text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycan öz ərazisində Qarabağda de-yure hərbi əməliyyatlar aparır. “İrəvanın Qarabağla bağlı Rusiyaya qarşı ittihamları əsassızdır. Vladimir Putinlə Nikol Paşinyan arasında danışıqlar razılaşdırılır. Azərbaycanla təmaslar iş səviyyəsində davam edir, lazım gələrsə, Putinlə İlham Əliyev arasında danışıqlar razılaşdırı...
publikaz_normalized
Bu gün lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qoşunlara müvafiq tapşırıq verilib". Onun sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələri tapşırıqları icra edir.
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Xocavənddə yerləşən qədim alban Amaras monastırının Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyi haqda məlumat yayılıb. Bəs alban Amaras monastırı haqda nə bilirik? Amaras məbədi Azərbaycanda ən qədim alban abidələrindən biri sayılır. Ermənilər son 30 ildə xristian-alban mədəniyyətinin ayrı...
publikaz_normalized
Bakı Metropoliteninin “Gənclik” stansiyası “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, sərnişinlərin səmti rahatlıqla müəyyən ...
publikaz_normalized
Rəqibi səhv etməyə məcbur eləməliyik":"Qarabağ" sabah Avropa Liqası qrup mərhələsinin ilk turunda Bakıda "Molde"ni qəbul edəcək. - Hamımıza məlumdur ki, cəbhə bölgəsində terrora qarşı mübarizə gedir. Şəhidlərimiz var, Allah rəhmət eləsin. Bəlkə də oyun barədə çox danışmağa ehtiyac yoxdur. Orada elə vəziyyət, biz oyunda...
publikaz_normalized
Antiterror tədbirləri ilə bağlı qərəzli bəyanatları qınayırıq":"Qərbi Azərbaycan İcması olaraq Avropa Şurasının bəzi rəsmilərinin Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi antiterror tədbirləri ilə əlaqədar verdikləri qərəzli bəyanatları qınayırıq. Qeyd edilib ki, terror təhdidlərini dəf etmək və Konstitusiya qu...
publikaz_normalized
İrandan Ermənistan və Azərbaycana bütün aviareyslər ləğv edilib. Bildirilib ki, sərnişinlərin təhlükəsizliyini qorumaq məqsədi ilə İrandan Ermənistan və Azərbaycana bütün uçuşlar növbəti bildirişə qədər təxirə salınıb.
publikaz_normalized
Bu həvəslə daha böyük uğurlar əldə edəcəyik":"Qarabağ"ın kapitanı Maksim Medvedev Avropa Liqası qrup mərhələsinin "Molde" ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib. Artıq əsas işimizi görə bildik. Avropa Liqasının qrupunda hər il nəticəyə yaxın idik. Futbolçular hər şeyi edəcəklər ki, daha da irəli...
publikaz_normalized
Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evində amerikalı milyarder İlon Maskla görüşdü. Böyük maraq doğuran görüş dünya mətbuatının da manşetlərini bəzədi. Türkiyə rəsmilərinin iştirak etdiyi tədbirdə bir çox mühüm məsələlər müzakirə olunsa da, ən yaddaqalan məqamlardan biri qəbula ...
publikaz_normalized
İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır. Ermənistan Azərbaycanla separatçılar arasında danışıqlarda iştirak etməyib", - deyə o bildirib. Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı ...
publikaz_normalized
Silah-sursatı tükənən Ermənistan silahlı qüvvələri birləşmələrinin hərbi qulluqçuları pərakəndə şəkildə təşviş içində döyüş mövqelərini tərk edirlər. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio France Internationale”, “l'Opinion” qəzeti, “France 24” telekanalı, İsrailin “Israeli Public Broadcasting” və İsrail ordusu radiosu, həmçinin “Arabic Asharq News”, “Almash'had TV” və “Al Jazeera” kimi müxtəlif xarici KİV-lərə ...
publikaz_normalized
Tarix boyu paylaşdığımız tale birliyini bu gün də davam etdiririk. Biz fəxrlə Can Azərbaycanın haqlı Qarabağ mübarizəsində yanındayıq", - deyə o əlavə edib. Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan si...
