərqli olaraq əhvalatın - hekayətin oxucunun yoza bilmədiyi, gözləmədiyi şəkildə qurtarmasıdır. A.Çexovun "Çinovnikin ölümü"nü vaxtilə orta məktəb dərsliyinə salmışdılar. Düzü,...
ANL
A.Həsənlinin özü və sözü haqqında düşünəndə. Oqtay Abbas, pedaqoji elmlər. üzrə fəlsəfə doktoru, şair. Ağacəfər də bu barədə öz yazılrında yazıb. Zarafatla deyirəm ki, Ağacəfər, sən Çarağın fəxri vətəndaşısan. O da elə həmin tonda cavab verib: Belə yanaşanda gərək sənin də Rvarudun fəxri vətəndaşı olduğunu nəzərə...
ANL
SİYASƏT və MƏNƏVİYYAT. Daş kimi asılmış bu sualın ağırlığı aylardır ki, ürəyimdə qövr edir... Ərkin, gileyin, umu-küsünün, məzəmmətin, bir qədər də utancın aynasında görünən həyat mənzərələri hərdən əhdimi kəsir, qəlbimdəki yükü yeganə təsəllim olan qələm-kağızla az da olsa, yüngülləşdirməyə sövq edir. Fikirləri...
ANL
Basqal-tarixin özü qədər qədim. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Qafqaz sıra dağlarının cənub yamacında, Niyaldağ silsiləsinin ətəyində, Girdman çayının sol qolu olan Basqal çayının sahilində qərarlaşan, qos-qoca tarixin enişli-yoxuşlu,...
ANL
Dəhşətli qanlı gecə! Bu qədər vaxt keçməsinə baxmayaraq, cinayətkar hələ də öz layiqli cəzasını almamışdır. Xocalılar hələ də Dünyadan və hökumətdən ədalət gözləyir. Mən o dəhşətli gecədə anamı və ağsaqqal atamı itirmişəm. Körpə balaların bağrı çatladı. Dəhşətdən caşların yoldu analar, Qorxunu içində boğdu babalar....
ANL
Serbiyanın nüfuzlu və qədim tarixə malik "Serbiya Kral Akademiyası”nın rəyasət heyəti Azərbaycanın dahi şairi İmaməddin Nəsiminin adına yubiley medalının təsis edilməsi barədə qərar qəbul edib. Bu barədə Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib. 2019-cu ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəf...
ANL
Yazıya başlarkən anidən xatırladım ki, 15-20 il bundan əvvəllər Şəki kimi məşhur bir şəhərin mühüm statistik istiqamətləri necə bərbad, pessimist əhval yaradırdı. Bağlanan müəssisələrin, sosial-iqtisadi vəziyyət baxımından qeyri-müəyyənliyin mirası olaraq şəhər əhalisinin azalması faktları da təşviş doğururdu. D...
ANL
Qəşəm İsabəyli. Anam atamın bir sözünü iki eləyə bilməzdi. Demirəm ki, yersiz yerə atam anamı danlayırdı. Elə ki, sözləri düz gəlmirdi, atamın hökmü səsinə keçirdi, anam xırp kəsirdi. Gündən-günə anamın sifətinin qırışığı açılır, qaşlarının düyü-nü əriyib gedirdi. Artıq anam evə dodağında gülüş, üzündə təbəssüm qayıt...
ANL
İsa İsmayılzadə. Toy günü evimiz küylə dolacaq, İçində kükrəyən hirsdən, acıqdan, Həyətdə çathaçat yanan ocaqdan. Göz-göz otaqların pəncərəsindən. Vurnuxa-vurnuxa baxarsan o gün. Evdə səksənərəm sənin səsindən. Adımı bircə yol çağırsan o gün. Ürək səksəkəli. O gecə eviniz yazıqlaşacaq. Bakıdan toyuna gələn xəya...
ANL
Bir ömrün iziylə. Azərbaycanın XX əsrdə yetirdiyi böyük şəxsiyyətlərdən biri – akademik Heydər Hüseynov... Onun həyatı, dramatik və faciəli ömür yolu haqqında çox yazıblar və zaman keçdikcə Heydər Hüseynov fenomeni hələ çox araşdırılacaq. Amma filologiya elmlər doktoru, professor Fəridə Sofiyevanın "Bir ömrün i...
