text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
“ 1994-cü il mayın 21-də Zuğulbadakı Pansionatda müvəqqəti məskunlaşan qaçqınlarla" "görüşü zamanı çıxış edən Ümummilli Lider demişdir: “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.” Təəssüflər olsun ki, Azərbaycan xalqı səriştə...
publikaz_normalized
Xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələbləri pozanlar 10 min manatadək cərimə ediləcək. Dəyişikliklə elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş...
publikaz_normalized
İngiltərədə bir qadın yemək yarışması zamanı ölüb. Hadisə reqbi klubunun xeyriyyə tədbirində baş verib. Britaniyalı qadın əyləncəli zefir yemək yarışmasında iştirak etmək üçün səhnəyə dəvət olunub. Qadın boğulmağa başlayana qədər səylə ağzına şirniyyat doldurub. Tamaşaçılar yarışmaçını xilas etməyə çalışsalar da, hadis...
publikaz_normalized
Banklarda hesab əməliyyatlarının müddəti azaldılır":"Azərbaycanda banklar müştərinin hesabına daxil olmuş pul vəsaitini həmin əməliyyat günündən (bankın müştəri sərəncamlarının qəbulu və bank əməliyyatlarının aparılması üçün müəyyən etdiyi iş vaxtından) gec olmayaraq hesaba salmalı olacaqlar, bu şərtlə ki, qanunda ayrı...
publikaz_normalized
ölən var":"Bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib. İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "Qazel" markalı maşının sürücüsü - 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, "Kamaz" tipli yük maşınını...
publikaz_normalized
Mərkəzi Bankın səlahiyyəti artırılır. Layihəyə əsasən, Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə digər maliyyə bazarı iştirakçıları kimi, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorlarının da fəaliyyətinin lisenziyalaşdırılmasını, tən...
publikaz_normalized
“İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclası keçirilib. İnflyasiya və qiymət monitorinqi üzrə İşçi qrupun rəhbəri Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində 2023-cü ilin yanvar-sentyabr aylarında istehlak bazarında qiymətlərin dəyişməsi, infly...
publikaz_normalized
Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyi pozanlar 7 min manat cərimələnəcək. Yeni maddəyə əsasən, ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulmasına, yəni Azərbaycan Mərkəzi Bankının apardığı reyestrdə olmayan ödəniş agenti vasitəsilə ödəniş xidmətlərinin gö...
publikaz_normalized
12-13 oktyabr tarixlərində Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyi və Azərbaycan Hava Yollarınınbirgə əməkdaşlığı çərçivəsində 72 nəfər Azərbaycan vətəndaşı və Azərbaycan əsilli İsrail vətəndaşları Mahaçqala, Dubay şəhərləri üzərindən və birbaşa reys vasitəsilə Bakı şəhərinə yola salınıb. Xatırladaq ki, ...
publikaz_normalized
Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində bu gün Estoniya ilə səfərdə keçirəcəyi matçın iştirak ərizəsi açıqlanıb. Baş məşqçi Canni De Byazi "Zirə"dən Rüstəm Əhmədzadə və "Qarabağ"dan Nəriman Axundzadənin xidmətinə ehtiyac duymayıb. Adıçəkilən futbolçular Tallindəki "Le Koq Arena"da baş tutacaq qarşılaşmanı...
publikaz_normalized
Bu bölgələrdən uzaq durun":"Türkiyə Xarici İşlər Nazirliyi Livandakı vətəndaşlarını ölkənin cənubundan uzaq durmağa çağırıb. Livandakı vətəndaşlarımıza ehtiyatlı olmaları və mümkün olduğu qədər Litani çayının cənubundakı bölgələrdən uzaq durmaları tövsiyə edilir", - Türkiyə Xarici İşlər Nazirliyinin "X" mikrobloqunda v...
publikaz_normalized
Türkiyənin İzmir şəhərində bir nəfərin qarət etmək istədiyi taksi sürücüsünə səki daşı ilə hücum etdiyi anlar kameraya düşüb. Lakin Bucaya getmək istədiyini bildirən A.T, Gediz məhəlləsi yaxınlığında taksi sürücüsünü soymağa cəhd edib. Şübhəli şəxs S.K-ya hücum edərək onu səki daşı ilə döyüb, sonra isə avtomobildən düş...
publikaz_normalized
Oktyabrın 11-dən 12-nə keçən gecə Hacıqabulun Navahı qəsəbəsində baş vermiş dəhşətli yanğında həlak olan 5 nəfər dəfn edilib. Onlar yanaşı formada torpağa tapşırılıb. Belə ki, mərhum A.Haşımovanın yaxınları doğmalarının Cəlilabadda dəfn edilməsini istəyib və onların cənazələrini həmin rayona aparıblar. Hadisədə həyatın...