publikaz_normalized
“Ağdam şəhərində bərpa işləri aparan şirkətdə çalışıram. Ötən gün ermənilər işlədiyim texnikanı top mərmisiylə atəş tutdular. Nəticədə qəlpə yaraları aldım”. “Bir müddətdir ki, işğaldan azad edilmiş Ağdam şəhərində quruculuq işləri ilə məşğul olurdum. Ötən gün çalışan zaman qəflətən traktorun silkələnməsini hiss etdim....
publikaz_normalized
Polis Nyu Yorkdakı uşaq bağçasında yataq döşəyinin altından bir kiloqram fentanil tapıldığını, bir uşağın öldüyünü, daha üç uşağın isə xəstəxanaya yerləşdirildiyini bildirib. Digər üç uşaq da bağçada güclü narkotikə məruz qaldıqdan sonra xəstəxanaya yerləşdirilib. Narkotik sui-qəsd və adam öldürmə ittihamı ilə iki nəfə...
publikaz_normalized
Gələn il Naxçıvan şəhərində tramvay xəttinin layihələndirilməsi nəzərdə tutulur. Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Bundan başqa, muxtar respublikada elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzə...
publikaz_normalized
“Müzəffər Azərbaycan Ordusu, müzəffər dövlət və Müzəffər Ali Baş Komandan təxminən 22-23 saatlıq antiterror əməliyyatı ilə Ermənistanı dizə gətirdi”. O qeyd edib ki, Ermənistan və Qarabağda yaşayan bütün ermənilər ağ bayraq qaldıraraq bütün şərtləri qəbul etdilər: “Bu əslində 10 noyabrdan sonra Ermənistanın ikinci dəfə...
publikaz_normalized
Vaqanova adına Rus Balet Akademiyasının rektoru, Rusiyanın Xalq artisti, məşhur balet artisti Nikolay Tsiskaridze Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub. Daha sonra sinif otaqları və dərs zalları ilə tanış olan Nikolay Tsiskaridze BXA-nın tələbə və müəllimləri ilə görüşərək, klassik baletin incə məqamlarından bəh...
publikaz_normalized
Avropa Liqasının H qrupunun 1-ci turunun Bakıda keçiriləcək “Qarabağ”-“Molde” görüşünə bilet satışı davam edir. İndiyədək matça 19 min bilet satılıb. “Qarabağ”-“Molde” qarşılaşması sentyabrın 21-də, 31 min tamaşaçı tutumundan bir qədər çox tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:45...
publikaz_normalized
Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun antiterror tədbirləri ilə bağlı Bəyanatı Azərbaycan Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu Qarabağda və şərti sərhəddə səngimək bilməyən erməni təxribatları və buna cavab olaraq ordumuzun başlatdığı antiterror tədbirləri ilə bağlı bəyanat yayıb. “Son aylar həm E...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib. Söhbət zamanı 20 sentyabr – “Əsrin müqaviləsi”nin imzalandığı günün önəmi qeyd edildi, bunun ölkəmizin inkişaf tarixində çox mühüm bir səhifə olduğu vurğulandı. Prezident İlham Əliyev “Əsrin m...
publikaz_normalized
Ermənistanda hökumət rəsmiləri Qarabağda həll yolları axtarmaq əvəzinə öz təhlükəsizlik problemlərini həll etməklə məşğuldur. “Aldığımız məlumata əsasən, yüksək rütbəli dövlət məmurları artıq hökumət bağlarını tərk ediblər. Kişilər Nikol Paşinyanla birlikdə Müdafiə Nazirliyinin bunkerinə, qadın və uşaqlar isə başqa mən...
publikaz_normalized
Putin Qarabağda baş verən son hadisələrə münasibət bildirib. Bizim sülhməramlılarımız cəlb olunmuş bütün tərəflərlə çox aktiv şəkildə işləyir. Mülki əhalini qorumaq üçün hər şeyi edirlər". O qeyd edib ki, Moskva Qarabağdakı problemin sülh yolu ilə həllinin mümkünlüyünə inanır.
