text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
ÖMRÜN KİTABLAŞAN ANLARI. Mətbuatımızın cəfakeşi, mogikanı Teymur Əhmədov xoş istəklə. Hələ tələbəlik illərindən onu yaxından görüb tanımaq arzum olubdu. Həmişə konfranslarda, tədbirlərdə, televiziyada, mətbuatda görmüşəm, izləmişəm. Amma yaxından təmas qurmaq, əlini sıxmaq istədiyim an nədənsə durmuşam... dayanmışam.... | ANL |
“Əməkdar jurnalist” adını alanların təəssüratları. Milli mətbuatın yaranmasının 145 illiyi ilə əlaqədar olaraq ölkə prezidenti İlham Əliyev bir sıra jurnalisti fəxri fərman və adlarla mükafatlandırıb. "Əməkdar jurnalist” adını alan həmkarlarımız bu barədə təəssüratlarını adalet.az-a bölüşüb. Faiq Qismətoğlu:"İnsan öz h... | ANL |
Hər bir xalqın özünəməxsus tarixi var və bu tarix də zaman-zaman araşdırılır. Təbii ki, həqiqi tarixi olan və həmin o tarixi də gerçəkliyə, faktlara söykənən xalqlar heç vaxt başqasının tarixinə əl uzatmır, onu mənimsəməyə, özününküləşdirməyə çalışmır. Çox təəssüf ki, bu gün başqasının tarixinin şanlı, maraqlı səhif... | ANL |
Hərdən heç inanmağım gəlmir. Nə sözümün başına ip salmazsınız, nə fikrimə qulp qoymazsınız, nə də bu yuxunu yozmağa çalışmazsınız. Yenə oturub Lazımdan danışırdıq, Lazımın qeybətini edirdik. Və hətta Lazıma minnətçi də axtarırdıq. Sonra yavaş-yavaş bu hisslərimiz də bir az paslandı. Və nəhayət, pandemiya gəlib... | ANL |
Çırpınırdı Qara dəniz. XX əsrin əvvələrində milli isdiqlal ideyasının formalaşmasında AXC dövründə milli dövlətçilik şüurunun möhkəmlənməsində, milli və ictimai azadlığın itirildiyi sovet dönəmində istiqlal ideyasının yaşaya bilməsində Əhməd Cavad irsi, müstəsna rol oynamışdır. 5may 1892-ci ildə dünyaya göz aça... | ANL |
Məhv etmək istəyirəm o, mənfur düşmənimi. Bu gün sənin əmrini gözləyir həsrət ilə. Atılsın döyüşlərə Azərbaycan əsgəri. Qələbə təşnəsiyəm-odur mənim loğmanım, Döyüş əmri ver mənə, Ali Baş Komandanım! Babaların ruhu da incik düşübdü bizdən, Qəlbdə Vətən eşqini daha da gur yandıraq. Yolumuzu gözləyir Laçınım, Zən... | ANL |
Şair gərək sonradan şair olmasın, anadan şair doğulsun. Sonradan yazıçı olmaq mümkündü. Çünki hər yazılan şeir şeir deyil. Şeir odur ki, sənin ürəyinə, qəlbinə Ulu Yaradan nəsə pıçıldayır və sən də o pıçıltını qələm götürüb ağ vərəqə köçürürsən... ... Ötən əsrin 70-ci illərindən tanıdığım Musa Ələkbərli də Allahın ... | ANL |
Taleyini “xalq düşməni”nin qızı ilə bağlayan journalist. Əməkdar mədəniyyət işçisi, peşəkar jurnalist, alim, şair, pedaqoq Məmmədağa Sultanovun anadan olmasının 110 illiyi milli mətbuatımızn 145 illiyinə təsadüf etdiyindən onun xatirəsini yad etməyi özümüzə mənəvi borc bildik. Jurnalistik fəaliyyətə ötən əsrin iyirmin... | ANL |
Azərbaycanda sözə, yazı-pozuya, mətbuata və eləcə də ədəbiyyata önəm verən, diqqət ayıran hər kəs onu tanıyır. Necə deyərlər, oxucu olan məmləkət adamlarının böyük əksəriyyətinin ondan, onun yaradıcılığından xəbəri var. Bunu söz xatirinə, yazıya giriş üçün yazmıram. Əksinə, bunu bir gerçəyi təqdim etmək, onun mahiyyət... | ANL |
Bunu ona görə yazıram ki, son bir həftədə yazı masamın üstündə, gözümün üstündə olan bir kitabı tələsmədən, söz-söz, yaşaya-yaşaya, duya-duya öncə gözümün yaddaşına köçürdüm, sonra ağlımın, düşüncəmin. Doğrusunu deyim ki, bu kitabda oxuduqlarımın demək olar ki, hamısını dövrü mətbuatda izləmişdim. Amma indiki qədər mən... | ANL |
Siz heç səhər dan yeri ağarmağa başlayanda dənizdən Günəşin doğmasını, gizlin-gizlin boylanmasını görmüsünüzmü? Ayın və ulduzların günümüzün yarısını Günəşə verdiyi an təbiətin ən bakirə anıdır. Bu ana uzun illər tamaşa etmişəm və duyğulanmışam... Şair Rəfail Tağızadənin danışığını, təbəssümünü, insana sayğısını nədəns... | ANL |
Çiçək ətirli sevgilər şairi. Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. Azərbaycan ədəbiyyatının incə ruhlu, zərif təbiətli şairi, Məhsəti Gəncəvi yaradıcılığını özünəməxsus üslub və formada davam etdirən, yeni ənənələrlə zənginləşdirən Nigar Rəfibəyli ictimai həyatda və yaradıcılıqda mübarizələrlə dolu bir öm... | ANL |
