text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyan əleyhinə aksiyalar davam edir. Aksiyaçılar hökumət əleyhinə şüarlar səsləndirir, ölkə rəhbərliyini və şəxsən baş nazir Nikol Paşinyanı ölkənin hazırkı vəziyyətinə görə günahlandırırlar.
publikaz_normalized
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub. Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 2-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 11-ci dəqiqədə Nəriman Axundzadə "köhlən atlar"ın ikinci qolunu vurub. Qonaqların heyətində Kevin Medina 42-ci dəqiqədə ...
publikaz_normalized
Kənardan futbolçuma müdaxilə oldu. Həmin şəxsə qarşı emosiyalarımı saxlaya bilmədim. 51 yaşlı mütəxəssis görüşdən sonra hakimlə söhbətinin pis alınmadığını bildirib. Qurbanov müdafiəçi Kevin Medinanın qırmızı vərəqə almasına da toxunub: Mənim gördüyüm odur ki, birinci rəqib tərəfdən zərbə gəldi, sonra Medina özünü saxl...
publikaz_normalized
ev mühafizə olundu":"Bakının Suraxanı rayonunda yanğın olub. Məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 80 m² olan külafirənginin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi davam etdirilir. Bildirilib ki, hazırda millət vəkilinin vəziyyəti ağır-stabil olaraq qalır. TƏBİB bəzi sosial şəbəkə hesablarında və saytlarda yayılan xəbəri də təkzib edib.
publikaz_normalized
sürücü yanaraq öldü - YENİLƏNDİ":"Cəlilabad rayonunun Qarazəncir kəndində ağır yol qəzası baş verib. İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Elşən Həbiyev yanıq xəsarəti alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, dün...
publikaz_normalized
Ermənistanla baş verənləri yaxından izləyirik":"Son günlər Ermənistan və Azərbaycan arasında baş verənləri yaxından izləyirik. Hazırda diqqətimiz mümkün humanitar yardım üzərindədir. BMT-nin həm Azərbaycanda, həm də Ermənistanda missiyaları fəaliyyət göstərir və bölgədəki əməkdaşlarımız hər iki ölkə ilə yaxından işləyi...
publikaz_normalized
İsveçin Eskilstun şəhərindəki ən böyük məsciddə güclü yanğın baş verib. Hadisə yerində polis və fövqəladə xidmətlər işləyir. Əraziyə giriş-çıxışa məhdudiyyət qoyulub, güclü duman müşahidə olunur. “Hadisə yerinə dörd müxtəlif stansiyadan təxminən 15 yanğınsöndürmə briqadası gəlib. Onu xilas etmək mümkün olmayıb. Xoşbəxt...
publikaz_normalized
İraqın təhlükəsizlik xidmətləri Kərkük vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror təşkilatının yüksək rütbəli komandirini saxlayıb. “Hərtərəfli kəşfiyyat işi və daimi monitorinq sayəsində terrorla mübarizə əməkdaşları Kərkük vilayətində terror qruplaşmasının komandiri Əbu Baharini saxlayıblar”,...
publikaz_normalized
Deputat Qənirə Paşayevanın vəziyyəti ilə bağlı çağırış edilib. Qənirə xanımın Mərkəzi Klinikanın Təcili Tibbi Yardım Mərkəzində müalicəsi davam edir. Onunla bağlı yalnız rəsmi məlumatlara etibar etməyinizi xahiş edirik", - paylaşımda deyilir. Xatırladaq ki, sentyabr ayının 23-ü millət vəkili Paşayeva Qənirə Ələsgər qız...
publikaz_normalized
Azərbaycan Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimatlar göndərib. Qeyd edək ki, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində yaralananlar var.
publikaz_normalized
Almaniyanın müdafiə naziri Boris Pistorius Latviyaya səfəri zamanı rəsmi Berlinin Baltikyanı ölkələrdə təhlükəsizliyin təmin edilməsində aparıcı rol oynamağa hazır olduğunu bildirib. “Almaniya Baltikyanı ölkələrdə aparıcı hərbi rolu öz üzərinə götürməyə hazırdır. Sizin təhlükəsizliyiniz bizim də təhlükəsizliyimizdir”, ...
publikaz_normalized
İnfarkt döş qəfəsində şiddətli ağrı və hava çatışmazlığı hissi ilə xarakterizə olunur, lakin bəzən xəstəlik özünü fərqli şəkildə göstərə və ya özünü digər bir xəstəlik kimi büruzə verə bilir. “Böyüklər arasında ölüm səbəblərinin 46,3%-i qan dövranı sistemi xəstəlikləridir. Bunun 6,5%-ni kəskin miokard infarktı təşkil e...