publikaz_normalized
Ronaldonun transferi səhv idi":"Mançester Yunayted"in sabiq baş məşqçisi Ole Qunnar Sulşer maraqlı açıqlama verib. “Bu, imtina etmək çətin olan bir fürsət idi. Hiss etdim ki, qərar qəbul edib transferi geri götürməliyik, amma sonda səhv olduğu ortaya çıxdı. Kriştiano ilk oyunda “Nyukasl”a dubl edəndə qərarın çox düzgün...
publikaz_normalized
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilir. Prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və minimum 5 sa...
publikaz_normalized
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv edilib. Fərmanla “Bakı şəhərində körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqq...
publikaz_normalized
Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalovun əmlaklarının müsadirə edilməsi ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb. Eks icra başçısının oğlanları-Rəsul və Fərid Zeynalovlar əmlakların müsadirədən azad olunmasını xahiş ediblər. Məhkəmə müsadirə ilə bağlı qərarda hər hansı qanunsuzluq ol...
publikaz_normalized
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 2020-ci ildə qısa zamanda üçrəngli bayrağımızı 30 il işğal altında qalan ərazilərimizdə dalğalandırması dünyanın hansı ölkəsində yaşamasın...
publikaz_normalized
Təbii ki, bu tədbirə bir ildən çox müddət ərzində istər diplomatik, istər hərbi, istərsə də informasiya baxımından ciddi hazırlıq getdi. Yəni iş çox peşəkar və düzgün şəkildə qurulmuşdu. Ona görə də, nəticə belə tez əldə olundu. "Politoloq qeyd edib ki, Azərbaycan ordusunun separatçılar üzərində çox qısa müddət ərzində...
publikaz_normalized
Xankəndi Azərbaycan bayrağını gözləyir":"Azərbaycan Ordusunun Qarabağda erməni silahlı qüvvələrinin qalıqlarına, qanunsuz silahlı dəstələrə və separatçılara qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri qələbə ilə başa çatdı. Nə az, nə çox, cəmi 24 saat ərzində separatçılar təslim olmağa məcbur oldular....
publikaz_normalized
İtaliyalı mütəxəssis Vinçentso Montella futbol üzrə Türkiyə millisinin yeni baş məşqçisi olacaq. Nəşr 49 yaşlı mütəxəssisin bu gün İstanbula gedəcəyini və 3 illik müqavilə imzalayacağını bildirib. Qeyd edək ki, yığmanın hazırkı baş məşqçisi almaniyalı Ştefan Kuntsdur. Montella son olaraq Türkiyədə “Adana Demirspor”a rə...
publikaz_normalized
Azərbaycan tərəfi bu gün Qarabağ ermənilərinin nümayəndələrinə siyahı təqdim edib və orada adları qeyd olunan şəxslərin Bakıya təhvil verilməsini tələb edib. Məlumata görə, sözügedən siyahıda separatçı rejimin keçmiş “rəhbər”lərinin, hərbçilərin və məmurlarının adları var.
publikaz_normalized
Azərbaycanı antiterror tədbirlərinə vadar edən səbəblər kifayət qədər idi və bu səbəblərin hər biri ermənilərlə bağlı idi. Başqa cür ifadə etsək ermənilər özləri bizi bu tədbirlərə başlamağa vadar etdilər". Onun sözlərinə görə, Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmə...
publikaz_normalized
Qarabağdakı separatçı rejim bölgədə anti-terror əməliyyatı aparan Azərbaycana təslim olmaq barədə sənəd imzalayıb. Məlumata görə, separatçıların hərbi qüvvələri bir sutka ərzində silahlılarının demək olar ki, yarısını itirib: Qüvvələrin təxminən 2,5 min hərbçidən ibarət olduğu, itkilərin 1000 nəfərə yaxın olduğu qeyd e...
publikaz_normalized
Ordumuzun Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələri birləşmələrinin 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. “Bez Termozov” Teleqram kanalı Ordumuzun nəzarətə götü...
