text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bakıda moped maneə çırpılıb, sürücü xəsarət alıb. Belə ki, idarəetməni itirən 1982-ci il təvəllüdlü İsmayılov Füzuli Əbülfəz oğlu mopedi yol kənarındakı maneə çırpıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü təcili tibbi yardım avtomobilinin köməkliyi xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılı... | publikaz_normalized |
körpülər selə niyə dözmür? - Ekspert":"Körpülərin vəziyyəti ilə bağlı məsələ gündəmdə olan mövzudur. Problemin qabarıq şəkildə özünü göstərməsi onu deməyə əsas verir ki, biz bütün körpüləri mütləq müayinədən keçirtməliyik. Onun sözlərinə görə, baş verən son hadislər istər paytaxtda, istərsə də digər bölgələrimizdə körp... | publikaz_normalized |
Payızda çətin olacaq":"Payızın başlaması ilə Ukrayna Silahlı Qüvvələri NATO avadanlıqlarından istifadə etməkdə çətinliklərlə üzləşəcək. Maroçko Ukraynaya NATO avadanlığının çatışmazlığı ilə bağlı xəbərdarlıq edib və payızda onun effektivliyinin azalacağını vurğulayıb. O, Ukrayna prezidenti Vladimir Zelenskinin hava şər... | publikaz_normalized |
Qrup mərhələsi başlayır":"Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək. F qrupunda "Milan" "Nyukasl"ı, PSJ isə Dortmund "Borussiya"sını qəbul edəcək. Son çempion "Mançester Siti" G qrupunun ilk matçında Serbiyanın "Srvena Zvezda" komandasını sınağa çəkəcək. Qrupun digər matçında "Yanq Boyz" "Leypsiq"lə ... | publikaz_normalized |
PSJ-dən ayrılan Yulian Drakslerin “Əl-Əhli”yə keçidi rəsmiləşib. Alman yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Fransa klubu keçiddən 20 milyon avro qazanıb. Transferin digər detalları açıqlanmır. Qeyd edək ki, 29 yaşlı futbolçu ötən mövsüm icarə əsasında “Benfika”da oynayıb. O, 2017-ci ildən PSJ-də çıxış edirdi. | publikaz_normalized |
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal" Asiya Çempionlar Liqasında ilk oyununa çıxıb. Özbəkistan təmsilçisi ilə görüş bərabərliklə başa çatıb - 1:1. Əl Hilal"da bərabərlik qolunu 90+10-cu dəqiqədə Əl Bulayi vurub. Səudiyyə Ərəbistanı təmsilçisi qrupdakı ikinci oyununu "Nassaji Maz"a (İran) qarşı keçirəcək. | publikaz_normalized |
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Kiyevdə üzv ölkələrin xarici işlər nazirlərinin görüşünü açıqlayıb. Onun sözlərinə görə, nazirlərin görüşünün bəndlərindən biri Rusiya Federasiyasının ona qarşı təcavüzkar müharibəsi kontekstində Ukrayna qarşısında gələcək təhlükəsizlik öh... | publikaz_normalized |
Bu gün Yevlaxda qaz təchizatı dayandırılacaq. Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Yeni Yevlax” ölçü qovşağının giriş hissəsində və “Yevlax-1” Qaz Paylayıcı Stansiyada şam xətti üzərində olan nasaz kranın dəyişdirilməsi ilə bağlı sentyabrın 19-da saat 09:00-dan işlər başa çatanadək “Yeni Yevlax” və ... | publikaz_normalized |
Bayden Putini diktator adlandırıb. Belə ki, Nyu-Yorkda "Broadway" teatrında kampaniyası üçün keçirilən ianə mərasimində çıxış edən Bayden Putin kimi diktatorların tərəfini tutmayacağını vurğulayıb. Amerika lideri əlavə edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya qarşısında baş əyir : “Bəlkə, Tramp onun önündə... | publikaz_normalized |
Lirə ucuzlaşdı, rubl bahalaşdı":"Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Türkiyə lirəsi 0,0629 manata kimi ucuzlaşıb, Rusiya rublu 0,0176 manata kimi, 1 Avro isə 1,8157 manata kimi bahalaşıb. | publikaz_normalized |
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan heroin, Samir Məmmədov və Elçin Hacıyevdən isə əlavə olaraq metamfetamin də aşkar edilərək götürülüb. Araşdırma... | publikaz_normalized |
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,04% azalaraq, 1 952,7 ABŞ dollarına bərabər olub. | publikaz_normalized |