publikaz_normalized
Dünyada milyardlarla istifadəçisi olan vatsap gələn aydan köhnə "Android" dəstəkli smartfonlarda işləməyəcək. Tətbiqin çalışması üçün cihaz minimum "Android 5"ə qədər yenilənməli və ya ondan sonrakı versiyaları dəstəkləməlidir. “Whatsapp” köhnə "Android" dəstəkli smartfonlarda işləməyəcək. “Whatsapp”ın dəstəyindən isti...
publikaz_normalized
aktiv olsanız, məqsədə çata bilərsiniz":"Qoç - günün ilk yarısında məhsuldar çalışın. Tənbəllik etməyin, süstlüyə yol verməyin. Belə davransanız, rəqibləri üstələyərək yaxşı nəticələrə nail ola bilərsiniz. Həddən artıq çalışaraq özünüzü yormayın. İfrat yorğunluq səhhətinizə ziyan vuracaq. Günün ikinci yarısında başağrı...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış olub. Hadisə nəticəsində çox sayda ölənlər və yaralananların olduğu bildirilir. Qeyd edək ki, Azərbaycan Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimatlar göndərib. Tibbi ləvazimatla...
publikaz_normalized
“İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə tələsmirik”. O, eyni zamanda Transkarpat macarlarının hüquqları ilə bağlı əvvəlki qanunlar bərpa olunmayana qədər beynəlxalq səviyyədə heç bir məsələdə Ukraynanı dəstəkləməyəcəklərini diqqətə çatdırıb. Viktor Orban Macarıstan parlamentinə verdiyi açıqlamada İsveçin NATO-ya üzvlük...
publikaz_normalized
Rusiyanın hava hücumundan müdafiə sistemləri 7 Ukrayna PUA-sını vurub. PUA-ların Belqorod vilayəti üzərində vurulduğu bildirilib.
publikaz_normalized
Sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.)...
publikaz_normalized
İraqda təlim uçuşu həyata keçirən hərbi helikopter qəzaya uğrayıb, iki nəfər xəsarət alıb. Qeyd edilir ki, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. İraqın Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə məxsus hərbi helikopterin Əl-Kut hərbi aviasiya bazasında qəzaya uğradığını qeyd edib. Hadisə ilə bağlı araşdı...
publikaz_normalized
Şimali Koreya COVİD-19 pandemiyasının başlanmasından sonra tətbiq edilən məhdudiyyətləri aradan qaldıraraq, sentyabrın 25-dən əcnəbilərin ölkəyə daxil olmasına icazə verib. Məlumata görə, Şimali Koreya hakimiyyətinin əmrinə uyğun olaraq, bütün əcnəbilər ölkəyə gəldikdən sonra iki günlük karantindən keçməli olacaqlar.
publikaz_normalized
Mərkəzi Amerika ölkəsi olan Qvatemalada yağan leysan yağışlar daşqınlara səbəb olub, sel nəticəsində 6 nəfər ölüb, daha 13 nəfər itkin düşüb. Ölənlər arasında bir azyaşlı da var. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir.
publikaz_normalized
Xankəndidə yanacaq məntəqəsində baş verən partlayış nəticəsində çoxsaylı yaralıların olduğu iddia edilir. Artıq Bakıdan Xankəndidə tibbi yardım da göndərilib. Lakin bu ərazilərdə mərkəzi hakimiyyət tam bərpa olunmadığı üçün hadisənin nəticələrini aradan qaldırmaqda çətinlik yarana bilər. Burada əsas diqqət çəkən məqam ...
publikaz_normalized
Türkiyənin Muğla vilayətinin Mərmərə rayonu sahillərində 34 qanunsuz miqrant və qaçaqmalçılıqda şübhəli bilinən 2 şəxs saxlanılıb. Qeyd edilir ki, Yunanıstan tərəfindən qəbul edilməyən 5 miqrant xilas olunub, əraziyə sahil mühafizəsinin dalğıc qrupu göndərilib. Miqrantlar əməliyyatlardan sonra aidiyyəti orqana təhvil v...
publikaz_normalized
TARİX AÇIQLANDI":"Ermənistanın müxalifət liderləri oktyabrın 5-ni ölkənin hazırkı baş naziri Nikol Paşinyanın istefaya göndərilməli olduğu gün kimi elan ediblər. Etiraz hərəkatının liderlərindən biri Andranik Tevanyanın sözlərinə görə, bütün qüvvələr birləşməlidir ki, oktyabrın 5-də Nikol Paşinyan istefaya göndərilsin....