publikaz_normalized
San-Fransiskodakı Kaliforniya Universitetinin bir qrup alimi araşdırma zamanı aşkar ediblər ki, məişətdə istifadə olunan kimyəvi maddələr qadınlarda xərçəngin inkişafına təsir göstərir. Alimlərin nəticələri "Nature" jurnalında yayımlanıb. Tədqiqat zamanı alimlər 10 mindən çox könüllüdən alınan qan və sidik məlumatların...
publikaz_normalized
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" Asiya Çempionlar Liqasının qrup mərhləsində ilk oyununa çıxıb. Görüş "Buriram Yunayted"in 4:1 hesablı qələbəsiylə başa çatıb. Ramil bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 73-cü dəqiqədə əvəzlənib. Buriram...
publikaz_normalized
Qarabağın hər küncündə Azərbaycan bayrağı dalğalanacaq". Onun sözlərinə görə, rəsmi Ankara Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə atdığı addımları dəstəkləyir: Qarabağ Azərbaycan torpağıdır və Türkiyə Azərbaycanın addımlarını dəstəkləyir".
publikaz_normalized
Erməni əhalisinin nümayəndələri sabah Yevlaxda reinteqrasiya prosesini müzakirə edəcək. Görüş yeri üçün niyə Yevlax seçilməsi məsələsi haqda avqustun 1-də - bu məsələ ilk gündəmə gələndə yazmışdıq. Bu, ermənilərin Azərbaycana qarşı ərazi iddialarını sərhədində təslim aktı ilə dəfn etmək məqsədi daşıyır və müəyyən qədər...
publikaz_normalized
Moldova Ukraynanın qələbəsindən sonra Dnestryanı münaqişənin həlli üçün fürsət gözləyir. O ümid edir ki, Moldova bu münaqişəni sülh yolu ilə həll edə və Aİ-yə daxil ola bilər. Biz inanırıq ki, Ukrayna müharibədə qalib gələndə Dnestryanı münaqişənin həlli üçün geosiyasi imkan yarana bilər. Lakin bunun sülh yolu ilə gerç...
publikaz_normalized
Bu bir həqiqətdir ki, böyük korporasiyalar insanların həyatının bir çox aspektlərinə və hətta dolanışıq vasitələrinə təsir edə bilər. Bununla belə, eyni dərəcədə doğru olan budur ki, kiçik biznes həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dünyada yerli və regional iqtisadiyyatlar üçün eyni dərəcədə vacibdir. " "Mik...
publikaz_normalized
UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun “Qarabağ”la və Norveçin “Molde” komandaları arasında keçiriləcək oyundan öncə Qarabağdakı vəziyyəti izləyir. “UEFA vəziyyəti izləyir və ev sahibi tərəflə sıx əlaqə saxlayır. İndiki mərhələdə bizim əlavə şərhimiz yoxdur” – deyə, Avropanın ali futbol qurumunun mətbuat ...
publikaz_normalized
İran ilə Türkiyə arasında əldə edilən razılaşma əsasında 6 məhbus dəyişdirilib. Onun sözlərinə görə, Türkiyədən 3 iranlı, İrandan isə 3 türkiyəli ölkələrinə geri qaytarılıb
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Əsrin müqaviləsi – Azərbaycanın strateji inkişaf konsepsiyasının təməlidir” mövzusunda konfrans keçirilib. FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində təşkil edilən konfransda fövq...
publikaz_normalized
Sumqayıtda usta işlədiyi binadan yıxılaraq ölüb. Hadisə sentyabrın 19-u saat 10 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində qeydə alınıb. Tikilməkdə olan çoxmərtəbəli binanın 9-cu mərtəbəsində usta kimi işləyən Taleh Həmidovun hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə ba...
publikaz_normalized
Əksər insanlar maqnit qasırğalarını hiss etmirlər, çünki onlar qısa müddətli hadisələrdir. Ancaq fırtınalar uzananda və günlərlə davam etdikdə, bədən bu gərginliyi hiss edir. Maqnit sahəsi adaptasiya sistemini aktivləşdirdiyi üçün bədənimizə təsir edərək yorğunluq və zəiflik yaradır. Xroniki xəstəlikləri olan insanlar ...
