text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 29-u saat 10:00-a olan məlumat açıqlanıb. Tank əleyhinə silahlar – 22 6. HHM silahları – 133 TEXNİKA 1. Yardımçı texnika – 5 DÖYÜŞ SURSATLARI 1. Top v...
publikaz_normalized
Hüquq müdafiəçisi Muşeq Şuşanyan saxlanılıb. O, baş nazir Nikol Paşinyana qarşı sui-qəsdə çağırışda təqsirləndirilir. “Cinayət prosesində şəxsiyyəti və ləyaqəti nəzərə alınmadan onun barəsində ən ağır tənbeh tədbiri seçilib. Cəza kimi tətbiq edilən həbs-qətimkan tədbirinin tətbiqini pisləyirik. Biz Muşeq Şuşanyanın dər...
publikaz_normalized
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti Milli Məclisin deputatı Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq yayıb. Hamımızın sevimlisi, dəyərli həmkarımız, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın vəfatı bizi dərin üzüntüyə qərq etdi. Mərhumun doğmalarına, yaxınlarına, həmkarlarına başsağlığı v...
publikaz_normalized
Oktyabr ayına sayılı günlər qaldı. Astroloqların proqnozuna görə, qarşıdakı bir ay ərzində iki bürcün taleyi müsbət sferada dəyişə bilər. Oktyabr ayında Tərəziləri yaxşı fürsətlər gözləyir. Xüsusilə iş həyatında arzuladıqları mövqeyə çatma şansı qazanacaqlar. Tərəzilərin eşq həyatları da rəngli olacaq. Subay Tərəziləri...
publikaz_normalized
Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi...
publikaz_normalized
Azərbaycan polisinin Xankəndində xidmətə başladığına dair görüntülər yayılıb. Görüntülərdə polis maşınlarımızın Xankəndi küçələrində gəzdiyi, “nənə və baba” heykəlinin yanında dayandığı əks olunur. Polisimizin Xankəndində xidmətə başlamasına dair rəsmi məlumat yoxdur.
publikaz_normalized
Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib. Belə ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə İon Secrierunun külli miqdarda ziyan vurmaqla oğurluq, həmçinin, ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompüter sisteminə və ya kompüter...
publikaz_normalized
Azərbaycanın Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində bu gün Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb. Tərəflər yüksək səviyyəli səfər və görüşlərin Azərbaycanla Tacikistan arasında dövlətlərarası əlaqələrin möhkəmlənməsində əhəmiyyətini qeyd ediblər. Bu kontekstdə Azərbaycan Prezidentinin...
publikaz_normalized
Bu mənim enerjimi bloklayır":"Unutmaq üçün nəsə etməyə ehtiyac yoxdur. Ürəyimizdə qalmağa layiq olmayan hər kəs zamanla unudulur. Bunun üçün xüsusi bir çaba lazım deyil. Xəyal qırıqlıqlarından söz açan influenser sözlərinə belə davam edib: Həmişə deyirəm, müddət çox önəm daşımır. O insanla müxtəlif vəziyyətlərə düşməsə...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın məzarına əklil göndərib. Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, sent...
publikaz_normalized
Mançester Siti"nin futbolçusu Erlinq Haaland karyerasını PSJ-də davam etdirə bilər. Bu barədə "El Chiringuito" məlumat yayıb. Fransa təmsilçisinin rəhbərliyi Haalandın agenti ilə əlaqə saxlayıblar. Qeyd edək ki, 2022-ci ildən "şəhərlilər"də çıxış edən Erlinq Holannın sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir. Mbappe...
publikaz_normalized
Dünəndən bəri Namiq Qaraçuxurlunun həbs olunması ilə bağlı məlumat sosial şəbəkələrdə sürətlə yayılır. O, həbsinə dair informasiyaların yanlış olduğunu bildirib. Dəmir barmaqlar arxasında "çəkilən" fotosunu paylaşan ifaçı xəbərçiləri təhqir edib: Yayılmış bu məlumat "fake"dir (saxta). Nə məqsədlə edilibsə, anlamadım. L...
