text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
İstifadəçilərdən pul alacaq":"Əvvəllər "Tvitter" kimi tanınan sosial media platforması "X" təməl xüsusiyyətlərindən istifadə etmək üçün Yeni Zelandiya və Filippində yeni istifadəçilərdən ödəniş almağa başlayıb. Platforma illik ödənişi qlobal miqyasda bütün yeni istifadəçilər üçün genişləndirməyi hədəfləyir. Şirkətdən b...
publikaz_normalized
Xalq artisti Röya Ayxan “Füzuli Şəhəri Günü”ndə keçirilən konsertdə səhnəyə çıxıb. Qeyd edək ki, muğam ifaçısı Cabbar Qaryağdıoğlu bu məşhur mahnının həm sözlərinin, həm də musiqisinin müəllifidir. Tədbirə özəl hazırlaşan sənətçini milli geyimdə rəqqaslar müşayiət edib. Röya Ayxan səhnəyə xüsusi libasda çıxıb. Onun gey...
publikaz_normalized
Bu siqnaldır":"Rusiya prezidenti Vladimir Putin Qəzzada xəstəxanaya hücumu faciə və humanitar fəlakət adlandırıb. Rusiya lideri ümid edir ki, bu, münaqişəyə son qoymağın zəruriliyi barədə siqnal olacaq. Yüzlərlə ölü və yüzlərlə yaralı, əlbəttə ki, fəlakətdir. Xüsusən də humanitar xarakterli bir yerdə. Ona görə də həqiq...
publikaz_normalized
Türkiyə 15, Azərbaycan isə 30-40 ilə bu həddə çatacaq - MÜSAHİBƏ":"Bu günlərdə türkiyəli iqtisadçı Neşat Gündoğdu Azərbaycana qonaq gəlmişdi. Deyirlər, qonaq paylu-puşlu olar. Biz də bu qonaqdan pay umduq və onu redaksiyamıza dəvət etdik. Elə umduğumuz "pay"ı da ondan söhbət əsnasında bir-bir aldıq. Buyurun, iqtisadçın...
publikaz_normalized
Proxvatilov bütün ərəb ölkələrinin İsrailə qarşı müharibə ehtimalından danışıb. Düşünürəm ki, münaqişə dəyişəcək", - Proxvatilov "News.ru"-ya müsahibəsində deyib. Onun sözlərinə görə, İsrail Qəzza zolağından dinc sakinlərin çıxarılması üçün əməliyyatı dayandırıb, lakin Misir münaqişənin genişlənməsindən ehtiyat edərək ...
publikaz_normalized
Buna görə sizi tərifləyəcəm, Ukraynada...":"Ukrayna danışıqlar barəsində düşünməyə başlayıb. “Ukraynada danışıqlar prosesi haqqında düşünürlər, bu, düzgün istiqamətdə transformasiyadır. Buna görə sizi tərifləyəcəm, amma bu kifayət deyil”, - Putin deyib. O əlavə edib ki, əgər Ukrayna danışıqlar prosesini istəyirsə, o za...
publikaz_normalized
Ölkənin ilk rəqəmsal bankı "Birbank"a yeni ödəniş üsulu əlavə edildi. Belə ki, istifadəçilər “QR ilə ödə” stikerini gördükləri istənilən yerdə "Birbank" tətbiqinin “QR” hissəsindən ödəniş edə, üstəlik buna görə 3% keşbek qazana bilərlər. Bunun üçün istifadəçi ödəniş zamanı ilk olaraq kassirə ödənişi QR-kod ilə edəcəyin...
publikaz_normalized
Türkiyə millisinin üzvü Salih Özcanın Almaniyanı Dortmund şəhərindəki evi yanıb. Bu barədə "Bild" məlumat yayıb. Türkiyə millisinin Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Latviya ilə görüşdən sonra Dortmunda qayıdan Salih Özcana səlahiyətli şəxslər tərəfindən evinin yanması barədə məlumat verilib. Buna qədər futbolç...
publikaz_normalized
Özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevə hökm oxunub. Hökmə əsasən A.Babayev 12 il müddətinə azadlıqdan məhrum olunub. Xatırladaq ki, ötən prosesdə prokuror A.Babayevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. O, zərərçəkmişlərə 2 milyo...
publikaz_normalized
Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində növbədənkənar iclası keçirilir. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının təşkilatçılığı ilə keçirilən toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. Nazirin icl...