publikaz_normalized
3 komanda üçün final mərhələsinə vəsiqə şansı":"Avro-2024-ün seçmə mərhələsində bu gün 7-ci turun növbəti oyunları keçiriləcək. B qrupunda Fransa Niderlanda qalib gəlsə, Almaniyada təşkil olunacaq qitə birinciliyində iştirak hüququna yiyələnəcək. Həmçinin görüş heç-heçə nəticələnsə, digər matçda isə Yunanıstan İrlandiy...
publikaz_normalized
İsrail və Fələstin arasındakı gərginlikdən bəhs edən "Fauda" serialında da rol alan kürd əsilli gənc aktyor İdan Amedi İsrail ordusuna qatılıb. İnstaqram hesabında yayımladığı videoda əsgərliyə getdiyini deyən aktyor yaxşı olduğunu deyib: WhatsAppı açdım və çoxlu mesajlar gördüm. Hamınıza yaxşı olduğumu bildirirəm. Şən...
publikaz_normalized
Avropa İttifaqı (Aİ) Tayvanı müstəqil dövlət kimi tanımır, lakin bu ölkə ilə ikitərəfli münasibətlərin tərəfdarıdır. O, Aİ-Çin münasibətlərində əsas təhlükəsizlik probleminin Tayvan olduğunu bildirib. Qeyd edək ki, Borrellin oktyabrın 12-də Çinə səfəri başlayıb. Səfər oktyabrın 14-də yekunlaşacaq.
publikaz_normalized
Arda Gülər və ...":"2023-cü il “Golden Boy” (Qızıl oğlan) mükafatına namizədlərin yekun siyahısı məlum olub. Siyahıda “Real”, “Bayern”, “Leypsiq”, “Benfika” və “Barselona” kimi komandaların hər birindən 2 futbolçu yer alıb. Namizədlər arasında Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər də var. Qeyd edək ki, “Golden...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının (AMB) bankların istifadə etdiyi avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlılığı və təhlükəsizliyi ilə bağlı minimum tələbləri müəyyən etmək səlahiyyəti ləğv edilir. Bundan başqa, sənədə əsasən, AMB-nin bank informasiyasının mühafizəsinin təmin edilməsinə aid minim...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Masallı və Gəncədə qanunsuz tikililərin qarşısını alıb. Masallı şəhəri və Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb. FHN-in Tikintidə Təhlük...
publikaz_normalized
Payız və qış aylarında səhər tezdən məktəbə, işə niyə getməlidir ki insan? Kim fikirləşib e, bu vaxt məsələsini? Olmaz ki saat 10-da başlasın məktəb və bəzi iş yerləri? O, hesab edir ki, iş saatının 10-da başlaması tıxac probleminin aradan qaldırılmasında effektli həll ola bilər. Həm tıxac azalar, insanlar eyni vaxtda ...
publikaz_normalized
Tehranın “qırmızı xət”lərlə bağlı bəyanatları mümkün hərbi əməliyyatlarda İranın Ermnistan üçün zəmanəti sayılmamalıdır. Onun sözlərinə görə, İran Qafanda konsulluq açmaqla ciddi addım atıb: “Lakin bu o demək deyil ki, Türkiyə və Azərbaycana qarşı hansısa hərbi müdaxiləyə gedəcək. İranın “qırmızı xətlər”lə bağlı səslən...
publikaz_normalized
Hücum xəttində ciddi problem yaşayan "Real" bu mövqeylə bağlı qərar verib. Bu barədə “Marca” nəşri məlumat yayıb. Bildirilir ki, "kral klubu" ön xəttə futbolçu axtarışında idi. Hətta bir neçə namizəd arasında seçim edilirdi. Ancaq Cud Bellinqem və Xoselunun məhsuldar çıxışı "qalaktikos"u bu fikirdən daşındırıb. Real" h...
publikaz_normalized
Müğənni Kərim Abbasov efirdə dilinin bəlasına düşüb. Proqramın aparıcısı Vüsalə Əlizadə Kərimdən “jim” etmək məharətini canlı yayımda göstərməsini istəyib. Abbasov ayaqqabılarını soyunub həmin idman hərəkətini icra edib. Müğənni 50 dəfə desə də, cəmi 30 dəfə “jim” vurub. Onun bu məharətini isə Vüsalə alqışla qarşılayıb...
publikaz_normalized
Türkiyənin məşhur professorları Cəlal Şengörlə İlber Ortaylı yenidən Bakının qonağı olacaq. Bildirib ki, bu dəfə Azərbaycan Diplomatiya Mərkəzinin təşkilatçılığı ilə bu iki dəyərli alim ölkəmizə yenidən təşrif buyuracaq və Bakı Konqres Mərkəzində yeni bir konfrans baş tutacaq. Görkəmli professorların iştirakı ilə “Düny...
