text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
2 azarkeş öldürüldü, millimizin rəqiblərinin oyunu yarımçıq qaldı":"Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən Belçika - İsveç matçında ciddi insident yaşanıb. Buna səbəb Brüsseldə keçirilən oyundan öncə 2 isveçli azarkeşin qətlə yetirilməsi olub. Fasilədə hadisədən xəbər tutan isveçli oyunçular ikinci hissədə...
publikaz_normalized
Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədli intihar edib. Jurnalistin yoldaşının intihar səbəbi məlum deyil.
publikaz_normalized
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail-Fələstin münaqişəsinin başlamasından sonra ABŞ dövlət katibi Antoni Blinkenlə ikinci görüşünü keçirib. Qeyd olunur ki, siyasətçilərin ilk görüşü oktyabrın 7-də baş tutub. Bundan əvvəl A.Blinken deyib ki, Birləşmiş Ştatlar İsraili və onun müdafiə hüququnu dəstəkləyir. Qeyd e...
publikaz_normalized
Çünki bu gün nəinki 1 xal, 3 xal qazanmağa belə layiq idik. İkinci yarıda daha yaxşı oyun alındı. Çalışırdıq ki, hamımız bir yerdə hücuma keçək. Azarkeşlərin olmağı həmişə futbolçular üçün böyük motivasiyadır. Futbolu onlara görə oynayırıq. Azarkeşlərin coşqusu mənə motivasiya verir. Hər dəfə top ayağıma gələndə nəsə o...
publikaz_normalized
Tromboza aparan ən sürətli və qısa yol istirahətsiz, gərgin və xüsusən oturaq peşədə işləməkdir. “Biz o hallarla rastlaşırıq ki, insan qəfil ölür, çünki onda tromb qopub. Trombun yaranma səbəbi qanın qatılaşmasıdır. Qatı qan damarların divarlarına təzyiqi artıraraq hərəkət edir. Bu zaman varikoz, tromboflebit, stenokar...
publikaz_normalized
Qrip, yayılan bir virus tərəfindən yoluxan viral bir xəstəlikdir. Qrip "influenza" adlanan bir virus tərəfindən daha çox yaranır. Qrip virusu xüsusilə qış və yay aylarında yayılır. Xəstəlik özünü qusmaq, baş ağrısı, yorgunluq, qızdırma və boğaz ağrısı kimi başlıca simptomlarla göstərir. Viral partikullar öksürəklə, qus...
publikaz_normalized
Bəzi məhsullar bahalaşıb, bəzi malların isə qiyməti enib. Monitorinqlərə əsasən, ötən ilin oktyabr ayı ilə müqayisədə şəkər tozu, makaron, çay, dana əti, qoyun əti, toyuq əti, düyü, süd, pendir, yerli istehsal olan kərə yağları və soğanın qiymətində artımlar müşahidə edilib. Dövlət Xidmətinin məlumatında bildirilib ki,...
publikaz_normalized
Belçikanın xarici işlər naziri Hadja Lahbib Brüsseldə atışma nəticəsində 2 nəfər futbol azərkeşinin öldürülməsini terror aktı adlandırıb. Brüsselin mərkəzində iki nəfərin ölümü ilə nəticələnən terror aktı məni dəhşətə gətirir. Radikalizmlə mübarizə üçün bütün lazımi vasitələr səfərbər edilməlidir. Qurbanlar üçün dua ed...
publikaz_normalized
ABŞ İsrailə mümkün yerləşdirmə üçün iki min əsgər seçib. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi bu hərbi personalın döyüş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulmadığını vurğulayıb. Onların məsləhət və tibbi yardım göstərəcəkləri qeyd edilir.
publikaz_normalized
Qərbin köməyi olmasa, Ukrayna tezliklə müflis olacaq və bu, vətəndaş müharibəsinə səbəb ola bilər. Ukraynanın iqtisadiyyatı dağılıb və biz aclığa hazırlaşmalıyıq. Yoxsullaşma prosesi gedir”, - o bildirib. Soskinin sözlərinə görə, Kiyevin ilin sonunda büdcə kəsirini bağlamağa vəsaiti yoxdur və bu, hakimiyyətin pensiya, ...
publikaz_normalized
Dünən Tehranın “Əllamə Təbatəbai” Universitetinin Sosial Elmlər Fakültəsinin ən azı 20 tələbəsi universitetə daxil olarkən təhlükəsizlik xidmətinin əməkdaşlarından hədələyici məktublar alıb. Məlumata görə, məktubların məqsədi tələbələri etirazlara qatılmamaq üçün hədələmək və qorxutmaq olub.