publikaz_normalized
“Azərbaycan lokal antiterror tədbirlərinə məcbur oldu”. O bildirib ki, Ermənistan vaxt qazanmağa çalışır: “Üç ilə yaxındır Ermənistan vaxt qazanmağa çalışır. Ona görə də antiterror tədbirlərinə məcbur olduq”.
publikaz_normalized
17:21" "Sentyabrın 20-də Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Na...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağla bağlı iclasında iştirak edəcək. C.Bayramov qeyd edib ki, Bakı hələ BMT Baş Assambleyası çərçivəsində İrəvanla danışıqları planlaşdırmır. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclası sentyabrın 21-də baş tutac...
publikaz_normalized
“Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu”. Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunun təmiri reinteqrasiyanı vəd edir: Ancaq Qarabağdakı erməni hərbi birləşmələrin mövcudluğu reinteqrasiyaya mane olurdu. Ona görə də Azərbaycan Ordusu məhdud, lokal antiterror tədbirləri keçirməli o...
publikaz_normalized
“Azərbaycan regional sülh gündəliyinə sadiqdir”. O bildirib ki, Azərbaycan reinteqrasiya üçün əlindən gələni edəcək: “Azərbaycan həmçinin Ermənistanla əlaqələrin normallaşmasına və sülhə sadiqdir”.
publikaz_normalized
Sabiq diplomatlar İranı yersiz addımlardan çəkinməyə çağırır" "Antiterror əməliyyatları ərəfəsi İranla iqtisadi əməkdaşlığın genişləndirlməsi, mövcud anlaşılmazlıqların aradan qaldırılması istiqamətində müəyyən addımlar atıldı. Hərçənd bu, İran KİV-lərinin total anti-Azərbaycan ciddi fəaliyyətinə təsir etməsə də, rəsmi...
publikaz_normalized
“Azərbaycan öz işini özü həll etməyə məcbur oldu”. O bildirib ki, Ermənistan bu gün əldə olunan razılığı tam şəkildə icra edəcək: “Bu isə sülh prosesinə rəvac verəcək”. E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan bundan sonra əsas məsələlərə diqqət yetirə biləcək. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ...
publikaz_normalized
İranın Tehran əyalətində 300 çörək bişirən müəssisəsində “Səngək” adlı çörəyin qiyməti 2 min tüməndən 3 minə qalxıb. İranın iqtisadiyyat naziri Ehsan Xandozi bildirib ki, ölkə üzrə çörəyin vahid qiyməti yoxdur: “Onun qiymətini regionlar bazara uyğun müəyyənləşdirir”. Nazirin sözlərinə görə, çörəyin bahalaşması əyalətlə...
publikaz_normalized
Qarabağda silahsızlaşdırmanın həyata keçirilməsinin mexanizmləri hazırlanır. Prezidentin köməkçisi bildirib ki, prosesin hansı marşrutlar üzrə həyata keçiriləcəyinin işçi mexanizmləri üzərində işlər görülür.
publikaz_normalized
44 günlük müharibədən sonra sülh sazişi ilə bağlı təşəbbüs Azərbaycana məxsusdur, baxmayaraq ki, 30 il ərzində işğala məruz qalan tərəfdir. Onun sözlərinə görə, iki ölkə arasındakı sülh mətnini də Azərbaycan hazırlayıb təqdim etmişdi: ABŞ və digər dövlətlər də sülh sazişi üçün platformalar təqdim etmişdir. Amma məsələ ...
publikaz_normalized
Bakıya qarşı mümkün sanksiyaların tətbiqi ilə bağlı məlumat ciddi qəbul edilməməlidir, çünki bu cəhdlər vəziyyəti pozmağa yönəlmiş açıq-aşkar təxribat xarakterli aktdır. Onun sözlərinə görə, bu, hazırkı vəziyyəti pozmağa yönəlmiş açıq-aşkar təxribat xarakterli hərəkətdir, bu gün razılaşma əldə olunub: “Təəssüflər olsun...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev yaxın dəqiqələrdə xalqa müraciət edəcək.