publikaz_normalized
Milli Məclisdə “Heydər Əliyev -100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfrans keçirilir. Konfransda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi, uğurla həyata keçirilən və inkişaf edən sosial siyasət kursunun əsas istiqamətləri barədə məruzələr dinləniləcək, çıxışlar olaca...
publikaz_normalized
Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı. İclasda iştirak edən dövlət başçıları birgə foto çəkdirdilər. Əvvəlcə MDB Dövlət Başçıları Şur...
publikaz_normalized
Əgər Azərbaycan Respublikasının vətəndaşları olsaydılar, o zaman "qaçqın statusu"nun verilməsi barədə düşünmək gərəkərdi. Lakin fakt odur ki, həmin kəslər üzərlərində Ermənistan pasportu və ya digər qeyri-qanuni sənədlər daşıyırlar. Xatırladaq ki, Fransanın təşəbbüsü ilə bir qrup dövlət oktyabrın 11-də BMT-nin İnsan Hü...
publikaz_normalized
Mingəçevir Şəhər Məhkəməsində Mingəçevir Şəhər Xəstəxananın Doğum-Ginekologiya şöbəsinin həkimi, mama-ginekoloq Leyla Cəfərova barəsindəki cinayət işinə baxılıb. Belə ki, araşdırmalar zamanı tənzifin 7 ay müddətində 25 yaşlı Aysel Qurbanovanın qarnında qalması məlum olub. Nəticədə onun bağırsağı deşilib. Bildirilib ki,...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye m...
publikaz_normalized
Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır. Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq", - deyə vurğulanır: • Təhlükəli və bələd olmadığınız ərazilərə dax...
publikaz_normalized
Bu dəfə... - FOTOLAR":"Vanda Nara karyerasında yeni bir səhifə açmağa hazırdır. O, bu dəfə müğənni olmaq eşqinə düşüb. “Qalatasaray”ın hücumçusu Mauro İkardinin 36 yaşlı həyat yoldaşı əvvəllər model, futbol agenti, ən son isə teleaparıcı kimi fəaliyyət göstərib. O, "Masterchef"in Argentina versiyasının layihə rəhbəri d...
publikaz_normalized
İmzalanan kimi...":"Rusiya qaz qovşağının yaradılması üçün “yol xəritəsi” hazırlayıb Türkiyəyə göndərib. “Hazırda bu layihə müzakirə olunur, “yol xəritəsi” hazırlanıb və türkiyəli tərəfdaşlara göndərilib, indi onu nəzərdən keçirirlər. İmzalanan kimi tədbirlər planına uyğun olaraq həyata keçiriləcək”. Novak qeyd edib ki...
publikaz_normalized
Rusiyalı kişi arvadını artıq çəkili olduğuna və 10-cu uşağı dünyaya gətirə bilmədiyinə görə hədələyib. Məlum olub ki, spirtli içki qəbul edən 61 yaşlı kişi yoldaşını hədələyib və onu yerə yıxaraq, bıçağın sapı ilə döyüb. Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayətindən sonra məhkəmə vəziyyəti araşdırmağa başlayıb....
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonunda, "Mingəçevir" su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.
publikaz_normalized
Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 oktyabr 2023-cü il tarixinə 8.5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4 milyard manat olub. 1 oktyabr 2023-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.5 milyard manat təşkil edib. Bankın 1 oktyabr 2023-cü il t...
publikaz_normalized
İsrail xaricdəki vətəndaşlarını cümə günü diqqətli olmağa və fələstinlilərə dəstək nümayişlərindən uzaq durmağa çağırıb. Oktyabrın 10-da Həmas Fələstin xalqını, İslam dünyasını və bütün dünyadakı azad insanları cümə günü Qüds, Məscidül-Əqsa və Qəzzaya dəstək üçün ümumi səfərbərliyə çağırıb. Xatırladaq ki, oktyabrın 7-s...
publikaz_normalized
Çinin “itkin düşmüş” müdafiə naziri postuna namizədin adı açıqlanıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qeyd olunur ki, Liu Zhenlinin oktyabrın 29-dan 31-dək Pekində keçiriləcək Xiangshan Forumundan əvvəl nazir təyin olunacağı gözlənilir. Yeni nazir təyinatının Çin və ABŞ arasında hərbi əməkdaşlığı intensivlə...