Heç qollu-budaqlı ağaca baxdınızmı? Şahanə duruşlu yarpaqları arasından möcüzəvi bir gözəllik boylanan ağaca baxdınızmı? Oxşamaq istədinizmi ona? Mən istəyirəm. Eyni bir ağaca yüz dəfə baxsam da fərqli gözəlliklər görürəm. Ona səhnədə baxanda o şahanə duruşlu ağaclar düşür yadıma. Onu yaratdığı musiqilərlə şaxələnən, u... | ANL |
Oğlumun sağlamlığı ilə bağlı problemi yaranıb, axtarıb yaxşı həkim tapmalıyam, sonra ikimizə də münasib vaxtı müəyyənləşdirib randevu almalıyam..., elə qızım da bu yaxınlarda stomotoloqa baş çəkməlidi,.. ali məktəbə hazırlaşır, imtahanları necə verəcək və s.. Bu fikirlər mənim kimi bir çox anaların üzləşdiyi qayğılardı... | ANL |
Qərbin Şərqə baxışları və ya türk-islam dünyasına münasibəti. Bir qayda olaraq, Şərq peripatetikləri insanın ilahi mənşəyindən çıxış edib ilahi eşqi, vəhdəti - vücudu, zərrənin küllə qovuşmasını fəlsəfi və poetik düşüncələr fonunda təsvir etmişlər. İNSANA münasibətdə daim ayrımçılıq edən Avropanın "böyük hümanist" adı ... | ANL |
Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası…. Zənnimcə Mərahim Fərzəlibəyovu geniş oxucu və tamaşaçı auditoriyasına məxsusi təqdim etməyə ehtiyac yoxdur. O, ölkənin tanınmış sənət adamlarından biridir. “Şöhrət” ordenli Xalq artistidir. Prezident təqaüdçüsüdür. Onun quruluş verdiyi onlarla tamaşa teatrsevərlərə yaxşı... | ANL |
Ovqata uyğun bir yazı. Günü-güzəranı, hava durumunu, üstəlik bu COVİD-19 bəlasını düşünəndə adam heç bilgisayara yaxın getmək istəmir.Elə istəyirsən ki, düşündüklərini ürəyində özün üçün təkrarlayasan, ya da gözünü zilləyib tavana, otaqdakı temperaturu azacıq mülayimləşdirən ventilyatora baxa-baxa özün eşidə biləcəyin ... | ANL |
Qərbin Şərqə baxışları və ya türk-islam dünyasına münasibəti. (əvvəli ötən saylarımızda). Bu hələ harasıdır? sözləri yazılmış və bu heç kimin vecinə olmamışdır. Sən demə, bu insanlar Kiş kəndinin harada və necə bir coğrafiyada yerləşdiyini də bilmirlərmiş, sadəcə olaraq, orada qazıntı ilə məşğul imişlər. Ona "kiçik yük... | ANL |
Bir sevginin etirafı: Fəlsəfəsində nə dayanır. Şairə Kəmalənin "Məni bağışlama” şeiri haqqında düşüncələr). Mən iradəsiz deyiləm və yaddaşıma da arxayınam: keçmişə qaytarır məni, olmuşların həsrətinə aparır və kövrəldir. Kənd müəllimliyimdən Bakıya gəlib aspiranturaya girmişdim, elmə və publisistikaya atılmışdım. Şairl... | ANL |
Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialında 18 iyun 2020-ci il tarixdə görkəmli Azərbaycan yazıçı- dramaturqu, publisist, həkim, maarifçi və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyi münasibət... | ANL |
"Kimsə lakeyin gözündə qəhrəman ola bilməz. Ona görə yox ki, qəhrəman Qəhrəman deyil. Ömrün hər hansı dövrünü yaşadıqca həmin səhifələri qatlayıb qoyursan bir qırağa. Tamam qapamaq olsaydı nə gözəl olardı. Dünənki gündən heç nəyi xatırlamazdın, heç nə ağrıtmazdı, heç nə üşütməzdi. Tam, dərin bir xoşbəxtlik duyğusu ilə ... | ANL |
"Dahi ağıl qarşısında baş əyirəm,dahi ürək(qəlb)qarşısında diz çökürəm” V.Höte. "Hər yurdsuz yetimin yanma halına, Açıqdır üzünə onun qapılar. Allahın müqəddəs kitabı olan "Quran”ın da! Bəlkə bu səbəbdəndir ki,ən böyük və dahiyanə əsərlər (kitablar)N.F.Qısakürəyin təbirincə desək ,”Qəlb mürəkkəbi ilə yazılan diləklərdi... | ANL |
İndi söz günəşi cahanda mənəm, Şairlərdən üçqat ucadır rütbəm. Dövrəmdə Ay kimi gəzirlər onlar, İlham mayasını məndən alırlar. Sözümdən qəm süzülür. Pənbə-pənbə ucalan. Bir kimsənin qəlbinə. qoymaram qonaq düşə, Qəlbim mehmanxanadı, qəm mənim mehmanımdı. Qəlbimin səmasında. Söz-sənət meydanında. kimsəyə yer vermərəm, Q... | ANL |
... Bədəvi ərəblər zəngin, qədim ənənələri olan,ehtişamlı İranı işğal edəndə ilk dəfə gördükləri, heyrətə gəldikləri çox şey varmış. İranın var-dövləti çaşdırır onları. Sonradan xəbər tutur ki, ucuz verib. Soruşurlar nədən belə dəyərsiz elədin qəniməti? Bir axşamçağı Həzrət Ömər nökəriylə gəzintiyə çıxır. Uzaqdan görün... | ANL |
Tanınmış jurnalist, ictimai xadim. Yaxud sadəcə Ramiz Əhmədov. Görkəmli ictimai-siyasi xadim, bir vaxtlar dövrün ən nüfuzlu qəzeti olan "Kommunist"in (indiki "Xalq" qəzeti) baş redaktoru, Azərbaycan Kommunist Partiyası Nəzarət-Təftiş komissiyasının sədri, Azərbaycan KP MK-nın büro üzvlüyünə namizəd, bir sıra rayonlarda... | ANL |