X sosial media platformasının bütün istifadəçiləri platformaya giriş üçün pul ödəməli ola bilərlər. Biz sistemin istifadəsi üçün minimal aylıq ödəniş almağa keçirik", - Tesla və SpaceX rəhbəri deyib. Lakin sahibkar sözügedən planın təfərrüatlarını tam açıqlamayıb. | publikaz_normalized |
Yaponiyada hökumət əhalinin 10 faizindən çoxunun hazırda 80 və ya daha yuxarı yaşda olduğunu bildirib. Bu, sürətlə qocalmaqda olan ölkənin demoqrafik böhranında ən son narahatedici mərhələdir. Bu qrup əhalinin 29,1 faizini təşkil edir ki, bu da dünyada ən yüksək göstəricidir. Nazirlik həmçinin sürətlə aşağı düşən doğum... | publikaz_normalized |
Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub. Sentyabrın 19-u saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlard... | publikaz_normalized |
10:06" "Xankəndiyə aparılan humanitar yardımda Türkiyə istehsalı olan məhsullar da var. Onlar qorxurlar ki, Türkiyə məhsullarından istifadə edən erməni əhalisində düşmənçilik hisləri zəifləyəcək. O cümlədən, Türkiyə məhsullarından sonra Azərbaycan məhsullarının da Xankəndiyə daxil olması baş tutacaq. “Hraparak” nəşri y... | publikaz_normalized |
2041-ci il...":"Türkiyə son 33 ilin ən quraq dövrünü yaşayır. Ölkənin 42 faizinin rütubətli, 8 faizinin isə çox quru torpaq olduğu anlaşılsa da, 2041-ci ildə quraqlığın hər yerdə fəsad törətməsi riski var. Meteorologiya Ümumi Müdirliyinin açıqladığı məlumatlara görə, avqust ayı yağıntıları ölkə daxilində son 33 ilin ən... | publikaz_normalized |
“Böyük adamlar onlara atılan tənqid, daşlarından heykəllər qoyan insanlardır. X.Baxəliyeva ona atılan daşlara heç vaxt fikir vermədiyini vurğulayıb: “Tam əksi enerji, güc aldım, o daşların üzərində rəqs edərək irəlilədim. Çox şükür, uğursuz heç bir işim olmadı. Allah böyükdür, çəkilən əməyi qarşılıqsız qoymur. Yolun dü... | publikaz_normalized |
“Bəzən hansısa poliklinikadan “Adi kardioqramma etdirə bilmədim”, “Nə vaxt getsəm, məni böyük xəstəxanaya göndərirlər” kimi şikayətlər olurdu. Əksər hallarda, bəli, haqlı idilər! Çünki onlara haqq verəcək səbəblər var idi. Nəhayət bunlar yavaş-yavaş keçmişdə qalır. Ürəyiniz rahat olsun, “birbalaca ürəyim ağrıyır” söhbə... | publikaz_normalized |
Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu “Azərenerji” ASC-nin əməkdaşları deyil. Məlumata görə, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır. ***" "Sentyabrı... | publikaz_normalized |
Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib. Sent... | publikaz_normalized |
Odessa sakini qonşusunun qırmızıqulaqlı tısbağasını oğurlayıb və ondan şorba hazırlayaraq yeyib. Qeyd olunur ki, hadisə Odessanın Hacıbəy rayonunda baş verib. Yerli sakin qonşusunun ümumi hamamda saxladığı iki qırmızıqulaqlı tısbağadan birini oğurlayıb. Daha sonra o, tısbağadan özü üçün şorba hazırlayıb. Ev heyvanının ... | publikaz_normalized |
Aktyor Burak Dənizin həmkarı Bestemsu Özdemirlə sevgili olduğu üzə çıxıb. Məşhurların İtaliyada tətil etdikləri məlum olub. Onların sosial mediada birgə görüntüləri yayılıb. | publikaz_normalized |
Avropa İnvestisiya Bankının və Avropa İttifaqının Əlaqəlilik üzrə Şərq Tərəfdaşlığı İnvestisiyaları (EPIC) proqramı Azərbaycanda yeni layihənin icrasına start verib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində dəmir yolu sahəsində Avropa İttifaqının qabaqcıl təcrübəsini... | publikaz_normalized |
Bu gün müğənni Səidə Sultanın toyudur. Toyda yalnız xanımlar yer alacaq. Qeyd edək ki, Səidənin ailə qurması haqda xəbər avqustda yayılıb. | publikaz_normalized |
“Fənərbağça”nın prezidenti Ali Koç tənqid hədəfinə çevrilib. “Qalatasaray”a sponsor olan şirkətin sədri Uğur Vergili buna biganə qala bilməyib. O, əzəli rəqiblərinin rəhbərini ironiya ilə tənqid edib: “Məlum klub ifadəsini demək istəmirəm. Digər komandaların əlləri cibindədir, amma harada duracaqlarını bilmirlər. Bizim... | publikaz_normalized |
Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Miqrasiya Xidmətinin səlahiyyətləri azaldılıb. Əvvəlki qərara əsasən, qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan miqrasiya orqanlarından xaric olunmuş, sonradan isə məhkəmənin və ya Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, yaxud Naxçıvan Muxtar Respublikası Döv... | publikaz_normalized |
Müharibənin tez bitməyəcəyi aydındır":"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı müharibənin nə qədər davam edəcəyi və nə vaxt bitəcəyi ilə bağlı bir cədvəldən danışmağın mümkün olmayacağını ifadə edərək, “Müharibənin nə qədər davam edəcəyini ancaq iki lider deyə bilər”, - deyə vurğulayıb. Ərdoğan Putinlə Ukr... | publikaz_normalized |
Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır. Bildirilib ki, ... | publikaz_normalized |
Kənddən Şəhərə”, “Dilsiz milyonçu” kimi filmləri ilə tanınan Zeki Alasyanın ilk həyat yoldaşı Oya Alasya 74 yaşında ağır xəstəlikdən vəfat edib. O, bildirib ki, anasının cənazəsi bu gün Zincirlikuyu qəbiristanlığında dəfn ediləcək. | publikaz_normalized |
Daxili İşlər Nazirliyi əməkdaşlarına qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanılıb. Sentyabrın 19-u Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolla... | publikaz_normalized |
Rusiya Koreya arağı istehsal edəcək. Bu barədə "Kommersant" nəşri məlumat yayıb. Qeyd edək ki, soju əsasən şirin kartof və ya taxıldan hazırlanır. O, Rusiyada "Stun" brendi adı altında istehsal olunacaq. Pərakəndə mağazalarda gözlənilən qiymət 0,375 litrlik şüşə üçün təxminən 200 rubl olacaq. İstehsalın işə salınmasınd... | publikaz_normalized |
İzmirdə 1282 yıl 1700 ay 220 gün sabit həbs cəzası ilə axtarışda olan fərari məhkum həbs olunub. Əməliyyat qrupları sentyabrın 8-də Ö.E-ni göstərilən ünvanda yaxalayıb. Prosedurlardan sonra məhkum həbsxanaya göndərilib. | publikaz_normalized |
Qarabağ" və Norveç "Molde"si arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyununun təyinatları bəlli olub. FİFA referisi Con Bitona Daniel Makfarlan və Duqlas Potter laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Metyu Makdermid yerinə yetirəcək. VAR-da Nikolas Valş, AVA... | publikaz_normalized |
Xyu Jackman və Deborra-Li Fürnessin boşanması barədə yeni təfərrüatlar məlum olub. Onlar uzun müddət bu barədə düşünüblər. Cütlüyə yaxın mənbə “People” nəşrinə bildirib ki, keçmiş sevgililər çətin bir dövrdən keçirlər. Bu, qəfil qərar deyildi - çox vaxt sərf etdilər və düşündülər. İndi hər kəs öz yolu ilə gedir, lakin ... | publikaz_normalized |
“TikTok” sosial şəbəkəsində özünü Fidan kimi təqdim edən Çinarə Quliyevanın iş adamı İlham Qədimbəyliyə qarşı səsləndirdiyi iddialar əsassızdır. Qədimbəyli mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, qarşı tərəf şantaja əl ataraq ondan pul almaq niyyətindədir. Bu səbəbdən də Fidan müxtəlif yollarla iş insanının şə... | publikaz_normalized |
Əlinizdən Pakistana gedəcəm":"Tanınmış aktyor və aparıcı Sənan Əlləz onu narahat edən məsələlərdən şikayətlənib. 40-ında öyrənən gorunda çalar. Yəni deyir 40 da heç nə öyrənmə? Camaat 40 hoqqa verir, mənim atalarımın sözünə bax. Çıxıb gedəcəm əlinizdən Pakistana bəsdirin day. P.S Bu yay qarpız niyə şirin deyil? Neyləmi... | publikaz_normalized |
Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polislərin sayı 4-ə çatıb. Qeyd olunub ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-... | publikaz_normalized |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin senytabrın 19-u saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda qar yağıb. Bildirilib ki, düşən yağıntının miqdarı Astarada 48 mm, Oğuzda 39 mm, Lerik... | publikaz_normalized |
Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin nümayəndə heyəti ilə görüşüb. Qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirə... | publikaz_normalized |
Ölkə ərazisində müşahidə olunun qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 19-u gündüz saatlarınadək davam edəcək. Bildirilib ki, sentyabrın 20-21-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. | publikaz_normalized |
Qrupdan çıxmaq...":"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib. Hər mövsüm yarışa birinci oyunla başlayırıq. İndiki məqsədimiz ilk matçda qalib gəlməkdir. Sonrakı hədəf qrupdan növbəti mərhələyə vəsiqə qazanmaqdır. Ötən mövsüm turnirin qalibi olmağımız heç nə dəyişmir". Qeyd edək ki, "Siti" Çempionlar... | publikaz_normalized |
Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov dünyasını dəyişib. Rəhmanov bu gün səhər saatlarında vəfat edib. | publikaz_normalized |
“Barselona”nın zədəli futbolçusu Pedrinin sağalması ləngiyir. Onun noyabrdan tez oynayacağı gözlənilmir. Kataloniya təmsilçisi oyunçu ilə bağlı risk etməyəcək. O, tam sağaldıqdan sonra məşqlərə başlayacaq. Avqustun sonunda sağ ayağından zədə alan gənc ulduzun oktyabrın ortalarında meydana çıxa biləcəyi bildirilirdi. | publikaz_normalized |
Müğənni Nüşabə Musayeva qızının toyuna sərvət xərcləyib. Müğənninin sözlərinə görə, qızının toyuna yarım milyon manata yaxın xərci çıxıb. O, hədiyyə olaraq övladına 100 min manat pul verdiyini bildirib. 22 ildir təkbaşına əziyyət çəkib övlad böyütmüşəm, Niyə də etməyim ki?.. Camaatın balaları üçün edirəm, ehtiyac sahib... | publikaz_normalized |
Sentyabrın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müdafiə nazirinin müavinləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də ideoloji iş və mənəvi-psixoloji təminat və hüquq ixtisası üzrə zabitlərin iştirakı ilə “Hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intiz... | publikaz_normalized |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Elektrikquraşdırma Müəssisəsinin Xocavənddə və Laçında həlak olan əməkdaşları mülki şəxs olduqları üçün onlara şəhidlik statusunun verilməsi məsələsinə qeydiyyatda olduqları yerli icra hakimiyyəti orqanları tərəfindən baxılacaq. Qeyd edək ki, 19 sentyabr 2023-cü il ta... | publikaz_normalized |
Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror aktları qətiyyətlə pislənməli və onların qarşısı alınmalıdır". Qeyd olunub ki, senyabrın 19-da 1 ədəd nəqliyyat vasitəsi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərb... | publikaz_normalized |
Yuxudan oyandıqdan sonra dartınmaq sizə təkcə əzələlərinizi xoş şəkildə uzatmağa deyil, həm də bədəninizi işə məhsuldar şəkildə hazırlamağa imkan verir. Nəfəs alma məşqləri ilə birlikdə onlar gigiyenik gimnastika təşkil edirlər. Yuxudan oyananda dartınaraq məşqlərə başlamalıyıq. Uzanmış şəkildə qol, ayaq, kürək əzələlə... | publikaz_normalized |
“Mənə yazsaz haram lazım?”":"Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elza Seyidcahan yeni şeirini təqdim edib. Sosial şəbəkələrdə qısa müddət ərzində yayılan şeir bəzi istifadəçilər tərəfindən tənqidlə qarşılanıb. Onlar Seyidcahanın gözəl musiqiçi olduğunu, lakin şeirlərinin uğursuz alındığını iddia ediblə... | publikaz_normalized |
Məlum olduğu kimi, bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə 7 polis əməkdaşı həlak olub, daha 6-sı yaralanıb. Nəticədə DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan bir qədər sonra Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qr... | publikaz_normalized |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda yerləşən "Türk Evi"ndə Polşa Prezidenti Anjey Duda ilə görüşüb. Görüşdə xarici işlər naziri Hakan Fidan, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömer Bolat və MİT sədri İbrahim Kalın da iştirak edib. "Ərdoğan görüşdən sonra sosial media hesabınd... | publikaz_normalized |