publikaz_normalized
Qarabağ bölgəsində uzun müddət zavod kimi fəaliyyət göstərən tərk edilmiş bir neçə obyektlərə baxış keçirilib. Baxış zamanı mülki təyinatlı zavodların ərazisində, eləcə də saxlanclarında külli miqdarda döyüş texnikası, müxtəlif təyinatlı atıcı silahlar, minaatan mərmiləri ilə dolu yeşiklər və digər döyüş vasitələri aşk...
publikaz_normalized
Sentyabrın 20-28 Yevlax rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Milli Düşüncə Milli Mənəvi dəyərlərin təbliği ictimai birliyi”nin təşkilatçılığı ilə “Qafqaz Albaniyası tarixinin nəzəri və praktiki öyrənilməsi” adlı layihə reallaşdırılıb. Seminarlar...
publikaz_normalized
Bu yayın əvvəlində baş verən böyük kiberhücum nəticəsində ABŞ Dövlət Departamentindən on minlərlə mesajın oğurlandığı açıqlanıb. Məlum olub ki, hücum Vaşinqtonun Çindəki baş diplomatı, səfir Nikolas Bernsi hədəf alıb. Təsirə məruz qalan 10 hökumət e-poçt hesabının əksəriyyətinin "Hind-Sakit Okean diplomatik səyləri" üz...
publikaz_normalized
“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər. London klubu mərkəz hücumçusu axtarır. Klub rəhbərliyi həmin mövqeyə Osimheni ideal namizəd hesab edir. Bu barədə “Todofichajes” məlumat yayıb. Bildirilir ki, “Çelsi” futbolçu üçün təxminən 170 milyon avro ödəməyə hazırdır. Daha əvvəl Neap...
publikaz_normalized
O, mənim əsgər yoldaşım idi":"Qənirə xanım mənim 30 illik dostumdur. Turan mübarizəsində o mənim əsgər yoldaşım idi. Biz bu işdə bir əsgər kimi çalışırdıq. İnsan belə zamanlarda nə deyəcəyini bilmir". Qarabağın azad olunmasının tam sevincini yaşaya bilmdən itirdik. Mən Qənirə xanımı 30 il əvvəl sizin kimi gənc jurnalis...
publikaz_normalized
Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir". Onun sözlərinə görə, demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan bu ilin 19-20 sentyabrda həyata keçirdiyi lokal xarakterli anti...
publikaz_normalized
KXDR-nın nüvə proqramına dəstək göstərirlər":"Cənubi Koreya Çini Şimali Koreyanı nüvə silahından imtina etməyə məcbur etməyə çağırır. Bu, Cənubi Koreyanın birləşmə məsələləri üzrə naziri Kim Yonq Honun "Financial Times"a (FT) müsahibəsindən məlum olub. “Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyalar işləmir. Çin və Ru...
publikaz_normalized
Pakistanın Ədalət Hərəkatı Partiyasından hüquqşünası Şer Əfzal Mərvatla Pakistan Müsəlman Liqası-Nəvaz senatının üzvü Əfnan Ullah Xan arasında canlı yayımda gərginlik yaşanıb. Canlı yayımda bir-birinə qarşı sərt açıqlamalar verən rəsmilər ardınca əlbəyaxa olublar. Studiyada olanlar tərəfləri ayıra biliblər. Şer Əfzal M...
publikaz_normalized
Yaşlı insanlarda tez-tez başgicəllənmə ateroskleroz və hipertoniyanın inkişafını göstərir. Lakin gənclərdə bu əlamət digər xəstəliklərin xəbərçisi ola bilər. Onun sözlərinə görə, tez-tez başgicəllənməsi qanda şəkər səviyyəsinin aşağı olmasının - hipoqlikemiyanın göstəricisidir. Bu simptom həm də anemiya və susuzluğu gö...