publikaz_normalized
Rusiyanın dövlət kanallarının ekspertləri Ermənistanda hakimiyyət çevrilişi haqda çağırışlar edirlər. Onun sözlərinə görə, Rusiya dövlət kanallarında Ermənistan xalqının küçəyə çıxması və hakimiyyəti dəyişməsi çağırışları intensivləşib. Xanandanyan bununla Paşinyanın fikirlərinə haqq qazandırıb. Asif [if !supportLineBr...
publikaz_normalized
6 hava limanı boşaldıldı":Fransada 6 hava limanı bomba və hücum təhlükəsi səbəbindən boşaldılıb. Səhər saatlarında polis rəsmiləri sözügedən hava limanlarının elektron poçt vasitəsilərindən bomba və hücum bildirişləri alıblar. Xəbərdarlıqların ardından təhlükəsizlik qrupları hərəkətə keçərək hava limanlarında bomba axt...
publikaz_normalized
Oktyabrın 19-u axşamdan 20-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Azərbaycanın rayonlarında oktyabrın 20-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir leysan xarakterli yağış yağacağı göz...
publikaz_normalized
Niyə loqomuzu...":"Sentyabr ayında Şotlandiya təmsilçisi "Haddinqton Taun" "Twitter" hesabında İlon Maskla bağlı yazı dərc edib. Klub amerikalı iş adamına məxsus olan "SpaceX"ə qarşı maraqlı iddia irəli sürüb: “İlon Mask niyə emblemimizi oğurlayıb? "Düzdür, klubun emblemi tam olaraq "SpaceX" loqosu deyil. Şəkil ilk dəf...
publikaz_normalized
Mingəçevir Şəhər Məhkəməsində Şəhər Mərkəzi Xəstəxanasının oftalmoloqu Elxan Hüseynovun qeyri-rəsmi nikahda yaşadığı Pərvanə Tahirova barəsindəki xüsusi ittiham qaydasında şikayətinə baxılıb. O bildirib ki, əvvəllər sevgi münasibətində olduğu qadın mətbuatda və yutub platformasında çıxış edərək onun haqqında təhqiramiz...
publikaz_normalized
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) mövcud və ya yeni salınan şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin əhalisinin sayının artması ilə bağlı ilk olaraq pilot layihə kimi Bakı şəhəri üzrə ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə əhalinin tibb müəssisələrinə təhkim olun...
publikaz_normalized
Qonaq komanda oyuna gəlmədi":"Bu gün futbol üzrə Azərbaycan 1-ci liqasında "İmişli" - "İrəvan" matçı baş tutmayıb. Çempionatın təşkilatçısı Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev saytımıza açıqlasında qarşılaşma ilə bağlı yekun qərarın AFFA İntizam Komitəsi tərəfindən veriləcəyini bildirib: “Peşəkar F...
publikaz_normalized
Lider mobil operatorun Baş sponsorluğu ilə keçirilən “Rebuild Karabakh” sərgisinin məqsədi işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə diqqət cəlb etməkdir" "19-21 oktyabr tarixlərində “Azercell Telecom”un baş sponsorluğu ilə 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkiş...
publikaz_normalized
Soda ilə sirkəni qarışdırmaq o qədər təhlükəlidir ki...":"Ev təmizliyində ən çox istifadə edilən köməkçi məhsullar soda və sirkədir. Daha yaxşı nəticə əldə etmək üçün soda və sirkəni qarışdırmaq əslində yanlışdır. Hətta qarışığı çətin gedən ləkələrə qarşı istifadə etməklə daha təsirli nəticə əldə edə biləcəyimizi düşün...
publikaz_normalized
Sabah saat 12:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr və noyabr aylarına olan biletlər satışa çıxarılacaq. Məlumata görə, sərnişinlər müəyyən olunmuş marşru...
publikaz_normalized
Son günlər ölkədə rezonans doğuran iki ölüm hadisəsi baş verib. Əvvəlcə müğənni Yaqut Nəriman əri tərəfindən qətlə yetirildi, daha sonra isə tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədli həyatına son qoydu. Hər iki hadisə ATV-də yayımlanan “Bizimləsən” verilişində geniş müzakirə olunmaqda...
publikaz_normalized
2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Bərdə-Ağdam avtomobil yolunun davamıdır. Bildirilib ki, bu yol Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir. Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla, biri...