publikaz_normalized
Qanunsuz erməni silahlı birləşmələri sentyabrın 19-da Şuşanı ağır artilleriya ilə bombalayıblar. “Dünən Şuşa şəhəri bombalanmışdır. Bilirsiniz ki, Şuşa xalqımız, Azərbaycan üçün nə qədər dəyərlidir”, - H.Hacıyev qeyd edib.
publikaz_normalized
Milli Məclisin İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin İran İslam Respublikası İslam Şurası Məclisinin üzvləri ilə görüşü keçirilib. O, bu günlərdə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribatlara cavab olaraq, həyata keçirilən anti-terror tədbirləri b...
publikaz_normalized
“Qarabağ”ın heyətində Marko Yankoviçi xüsusi fərqləndirərdim. O, çox təhlükəli futbolçudur. 23 yaşlı yarımmüdafiəçi Bakıda onları çətin oyunun gözlədiyini söyləyib: “Səfərimiz yaxşı keçdi, birbaşa reys idi. “Qarabağ”ın heyətində 2020-ci ildən xatırladığım futbolçu Kevin Medinadır”. Qeyd edək ki, sentyabrın 21-də Tofiq ...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının keçirildiyi Nyu Yorkda Yunanıstanın Baş naziri Kriakos Miçotakisi qəbul edib.
publikaz_normalized
Digər ölkələrin öz aralarındakı geosiyasi rəqabəti Cənubi Qafqaza daşımasına ehtiyac yoxdur. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regional məsələlər məhz regionda həll edilməlidir və Azərbaycan bu gündəliyin tərəfdarıdır: Cənubi Qafqaz regionu onsuz da münaqişələrdən, təhlükələrdən uzun müddət ...
publikaz_normalized
Xarici ölkələrdə yaşayan Güney Azərbaycandan olan milli fəallar Qarabağda həyata keçirilən antiterror tədbirlərini dəstəkləyirlər. Milli fəalların bəyanatında vurğulanıb ki, Qarabağ bölgəsində qanunsuz yerləşdirilən Ermənistan hərbi birləşmələri son zamanlar təxribat fəaliyyətlərini genişləndirib, minalardan təmizlənən...
publikaz_normalized
Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqləyir. “Pakistan mina partlayışları nəticəsində baş vermiş insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına və hökumətinə səmimi başsağlığı verir. Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyi...
publikaz_normalized
Ölənlər var":"Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub, ölənlər var. Hadisə sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazidə - Canyataq kəndi yaxınlığında qeydə alınıb. Məlumata görə, avtomobildə olan hərbçilər həlak olub. Nazirliyin məlumatına görə, Rusiya və Azərbaycan istintaq orqanlarını...
publikaz_normalized
Türk Dövlətləri Təşkilatı (TDT) Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı törətdiyi təxribatlardan ciddi narahatlığını ifadə edir, Azərbaycanın Qarabağ iqtisadi rayonunda dinc əhali və Azərbaycan əsgərlərinin ölümünə səbəb olan son terror aktlarını pisləyir. Bəyanatda vurğulanır ki, Ermənistan si...
publikaz_normalized
BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının xarici işlər naziri Krişyanis Karins ilə görüşüb. Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyy...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edir. Dövlət başçısının müraciətini təqdim edirik. 18:46" "Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edəcək.
publikaz_normalized
İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur. Dünənki terror aktı bu sıradan olan hadisə idi. Dövlətimizin başçısı bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbayc...
publikaz_normalized
Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edən dövlətimizin başçısı deyib: “Ağır relyef şəraitində, ...
publikaz_normalized
Bu gün səhər saatlarında bizə bildirildi ki, şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar. Dövlətimizin başçısı qeyd edib: “Mənim cavabım belə oldu ki...
publikaz_normalized
Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Onların Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etdiklərini vurğulayan dövlətimizin başçısı şəhidlərin əziz xatirəsinin qəlbimizdə ə...
publikaz_normalized
Antiterror tədbirləri yüksək peşəkarlıqla, dəqiqliklə elə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi. Bölgəmizdə yeni vəziyyətin yaranmasının labüd olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib: “Çünk...