publikaz_normalized
Məşhur amerikalı aktyor və kinorejissor Şon Penn Ukrayna prezidentini digərlərindən fərqləndirən xüsusiyyətini qeyd edib. Sənətçi Ukraynaya komediya ustası olan prezident haqqında sənədli film çəkmək üçün gəldiyini, lakin Rusiyanın genişmiqyaslı işğalının ssenarini kökündən dəyişdiyini bildirib. Böyük müharibənin şahid...
publikaz_normalized
KSI ləqəbi ilə tanınan Olayide Olayinka Uilliams və Tommy Furi bu həftə sonu rinqdə ü-üzə gələcəklər. Onların döyüşü "Misfits Boxing" turnirinin əsas hadisəsi olacaq. Təbii ki, döyüş zamanı "Mançester Arenada" ən cazibədar qızlar savaşacaqlar: Ceyd Berri, Summa Hammond, Sidney Elizabet və Qabriel Alfonso. Gəlin onları ...
publikaz_normalized
ABŞ prezidenti Co Bayden seçkilərə bir il qalmış siyasi əlverişlilik reytinqinə görə keçmiş prezident Donald Trampı bir faiz üstələyir. Florida qubernatoru Ron DeSantis Co Baydeni 2 xal qabaqlayır. Cənubi Karolinanın əvvəlki qubernatoru və ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli isə ondan 4 xal irəlidədir. Araşdırmay...
publikaz_normalized
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı bloger Hüseyn Həsənovla bağlı yoxlamalar aparacaq. Polis qumar oyunlarının təşkili və reklamı ilə bağlı qanunsuz fəaliyyətlərinə görə Hüseyn Həsənov, Eqor Krid, Yuri Xovanski və digər videoblogerlərlə bağlı əlavə yoxlamalar aparır. Bu, Təhlükəsiz İnternet Liqasının cinayət i...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, ötən gün müğənni Rəqsanə İsmayılova qızı Aysunun ikinci dəfə ailə quracağı ilə bağlı məlumat verib. Haqqımda çıxan əsassız xəbərlə bağlı açıqlamanı Zaur Kamalın verlişində verdim və bu haqda bir də heç bir efirdə danışılmağını istəmirəm. Yenidən ailə qurduğum zaman bunu özümdən eşidəcəksiniz".
publikaz_normalized
Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisb...
publikaz_normalized
Arxasınca tüpürdü - FOTOFAKT":"DÇ-2026-nın Cənu Amerika zonası üzrə seçmə mərhələsinin Argentina – Paraqvay oyununda xoşagəlməz hadisə yaşanıb. Bu, onlar arasında yaşanan mübahisədən sonra baş verib. 36 yaşlı ulduz buna heç bir reaksiya verməyib. Ona rəqibin hərəkəti barədə soyunub-geyinmə otağında məlumat verdikdə də ...
publikaz_normalized
Dünya və mövcud beynəlxalq sistemin əsasını təşkil edən hüquq daha bir nonsens vəziyyətlə üzə-üzə qalıb. Azərbaycan torpaqları işğal altında olan zaman susanlar və işğalçı Ermənistana heç bir təzyiq etməyənlər indi “ayılıb” və erməni maraqlarının müdafiəsi məqsədilə “beynəlxalq hüquqdan”, “humanitar missiyalar”dan bəhs...
publikaz_normalized
Moskvada itini gəzdirən qadının üzərinə ağac aşıb. Görüntülərdən aydın olur ki, qadın bir neçə metr aralıda olarkən ağac yıxılmağa başlayır. Rus qadın qaçmağa çalışsa da, canını qurtara bilmir. Ətrafdakı insanlar ona kömək etməyə çalışırlar. Qəza nəticəsində qadın onurğa sütunundan ağır zədə alıb. Qeyd edək ki, hadisə ...
publikaz_normalized
Vaqif, tanıdın məni?" - VİDEO":"Xəbər verdiyimiz kimi, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsi keçirilib. M.Məmmədov Xaçatryana, “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” (əl qumbar...
publikaz_normalized
Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilmiş Saray qəsəbə sakini Natiq Hüseyin oğlu Zeynalov Bakı İstintaq təcridxanasının qarşısında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Bu barədə Trend-ə Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiy...
publikaz_normalized
Özünü düz aparmır":"Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ermənistan Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrlə münasibətdə özünü tərəfdaş kimi aparmır. “Gürcüstan bizim assosiasiyadan birinci çıxdı, de-fakto, Ukrayna bizimlə deyil”, - deyə Lukaşenko qeyd edib. O, həmçinin əlavə edib ki, “Moldova ilə...