publikaz_normalized
İnsanın dodaqları onun sağlamlıq güzgüsüdür, onlar hətta pnevmoniya, xərçəngi belə göstərə bilər. Pnevmoniyanın dodaqda əlaməti: Ağciyər iltihabi xəstəliklərində, virusa yoluxma zamanı, xüsusən uşaq və yaşlılarda dodaqlar göyərir, buz kimi soyuq olur. Göyərmiş dodaqlar sianoz adlanır, bu artıq hipoksiya əlamətidir. Onk...
publikaz_normalized
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində toy mərasimində yaranan mübahisə kütləvi dava ilə nəticələnib, 27 yaşlı gənc ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz-baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub. Hadisənin təfərrüat...
publikaz_normalized
Bakıda 57 yaşlı kişi dənizdə batıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Burkina-Fasonun şimalında son sutka ərzində 20-dən çox silahlı məhv edilib. Məlumata görə, əməliyyat Kosuka və Timnaore yaşayış məntəqələri ərazisində həyata keçirilib. Orduya polis və könüllülər dəstək verib. Bununla yanaşı, Burkina-Faso və Nigerin hökumət qüvvələrinin hər iki ölkənin sərhəd bölgələrində birgə əməliyy...
publikaz_normalized
İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Nyu-Yorkda BMT Baş Assambleyasının iclasından sonra İranın konsulluq maraqları ilə bağlı yenidən Vaşinqtona ziyarətə getmək istəyi rədd edilib. “Onlar bu tələbi irəli sürüblər və Dövlət Departamenti bunu rədd edib. Bizim İran rəsmilərinin və xarici hökumətlərin digər...
publikaz_normalized
İsrail vətəndaşları bu ilin noyabrından ABŞ-a vizasız səfər edə bilərlər. Nazirlik rəhbərinin sözlərinə görə, vizasız rejim başladıqdan sonra İsrail vətəndaşları ABŞ-a səyahət etmək üçün yalnız onlayn rejimdə xüsusi anket doldurmalı, 21 dollar ödəyərək üç gün ərzində ölkəyə giriş icazəsi almalıdırlar. Koen bu razılaşma...
publikaz_normalized
ABŞ Prezidenti Cozef Bayden çərşənbə axşamının iş qrafikinə əsasən, Miçiqan ştatına gedərək, yerli vaxtla günorta (Bakı vaxtı ilə saat 20:00) avtomobil sənayesi işçilərinin tətilinə qoşulmağı planlaşdırır. Qeyd edilir ki, dövlət başçısı “özlərinin yaratdıqları səmərələrin ədalətli payı uğrunda mübarizə aparan” fəhlələr...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında sentyabrın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 17-21° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbayc...
publikaz_normalized
Hər il payızın gəlişi ilə soyuqdəymə, angina, qrip, bronxit və pnevmoniya kimi müxtəlif xəstəliklərin əhali arasında geniş yayılması ilə qarşılaşırıq. O, ilk növbədə həmişə havaya uyğun geyinməli olduğumuzu vurğulayıb. “Əgər özünüzü pis hiss etməyə, özünüzdə zəiflik və öskürək hiss etməyə başlayırsınızsa, bu, infeksiya...
publikaz_normalized
Bakının Sabunçu rayonunda salfet istehsal edən sexdə partlayış zamanı ağır xəsarət alan 21 yaşlı gənc ölüb. Partlayış zamanı 2002-ci il təvəllüdlü Həsənov Nahid Mehman oğlu yanıq xəsarətləri alıb. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Xahiş edirəm yalan xəbərlər dərc etməyi dayandırın. “Bu, tamamilə cəfəngiyyatdır", - Neymar deyib. Şayiələrdə bildirilirdi ki, məşqçinin Özbəkistan təmsilçisi "Navbahor"la matçda Neymarın rəqib oyunçunu itələməsi və yıxıldıqdan sonra onu topla vurması barədə tənqidi məşqçinin xoşuna gəlməyib. Neymar 2023-cü ilin yay tr...
publikaz_normalized
İndoneziya və Filippin sahillərində 5,9 bal gücündə zəlzələ olub. Bildirilib ki, yeraltı təkanların episentri Mati şəhərindən 285 km cənub-şərqdə, 100 km dərinlikdə yerləşir. Hələlik tələfat və dağıntılar barədə xəbər verilmir.
publikaz_normalized
Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
publikaz_normalized
Bakının bir sıra yollarında tıxac yaranıb. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;" "2. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;" "3. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;" "4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospek...