publikaz_normalized
Mən bunu demişəm, bir daha demək istəyirəm, Qarabağdakı erməni əhali bizim vətəndaşlarımızdır. Dövlətimizin başçısı qeyd edib ki, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası “rəhbərləri” o insanları (Qarabağın erməni əhalisini – red.) girov götürmüşdü, onların beyinlərini zəhərlə...
publikaz_normalized
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Qarabağdakı vəziyyəti müzakirə edib. Tərəflər Ermənistan-Rusiya ikitərəfli gündəliyindəki məsələlərə də toxunublar.
publikaz_normalized
Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Dövlətimizin başçısı qeyd edib: “Biz Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin, dağıdılmasında, qəbirlərin qazılmasında erməni xalqını g...
publikaz_normalized
Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyi güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. Cənubi Qafqazın əsrlər boyu davalar, savaşlar, qanl...
publikaz_normalized
Çeçenistan rəhbəri Ramzan Kadırovun Moskva Mərkəzi Klinik Xəstəxanasında qalması onun səhhəti ilə deyil, əmisi Maqomed Kadırovla bağlı olub. Kadırov iddia edir ki, ezamiyyətdə olarkən Mərkəzi Klinik Xəstəxanaya qohumuna baş çəkmək üçün gəlib. O, səhhəti ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Kadırov bildiri...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis Seymur Mahmudov dəfn edilib. Həlak olan polisimizin anası təsirli sözlər söyləyib. Həmin görüntüləri t...
publikaz_normalized
20 sentyabr 2023-cü il tarixində BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb. C.Bayramov, Azərbaycanın İƏT-ə üzv olduğundan bəri Təşkilatla q...
publikaz_normalized
Xankəndi də, Xocalı da…":"Aylar öncə - may ayının 10-da Şuşadaydıq. Buradakı tədbirlərdə iştirak üçün getmişdik. Sərgilər, musiqi törəni, bayram əhval-ruhiyyəsi... hər şey son dərəcə gözəl idi, Şuşanın özü kimi. İz" filmini də ilk dəfə orada izlədik. O filmi sizə necə təsvir edim? Hisslərimi, təəssüratımı necə ifadə ed...
publikaz_normalized
Polislə etirazçılar toqquşdu - VİDEO":Ermənistan hökumətinin binası önündə gərgin vəziyyət yaranıb. Polis etiraz edən şəxslərin hərəkətlərinin qanunsuz olduğunu bəyan edib. Hökumət binasının qarşısında etiraz edən şəxslər polisə müxtəlif əşyalar atıblar. Hüquq-mühafizə orqanları xüsusi tədbir görməyə hazırlaşdıqlarını ...
publikaz_normalized
Azərbaycan Konstitusiyaya uyğun olaraq Qarabağın bütün sadə erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək, eləcə də ölkədə 30 ildir mövcud olan "boz zona”ya son qoymaq niyyətindədir. Prezidentin köməkçisi qeyd edib ki, CNN-in hesabatı bütün reallıqları əks etdirmir və balansı pozur, bütün faktlar diqq...
publikaz_normalized
Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb. Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiya Federa...
publikaz_normalized
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən irimiqyaslı hərbi təxribatları və terror aktlarını pisləyir və Qarabağda erməni kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılan minaların partlaması nəti...
publikaz_normalized
Azəriqaz" İB Şəmkir, paytaxtın Sabunçu və Xətai rayon sakinlərinə müraciət edib. Təmir-quraşdırma işləri aparılan müddətdə Xəzər rayonunun Binə qəsəbəsinin Südçülük sovxozu adlanan ərazinin, Xətai rayonunun Ağ şəhər yaşayış massivinin, Xocalı prospektinin və M.Mehdizadə, S.Orucov, N.Rəfiyev, N.Əliyev küçələrinin, eləcə...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Məlumata görə, Ərdoğan İlham Əliyevdən Azərbaycanın keçirdiyi antiterror tədbirlərdən sonra son vəziyyət ilə bağlı məlumat alıb. Prezident Ərdoğan danışıq zamanı Türkiyənin Azərbaycana hərtərəfli dəstəyini bir d...