publikaz_normalized
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalıdan məcburi köçkün düşmüş sakinlərin bir qrupu ilə görüşüb. Antiterror tədbirləri nəticəsində separatçı dəstənin və onun yaratdığı qeyri-qanuni qurumun iflasa uğraması, bölgədə sülh və əmin-amanlıq üçün zəruri şəraitin yaradılma...
publikaz_normalized
UEFA "Qarabağ" klubunun kapitanı Maksim Medvedevi doğum günü münasibətilə təbrik edib. Onun Ağdam təmsilçisinin əfsanəsi olduğu vurğulanıb. Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir. Heybət" "Qarabağ legend Happy birthday, Maksim Medvedev #UEL || #HBD pic.twitter.com/R6e2X9PS9d
publikaz_normalized
Qərbi Azərbaycan İcması Braziliya XİN-i məsuliyyətli olmağa çağırıb. Braziliya Xarici İşlər Nazirliyinin son açıqlamasında bir sıra yanlışlıqlar yer alıb. “Bölgənin siyasi statusunun dəyişdirilməsi məqsədilə gücdən istifadə edilməsi” ifadəsi tamamilə qəbuledilməzdir. Qarabağın Azərbaycan ərazisi olması Ermənistan da da...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında sentyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20° isti, gündüz 23-28° isti olacaq...
publikaz_normalized
Oyunboyu dayanmadılar":"La Liqada daha bir irqçilik faktı qeydə alınıb. 21 yaşlı ingilis hücumçu standart vəziyyətləri yerinə yetirərkən “Qrinvud, öl” deyə qışqırıblar. Bundan əlavə, Baskoniya komandasının azarkeşləri matç başlamazdan əvvəl, heyətlərin açıqlanması zamanı, eləcə də oyunçunun üzünün ekranda göründüyü anl...
publikaz_normalized
Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır. Qeyd olunub ki, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata...
publikaz_normalized
52 ölü":"Pakistanın Bəlucistan əyalətinin Məstunq bölgəsində Məhəmməd Peyğəmbərin (s) doğum günü Mövlud Bayramı münasibətilə çoxlu insanların toplaşdığı Mədinə məscidi yaxınlığında bombalı hücum həyata keçirilib. Hücum edən şəxsin polis maşınının yaxınlığında özünü partlatdığı bildirilir. Yaralılar ətraf xəstəxanalara ...
publikaz_normalized
Bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir, bütün Qarabağ kimi". Şəhərsalma forumuna ümumilikdə 400 iştirakçının qatıldığını bildirən dövlət başçısı deyib: “Bu, bizim dostluğumuzun təzahürüdür, bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək”.
publikaz_normalized
Bir müddətdir ki, sosial şəbəkələrdə toyların qadağan edilməsi ilə bağlı dəqiq olmayan informasiya yayılmaqdadır. Antiterror əməliyyatları zamanı 192 şəhid olmasına görə bəzi insanlar toy mərasimlərinin qadağan edilməsinin tərəfdarıdır. Ölkəmizdə bu ərəfələrdə şənliklərin keçirilməsi, həmçinin əyləncəli paylaşımlar və ...
publikaz_normalized
“Roma” “Cenoa”ya 1:4 hesablı məğlubiyyətdən sonra 5 xalla İtaliya çempionatında 16-cı pillədə qərarlaşıb. Portuqaliyalı mütəxəssis mövsümə heç vaxt belə pis başlamayıb. Onun üçün ən pisi 2015/16 mövsümü olub, ancaq o zaman "Çelsi" ilə ilk 6 turda 7 xal toplayıb. A Seriyasındakı uğursuz starta rəğmən, "canavarlar" Avrop...
publikaz_normalized
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar. Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin ...
publikaz_normalized
Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq". Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimiz...
publikaz_normalized
Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik. Çünki onun coğrafi yerləşməsi bunu labüd edir. “Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir, ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm amil olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcək. Gələcəkdə isə əminəm ki,...
publikaz_normalized
Zəngilan məscidinin inşası yekunlaşır":"Zəngilanda artıq böyük bir məktəb inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib". İşğal altında olmuş torpaqlarda 67 məsciddən 65-nin məhv edildiyini, ikisinin isə yarı dağılmış vəziyyətdə olduğunu...
