text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Yevlaxda 32 yaşlı kişinin güllələndiyi anın görüntüləri yayılıb. Qeyd edək ki, Fakta görə Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub. H... | publikaz_normalized |
beş hərbçi öldü":"ABŞ ordusuna məxsus hərbi təyyarənin Aralıq dənizinin şərqində qəzaya uğraması nəticəsində 5 hərbçi həlak olub. Fövqəladə vəziyyət barədə bir gün əvvəl məlumat verilib. Komandanlıq qeyd edib ki, noyabrın 10-da axşam saatlarında Amerika hərbi təyyarəsi Aralıq dənizinin şərqində yanacaq doldurarkən təli... | publikaz_normalized |
Məşhur sovet güləşçisi və SSRİ Olimpiya yığmasının məşqçisi Viktor İqumenov qarın aortasının yırtılması şübhəsi ilə təcili xəstəxanaya yerləşdirilib. Bildirilib ki, 80 yaşlı İqumenovun mədəsi şiddətli ağrıyıb, özünü halsız hiss edib və soyuq tər töküb. Yaxınları təcili yardım çağırıb, həkimlər onu xəstəxanaya aparıblar... | publikaz_normalized |
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub. Ağdam təmsilçisi turnir cədvəlindəki qonşusu “Səbail”i qəbul edib. Şahin Diniyevin yetirmələri liderlər qrupunda qərarlaşmasına baxmayaraq, “Qarabağ”a müqavimət göstərə bilməyiblər. Toral Bayramovun 8-ci, Yassin Benzianın 43-cü, Olavio Juninyonun isə 55-ci dəqiqədə ... | publikaz_normalized |
uzun tıxac yarandı - VİDEO":"Bakı-Ələt yolunda zəncirvari qəza baş verib. Qəza yolda uzun tıxaca səbəb olub və avtomobillərin hərəkətini çətinləşdirib. Həmçinin, sosial şəbəkələrdə sərnişinlər saatlardır tıxacda qaldıqlarını deyiblər. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu g... | publikaz_normalized |
masada nələr var?":"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 13-dən 14-dək Böyük Britaniyaya rəsmi səfərə gedəcək. Onun sözlərinə görə, plana əsasən, XİN rəhbərlərinin görüşü baş tutmalı və Ermənistanla Böyük Britaniya arasında Strateji Dialoqun ilk görüşü də keçirilməlidir. Bu ilin mayında Böyük Brita... | publikaz_normalized |
Bunu bil ki...":"Ey Netanyahu, indi sənin yaxşı günlərindir. Səni çox fərqli günlər gözləyir. Qəzzadakı vəziyyətlə bağlı açıqlama verən ölkə lideri deyib: Ər-Riyad zirvəsi onu çox narahat etdi. Ey Netanyahu, indi sənin yaxşı günlərindir. Səni çox fərqli günlər gözləyir. Alma məzlumun ahını, çıxar ahəstə, ahəstə"," "Büt... | publikaz_normalized |
1 yanvardan etibarən... - VİDEO":"Vətəndaşların banklarda olan depozit gəlirlərinə vergi güzəştlərinin tətbiqinə başlanacaq. Vergidən azad olma iki istiqamətdə həyata keçiriləcək. Deputat bildirib ki, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri... | publikaz_normalized |
iki nəfər bıçaqlandı":"Gəncədə 2 nəfər evlərinə hücum edən şəxslər tərəfindən bıçaqlanıb. Bıçaq xəsarəti alan, 1991-ci il təvəllüdlü T.Quliyev və 1981-ci il təvəllüdlü Ə.Ələsgərov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Zərərçəkmişlərin bildirdiyinə görə, onlar olduqları evə hücüm edən bir neçə nəfər tərəfindən bı... | publikaz_normalized |
əkiz uşaqları olacaqdı, dünyasını dəyişdi":"Qazaxda dörd aylıq hamilə qadın dünyasını dəyişib. Qadının səhhətində problem yaranıb, həkimə müraciət etdikdə hər iki uşağın inkişafdan qaldığı məlum olub. Hamilə qadın Bakıya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, qadının 10 ildir övlad həsrə... | publikaz_normalized |
