text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Xirosimaya atılandan...":"İsrail ordusunun oktyabrın 7-dən bu yana Qəzza zolağına 18 min ton bomba atdığı bildirilib ki, bu da İkinci Dünya Müharibəsində Xirosimaya atılan bombanın gücündən 1.5 dəfə çoxdur. İşğal qüvvələrinin Qəzzada 85 dövlət binasını dağıtdığını bildirən Maruf deyib: İsrail Qəzzada 47 məscidi dağıdıb...
publikaz_normalized
Bu ölkənin ordusuna əmr verildi":"Səudiyyə Ərəbistanının silahlı qüvvələri və hava hücumundan müdafiə sistemləri “Ənsar Allah” hərəkatının (Husi) yəmənli üsyançıları ilə toqquşmadan sonra yüksək hazırlıq vəziyyətinə gətirilib. Məlumata görə, müvafiq əmr bir neçə həftə əvvəl üsyançıların Səudiyyə Ərəbistanına raket zərb...
publikaz_normalized
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb. Belə ki, oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Oktyabrın 1-dən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb. Səfərbərlik və Hərbi Xidmətə ...
publikaz_normalized
Xırdalanda avtomobili sərxoş və sürücülük vəsiqəsi olmadan sürən şəxs saxlanılıb. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Xırdalan şəhəri ərazisində “TOFAŞ” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlayıb. Araşdırmalarla sürücü, Abşeron rayon sakini Cavid Səmədovun ...
publikaz_normalized
Biz onlar üçün vuruşuruq":"Rusiyanın Yaxşın Şərqlə bağlı mövqeyində heç vaxt şəxsi maraq olmayıb. O vurğulayıb ki, Rusiya həm özü, həm də real azadlığa can atanlar üçün mübarizə aparır: Biz yalnız Fələstinə bu faciənin arxasında duranlara qarşı mübarizədə kömək edə bilərik. Biz Rusiyayıq və həm özümüz üçün, həm də həqi...
publikaz_normalized
İnter Mayami"nin hücumçusu Lionel Messi ötən gecə qazandığı "Qızıl top"u kimə həsr etdiyini açıqlayıb. Maradonanı təbrik etmək üçün onun kimi futbolu sevən bir çox insanın əhatəsində olmaqdan daha yaxşı yer yoxdur. Ad günün mübarək, Dieqo, bu mükafatı səninlə bölüşürəm”. Qeyd edək ki, Messi 8-ci dəfə "Qızıl top"un qali...
publikaz_normalized
Böyük Britaniyanın elm, texnologiya və innovasiyalar naziri Mişel Donelanın parlamentdəki şəxsi katibi Pol Bristou Qəzzada atəşkəs çağırışı etdiyi səbəbilə vəzifəsindən azad edilib. Bristou, Baş nazir Sunak tərəfindən vəzifədən azad edildikdən sonra BBC-yə bu sözləri deyib: Baş nazirin qərarını tam başa düşürəm və zövq...
publikaz_normalized
“Qıcqırmış iyinizdən sizə yaxın durmaq olmur” - VİDEO":"Biri var ki, səhnəyə ustaddan təhsil alıb gələsən, biri də var ki, yataqdan durub çıxasan səhnəyə. Onlar əllərində şam tutub başlayıblar deməyə ki, "Mətanət Əsədova ilə görək nə edə bilirik? Çöldə bir də görürsən ki, küçə heyvanını avtomobil vurur. Bax, elə yazıq ...
publikaz_normalized
Görün mükafatı ona kim təqdim etdi - VİDEO":"Ballon d'Or"un mükafatlandırma mərasimində maraqlı an yaşanıb. Argentina millisinin dünya çempionluğundakı əsas pay sahiblərindən biri olan qolkiper mükafatını almaq üçün səhnəyə çıxanda "Çelsi"nin əfsanəsi Didye Droqba ona titulu təqdim etməyə tələsməyib. Fil dişi sahilili ...
publikaz_normalized
Şamaxı rayonunun bəzi kəndlərində üç gün müddətində qaz təchizatında fasilə yaranacaq. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Altıağac-Ağsu” magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin birləşdirilməsi ilə əlaqədar noyabrın 1-3-də “Mədrəsə” Qaz Paylayıcı Stansiyalardan qaz təchizat...
publikaz_normalized
Müxtəlif sosial şəbəkə profillərində bəzi şəxslərin Azərbaycan Mətbuat Şurasına məxsus olduğu iddia edilən, üzərində “PRESS” yazılmış və Şurasının loqosunun əksini tapdığı gödəkçələrdə media prinsiplərinə zidd fəaliyyət gerçəkləşdirdiyinə dair fikirlər və görüntülər paylaşılıb. Bununla əlaqədar bildiririk ki, Mətbuat Ş...
