text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
çox sayda yaralı var":"İtaliyanın Venesiya şəhərinin Mestre qəsəbəsində avtobus qəzası nəticəsində 15 nəfər yaralanıb. İlkin məlumata əsasən, sürücü sükan arxasında özünü pis hiss edib və idarəetməni itirib. Yüngül xəsarət alan yaralılardan bəziləri xəstəxanaya çatdırılıb. Venesiya şəhərində nəqliyyat marşrutlarını ida...
publikaz_normalized
seçmə mərhələdə VII tura yekun vuruldu":"Futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində VII tura yekun vurulub. C qrupunda Ukrayna millisi Şimali Makedoniyanı, İtaliya yığması Maltanı məğlub edib. G qrupunda Litva səfərdə Bolqarıstana qalib gəlib, Serbiya isə Macarıstana uduzub. H qrupunda üç oyun baş tutub. Şimali İrland...
publikaz_normalized
ailə evindən küçəyə atıldı - VİDEO":"İranda vətəndaş doqquz nəfər ailə üzvü ilə birlikdə hökumət məmurları tərəfindən evindən çıxarılaraq küçəyə atılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir. Bildirilir ki, vətəndaş qohumlarının dəfn mərasimində iştirak etmək üçün kəndə getdiyi zaman məmurlar onun ailə üz...
publikaz_normalized
Ostindəki Texas Universitetinin amerikalı alimləri immun sisteminin xərçəng xəstəliyinə qarşı mübarizə qabiliyyətini bərpa edən PEG-MTAP adlı bioloji preparat hazırlayıblar. Xərçəng xəstəliyinin bir çox növləri DNT-nin 9p21 adlı bir hissəsini çıxarır. Bu, melanoma, mezotelyoma, beyin xərçənginin bəzi növləri və sidik k...
publikaz_normalized
Təbrizdə 5000 tamaşaçı tutumlu Şəhid Qəvidel adına stadionun açılışı olub. Tədbirə İran Milli Futbol Komandasının 1998-ci il Dünya Çempionatında iştirak etmiş heyətinin oyunçuları da qatılıblar. Bildirilib ki, stadion 7800 kvadratmetrlik sahədə inşa edilib.
publikaz_normalized
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətərə işgüzar səfəri çərçivəsində Dohada İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri İsmayıl Haniyə ilə görüşüb. Qeyd olunur ki, tərəflər Fələstin-İsrail münaqişəsinin eskalasiyası zamanı hərbi vəziyyəti, eləcə də ona son qoymaq üçün diplomatik imkanları müzakirə edi...
publikaz_normalized
rejissorun və xanımının başını KƏSDİLƏR - FOTO":"İranlı kinorejissor Dariuş Mehrcui və həyat yoldaşının evində başı kəsilib. Elbrus Əlborz polisinin məlumatına görə, onların cəsədi bir saat əvvəl Kərəcdəki şəxsi villalarında aşkar edilib. Məlumatı İranın xəbər agentlikləri də təsdiqləyib.
publikaz_normalized
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06:01-də Lənkəran stansiyasından 23 km qərbdə, Lerik rayonunda 3,6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib. Təbii hadisə hiss olunmayıb. Qeyd edək ki, oktyabrın 12-də Lənkəranda da yerli vaxtla 19:54-də 3,2 maqnitudada, dərinliyi 9 km ola...
publikaz_normalized
Portuqaliyanın futbol millisinin hücumçusu Kriştiano Ronaldo Almaniyada keçiriləcək AVRO-2024-də oynayacağına ümid etdiyini bildirib. “Artıq məqsədimizə nail olmağımız təsadüfi deyil. Ümid edirəm ki, hələ çox uzaqda olsa da, AVRO-2024-də oynayacağam. Ümid edirəm, heç bir zədə və ya başqa çətinliklərim olmayacaq”, - Ron...
publikaz_normalized
ömrünüzün uzanması üçün...":"ABŞ alimləri yumurta ilə bağlı mifləri darmadağın ediblər. Onlar son elmi araşdırmada yumurtanın ömrü uzatdığını bildiriblər. Tədqiqatda 18-30 yaş arası insanlar iştirak ediblər. İki həftə ərzində hər gün üç toyuq yumurtası yeyiblər. Təcrübənin nəticəsi gözlənilməz olub: yumurta yemək qanda...