publikaz_normalized
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Lixtenşteynin xarici işlər, təhsil və idman naziri Dominik Hasler ilə görüşüb. Ceyhun Bayramov, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcudluğundan bəhs...
publikaz_normalized
Sentyabrın 20-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı regiondakı vəziyyət barədə fikir mübadiləsi aparılıb. Şarl Mişel regionda baş vermiş hadisələrdən narahatlığını ifadə edib. Prezident İlham Əliyev Ermənistan silahlı qüv...
publikaz_normalized
Türkiyənin Malatya şəhərində yerləşən dağlıq ərazidə yanğın baş verib. Bildirilib ki, əraziyə 15 maşın yanğınsöndürmə briqadası və 60 canlı qüvvə cəlb olunub, hadisə nəticəsində nəqliyyatın hərəkətində çətnliklər yaranıb. yanğının əhatə dairəsi küləyin təsiri ilə daha da böyüyüb, yaxınlıqda olan yaşayış evlərinə də təh...
publikaz_normalized
Luis Moreno Okamponun hesabatını ciddi qəbul etmək çətindir, o, barəsində mühüm ittihamlar irəli sürülən korrupsioner vəkildir. Onun bu reportajı erməni lobbiçilərinin pulu ilə hazırlamasınl sübut edən faktlar var. Təəssüf edirəm ki, o, hüquqşünas olsa da, "soyqırımı" anlayışından sui-istifadə edir, bəzi beynəlxalq med...
publikaz_normalized
Ağır fiziki işi unudun":" "Qoç - İşlər o qədər də pis deyil. Yaşamdan şikayətlənməyə səbəb yoxdur. Diqqətə ehtiyac duyduğunuz üçün ekstravaqant addımlar atmayın. Sizi dinləyəcək, dərdinizdən hali olacaq insan tapacaqsınız. Yaxın bildiyiniz insandan qayğınızı və şəfqətinizi əsirgəməyin. Qüvvə və enerjiniz çox olduğundan...
publikaz_normalized
Yevlax görüşündə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə ediləcək. Dövlətimizin başçısı bu gün antiterror tədbirlərinin dayandırılması ilə bağlı...
publikaz_normalized
Sentyabrın 20-si saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
publikaz_normalized
UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda daha iki oyun keçirilib. A qrupundakı qarşılaşma 2:2 hesabı ilə bitib. C qrupundakı digər matçda "Real Madrid" İspaniyada Almaniyanın "Union” (Berlin) klubu ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
publikaz_normalized
İranda güclü qum qasırğası baş verib. Buna görə, bir sıra idarələr bağlanıb . Sistan və Bəlucistan əyalətinin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebi deyib: “Qum qasırğasının sürəti və artması səbəbindən bu gün bölgənin beş şəhərində yardım və tibbi xidmət idarələri istisna olmaqla digər idarələr bağlanıb”.
publikaz_normalized
Qarabağda aparılan antiterror tədbirləri zamanı təslim olan erməni silahlılarının görüntüləri yayılıb. Həmin görüntüləri təqdim edirik: Qeyd edək ki, antiterror tədbirləri 19 sentyabrda başlayıb və 20 sentyabrda başa çatıb. Nəticədə erməni terrorçular tərk-silah olunma tələbini qəbul ediblər, Ermənistan ordusunun bölmə...
publikaz_normalized
Türkay adlı təbrizli körpənin ailəsi 9 ay davam edən hüquqi prosedurdan sonra, nəhayət ki, qız övladları üçün doğum haqqında şəhadətnamə ala biliblər. Atanın sözlərinə görə, vəkil Davud Əli Məhəmməd və Sina Yusifinin Şərqi Azərbaycan əyalətinin Qeydiyyat İdarəsi ilə hüquqi çərçivədə apardıqları məhkəmə prosesi nəticəsi...
publikaz_normalized
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığında Azərbaycanın antiterror tədbirləri müzakirə edilib.
publikaz_normalized