publikaz_normalized
Futbolçu Rusiyaya qaçdı":"Ukrayna "Şaxtyor"unun (U-19) futbolçusu Aleksandr Rosputko komandasının düşərgəsini özbaşına tərk edib. O, UEFA Gənclər Liqasında "Antverpen"ə (Belçika) qalib gəldikləri (2:1) matçdan sonra Ukraynaya qayıtmayıb. Bildirilib ki, Belçikadan Ukraynaya yola düşən komandanın üzvləri arasında Aleksan...
publikaz_normalized
Qırğızıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir". “Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmalar yerinə yetirilir. Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıst...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevi MDB-nin Fəxri Nişanı ilə təltif edilməsi münasibətilə təbrik edib. Tədbirimizin əlamətdar hadisəsi Özbəkistan Prezidenti, hörmətli Şavkat Miromonoviç Mirziyoyevin MDB-nin Fəxri Nişanı ilə təltif edilməsidir. Şavkat Miromonoviçi bu layiqli...
publikaz_normalized
Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb. Matçı Aristotelis Diamantopulos idarə edəcək. Ona Konstantinos Psarris və Andreas Meintanas kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək. Qeyd edək ki, oktyabrın 16-da keçi...
publikaz_normalized
Azərbaycanda effektiv pensiya yaşı 62-dir. Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş çoxsaylı güzəştlər nəticəsində effektiv yaş 62-dir. Bu, dünyada ən aşağı yaşlardan biridir. Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib. Nazir qeyd edib ki, bu ...
publikaz_normalized
Humanitar sahə MDB çərçivəsində əsas istiqamətlərdən biridir. Azərbaycan bu sahədə əməkdaşlığımızın inkişafına böyük töhfə verir. Dövlətimizin başçısı Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyini dəstəklədikləri üçün həmkarlarına minnətdarlığını bildirib.
publikaz_normalized
Azərbaycan boksçusu Malik Həsənov Monteneqronun Budva şəhərində Avropa kubokunun finalına yüksəlib. 63,5 kq çəkidə mübarizə aparan təmsilçimizin finala adlamasına rəqibinin döyüşdən imtina etməsi səbəb olub. Ahmat Ştivi (İsrail) görüşə çıxmadığından, Həsənov yarımfinalda döyüşmədən finala vəsiqə qazanıb. O, həlledici g...
publikaz_normalized
Həyatın sevincini və gözəlliyini duymaq üçün sadəcə xoşbəxtlik hormonlarını artırmaq kifayətdir. Bu hormonlardan biri – oksitosindir. Bəs bu hormon hansı funksiyaları yerinə yetirir və heç bir dərman qəbul etmədən onun sintezini necə stimulə etmək olar? "Oksitosin sevgi, güvən, evlilik və sosial əlaqə hormonudur. Buna ...
publikaz_normalized
Pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşların kapitalı ilə bağlı sual veririldi. Pensiya sistemimizin üçdə bir hissəsi ailə başçısını itirməyə görə pensiyadır. Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib. Nazir bildirib ki, məhz o da vəfat etmi...
publikaz_normalized
Üzbəüz danışanda..":"Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi ölkələrinin liderlərinə Ukrayna böhranı ilə bağlı vəziyyəti üz-üzə bölüşməyə hazır olduğunu bildirib. Ukrayna böhranı çevrilişin təşkil edildiyi 2014-cü ilə təsadüf edir. Ukraynanın cənub-şərqində döyüş əməliyyatları müharibənin başlanğıcı...
publikaz_normalized
NASA 100 milyon kilometr uzaqlıqdakı Bennu asteroidindən Yerə göndərilən nümunələrin ilk tapıntılarını bölüşüb. Bildirilib ki, 4,5 milyard illik asteroid karbonla zəngindir və tərkibində su var. Nümunələr sentyabrın 24-də Yerə çatıb. NASA administratoru Bill Nelson "Osiris-Rex tərəfindən qaytarılan nümunə Yerə qayıdan ...
publikaz_normalized
Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası başlayıb.
publikaz_normalized
Senatordan ŞOK İDDİA":"Fələstin və İsrail arasında gərginliyin cari raundunda bir sıra qəribəliklər var. O qeyd edib ki, bugünkü qarşıdurma 1973-cü ildən bəri ən güclü qarşıdurmadır, baxmayaraq ki, əvvəllər də ərəblərlə israillilər arasında vaxtaşırı toqquşmalar olub. Cabarova görə, Fələstin-İsrail münaqişəsinin hazırk...
publikaz_normalized
Bunun arxasında hansısa qüvvələr var - VİDEO":"Rusiya Dövlət Dumasının deputatı Milonov qəribə bir təkliflə ictimaiyyətdə səs - küy yaradıb. Belə ki o, ekstrasenslərin, astroloqların və bu kimi ezoterika ilə məşğul olanların fəaliyyətinin qanun çərçivəsində qadağan edilməsini irəli sürüb. Həmyerlimiz isə deyib ki, hər ...