publikaz_normalized
İngilis aktyor, prodüser və yazıçı Maykl Keyn aktyorluqdan getdiyini açıqlayıb. Mən dəfələrlə demişəm ki, təqaüdə çıxacağam. İndi mənə ancaq nadir hallarda filmlərin baş qəhrəmanı olan “90 yaşlılar” rollarını təklif edirlər. 90 yaşlı əsas personajlar yoxdur, gənc və gözəl oğlanlar və qızlar var. Ona görə də mən fikirlə...
publikaz_normalized
Bir çox ölkələrin ətrafında çoxqütblü dünya yaradılır". Çoxqütblü dünya əslində öz-özünə yaradılır. Və bu, bir çox ölkələrin, o cümlədən Çin Xalq Respublikasının artan potensialı ilə əlaqədar baş verir", - Rusiya lideri vurğulayıb. Bundan əvvəl V.Putin Rusiya Enerji Həftəsinin plenar iclasında dünya iqtisadiyyatının ço...
publikaz_normalized
Çinin "Long March-2D" daşıyıcı raketi “Yunhai-1-04” hava peykini uğurla orbitə çıxarıb. “Yunhai-1” seriyalı qurğular Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən atmosferin, yerin su hövzələrinin və kosmik mühitin vəziyyətini izləmək, təbii fəlakətlərin qarşısını almaq və onlarla mübarizə aparmaq, həmçinin elmi ...
publikaz_normalized
İsrailin Qəzza zolağında quru əməliyyatı bu həftə sonu planlaşdırılsa da, pis hava şəraiti səbəbindən təxirə salınıb. Əməliyyat ən azı qismən buludlu hava şəraitinə görə bir neçə gün gecikdirilib ki, bu da İsrail pilotlarının və dron operatorlarının quru qüvvələrinə hava örtüyü təmin etməsini çətinləşdirəcəkdi", məluma...
publikaz_normalized
İran İsrailin Qəzzada quru əməliyyatı başlayanda müdaxilə etməyə hazır olduğunu açıqlayıb. Qeyd olunur ki, BMT İran Xarici İşlər Nazirliyindən Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almağa kömək göstərməyi xahiş edib. Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bir neçə gün öncə Qəzzan...
publikaz_normalized
Rusiyada restoranlar toyuq əti qıtlığı ilə üzləşib. Rusiya Kənd Təsərrüfatı Nazirliyi isə qeyd edib ki, müvafiq müəssisələr ilk növbədə pərakəndə satış şəbəkələrinə toyuq əti verməklə əhalinin tələbatını ödəyir. “Hazırda Rusiya bazarında toyuq ətinin bütün istehlakçıları çətin vəziyyətlə, o cümlədən onun çatışmazlığı i...
publikaz_normalized
Bakının Səbail rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı fəqərə sütununun sınığı diaqnozu qoyulub.
publikaz_normalized
09:22" "Əfqanıstanın Herat şəhərindən 36 km şimalda 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. “Hasht-e Subh Daily” zəlzələ nəticəsində ən azı iki nəfərin öldüyünü, 125 nəfərin yaralandığını bildirib. Qeyd edək ki, oktyabrın 7-də Heratda baş verən 6,3 bal gücündə zəlzələ nəticəsi...
publikaz_normalized
Çox insanlar hər gün tərlədiyi və işə təmiz getmək üçün hətta 2 dəfə duş qəbul edir, bol sabun, geldən istifadə edir. Şəxsi gigiyena vacibdir, amma dəriyə bu lazımdırmı? “İnsan həyat tərzi və işindən asılı olaraq, həftədə 2-3 dəfə, 2 gündən bir duş almaq yetərlidir. Əgər siz hər gün qaçırsızsa, idmanla məşğul olursuzsa...
publikaz_normalized
Yunanıstanda zeytun yağının qiymətləri məhsulun zəif olması səbəbindən keçən illə müqayisədə 200% artıb. Bildirilir ki, bu il onun istehsalı həcmi iki dəfə azalacaq. Bu səbəbdən də oğurluq halları çoxalıb. Bu yaxınlarda böyük bir fabrikin anbarından 300 min avro dəyərində 37 ton məhsul oğurlanıb. Qeyd olunur ki, Yunanı...
publikaz_normalized
İsrail hərbçiləri Fələstinin HƏMAS radikal qruplaşmasının xüsusi təyinatlı dəstəsinin komandirlərindən birini öldürüb. “İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına görə, Qəzza zolağında HƏMAS-ın “Nuxba” adlı xüsusi təyinatlılarının bölük komandirlərindən biri Bilal Əl-Kedranı zərərs...