publikaz_normalized
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:37-də Şamaxı-Qobustan sərhədində 3,1 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib. Təbii hadisə hiss olunmayıb. Qeyd edək ki, oktyabrın 15-də yerli vaxtla saat 06:01-də Lənkəran stansiyasından 23 km qərbdə, Lerik rayonunda da 3,6 maqnitudada...
publikaz_normalized
Türkiyədə ağır yol nəqliyyat qəzası baş verib. Belə ki, yanacaq daşıyan avtomobildən yola dağılan maye 26 avtomobilin də qəza etməsinə səbəb olub. Onlardan ikisinin vəziyyəti ağırdır. "Hazırda faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
HƏMAS girov saxladığı 21 yaşlı qızın videosunu yayıb. O, çıxışında ona dərmanlar verdiklərini və özünü yaxşı hiss etdiyini desə də, tez bir vaxta girovluqdan azad edilməsini istəyib: “Xahiş edirəm, məni tez bir zamanda ailəmin yanına aparın...". Sözügedən görüntüləri təqdim edirik: " "Xatırladaq ki, oktyabrın 7-si İsra...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubə...
publikaz_normalized
İsrail HƏMAS-ın hərbi-inzibati potensialını məhv etməyincə Qəzza zolağındakı əməliyyatlarını dayandırmayacaq. Baş nazir Binyamin Netanyahu axşam saatlarında (oktyabrın 16-da-red) Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Baş nazir açıq şəkildə bildirib ki, İsrail rəzil və qəddar qatillər tərəfindən hücuma m...
publikaz_normalized
İsrailin Müdafiə Ordusu Hizbullahın Livandakı hədəflərinə zərbələr endirib. Bundan əlavə, İsrail ordusu Qəzza zolağında radikal HƏMAS hərəkatının liderlərindən biri Usamə Mazinini öldürdüyünü bildirib. Onun məhbuslara rəhbərlik etdiyi və İsrailə qarşı terror fəaliyyətinə rəhbərlik etdiyi iddia olunur. Xatırladaq ki, ok...
publikaz_normalized
ABŞ Prezidenti Co Bayden oktyabrın 18-də İsrailə səfər edəcək. O bildirib ki, ABŞ Prezidentinin İsrailə səfəri region və dünya üçün kritik ana təsadüf edir. Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi ə...
publikaz_normalized
Ölən və yaralananlar var":"Avstriya ordusunun Allenştayqe poliqonu yaxınlığında “Leopard 2” tankı aşıb. Tankın uçurumdan aşması nəticəsində bir ekipaj üzvü həlak olub, daha üç nəfər yaralanıb. Silahlı Qüvvələrin sözçüsü Maykl Bauerin sözlərinə görə, tankda 4 nəfər olub. Qəza nəticəsində Rid-im İnnkrays dairəsindən olan...
publikaz_normalized
Lazer müdafiə sistemi İsrail, ABŞ və Kanadanın birgə layihəsidir. Əslində, 2025-ci ildə istifadəyə verilməli idi. Lakin İsraildəki məlum hadisələr səbəbindən onun işə salınması tezləşdirildi. O, bu müdafiə sistemlərinin çox xərc tələb etmədiyini bildirib: “Yeni lazer sistemi İsrailə həm yaxın, həm də uzaqmənzilli raket...
publikaz_normalized
Bakının Yasamal rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
publikaz_normalized
Bakının 16 yolunda tıxac yaranıb. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;" "2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;" "3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;" "4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti is...
publikaz_normalized
Səhərlər ənənəvi olaraq, hazırlanan yeməklər ürək-damar problemləri olanlar üçün zərərlidir. “Blinçik, qayğanaq, kolbasa, mürəbbə, içliki pirojki arterial təzyiqi olan insanlara olmaz. Bu qidalardsa yüksək xolesterin var, bu da damarların vəziyyətini daha da pisləşdirir. İnfarkt və insult riskini azaltmaq üçün heyvani ...
publikaz_normalized
İsrail ABŞ-dan təcili yardım üçün 10 milyard dollar istəyib . Qəzetin məlumatına görə, Konqres və Ağ Ev İsrailə yardımın Ukrayna, Tayvana yardım, eləcə də ABŞ-Meksika sərhədini möhkəmləndirmək üçün ayrılan vəsaitlə əlaqələndiriləcəyi paket hazırlayır. ABŞ Senatının çoxluq lideri Çak Şumer bildirib ki, İsrailə 155 mm-li...