publikaz_normalized
Mərhum Murtuz Ələsgərovun kafedrasına dəstə-dəstə kimlər gəlirdi?":"Doğrudanmı inanırsınız ki, 1991-ci il martında bizdə istiqlal ideyasının cəmi 43 daşıyıcısı olub? 1990-cı il yanvarından sonra Azərbaycanda istiqlalın əleyhinə açıq çıxış edən nə qədər şəxs var idi ki? Kimsə mövqeyini pərdələyə bilərdi, “siyasi müstəqi...
publikaz_normalized
Putin Çinə şəxsi avtomobili ilə uçub. Yayılan fotodan siyasətçinin Pekinin Hava Limanına çatdığı zaman qara zirehli "Aurus Senat" markalı avtomobilə əyləşdiyi məlum olur. Görüntüdə həmçinin avtomobilin dövlət nömrə nişanının olmadığı da nəzərə çarpır.
publikaz_normalized
GUAM-ın Baş katibi Altay Əfəndiyevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Sizi və Sizin simanızda Azərbaycan xalqını Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan təbrik edirəm. Bu il Müstəqilli...
publikaz_normalized
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Hörmətli İlham Heydər oğlu! Ölkənizin Müstəqilliyinin Bərpası Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq...
publikaz_normalized
Qara rəng zərifliyin sinonimidir. O, hara getməyinizdən asılı olmayaraq sizi həmişə ciddi və cəlbedici göstərəcək. Qara "total-look" sizə boğucu təsir göstərirsə, onu digər dəbli çalarlarla düzgün birləşdirə bilmək vacibdir. Qara ilə boz" " "Qara ilə boz klassik, lakin mükəmməl birləşmədir. Yeri gəlmişkən boz müxtəlif ...
publikaz_normalized
2023-cü ilin 9 ayı ərzində "ASAN Kommunal" və "ASAN xidmət" mərkəzlərində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən vətəndaşlara 294095 xidmət göstərilib. Bildirilir ki, müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir, qarşıya qoy...
publikaz_normalized
Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovhannisyan sentyabrın əvvəlində yeni vəzifə alıb. O, Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Universitetinin komanda-qərargah şöbəsinin rəisi təyin edilib. Artsrun hərbi fənlərdən dərs deyəcək. Xatırladaq ki, bundan əvvəl o, Milli Assa...
publikaz_normalized
Bu sahədə əməkdaşlıq edəcəklər":"İran və Belarus neft sahəsində əməkdaşlıq haqqında sənəd imzalayıblar. Memoranduma əsasən, İran Belarusa texniki və mühəndislik xidmətləri, neft avadanlıqları və neft-kimya məhsulları ixrac edəcək. Həmçinin iki ölkə texnoloji sahələrdə əməkdaşlıq və ticarətdə barter sistemindən istifadə...
publikaz_normalized
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Çox hörmətli İlham Heydər oğlu! Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. 1991-ci il oktyabrın 18-i Azərbaycan dövlətçiliyinin salnaməsin...
publikaz_normalized
Bəstəkar-müğənni Murad Arif “Füzuli Şəhəri Günü”ndə keçirilən konsertdə çıxış edib. Axşam saatlarına təsadüf edən konsertdə isə yalnız Murad Arif və Günay İbrahimli səhnə alıb. Milli geyimdə səhnəyə çıxan müğənni sevilən mahnılarını səsləndirib. “Günorta konsertindən sonra müğənniləri Bakıya yola saldıq. Füzulililərə G...
publikaz_normalized
Bazar günü Şəmkir rayonunda baş vermis ağır yol qəzasının görüntüləri yayılıb. Qeyd edək ki, “Ford Transit” markalı yük maşını ilə “Lada Priora” markalı avtomobillərin toqquşmasından sonra “Lada” yanmağa başlayıb. Hadisə nəticəsində “Lada”nın sürücüsü, 2003-cü il təvəllüdlü Kənan Yusibov hadisə yerində, onun sərnişini ...
publikaz_normalized
Qəzzadakı müharibədə həyatını itirənlərlə bağlı Türkiyədə 3 günlük matəm elan olunub. Bildirilib ki, Qəzzadakı xəstəxanaya hücumla əlaqədər ölkədə matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb. Sabah bir çox yerlərdə bayraqlar yarıya endiriləcək. Qeyd edək ki, Qəzzadakı xəstəxanaya dünən hücum olub. Hadisə ...