publikaz_normalized
Müasir texnologiya heyrətləndirməkdə davam edir. Amerikalı milyarder İlon Maska məxsus “Tesla”nın insanabənzər robotu “Optimus” yeni bacarıqlarını nümayiş edib. "Bununla əlaqədar yayılan videoda görünür ki, robot rəngarəng kubları müvafiq qablarda uğurla çeşidləyir. Mütəxəssislərin sözlərinə görə, bunun üçün “Optimus” ...
publikaz_normalized
Bu, bizə də təhlükə yaradacaq":"Rusiyanın Su-57 gizli qırıcısı yalnız Ukrayna üçün deyil, həm də Qərb üçün ciddi təhlükə yarada bilər. Qeyd olunur ki, bu qənaətə təyyarənin elan edilmiş xüsusiyyətləri, eləcə də texnologiyası və gizli konfiqurasiyası əsasında gəlinib. Məqalə müəllifləri həmçinin Su-57-nin Amerikanın F-3...
publikaz_normalized
“Eerkrap” könüllülər birliyinin keçmiş sədr müavini Albert Bazeyan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırladığına görə həbs edilib. Qeyd edilir ki, istintaqın bununla bağlı vəsatəti tam təmin olunub. Bundan əvvəl vəkil Akop Cahangiryan bildirib ki, Bazeyan sentyabrın 23-də axşam saatlarında öz mən...
publikaz_normalized
Human Rights Watch (HRW) beynəlxalq insan hüquqları təşkilatı son hərbi əməliyyatlardan sonra Qarabağda humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edən bəyanat verib. Sentyabrın 23-də yaydığı bəyanatda Azərbaycan hakimiyyətini Qarabağın erməni əhalisinin təhlükəsizliyini və humanitar ehtiyaclarını təmin etmək üçün təc...
publikaz_normalized
Yalnız bu şəxslər dron idxal edə bilər":"Lukaşenko dronların saxlanmasını qadağan edib. Bu fərman Belarus vətəndaşlarına dronların idxalını, saxlanmasını, satmasını, istehsalını və istifadəsini qadağan edir. Mülki pilotsuz uçan aparatlardan istənilən istifadəyə yalnız təşkilatlara və hüquqi şəxslərə “işgüzar və peşəkar...
publikaz_normalized
Pasiyentimiz Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir". ***" "Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalmaqdadır. O bildirib ki, Q.Paşayevanın səhhətində heç bir dəy...
publikaz_normalized
Kolumbiyanın "Tiqres" klubunun prezidenti Edqar Paes öldürülüb. Funksioner II Liqanın XIII turunda "Atletiko Kali"yə uduzduqları matçdan sonra güllələnib. Hadisə Paes qarşılaşmadan sonra evə qayıdarkən baş verib. Kolumbiya Futbol Federasiyası da onun vəfatı ilə bağlı başsağlığı verib.
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0,0177 manata kimi bahalaşıb, Türkiyə lirəsi 0,0625 manata kimi, 1 Avro isə 1,8006 manata kimi ucuzlaşıb.
publikaz_normalized
Ağcabədi rayonunda 40 yaşlı kişini ildırım vurub. Kənd sakini, 1983-cü il təvəllüdlü Samir Əkbərov təsərrüfat sahəsində iş görərkən onu ildırım vurub. Nəticədə ağır dərəcəli xəsarətlər alan şəxs hadisə yerində ölüb. S.Əkbərovun meyiti hadisə yerindən götürülərək aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma apa...
publikaz_normalized
Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib. Lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat an...
publikaz_normalized
“Şimal axını” ilə bağlı terror aktını araşdırmaq lazımdır. Bundan başqa, siyasətçi əlavə edib ki, ABŞ Konqresi də insidentin baş vermə şəraitini araşdırmalıdır. Onun sözlərinə görə, ölkə sakinləri belə bir tələblə çıxış etməlidirlər. Sayre qeyd edib ki, əgər amerikalılar bunun Dövlət Departamentinin, hərbçilərin qeyri-...
publikaz_normalized
“Tottenhem” “Hayduk Split”də çıxış edən 16 yaşlı müdafiəçi Luka Vuşkoviçin transferini tamamlayıb. Bu barədə klubunun rəsmi saytı məlumat yayıb. Vuşkoviçlə 2030-cu ilin yayına qədər müddətə nəzərdə tutulan müqavilə imzalanıb. O, "mahmızlar"a 12 milyon funt-sterlinqə başa gəlib. Mərkəz müdafiəçisi Xorvatiyanın yüksək li...
publikaz_normalized
Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb. Elektrik avtobusu 5 nömrəli marşrut xəttində hərəkət edir. Qeyd edilib ki, marşrut xətti “20-ci sahə” – “Nəriman Nərimanov” metro stansiyası istiqamətini əhatə edir. Avtobus 33 sərnişin oturacağına malikdir. Ümumi sərnişin tutumu 82 nəfər olan avtobus ta...