publikaz_normalized
Bu ərazilər Ukraynaya qaytarılmayacaq, söhbət bağlanıb":"Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Svetlana Jurova bildirib ki, Avropa İttifaqı Kiyevin Krımsız və Rusiyanın dörd yeni regionu olmadan təşkilata üzvlüyünə söz verərsə, Ukrayna Moskvanın şərtləri ilə Rusiya ilə danışıqla...
publikaz_normalized
Bakının Binəqədi rayonunda nənə və nəvə yol-nəqliyyat hadisəsində xəsarət alıb. Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Ermənistana qaçan separatçılar arasında qarşıdurma kəskinləşir. İrəvanın siyasi meydanı artıq Paşinyan və müxalifətin yox, həm də separatçıların intriqasına şahidlik edir. Bu intriqa fonunda separatçıların sonuncu “başçısı” Samvel Şahramanyanın qondarma rejimi buraxması ilə bağlı qərarının dəyişdirilməsi məsələsi gündə...
publikaz_normalized
Bayden İsraillə bağlı riskli qərar verdi":"ABŞ prezidenti Co Baydenin İsrailə səfəri onun fiziki təhlükəsizliyinə ciddi təhlükə yaradır. Onlar aydınlaşdırıblar ki, bu səfər Vaşinqton üçün bir sıra çətinliklərlə dolu olacaq. Söhbət həm təhlükəsizlik, həm də siyasi baxımdan çətinliklərdən gedir. “Baydenin mümkün səfəri i...
publikaz_normalized
Avropa İttifaqında kritik toplantı":"Avropa İttifaqı liderləri bu gün növbədənkənar toplantı keçirəcək. İsrail-Fələstin gündəmi ilə görüşəcək liderlər növbəti addımları müzakirə edəcəklər. Beynəlxalq insan hüquqları çərçivəsində mülki şəxslərin qorunmasının vacibliyi vurğulanıb və iki dövlətli həll təklifi təkrarlanıb....
publikaz_normalized
İsrail ABŞ-dan təcili olaraq 10 milyard dollar istəyir. Qeyd edilir ki, bu məbləğ Ağ Evin Konqresdə İsrail və Ukraynaya ayırmaq barədə razılığa gəlməyi planlaşdırdığı məbləği - 2 milyard dolları ciddi şəkildə üstələyir. Bildirilir ki, ABŞ özünün beynəlxalq təhlükəsizliyinə xələl gətirməmək üçün hər iki dövləti dəstəklə...
publikaz_normalized
Bunu da etdi":"Potuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo daha bir uğura imza atıb. O, buna Avro-2024-ün təsnifat mərhələsinin 8-ci turu çərçivəsində Bosniya və Herseqovina yığması ilə qarşılaşmada dubl etməklə nail olub. Kriş bu göstəriciyə 42 matçda iştirak etməklə çatıb. Bu da Avropa çempionatlarının seçmə mə...
publikaz_normalized
HƏMAS-ın sosial şəbəkələrdə izləyiciləri kəskin artıb. Qeyd edilir ki, HƏMAS-ın silahlı qanadı olan Əl-Qəssam Briqadalarına aid bir hesabın ölçüsü üç dəfə, həmin hesabda yerləşdirilən videolara və digər məzmunlara baxış sayı on dəfə artıb. Məlumat üçün xatırladaq ki, HƏMAS ABŞ-da xarici terror təşkilatı kimi tanınır və...
publikaz_normalized
Etirafları elan olundu - YENİLƏNDİ":"Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçatryan Vaqif Çerkezoviçin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığı məlum olub. Elan olunan ifadəd...
publikaz_normalized
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 17-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb. Ordubad, Lerik, Şahdağ, Culfa, Zərdab, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, İsmayıllı, Qobus...
publikaz_normalized
Çin Yaponiya adalarına girdi":"Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahının bəyanatına əsasən, Çinin iki sahil mühafizə gəmisi Yaponiyanın milli ərazisinə girərək qaydaları pozub. Şərqi Çin dənizində Yaponiyanın "Senkaku" və Çinin "Diaoyu" adlandırdığı arxipelaq 5 ada və 3 qayad...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. " "Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 Avro" "1,7931" "1 Rusiya rublu" "0,0174
publikaz_normalized
Kamçatkanın Klyuçi və Kozırevsk kəndlərində kül yağması səbəbindən məktəblərdə dərslər ləğv edilib. Bildirilir ki, sakinlərə zərurət olmadıqca, küçəyə çıxmamaları tövsiyə olunur.
publikaz_normalized
Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan həbs edilib. Onun sözlərinə görə, birinci instansiya məhkəməsi ev dustaqlığı və girov qətimkan tədbiri seçib. Prokurorluq hökmdən apellyasiya şikayəti verib, Apellyasiya Məhkəməsi isə onu ləğv edərək 2 ay müddə...