publikaz_normalized
ABŞ-ın İllinoys ştatında 6 yaşlı Fələstin əsilli uşağı 26 bıçaq zərbəsi ilə öldürən və anasını yaralayan qətl şübhəlisi 71 yaşlı Cozef Çuba hakim qarşısına çıxarılıb. O birinci dərəcəli qətl, birinci dərəcəli adam öldürməyə cəhd, iki nifrət cinayəti ilə ittiham olunur. Oktyabrın 16-da ABŞ Ədliyyə Nazirliyi sözügedən hü...
publikaz_normalized
300 manat cərimə oluna bilərsiniz":"Bu yaxınlarda istifadəyə verilən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu ilə bağlı sürücüləri düşündürən bir məqam da yolda sürət həddidir. Hazırda yolun maksimal sürət həddi 110 km/saatdır. Lakin bəzi insanlar düşünür ki, magistral yoldur, pul vermişəm, yolda sürət daha y...
publikaz_normalized
SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şirvan şəhərində görüşü təşkil olunacaq. “Səyyar qəbul otağı” noyabrın 1-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qə...
publikaz_normalized
İnstaqramda məşhurlaşan fenomen Şeyma Subaşı bu dəfə toy və boşanma xəbərləri ilə deyil, Hallouin kostyumu ilə gündəm yaradıb. Açıq-saçıq gəlinlik obrazına bürünən Şeyma gecədə çəkilən görüntüləri instaqramda paylaşıb. Xatırladaq ki, Şeyça Subaşı iki dəfə evli olub. O, Acun Ilıcalı ilə Fransanın St.Tropez şəhərində açı...
publikaz_normalized
Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb. Orta göstərici 2750-yə bərabər olub. “Turan Tovuz” – “Kəpəz” oyununu (4:0) 5000, “Neftçi” – “Sabah” görüşünü (0:1) 4600, “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasını (2:1) 2000 tamaşaçı izləyib. Yalnız heç-heçə ilə bitən “Zirə” – “Səbail” (2:2) və “S...
publikaz_normalized
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının 4 vətəndaşı - Həbib Kaltayev, Məhərrəm Miriyev, Rəşad Tağıyev və Cəmşid Bədirzadənin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiy...
publikaz_normalized
İsrail Müdafiə Qüvvələri HƏMAS siyasi bürosu rəhbərinin müavini Saleh əl-Arurinin İordan çayının qərb sahilində olan evini dağıdıb. Bildirilir ki, həmin vaxt evdə heç kim olmayıb. Oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından irimiqyaslı raket hücumuna məruz qalıb. İsrail Müdafiə Qüvvələri 3000-dən çox raket...
publikaz_normalized
Minifutbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatında növbəti oyununu keçirəcək. Yığma yer aldığı G qrupunda Küveyt ilə üz-üzə gələcək. İlk iki görüşdə qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən milliyə növbəti mərhələyə qrup birincisi kimi yüksəlmək üçün heç-heçə də kifayət edəcək. Son Avropa çempionu ...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, "Dostlar" serialındakı Çendler Binq obrazı ilə milyonların könlünü fəth edən aktyor Metyu Perri evinin cakuzisində ölü tapılıb. Məlum olub ki, köməkçisi məşhur aktyoru Los-Ancelesdəki Pasifik Paliseydsdəki evində cəmi iki saat tək qoyub və geri qayıdanda onu cakuzidə hərəkətsiz vəziyyətdə görüb. ...
publikaz_normalized
Noyabrda...":"Rubl dollar və avro qarşısında möhkəmlənəcək. Rusiya valyutasının ÜDM-in artımı, xarici ticarət balansının normallaşması və qiymətlərin azalması səbəbindən bahalaşmağa davam edəcəyi gözlənilir. Ekspertlər artıq noyabrın əvvəlində dolların məzənnəsinin 90-92 rubl, avronun isə 92-95 rubl olacağı qənaətindəd...
publikaz_normalized
Bu ilin yanvar-sentyabtr aylarında Sumqayıt şəhərində orta aylıq əməkhaqqı 850 manat təşkil edib. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur. Hesabat dövründə Sumqayıtda 1 121 yeni iş yeri açılıb. 9 ay ərzində şəhərdə ticarət dövriyyəsi...
publikaz_normalized
Qatıqla doşabı...":"İllərdir xeyirli olduğunu düşündüyümüz üçün birlikdə yediyiyimiz qatıq və bəhməzi (doşab) qarışdırmaq əslində zərərlidir. Mütəxəssislərin açıqladığı məlumatlar qatıq və bəhməzin qarışdırılmasının zərərlərini üzə çıxarıb. Bu sağlam qidalar arasında ən təbiilərindən biri də bəhməz və qatıq qarışığı he...
publikaz_normalized
Milli Məclisdə Qərbi Azərbaycan toponimləri ilə bağlı ictimai dinləmə keçirilir. tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda keçirilən dinləmə parlamentin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə baş tutur. Toplantıda Milli Məclisin Toponomiya komissiyasının üzvləri, Qərbi Azərbaycan İ...