publikaz_normalized
istehsal başladı":"Moskvada onkologiyanı işıqla müalicə etməyə imkan verən unikal dərmanın istehsalına başlanılıb. Onun sözlərinə görə, bu texnika bədxassəli şişlərin inkişafının ilkin mərhələlərində cərrahi müdaxilələri əvəz edə bilər. Dərman xəstəyə tədricən yeridilir ki, şişin hüceyrələrində toplansın. Bundan sonra ...
publikaz_normalized
“Nar” yenilənmiş brend konsepsiyasını təqdim etdi. Brendin yeni yanaşmasının əsasında müştəriyönümlülük, sərfəlilik və əlçatanlıq prinsiplərini müştərilərə daha da yaxın etmək dayanır. Bu konsepsiya "Sənə ən yaxın" şüarını və canlı yeni rəng palitrasını təqdim edir. “Nar”ın müştəri mərkəzli yanaşmasını vurğulayan "Sənə...
publikaz_normalized
Türk dünyasına olan sevgisi ilə tanınan Qənirə Paşayeva Türkiyə və Azərbaycan qardaşlığını son nəfəsinə qədər qoruyub saxladı. O, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib: Qənirə Paşayevanın vəfatından kədərləndik. Azərbaycan xalqınna b...
publikaz_normalized
Bərpa işlərinə 7 milyard dollar vəsait sərf edilib":"İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq. Dövlətimizin başçısı Azərbaycanın bu ...
publikaz_normalized
Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir". Erməni işğalından əziyyət çəkən insanların çətin şəraitdə yaşadıqlarını, mənəvi çətinliklərlə üzləşdiklərini, öz haqlı hüquqlarından məhrum edildiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb: “Onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər k...
publikaz_normalized
Trampın həyat yoldaşı mümkün ikinci müddət üçün nikahdan əvvəlki razılaşmanı yenidən müzakirə edir. Bu barədə "Page Six" məlumat yayıb. “Son bir il ərzində Melaniya və komandası sakitcə onunla Donald Tramp arasındakı yeni “nikahdan sonrakı” razılaşma haqqında danışıqlar aparırdı. Bu, ən azı üçüncü dəfədir ki, Melaniya ...
publikaz_normalized
İndiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub". Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələrinin həyata keçiriləcəyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, bizim Proqramın tərkib hissəsidir.
publikaz_normalized
Qarabağ bölgəsinə baxış zamanı Xocavənd rayonu ərazisində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış memorial kompleksdə xeyli sayda silah-sursat aşkar edilib. Kompleksdə aşkar edilən külli miqdarda döyüş sursatı və müxtəlif çaplı silahlar buranın silah-sursat anbarı kimi istifadə edildiyini sübut ed...
publikaz_normalized
Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin “daxili işlər nazirliyinin polisləri” silahlarının hamısını Xankəndidə qoyaraq Qarabağı tam şəkildə tərk ediblər.
publikaz_normalized
İlin sonuna qədər...":"Artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb və ilin sonuna qədər onların sayı 5500-ə çatdırılacaq". Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə ...
publikaz_normalized
Meksika çempionatında maraqlı an yaşanıb. Alebries Oksaka" - "Dorados" matçı 4:0 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatmaq üzrəykən “dəvətsiz qonaq” meydana daxil olub. Topla oynamaq istəyən it onu geri vermək istəməyib. Heyvan təhlükəsizlik xidmətinin əməkdaşlarına ciddi problem yaradıb. Onları yaxına buraxm...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Baxış zamanı poliklinikada mövcud vəziyyəti...
publikaz_normalized
Azərbaycanın Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökuməti sədrinin müavini Marat Xusnullinlə görüşüb. Dövlət başçılarının ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə ardıcıl inkişafını təmin etmək səylərinin əhəmiyyəti vurğulanıb. Əməkdaşlığın müxtəlif sahələrində bir s...