publikaz_normalized
İngiltərə millisinin futbolçusu Harri Keyn yeni rekorda imza atıb. Təcrübəli forvard “Uembli” stadionunda İngiltərə millisinin forması ilə vurduğu qollarının sayını 24-ə çatdırıb. Keyn "Uembli"də vurulan qolların sayına əfsanəvi Bobbi Çarltonu (23 qol) geridə qoyub. Qeyd edək ki, İngiltərə millisi qələbə sayəsində fina...
publikaz_normalized
Azərbaycanda seçki dairələri üzrə dairə seçki komissiyaları təşkil edilib. Məsələ barədə MSK sədrinin müavinin Rövzət Qasımov, MSK katibi Arifə Muxtarova və Mikayıl Rəhimov məlumat veriblər. MSK-nın sentyabrın 19-da keçirilən iclasında seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri təsdiqlənib. Toplantıda 92 se...
publikaz_normalized
Fələstinli qaçqınlara dəstək məqsədilə Azərbaycan BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verib". O, xüsusilə, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə ölkəmizin Fələstin probleminə xüsusi diqqət yetirdiyi, bu xüsusda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamə...
publikaz_normalized
Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə nəticələnən son hadisələr narahatlıq doğurur". Nazir Azərbaycanın hərbi əməliyyatlar və eskalasiyanın dayandırılmasına çağırış etdiyini diqqətə çatdırıb. Xüsusilə, qadın və uşaqların da daxil olduğu mülki əhali arasında artan itkilərlə bağlı qurbanlar...
publikaz_normalized
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Çox hörmətli İlham Heydər oğlu! Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. 1991-ci il oktyabrın 18-i Azərbaycan dövlətçiliyinin salnaməsin...
publikaz_normalized
HƏMAS-ın İsrailə hücumu nəticəsində 3 Azərbaycan vətəndaşı həlak olub, 1 nəfər isə itkin düşüb. Məlumatda HƏMAS-İsrail müharibəsi nəticəsində həlak olan və itkin düşən əcnəbilərin siyahısı da əks olunub. Siyahıya əsasən, ümumilikdə, müharibə nəticəsində 218 nəfər xarici ölkə vətəndaşı həlak olub, 78 nəfər itkin düşüb. ...
publikaz_normalized
İsrail hökuməti Livanla sərhəd zonasındakı yaşayış məntəqələrinin sakinlərini 5 km-lik məsafədə təxliyə edilməsi qərarını təsdiqləyib. Qeyd edək ki, Livandan İsrail ərazisi raket atəşinə tutulur. Bir müddət əvvəl İsrail Livanla sərhəddən 2 km-lik məsafədə yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyəsi haqqında ...
publikaz_normalized
Xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər n...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Dünyada bənzərsiz qardaşlığımız olan əziz Azərbaycanın müstəqillik ildönümünü ən səmimi hisslərimlə təbrik edirəm. Bu qürur günü münasibətilə qardaşım Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına Türkiyənin s...
publikaz_normalized
Oktyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu. Baş nazir cari ...
publikaz_normalized
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə" "Bosniya və Herseqovinanın Serb Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı, xoş arzul...
publikaz_normalized
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanan 2023-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər çərçivəsində qonaqlar əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlar...
publikaz_normalized
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. Dəyişikliklə COVID-19...
publikaz_normalized
Oktyabr 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb. Bildirilib ki, görüş zamanı iki ölkə arasınd...
publikaz_normalized
Tanınmış iş adamı Orxan Məmmədlinin intiharı ilə bağlı bəzi məqamlar bəlli olub.
publikaz_normalized
Dövlət Gömrük Komitəsinin Akademiyasının baş mütəxəsisi, gömrük xidməti polkovniki Şəmsəddin Abışov vəfat edib. Ş.Abışov əvvəllər Azərbaycan ordusunda tabor komandiri, briqada komandiri və ordu korpuslarından birində qərargah rəisi kimi xidmət göstərib.
publikaz_normalized
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi 2023-cü il oktyabrın 12-də Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatasının qərəzli və obyektivlikdən uzaq tövsiyə sənədləri qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə...
publikaz_normalized
Pakistan rupisi 2023-cü ilin sentyabrında tarixi minimuma çatdıqdan sonra möhkəmlənib və ayın sonunda dünyanın ən güclü valyutası olub. London Fond Birjasının məlumatlarına görə, Pakistan valyutası sentyabrın əvvəlində ABŞ dollarına nisbətdə rekord minimuma enərək 307 rupiyə düşüb. Maliyyə xidmətləri firması “HDFC Secu...