publikaz_normalized
Sosial şəbəkə fenomeni Bayram Nurlu müğənni Afət Fərmanqızı ilə qalmaqal yaşayıb. “Ey Afət, mən sənin üçün o-bu deyiləm. Bir-iki yerdə haqqımda danışmısan ki, o qadın paltarı geyinir. Mən qadın paltarı geyinsəm də səndən əxlaqlıyam. Mən səndən də betərəm, sən deyəsən özündən yamanına rast gəlməmisən. Onun-bunun kişilər...
publikaz_normalized
Müğənni Nigar Camal dünən dostları ilə birlikdə Hallouin bayramını qeyd edib. Lakin ənənəvi deyil, daha özünəməxsus bir obraz yaradıb. O, görüntülərini instaqram hesabında paylaşıb. Your browser doesn't support video.
publikaz_normalized
Ermənistan Daxili İşlər Nazirliyi (DİN) Qarabağdan könüllü çıxıb ölkəyə gələnlərin silah-sursatı təhvil vermələrini tələb edib. Nazirliyin məlumatına əsasən, bu addım onları məsuliyyətdən azad edəcək.
publikaz_normalized
Ötən ay 48 yaşında vəfat edən deputat Qənirə Paşayevanın sosial media hesabının istifadə edilməsi maraqla qarşılanıb. Səhifədə mərhum deputatın xatirəsi ilə bağlı paylaşımlar edilir. Sonuncu dəfə feysbuk səhifəsində Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təbrik paylaşılıb. "Mərhum deputatın səhifəsini kim...
publikaz_normalized
Davud dəhlizi" yaradılır, bu ölkə parçalanacaq":"HƏMAS-ın oktyabrın 7-də başlatdığı əməliyyat İsrailin bölgədəki təhlükəsizlik planlarını yenidən gündəmə daşıyıb. İsrailin Suriyaya həm havadan, həm də qurudan hücumu yeni dəhliz iddiasını ağıllara gətirib. Səhnəyə qoyulan tamaşanın qondarma bəhanəsi isə “İŞİD-lə mübariz...
publikaz_normalized
Türkiyəli aktyor Alp Navruzdan ayrıldıqdan sonra iş adamı Mehmet Aslanla görüşməyə başlayan aktrisa Ayça Ayşin Turanı sevgilisinin ailəsi qəbul etmədiyi ortaya çıxıb. Daha sonra onlar bunu qolun vurulmasına verilən təbii sevinc reaksiyası olduğunu bildiriblər. Qeyd olunub ki, bu cür davranışlar belə hallarda normaldır....
publikaz_normalized
Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək. Bildirilib ki, 2024-cü ilin 1-ci Günəş tutulması aprelin 8-də qeydə alınacaq. Bu tutulma tam Günəş tutulması olacaq. Tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42:07-də başlayacaq və 9 aprel saat 00:52:14-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 sani...
publikaz_normalized
Ukrayna Silahlı Qüvvələri (AFU) Bryansk vilayətinin ərazisinə hücum edib. Bryansk vilayətinin başçısının sözlərinə görə, Starodub bələdiyyə dairəsinin Aleynikovo qəsəbəsi hücuma məruz qalıb. Boqomaz kəndi atəşə tutmaq üçün hansı silahlardan istifadə edildiyini dəqiqləşdirməyib. Zərbə nəticəsində insan tələfatı olmasa d...
publikaz_normalized
MÜƏMMALI ÖLÜM":"Antalyanın Muratpaşa səmtinin Şirinyalı məhəlləsində qayalıqların dənizə qovuşduğu ərazisində insanlar hərəkətsiz vəziyyətdə yatan adamı görüb və bu haqda 112 Təcili Zəng Mərkəzinə bildiriblər. Təxminən 20 metr yüksəklikdəki qayalıqlardan kəndir köməyi ilə enən qruplar cəsədi qayıqla Kaleiçi Marinasına ...
publikaz_normalized
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası 2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb. Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir, həmin andan Şimal yarımkü...
publikaz_normalized
Son 200 ildə ermənilər etnik təmizləmə aparıblar. Ermənilər Azərbaycan və türk mənşəli toponimlərə münasibətdə həmişə qərəzli mövqe tutublar. Qərbi Azərbaycanda – indiki Ermənistanda türk mənşəli toponimlərin uzun illər boyu dəyişdirilib erməniləşdirilməsi faktlarla sübut olunub. Ermənilər bu torpaqlarda azərbaycanlıla...
publikaz_normalized
İndi belə hücum edirlər":"Hakerlər Rusiyaya qarşı yeni növ dağıdıcı DDoS hücumlarından istifadə etməyə başlayıblar. Bildirilir ki, hakerlər DDoS hücumunda qarışıq cihaz qruplarından - bir neçə proqramdan ibarət botnetlərdən istifadə edirlər. Bu, onları daha çoxyönlü və qoruyucu vasitələrə davamlı edir. Bu alətin nisbət...