publikaz_normalized
Avqust ayında bankların kredit portfeli 2.1% və ya 442.2 mln. manat artaraq 21 milyard 814.2 mln. Qeyd edilib ki, kredit portfelinin strukturunun 54.2%-i (11,821.8 mln. manat) biznes kreditlərinin, 29.9%-i (6,532.5 mln. manat) istehlak kreditlərinin, 15.9%-i (3,459.9 mln. manat) isə ipoteka kreditlərinin payına düşüb. ...
publikaz_normalized
Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumat və sənədlərin tərtib olunma forması təsdiq edilib. Qərara əsasən, bu sənəd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə ...
publikaz_normalized
Mbappe hansı kluba keçəcək?":"Mbappe gələn mövsüm 80% La Liqada oynayacaq". 61 yaşlı futbol funksioneri PSJ-nin hücumçusunun da bu arzuda olduğunu bildirib: “Bəli mən növbəti mövsüm Mbappeni La Liqada izləyəcəyimizə inanıram. Çünki o özü də burda olmağa həvəslidir. Düşünürəm ki, bizim çempionatımız Klianın dünya səviyy...
publikaz_normalized
Xankəndi yaxınlığındakı yanacaq məntəqəsində çənin partlaması nəticəsində ölən və xəsarət alanlarla bağlı məlumat yenilənib. 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb, onlarla şəxs ağır vəziyyətdədir, 13 meyitin isə şəxsiyyəti tanınmayıb və morqa yerləşdirilib. İtkin düşənlərin olduğu bildirilir. Qeyd edək ki, ötən...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, müğənni Hadisə Açıkgöz bir neçə gün öncə sosial mediada çılpaq fotoları ilə diqqət çəkmişdi. Sevmiyo" adlı yeni mahnısına klip çəkdirən sənətçi növbəti layihəsində də intim səhnələri ilə diqqət çəkib. Klipin fraqmanını instaqramda paylaşan ulduz bildirib ki, ekran işi sentyabrın 29-da yutub kanal...
publikaz_normalized
Atom bombası da partlasa...":"Biz niyə sevinməyi bacarmırıq?! Niyə hər şeyə mız qoymağı yaxşı bacarırıq. Səidə Sultanın toyuna yığışmışdıq. Qız zatən həmişə “palatka” toyu arzu edib. Həmişə deyirdi ki, toyum olsa, keçmişdəki kimi olacaq. Ailə qurduğu insan da Bakı kəndindəndir. Sənətçi başqalarının şəxsi həyatına qarış...
publikaz_normalized
10:36" "2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, içərisində ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobili, həmçinin Xankəndi şəhəri yaxınlığında yanaca...
publikaz_normalized
Biləcəri stansiyasından çıxmalı olan Sumqayıt-Xırdalan-Bakı qatarı gecikib, bəzi sərnişlərin səhhətində problem yaranıb. Qatarlarda havalandırma sisteminin işlək olmaması səbəbindən bəzi sərnişinlərin halı pisləşib. Məsələ ilə bağlı "Azərbaycan Dəmiryolları"-dan Trend-ə bildirilib ki, bu gün Sumqayıtdan saat 08:10-da ç...
publikaz_normalized
Ermənistan xaosa təslim oldu":"Azərbaycanın 24 saatlıq lokal xarakterli antiterror tədbirləri ilə Qarabağdakı separatçı ermənilərin nəzarətində olan bölgəni götürməsi Ermənistanı sarsıtmaqda davam davam edir. İrəvanda minlərlə insan küçələrə axışıb. İstefanı rədd edən Baş nazir Paşinyan Rusiyanı günahlandırır. Paşinyan...
publikaz_normalized
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-dakı ən böyük erməni lobbisi olan Amerika Erməni Milli Komitəsinin (ANCA) Vaşinqton direktoru Aram Suren Hamparyanın Ermənistanın baş naziri Nikol Paşinyanı hədəf alan paylaşımları ilə bağlı "Hər zaman seçilmiş hökumətləri devirmək cəhdini pisləmişik” ifadələrini işlə...
publikaz_normalized
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
publikaz_normalized
Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi Türkiyənin “Adana Dəmirspor” klubu əcnəbi qapıçısı Qoran Karaçiçlə yollarını ayırıb. Buna səbəb 27 yaşlı oyunçunun adının Türkiyə Futbol Federasiyası tərəfindən klubun iştirak ərizəsinə salınmaması olub. Nəticədə rəhbərlik Karaçiçlə 2025-ci...