ATƏT Parlament Assambleyasının (PA) prezidenti xanım Pia Kauman noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib. | publikaz_normalized |
Mən həmin vaxt arxasınca çıxdım...":"Yevlax şəhərində törədilən qətlin bəzi təfərrüatları məlum olub. Mərhumun anası Simuzər Nəsibova bildirib ki, oğlunu bir gün öncə tanımadıqları şəxs evdən bayıra çağırmışdı: “Mən həmin vaxt oğlumun arxasınca çıxdım. Həmin adam mənim oğlumun arxasınca gəldiyimi görüb çıxıb getdi. Bu ... | publikaz_normalized |
Kim Kardaşyan sabiq UFC çempionu Frensis Nqannu haqqında fikirlərini bölüşüb. “Mən Nqannu ilə uyğun gəlirəm, onun enerjisini içimdə hiss edirəm. Düşünürəm ki, bir gün Kamerunu ziyarət etməkdən həzz alacağam”, – deyə Kardaşyan bildirib. "Xatırladaq ki, Frensiss Nqannou ötən ay britaniyalı ağır çəkili Tayson Fyuri ilə dö... | publikaz_normalized |
Tovuz rayonu, Xatınlı kənd sakini Fəxrəddin Alıyevin əlillik dərəcəsi 13 il sonra ləğv edilib və müavinəti kəsilib. 13 il müavinət alan Fəxrəddin Alıyevin əlillik dərəcəsinə 2020-ci ildə xitam verilib. Elə o vaxtdan müavinətin verilməsi də dayandırılıb. Sonradan o, əlillik dərəcəsinin bərpası üçün dəfələrlə müraciət et... | publikaz_normalized |
millimizin heyəti açıqlandı":"Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsinin son iki oyunu üçün heyəti müəyyənləşib. Onlardan 9-u ölkə xaricində legioner həyatı yaşayır. Yusif İmanov (“Sabah”), Rəşad Əzizli (“Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə). Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, ... | publikaz_normalized |
İsrail ordusunun zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 11 mini keçib. Tibb idarəsinin məlumatına görə, ölənlərin sayı 11 180 nəfərdir, 28 min nəfər isə yaralanıb. Noyabrın 2-də anklavın Səhiyyə Nazirliyi doqquz min nəfərin, yəni 10 gündə iki minə yaxın insanın öldüyünü bildirib. Qəzza zolağında ölənlərin... | publikaz_normalized |
Azərbaycanın keçmiş Baş naziri Rəhim Hüseynov vəfat edib. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb. Qeyd edək ki, 1936-cı il aprelin 5-də Bakı şəhərində ziyalı bir ailədə doğulub boya-başa çatıb. 1943-cü ildə Lənkəran şəhərində birinci sinfə daxil olan R.... | publikaz_normalized |
Futbol üzrə Türkiyə Superliqasında XII tura yekun vurulub. Matçda hesab açılmayıb və tərəflər hərəyə 1 xal qazanıblar. Bu nəticə ilə xallarını 31-ə çatdıran "Fənərbağça" yenidən liderliyə yüksəlib. 22 xalı olan "Adana Demirspor" isə üçüncü pillədə qərarlaşıb. Günün digər görüşlərində "Beşiktaş" "Başakşehir"i, "Rizespor... | publikaz_normalized |
şəxsi münasibətlərdə riskli eksperimentlərə əl atmayın":"Qoç - köhnə problemlər yenidən gündəmə gələ bilər. Yaranan suallara cavab tapmaq asan deyil. Əslində bir-birinə əsla bənzəməyən situasiyalar arasında analogiyalar aparmayın. Yaşam təcrübənizə bel bağlamayın, çünki o, yaxşı köməkçi deyil. Günün ikinci yarısında bə... | publikaz_normalized |
Dağlar qoynunda yerləşən füsunkar təbiəti, gözəl mənzərələri olan Laçın, digər gözəlliyini də şəhərdə aparılan abadlıq işlərindən alır. Laçının gündüzləri qədər gecələr də diqqət çəkir. Şəhərdə yaşayan əhalinin sayı artdıqca evlərdən eyvana düşən işıqların da sayı artır. Bir sözlə nura boyanan gecələri ilə Laçın şəhəri... | publikaz_normalized |