publikaz_normalized
Xarici görünüşüm olmasa... - FOTOLAR":"Atlet Alisa Şmidt Almaniyanın tanınmş simalarından biridir. O, buna idmanda deyil, daha çox xarici görünüşü ilə nail olub. Sosial şəbəkələrdə milyonlarla dollar qazandıran auditoriyası var. Cazibədarlığı nəticəsində təkcə pərəstişkarların sevgisini, medianın diqqətini qazanmayıb. ...
publikaz_normalized
Bu gün Azərbaycan Avropaya ixrac etdiyi təbii qazla qitə ölkələrinin enerji təhlükəsizliyi məsələsində önəmli rol oynayır. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi də etibarlı tərəfdaş kimi tanıdıb. Bundan başqa, neft-kimya məhsulları və elektrik enerjisi də ölkə ixracatının bir hissəs...
publikaz_normalized
Maynts" rəhbərliyi Fələstinə dəstək paylaşımı etdiyi üçün heyətdən kənarlaşdırılan futbolçusu Ənvər Əl-Qazi ilə bağlı yeni qərar verib. Mərakeş əsilli futbolçunun etdiyi paylaşıma görə peşman olduğu və kluba edilən təzyiqlərdən təəssüfləndiyi bildirilib. Bu barədə klub məlumat yayıb. Ənvər Əl-Qazi yaxın günlərdə əsas k...
publikaz_normalized
Azərbaycan Premyer Liqasının XI turu “Qarabağ”la “Neftçi” üçün əlamətdar olub. 1992-ci ildən təşkil olunan yarışın daimi iştirakçısı olan iki klub oyun sayında da mütləq rekordçudur. 32-ci mövsümdə 900-ə çatan yubilyarların ikisi də əlamətdar matçda uduzub. Yubileyini əzəli rəqibindən bir gün əvvəl qeyd edən “Neftçi” ö...
publikaz_normalized
Təqaüdçü qadın fırıldaqçılara görə iki mənzilini itirib. Belə ki, istintaq idarəsinin yaydığı məlumata görə, fırıldaqçılar klassik sxem üzrə hərəkət ediblər. Onlar təqaüdçüyə zəng edərək, özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları və bank işçiləri kimi təqdim ediblər. Qadını kiminsə onun hesabından pul çıxarmağa ...
publikaz_normalized
Müğənni Hadisə Türkiyə Cumhuriyyətinin 100 illiyi münasibətiylə təşkil edilən konsert proqramlarında Mustafa Kamal Atatürkün geyimlərindən ilhamlanaraq hazırlanmış kostyumlarda səhnəyə çıxıb. Hadisənin konsertlərini isə təxminən yüz minlərlə insan izləyib. Müğənni hər zamankı gözəlliyi və rəqs şouları ilə pərəstişkarla...
publikaz_normalized
İrlandiyanın "Gormleys" hərrac evi Ernesto Çe Gevaraya məxsus "şanslı" alışqanı satışa çıxaracaq. Hərrac evinin məlumatına görə, İrlandiyada qohumluq əlaqələri olan inqilabçı, 1965-ci ildə Praqa-Havana reysi ilə uçan təyyarənin mühərrikində yaranan problemlərə görə Şannon şəhərinə enib. Orada Çe Gevara rüsumsuz zonadan...
publikaz_normalized
Noyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° ist...
publikaz_normalized
Bu nəhəng dövlətin iqtisadiyyatı məhv olacaq":"Ümumdünya Ticarət Təşkilatının prezidenti Yaxın Şərq və Ukraynada davam edən münaqişələrə görə dünyanın iki ticarət blokuna bölünməsi təhlükəsinə diqqət çəkib. Rəsminin açıqlamalarına görə, qlobal iqtisadiyyat artımını 5 faiz itirə bilər. O qeyd edib ki, qlobal iqtisadiyya...
publikaz_normalized
“Gələn ildən ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılacaq”. O qeyd edib ki, yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir: “Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində ...
publikaz_normalized
günah 100 il yaşamayanın özündədir":"Şokolad, yulaf, yumurta və basdırma uzun ömürlülərin menyusunda ən çox tapılan qidalardır. Üstəlik, uzunömürlülər, bir qayda olaraq, sakit həyat tərzi keçirirlər. Riyazi məsələlər isə ona qocalıqda zehni aydınlığını qorumağa kömək edib. Eyni zamanda, San-Fransiskolu Maria Brañas Mor...
publikaz_normalized
Noyabrın 4-də məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək. Bildirilib ki, test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara dair 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablan...
publikaz_normalized
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 31-də Koreyanın paytaxtı Seul şəhərinə rəsmi səfərə gəlib. Seulun “Gimpo” Beynəlxalq hava limanında nümayəndə heyətini Koreya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Suh Byunq Su, Azərbaycanın Koreya...