Əlvida doğma insan, əziz müəllimim. Aqşin Babayevin əziz xatirəsinə. Gəncənin al şəfəqli səhərini çox üzücü bir xəbərlə açdım. Mənim üçün hər zaman əziz və doğma olan insanı, həm də müəllimim olan bir şəxsiyyəti itirdim. Bu itginin acısı ilə barışmaq çox çətindir. İnsan həyatında müstəsna yeri olan şəxslərin itirilməsi... | ANL |
Bu gün Şirxan dayım haqqında danışmaq, onun itikisi ilə barışmaq, keçmişləri xatırlamaq mənə oduqca ağırdır. Çünki mənə həyatda doğma olan, özümə hər zaman böyük bildiyim, yaxın dost, sirdaş hesab elədiyim, ən çətin vaxtlarda məsləhətinə, tövsiyəsinə, köməyinə, dəstəyinə ehtiyac duyduğum əziz bir İNSANI ürək ağrısı ilə... | ANL |
Əlac axtarırdım və bu sual doğmuşdu … İndi çarəsiz bir xəstəliklə üz-üzə qalmışıq ,həm də yalnız biz deyil –bəşəriyyət qalıb. Amma 12 il ərzində səhiyyə sistemimiz bir addım da irəli gedə bilməyib. Əvvəl hamı arxayın idi ki ,nəsə olan kimi xaricə qaçacaq ,indi artıq dünyanın sərhədləri qapanıb. Özümüz əlac olmalıyıq bü... | ANL |
"Xanım sözü” rubrikasının növbəti qonağı şairə Xəyalə Sevildir. Mən əslində yaxşı müşahidəçiyəm. Müşahidə etmək üçün isə danışmaq yox, baxmaq və dinləmək lazımdır. Danışıb hamı kimi olmağı sevmirəm. Səs-küylü dostluqlar, təkrarlanan münasibətlər mənə görə deyil.Həm də hər şey uzaqdan daha gözəl görünür. -Sevgi şe... | ANL |
YÜSÜR KİŞİNİN BOZ EŞŞƏYİ. Və bu Yüsür kişinin bir kərpic evi vardı, qoyun-quzusu vardı, inəyi-camışı vardı. Oğlu Məhəmməd vardı və oğlu Məhəmmədin dəcəlliyi də vardı. Və bir də Yüsür kişinin bir boz eşşəyi vardı... Bəhmənlidə Yüsür kişidən savayı Məmmədxan kişinin də, Saleh kişinin də, Rzaxan kişinin də, Şamil kişinin ... | ANL |
Düşünürəm ki, heç nə heç nədən yaranmadığı kimi, ağlıma gələnlər də səbəbsiz yaranmır, doğulmur. Yəni göydəndüşmə heç nə yoxdu. Amma bu günə qədər nə eşitmişəm, nə də görmüşəm ki, kimsə göydən düşən bircə dənə almanın götürüb dadına baxıb. Bu da o deməkdir ki, nağıllar bitib qurtarmır. Almanı gözlədiyimiz kimi, yeni na... | ANL |
Təbiət şairi. Hər insan bu işıgın həndəvərində dolaşa bilməz. Dolaşmaq üçün gərəkdi ki, SÖZə etibarın ola, SÖZə hörmətin ola. Sözün qaygısını çəkən, ona səbrlə, təmkinlə yanaşasan. SÖZə dogma şairlərdən biri də gözəl şair dostumuz Şahin Həmidlidir. Şeirlərini uzun müddət dövrü mətbuatdan izləmişəm. Elə, obaya sədaqət, ... | ANL |
Onsuz da bu il ha 𝗾ı𝗺𝘇𝗮𝗻𝘀𝗮 da,ha özünü toparlasa da yerindən qalxa bilməyən Qış artıq lap əldən düşüb.Bir neçə gün əvvəl ha çalışdı,ha vuruşdu- üzə bir şey çıxara bilmədi:nə qar gördük,nə buz.Əslində heç biz qışda yağan yağış da görmədik. Bir iki gün göyün üzü tutuldu,seyrək yağan yağış daha çox yaz yağışını xat... | ANL |
Tanrının Məzahir Əhmədoğluna. Adı "Metamorfoz”, müəllifi çağdaş mətbuatımızın tanınmış publisistlərindən biri kimi tanınan, Ali Media Mükafatı laureatı Məzahir (Əhmədzadə) Əhmədoğlu! Dostluğun, səmimiyyətin, insanlığın, münasibətlərin, sevgilərin, nifrətlərin, bir sözlə hər şeyin, hətta zövqlərin bayağılaşdığı belə bir... | ANL |
Həmişəki kimi işdən çıxıb, avtobus dayanacağına gəldim. Uzaq sahədə yaşayan bir xəstəmin çağırışına gedirdim. Yorğun idim, dayanacaqdakı dəmir oturacaqda oturdum, bir xeyli gözlədim. Əynim qalın olsa da, üşüyürdüm. Paltom köhnəlmişdi, məni isitmirdi. Əsas uşaqlardı, tələbədirlər, sağ-salamat təhsillərini başa vursunlar... | ANL |
GÖY ÜZÜNƏ ATILAN FİŞƏNG. Bu yazını heç də təsadüfən qələmə almadım. Çünki martın 17-si tarixində qəzetimizdə böyük ziyalı, böyük müəllim, böyük insan Hafiz Tahirovun "Yurdumuza bahar gəlir” publisistik yazısı bu mövzuya qayıtmağıma məndə həvəs yaratdı. Hafiz Tahirov Füzulinin çox böyük tanınmış ziyalılarından, müəlliml... | ANL |
Bakı metrosunda faciələr: Erməni. terrorizmi və "Sadval" separatçıları…. "Böyük Ermənistan " dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə yaradılmış "Armenakan”, sonradan "Hnçak» və "Daşnaksütyun” partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiya-larından geni... | ANL |