publikaz_normalized
Bacımız qətiyyətli bir ömür yaşadı":"Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK PARTİ) sözçüsü Ömər Çelik dünən vəfat edən azərbaycanlı millət vəkili Qənirə Paşayeva ilə bağlı başsağlığı verib. Türk dünyasının fədakar səsi Qənirə Paşayeva dünyasını dəyişdi. O, səmimi və qətiyyətli bir ömür yaşadı.
publikaz_normalized
Dəhlizin mühüm hissəsi tezliklə...":"Bu gün Horadizdən Zəngilana dəmir yolunun inşası fəal fazadadır və nəqliyyat dəhlizinin bu mühüm hissəsi tezliklə hazır olacaq". “Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayə...
publikaz_normalized
Qarabağ separatçılarının keçmiş “müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedərkən "Laçın" nəzarət-buraxılış məntəqəsində saxlanılıb.
publikaz_normalized
əlləri qana bulaşıb":"ABŞ parlamentinin hər iki palatasının(Nümayəndələr Palatası və Senat) 100-ə yaxın deputatı Dövlət Departamentinə məktub ünvanlayaraq “indi ərazini tərk edən on minlərlə etnik erməninin yaşadığı müstəqil dağlıq bölgəni ələ keçirmiş Azərbaycanın hərbi məmurlarına” qarşı sanksiyalar tətbiq edilməsini...
publikaz_normalized
şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı olan “Azercell Telekom” MMC yeni nəsil iPhone smartfonlarının təqdimatını həyata keçirir. Abunəçilərinin müştəri təcrübəsini daha da gücləndirməyi hədəfləyən lider mobil operator ölkə bazarına ən yeni texnologiyaları gətirməyə davam edir. Səbirsizliklə göz...
publikaz_normalized
Hakan Fidanla Stoltenberq arasında telefon danışığı olub. Məlumata görə, telefon danışığı zamanı NATO-nun genişlənməsi ilə bağlı məsələlər müzakirə olunub.
publikaz_normalized
Rusiya prezidenti Vladimir Putin dünən Kremldə Rusiyanın muzdlu “Vaqner” qrupunun keçmiş komandiri, rusca “Sedoi” və ya “boz saç” kimi tanınan Andrey Troşevlə görüşüb. Putin Troşevə Ukraynadakı könüllü döyüş bölmələrinə nəzarət etməyi tapşırıb. Putinin görüş zamanı Troşevə "Nə baş verdiyini, necə edildiyini bilirsiniz,...
publikaz_normalized
İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatlı ölkələrin onu gözardına vurması idi". Dövlətimizin başçısı deyib ki, bu məsələdə sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan danışıqlar masasında hər zaman konstruktiv idi. “Biz 28 il ərz...
publikaz_normalized
Bir şərtlə":"Mançester Yunayted" klubunun futbolçusu Antoni komanda ilə məşqlərə qayıdıb. Bilrilib ki, klub zorakılıq hallarını pisləyir və bu məsələylə bağlı polislə əməkdaşlığı davam etdirəcək. Qeyd edək ki, 23 yaşlı vinger keçmiş 2022-ci ildə keçmiş sevgilisi Qabriela Kavalyini döyməkdə ittiham olunur. Antoni daha ə...
publikaz_normalized
Separatçı rejimin “keçmiş təhlükəsizlik şurasının katibi” general-leytenant Arşavir Qaramyan Laçında saxlanılıb. Separatçı generalın Qarabağdan Ermənistana gedərkən saxlanıldığı bildirilir.
publikaz_normalized
“City Garden Narimanov”da sakinlərə zövqlə dizayn edilmiş, tam təmirli mənzillər təqdim edilir. Təmirində yalnız Avropa brendlərindən istifadə olunmuş mənzillər premium həyat standartlarına tam olaraq cavab verir. Bu brendlərin hər biri ekoloji cəhətdən təmizdir və insan sağlamlığına zərərsizdir. "Yaşayış kompleksinin ...