publikaz_normalized
“Azərlotereya” ASC korparativ sosial məsuliyyət çərçivəsində elm və təhsilin inkişafı yönündə növbəti mühüm layihəyə imza atıb. “Azərlotereya” Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə imzaladığı əməkdaşlıq memorandumuna əsasən, universitet kitabxanasının daha da zənginləşdirilməsi işinə dəstək göstərib. Fərqli...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “20 Yanvar” stansiyasında təlim keçirilib. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib. Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “20 Yanvar” stansiyasında yerləşən enerji təminat...
publikaz_normalized
“Bloomberg” nəşri İsrailin Qəzzada hərbi əməliyyatlar apardığı bir vaxtda “Seaviolet” adlı neftdaşıyan tankerin Ceyhan terminalından 1 milyon barrel həcmində Azərbaycan neftini İsrailin “Eylat” limanına çatdırdığını yazıb. Məqalədə iddia olunur ki, tanker İordaniyanın “Aqaba” boğaz-limana yollansa da, İsrailin “Paz Oil...
publikaz_normalized
Oktyabrın 30-da Avropa Şurasının Strasburq şəhərində yerləşən mənzil qərargahında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev ilə təşkilatın Baş katibi Mariya Peyçinoviç Buriç arasında görüş keçirilib və Azərbaycan tərəfi Avropa Şurasının İnsan Orqanlarının Alverinə qarşı Konvensiyas...
publikaz_normalized
Uzunluğu yüzlərlə kilometr, dərinliyi 80 metr olan tunellər: hörümçək toru, yaxud yeraltı dünya; İsrail-HƏMAS müharibəsinin yaşandığı bu günlərdə ən çox diqqətçəkən məsələlərdən biri Qəzzanın üstü ilə yanaşı, həm də altıdır. İsrail bölgəni bombalayır, nəticədə sivil insanlar ölür, amma hədəf seçdiyi HƏMAS-ın itkiləri v...
publikaz_normalized
Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni Axtarıram" verilişinə Rusiyada yaşayan azərbaycanlı general zəng edib. O, qeyd edib ki, xanımın atası Ələmdar Məmmədov 2002-ci ildə cinayət törətdiyinə görə həbs edilib. O, 13 il həbsdə olub.Hazırda Rusiyada yaşayan ata qızı ilə görüşməkdən imtina edib.
publikaz_normalized
Azərbaycanda Tiktok sosial şəbəkəsinə qoyulan giriş məhduddiyyəti aradan qaldırılıb. Qeyd edək ki, Azərbaycanda Tiktok sosial şəbəkəsinə giriş sentyabrın 19-u məhdudlaşdırılmışdı.
publikaz_normalized
Müğənni Vəfa Şərifova geyim və aksesuarlarının qiymətini açıqlayıb. O, barmağındakı 5000 manatlıq brilyant üzüyün həyat yoldaşının hədiyyəsi olduğunu bildirib. Vəfa Şərifovanın geyim və aksesuarlarının ümumi dəyəri isə 6400 manat olub.
publikaz_normalized
Oktyabrın 31-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Cüzeppe Kavo Draqonenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Əvvəlcə qonaqlar Şəhidlər xiyaban...
publikaz_normalized
12 il azadlıqdan məhrum edilmiş İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev kassasiya şikayətini geri götürüb. V.Hacıyev ərizəsində göstərib ki, o, şikayətə əlavələr etmək niyyətindədir. Şahin Yusifovun sədrlik etdiyi hakimlər heyəti məhkumun imtinasını qəbul edib. Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən...
publikaz_normalized
kompensasiya tələb edir":"Minsk, Belarus Atom Elektrik Stansiyasının (BNES) istismara verilməsinin təxirə salınması ilə əlaqədar Moskvanın qarşısında kompensasiya məsələsini qaldırıb. Publıika.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. “Müqaviləyə əsasən, biz kompensasiya məsələsini q...
publikaz_normalized
Lionel Messi Argentinanı "Qızıl top" mükafatlarının sayına görə lider edib. Superulduz mükafatı qazanan ilk argentinalı olub. Onun həmyerliləri Alfredo Di Stefano və Omar Sivori də bu uğura nail olub. Amma Di Stefano İspaniya, Sivori isə İtaliya vətəndaşı kimi "Qızıl top"u qazanıb. Cənubi Amerika ölkəsi mükafatların üm...
publikaz_normalized
Ermənistan mediası Qarabağda məhv edilən erməni separatçıların qandallanaraq Bakıya gətirilməsi ilə bağlı yeni iddialar irəli sürüb. “Hraparak” nəşri yazır ki, Azərbaycan buna qəti şəkildə razı olmayıb: “Laçın sərhəd-keçid məntəqəsindən keçmək istəyən (qondarma) “milli təhlükəsizlik naziri” Ararat Melkumyan və “daxili ...