publikaz_normalized
İsrail ordusu yaşayış olmayan ərazisinə Suriyadan raket atıldığını aşkarlayıb, xəsarət alan olmayıb. Sirenlərin xəbərdarlığından sonra Suriyadan İsrail ərazisinə doğru iki raket atılıb və açıq ərazilərə düşüb", - məlumatda deyilir. Bundan əvvəl İsrailin Aşkelon şəhərində sirenlərin səsləndiyi bildirilib. Oktyabrın 12-d...
publikaz_normalized
azı 12 nəfər öldü":"Hindistanın qərbində mikroavtobusun qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb, 23 nəfər yaralanıb. Hadisə bazar günü yerli vaxtla saat 00:30 radələrində (Bakı vaxtı ilə şənbə 23:00) Mumbaydan 350 km şərqdə, Çhatrapati Sambhajinaqar rayonunda baş verib. Qeyd olunub ki, 35 sərnişini olan mikroavto...
publikaz_normalized
"Muştuluqçu xəbərlər də düşməyir atdan," "Çapır bizim dərələrə, dağlara doğru: “Rəsul gəlib Dağıstandan...”" "Dillənir atam: - Dağıstana nə çox gedir bu Həmzətoğlu! Eyniləşir dağ vüqarı," "Dağlı vüqarı;" "Bir qocanın dediyini hələ dinlə bir: “Balam - deyir - Yer üzünün uca dağları" "Elə bizim bu dağlardan köçüb getmədi...
publikaz_normalized
Rusiyaya qarşı sanksiyalar Moskvanı iqtisadi baxımdan diz çökdürə bilməz. Onun sözlərinə görə, Qərbin sanksiyalarının Avropa İttifaqında Rusiyaya təsiri məsələsi müzakirə edilmir: “Sanksiyaların Rusiyaya təsiri məsələsini də müzakirə etməliyik: onlar kimə daha çox ziyan vururlar - bizə, yoxsa Moskvaya, bunların mənası ...
publikaz_normalized
Litva, Gürcüstan və Latviya 2023-cü ilin ilk səkkiz ayında Rusiyaya 317,5 milyon dollar dəyərində şərab göndərərək bu içkinin ölkəyə ən böyük tədarükçüsü olub. Aydınlaşdırılır ki, ümumilikdə yanvar-avqust aylarında 485 milyon dollardan çox dəyərində şərablar idxal edilib - lakin bu məbləğin dörddə birindən çoxu təkcə L...
publikaz_normalized
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.
publikaz_normalized
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insa...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Qeyd edək ki, Suqovuşan su anbarı və magistral kanallar 1976-cı ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Bənd...
publikaz_normalized
Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına ünvanladığı müraciətində öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirərək demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azər...
publikaz_normalized
Onun siyasəti Ukraynanı fəlakətə sürüklədi":"Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor “X” sosial şəbəkəsindəki səhifəsində ABŞ prezidenti Co Baydeni ittiham edib. “Həqiqət budur ki, Ukrayna Rusiyaya hücum aləti idi” deyən Makqreqor yazıb ki, Amerika lideri Ukraynadan Rusiyaya zərər vermək və “Rusiya dövlətini dəyişd...
publikaz_normalized
HƏMAS-ın təbliğatını apardığı üçün "Əl-Cəzirə"nin İsraildəki bürosu bağlanmalıdır. Karhi Qətər televiziyasını HƏMAS-ı dəstəkləməkdə və İsrail əsgərlərini Qəzza zolağından potensial hücumlara məruz qoymaqda günahlandıraraq, hökumətdən "Əl-Cəzirə"nin yəhudi dövlətindəki bürosunun bağlanmasını istəyib. Onun sözlərinə görə...
publikaz_normalized
İsrail ordusu Ştula kəndinin atəşə tutulduğu Livan ərazilərini bombalayıb. “Ştula istiqamətində atış xəbərlərindən sonra İsrail ordusu hazırda Livandakı atəş nöqtələrini hədəfə alır ”, - məlumatda bildirilir.
publikaz_normalized
Diyetoloq İrina Pisarevanın fikrincə, səhər yeməyi mühüm əhəmiyyət kəsb edir. Səhər saatlarında insan çox süst və yuxulu olur. Ac olanda iş haqqında düşünmək çətinləşir, beyni yemək haqqında düşüncələrlə məşğul olur. Doyumlu və faydalı səhər yeməyindən sonra diqqət və zehni fəaliyyət yaxşılaşır. Və məqsədlərə çatmaq üç...