publikaz_normalized
Dollar dünya bazarında yenidən möhkəmlənir. ABŞ pulu avroya nisbətən sadəcə son 1 ayda 4 faizə yaxın dəyər qazanıb. Həmin müddətdə Rusiya rublu da dollar qarşısında 2 faiz dəyəsizləşib. Qardaş Türkiyədə isə 1 dollar almaq üçün 27 lirədən daha çox milli pul ödəmək lazımdır". O bildirib ki, dolların möhkəmlənməsi ABŞ iqt...
publikaz_normalized
Avropa Liqasının H qrupunun 2-ci turunun “Hekken” – “Qarabağ” matçının bileti satışı çıxarılıb. “Hekken” – “Qarabağ” oyunu oktyabrın 5-də Göteborqdakı “Ullevi” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
publikaz_normalized
11 Sentyabr hadisəsindən 10 gün keçmişdi. Qənirə xanımgilin evində təmir gedirdi. Rəfiqəm bir müddət mənimlə qalmalı oldu. Bütün günü işləyir və işləyirdi. Bir axşam həyətdə olan hamamı qalayanda orda olan qızdırıcı partladı. Hamam sıradan çıxdı… Üzüm və bədənimdə xəfif yaralar var idi. Qənirə məni 5 nömrəli xəstəxanay...
publikaz_normalized
Hindistanda azlıqlara qarşı hücumları izləyən “Hindutva Watch” adlı araşdırma təşəbbüsü, 2023-cü ilin birinci yarısında ölkədə müsəlmanlara qarşı nifrət nitqini təşviq edən 250-dən çox mitinq keçirildiyini bildirib. Hindistanda müsəlmanlara qarşı nifrət nitqi mitinqləri" adlı hesabatda qeyd olunub. Hesabatda həmçinin m...
publikaz_normalized
Apteklərin rəflərində asanlıqla hər hansı bir homeopatik vasitə tapa bilərsiniz - burun tıxanması, boğaz ağrısı və mədə üçün. Bəs bu cür vasitələrə etibar etməyə dəyərmi? Solomatina hesab edir ki, ənənəvi müalicədən şüurlu şəkildə imtina edildikdə homeopatiyaya müraciət edilir. Amma zərərli məsləhətlər ilə xəstələri al...
publikaz_normalized
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insa...
publikaz_normalized
Sentyabrın 25-də Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və 1 nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən bir...
publikaz_normalized
Bir gündə varlana bilirlər":"Astroloqların son proqnozlarına görə, nə qədər də pulsuz olduqlarını desələr də, bəzi bürclər ömür boyu pulu, var-dövləti cəlb edirlər. Nə vaxt soruşsanız, yəqin ki, pulu olmayacaq bürclərdən biri də Oxatanlardır. İnanılmaz dərəcədə səxavətli olan Oxatanların bu xüsusiyyəti onlara problem y...
publikaz_normalized
Tək səni deyil, səndən sonra sənin fəslini - payızı, yağışı da sevdim. Səndən sonra doğum günlərimi də sevdim. Özümü insanlardan gizlətmədim, özümdən çəkinmədim, özümü sevdim. Tək səni deyil, səninlə birgə həyatı sevdim. Xanımını təbrik edək aparıcı ona olan sevgisini sosial media üzərindən elan edib. Nə yaxşı ki, səni...
publikaz_normalized
Torpağın sahibi sizsiniz - VİDEO":"Mən Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfinə əsir düşəndə, bu xalqın necə humanist olduğunun şahidi oldum". Onun sözlərinə görə, Azərbaycan tərəfdə əsirlikdə olanda onunla yaxşı rəftar edilib, vəziyyəti ilə yaxından maraqlanıblar: Mən Azərbaycan xalqını sevirəm. Gec-tez siz t...
publikaz_normalized
Azərbaycanda “Ticarət haqqında” qanunun üzərində iş gedir. O qeyd edib ki, bu qanun Rəqabət Məcəlləsi ilə birgə kompleks hal daşıyacaq. “Məhz daxili ticarətin tənzimlənməsi və bu sahədə rəqabətin tam təmin olunmasına kömək edən qanunlardan biridir. Bu qanunlar bütövlükdə həm də Rəqabət Məcəlləsi ilə bir yerdə kompleks ...
publikaz_normalized
Növbəti ilin yanvarın 1-dən “Dövlət satınalmaları haqqında” qanun qüvvəyə minir. Tam elektron bir satınalma mühitinin yaranmasını gözləyirik. O qeyd edib ki, “Dövlət satınalmaları haqqında” qanun qüvvəyə mindikdən sonra sahibkarların məhz bu istiqamətdə xüsusi rəqabətlə üzləşməsinin qarşısını almaq üçün yeni və mühüm a...