Bu gün Şahnaz xanımın dünyamıza qədəm qoyub, doğmalarını, dostlarını sevindirdiyi tarixi məqamdı. Biz də özünəməxsus dəsti-xətti olan Şahnaz xanımı doğum günü münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Doğum gününüz mübarək! Gün də var, əlinə dəyməyib əli, Ömrünün cibindən tökülüb itib. Gün v... | ANL |
“Qarabağ şikəstəsi” toxunulmazdır”. Onları ayırmaq olmaz. Bizə muğam ifaçılarımız muğamları necə irs qoyublarsa, biz də gələcək nəsillərə elə ötürməliyik. Muğam ifaçıları, həqiqətən, fədəkar insanlardır. Muğama aludə olan insan ondan ayrıla bilmir. Allah muğamı onu oxuyanların ürəyinə elə yatırır ki, istəsən də, ayrıl... | ANL |
“Güllə qarnımdan girib belimdən çıxdı” - Aktyor İsmayıl Atakişiyev danışır. Bu teatr yaranandan yalnız cəbhə bölgələrindədir. Bizim ən gözəl tamaşaçılarımız əsgərlərimiz, hərbçilərimiz olub. Mən 2004-cü ildə bu teatrın tərkibinə qatılandan sonra da Hərbi-Vətənpərlik mövzulu əsərlər Bakı Bələdiyyə Teatrında aparı... | ANL |
Rus qoşunlarını dərd etməyin. Çünki Kreml də praqmatik olmağa başlayıb. Rusiya sülhməramlılarının münaqişə zonasına gəlməsiylə bağlanmış atəşkəs sazişi sentyabrın 27-dən bəri yumruq kimi birləşmiş cəmiyyətimizdə fəqli reaksiyalar doğurdu. Şuşanın işğaldan azad olunmasından dolayı xalqın hələ də səngiməyən eyforiyası fo... | ANL |
Tarixdə o qədər bu cür hadisələr baş verib. Ki, əgər sadalasaq böyük bir siyahı alınar. Sözümüzün canı odur ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun aslan kimi döyüşən və vuruşan əsgərləri var... Azərbaycan xalqı xoşbəxtdir ki, onun əsgəri bu xalqın torpaqlarını erməni işğalından azad edib... Azərbaycan xalqı xoşbəxtdi... | ANL |
“Ədalət” qəzetinin qonağı Azərbaycan Beynəlxalq Radiosunun redaktoru, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğludur. -İnformasiya təhlükəsizliyi baxımından Dövlətimizin atdığı addımlar göz önündədir... -Şübhəsiz ki, dövlətimizin informasiya təhlükəsizliyi istiqamətində gördüyü işlər bəyəniləndir və hətt... | ANL |
Bəhlul" jurnalı yeni təqdimatda. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Dilbər Rzayeva tərəfindən ilk dəfə transfonelitersiya edilən "Bəhlul" jurnalı kitab formatında çap olunub. 525.az xəbər verir ki, bu barədə İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən... | ANL |
Cərrah ömrünün zəngin salnaməsi. Şərəfli həyat və fəaliyyət yolu keçmiş ağsaqqal həkimin, dəyərli ziyalının ömür yoluna nəzər saldıqca fərəh və qürur hissi duymamaq mümkün deyil. Əvvəlcə onun həkimlik fəaliyyəti barədə düşüncələrimizi bölüşmək istərdik. Ancaq deyirlər ki, Allahdan sonra bu heyrətlə dolu dünyada həkiml... | ANL |
Vasifin şəhəri. Elə ona görə də ilk dönəmlərdə onun şərəfinə Pənahabad adlanıb. Nadir şahın ölümündən sonra zəifləyən mərkəzi hakimiyyətin hüdudlarında, o cümlədən Azərbaycanın quzeyində də yaz yağışından sonra hər yanı basan göbələklər kimi saysız-hesabsız kiçik dövlətlər yaranır. Qarabağ xanlığı da həmin hərcmə... | ANL |
Bu fikri bir dəfə Gəncədə olarkən demişdi. Saç ustasının yanından çıxdıqdan sonra söylədi ki, usta işləyərkən güzgüdə sifətimin necə əridiyini gördüm, saçım su kimi axıb, sifətimi tuturdu, dedim bu da sonu... Amma tədricən özümə gəldim. Bilmirəm vəziyyətimi usta hiss elədimi, baxışlarında bir qəribəlik sezdim, am... | ANL |
“Tar səslərdən ibarət film rolunu oynamalıdır”. “İndi Qarabağ Şikəstəsi bizdə nisgil deyil, sevinc və qürur hissi doğurur. Çünki bu gün biz qalib bir Dövlətin vətəndaşıyıq. Çünki bu gün Qarabağda Azərbaycan dövlətinin, Azərbaycan əsgərinin faktiki nəzarəti bərpa edilib. Odur ki, indi Qarabağ Şikəstəsi bizim üçün tamam... | ANL |
“Bütün xatirələrim Cəbrayılla birlikdə girov düşmüşdü” - “Məcburi köçkün adını qazanmırlar, bu adı məcbur verirlər. Bunu yaşamayan bilməz, o adın ağırlığını bilməz. Hətta bəzən dərk eləməyənlər bu adı elə alçaldıcı formada işlədirdilər ki, deyirdim, kaş ölüb orada qalardım, amma köçkün, qaçqın adını daşımazdım. İlk ... | ANL |