publikaz_normalized
Millət vəkili Qənirə Paşayeva dünyadan köçəndən sonra geridə qoyduqları, qələmə aldıqları ilə xatırlanır. Mərhum həm jurnalist, həm də millət vəkili kimi gördüyü işləri ilə yadda qalıb. Paşayevanın şeir yazmaq qabiliyyəti də var idi. O, bir çox mahnıların söz müəllifidir. Aygün Kazımova - “Ad günü”;" " " " "Elza Seyidc...
publikaz_normalized
Piyadalar onlardan niyə istifadə etmirlər?":"Bakı şəhərində əhalinin təhlükəsizliyi baxımından son illər yeraltı və yerüstü piyada keçidləri inşa edilib. Bu keçidlərin əksəriyyətində pilləkən deyil, eskalatorlar quraşdırılır. Əslində, eskalatorlu keçidlər daha rahatdır. Ona görə ki, yaşlı sakinlərin pilləkənləri çıxmas...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib. Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, vətənpərvər və xeyirxah əməlləri ilə hər zaman seçilən Qənirə xanım Paşayevanın vaxtsız vəfatı hər birimizi dərind...
publikaz_normalized
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlayıb. Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilər...
publikaz_normalized
15:20" "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü başa çatıb. xxx" "Sentyabrın 29-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ...
publikaz_normalized
Sentyabrın 28-də “Daşnak” partiyası Azərbaycan Respublikasının Livandakı səfirliyi qarşısında “Dağlıq Qarabağ bölgəsində müharibənin bərpasına etiraz olaraq" nümayiş təşkil edib. "Bir neçə saat ərzində nümayişçilərlə onların basqın etməsinin qarşısını almaq üçün səfirliyin əsas girişlərini müdafiə etməyə çalışan təhlük...
publikaz_normalized
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu həftə Brüsseldə mətbuat konfransı keçirib. O qeyd edib ki, regionda sülhün təmin olunması üçün diplomatiya və əməkdaşlıq vacibdir. Prezidentin köməkçisi konfrans iştirakçılarına Azərbaycanın ö...
publikaz_normalized
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir. Xatırladaq ki, ordumuzun şanlı qələbəsindən sonra su anbarı nəzarətimizə keçib. 1976-cı ildə Tərtərçayın üzərində tikilmiş Sərsəng su anbarının ümumi həcmi 565 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetrdir. Anbarın s...
publikaz_normalized
49 yaşlı Penelope Kruz sizi sadəcə bir baxışla özünə aşiq edə bilər. Gecəyə "Giambattista Valli"nin qara libasında qatılan aktrisa obrazını qırmızı dodaq boyası və uzun brilyant qaşlı sırğalarla ilə tamamlayıb. Your browser doesn't support video.
publikaz_normalized
Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ, reinteqrasiya ilə bağlı, onların hüquqlarına dair öz baxışımızı təqdim etmişik". “Dini, təhsil, mədəni, bələdiyyə hüquqları (Qarabağ ermənilərinin – red.) - bütün bu məsələlər beynəlxalq konvensiyalara uyğun olaraq həll ediləcək. Bu...
publikaz_normalized
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin qeyri-sabit, arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperatu...
publikaz_normalized
“Azərbaycanlılar 30 ildən sonra Qarabağa, öz torpaqlarına qayıtdılar”. Onun sözlərinə görə, indi Qarabağa qayıdan azərbaycanlılar TEXNOFEST gəncləri üçün dua edirlər. Ərdoğan qeyd edib ki, rəsmi Ankaranın davam etdirdiyi xarici və daxili siyasi kursun əsas məqsədi daha güclü Türkiyəni qurmaqdır: “Türkiyəni bütün sahələ...
publikaz_normalized
Qənirə xanımın yeganə arzusu vardı, heyif ki, həyata keçmədi. Deyirdi ki, "pensiyaya çıxanda İstanbula daşınacam, Boğazın altında ev alacağam. Orada ömrümün sonuna kimi kitablarımı yazacağam". Təəsüflər olsun ki, onun bu arzusu həyata keçmədi”. O, bildirib ki, Qənirə xanım ölümü ilə xalqını, onu sevənləri məyus etdi: Q...