publikaz_normalized
Avro-2024-ün seçmə mərhələsində bu gün 8-ci tura yekun vurulacaq. C qrupunda İngiltərə, G qrupunda Macarıstan, H qrupunda isə Danimarka final mərhələsinə vəsiqə qazana bilərlər. İngiltərə və Macarıstan qələbə təqdirində buna nail olacaqlarsa, Danimarka qrupun digər görüşlərində də ona sərf edən nəticələrə ümid etməlidi...
publikaz_normalized
Beynəlxalq axtarışda olan 4 nəfər şəxs Rusiyadan ölkəmizə ekstradisiya olunub. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Daşdəmirov Elturan Emil oğlu, Məmmədov Sərxan Oqtay oğ...
publikaz_normalized
Zamin olmağa hazırıq":"Digər ölkələr İsrail üçün zamin olmalıdır. Hər iki tərəfə uyğun olan razılaşma əldə edildikdən sonra zamin ölkələr onların tələblərini yerinə yetirmək üçün məsuliyyət daşımalıdırlar. Yalnız bu yolla davamlı sülh əldə edilə bilər", - Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. Mehti Kamiloğlu" ...
publikaz_normalized
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha üç futbolçu dəvət olunub. Bu futbolçular əsas millinin Avro-2024-ün seçmə mərhələ oyunlarına dəvət alsalar da, onlardan yalnız Səfərov bir oyunda əvəzetməd...
publikaz_normalized
Səfirdən ölkəni tərk etmək tələb edildi":"Kolumbiyanın xarici işlər naziri Alvaro Leyva bəyan edib ki, İsrailin Boqotadakı səfiri Qali Daqan prezident Qustavo Petroya hörmətsizlik edib və onu ölkəni tərk etməyə çağırıb. Leyva paylaşımda səfirinin prezidentə qarşı “kobud” olduğunu, ondan üzr istəməsini və ölkəni tərk et...
publikaz_normalized
Netanyahunun karikaturasını çəkdi, 40 illik işindən oldu":"Britaniyanın “The Guardian” qəzetində 40 ildən çoxdur çalışan karikaturaçı Stiv Bell İsrailin baş naziri Binyamin Netanyahunun rəsmini çəkdiyinə görə işdən çıxarılıb. Karikatura yayımdan qaldırıldıqdan sonra açıqlama verən Bell, şəkli qəzetə göndərdikdən sonra ...
publikaz_normalized
Qarabağdan antiterror tədbirlərindən sonra Ermənistana qaçan separatçıların “başçılarından” Samvel Babayanın kaseti yayılıb. Bu səs yazısı sürətlə Erməmistan mediasında və sosial şəbəkələrin erməni seqmentində tirajlanıb. Babayan bunu montaj adlandırsa da, səs yazısını yayan “nyuspress.am” saytının rəhbəri Ariana Hovse...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatl...
publikaz_normalized
Hindistan Ali Məhkəməsi eynicinsli nikahların tanınması ilə bağlı hökm çıxaracaq. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Ali Məhkəmənin internet saytında bazar ertəsi axşam saatlarında yayılan bir mesajda hökmün çərşənbə axşamı günü veriləcəyi bildirilib. Hindistan hökuməti eynicinsli nikahların tanınması çağırış...
publikaz_normalized
Ötən il 1202 bioloji istinad nümunəsi, 90-cı illərdə münaqişə ilə bağlı itkin düşmüş şəxslərin 523 ailə üzvündən toplanılıb. Qeyd edilib ki, 1080 ailə üzvü ilə 30 müşayiətçi vasitəsilə təkrar əlaqə saxlanılıb. “306 ailə üzvünə telefon zəngləri vasitəsilə psixososial dəstək göstərilib”,- deyə bildirilib. Həmçinin əlavə ...
publikaz_normalized
46 yaşlı Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə gənc qızlara meydan oxuyub. Belə ki, qızılı zəncirlərlə hazırlanmış libas geyinən ulduz kamera qarşına keçərək poza verib. O, qızılı obrazını eyni rəngdə ayaqqabı və çanta ilə tamamlayıb. Geyim yerli moda evlərinin birində hazırlanıb. Sənətçi son illərdə açıq-saçıq gey...
publikaz_normalized
“1993-cü ilin avqust ayının 23-də Füzuli şəhəri və rayon ərazisinin böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Rayon sakinləri təpədən-dırnağa kimi silahlanmış işğalçı erməni ordusu ilə doğma torpaqlarının müdafiəsi uğrunda apardıqları qeyri-bərabər savaşda acı məğlubiyyətə uğradılar. Füzulinin...