publikaz_normalized
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ":"Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi ...
publikaz_normalized
ABŞ Dövlət Departamenti dövlət katibi Entoni Blinkenin konqresmenlərlə görüşü zamanı Azərbaycanın yaxın həftələrdə Ermənistanın cənubunu tuta biləcəyi barədə xəbərdarlıq etdiyini iddia edən “Politico” jurnalının məlumatını təkzib edib. “ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz vur...
publikaz_normalized
Sülhməramlıların Qarabağda 8 müşahidə məntəqəsi və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb. "“Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirir ki, 2023-cü il sentyabrın 19-dan Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında 8 müşahidə məntəqəsi və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb”, - məlumatda deyilir.
publikaz_normalized
Sağlam qidalanma son illərdə xeyli populyar olsa da, çoxumuz fəstfudlardan tamamilə imtina etməyə hazır deyilik. Bu qidalar yalnız dadı ilə fərqlənmir, həm də bədəndə dopamin istehsalını təşviq edərək xoşbəxtlik hissini artırır. Təəssüf ki, bu qidaların sui-istifadəsi xoşagəlməz hallarla nəticələnir və özlüyündə sağlam...
publikaz_normalized
Türkiyədə qida sənayesində bir çox qatqı maddələrinə məhdudiyyət qoyulub. Nazirlikdən verilən məlumata görə, əsasnamədə qida məhsullarında istifadəsinə icazə verilən qida əlavələrinin siyahısı, istifadə şərtləri və etiketləmə qaydaları müəyyən edilib. Qida məhsullarında titan dioksid adlanan əlavənin (rəngləndirici) is...
publikaz_normalized
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Daşdəmir Paşayevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, hərbi institutun zabit, müəllim və kursant heyəti, şəhidin ailə üzvləri, yax...
publikaz_normalized
Koreya gözəllik məhsulları bütün dünyada mağazalarda olsa da, ekspertlər hesab edir ki, onlar sağlam və parlaq dəri sağlamlıqlarını qidalanmalarına borcludur. Onlar arasında üzün nəmləndirilməsi xüsusilə vacibdir. Əgər üz dərinizin hamar və elastik olmasını istəyirsinizsə, üzünüzü yuduqdan 3 saniyə sonra nəmləndirici ç...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Qeyd edək ki, Ağdərə şəhəri 1993-cü il iyunun 27-də işğal olunub. Bu il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağ...
publikaz_normalized
Argentina millisinin hücumçusu Lionel Messinin kürəyinə tüpürən Paraqvay millisinin futbolçusu Antonio Sanabria argentinalı azarkeşlər tərəfindən özünün və ailəsinin təhdid olunduğunu bildirib. Bu vəziyyətdən ailəmin necə əziyyət çəkdiyini görürəm və baş verməyən bu hadisəyə görə şəxsən mən dəfələrlə təhdidlərə məruz q...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
publikaz_normalized
Bakıdakı görüşdə qalib gələ və ya məğlub ola bilərik. Almaniyalı mütəxəssis qrupu birinci pillədə başa vurmaq arzusunda olduqlarını bildirib: “İntensiv məşq edirik, matça hazırlaşırıq. Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Futbolçular iki gün əvvəl oyun keçirsələr də, komandada ab-hava yaxşıdır. O, Azərbaycan yığma...
publikaz_normalized
İsrail ordusu yerli vaxtla saat 10:00-dan 13:00-a qədər (Bakı vaxtı ilə 11:00-14:00) Fələstinin Qəzza zolağının şimalından onun cənub hissəsinə gedən marşrutu atəşə tutmayacağını açıqlayıb. “Qəzza şəhəri və Qəzza zolağının şimalındakı sakinlər, son günlərdə təhlükəsizliyiniz üçün sizi cənuba köçməyə çağırdıq. Nəzəriniz...
publikaz_normalized
İsrail Təhsil Nazirliyinin müvafiq göstərişi ilə ölkədəki bütün təhsil müəssisələri distant təhsilə keçib. Məktəblər əvvəllər COVID-19 pandemiyası zamanı istifadə edilən distant formatda fəaliyyət göstərəcək. Eyni zamanda, bəzi təhsil müəssisələri dərsləri fərdi, lakin Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, həmçinin t...