publikaz_normalized
Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, separatçılığa, “boz” zonaya son qoyması fransız səfiri yaman mütəəssir edib. Amma fransız səfir açıq-aşkar ünvanları səhv salır. Qeyd olunub ki, işğalçı ölkə vaxtilə dünyanın 40-dan çox ölkəsini işğal etmiş, indi də müxtəlif dənizaşırı əraziləri müstəmləkə ...
publikaz_normalized
DETALLAR AÇIQLANDI":"İsrail idarə olunan raketlərdən istifadə etməklə Qəzza zolağında Əl-Əhli xəstəxanasına hücum edib. Bu, İsrail təhlükəsizlik qüvvələrinin tibb müəssisəsinin əməkdaşlarını xəstəxananı partlatmaqla hədələməsindən sonra baş verib. Xəstəxanaya çərşənbə axşamı hücum edilib. Qəzza Səhiyyə Nazirliyinin məl...
publikaz_normalized
ABŞ səfirliyi Azərbaycan xalqını müstəqilliyin bərpasının 32-ci ildönümü münasibətilə təbrik edib.
publikaz_normalized
Fələstin-İsrail qarşıdurması kəskinləşdiyi üçün ABŞ Ukraynadakı münaqişəni izləməlidir. O amerikalı qanunvericiləri Vaşinqtona səfəri zamanı Ukraynaya dəstəyi davam etdirməyə çağırıb. Dünyanın diqqətini də buna yönəltməyimiz həqiqətən vacibdir. Biz, eyni zamanda həm Avropaya, həm də Yaxın Şərqə diqqət yetirə bilərik", ...
publikaz_normalized
Oktyabr 18-də xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirakı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Xəlifə Şahin Əlmarar ilə görüşüb, İsrail-Fələstin münaqişəsi haqqında danışıb...
publikaz_normalized
Oktyabrın 18-də Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb. “İspaniya Senatının 17 oktyabr tarixli plenar iclasında qəbul etdiyi anti-Azərbaycan xarakterli bəyanat təəssüf doğurur. Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, bu qərəzli və birtərəfli bəyanatı ...
publikaz_normalized
İsrail ordusu ölkə ərazisinin atəşə tutulmasına cavab olaraq Livandakı üç hərbi posta zərbələr endirdiklərinin açıqlayıb. “Bir müddət əvvəl İsrail ordusunun əsgərləri Livandan İsrail ərazisinə tank əleyhinə raket atmağa cəhd edən terrorçuları aşkar etdikdən sonra İsrail Müdafiə Ordusunun tankı Livandakı iki hərbi postu...
publikaz_normalized
Kobaxidze Zurabişvilini hədələdi və elə bir cavab aldı ki...":"Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze “Konstitusiyanın növbəti dəfə pozulması” halında prezidentin cinayət məsuliyyətinə cəlb oluna biləcəyini açıqlayıb. "Hazırda hüquqi cəhətdən cavab vermək mənim üçün çətindir, lakin Konstit...
publikaz_normalized
İsrail Misir və Mərakeşdəki səfirliklərdən diplomatlarını təxliyə edib. Buna səbəb Qəzza zolağında xəstəxanaya hücumdan sonra bu ölkələrdə etirazların başlaması olub. " "İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarını təhlükəli olan ölkələrdən təxliyə edəcəyini bildirib. Departament həmçinin diplomatik nümayəndəliklərin b...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 19-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
publikaz_normalized
Azərbaycanda tanınmış iş adamı ölkəni tərk edib. Qeyd edək ki, tanınmış iş adamı Şəmsi Səmədzadə bu günlərdə yayılan intim görüntüləri ilə müzakirələrə səbəb olmuşdu. " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " "A post shared by Manset.az (@manset.az)" " " " " "...
publikaz_normalized
18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə üçrəngli, ay ulduzlu Azərbaycan bayrağı növbəti dəfə Nyu Yorkun simvolu və maliyyə mərkəzi hesab olunan “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılıb. Mərasimdə Nyu Yorkda yaşayan həmvətənlərimiz, Nyu York meriyasının təmsilçiləri,...