publikaz_normalized
Buraxın gedək! - VİDEO":"HƏMAS 3 israilli qadın girovun baş nazir Benyamin Netanyahuya müraciət etdiyi yeni video yayımlayıb. Video ölkədə zəlzələ yaratsa da, Netanyahu videonu “qəddar psixoloji təbliğat” kimi qiymətləndirib. ABŞ mediası Mossad-ın direktoru David Barneanın girov razılaşması üçün Qətərə səfər etdiyini b...
publikaz_normalized
2,3 milyon insanı bu ölkəyə köçürmək istəyir":"İsrail hakimiyyəti Qəzza zolağının 2,3 milyon sakininin Misirə köçürülməsi üçün kəşfiyyat planının mövcudluğunu etiraf edib. “İsrail etiraf edib ki, nazirliklərdən biri Qəzza zolağının 2,3 milyon sakininin Misirə - Sinay yarımadasına köçürülməsi təklifi hazırlayıb”, - agen...
publikaz_normalized
Orbanın Putinlə əl sıxması Litva prezidentini əsəbləşdirib. Litva rəhbəri Rusiya lideri ilə əl sıxmağın yolverilməz olduğunu bildirib. O, Putinlə istənilən təmasların əleyhinə olduğunu vurğulayıb. Viktor Orban, öz növbəsində, əvvəllər Macarıstanın Rusiya ilə əlaqələri qoruyub saxlamağı bacarmasından qürur duyduğunu və ...
publikaz_normalized
Əslində Azərbaycana qayıtmağıma səbəb toy məclisləri oldu. Bir neçə dəvətdən sonra məcbur olub gəldim. Getməli idim, gördüm ki, dəvətlər artmağa başladı. Rusiyaya qayıdacağam, çünki həm orada toylarım var, həm də orada yaşayıram. İnsanların məni bu cür ürəkdən qarşılamaqları mənə çox xoş oldu. Efirlər də mənim üçün dar...
publikaz_normalized
İnsan ömrünün uzunluğunu və keyfiyyətini təyin edən əsas orqan qaraciyərdir. Həkim bədənin ürək kimi orqanın belə vacib funksiyaları yerinə yetirmədiyini bildirib. Bu, əvəzolunmaz bir orqandır, təəssüf ki, onu əvəz edəcək heç nə yoxdur. Bu, bədəndəki çox sayda funksiyadan məsul olan unikal bir "fabrikdir". Və bu funksi...
publikaz_normalized
Həmin epizodu xatırlayıb dəli oldular - FOTO/VİDEO":"Emiliano Martinesin Lev Yaşin Mükafatını aldığı barədə məlumat vermişdik. Təsadüfi deyil ki, Martinesə mükafat təqdim olunarkən, mundialın finalında etdiyi kritik seyv təqdim edilib. Bu video tədbirin keçirildiyi zalda alqışlarla qarşılansa da, 2 nəfərin reaksiyası f...
publikaz_normalized
Özü elə səhvlər etdi ki...":"ABŞ-ın sabiq lideri Donald Tramp seçki kampaniyası zamanı Co Baydenin üslubunda səhvlər edərkən görüntülənib. Qəzetin yazdığına görə, Baydenin səhvlərini parodiya etməyi sevən siyasətçi seçicilərlə görüşdə özü səhvlər etməyə başlayıb. Belə ki, oktyabrın 29-da Ayova ştatının Sioux City şəhər...
publikaz_normalized
Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti stabildir. Qeyd edilib ki, Tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicələri davam etdirilən 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın və 1990-cı il təvəllüdlü...
publikaz_normalized
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ərəb Əmirliyinə rəsmi səfərim çərçivəsində Şeyx Zayed məscidini ziyarət edib. Ziyarət zamanı Nazir Birləşmiş Ərəb Əmirliklərinin ilk Prezidentinin xatirəsini ehtiramla yad edib. Səfər zamanı Şeyx Zayed bin Sultan Əl Nəhyanın bu gözəl irsi ilə tanış olmaqdan...
publikaz_normalized
Gürcüstanda Mixail Saakaşvilini hakimiyyətə gətirərək, Rusiyaya qarşı ikinci cəbhəni açmaq istəyi haqda iddia ciddi müzakirələrə səbəb olub. O, Saakaşvilinin hakimiyyətə gətirilməsi ideyasının Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilova məxsus olduğunu deyib. Son dövrlər Gürcüstan hakimi...
publikaz_normalized
İsrailin Qəzza planı budur":"New York Times" qəzeti bölgəni bombalamağa davam edən İsrailin yeni Qəzza strategiyasından yazıb. Quru əməliyyatını əvvəllər dəfələrlə təxirə salan İsrail "pis hava şəraitini" bəhanə etmişdi. Cümə günü Qəzzanın dünya ilə əlaqəsini kəsən İsrailin, tam quru əməliyyatı əvəzinə nöqtə əməliyyatl...