publikaz_normalized
Meyitlər bu maşınlara yığılır":"İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artır. Cəsədlər dondurma maşınlarında qorunmağa başlanılıb. Üzərində gülümsəyən uşaq şəkli olan dondurma maşınının içərisində indi çoxlu uşaq, yeniyetmə və böyüklərin cəsədləri var.
publikaz_normalized
Pakistanda 8 ildən sonra ilk dəfə beynəlxalq futbol oyunu keçiriləcək. Qarşılaşma saat 13:00-da başlayacaq. Təhlükəsizlik məsələlərinə görə komanda 2015-ci ildən bəri rəqiblərini başqa ölkələrdə, əsasən də Qətərdə qəbul edib. Bu komandalar arasında Kambocada baş tutan ilk oyunda qapılara qol vurulmayıb. Qeyd edək ki, P...
publikaz_normalized
İsrail mediası İlon Maska məxsus "X" platformasında HƏMAS qruplarının təbliğatının aparıldığını bildirib. Bu müzakirə Mask ilə İsrail mediası arasında qalmaqala səbəb olub. Hər iki tərəf bir-birini ittiham edir. Mask isə özü haqqında yazılan paylaşımı dəstəkləyib və platformaya verilən reaksiyaların yanlış olduğunu bil...
publikaz_normalized
Türkiyənin Dezinformasiyaya Qarşı Mübarizə üzrə Rabitə İdarəsi bəzi media orqanlarında və sosial media hesablarındakı “500 min fələstinlinin Türkiyəyə köçürülməsi ilə bağlı hazırlıq işləri aparılır" başlıqlı məlumatların doğru olmadığını bildirib. Heç bir qurumda belə bir hazırlıq yoxdur və iddialar tamamilə əsassızdır...
publikaz_normalized
Şəhid Fariz Həsənova həsr olunmuş kitabın təqdimatı keçirilib. "Tədbirdə kitabın müəllifi - şəhidin həyat yoldaşı Əzizə Fariz, Fariz Həsənovun qohumları, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, şəhid anaları, qazilər, müəllimlər, şagirdlər, həmçinin digər şəxslər iştirak ediblər. Tədbirdən əvvəl Azərb...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda oktyabrın 20-dək davam edəcək qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmama...
publikaz_normalized
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Füzuli rayonuna gedib. Qələbənin və Füzulinin erməni işğalından azad edilməsinin üçüncü ilində Füzuli yolundayıq. Biz Qarabağın yenidən qurulmasının, inkişafının, qardaşlarımızın öz vətənlərinə qayıtmasının şahidi olacağıq", - diplomat bildirib. Xatırladaq ki, Prezident İlha...
publikaz_normalized
HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məlum deyil". Sözçü həmçinin bildirib ki, Azərbaycan vətəndaşlarının İsraildən təxliyəsi nəzərdə tutulmayıb: Ölkədən çıxmaq istəyənlər müntəzəm reyslərdən istifadə edə bilərlər". Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata ...
publikaz_normalized
Kədərlərə güləcəksən":"Uzun fasilədən sonra "Üç kız kardeç" serialından rol alan aktrisa Aydan Şener "Hurriyet" qəzetinə müsahibə verib. Bəs siz güclü qadınsınız" sualına isə sənətçi belə cavab verib: Güclü qadınları oynamağı sevirəm, kaş ki, bütün qadınlarımız elə olsa. Günümüzdə də qadınların çox güclü xarakterləri v...
publikaz_normalized
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə bu gün keçirilən məhkəmənin növbəti iclasında maraqlı anlar yaşanıb. Bu zaman onların arasında kiçik dialoq olub və V.Xaçatryan 31 il əvvəl işgəncə verd...
publikaz_normalized
Viaqra" qəbul edən kişinin gözü tutulub. Bu hadisə “Journal of Medical Case Reports” tibb jurnalında təsvir edilib. Tehrandakı Farabi Göz Xəstəxanasının həkimlərinin verdiyi məlumata görə, kişi sağ gözünün qəfil korlaşması şikayəti ilə onlara müraciət edib. Müayinə zamanı məlum olub ki, xəstə görmə qabiliyyətinin itiri...
publikaz_normalized
Əlcəzair millisinin baş məşqçisi Camel Belmadi ilə futbolçusu Səid Benrahma arasında münaqişə yaşanıb. Görüşün 63-cü dəqiqəsində baş məşqçi Belmadi Benrahmanı əvəzləyib. Vest Hem"də çıxış edən müdafiəçi isə meydanı tərk edərkən baş məşqçisini görməzdən gəlib və onunla görüşməyib. Bu zaman özündən çıxan Belmadi futbolçu...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədli intihar edib. Gecə saatlarında Türkanın evinə yollanan Zaur orada üzüntü və kədər dolu anlara şahidlik etdiyini vurğulayıb. Aparıcı bildirib ki, Orxanın intiharına səbəb külli miqdarda, 240 min manat borcun olması olub. Qeyd edək ...