publikaz_normalized
Türkiyənin İzmir vilayətinin Bayındır rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerin 7 km dərinliyində meydana gəlib. Dağıntı və tələfat qeydə alınmayıb.
publikaz_normalized
ABŞ Prezidenti Co Bayden həm Qəzza zolağı, həm də İordan çayının qərb sahilindəki mülki şəxslər üçün 100 milyon dollar yardım ayıracağını bildirib. Bayden vurğulayıb ki, əgər verilən yardım HƏMAS yaraqlıları tərəfindən oğurlansa, bu, onların Fələstin vətəndaşlarının maraqlarını təmsil etmədiklərini sübut edəcək. “Bu pu...
publikaz_normalized
Zaqatalada 44 yaşlı qadın göbələkdən zəhərlənib. Müayinə zamanı 44 yaşlı qadının göbələkdən zəhərləndiyi məlum olub. Günəş Əsgərovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə, Kliniki Tibbi Mərkəzin nəznindəki Respublika Toks...
publikaz_normalized
Amsterdamdan Mançesterə uçan “EasyJet” təyyarəsinin pilotunu ağcaqanad dişləyib və onun uçuşu gecikib. Bildirilib ki, təyyarə həşəratlardan təmizləndiyi üçün Airbus A320-də olan sərnişinlər beş saat gözləməli olublar.
publikaz_normalized
Həm Vətən müharibəsində, həm də postmüharibə dövründə Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılması məqsədilə monitorinqlər aparılır. ombudsmanların səlahiyyətlərinə dair müsbət təcrübələrinin bölüşülməsi” mövzusunda VII beynəlxalq elmi-praktiki konfransda bildirib. Qırx yeddi ölkənin ombudsman...
publikaz_normalized
Livandan İsrail ərazisinə 9 raket atılıb. Məlumata görə, raketlərdən 4-ü hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Eyni zamanda, son bir saat ərzində Livan sərhədi yaxınlığında yerləşən Metula, Malkiya və Manara yaşayış məntəqələri ərazisinə bir neçə dəfə tank əleyhinə raket buraxılıb.
publikaz_normalized
Ermənilərin Qarabağdan köçü zamanı Xankəndidəki məhbuslar azadlığa buraxılıb. Məhbusların Ermənistandakı cəzaçəkmə müəssisələrinə köçürülməsini təmin etmək üçün maşın tapılmayıb, buna görə də onlar sərbəst buraxılıb. Ermənistan hüquq-mühafizə orqanları onların harada olmasına dair məlumatlarının olmadığını deyiblər. On...
publikaz_normalized
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib. “Qədim qardaşlıq bağlarımız olan Can Azərbaycanın 32-ci Müstəqillik Gününü ürəkdən təbrik edir, Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına uğurlarla dolu firavan günlər arzulayıram”, - de...
publikaz_normalized
ABŞ-nin Kaliforniya ştatında 4,1 maqnitudalı zəlzələ olub. Bildirilib ki, təbiət hadisəsinin episentri Aylton şəhərindən 4,5 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilməyib.
publikaz_normalized
İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib. “Çoxunuz siyasi səbəblərdən dolayı HƏMAS-ı terror təşkilatı kimi tanımaq istəmirsiniz. HƏMAS imkan olduqca şüurlu şəkildə mülki əhaliyə hücum edir, uşaqları öldürür. Bu səbəbdən HƏMAS İŞİD-...
publikaz_normalized
Bir neçə gün öncə sosial şəbəkələrdə qeyri-etik videosu üzə çıxan Şəmsi Səmədoğlu Bakı Beynəlxalq Hava Limanında çəkilən fotosuna və onun haqqında guya "ölkəni tərk edir" başlığı ilə yayımlanan xəbərlərə münasibət bildirib. Qeyd edib ki, bu xəbər tamamilə əsassızdır və o, Bakıdakı evindədir. Bu cür xəbərlərin necə və h...
publikaz_normalized
Oktyabrın 23-də Lüksemburqda Aİ Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. “Şura Rusiyanın Ukraynaya təcavüzünü, onun təhlükəsizliklə bağlı öhdəliklərini müzakirə edəcək, həmçinin Azərbaycan və Ermənistanla bağlı fikir mübadiləsi aparacaq”, - məlumatda deyilir.
publikaz_normalized
Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. Görüş Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində növbədənkənar iclası çərçivəsində baş tutub.