“Türk Ocaqları”nın ümumi katibi ilə görüş keçirilib. Azərbaycan “Türk Ocağı”nın təşkilatçılığı ilə “Şərq” qəzetinin redaksiyasında mətbuat konfransı keçirilib. Tədbirdə Türkiyə “Türk Ocaqları”nın ümumi katibi, professor Emrah Şenel, Azərbaycan “Türk Ocağı”nın sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, media nü... | ANL |
Səadət SULTAN -HƏRİSLƏR. Gələn kimi lazımi işlərini görüb işçilərinin işə vaxtında gəlib, saat 11-də beş dəqiqəlik müşavirə keçirib, gündəlik tapşırıqlarını verirdi. Gün ərzində hamı yoldaş Salmanovun digər şöbələrə daxil olub, statistik hesablamaların dəqiqliklə aparılmasına dair növbəti tapşırıqlarını verəcəyini gözl... | ANL |
“İncəsənətin incəlikləri çoxdur”. “Bizə uşaqlıqdan həmişə deyirdilər ki, ağladanın yanında oturun, güldürənin yox. İnkişaf etmək üçün tələbkar müəllimin yanında olmaq lazımdır. Tənqiqçilər tərəfindən ifaya hansısa təndiqi bir fikir varsa, ondan incimək lazım deyil. Əksinə nəticə çıxarmaq lazımdır”. “Ədalət” qəzetinin ... | ANL |
Müharibə şeirləri. Başdaşları utandırdı məni. Şəhid məzarlarını. mərmərə bükdük, daş qoyduq başlarına. qalxa bilməsinlər. üzümüzə tüpürməyə. Şəhidlər Xiyabanında. utandırdı məni. məndən kiçikdi hələ. məndən öncə doğulanlar. üstümə qaçır başdaşları. bir əsgərin ölüm günü. başdaşının doğum günüymüş. nə düşdü paylarına. s... | ANL |
“Azərbaycan işğal faktoru ilə barışmır”. “Bölgədə yeni geosiyasi vəziyyət formalaşır. Artıq 90-cı illərin əvvəllərindən kəskin fərqlənən münasibətlər var. Ermənistan yeni geosiyasi vəziyyəti nəzərə almasa dövlət kimi onun varlığına ciddi təhlükə yaranacaq. Qarabağ məsələsinin həlli beynəlxalq hüququn və Azərbaycanın ər... | ANL |
“Mahnılarım xalq üçün, gənclər üçün yazılıb. O vaxt məqsədimiz o olub ki, Vətənpərvərlik ruhunda mahnılar yazaq və ordumuza dəstək olaq. Məqsədimiz o olub ki, gələcək nəsillər bu mahnıların təsiri altında böyüsünlər və Vətənpərvər olsunlar”. “Ədalət” qəzetinin qonağı “Cənab Leytenant”, “İgid Əsgər”, “Vətən əmanəti” kim... | ANL |
"Bu gün Azərbaycan xalqına qələbə yaraşır". Sənətkarlar danışdılar. Son günlər Azərbaycan Ordusunun göstərdiyi rəşadət tariximizdə yeni səhifəni açır. Bu səhifəni biz yazırıq, bu səhifəni Azərbaycan xalqı yazır. Mövcud vəziyyətlə bağlı Azərbaycanın görkəmli şəxlərinin də fikirlərini öyrənməyə çalışdıq və Adalet.az sayt... | ANL |
"Sevincə həsrət qalmış millətin. Artıq dördüncü gündür ki, Qarabağda döyüşlər səngimir, ordumuz erməni ordusuna ağır zərbələr endirir. Hamının ürəyi cəbhə xəttində döyünür və hamı qələbə xəbəri gözləyir. Bəs, bu döyüşlər haqqında ədəbiyyat, incəsənət adamları nə düşünür? Adalet.az saytı onların fikirlərini sizə təqdim ... | ANL |
HƏYAT HƏQİQƏTLƏRİNİN. ORİJİNAL POETİK AYNASI. (İstedadlı şair Fəxrəddin Teyyubun yaradıcılığı haqqında qeydlər). Ənənəvi poeziya müstəvisində həyat həqiqətlərinə, ədəbi-bədii mətləblərə özünəməxsus orijinallıqla, yüksək fikir tutumu və poetik təravətlə yanaşan istedadlı şairlərdən biri Fəxrəddin Teyyubdur. Onun yaradıc... | ANL |
Ahıllara qayğı nəsillərarası dialoq müstəvisində. 1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. "Yaşlı nəsil milli-mənəvi dəyərlərimizin qızıl fondudur”. Ümummilli lider Heydər Əliyev. Yaşlı nəslin nümayəndələrinə hörmət va ehtiram xalqımızın milli-mənəvi dəyərlərinin əsas göstəricisidir. Zəngin həyat təcrübəsi ilə gələcək nəs... | ANL |
"Qarabağ"ın köhlən atları. Qarabağ atlarını dünyadakı digər at cinslərindən fərqləndirən xüsusi bir cəhəti var ki, bunu yalnız mütəxəssislər və tədqiqatçılar bilir. Bu atların nəsli türkmən at cinslərinin nəslindəndir. Boy-buxununa görə ərəb atları, daha yaraşıqlı görünür və qısa məsafədə Qarabağ atlarını keçir. Amma u... | ANL |
Bir söhbətdən epizodlar. Hər bir həmsöhbət adamın ürəyincə olmur. Amma elə həmsöhbət var ki, adam yaxasını əldən buraxmaq istəmir. Çünki normal bir ortaq tapmış olursan. Mən bunun iki səbəbini özüm üçün müəyyənləşdirmişəm. Bu bizim doğmalığımızın bir tərəfidir. İkincisi, mənə görə, heç vaxt "atalar, oğullar” mübar... | ANL |