publikaz_normalized
Bir neçə gündür itkin düşən məktəbli qız tapılıb. Pubhlika.az xəbər verir ki, 16 yaşlı Məltəm ATV-də yayımlanan "Bizimləsən" verilişində canlı yayıma qoşulub. Onun Biləcəridə yerləşən dəmiryol stansiyasında olduğu məlum olub. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
qardaşlaşmış şəhərlər - Türkiyədə beynəlxalq konfrans - FOTO":"Türkiyənin Kayseri şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin təşkilatçılığı ilə "Şuşa və Kayseri - Qaradaşlaşmış şəhərlər”in...
publikaz_normalized
Messinin adı tarixə belə yazıldı":"Lionel Messi karyerasında 8-ci "Qızıl top"u qazanmaqla yanaşı bir sıra rekordlara da imza atıb. O, tarixdə ilk dəfə bu mükafatın 8 qat qalibi olub. Messi eyni zamanda "Ballon d'Or"a layiq görülən ən yaşlı oyunçu statusunu da ələ keçirib. Leo Avropadan kənarda oynayaraq "Qızıl top" qaz...
publikaz_normalized
Çin Xalq Respublikasına işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik HI Veydon ilə görüşüb. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarş...
publikaz_normalized
Sumqayıt şəhərində baş vermiş silahlı insidentdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Oktyabrın 28-də Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması faktı ilə bağlı Sumqay...
publikaz_normalized
Səudiyyə Ərəbistanının önü açılır":"Avstraliya Futbol Federasiyası (FFA) 2034-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini verməkdən imtina edib. Bildirilib ki, DÇ-2034-ü təşkil etmək imkanı araşdırıldıqdan sonra buna ehtiyac duyulmayıb: “Bütün amilləri nəzərə alaraq, 2034-cü ildə realla...
publikaz_normalized
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib. Mərasimin keçirildiyi məkana gələn hüquq-mühafizə orqanları əməkdaşları toyda iştirak edən bütün vətəndaşların sən...
publikaz_normalized
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə 10 əlavə qatar reysi təyin edib. Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə noyabrın 4-ü iş günü sayıldığın...
publikaz_normalized
ABŞ əsgərləri bu ölkəyə pasportsuz daxil olacaqlar":"İmzalanması yaxın günlərdə açıqlanacaq Finlandiya-ABŞ Müdafiə Əməkdaşlıq Sazişi (DCA) Amerika hərbçilərinin Finlandiyaya sənədsiz daxil olmasına imkan verəcək. Müqaviləyə əsasən, ABŞ əsgərləri Finlandiyaya tam sərbəst gəlib qala bilərlər. Məqalədə deyilir ki, xüsusil...
publikaz_normalized
“Cari il sentyabrın 19-da ermənilərin təşkil etdiyi mina partlayışında həlak olan 6 nəfər haqqında danışan, habelə Ermənistanı mina xəritələrini paylaşmağa çağıran sərt bəyanatları görmürük. Ermənistanın təqdim etdiyi xəritələrin yalnız 25 faizi dəqiqdir və insan itkisi riski yüksək olduğundan bu xəritələrə etibar etmə...
publikaz_normalized
İlk dəfə... - VİDEO":"Xalq artisti Məmmədbağır Bağırzadənin nəvəsi 16 yaşlı Məmmədbağır ilk dəfə efirə çıxıb. Məmmədbağır babası ilə xatirələrini bu sözlərlə dilə gətirib: “İlk olaraq öz istəyimlə bu işə başladım. Zaman-zaman artıq babamın adı çəkiləndə üzərimə bir məsuliyyətin düşdüyünü hiss edirdim. Həm istək, həm də...
publikaz_normalized
ilk qolunu vurdu və belə qeyd etdi - VİDEO":"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun oğlu Ronaldo Junior bir neçə gün öncə Ər-Riyad təmsilçisinin akademiyasına qəbul edilib. O, atası kimi 7 nömrəli formanı seçib. Kiçik Ronaldo yeni komandası üçün ilk qolunu vurub. Penaltidən fərqlənən Junior qol sevincini atası kimi...
publikaz_normalized
ABŞ-da 30 oktyabr axşamı Hellouin bayramı qeyd edilib. Nüfuzlu siyasətçilərin övladları, hərbçilərin ailələri, yerli sakinlər, eləcə də dövlət məktəblərində oxuyanlar ölkənin yüksək vəzifəli şəxslərindən şirniyyatlar alıblar. ABŞ dövlət katibi Antoni Blinken oğluna Ukrayna prezidenti Vladimir Zelenskinin kostyumunu gey...
publikaz_normalized
İsrail və Fələstin adı artıq Çinin rəqəmsal xəritələrində görünmür. Sözügedən xəritələrdə bu ölkələrin nə adı var, nə də bayrağı. Məşhur Çin rəqəmsal xəritə tətbiqləri və veb saytları İsrail və Fələstin adlarını platformalarından çıxarıb. "Çin Baidu və Gaode kimi xəritəçəkmə proqramlarında bütün ölkələr öz adları və ba...