çox sayda ölən var":"Rusiyanın Tver vilayətində üç avtomobilin iştirakı ilə baş verən qəzada ikisi azyaşlı olmaqla beş nəfər ölüb. Belə ki, qarşı zolağa çıxan “Ford Focus” markalı avtomobil öncə “VAZ-2109” markalı avtomobili vurub, daha sonra yük maşını ilə toqquşub. Qəza nəticəsində “Ford Focus” yanıb və nəqliyyat vas... | publikaz_normalized |
Hindistanın veteran kinoa aktyoru Çandra Mohan 78 yaşında dünyasını dəyişib. O, əfsanəvi hind artisti hesab olunur. Onun filmoqrafiyasında 900-dən çox film var. Mətbuatın yazdığına görə, Mohanın ürəyində problemlər olub. O , ölkənin cənubundakı Heydərabaddakı özəl xəstəxanalardan birinə aparılıb. Mohan həyatının son gü... | publikaz_normalized |
İsmayıllı rayonunun Lahıc qəsəbəsində “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. | publikaz_normalized |
İsrail hərbçiləri Qəzza zolağında Fələstinin HƏMAS radikal təşkilatının 20-dən çox silahlısını saxlayıb və onlar dindirilmək üçün İsrail ərazisinə göndərilib. “Ümumi Təhlükəsizlik Xidməti və Hərbi Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə keçirilən birgə tədbir zamanı 20-dən çox HƏMAS terrorçusu saxlanılaraq dindirilmək üçün... | publikaz_normalized |
Aparıcı Zümrüd Bədəlova aktrisa Xəyalə Quliyeva ilə qohumluq əlaqəsinin olduğunu açıqlayıb. Bu gün də qayınının, yəni digər dayım oğlunun toyudur. Balalarımız üçün olsun, gözəlim” ,- deyə Zümrüd bildirib. | publikaz_normalized |
Başqa insanların arxa həyətimizdə...":"Bütün Sahələrdə Anomaliyaların Həlli Ofisinin direktoru vəzifəsini tərk edən Şon Kirkpatrik uçan naməlum obyektlərin (UNO) yadplanetli olmasını istisna etməyib. Təxminən 18 aydır ki, o, hökumətin hərbi pilotların getdikcə daha çox səmada gördüklərini bildirdiyi naməlum anomaliyala... | publikaz_normalized |
Noyabrın 13-də İsmayıllı seysmoloji stansiyasından 4 kilometr şimalda - İsmayıllı rayonunda zəlzələ baş verib. Bildirilib ki, saat 02:50-də baş verən 3 maqnitudalı zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. | publikaz_normalized |
15 avqust - 10 noyabr 2023-cü il tarixləri arasında İraqın şimalındakı “Pəncə” əməliyyatı bölgəsində 165 PKK (Kürdüstan Fəhlə Partiyası) terrorçusu məhv edib. Məlumata görə, bölgədə 161 mağara və sığınacaq, 303 mina/kustar üsulla hazırlanmış partlayıcı aşkar edilərək məhv edilib. Həmçinin, axtarış və yoxlama fəaliyyətl... | publikaz_normalized |
yeddi nəfər öldü":Nyu-Yorkda üçmərtəbəli binada yanğın baş verib. İki saatdan sonra nəzarət altına alınan yanğında 18 nəfər yaralanıb. Yanğının səbəbləri məlum deyil. | publikaz_normalized |
Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, hamiləlik zamanı D vitamini qəbul etmək gələcəkdə uşaqlarda astma riskini azaldır. Vitamin D Antenatal Astma Azaldılması Sınaqından (VDAART) əldə edilən məlumatların 15 illik icmalında müəlliflər iki qrup hamilə qadını və sonra onların üç və altı yaşlı uşaqlarını tədqiq edibl... | publikaz_normalized |
Polşanın şərqində Rusiya və Belarusun yaratdığı təhlükələrə qarşı yeni tank taboru formalaşdırılır. Blaşçak vurğulayıb ki, Polşa ordusu 2015-ci ildən öz potensialını artırır. “Çartayevdə (Brest yaxınlığında sərhəddən uzaqda yerləşən qəsəbə - red.) 1-ci Piyada Diviziyasının bir hissəsi olacaq yeni tank taboru formalaşdı... | publikaz_normalized |