publikaz_normalized
Ukrayna Prezidenti Volodimir Zelenski Rumıniyanın Baş naziri Marsel Çolaku ilə görüşüb. Tərəflər Rumıniyadan Ukraynaya gələcək hərbi dəstəyi və ərzaq təhlükəsizliyi sahəsini, o cümlədən Ukrayna kənd təsərrüfatı məhsullarının Rumıniya ərazisindən tranziti üçün yeni logistik marşrutların hazırlanmasının vacibliyini müzak...
publikaz_normalized
Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” Kitab Mağazalar Şəbəkəsinin və TEAS Press Nəşriyyat Evinin təşkilati dəstəyi ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçirilib. Tədbirdə Heydər Əliyev ...
publikaz_normalized
ABŞ Prezidenti Cozef Bayden İsraildə maraqlı açıqlama ilə gündəmə gəlib. Onun çıxışından müvafiq kadrlar sosial şəbəkələrdə yayılıb. “İsrail dövləti dünya yəhudilərinin təhlükəsizliyi üçün yaranıb və mən də orada doğulmuşam”, – ABŞ prezidenti bildirib. Halbuki, rəsmi məlumatlara görə, C.Bayden Pensilvaniyada anadan olu...
publikaz_normalized
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun futbolçusu Kərim Benzema Fransanın daxili işlər naziri Jerald Darmaneni idmançını “Müsəlman qardaşları” təşkilatı ilə əlaqədə ittiham etdiyinə görə məhkəməyə verə bilər. “Bu yalandır, Kərim Benzemanın heç vaxt bu təşkilatla zərrə qədər də əlaqəsi olmayıb. Biz, məsələn, hökum...
publikaz_normalized
ABŞ kəşfiyyatının topladığı məlumatlar arasında bunun hava hücumu deyil, yerüstü partlayış olduğunu göstərən proqnoz var. Məlumatda qeyd olunur ki, ABŞ Qəzza zolağında xəstəxanaya hücumun havadan həyata keçirilmədiyini düşünür. “Yer səviyyəsində başlayan partlayışla uyğun gələn geniş yanğın və dağılmış dağıntılar olub"...
publikaz_normalized
Səfər istisna deyil":"Enerjili və aktiv davranmağa çalışın. Yaxın ətrafınızdakı insanlar sizdən yardım və dəstək istəyir, diqqət və qayğı tələb edirlər. Öz işlərinizi unudaraq başqalarının problemləri ilə məşğul olmayın. Bir qədər tənəffüs edin, dincəlin. Günün ikinci yarısında şəxsi münasibətlərdə romantik "yellər" əs...
publikaz_normalized
İŞİD məsuliyyəti üzərinə götürdü":"İŞİD terror təşkilatı Belçikanın paytaxtı Brüsseldə baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edək ki, bir neçə gün öncə Brüsseldə futbol üzrə İsveç milli komandasının iki azarkeşi güllələnib.
publikaz_normalized
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenin yəhudi dövlətinə bir günlük səfərindən sonra Təl-Əvivdəki Müdafiə Nazirliyi kompleksində hərbi-siyasi kabinetin məhdud tərkibli operativ iclasını keçirir. “Baş nazir Binyamin Netanyahu Təl-Əvivdəki “Kiriya” kompleksində (Müdafiə Nazirliyi kompleksi – ...
publikaz_normalized
Niderlandın Haaqa şəhərində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qarşısında Fələstinə dəstək aksiyası keçirilib. “Report” “Nu.nl” nəşrinə istinadən xəbər verir ki, Turfmarkt meydanına toplaşan yüzlərlə insan Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən hücuma etirazlarını ifadə edib. Fələstin bayraqlarını dalğalandıra...
publikaz_normalized
İran və Rusiya səfirləri - Seyid Abbas Musəvi və Mixail Evdokimov Bakıda görüş keçiriblər.
publikaz_normalized
Ötən gün BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin İranın raket sənayesinə məhdudiyyətlər tətbiq edən bəzi müddəaları qüvvədən düşüb. XİN artıq praktiki olaraq sanksiyaların ləğvini istəyib: “18 oktyabr 2023-cü il tarixindən etibarən BMT Təhlükəsizlik Şurasının raket sənayesi ilə bağlı fəaliyyətlərə, o cümləd...
publikaz_normalized
Fələstinlə münaqişə nəticəsində xəsarət alan israillilərin sayı 4,5 minə çatıb. Bildirilib ki, hazırda tibbi yardım alan sakinlərin sayı 4562-yə çatıb.