publikaz_normalized
Fənərbağça"nın hücumçusu Edin Ceko adını Türkiyə Super Liqasının tarixinə yazdırıb. O, ölkə çempionatında het-trik edən ən yaşlı oyunçu olub. Ceko 37 yaş 266 günlüyündə buna nail olub. Əvvəlki rekord "Fənərbağça"nın əfsanəsi Lefter Küçükandonyadisə (36 yaş 291 gün) məxsus idi. Qeyd edək ki, "bülbüllər" Edin Cekonu mövs...
publikaz_normalized
Azərbaycanda vətəndaşların “ƏDV geri al” (ƏDV cash-back) mexanizmi üzrə əldə etdiyi gəlirlərin vergidən azad edilməsi qanuniləşir. O qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, "ƏDV geri al" mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək. “Düzdür, 2023-cü və əvvəlki illərdə də bu gəl...
publikaz_normalized
Erməni lobbisi yeni kampaniyaya başladı":"II Qarabağ müharibəsindən sonra Azərbaycan əleyhinə müxtəlif ABŞ KİV-lərində silsilə yazılarla çıxış edən Maykl Rubin haqda ötən yazılarda məlumat vermişdik. Rubin uzun müddət Qərb mətbuatında Türkiyə və Azərbaycanı mədh edib, amma xeyli müddətdir ki, səngəri dəyişərək erməni l...
publikaz_normalized
Məşhur saat markasının tarixi - FOTO":"Bir çox digər saat markalarından fərqli olaraq, “Franck Muller” markasının tarixi əsrlərə getmir. İstedadlı Frank Müller öz şirkətini 1991-ci ildə qurub, lakin lap əvvəldən brendin saat istehsalı dünyasında böyük uğur qazanacağı bəlli idi. “Franck Muller” özünəməxsus üslubu və mür...
publikaz_normalized
Bu ilin mayında Masallının Təzə Alvadı kəndində yerləşən mağazanın qarşısında 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanı qətlə yetirən həyat yoldaşı, 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyevə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 18 il müddətinə həbs cəzası verilib. Qeyd edək ki, hər iki şəxs daha əvvəl ailəli olubmuş və ...
publikaz_normalized
Azərbaycanın lider mobil operatoru olan “Azercell” ölkədə ilk dəfə olaraq məlumatların emalı sahəsində dünyanın aparıcı şirkəti olan “Cloudera” şirkəti ilə əməkdaşlıq etməyə başlayıb. “Cloudera” şirkətinin təqdim etdiyi Məlumat Platformasında istifadə etməyi nəticəsində “Azercell” öz müştəriləri üçün yeni məhsulları və...
publikaz_normalized
Bir nazir və bir general...":"Qışda Ukrayna prezidenti Vladimir Zelenskinin komandasında ciddi sarsıntılar gözlənilir. Ukrayna silahlı qüvvələrinin Rusiya-Ukrayna cəbhəsindəki taktikası da dəyişəcək. Nəşr bildirir ki, ən azı bir nazir istefa verəcək və Ukrayna ordusunun ləng irəliləyişinə görə, əks-hücum əməliyyatların...
publikaz_normalized
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyəti Aparatının sabiq rəhbəri Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib. Prosesdə Sahibkarlığa Kömək Milli Fondunun nümayəndəsi iştirak edib. Vəsatət verərək bildirib ki, həbs qoyulan Çinarlı qəsəbə MMC-ə məxsus olan "Şəmkir Səbət" bazarı il...
publikaz_normalized
Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Noyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, əsasən yağmursuz keç...
publikaz_normalized
Son 2 il ərzində keçirilən sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən, 2023-cü ilin IV rübü üzrə təhsilverənlərin orta aylıq əməkhaqqısı 830 manata çatacaq. İmtahanda 30-50 bal arası, eləcə də 51 bal və daha yuxarı nəticə göstərmiş şəxslər üzrə isə bu göstərici daha da yüksək olacaq. Sertifikatlaşdırmanın nə...
publikaz_normalized
Qarabağda ləğv edilmiş qondarma rejimin keçmiş “nazir"lərindən olan Hayk Xanumyan diqqətçəkən iddia ilə çıxış edib. Onun iddiasına görə, Yevlaxda sadəcə görüntü idi, əsl proses Şuşada Şahramanyanla Azərbaycan xüsusi xidmət orqanları arasında baş verib. Bu iddia o qədər də təəccüblü deyil. Şahramanyan da antiterror tədb...
publikaz_normalized
Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. İqtisadiyyat Nazirliyi, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
publikaz_normalized
Ölkənin ən böyük özəl mobil operatoru olan Bakcell yeni mağazasını abunəçilərin ixtiyarına verib. Bununla birlikdə şirkət öz texnoloji yeniliklərini hər kəs üçün daha da yaxın etmək imkanı yaradıb. Əhmədli metrostansiyasının yaxınlığında yerləşən yeni mağazada modern atmosfer, müasir standartlara cavab verən elektron n...
publikaz_normalized