publikaz_normalized
Qərbi Afrika ölkələrindən olan Nigeriyada bu il vəba epidemiyasında həyatını itirənlərin sayı 94-ə yüksəlib. Yanvar ayından bu yana ölkədə 2860 vəba hadisəsi qeydə alınıb, epidemiyadan ölənlərin sayı isə 94-ə yüksəlib. “Vibrio” bakteriyasının törətdiyi, qida və su ilə yoluxan vəba ishala, orqanizmdə susuzluğa səbəb olu...
publikaz_normalized
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq. Bakının küçə və prospektlərində 27 sentyabrla bağlı plakatlar asılıb, Vətən müharibəsi barədə şüarlar yazılıb. Binaların eyvanlarından isə Azərbaycan bayraqları asılıb. Eyni zamanda Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu II Şəhidlər xiyabanında da hazırlıq işl...
publikaz_normalized
Daxili işlər orqanlarında yeni təyinat olub. Digər əmrlə R.Məmmədov Yasamal RPİ-nin əməliyyat üzrə rəis müavini vəzifəsinə irəli çəkilib.
publikaz_normalized
Azərbaycan polisi Qarabağın erməniəsilli sakinlərinə su paylayıb. Bu səbəbdən Xankəndidən Gorusa gedən istiqamətdə tıxac yaranıb. Şuşa polisi tıxacda qalan erməniəsilli sakinlərə su paylayıb. Həmçinin onların təhlükəsiz və maneəsiz hərəkət etməsi üçün işlər görülür. Bu, bir daha Azərbaycan tərəfinin və polisinin humani...
publikaz_normalized
“Neftçi” bu ilin noyabr ayında “Zenit”lə (Sankt-Peterburq) yoxlama matçı keçirəcək. Bakı klubunun mətbuat xidməti oyunun keçiriləcəyi haqda xəbəri nəşrə təsdiqləyib. Amma hələlik matçın tarixi və yeri müəyyənləşməyib. “Oyunla bağlı danışıqlar davam edir", - deyə mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, bu il iyulu...
publikaz_normalized
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 16-20° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% olacaq. Azərbayc...
publikaz_normalized
Ölkənin birinci bankı Kapital Bank-da neft və qaz sahəsində çalışanlara özəl kampaniya yekunlaşır. "20 Sentyabr Neftçilər Gününə özəl start verilən kampaniya çərçivəsində neftçilər əməkhaqlarının 20 mislinədək nağd pul kreditini 10.9 %-dan başlayan şərtlərlə əldə edə bilərlər. 30 000 manatadək təqdim edilən kredit 59 a...
publikaz_normalized
Bu ilin 18 yanvar tarixində Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulmuş körpəsini qətlə yetirməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü T.Əkbərovanın məhkəməsi başa çatıb. Bildirilib ki, həmin gün T.Əkbərova evin sanitar qovşağında təbii yolla diri dünyaya gətirdiyi qız övladını öldürmək məqsədilə yaşadığı 5-ci...
publikaz_normalized
Bakıda üzərinə isti su tökülən şəxs ölüb. Qeyd edilib ki, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi və sonuncunun almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə...
publikaz_normalized
“Neftçi”nin yeni strukturu təsdiqlənib. Klubun baş icraçı direktoru Fərrux Mahmudov, Müşahidə Şurasının idman üzrə müşaviri isə Kamil Məmmədovdur. Strukturda yeni departamentlər qruplaşdırılıb. İdman direktoru isveçli mütəxəssis Yens Andersson, administrativ işlər üzrə direktor isə Səbuhi Rzayevdir. Maliyyə üzrə direkt...
publikaz_normalized
Dünyaca məşhur Kolumbiyalı pop ulduz Malumanın bir neçə gün əvvəl baş tutan konserti zamanı gözlənilməz hadisə yaşanıb. Fanatının bu hərəkətindən təəccübünü gizlədə bilməyib, pərt olan ifaçı atılan alt paltarı əlinə alaraq onu seyr etməyə gələn tamaşaçılara nümayiş etdirib. Həmin anları isə o “gülmək” işarəsi ilə sosia...
publikaz_normalized
Hesab edirəm ki, iki xalqın düşmən olmasına səbəb Mixail Qorbaçov oldu". Onun sözlərinə görə, azərbaycanlılarla həmişə münasibətləri yaxşı olub, duz-çörək kəsib: Mən Xankəndidə, eyni zamanda Bakıda da yaşamışam. Orta məktəbi də elə paytaxtınız Bakıda bitirmişəm. Bakıda “Montin” qəsəbəsində qalırdım. Azərbaycanlılarla d...