publikaz_normalized
Ukrayna Qərbin müstəmləkəsinə çevrilərək, xarici maliyyə yardımından tamamilə asılı vəziyyətə düşdü. O bəyan edib ki, sağ qalmaq üçün Ukraynaya 32 milyard dollar yardım lazımdır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu, onların Kiyevə verməli olduqlarından 3 milyard çoxdur. Azarov bildirib ki, ölkə büdcəsi...
publikaz_normalized
Dünya şöhrətli pianoçu Fazil Say Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dünyanın ən yaxşı lideri adlandırıb. Lakin onun bu sözləri qalmaqala səbəb olub. Ərdoğan indiyə qədər dünyada sülh üçün ən yaxşı və ən doğru açıqlamalar verən liderdir. Düşünürəm ki, bu, Rusiya-Ukrayna müharibəsində də belə idi", - Fazıl Say bild...
publikaz_normalized
Bir günə həll etdik":"Müğənni Hiss "Dilək" adlı yeni mahnısını və ona çəkilən klipini təqdim edib. Çəkilişləri dəniz kənarında baş tutan klipin rejissorluğunu Elgün Cəfərov edib. Düşünürəm ki, bu mahnım da digərləri kimi seviləcək, insanların musiqi zövqünü oxşayacaq. Tam da payız ruhunu əks etdirən bir iş oldu. Elə çə...
publikaz_normalized
Abşeron rayonunda 2002-ci il təvəllüdlü Səlim münaqişə zamanı Rəvanəyə (adlar şərti verilib – red.) Kafeyə müştəri qismində gəlib masaların birində əyləşən Səlim kafenin aşpazı Rəvanə ilə spirtli içki içib. Gecə saat 1-də Rəvanənin kafedə işləyən qadınlar barəsində xoşagəlməz ifadələr işlətməsini bəhanə edərək onunla m...
publikaz_normalized
Yeşilçam ulduzu" Mətin Akpınarın nikahdan kənar əkiz qızları olduğu ortaya çıxıb. Dünən Antalyada keçirilən gizli məhkəmə prosesi baş tutub. Məhkəmə DNT testlərindən sonra Duyqu Nəbioğlunun aktyorun qızı olduğuna qərar verib. Məlum olub ki, aktyorun 1988-ci ildə nikahdan kənar anadan olan və anaları tərəfindən dövlət h...
publikaz_normalized
Artıq ikili standartlara, ölkəmizə qarşı qərəzli münasibətlərə öyrəşmişik və bu cür riyakar siyasətə qarşı bizdə bir immunitet formalaşıb". O bildirib ki, 30 illik işğal dövründə səsini çıxartmayan, baş verənlərə göz yuman qurumlar, təşkilatlar, siyasətçilər bu gün Qarabağdan könüllü surətdə çıxan, bölgəni tərk edən er...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə MDB-nin inkişafındakı xidmətlərinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Müstəqil Dövlətlər Birliyinin (MDB) fəxri nişanı ilə təltif edilməsi mərasimində iştirak edib. Xəbər yenilənəcək" "***" " " "Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB-nin inkişafındakı xidmətl...
publikaz_normalized
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına beş idman növünün daxil edildiyini təsdiqləyib. BOK prezidenti Tomas Bax təklif edilən növlərin ABŞ-ın idman mədəniyyətinə tam uyğun olduğunu bildirib. Qeyd edək ki, Los-Anceles olimpiadasının 20...
publikaz_normalized
Bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndində tank əleyhinə minanın partlaması nəticəsində bir mülki şəxs həlak olmuş, biri isə yaralanmışdır. Bu barədə Təəssüf ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin bitməsindən ötən 3 ilə yaxın müddətdə minaya düşərək həlak olan və ya...
publikaz_normalized
Əvvəlki formaya salmaq üçün...":"Sağlamlığımla bağlı sizə açıqlama verim, indi özümü daha yaxşı hiss edirəm, sadəcə bədənin toxumaları zədələnib və çox həssaslaşıb. İnşallah o da zamanla düzələcək və əvvəlki formasına qayıdacaq. Həkim sağ olsun, həqiqətən mənim bədənimi geldən təmizlədi. abscessus - irinlik) — iltihab ...
publikaz_normalized
Oktyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq oyun ərəfəsində arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bildirilib ki, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək: “Gün ərzində...
publikaz_normalized
Tennisçi Eşli Erkleroad karyerasını bitirdikdən sonra modelliyə üz tutub. İdmanda iddialı vədlər versə də, amma heç vaxt onlara əməl etməyib. Eşli ən ciddi uğurunu gənc yaş kateqoriyasında tennisdə qazanıb. 2001-ci ildə "Uimbldon" qalibi olub və bir il sonra "Roland Garros"un finalına yüksəlib. Böyüklərin mübarizəsinə ...