publikaz_normalized
Rusiyanın “News.ru” informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin 20 illik hakimiyyəti dövrü ilə bağlı “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib. Qeyd olunub ki, 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İ...
publikaz_normalized
Rusiya Prezidenti Vladimir Putin nüvə müharibəsini yolverilməz sayır. Путин” verilişində bildirib ki, heç bir sağlam düşüncəli insan nüvə dövlətləri arasında müharibənin mümkünlüyü fikrini qəbul etməməlidir. " "Vladimir Putin Ukraynadakı müharibə ilə Yaxın Şərqdəki vəziyyəti də müqayisə etməyi düzgün saymayıb.
publikaz_normalized
“Rossiyskaya qazeta” nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə ölkə başçısı seçilməsinin 20 illiyi münasibətilə "Son 20 ildə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda nüfuzunu xeyli gücləndirib" sərlövhəli məqalə dərc edilib. Dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində səmərəli və balanslaşdır...
publikaz_normalized
Türkiyənin “Haber Global” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin ilk dəfə ölkə başçısı seçilməsinin 20 illiyi münasibətilə süjet hazırlayıb. Qeyd edilir ki, İlham Əliyev təkcə Ali Baş Komandan kimi meydanda qələbə qazanmayıb. O, diplomatik qələbələr də qazanıb. Prezident Ermənistan lideri Nikol Paşinyanı “Qara...
publikaz_normalized
Bolqarıstan Rusiya qazının öz ərazisindən tranzit axınına vergi tətbiq edib və bu, onsuz da narahat olan Avropa qaz bazarında yeni qeyri-sabitlik dalğasına səbəb olub. Bu, Amsterdamdakı Avropa qovşağında qazın qiymətinin təxminən 20%-ni təşkil edir. " "Bolqarıstan öz ehtiyacları üçün Rusiya qazını idxal etməsə də, Maca...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Prezident İlham Əliyevin çıxışı: Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Şuşa rayonunun Malıbəyli kəndində olub.
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub. Qeyd edək ki, qəsəbə 1991-ci il dekabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Az...
publikaz_normalized
Oktyabrın 7-dən İsrail ərazisinə Qəzza zolağından HƏMAS radikal qruplaşması tərəfindən 6 300 raket atılıb. Qeyd olunub ki, atılan raketlər İsraildə 1 300 nəfərin həlak olmasına səbəb olub, 3 300-dən çox vətəndaş yaralanıb. Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tut...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
publikaz_normalized
Çeçenistan rəhbəri Ramzan Kadırov Quranı yandıran Nikita Juraveli döydüyü üçün oğlu Adam Kadırovu qəhrəman adlandırıb. “Bütün müsəlmanların qəhrəmanıdır”, - Kadırov bildirib.
publikaz_normalized
Türkiyənin “Anka” kəşfiyyat və hücum pilotsuz uçuş aparatlarının (PUA) Qazaxıstanda istehsalına 2024-cü ildə başlanması planlaşdırılır. Onun sözlərinə görə, tərəflər hazırlıq işləri apardığından və investisiyaların həcmi hesablandığından hələlik daha dəqiq tarix demək mümkün deyil. “Məqsədimiz təkcə istehsal açmaq deyi...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Əsgəran qalasında olub. Qeyd edək ki, XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir. Qala Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədə yerləşir. Xocalı şəhəri 1992-ci i...
publikaz_normalized
İranın qərbində 5,3 bal gücündə zəlzələ baş verib. Məlumata əsasən, yeraltı təkanların episentri təxminən 38,8 min nəfər əhalisi olan Ramhormoz şəhərindən 22 km cənub-qərbdə yerləşib, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
publikaz_normalized
Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 15-də Heydər Əliyev Mərkəzində olub. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrəni...
publikaz_normalized
Azərbaycanın Xankəndi şəhərindən yeni görüntülər yayılıb. Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərinə səfər edib. Ölkə başçısı şəhərdə Azərbaycan bayrağını ucaldıb və çıxış edib.
publikaz_normalized
İsrail ordusu Livanla şimal sərhədindən dörd kilometr dərinliyə qədər olan zonanı təcrid etmək qərarına gəlib. Qeyd olunub ki, əraziyə giriş qəti qadağandır və əhaliyə bununla bağlı ayıq-sayıq olmağı və bufer zonaya daxil olmamaq göstərişi verilib. Xatırladaq ki, İsrail ordusu Ştula kəndinin atəşə tutulduğu Livan ərazi...