ANL
Mustafa Çəmənli. Bizlər boş səhrada toxum əkmişik. Lakin onu suvarmağa və göyərtməyə qüvvə lazım idi. Hüseynqulu Sarabski. Səhnəyə, sənətə məcnuncasına. Məcnunumuz təkdi, gəldi və getdi. Füzuli gözünün yaşından doğan. Məcnunumuz təkdi, gəldi və getdi. Süleyman Rüstəm. Hər axşam həsrət və intizarla yola saldığım g...
ANL
Yarpızın, nanənin ətridi, vallah, Çəməndən küləyə qoşulub gəlir. Sənin dərgahına min şükür, Allah, Yenə təbiətin yönü dirçəlir. Külək qapısını döyür, yağış damını. Ana təbiət muştuluqçuların nəmərini verir -- başlayır çölü, düzü bəzəməyə. Hamı görür onun üzündəki fərəhi, kipriklərindəki sevinc damlalarını. Bəxtəv...
ANL
Seyfəddin Altaylı, Ankara, 2012-ci ildə XIII yüzildə yaşamış görkəmli şairimiz Həsənoğlu və yeni tapılan "Sirətin-Nəbi" adlı məsnəvisi ilə bağlı, "Həsənoğlunun dili" adlı ardıcıl dörd məqalə yazdım, köşəmdə yayımlandı, oxucularım yəqin xatırlayarlar. O vaxtdan bəri onun bu əlyazma əsəri haqda zaman-zaman məlumatlar...
ANL
Cəlil Məmmədquluzadənin nəsri. Və ya mollanəsrəddinçilərin yaradıcılığı azərbaycançılıq kontekstində. "Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin ir...
ANL
Azad Müzəffərli. Onda məhz həmin robotları idarə edə biləcək, ən əsası, nəzarətdə saxlamaq qüdrətində olacaq kreativ kəslərə kəskin ehtiyac duyulacaq. -Eybi yox, yaşayarıq, görərik... Ağıllı kəslər hələ biz dünyaya gələndən bəri Marsda xeyli torpaq alaraq adlarına sənədləşdiriblər də. Deyilənə görə, haradasa bu əs...
ANL
Dəmir Çeşməli. Arzuladın arzum kimi, Dil verib gedən oldun. Axıtdın suyumu suya, Verdiyin gəlmədi saya. Çəkdin o tayı bu taya, Höcətinlə məndən oldun. Axtarıb anlamaq mənim işimdi, Dirili sənətim, ölməz peşəmdi. Səndən alacağım zövqüm-nəşəmdi, Qonaq edəcəyəm bahara səni. Olanlar yadlanıb yada düşəcək. Közümdə küllənib...
ANL
Əjdər Həmidov: "Film tariximizdə ən yüksək qonorarı mən almışam". Akademik Milli Dram Teatrının tanınmış aktyoru, Xalq artisti Əjdər Həmidov "Ədalət" qəzetinin suallarını cavablandırıb. müsahibəmizə sizi təbrik etməklə başlayım. Bildiyim qədər b yaxınlarda Prezident İlham Əliyev sizə mənzil hədiyyə edib. Mənzil mənə...
ANL
Naxçıvanda Novruz ənənələri. Dünyanın türk erası da buradan başlanğıc götürmüşdü. Türklər hər yerə yayılıb gündoğanda da, günbatanda da mədəniyyət ocaqları qalamışdılar. İki çay arasına köçənlər də, Altayda bayraq qaldıranlar da, İtil boyunda at çapanlar da Gəmiqayanı unutmamışdılar. Türkün ədalət üstündə qurula...
ANL
ƏBƏDİ SEVGİ AXTARIŞINDA... Yazıçı-şair Şəmil Sadiqin "Azadlıqdakı ruhum” kitabı haqqında düşündüklərim... Hardasa oxumuşdum ki, qədim inanclara görə "işıqlı yolun başlanğıcında şeir söyləmək kimi bir sirr var...” Bu sirrin açılması üçün bütün varlığını- içindəki amansız mübarizələrlə bərabər şəkildə ortaya qoymalısan...
ANL
ÖLÜMÜN YADDAŞIMIZDA HƏKKİ: Vəsiyyət. elmləri üzrə fəlsəfə doktoru. Vəsiyyət bir şəxsin vəfatından sonra müəyyən bir işin görülməsini diriykən söyləməsi, yazdırması və ya yazmasıdır. Yaxud vəsiyyət, maddi-mənəvi şəxsi-məxsusi dəyərin ölümündən sonra başqa birisinin mülkiyyətinə keçirilməsini sifariş etmək deməkdir....