“Azərbaycan Ordusu öz sözünü deyir”. “30 ildir ki, Azərbaycanın haqqı tapdalanır, Azərbaycan xalqının haqqı tapdalanır. 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə uçurulmuş məktəblər, məscidlər, dağıdılmış mədəniyyət abidələri, viranə qoyulmuş şəhərlərimiz, ray... | ANL |
27 sentyabrdan başlayan əks-hücum əməliyyatı bu gün də uğurla davam edir. Suqovuşandan sonra artıq görkəmli yazıçı Sabir Əhmədlinin doğulduğu Cəbrayıl şəhərində də müqəddəs bayrağımız dalğalanır və Cəbrayılın bir neçə kəndi də düşməndən azad olunub . Həm televiziya kanallarında, həm də videolarda görürsünüz ki, Ermən... | ANL |
Boğazımı bir udum,siqarla yaşlayıram. Sözümü sənləaçıb, səninlə başlayıram. Bəzən olur özümdən-özümü dışlayıram. Sinəmi torpaq kimi eşirəm, xışlayıram. Hamıya hirslənəndə, səndə yavaşlayıram. Hər gün səni öyürəm, səni alqışlayıram. Nicat qana-qandadır,nicat kinə-kindədir. Böyüyüb sıraların,gör neçə yüz mindədir. Quzğu... | ANL |
Son günlər ordumuzun fəallığı göz önünndədir. Otuz ilə yaxındır xalqımız ümüd, həsrət içində çırpınır- bəlkə sbah açılan səhər üzümüzə güləcək-torpaqlarımız yağı düşmən tapdağından azad olacaq. Otuz ilə yaxındır ki, Ulu Tanrının bizə bəxş etdiyi yeraltı, yerüstü sərvətləri, memarlıq və tarixi abidələri ermənilər sökü... | ANL |
Türk olmaq asan deyil! ABŞ-ın Sitl ştatının fəxri konsulu Gökçenin “Türk olmaq necə bir duyğudur?” mövzusunda yadığı yazını oxudum. Bu şəhanə yazını sizinlə də bölüşürük. Türk olmaq Osmanlının borcunu ödəməkdir. Kosova və Bosniyada, Qərbi Trakya və Makedoniyada bilmirəm neçə əsr keçmişdə qalan məsələlərin hesabını verm... | ANL |
Erməni fitnəkarlığı, yaxud erməni virusu. Buhesabatı yazmağa başlayanda ermənilərin vəhşiliyi, qəddarlığı, amansızlığı,hiyləgərliyi barədə dahi şəxsiyyətlərin dedikləri yadıma düşdü.Böyük ingilis alimi cənab Vilson demişdir: -"Ermənilər acgöz, tamahkar, araqarışdırandırlar.Onlar heç kəsi bəyənmirlər.Xırda bir ş... | ANL |
Şriftin ölçüsü. Daha səbir qalmayıb. Kəsməsən çözümü yox. Xalq həmişə haqlıdır. Xalq həmişə doğrudur. Millət qalxıb ayağa. Dəniz kimi kükrəyir. Bağlı qapı dalında. Xalqımın dərdi ilə qolboyun oynadılar. Dəyirmi masalarda təbəssümü saxtalar. Ali Baş Komandanım əmr edir, savaş deyir. Otuz illik həsrətin səngərini aş deyi... | ANL |
Məmməd Araz yaradıcılığında çağlayan “Araz”. Xalq şairi, Əməkdar İncəsənət xadimi, Dövlət Mükafatı Laureatı, "İstiqlal” ordenli Məmməd Arazın çoxşaxəli, dərin mövzulu fəlsəfi irsi hələ sağlığında klassik dəyər qazanmışdır. Ümumxalq məhəbbəti qazanan, gündəmdən düşməyən, yaddaşlardan silinməyən Məmməd Araz yarad... | ANL |
Qarabağ əvvəlkindən də gözəl tikiləcək . Azərbaycan ordusunun qələbələri günbəgün artır, fədakar əsgərlərimiz daha böyük əzmkarlıq nümayiş etdirərək Dağlıq Qarabağın içərilərinə doğru inamla irəliləyirlər. Hər gün azad olunmuş şəhər, kənd və qəsəbələrimizdən yeni-yeni videolar yayılır. Dünyanın ən dağıdıcı müha... | ANL |
Bu gün hamı sevinir, hamı şadlanır və hamının sevincdən gözləri dolur. O sevinən ruhlardan biri də istedadlı şair-publisist, bütün varlığıyla xalqına, millətinə, vətəninə bağlı olan böyük İNSAN və böyük ziyalı Hüseyn Əfəndinin ruhudu. Hüseyn Əfəndi həmişə Cəbrayıldan, öz doğma yurdundan, kəndindən yana-yana dan... | ANL |
Aybəniz, Nazim və Xoşbulaq. (Tanınmış şar Aybəniz Kürəkçaylı haqqında bir neçə kəlmə). Aybəniz xanım başdan - ayağa xatirədir. Aybəniz xanım Gəncədir mənim üçün, oxuduğum universitetdir, Xoşbulaqdır. Nazim də xatirədir mənim üçün. Aybəniz daha universitetə gəlmədi. Dəqiq yadımda deyil. Hər halda daha gözümüzdə Nazim ... | ANL |
“Rejissor işi elədir ki, o, artıq yazılmış səhnələri canlandırır. Bəli, filmin təqdimatı rejissordan asılıdır, amma hər şeyin önündə yazıçı təfəkkürü dayanır. Çox şadam ki, bu filmi Aqil müəllimin romanı əsasında çəkmişəm. Çünki Aqil Abbas bu proseslərin, hadisələrin iştirakçısı olub, orada hansısa bir yalan yoxdur”... | ANL |
Son illər ədəbi ictimaiyyətin diqqətini çəkən və geniş oxucu auditoriyasının rəğbətini qazanan istedadlı şair Şöhlət Əfşarın vətəndaş mövqeyindən, milli təəssübkeşlikdən doğan qayğı və nigarançılığının, dil yandıran dərdlərinin, qəlbi sızladan harayının bədii ifadəsi kimi ərsəyə gələn "Dərdnamə” kitabı (Şöhlət ... | ANL |