publikaz_normalized
Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti barədə xəbərdarlıq edib. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Oktyabrın 17-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Oktyabrın...
publikaz_normalized
Bu, tamamilə fərqli olacaq":"“Qərblə Rusiya arasında qızğın toqquşma baş verərsə, tamamilə fərqli bir müharibə olacaq”. Putin” “Rossiya-1” telekanalında deyib. Belə ki, o, jurnalistin xahişi ilə ABŞ Konqresinin komissiyasının həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə, o cümlədən nüvə qarşıdurması variantını nəzər...
publikaz_normalized
Biz HƏMAS-ı məhv edəcəyik":"İsrailin baş naziri Binyamin Netanyahu yeni fövqəladə nazirlər kabinetinin ilk iclasında HƏMAS-ı məhv edəcəyinə söz verib. Bildirilib ki, hökumətin həftəlik iclası Qəzza zolağı ətrafında vəziyyətin gərginləşməsi fonunda ölkədə fövqəladə Nazirlər Kabinetinin formalaşdırılmasından sonra ilk də...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidən Xalqa müraciət edib.
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Şəhər 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həy...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub. Bildirildi ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilm...
publikaz_normalized
Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. “İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün...
publikaz_normalized
Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, bu, əbədi bizimlə olacaq":"Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. “Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”, - deyə dövlətimizi...
publikaz_normalized
“Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt-noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrd...
publikaz_normalized
“Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik”. “Mən Ulu Öndərin ad gününü Şuşada keçirdim. Bilirəm, o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçiriləcək, təntənəli...
publikaz_normalized
“Bu bina keçən əsrin 60-cı illərində inşa edilmişdir, Azərbaycan büdcəsi hesabına. O vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binası idi. Buna partkom binası deyirdilər. Bu binada bir çox şəxslər oturub. Vaxt var idi burada azərbaycanlılarla ermənilər dostluq şəraitində yaşamışdır. “Mən o illəri xatır...
publikaz_normalized
İndi çay içirlər, istintaq təcridxanasında":"Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəli...
publikaz_normalized
3 təlxək bu gün öz layiqli cəzasını gözləyir":"Burada (Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binası – red.) oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəc...
publikaz_normalized
Vaxt var idi nəinki Xankəndidə, Qarabağda, Bakıda, Gəncədə, İrəvanda, Göyçədə, Zəngəzurda, Dərələyəzdə, Basarkeçərdə azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar. Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi ...
publikaz_normalized
“Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik”. “On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Çünki hesab ...
publikaz_normalized
Oktyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerl...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istir...
publikaz_normalized
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı İtaliyanın Sardiniya adasında keçirilən 20 yaşadək idmançılar arasında blits üzrə dünya çempionatının qalibi olub. Qız şahmatçıların yarışında isə Gövhər Beydullayeva 7,5 xal toplamaqla liderdən 1 xal geri qalıb. Yekun nəticədə G.Beydullayeva mundialın bürünc medalını qazanıb. Qey...
publikaz_normalized
Gürcüstan millisi Kipri darmadağın etdi - VİDEO":"AVRO-2024-ün seçmə mərhələsində VIII tura start verilib. Qolları Otar Kiteişvilo, Xviça Kvaratsexeliya, Levan Şengeliya və penaltidən fərqlənən Jorje Mikautadze vurublar. Xallarını yeddiyə çatdıran Gürcüstan qrupda dördüncüdür. Hələ xal toplamayan Kipr sonuncu - beşinci...
publikaz_normalized
ordu istənilən vaxt...":"Birləşmiş Ştatlar Qəzza zolağına müdaxilə üçün quru əməliyyatının başlama tarixini və miqyasını İsrail Müdafiə Qüvvələrinin (IDF) müəyyən etmək hüququnu özündə saxlayır". IDF vaxtı təyin edəcək və bu əməliyyatın həcmini və xarakterini müəyyənləşdirəcək", - Sallivan qeyd edib. O, ıməliyyatın məq...
publikaz_normalized
İlham Əliyev tədbir iştirakçılarına müraciət ünvanladı":"Azərbaycan Prezidenti İlham Əliyev TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına müraciət ünvanlayıb. Sizi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasim...