ANL
Təbiət oyanır: torpaq donunu dəyişir, çöl-çəmən al-əlvan rəngə bürünür, ağaclar tumurcuqlanır, çiçəkləri, yarpaqları ləçəkləyir. Yazın gəlişi özü ilə insanlara qeyri-adi ab-hava gətirir. Taxıl zəmiləri torpağın sinəsinə bərəkət bəxş edir, küsənlər barışır, qonum-qonşular bir-birinə qonaq gedir, deyib gülür, sevi...
ANL
Estoniyada azərbaycanlı aktyorlarımız qastrol səfərində olublar. Səsi-sorağı teatr, film sevərlərin də qulağına çatdı. Mən də istədim ki, bu səfərlə bağlı girişdə məlumat verməyim, hər şeyi müsahibim, həmin qastrolsəfərinin təşkilatçısı, Estoniyada yaşayan Sənəm Əliyevanın dilindən eşidəsiniz. - Bu günlərdə aktyorlar...
ANL
Qan yaddaşı. Hər cür dəhşətlər görüb bu qoca dünya, özünün yaşı qədər haqsızlıqlara şahid olub. Dünya belə qanlı gün görməmişdi. Niyə bu qoca dünya üz çevirmişdi bizlərdən? Bu qoca dünyada biz o günləri yenidən yaşayacaqdıq. Bu, İlahi tərəfindən verilmiş hüquqdur. Bəs vəhşətin zirvəsinə ucalmaq necə? Yeri, yurdu ol...
ANL
Hər bir yeni kitabə əlimə alanda bir anlıq duruxuram. Sanki içimdən qeyri-adi bir axın keçir. Hələ də onun adını tapa bilmirəm. Bax, bu qəribəliyin içində əlimdə tutduğum kitab hələ nədən yazıldığını, nədən bəhs etdiyini bilməsəm də, mənə yaşatdığı ovqatla o bir anın içərisində könül dünyama işıq nöqtəsi kimi dam...
ANL
Martın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyası (ETL) və Elmi əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə "Elm günü”nə həsr edilmiş "Müasir elmin fəlsəfəsi” adlı tədbir keçirilib. Adalet.az xəbər verir ki, Elm və təhsil məsələləri üzrə müşavir dosent Seyfəl Həsən...
ANL
Xalqım, nə yaxşı ki, nikbinliyin var, Fəqət faciədir unutqanlığın. Dəhşətli anları çıxarma yaddan, İçilən qanları çıxarma yaddan! Bir vaxt ustadımız Mirzə Cəlilə. Müdhiş talanları çıxarma yaddan, Əfi ilanları çıxarma yaddan! Bəzən bilməmişik nə deyib Nəvvab, Çox vaxt Veliçko da xatırlanmayıb. Gültək solanları çıxarma...
ANL
Adəm Əkbərov. Məşədi Əlməmməd kişi səhər tezdən durub qarısı Zibeydə arvadla sübh namazını qıldıqdan sonra yenidən yatağa uzanmış və özləri demişkən bir-iki saatlığa huş aparmışdı. İndi yatağından qalxanda artıq saat səkkizi keçmişdi. Sırıqlısını çiyninə atıb axşamdan su ilə doldurub otağın bir küncünə qoyduğu ...
ANL
Uşaq vaxtı bir Şəki, bir də bolqarların Qabrovo lətifələrini oxuyurduq! Sovet hökuməti zarafatı elə də çox xoşlamırdı. Daha doğrusu, ancaq bir gün rəsmən aldatmaq olardı. Qalan günləri qeyri-rəsmiydi adamaldatmaların. Həqiqətdə isə biz Allahın bu dünyasında hər gün aldadılmışıq, aldatmışıq! Qəribəsi də odur ki, a...
ANL
Əbülfət MƏDƏTOĞLU. Hər dəfə ayrılıqlardan, ölüm-itimdən, həsrətdən, ağrı-acıdan söhbət düşəndə istər-istəməz bir anlıq duruxursan. Gözünün önünə ötənləri, ötmüşləri, olanları, olmuşları gətirirsən. Və sənə elə gəlir ki, dünyasını dəyişənlərin, ağrı-acı çəkənlərin durumunda, yaşamında azacıq da olsa sənin də güna...