publikaz_normalized
Xalq artisti Tünzalə Ağayeva bu dəfə də açıq-saçıq geyimi ilə diqqəti öz üzərinə çəkməyi bacarıb. İfaçının pərəstişkarları görüntülərə çox sayda şərh yazıblar. Onun bu geyimini bəyənənlər olsa da, açıq-saçıq tərzi müğənniyə yaraşdırmayanlar da çox olub. Son zamanlar bu cür geyimlərə üstünlük verən müğənni bəzi izləyici...
publikaz_normalized
Mina qurbanlarının sayı 333 nəfərə çatıb". Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini ve...
publikaz_normalized
İsrail Müdafiə Qüvvələri (IDF) bu gün Fələstinin HƏMAS qruplaşmasının liderinin qardaşını hava hücumunda öldürdüyünü bildirib. İsrail ordusu Qəzza zolağında HƏMAS yaraqlıları tərəfindən istifadə edilən beş yaşayış binasını vurduğunu bildirib. Hərbçilərin məlumatına görə, binalardan birini HƏMAS lideri Yəhya Sinvarın qa...
publikaz_normalized
Bu ilin 23 mart tarixində Şamaxı rayonu Quşçu kəndi ərazisində 50 yaşlı Arif Əliyevin ölümü ilə nəticələnmiş yol qəzasının təfərrüatı məlum olub. Həyat yoldaşının vəfat etdiyini görən A.Əliyev həmin gün Şamaxıda yaşayan qızının həyat yoldaşı Elgün Nəbiyevə zəng edib. Elgün də həm bibisi, həm də qayınanası olan S.Əliyev...
publikaz_normalized
Azərbaycanda mina qurbanlarının sayı 333 nəfərə çatıb. Qeyd edək ki, bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində mülki şəxslər minaya düşüb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktl...
publikaz_normalized
Yuxu mütəxəssisi Abhinav Sinqxin sözlərinə görə, bədənin susuz qalması səhərlər ağız qoxusunun gizli səbəblərindən biridir. Mütəxəssis qeyd edib ki, ağzı açıq yatan insanlar oyandıqdan sonra ağız qoxusundan şikayətlənirlər. O, bunun patogen bakteriyaların sayının artmasına səbəb olan ağız quruluğu ilə əlaqədar olduğunu...
publikaz_normalized
10 futbolçu polisə aparıldı":"İtaliya futbolunda növbəti qalmaqal yaşanır. Xəbər verdiyimiz kimi onlardan biri "Yuventus"un yarımmüdafiəçisi Nikolo Faqiolidir. O, qeyri-qanuni bukmeker kontorunda mərc oynadığını və mobil telefonunu könüllü olaraq aidiyyəti qurumlara təhvil verəcəyini müstəntiqlərə bildirib. 22 yaşlı fu...
publikaz_normalized
Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini 2024-cü il oktyabrın 8-də keçirilməsi planlaşdırılan MDB sammitinə dəvət edib. “Əsas olan, əlbəttə ki, 2024-cü il oktyabrın 8-də Moskvada keçirməyi planlaşdırdığımız növbəti MDB sammiti olacaq. Və təbii ki, fürsətdən istifadə edərək, hamınızı burada iştirak e...
publikaz_normalized
Dünən biz İlham Əliyevlə nəqliyyat sisteminin inkişafı məsələsini müzakirə etdik. “Biz Azərbaycan Prezidenti İlham Əliyevlə planlarımız, o cümlədən dəmir yolu şəbəkəsinin və avtomobil yollarının inkişafı barədə ətraflı danışdıq. Bütün bunların təkcə regional deyil, həm də beynəlxalq əhəmiyyəti var”, - Putin bildirib.
publikaz_normalized
Rəqiblərə aman vermədilər":"İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı məşqçisinin və ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Ən yaxşı baş məşqçi nominasiyasında da London klubu birinci olub. Mahmızlar"ın çalışdırıcısı Anqe Postekoğlu futbolçusundan geri qamayıb. Tottenhem" Premyer Liqa tarixində mövsümü...
publikaz_normalized
Ümid edirəm ki, Gümrü şəhəri...":"Rusiya prezidenti Vladimir Putin Ermənistanın Gümrü şəhərinin planlaşdırıldığı kimi, 2024-cü ildə MDB Oyunlarına ev sahibliyi edəcəyini gözləyir. “Gələn il MDB oyunlarına ev sahibliyi edəcək şəhər istənilən halda planlaşdırıldığı kimi Ermənistanın Gümrü şəhəri olacaq. Ümid edirəm ki, r...