Azərbaycanın hər qarış torpağı bizim Vətənimizdir. Qulu Məhərrəmli: O torpağın ətrini duymaq, suyunu içmək, havasını ciyərlərimə çəkmək istəyirəm…. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan Ordusunun başlatdığı ək-hücum əməliyyatları uğurla davam edir. Əməliyyatlar çərçivəs... | ANL |
Məmməd Araz yaradıcılığında çağlayan “Araz”. Mən onun qələmiyəm. Mən Arazın səsiyəm, Mən onun yatağıyam, Mən onun sahiliyəm, Mən onun ləpəsiyəm, Dalğaları yara-yara, Ən böyük dəryalara. Onunla getməliyəm . Bu deyilənlərdən bir daha aydın olur ki, Məmməd Araz Araz şairidir. O, bu adı çox böyük bir ləyaqətlə daşıyır və... | ANL |
Cavid həmişə xəlqimizin xatirindədir, Vahid, o yoxsa, ruhi ilə həmvətənlərik. Hər ilin oktyabr ayında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü, xeyir-duası, qayğısı ilə uzaq Sibirin əlçatmaz yerlərindən Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Hüseyn Cavidin cənazəsinin qalıq... | ANL |
SƏRÇƏ. Qürbətdə yaşanan ömür cəhənnəmin bir parçasıdır! Muxtargil İçərişəhərdə yaşayırdılar. Ailələrinin dolanışığı o qədər də yaxşı olmasa da, ataları Əbülfəz kişi xalça alveri ilə külfətini dolandırmağa çalışırdı. Anası Ağbacı xala Bakı-Moskva qatarında bələdçi işləyirdi. Yol adamı olduğuna görə uşaqların tərbiyəsinə... | ANL |
Badamlar çiçəkləyəndə. Həmin gün Xəzər sahilindəki küləklər şəhərinə yağış yağmırdı. Elə bil bu həndəvərin dəli xəzrisi gecikmiş bir məhəbbət görüşünə qara durnan kimi uçub gəlmiş bir qonağına əməlli-başlı xidmət etməyə çalışmışdı. Göy üzündəki yağmurların nəhəng qu quşlarına bənzəyən buludları şəhərin başı üz... | ANL |
Cüssəsinin yekəliyinə görə yox, lal-dinməzliyinə, inamsızlığına görə. Gör müharibə nə vaxtdı bitmişdi. Zibər artıq yeganə qızını böyütmüş, ev-eşik eləmiş, nəvə-nəticə yiyəsi olmuşdu. Aldığı qara kağıza bircə dəfə baxmışdı. Onu da məktub bilib açmış, elə o dəqiqə də cehizlik sandığının dibinə saldığı müşəmbənin ... | ANL |
Əsrlərin o üzündən gələn yol. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. II Sarqon Bari əyalətində yaxşı möhkəml... | ANL |
Üz-üzə oturmuşuq. Əslində bu, üz-üzə otrumaqdan daha çox bir-birinin içinə bələd olan iki dostun sözü ortaya qoyub onun dağı arana çəkməsidir. Yəni hər görüşümüzdə olduğu kimi, indi də SÖZdən danışırıq... onun dünənini, bu gününü, sabahını duyduğumuz və arzuladığımız formada öz ələyimizdən keçiririk. Yəni siz də... | ANL |
“Müharibə ilə bağlı ağrılı-acılı çox xatirələr var. Hansı birini deyim, bilmirəm. Xatirələr o qədər çoxdur ki, sözə sığmır. İnanın, indi eşitdiyimiz qələbə xəbərləri yaralarımıza məlhəm olur”. “Ədalət” qəzetinin qonağı Qarabağ qazisi Cəlal Məmiyevdir. Qarabağ qazisiyəm. Ağdam-Füzuli istiqamətində olan döyüşlərdə iştira... | ANL |
“Dağlıq Qarabağa muxtariyyət verilməməlidir”. “Ermənistan rəsmilərinin məsələyə münasibəti həqiqət mənzərəsinin təhrifidir və həqiqət mənzərəsinin təhrif olunduğu nəyisə müzakirə etməyə dəyməz. Ermənistan bu dəqiqə batmaqda olan və saman çöpündən yapışmış bir adamı xatırladır. Ona görə də, bütün vasitələrdən istifadə e... | ANL |
MƏNİM DƏRDİM DƏRDLƏŞMƏLİ DƏRD DEYİL. Ruhum ovsunlanan bu xoş günümdə, Sən mənə ün yetməz uzaq kimiydin. Nə qədər yaxındıq, o qədər uzaq, Sarsıldım, duyğulu baxışlarından. Nə bir qol qaldırdın, nə açdın qucaq, Qorxdum, gözlərinin yağışlarından. Şeir söylətməyə, söz eşitməyə, Qəlbinin səsinə uyub gəlmisən. Görən nə tap... | ANL |
"Müharibə və uşaqlar" silsiləsi. Alınmayıbdır qanı, Televizor deyir ki, Müharibə dayanır. Axı Prezidentimiz. Şəhid analarına. Söz vermişdi o günü: "Sonacan gedəcəyik, Düşməni Qarabağdan. Məgər azad olubdur. İşğaldan Vətənimiz?! - Döyüş meydanlarından. Meyitləri götürüb, Əsirləri dəyişmək... Sonra düşmən çıxmasa. Xoşluq... | ANL |
Nələr bu dünyada qalıb bilirəm. Dünyaya hər şeyi atıb, gedirəm. Könlüm saz istəyir ovuda bilsəm, İçimdə Kərəmi çalıb, gedirəm. Keçmiş xatirələr yadıma düşüb. Şirini acıyla dost eyləmişəm. Yüzlərlə acını bağrıma basıb. Qızıl Zəngilanı, qızıl baxtımı. Sizlərə ərməğan qoyub, gedirəm. Gedirəm, bir daha gəlməyəcəyəm. Heç k... | ANL |