ANL
Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qırğınlar. 563 min soydaşlarımız erməni vəhşiləri tərəfindən məhv edilmişdi. Nəhayət "Daşnaksütyun" partiyasının tapşırığı ilə Andronik Tarosoviç Ozanyan Naxçıvanı, Zəngəzuru və Qarabağı ələ keçirməli idi. Nəticədə onlar Bərdədə görüşməli idilər. Elə birbaşa quldurbaşı...
ANL
Ağaddin BABAYEV. Görkəmli Azərbaycan dramaturqu və teatr xadimi Cəfər Cabbarlı ömrünün qısa, lakin mənalı illərini, demək olar ki, əvvəldən axıra kimi Bakı şəhərində keçirmişdir. Lakin buna baxmayaraq o, mütəmadi olaraq əyalət teatrlarının fəaliyyəti ilə də maraqlanmış, həmin sənət ocaqlarında çalışan aktyor və rejiss...
ANL
Axırıncı aşırım. Pərvanə Bayramqızı. 1930-cu ildə baş verən hadisələri - kollektiv təsərrüfatın yaranmasını təbliğ etmək məqsədilə çəkilən, ssenari müəllifi Fərman Kərimzadə, rejissoru Kamil Rüstəmbəyov olan "Axırıncı aşırım" filmi cəmi bir dəfə baxdığım, sarsıntı keçirərək, ikinci dəfə baxmağa ürək eləmədiyim ...
ANL
(Esmira Məmmədlinin “Yazı gözləməyə dəyərmi” kitabı haqqında qeydlər). Bəzən adama elə gəlir ki, deyiləsi yeni söz qalmayıb, bir ömür yaşayan insanla, onun həyata gəlişi və həyatdan gedişi arasında Allaha, cəmiyyətə, təbiətə sevgiylə bağlı hər şey deyilib və yazılıb. Ancaq insan təfəkkürünün və düşüncəsinin sər...
ANL
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin "Keçmişə ehtiramla, gələcəyə inamla!" layihəsi çərçivəsində növbəti tədbiri keçirilib. Bu dəfəki tədbir tanınmış yazıçı-jurnalist Rafiq Hacıyevin 65 illi yubileyinə həsr olunub. Aprelin 30-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə millət vəkilləri, tanınm...
ANL
Anar Burcəliyevin yeni kitabı nəşr olunub. Teatrşünas-tənqidçi Anar Burcəliyevin "Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim" adlı yeni kitabı nəşr olunub. Dərgidə toplanan materiallar teatrşünasların həmçinin sənətşünasların ilkin məlumat və araşdırmaları üçün bir mənbə hesab edilə bilər. Bu mənbə bir ...
ANL
Xoreoqrafiya Akademiyası konsert proqramı ilə çıxış edib. Üzeyir Hacıbəyli adınaBakı Musiqi Akademiyasının Opera studiyasında Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsi tələbələri akademiyanın 90 illik yubileyi çərçivəsində Beynəlxalq rəqs gününə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. Adalet...
ANL
BÖYÜK TARZƏN HAQQINDA DƏYƏRLİ MƏNBƏ. Elmira AXUNDOVA, Xalq yazıçısı, Milli Məclisin üzvü. Yazıçı-jurnalist Rafiq Hacıyev xalq artisti, bir çox mükafatların sahibi, məşhur tarzən Ramiz Quliyev haqqında yazdığı "Şəhrizadın...Tarzən Ramiz Quliyev nağılı" adlı oçerki qələmə alarkən müəllif, oxuculara maraqlı olması üçün...
ANL
Durmuşam buludlar qaynaşan yerdə, Döyür alaçalpo üzümə mənim. Qışda qurşağıma qar çıxan yerdə. əllər yerin bəzəyi, əllər göyün dirəyi. əllər həyat nəqqaşı, əllər dosta pənahdır. əllər yağıya qarşı. insan ürəklə əgər. getsə zəfər çalmağa, əllərin gücü yetər. dağı da qaldırmağa. Bir çətinə düşən tək, Cəsarətli olmağa. Ça...