publikaz_normalized
13:13" "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Təbrik edirik, cənab Prezident. Allaha şükür ki, Füzulidə də görüşə bildik. Təşəkkür edirik, Sizi xoş gördük. Salam, cənab Prezident, xoş...
publikaz_normalized
Milli Məclisin növbəti plenar iclası başlayıb. Həmin məsələlər aşağıdakılardır: “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi" "2. “Energetika haqqında” qanun layihəsi (ikinci oxunuş)" "3. “Lisenziyalar və icazələr haqqında” qanunda d...
publikaz_normalized
O qədər yeri görünür ki, hərdən az qala harda olduğunu soruşmaq istəyirsən, niyə gəlməyib... Amma bu gün onun yadigarı, ciyər parası Zəhra yanımızdadır, anasının yolunu davam etdirir, həm də çox istedadlı qızdır. O, böyüyüb öz adından bəhs etdirəcək. Sənətçi bildirib ki, Zəhranın böyük və parlaq gələcəyi olan aktrisa o...
publikaz_normalized
Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbayacan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. O bildirib ki, sabah Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür: “Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse...
publikaz_normalized
Bu dəfə prezidentlə dalaşdı":"Braziliya millisinin üzvü Neymar növbəti qalmaqalla gündəmə gəlib. Buna səbəb DÇ-2026-nın seçmə mərhələsində Venesuela ilə keçirilən oyundan sonra yaranmış gərginlik olub. Braziliya mətbuatının iddiasına görə, azarkeşlərin və rəhbərliyin münasibətindən narazı qalan 31 yaşlı forvard Rodrige...
publikaz_normalized
Xəbər veriyimiz kimi, Vaqif Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə əlaqədar müvəkkilinin hüquqlarını qoruya bilməyəcəyini açıqlayıb. Qeyd edək ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan Radmila Abılova Bakı şəhər 5 saylı Vəkil Bürosunda çalışır, 11 illik vəkillik təcrübəsinə malikdir.
publikaz_normalized
Son yüz ildən artıq dövrdə Azərbaycan iki dəfə öz siyasi müstəqilliyini yaşayıb. Ötən əsrin 90-cı illəri Azərbaycan xaos və anarxiya ilə üzləşmişdi. Ordu adı ilə yaradılan silahlı dəstələr ayrı-ayrı qruplara xidmət edirdi. Belə olan halda Azərbaycanın parçalanması təhlükəsi real idi. O qeyd edib ki, məhz ulu öndər Heyd...
publikaz_normalized
Tamaşaçılar görür, amma...":"Artıq 5-ci televiziya mövsümüdür ki, “Ötən günlər” efirdədir. Veriliş ruhən mənə çox yaxındır, təkcə mövzusuna görə deyil, eyni zamanda, qəhrəmanlarımızın işığına toplaşan və çoxunu 40 il ərzində televiziyada tanıdığım və birlikdə çalışdığım insanlarla yenidən ünsiyyət mənə zövq verir. Veri...
publikaz_normalized
Putinin Rusiyada rəqibləri yoxdur və ola da bilməz. Mənim şəxsi fikrim, demək olar ki, danışmaq hüququm yoxdur. Amma qaydaları pozaraq deyə bilərəm ki, onun (Putinin) hazırda heç bir rəqibi yoxdur və ola da bilməz", - Kreml rəsmisi bildirib. Peskov həmçinin vurğulayıb ki, indiki dövlət başçısı Rusiyanın 1 nömrəli dövlə...
publikaz_normalized
Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev vəzifəsindən azad edilib. O, bundan əvvəl "Cənub Qaz Dəhlizi" QSC-nin Baş direktorunun müavini olub və "Ekol Mühəndislik Xidmətləri”ndə hələ ki, Baş direktorun müşaviri vəzifəsinə gətirilib. Xatırladaq ki, "Ekol Mühəndislik Xidmətləri” 2006-cı ilin mart ay...
publikaz_normalized
Türkiyənin Mardin şəhərində 8 yaşlı qız və 9 yaşlı əmisi oğlu üçün nişan mərasimi keçirilib. Sosial şəbəkələrdə paylaşılan görüntülər böyük əks-səda doğurub. Evdə keçirilən mərasimdə uşaqlara üzüklər taxılıb, lent kəsilib. Görüntüləri sosial şəbəkədə paylaşılan nişanın uşaqların nənə və babalarının istəyi ilə təşkil ed...