Futbol üzrə İngiltərə Premyer Liqasında XII tura yekun vurulub. Qapılara 8 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 4:4. Hesabı 25-ci dəqiqədə Mançester təmsilçisinin hücumçusu Erlinq Haland açıb. Norveçli forvard penaltidən fərqlənib. Dörd dəqiqə sonra Tyaqo Silva tarazlığı bərpa edib. 37-ci dəqiqədə Rahim Sterl... | publikaz_normalized |
Bursanın Özlüce rayonunda Ahmet Taner Kışlalı bulvarında yerləşən 10 mərtəbəli iş mərkəzində yanğın baş verib. Yanğın qısa müddətdə bütün binanı bürüyüb. 33 texnika və 100 nəfərlik canlı qüvvə ilə yanğın söndürülüb. Yanğında can itkisi olmasa da, yaxınlıqdakı avtomobillər və binadakı ofislər yararsız hala düşüb. İnside... | publikaz_normalized |
Reklam üçün ibadət etməkdənsə...":"Özümü nəinki ona layiq bilmək, hətta əlimə alıb oxumaq üçün çirkli hesab edirəm. Mənim üçün Quran, din o qədər önəmlidir ki... Bəlkə yanlış düşüncədəyəm, amma bu, belədir". O, Quran və dini qaydalar haqqında çox ehtiyatla danışıb: Bəzən içki içirəm, axmaq hərəkət edə bilərəm, əlim ist... | publikaz_normalized |
İstanbulda ötən gecə yağan güclü yağış zamanı Yavuz Sultan Səlim körpüsünü ildırım vurub. Bildirilir ki, şiddətli yağış şəhər sakinləri üçün müəyyən çətinliklər yaradıb. Bəzi prospektlər suyun altında qalıb, yollarda ciddi tıxaclar yaranıb. | publikaz_normalized |
ABŞ-ın Suriyadakı Əl -Şəddadi bazası dronlarla hücuma məruz qalıb. Əl-Şəddadi bazası Suriyanın şimal-şərqində, Həsəkə vilayətində yerləşir. Bildirilir ki, zərbə “müqavimət qüvvələri” tərəfindən həyata keçirilib və onlar kanalın əməkdaşlarına nəzərdə tutulan hədəflərin vurulduğunu bildiriblər. Bundan əvvəl Al Mayadeen t... | publikaz_normalized |
Məşhur türkiyəli aktrisa Hande Erçelin dostunun toyu sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Belə ki, Erçel toyda onunla birlikdə rəqs edən sevgilisini qucaqlayıb və öpüb. İstifadəçilər sosial şəbəkələrdə şərhlər yazır ki, sevgilisi Hakan Sabancı Hande Erçele yalnız imkanına görə maraqlanır. Lakin digər internet ... | publikaz_normalized |
Bu gün Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi başlayır. İclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəs... | publikaz_normalized |
Bakının bir sıra yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;" "2. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;" "3. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;" "4. Tbilisi pros... | publikaz_normalized |
Türkiyədə 117 tələbə qidadan zəhərlənib. Belə ki, şam yeməyindən sonra 117 tələbə ürək bulanması, qarın ağrısı və ishal kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib. Xəstəxanalara müraciət edən tələbələrin hamısı təcili yardım şöbələrində müalicə olunub və ambulator müalicəyə göndərilib. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
Qarşısını necə almaq olar?":"Oktyabrın 29-da Mahaçqala hava limanında baş verən iğtişaşlar ətrafında bu gün əsl informasiya müharibəsi gedir. “Rusiyanın daxilində bu müharibənin iştirakçıları gələcək prezident seçkiləri öncəsi ölkədəki vəziyyəti pozmağa çalışan müxtəlif müxalifət qruplarıdır. Amma kənarda dayanmayan xa... | publikaz_normalized |
Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. | publikaz_normalized |
Prezident İlham Əliyevin Xankəndində Zəfər Paradını qəbul etməsi Ermənistanın daxili siyasi seqmentində zəlzələ effekti yaradıb. Erməni şərhçi Edik Andreasyanın Nikol Paşinyanı nəzərdə tutan “Karvanbaşının növbəti macəraları” adlı məqaləsi bu kontekstdə xüsusilə diqqət çəkir. O yazır ki, Xankəndidə keçirilən hərbi para... | publikaz_normalized |