ANL
Yol Üstündə Qəsr. Tarix və coğrafiya... Bildiklərim, bilmədiklərim. Gördüklərim, görmədiklərim. İnkar halında təsəvvürlərim daha çoxdu təbii. Xəritə üzərində yol daha asan idi, miqyası da kiçiltmişdilər. Bu miqyasa daxil olmayan hisslərim də var amma. Gedib də görəndən sonra miqyas dəyişir və heç bir xəritəyə sığm...
ANL
Yol Üstündə Qəsr. Mən orda zilləmişdim gözümü hüquq heykəlinə. İndi isə sizi bir az əvvələ aparmaq istəyirəm. Hüquqa gələnə qədər olanları demək. Sonra bir qərara gələrik. Gedək Respublika meydanına. Sözə bax eee –Respublika... Avropalılar üçün əyyami-qədimdən doğma sözdü Respublika. Respublika – idarəetmə formas...
ANL
İradə TUNCAY. Dar dalandan geniş meydana çıxıram. Gözümə yerləşmır gördüklərim. Məryəm Ana, mərhəmətini əsirgəmə bizdən... Baxmağa çatmır, görməyə çatmır. Necə ucaldıblar, bəs? Əvvəldən bilmirdim onunla burda rastlaşacağımı. Ümumiyyətlə, Strasburq mənimçün sürprizlər şəhəri oldu... İlk anda donursan. Beynin təhlil...
ANL
Teatrşünasın növbəti yeni kitabı nəşr olunub. Teatrşünas-tənqidçi Anar Burcəliyevin "Onun dünyası" adlı yeni növbəti kitabı nəşr olunub. Kitab Ulu Şeyx Nizami yurdunda yaşayıb-yaratmış şairə-dramaturq Fəridə Əlyarbəylinin 95 illik yubileyi ərəfəsində nəşr olunmaqla yaradıcılığı və eləcə də fəaliyyəti geniş bir ...
ANL
VƏTƏNDAŞ YAZIÇI. Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarlar içərisində Xalq yazıçısı Hüseyn İbrahimovun özünəməxsus yeri vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında” 13 may 2019-cu il ...
ANL
Oruc tutan, namaz qılan idi ağbirçək nənəm. Sübhdən onun oxuduğu dualar dolardı qulaqlarıma. Namaz qılmağın əhəmiyyətini necə gözəl təhlil edərdi, xudaya! Namaz qılmayan adamları benamaz adlandırardı nənəm. Bütün müsəlmanlar o borcu qaytarmalıdırlar. Əgər qaytarmasalar onlar cəhənnəm oduna yanacaqlar». Sonra nama...
ANL
BİR ÖMRƏ ÜÇ UĞURLU İNSAN TALEYİNİ SIĞIŞDIRAN ALİM. Gərək boş-boşuna axıb getməsin! Bu gözəl cahanı sanıb pəncərə, Hər gələn sadəcə baxıb keçməsin! Mikayıl Müşfiq. Bizim çox vaxt özümüzə bağışlaya bilmədiyimiz ən böyük nöqsanımız insanlara fərdi yanaşa bilməməyimizdir. Bəzən bir dahi ilə uzun illər yanaşı yaşayır...
ANL
Mayın 22-də Azərbaycan Yazıçılar Birliyi, "Kainat” Gənclik Mərkəzi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qubada xalq şairi Məmməd Arazın yaradıcılığına həsr olunmuş Poeziya Günü keçirilib. Poeziya günündə Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının, Quba Dövlət Sosial-İqtisadi Koll...
ANL
Titrəyər adın eşitcək cismimiz, həm canımız, Küfrdən ar eylər onsuz dinimiz, imanımız. Düşməni haqqında söylər nasəza, tərif çıxar, Qorxuram biz tərif yazsaq çıxa nöqsanımız. Zülfüqarı kafərin canın günahdan qurtarıb, Söyləsək "qanlar tökübdür", bil ki yoxdur qanımız. Biz gədaxislət olan şahlara heç baş əymərik,...
ANL
KƏSİLMİŞ QULAĞIN XƏCALƏTİ. Günəşin batmağına az qalmışdı. Hətəmxan, oğlunun kirvəsi, domulu erməni dostu Samvellə donuz kababından yeyir, tut arağından əlli-əlli vurub, şirin-şirin söhbət edirdi. Hətəmxan sonuncu qədəhi başına çəkib, cəld ayağa qalxdı. – deyə Samvel Hətəmxanın gözlənilməz hərəkətindən təəccüblə...
ANL