publikaz_normalized
Bizim səbrimizlə oynamayın!":"Sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda həyata keçirilən xüsusi...
publikaz_normalized
2020-ci il noyabrın 8-də Ordumuz tərəfindən Şuşanın azad olunması bizim iradəmizin təzahürü idi. İki gün ondan sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu". “Aprelin 23-də (2023-cü il – red.) Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam ş...
publikaz_normalized
Astroloqların fikrincə, insanın bürcü ilə uğur potensialı arasında əlaqə var. Bürcünüzə görə çoxlu müsbət və mənfi xüsusiyyətlərə malik ola bilərsiniz, onlar həmçinin sizin uğurlu və çalışqan olma ehtimalınıza da təsir edir. BUĞA" "Buğalar rahatlığı sevir. Ancaq iş həyatında onları tanımaq çox çətin ola bilər. İddialı ...
publikaz_normalized
PSJ prezidenti Nasser Əl-Xelaifi komandasının hücumçusu Kilian Mbappe barədə danışıb. Ona sahib olduğumuz üçün xoşbəxtik və gələn mövsüm də bizimlə olacaq. Bizimlə birlikdə olduğuna görə çox xoşbəxtik". Mbappe 2018-ci ilin yayından PSJ-də çıxış edir. Onun klubla hazırlıq müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutu...
publikaz_normalized
Möhtəşəm hiylə - FOTO":"Rəngləri düzgün qarışdırmaq bacarığı obrazınızı tamamilə yeni səviyyəyə qaldıra və ən kiçik səhv ən qüsursuz paltarı belə məhv edə bilər. Bu mövsümün aktual çalarlarını birləşdirməyi asanlaşdırmaq üçün onların uğurlu ahəngini seçməyə qərar verdik. Qırmızı + qəhvəyi" " "Qırmızı mövsümün əsas rəng...
publikaz_normalized
İstanbulun Taksim meydanında reyd zamanı təxminən 5 min lirə cərimələnən sürücü polis əməkdaşlarını təhdid edib. Mən də qardaşımla gələcəyəm, ağıllı olun, qarşınızda uşaq yoxdur. Yaz cəriməni, sədəqə olsun!”" "Bundan sonra əsəbləşən şəxs cəriməni imzalayıb polisləri hədələyərək maşınına minib və ərazidən uzaqlaşıb. Həm...
publikaz_normalized
Onun pulsuz transferi üçün":"Mançester Yunayted"in hücumçusu Antoni Marsial karyerasını "Barselona"da davam etdirə bilər. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Futbolçunun "Mançester Yunayted"lə hazırkı sözləşməsi 2024-cü ilin yayında başa çatır. Lakin "qırmızı şeytanlar"ın forvardla müqaviləni uzatmaq imkanı var...
publikaz_normalized
Qənirə Paşayevanın müəmmalı ölümü...":"“Qənirə Paşayevanın ölümü müəmmalıdır. Burada kriminal səbəb araşdırılmalıdı”. “Xəbərlərdə oxuduğuma görə klinikaya daxil olarkən onda həm hipotenziya, həm bradikardiya var imiş. Bu arıqlatma dərmanları ilə əlaqəli ola bilməz. Əgər arıqlatma dərmanları ilə əlaqəli hipovolemik şok ...
publikaz_normalized
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti dövlət çevrilişi işi ilə bağlı Serbiya vətəndaşlarını dindirməyə çağırıb. Bu barədə “İmedi” telekanalı məlumat yayıb.
publikaz_normalized
Yeni bir araşdırma, 10 saniyə bir ayaq üstə dayana bilməyən orta və daha yaşlı insanların 10 il ərzində ölmə ehtimalının iki dəfə çox olduğunu ortaya qoyub. Bu məlumat bazasında qeydiyyatdan keçmiş şəxslərin sağlamlıq vəziyyəti ilə idman fəaliyyətləri arasındakı əlaqə illərdir izlənilir. Bu iştirakçılar təkrar müayinəl...