publikaz_normalized
“Ermənistanın daha güclü düşməni ilə danışıqlar masası arxasında tək oturmaq...”" "Tiflisin Bakı ilə İrəvan arasında sülh danışıqlarında vasitəçilik təklifinə Ermənistanın baç naziri Nikol Paşinyanın birmənalı cavanı hələ də yoxdur. eu” saytı bu mövzuda geniŞ məqalə dərc edib. Məqalədə politoloq, Gürcüstan Strateji Təh...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
publikaz_normalized
Heydər Əliyev Mərkəzində Beynəlxalq Türk Dünyası Təşkilatının (TÜRKSOY) yaradılmasının 30-cu ildönümünə həsr edilmiş qala konserti baş tutub. "Sonra TÜRKSOY-un Baş katibi Sultan Raev çıxış edib. O, tədbirdə iştirak edən qonaqlara təşəkkür edib: Cənab prezident Ersin Tatar, nazirlər, səfirlər, dəyərli xanımlar və cənabl...
publikaz_normalized
Oktyabrın 7-dən HƏMAS radikal qruplaşması tərəfindən Qəzza zolağından İsrail ərazisinə 6 300 raket atılıb. Qeyd olunub ki, atılan raketlər İsraildə 1 300 nəfərin həlak olmasına səbəb olub, 3 300-dən çox vətəndaş yaralanıb. Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tut...
publikaz_normalized
Qəzza zolağının cənubunda suyun verilməsi bərpa edilib. “Qəzza zolağının cənubundakı bəzi ərazilərə su təchizatının bərpası barədə qərar qəbul edilib”, - materialda deyilir. Katzın sözlərinə görə, bu qərar Fələstinin HƏMAS radikal qruplaşmasının nəzarətində olan ərazinin blokadasını gücləndirməkdən ibarət olan İsrailin...
publikaz_normalized
İnsanların ürəyi qaranlıq otaqlarda daha sürətli döyünür, qırmızı otaqlarda isə daha çox tərləyir. Təcrübədə 60 nəfər (39 qadın) iştirak edib. Onlar iki qrupa bölünüb və müxtəlif parlaqlıq və doyma səviyyəsinə malik qırmızı və ya mavi divarları olan iki VR otağından birinə yerləşdiriliblər. "İştirakçılar otaqlarda olar...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Söhbət səfər zamanı Prezident İlham Əliyevin Ərdoğana Şuşadan Xankəndini göstərdiyi anın görüntülərindən gedir. Prezident həmin gün Şuşadan o tərəfdə olan Xan...
publikaz_normalized
xəsarət alanlar var - FOTO":Qubada iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı avtomobillərin sürücüləri Coşqun Mirzəyev və Fariz Əşrəfov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Quba Rayon Polis Şö...
publikaz_normalized
Hadisənin Livan Hizbullah hərəkatı ilə İsrail arasında gərgin atışma zamanı baş verdiyi dəqiqləşdirilir. Hadisə nəticədə xəsarət alan olmayıb. Hazırda mərminin haradan atıldığı müəyyənləşdirilir.
publikaz_normalized
Bakı şəhərinin Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. Görüntülərdə ağ rəngli minik avtomobilinin yüksək sürətlə hərəkət edərkən idarəetməni itirdiyi və körpünün üstündən digər yola aşdığı əks olunub. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndi şəhərinə səfər edib. Daha ətraflı sözügedən videomaterialda:
publikaz_normalized
Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri başa çatıb. Görüşlər zamanı İstanbulda daimi və müvəqqəti akkreditasiya olu...
publikaz_normalized
Premyer Liqa futbolçuları seks parti təşkil etdi":"İngiltərə futbolunda böyük qalmaqal yaşanır. Nüfuzlu nəşr Londonun beşulduzlu otellərindən birində məşhur Premyer Liqa futbolçusunun gizli seks partisi təşkil etdiyini iddia edib. Bu barədə tədbirə gələn qonaqlardan biri danışıb. Gecəyə modellər dəvət olunub. Onlar maş...
publikaz_normalized
Bəlkə də daha qəddar ola biləcək...":"Fələstinlilər paytaxtı Qüds olmaqla öz müstəqil ölkəsini əldə edənə qədər ərəb-İsrail münaqişələri davam edəcək. Siyasətçi deyib ki, hazırda Fələstin tərəfinin prioriteti Qəzza zolağına qarşı təcavüzü dayandırmaqdır. O qeyd edib ki, rəhbərlik qan tökülməsini dayandırmağa, eləcə də ...
publikaz_normalized