publikaz_normalized
Adı "X" olaraq dəyişdirilən tviter platformasında bundan sonra yeni istifadəçilərdən ödəniş tələb olunacaq. Onun sözlərinə görə, bu, saxta hesablarla mübarizə aparmaq üçün nəzərdə tutulan “Not a Bot” adlı proqramı çərçivəsində atılmış növbəti addımıdır. İlk növbədə Yeni Zelandiyanı və Filippini əhatə edəcək yenilikdə i...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, müğənni Ramal İsrafilov bir neçə gün əvvəl bibisi, Xalq artisti Mələkxanım Eyubovanın onu qızı Nəzrinin nişan məclisinə dəvət etmədiyini bildirmişdi. O, nişanın ailə arasında keçirildiyini qeyd edib: Ramal ailəmizin gözü, başımızı tacıdır. Övladlarım Hökümənin və Cəfərin də toylarını Ramal aparıb...
publikaz_normalized
Amerika yəhudiləri Vaşinqtonda ABŞ Konqresində oturaraq etiraz aksiyası keçirirlər. Atəşkəs tələblərini ABŞ qanunvericilərinə çatdırmaq üçün Konqresin binasında oturaraq etiraz aksiyası keçirən nümayişçilər "Atəşkəs indi" şüarını səsləndirib. Nümayişçilər Qəzza zolağında atəşkəs elan edilməyənə qədər Konqresi tərk etmə...
publikaz_normalized
Qəzzaya 20 maşın yardım...":"Misirin Prezidenti Abdülfəttah Əl-Sisi “Rəfah” sərhəd-buraxılış məntəqəsinin Qəzza zolağına humanitar yük daşıyan 20 avtomobil üçün açılmasına razılaşıb. Qeyd edək ki, Baydenlə Əl-Sisi arasında telefon danışığı olub.
publikaz_normalized
Sonuncu dəfə "Yasak elma" serialında rol alan türkiyəli aktrisa Şəbnəm Dönməzə ağır itki üz verib. İki aydır xəstəxanada müalicə olunan mərhum 72 yaşında dünyasını dəyişib.
publikaz_normalized
Kişi sağlamlığı üçün ən zərərli və ən faydalı qidaları həkim psixoterapevt Mixail Qinzburq açıqlayıb. “Ürək-damar sistemini, fiziki-emosional vəziyyəti yaxşı saxlamaq üçün duzu azaltmaq lazımdır. Çünki orqanizmdə duz çoxluğu qadınlara nisbətən kişilərə daha çox təsir edir. Kişilərə ikinci zərərli faktor – pis yağlardır...
publikaz_normalized
Əgər bu əlamətlər varsa, düşündüyünüzdən də artıq və güclü stress altındasınız. Alimlər stressin fiziki əlamətlərini açıqlayıb. - Xroniki baş ağrısı – stress baş, boyun əzələlərinin spazmını yaradır ki, bu da ağrıya səbəb olur;" "- Yuxusuzluq və enerjisizlik - bu daha çox işdən qaynaqlanır;" "- Cinsi istəyin azalması –...
publikaz_normalized
Bakının Xətai rayonunda 21 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Türkiyəli aktrisa Serra Arıtürkün yeni layihəsi bəlli olub. O, layihədə "Meltem" obrazına həyat verəcək. Qeyd edək ki, "Netflix"də yayımlanacaq serialın baş rolunu Cihangir Ceyhan canlandıracaq.
publikaz_normalized
Böyük Brtaniya vətəndaşlarına Livana səyahət etməməyi tövsiyə edib və oradakı britaniyalıları ölkəni tərk etməyə çağırıb. Bildirilib ki, əgər Britaniya vətəndaşları hazırda Livandadırlarsa, kommersiya variantları mövcud olduğu müddətdə oranı tərk etməlidirlər.
publikaz_normalized
Köndələnçay su anbarının bu ilin sonunda istifadəyə veriləcəyi gözlənilir. “Onlardan “Köndələnçay-1” su anbarı 2,1 milyon, “Köndələnçay-2” anbarının isə 3,9 milyon kubmetr su tutumu var. Çay üzərində yerləşən ən böyük anbar isə Aşağı Köndələnçay anbarıdır və 9,5 milyon kubmetr su tutumuna malikdir”. Sarvan Ağayevin söz...
publikaz_normalized