publikaz_normalized
Məşhur müğənni və aktrisa Teylor Svift idmançı sevgilisi Tveris Kelsi üçün restoran bağlatdırıb. Oyundan sonra cütlüyün stadionu birlikdə tərk etdiyi və restorana getdiyi məlum olub. Daily Mail"in yazdığına görə, cütlük restoranda rahat yemək yeyə bilmək üçün müğənni bütün müştərilərin hesablarını ödəyib. Məşhur müğənn...
publikaz_normalized
Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub. Onun sözlərinə görə, 1991-ci ildən indiyədək üç mindən çox insan mina və partlamamış hərbi sursatların qurbanı olub: 2020-ci il noyabr 10-dan indiyədək isə 63 nəfər mina terroru nəticəsində həlak olub və onlardan 48-i mülki şəxsdir. Bu statistik...
publikaz_normalized
Sentyabrın 21-də Azərbaycanın Yevlax şəhərində keçirilən görüşdən sonra "prezident" Samvel Şahramanyanın təmsil etdiyi "Artsax" hakimiyyəti ictimaiyyətə açıqlanmayan Azərbaycan nümayəndələri ilə fəal əlaqə saxlayır. Görüşdə rəsmi Bakının əsas tələbi separatçı rejimin özünü buraxması, Xankəndidə Azərbaycan bayrağının as...
publikaz_normalized
Fövqəlada Hallar Nazirliyin Şimal-qərb Regional Mərkəzi tərəfindən dislokasıya ərazisini əhatə edən rayonların ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə kursları keçirilib. Bildirilib ki, mülki müdafiə kurslarının keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbər...
publikaz_normalized
“Dünəndən etibarən Azərbaycanın Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar xeyli sayda Xankəndidən olan pasiyent qəbulu üçün boşaldılıb və bu xəstəxanalar əlavə tibb işçiləri ilə gücləndirilib”.
publikaz_normalized
Ölüm ayağındadır":"Ukrayna millisinin sabiq hücumçusu Artem Milevski xəstəxanaya yerləşdirilib. Bu barədə 38 yaşlı futbolçunun milli komanda yoldaşı və dostu Aleksandr Əliyev sosial şəbəkədə məlumat verib. Azərbaycan əsilli futbolçu həmkarının həkim nəzarətində olduğunu deyib: “Allaha şükürlər olsun ki, onu xəstəxanaya...
publikaz_normalized
Qarabağın erməniəsilli sakini Bayram Aragelov Azərbaycan polisinə təşəkkür edib. Şuşa polisi ona su və benzin veriblər. Daha sonra erməniəsilli sakin hərəkətinə davam edib. O, ərazidə olan azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycan polisinə təşəkkür edib: Birinci Qarabağ müharibəsində də iştirak etməmişəm. Eh,...
publikaz_normalized
tədris və maraq nə yerdədir?":"26 Sentyabr - Avropa Dillər Günüdür. Bu əlamətdar tarix hər il Avropada qeyd olunur. Avropa Dillər Gününün təsis olunmasında əsas məqsəd qitədə dil öyrənməyin təşviq edilməsidir. "Azərbaycanda da Avropa dillərinə böyük sevgi var. Son illərdə bu məhəbbət daha da yüksəlməyə başlayıb. Demək ...
publikaz_normalized
vəfa dostu - Foto":"Suraxanıdan olan Şəhidimiz Ramil Rzayevin Baffi adlı iti onun məzarı üzərindən çəkilmir. Qeyd olunub ki, Baffi şəhidin dəfnindən sonra onun məzarı başından ayrılmır və orada yatır.
publikaz_normalized
13:28" "2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq, sentyabrın 26-da A...
publikaz_normalized
Ermənilərin Xocavənddə terrorçu Monte Melkonyana qoyduqları heykəl sökülüb. Monte Melkonyan 1957-ci il noyabrın 25-də Kaliforniya ştatında anadan olub. ASALA terror təşkilatınını qurucularından olub. Mülki azərbaycanlılara qarşı soyqırımı aktlarının əsas icraçılarından idi. I Qarabağ müharibəsində Azərbaycan ordusu tər...
publikaz_normalized
Real"ın aparıcı üzvlərindən biri olan Vinisius Junior kollektivlə məşqlərə qoşulub. Klubun həkimləri bu gündən etibarən onun kollektivlə məşqlərə qoşulmasına icazə verib. Bu barədə "Marca" nəşir məlumat yayıb. Vinisiusun çərşənbə günü “Las Palmas”la görüşdə heyətə daxil ediləcəyi gözlənilir.
publikaz_normalized