Tanınmış aparıcı, aktyor İlkin Həsəni uzun fasilədən sonra yeni layihəsini izləyicilərə təqdim edib. Belə ki, o, musiqiçi Tərlan Məmmədhüseynin "Yelləncək" adlı klipinin prodüserliyini həyata keçirib. Ekran işində həmçinin Xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov, həmçinin influenser Asya Aslanova, Kənan Əhmədo... | publikaz_normalized |
Boykotçu qızlar milliyə çağırıldılar":"İspaniyalı qadın futbolçular milli komandaya gəlməkdən imtina edirlər. Futbolçuları nə Rubialesin istefası, nə də baş məşqçi Xorxe Vildanın getməsi razı salmayıb. Onlar ölkənin futbol federasiyasında islahatların aparılmasını tələb edirlər. Buna baxmayaraq, komandanın yeni baş məş... | publikaz_normalized |
Qərbi Azərbaycan İcması qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktını kəskin şəkildə pisləyib. Qərbi Azərbaycan İcması Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tun... | publikaz_normalized |
Erməni terrorçular Qarabağda terror aktlarına başlayıb. Rəsmi məlumatlarda terror aktları nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının şəhid olduğu qeyd olunur. Yayılan informasiyalar “Qarabağda nə baş verir” sualını da aktuallaşdırır. Separatçı-terrorçu rejimin təxribat hücumlarına başlayacağı gözlənilən idi. Ç... | publikaz_normalized |
Ermənistan və onun yaratdığı qondarma rejimin məqsədi bölgədə gərginliyi artırmaqdır". Xocavənd rayonu ərazisində baş verən mina partlayışı bir daha göstərir ki, üçtərəfli bəyanatın 4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların yerlə... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində 6 nəfər (AAYDA-nın 2, DİN-in 4 əməkdaşı) həlak olub. Görüntülər törədilmiş terror aktlarının dəhşətini əks etdirir. Prezidentin köməkçisi Hikmət Hacıyev də tvitter hesabında AAYDA əməkdaşların... | publikaz_normalized |
Ukrayna Silahlı Qüvvələrinin tükənməsi Avropa ilə Rusiya arasında müharibəyə səbəb ola bilər. Nəşr qeyd edir ki, Kiyev Qərbin dəstəyi ilə Rusiyanın strateji infrastrukturuna, xüsusən də Engels nüvə bazasına və ya Kerç körpüsünə artan sayda hücumlar həyata keçirməklə bu cür ehtimalları artırır. | publikaz_normalized |
İndi siz köhnə smartfonunuzu “Nar” mağazalarında sərfəli qiymətə və rahat şəkildə sata bilərsiniz. “Nar” mağazasında telefonunuzun dəyərləndirilməsi xüsusi tətbiq vasitəsilə, şəffaf və sürətli aparılır. Tətbiq bir çox parametrlər üzrə smartfonunuzu yoxlayır və müvafiq qiyməti təyin edir. Smartfonunuzu elə yerindəcə təy... | publikaz_normalized |
Asiya Çempionlar Liqasının ilk turunun oyunu keçirmək üçün İrana yollanan "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldoya böyük maraq var. Onlar müxtəlif yollarla portuqaliyalı forvardı görməyə çalışıblar. Onlardan biri azyaşlı uşaq olub. Əl-Nəsr"in məskunlaşdığı otelin qarşısında Ronaldonu gözləyən həmin fanat ulduz futbol... | publikaz_normalized |
Ölkənin birinci bankı Kapital Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumu çərçivəsində daha 2 vətəndaşa dəstək göstərib. Tovuz rayonunda... | publikaz_normalized |
Bu gün Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi ilə 28 nəfərin keçidi olub. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub. Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində... | publikaz_normalized |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə 16 Sentyabr Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar ənənəvi olaraq "Xəzəri qoruyaq! şüarı altında keçirilən irimiqyaslı təmizlik aksiyası baş tutub. Layihə çərçivəsində bankın əməkdaşlarından ibarət Fondunun könüllüləri Xəzərin Bilgəh sahili ərazisi... | publikaz_normalized |
Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə Azər... | publikaz_normalized |