publikaz_normalized
İki isveçli azarkeşi güllələyən şəxs polis tərəfindən saxlanılarkən döş qəfəsindən aldığı güllə yarasından ölüb. Mənbənin sözlərinə görə, kişi təcili yardım maşınında reanimasiyaya aparılarkən yolda dünyasını dəyişib. Cinayətkarın şəxsiyyəti daha əvvəl müəyyən edilmişdi. O, Tunis əsilli Lassoued Abdeslamdır. Xatırladaq...
publikaz_normalized
Dövlət adına edilən işlər qələbənin möhkəmlənməsi deməkdir. Amma elə məsələlər də var ki, vətəndaşı narazı salmaqla bağlı bizim ümumi qələbəmizə zərər vurmaq istəyirlər. O qeyd edib ki, ötən dəfə mən buradan sahibkarların problemini dilə gətirdim: Sonra “Azəriqaz” İB-nin baş direktoru əlaqə saxlayıb həmin sahibkarın sa...
publikaz_normalized
Milli Məclis Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair layihəni təsdiqləyib. Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzib...
publikaz_normalized
Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədlinin intiharı ilə bağlı araşdırma aparılır. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İlkin ehtimala görə, O.Məmmədli borc məsələsinə görə həyatına son qoyub. Qeyd edək ki, O.Məmmədli turizm şi...
publikaz_normalized
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı yolunda sürət həddi 20 km/saat azaldılıb. Qeyd olunub ki, Aeroport şosesində isə məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
publikaz_normalized
Nə üçün lazım olduğunu...":"Kremlin sözçüsü Dmitri Peskov Amerika lideri Co Baydenin Rusiya prezidenti Vladimir Putini sıxışdırmaq vədinə cavab verib. Peskov bildirib ki, ABŞ-ın bu mövqeyi ilə bağlı heç bir izahı yoxdur. Onlar bunun nə üçün lazım olduğunu çətin izah edə bilirlər", - Peskov deyib. Bundan əvvəl Bayden ik...
publikaz_normalized
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Möhtərəm cənab Prezident," "Zati-alinizin rəhbərliyi altında tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan ötən 20 il ərzində böyük inkişaf və tərəqqi yolu keçmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin söylədiyi “Azərbaycan dün...
publikaz_normalized
Çörəyin tərkibində orqanizm üçün vacib enerji mənbəyi olan karbohidratlar var və bu məhsulun bəzi növləri, xüsusən də çovdar çörəyi vitamin və minerallarla zəngindir. Odur ki, çörək alarkən onun tərkibi ilə tanış olmaq və unun növünə diqqət yetirmək çox vacibdir. Faydaları nöqteyi-nəzərindən tam taxıl unundan hazırlana...
publikaz_normalized
Ölümümdə...":"Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədlinin intiharı ilə bağlı bəzi məqamlar bəlli olub. Məktubda kimə nə qədər borcu olduğunu qeyd edib. Haqqınızı halal edin, mən bu dünyadan gedirəm. Ölümümdə heç kəsi günahlandırmayın", - məktubda qeyd olunub. Əldə etdiyimiz məlumata ...
publikaz_normalized
Xocalı rayonunun Meşəli kəndində dinc sakinlərin mühasirədən çıxarılmasına köməyə getdiyi üçün ermənilər tərəfindən qətlə yetirilən Azərbaycanın polis və hərbi qulluqçularının adları açıqlanıb. Bildirilib ki, 1991-ci il dekabrın 23-də mühasirədə qalan dinc sakinlərə yardım etməyə gedən, Meşəli polis bölməsinə Ağdam ray...
publikaz_normalized
Onun uğuru bu gözələ bağlıdır - FOTOLAR":"Ceyms Maddison yayda transfer olunduğu "Tottenhem"də parlaq çıxışı ilə diqqət çəkir. İngiltərəli yarımmüdafiəçi 8 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun çıxışı azarkeşləri sevindirir. İngiltərə mətbuatı isə Ceymsi mövsümün ən vacib oyunçusu adlandırır. Bildirilir k...
publikaz_normalized
Oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm ci...
publikaz_normalized
5 oktyabrın dövlət bayramı günü kimi qeyd edilməsini təklif edirəm. O qeyd edib ki, çünki biz tarixdə olmayan qədər güclü dövlət qurmuşuq: Xankəndidə bayrağımızın dalğalanması bizim üçün çox parlaq tarixi bir gündür".