publikaz_normalized
Oktyabrın 13-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə I Türk Dünyası Mədəniyyət Forumu başlayıb. Forum iştirakçıları və qonaqlar Şuşa Yaradıcılıq Mərkəzini ziyarət edərək "Heydər Əliyev və Qarabağ" adlı sərgi ilə tanış olublar. Sərgidə Ulu öndə...
publikaz_normalized
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının əmri ilə qurumda bir neçə vəzifəyə təyinat olub. Məlumata görə, Ayaz Müseyibov icraçı direktorun müşaviri təyin edilib. O, bu təyinata qədər Azərbaycan Mərkəzi Bankında, "Azərbaycan Kredit Bürosu" MMC-də, İqtisadiyyat Na...
publikaz_normalized
Soyuqdəymə, qrip kimi xəstəliklərdən qorunmaq istəyənlərin istifadə etdiyi bitki çaylarından düzgün istehlak edilmədikdə sağlamlığa böyük ziyan vura bilər. Payızda temperaturun aşağı düşməsi bitki çaylarına olan tələbatı artırır. Mövsümi xəstəliklərdən qorunmaq istəyən və ya artıq çəkilərindən qurtulmağa çalışan insanl...
publikaz_normalized
“Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim deyib ki, cinayət işini araşdıran məhkəmənin tərkibində dəyişiklik olub. Bundan əvvəlki hakim heyətində olan Rahib Salmanovun vəfat e...
publikaz_normalized
Milli Məclisin deputatları - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli oktyabrın 16-da İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcəklər. Deputatlar səfər çərçivəsində İtaliya parlamentin...
publikaz_normalized
Qəti şəkildə tanımayın deyirlər...":"Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Teleqraf.com-a müsahibə verib. - Cənab prezident, Şimali Kipr Türk Respublikası ilə Azərbaycanın hazırkı əlaqələrini necə dəyərləndirirsiniz? - Biz hər zaman Azərbaycanı Can Azərbaycan və qardaş ölkə olaraq görürük. Azərbaycand...
publikaz_normalized
Burada oynayacaq - RƏSMİ":Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq “Kəpəz” ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək. Tərəflərin razılığı ilə Gəncə təmsilçisi ev matçlarını Tovuzda keçirəcək. “Kəpəz”in əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istif...
publikaz_normalized
İşçinin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib. Bildirilib ki, əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı “TMS GROUP” MMC-nin direktoru Rəşad Namazovun əmək müqaviləsi (kontraktı) ...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, İsrail ordusu Qəzzadakı təxminən 1,1 milyon fələstinliyə xəbərdarlıq edib ki, yaxın 24 saat ərzində bölgənin cənubuna köçsünlər. Ancaq deyəsən, əhali HƏMAS-ın yox, İsrailin xəbərdarlığını cidddiyə alıb. Bölğədən çəkilən videoda əhalinin kütləvi halda Qəzzanı tərk etdiyi müşahidə olunur. Həmin gör...
publikaz_normalized
Ölənlər var":"Əfqanıstanda məscidə bombalı hücub olub, ölənlər var. Hücum nəticəsində 17 nəfərin öldüyü və yaralıların olduğu bildirilir. Hadisəni törədən şəxs hələ ki, tutulmayıb.
publikaz_normalized
MDB ölkələrini çətin günlər gözləyir":"Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr çətin günlər yaşayır və bu şəraitdə biz birgə fəaliyyət göstərməliyik. Onun sözlərinə görə, Rusiya və Belarus düşdüyü şəraiti çox ciddi anlayırlar. “Deməliyəm ki, sizi çətin günlər gözləyir. Eynilə bizimlə ruslar kimi”, - Lukaş...
publikaz_normalized
Çin təqvimində 2024-cü il Yaşıl Əjdaha ili kimi qeyd olunur. Astroloqlar hesab edir ki, Qara Su Dovşanı ili altında keçən çətin və qaranlıq 2023-cü il yerini daha parlaq və ümid vəd edən simvola verəcək. Çinlilərin bu mifik heyvana çoxəsrlik sədaqəti çoxlarını heyrətə gətirir. Qədim Çin folklorunda əjdaha fövqəltəbii g...
publikaz_normalized
MDB liderləri Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən sammit zamanı 16 birgə sənəd imzalayıblar. “Qırğız Respublikasının Prezidenti Sadır Japarovun sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçirilib, onun yekununda bir sıra sənədlər imzalanıb”, - məlumatda deyilir. MDB...
publikaz_normalized
Oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.
publikaz_normalized