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın növbəti mina terrorunu pisləyib. Qeyd olunub ki, sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən hissəsində qanu... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar keçirilib. Bildirilib ki, kurslara 1400-ə yaxı... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə 7 polis əməkdaşı həlak olub, daha 6-sı yaralanıb. Bu baradə jurnalistin özü məlumat verib. Qeyd olunub ki, şəhidin nəşi vida üçün hazırda Sumqayıt şəhərinə gətirilir. Məlumat üçün bildirək ki, saat 01 radələrində Füzuli rayonu ərazisində polisl... | publikaz_normalized |
Bir neçə kəndə giriş-çıxış bağlandı":Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib. Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb. Piyadalar kiçik yolla hərəkət edə bilir. Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpü də dağılıb. Körpü və yolların dağılmasına görə şagirdlərin məkt... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayo... | publikaz_normalized |
Almaniya Daxili İşlər Nazirliyi “Hammerskins Germany” adlı irqçi neonasist qrupun fəaliyyətini qadağan edib. Açıqlamada, qadağa qərarından sonra səhər saatlarında 10 əyalətdə 28 yaşayış məntəqəsinə basqın edildiyi və qrupun mallarına həbs qoyulduğu qeyd edilib. Daxili İşlər Naziri Nensi Faeser qadağa ilə bağlı verdiyi ... | publikaz_normalized |
Fransanın "beIN Sports" kanalı Çempionlar Liqasının ilk turu çərçivəsində keçiriləcək "Yanq Boyz"-"Leypsiq" oyununu yayımlaya bilməyəcək. Fransa maliyyə bazarları orqanı (AMF) şirkəti çox riskli hesab edir. 2016-cı ilin sonundan sözügedən ölkədə idman yarışları zamanı bu cür xidmətlərin reklamı qadağan edilib. Buna əmə... | publikaz_normalized |
Təkcə bu gün erməni separatçılarının Qarabağda yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətəndaşı həlak olub. Bu minalar yaxın zamanda yerləşdirilib. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susur?". Diplomat qeyd edib ki, onlar yalnız saxta ərzaq blokadasından danışırlar, halbuki 2020-ci ilin n... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib. Bildirilib ki, təlim Mərkəzin Xilasetmə hissəsinin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstrema... | publikaz_normalized |
Buna haqqın yoxdur":"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası üçün getdiyi Nyu Yorkda Amerikanın "PBS" kanalının qonağı olaraq gündəmlə bağlı sualları cavablandırıb. Sözü gedən insanlardan bir təhlükə hiss edirsinizmi? sualını Ərdoğan belə cavablandırıb: Bu s... | publikaz_normalized |
Son günlər leysan xarakterli yağan yağışlar Zaqatala rayonunda da fəsadlar törədib. Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. "Məsələ ilə bağlı Zaqatala rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, hadisə sentyabrın 17-si gecə saatlarında baş verib: “Gələn güclü ... | publikaz_normalized |
Qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polislərin fotoları yayılıb. Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-... | publikaz_normalized |
Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də sə... | publikaz_normalized |
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Bildirilib ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayon... | publikaz_normalized |
Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Bildirilib ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin... | publikaz_normalized |
Ordumuz bu əraziləri hədəfə almır":"Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır". Qeyd edilib ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələ... | publikaz_normalized |
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür. | publikaz_normalized |
Qarabağdakı antiterror əməliyyatları barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb. Qeyd edilib ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, E... | publikaz_normalized |