publikaz_normalized
Sentyabrın 20-də biz Qarabağdakı Ermənistan ordusuna bəyan etdik ki, silahlarınızı yerə qoyun və oraları tərk edin. Bu, belə də oldu, bu baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, sadiqik. Dövlətimizin başçısı əmin olunduğunu bildirib ki, əgər Ermənistan hökuməti 2019-cu ildə verilən “Qarabağ Ermənistandır!” ...
publikaz_normalized
Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib. Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri və insanların həlak olması ilə nəticələnmiş çoxsaylı terror aktları ilə əlaqədar Döv...
publikaz_normalized
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud yolun paytaxt Bakı istiqamətində olan 51-61-ci km-lik hissəsində rahat gediş-gəlişin təmin olunması məqsədi ilə sabah səhər saatlarından asfalt-beton örtüyünün aşınma layının döşənməsi işlərinin icrasına başlanılacaq. Bild...
publikaz_normalized
Ermənistan tərəfi uzun müddət ərzində, Azərbaycan ərazilərinin işğalı zamanı işğal, dağıntı, qanunsuz məskunlaşmalar daxil olmaqla, qanunsuz fəaliyyətin nəticələri ilə yerində tanış olmaq məqsədilə beynəlxalq missiyaların işğal olunmuş ərazilərimizə səfərini hər zaman əngəlləyib və ya məhdudlaşdırıb". O bildirib ki, ey...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib. Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin ümum...
publikaz_normalized
Savadlı, dünyagörüşlü, vətəninə bağlı, torpağını, işini, insanları sevən, qəlbi dolu, genişqəlbli, şeir ruhlu, köməksizlərin yanında olan, türk xalqının sevimlisi - Qənirə Paşayeva çox tez getdin. Sənətçi dünən vəfat edən millət vəkili Qənirə Paşayeva ilə bağlı xatirələrini bölüşüb və bildirib ki, onun arzularından bir...
publikaz_normalized
Suriyada yerləşən PKK-PYD terror təşkilatının qanadı olan “Nubar Ozanyan briqadası” Azərbaycan ordusunun Qarabağda apardığı antiterrorr tədbirlərindən sonra terrorçu erməniləri dəstəkləmək məqsədi ilə açıqlama verib. Terror qruplaşması Azərbaycanı təhdid edərək bundan sonra Azərbaycana qarşı sərt və güzəştsiz davranaca...
publikaz_normalized
Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb. Həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altında...
publikaz_normalized
Sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Hen...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentininin müşaviri, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ilə görüşüb. Görüşdə Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq, o cümlədən ətraf mühitin qorunması sahəsində mümkün tərəfdaşl...
publikaz_normalized
Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlər zəngin tarixə malikdir. Xa...
publikaz_normalized
Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov Xankəndidən paylaşım edib.
publikaz_normalized
Azərbaycan Respublikasının Əməkdar jurnalisti vəfat edib. O, Şərur rayon Düdəngə kənd qəbiristanlığında torpağa tapşırılıb.
publikaz_normalized
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 29-u saat 18:00-a olan məlumat açıqlanıb. Tank əleyhinə silahlar – 37" "6. HHM silahları – 133" "TEXNİKA" "1. Avtomobil texnikası – 173" "3. Yardımçı ...
publikaz_normalized
Prezident İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirlə...
publikaz_normalized
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Qənirə Paşayevanın vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib.
publikaz_normalized
Türkiyənin xarici işlər naziri Hakan Fidan millət vəkili Qənirə Paşayevanın vəfatı ilə bağlı Azərbaycan xalqına və türk dünyasına başsağlığı verib. “TİKA sədri olduğum müddətdən bəri yaxından tanıdığım, fəaliyyəti ilə Azərbaycanın və bütün türk dünyasının hüquqlarını hər platformada uğurla müdafiə edən azərbaycanlı mil...
publikaz_normalized
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Bildirilib ki, sentyabrın 29-da Rusiya Federasiyasının Tula şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. İclasda cari hərbi əməkdaşlı...
publikaz_normalized