Fələstinin HƏMAS hərəkatı silah və döyüşçüləri daşımaq üçün təcili yardım maşınlarından istifadə edərək onları qanuni hərbi hədəflərə çevirir. Bildirilir ki, HƏMAS öz döyüşçülərini mülki şəxslər kimi gizlətməyə çalışır və Qəzza zolağındakı xəstəxanalar “əslində terror infrastrukturunun obyektləridir. Bu, beynəlxalq hüq... | publikaz_normalized |
Kimi dəstəkləyəcək?":"Respublikaçı senator Tim Skott prezidentlik kampaniyasında iştirakdan imtina edib. Respublikaçılar Partiyasının üzvü əlavə edib ki, başqa namizədi dəstəkləmək fikrində deyil. Skott bu ilin may ayında kampaniyaya başlamışdı. Onun sözlərinə görə, öz seçiciləri seçki yarışına son qoymağın vaxtının ye... | publikaz_normalized |
Lionel Messi 2022/23 mövsümünündə “İnter Mayami”nin ən yaxşı oyunçusu seçilib. Argentinalı superulduz “İnter Mayami”də çıxış etdiyi 5 ay ərzində keçirdiyi 14 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə edib. O, ABŞ təmsilçisi ilə Liqalar kubokunun da qalibi olub. Oktyabrın 30-da argentinalı hücumçu karyerasında 8-ci dəfə... | publikaz_normalized |
piyada xəstəxanada öldü":"Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Vüsal Şirinov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən 1993-cü il təvəllüdlü Məmmədəli Həsənzadəni vurub. Yaralının həyatını xilas etmək üçün 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, bu mümkün olmayıb. O aldığı xəsarətlərdən 3 saylı... | publikaz_normalized |
Putinə imkan verəcək ki...":"Şimali Atlantika Alyansının keçmiş baş katibi Andreas Foq Rasmussenin Ukraynanı ərazilərini itirmədən NATO-ya qəbul etmək təklifi Rusiyaya alyansın gücünü sınamağa imkan verəcək. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı nümayəndələrinin belə bir addım atması NATO-nun birbaşa hərbi əməl... | publikaz_normalized |
MOSSAD 10 il əvvəl "öldürdü", yerin altından çıxdı və İsraili vurdu - FOTO":"HƏMAS-ın son illərdə İsrailə qarşı ən böyük hücumunun əks-sədaları hələ də davam edir. Bölgədə qarşıdurmalar səngimək bilmir. Bütün gözlər HƏMAS-ın 10 il əvvəl öldüyünü elan etdiyi Məhəmməd Sinvardadır. Çünki MOSSAD mənbələri Sinvarın ölmədiyi... | publikaz_normalized |
“Bayern”in futbolçusu Harri Keyn yeni uğura imza atıb. İngilis fovard 2023/2024 mövsümündə bütün yarışlarda 21 dəfə fərqlənib. O, bununla ardıcıl 10 mövsündə 20 və daha çox qol vuran futbolçuların siyahısına qoşulub. Qeyd edək ki, Keyn yayda “Tottenhem”dən transfer olunduğu “Bayern”də 21 qol həddinə 16 matçda çatıb. | publikaz_normalized |
Çinin Qansu əyalətində keçmiş ibtidai məktəb direktoruna “zorlama” və “uşaqlara cinsi təcavüz” ittihamı ilə verilən ölüm hökmünün icra olunduğu açıqlanıb. Hökm təqsirləndirilən şəxsin yerli məhkəmənin edam hökmündən verdiyi apellyasiya şikayəti Qansu Ali Məhkəməsi tərəfindən rədd edildikdən sonra icra edilib. Qeyd olun... | publikaz_normalized |
Sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. O qeyd edib ki, özünü be... | publikaz_normalized |
İtaliyanın cənubunda fəaliyyət göstərən Etna vulkanı yenidən aktivləşib. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamada Etnanın cənub-şərqindəki kraterdən güclü lava axınının olduğu və vulkanın püskürtdüyü küllərin təxminən 4500 metr yüksəkliyə çatdığı bildirilib. İ... | publikaz_normalized |