TOR məhv edildi - VİDEO":"Azərbaycanın silahlı qüvvələri tərəfindən Xankəndidəki qanunsuz erməni silahlı birləşmələrinə aid TOR zenit-raket kompleksi məhv edilib. Ordumuzun arsenalında mövcud olan yüksək dəqiqliyə malik silahların istifadəsi ilə yalnız qondarma rejimin qanunsuz silahlı birləşmələrinə məxsus hərbi hədəf... | publikaz_normalized |
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) media subyektləri və jurnalistlərə çağırış edib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektləri və jurnalistləri dəqiqləşdirilməmiş informasiya yaymamağa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etm... | publikaz_normalized |
Ermənistan 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə üzərinə götürdüyü öhdəliklərdən geri çəkilmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə müttəfiqindən uzaqlaşıb Qərbə üz tutmaqla çox təhlükəli oyun oynayır. Prosesdə maraqlı olan tərəflər Ermənistanın baş naziri Nikol Paşinyanı rus ruleti oynadığın... | publikaz_normalized |
Rusiya Futbol İttifaqı yerli klubların və milli komandaların beynəlxalq turnirlərdən mümkün iştirakıyla ilə bağlı vəziyyəti UEFA və FİFA ilə müzakirə edir. Qeyd olunub ki, FİFA və UEFA ilə dialoq aparılır və Rusiyanın rəsmi beynəlxalq yarışlara qayıtmasının zəruriliyi ilə bağlı mövqeyi bildirilir: Biz beynəlxalq futbol... | publikaz_normalized |
Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur. Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutur. | publikaz_normalized |
Azərbaycanın Qarabağ bölgəsində, Kərkicahan-Xəlfəli yolunda Ermənistan silahlı qüvvələrinin dağıdılmış postunun görüntüləri yayılıb. | publikaz_normalized |
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumları... | publikaz_normalized |
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir. Tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır. Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Erməni... | publikaz_normalized |
Taxtakörpü su anbarından Ceyranbatan su anbarına gələn əsas su xətlərindən birində sızma yaşanır. Həmin anbar isə sözügedən boru xətti vasitəsilə Taxtakörpü su anbarından qidalanır. Ona görə də həmin kəmərdə su axınını dayandırıb xətti təmirə bağlaya bilmirik. Amma payız aylarında həmin boru xəttini təmirə bağlayacağıq... | publikaz_normalized |
Antiterror tədbirləri barədə səsgücləndirici vasitələrlə Xankəndi sakinləri xəbərdar edilir. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir. Tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur də... | publikaz_normalized |
Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Bildirilib ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və dig... | publikaz_normalized |
Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. | publikaz_normalized |
Azərbaycanda Tiktok sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. | publikaz_normalized |
Ermənistan hökuməti beynəlxalq hüquqa və öhdəliklərinə əməl etməli, öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalı, qanunsuz erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv edilməlidir. Qeyd olunub ki, Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ... | publikaz_normalized |
Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri bölmələrimizin sərrast atəşi nəticəsində məhv edilir. | publikaz_normalized |
Rusiya Azərbaycan tərəfdən regiondakı son vəziyyətlə bağlı məlumat alır". Hazırda Azərbaycan tərəfi ilə əlaqələr qurulur. İkinci məqam ondan ibarətdir ki, yaxın vaxtlarda əlaqələrin nəticələrinə əsasən XİN vasitəsilə müvafiq bəyanat veriləcək. Azərbaycan tərəfdən məlumat alırıq”, - o bildirib. | publikaz_normalized |
Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub. General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlan... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.