Toylara elə həvəslə getmirəm, nəinki yaslara. Niyəsini soruşana deyirəm, toyun səs-küyündən sonra neçə gün özümə gələ bilmirəm. Cavanlıqda belə sərrast ifadə xoşuma gələrdi. İndi qıcıqlandırır. Əvvəllər çalışardım ki, məni başa düşsünlər, içimi acıb tökərdim. Amma yaşlandıqca, tərsinə olur: az danışır, az yazıram, kims... | ANL |
“Xaqani” poeması – böyük ustad haqqında qiymətli əsər nümunəsi. Onu tanıyandan Xaqanini nə qədər çox sevdiyini yaxşı bilirdim. Xaqanidən birnəfəsə dediyi şeirlər, bəhs etdiyi mətləblər bu sevginin həm də bir dirçəyə dayandığını göstərirdi. Özünü ədəbiyyatın, şeir və sənətin Günəşi, Xaqanı deyə öyməsi bəlkə də sövqi-təb... | ANL |
Mənim tanıdığım Qələndər Xaçınçaylı. Mən həmişə insanda üç cəhətə xüsusi önəm vermişəm; tərbiyəyə, istedada və zəhmətə! Bu üç element bir-birilə birləşəndə insan kimliyindən asılı olmayaraq, daha kamil və daha müdrik təsir bağışlayır. Ən azından ona görə ki, bu cür insanlarla söhbət edəndə, ünsiyyət yaradanda onlardan ... | ANL |
Ruhlara ehtiramla. Bu yazını başlamaq üçün təkcə içimdə deyil, elə iş otağımda da xeyli var-gəl etdim. Necə deyərlər, ipucu tapmaq müşkülə düşmüşdü. Üstəlik telefon zəngləri, gəlib-gedənlərin düşüncələrimə yaratdığı problemlər və bir də içimdəki narahatçılıq demək olar ki, toparlanmağa imkan vermirdi. Birdən diqqətim y... | ANL |
Özü yıxılanı həyat bağışlamır... Bədii əsər, xüsusilə həyatı daha əhatəli əks etdirən irihəcmli roman estetik tərbiyə qaynağı olmaq, insanlarda gözəllik hissi aşılamaqla yanaşı, həm də oxuyanlara ibrət vermək, gör-götür dünyasında baş verənlərdən, özgələrinin həyatından, yüksəliş yollarından, eləcə də səhvlərindən nəti... | ANL |
Ömür nəğmələri. Onu səhnədə görmüşəm, ekranda izləmişəm. Və günlərin bir günü də ruhuyla, ürəyiylə, canıyla sözə tapınan, sözə sipər, səngər olan, həm də sözü yerin ən dərin qatlarından tapıb göyün ən hüdudsuz nöqtələrinə çatdırmaq yolunu tutmuş professor Rüstəm Kamal və Ramiz Göyüşov məni onunla bir məclisdə tanış etd... | ANL |
Xanlığın qapısı. Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ. Əgər biz onlara üz tutsaq, onda birmənalı şəkildə gör... | ANL |
Əgər insan həyatının yaş mərhələlərini əsas götürsək, yox. Emini cavan şair adlandıraq gərək. Mənə qalsa bunun bir önəmi yoxdur. Önəmlisi odur ki, Emin Piri şeir yazma texnikasına çoxdan bələddir. Azərbaycan poeziyasında elə misralar var ki, onların üzərinə Emin Pirinin adı yazılıb, nəfəsi deyib. Başqa sözlə, hərhansı ... | ANL |
Dərd Qayası. (Əbülfət Mədətoğlunun “ancaq O” kitabı ilə bağlı düşüncələr). “COVİD-19” adlı kabusun bizləri ev dustağına çevirdiyi indiki dövrdə ələlxüsus da qələm əhli daha çox kitablara üz tutur. Həmin baxımdan dostum, tanınmış şair-puplisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlunun bu günlərdə mənə hədiyyə etdiyi, “Ad... | ANL |
Ərdoğan: Türkiyə-Azərbaycan dostluğu əbədidir. Sentyabrın 12-də Milli Məclisin Sədri Sahibə Qafarova İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Milli Məclisdən Adalet.az-a verilən məlumata görə, Türkiyə prezidentinə görüş imkanı üçün təşəkkür edən Milli Məclisin Sədri Sahibə Qafarova ... | ANL |
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı Albert Lixanova “Dostluq” ordenini təqdim edib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanit... | ANL |
Atatürkə meydan oxuyanın həzin sonu. Yavəri danışır: Baş komandan düşmənin caynağından qurtardığı İzmirdə keçirəcəyi ilk gecəni yaşayırdı. Zəngin bir süfrə hazırlandığı halda, yüngülvari yeməklə kifayətləndi və bütün gecəni işlədi. Ertəsi gün tezdən oyandıq. Xəfif bir səhər yeməyindən sonra vilayətə getdik. Vali ingili... | ANL |
Bu vaxta kimi tanıdığım şairlərin xarakter və şəxsiyyətlərindən aslı olmayaraq özlərinin mənəvi keyfiyyətinə baxmadan şeirlərini bəyənmişəmsə,o şeirlərdə özümü görürəmsə sevə-sevə oxuyuram. Çünki şairin sənətinə dəyər verməyi sevirəm. Bu gün haqqında yazmaq istədiyim dəyərli şairlərdən biri, şeirlərində öz ömrü... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.