publikaz_normalized
Aritmiya, infarkt, insult, huşsuzluq":"Enerji içkilərinin reseptini yapon istehsalçıları ötən əsrdə işgüzar rəhbərlər üçün icad ediblər və indi enerji içkiləri reklamlarda gündəlik istehlak içkiləri kimi yerləşdirilib. Lakin onlar həm zərərli, həm də asıllıq yaradırlar. Energetik içkilərin təsirindən söz açan eskpert v...
publikaz_normalized
HƏMAS-İsrail müharibəsi qanlı mərhələyə keçib: tərəflər heç bir müharibə qanununa əməl etmədən qarşılıqlı şəkildə hücumlar edir. İlk hücum edən HƏMAS olsa da, hazırda üstünlük İsrail tərəfdədir. HƏMAS-ı məhv etmək və sıradan çıxarmaq; Lakin beynəlxalq müstəvidə müzakirə edilən əsas suallar var: - HƏMAS məhv edildikdən ...
publikaz_normalized
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə zərərçəkmiş İlham Kazımov ifadə verib. Meşəli kəndinə hücumdan danışan zərərçəkmiş bildirib ki, həmin gün 25 nəfər qətlə yetirilib, 24 nəfər isə yarala...
publikaz_normalized
Azərbaycanın cavabı nə olacaq? - VİDEO":"09:06" "Oktyabrın 5-də Qranadada (İspaniya) imzalanmış bəyanatda göstərilir ki, Qarabağ ermənilərinin qeyd-şərtsiz BMT missiyasının monitorinqi altında öz dədə-baba torpaqlarına qayıtması təmin edilməlidir. Bu müddəa nəinki əsassızdır, ümumiyyətlə, həmin bəyanatın özü Azərbaycan...
publikaz_normalized
Növbəti mərhələdə Xankəndi və yaxın ərazilərdə ekshumasiya işlərinin aparılması planlaşdırılır". O, ekshumasiya işlərinin bitməsi üçün Azərbaycana təxminən 10 il vaxt lazım olduğunu bildirib: İnsan skeletinin bütöv şəkildə çıxarılması laborator işlərin aparılmasına müsbət təsir edir. Heç bir DNT analizi 100 faiz nəticə...
publikaz_normalized
Azəristar" yarışmasının iştirakçısı olan və şou-biznesdə Yaqut Nəriman kimi tanınan Yaqut Həşimova ötən gün həyat yoldaşı tərəfindən qətlə yetirilib. İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib. O, qətlə yetirilən Yaqutla bağlı qalmaqallı açıqlamalar verib. Onun başqa yollara düşdüyünü iddia ed...
publikaz_normalized
2023-cü ilin bombardirləri siyahısında dəyişiklik baş verib. O, buna Avro-2024-ün seçmə mərhələsində dünən keçirilən Bosniya və Hersoqvinaya qarşı matçda (5:0) dubl edərək nail olub. Bununla da, 38 yaşlı hücumçu 2023-cü ildə klub və millidə ümumilikdə vurduğu qolların sayını 40-a çatdırıb. Beləliklə, portuqaliyalı futb...
publikaz_normalized
Prezident İlham Əliyev Xankəndidən Ermənistana, onun havadarlarına da çox ciddi mesajlar verdi. Artıq Azərbaycan bayrağı bütün tarixi torpaqlarımızda qürurla dalğalanır. Azərbaycan xalqı uzun illərdir səbirsizliklə bu günü gözləyirdi. Bu gün biz artıq 200 illik tariximizdə, sovet dövründə nəzarətimizdə olmayan ərazilər...
publikaz_normalized
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim keçirilib. Bazalanma aerodromlarından uçuşlar edən helikopterlər təlimin planına uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinat...
publikaz_normalized
Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə biz birinci şəhərsalma layihəsini icra edirik". Düzdür, laçınlıların öz doğma yurduna füzulililərdən bir qədər tez qayıtdıqlarını vurğulayan dövlətimizin başçısı deyib: “Amma Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma apardıqları üçün orada binaların...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev “Füzuli Şəhəri Günü” və şəhərin azad edilməsinin üçüncü ildönümü münasibətilə füzulililəri təbrik edib. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “X...
publikaz_normalized
Füzuli indi tamamilə yenidən qurulur. Dünən burada olarkən bir neçə önəmli obyektin təməlini qoyduq. İki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu". “Yəni, aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Mənə dünən məlumat verildi ki, 800-də...
publikaz_normalized
Füzulinin timsalında, eyni zamanda, bütün dünya, hətta bunu görmək istəməyənlər görürlər və görməlidirlər ki, erməni vəhşiliyi nədən ibarətdir. Dövlətimizin başçısı qeyd edib: “Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inan...
publikaz_normalized