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0,0184 manata kimi bahalaşıb, Türkiyə lirəsi 0,05975 manata kimi, avro isə 1,8164 manata kimi ucuzlaşıb. | publikaz_normalized |
Azərbaycanla Ermənistan arasındakı...":"Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin sədrliyi ilə Xarici Əlaqələr Şurasının iclası keçiriləcək. Daha sonra Şurada İsrail və regiondakı vəziyyət, iqtisadi təhlükəsizliyin xarici siyasət ölçüsü ilə bağlı fikir mübad... | publikaz_normalized |
Banklar bu tarifi...":"Mərkəzi Bank bankomatlar vasitəsi ilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı haqqların aşağı salındığını bildirib. Bu xüsusən digər bankların bankomatlarından nağdlaşdırma zamanı xərcləri azaldacaq. Amma bu xidmətdə güzəşt edən bəzi banklar digər istiqamətlərdə qiymət artımlarına ... | publikaz_normalized |
İsrailin Qəzza ilə bağlı müharibədən sonrakı planları bəlli olub. İsrailin baş naziri Netanyahu Qəzzanın idarəçiliyinin Fələstin rəhbərliyinə verilməyəcəyini bildirib . İsrailin Qəzza ilə bağlı müharibədən sonrakı planına gəlincə, Netanyahu prioritetinin HƏMAS-ı məhv etmək olduğunu bildirib. Buna nail olduqdan sonra te... | publikaz_normalized |
Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar. Bildirilib ki, beynəlxalq ictimaiyyət öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməl... | publikaz_normalized |
Nələri müzakirə edəcəklər?":"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə rusiyalı həmkarı Vladimir Putinlə Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar apara bilər . Qeyd olunub ki, Ərdoğan noyabrın 13-dən etibarən Fələstin-İsrail münaqişəsi ilə bağlı dünya liderləri ilə “telefon diplomatiyası”nı bərpa edəcək. Ad... | publikaz_normalized |
minlərlə insan xəstəxanalıq oldu":"İranın Xuzistan əyalətində hava çirkliliyinə görə 2500 nəfərin xəstəxanaya müraciət etdiyi rəsmi mənbələr tərəfindən açıqlanıb. Bildirilib ki, xəstələnən hər 10 nəfərdən 1-i stasionar müalicə alıb. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xuzistan əyalətinin Əhvaz Cündiş... | publikaz_normalized |
“Ukraynada müharibə demək olar ki, başa çatıb”. Onun sözlərinə görə, dünyanın diqqəti İsrail və HƏMAS-a yönəlib. “Regionda heç vaxt olmamış yeni bir ittifaq yaranır. İsrailə qarşı hərəkətə keçmək istəyi var. Buna göz yuma bilmərik”, - deyə amerikalı polkovnik bildirib. Asif [if !supportLineBreakNewLine] [endif]" | publikaz_normalized |
Türkiyəli aktrisa Nilsu Berfin Aktaş "Saplantı" serialında rol almaqdan imtina edib. Qeyd edək ki, daha əvvəl aktyor Onur Seyit Yaran layihədə rejissor dəyişikliyi olduğu üçün seriala çəkilməkdən vaz keçmişdi. Hazırda serialın aktyor heyətində yalnız Erkan Petekkaya və Hülya Darcanın ad çəkilir. Layihəninn çəkilişləri ... | publikaz_normalized |
Şimali Koreyaya qarşı yeni mexanizm qüvvəyə minəcək":"ABŞ, Yaponiya və Cənubi Koreyanın müdafiə nazirləri görüşüb. Görüşdə Şimali Koreyaya qarşı birgə plan müzakirə olunub. Şimali Koreyanın artan nüvə fəaliyyətlərinə də toxunulan görüşə Ostin və Şin Cənubi Koreyanın paytaxtı Seuldan, Kihara isə onlayn olaraq qatılıb. Ş... | publikaz_normalized |
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı, biznesmen Bolat Nazarbayev 71 yaşında vəfat edib. “Saat 09:28-də (Bakı vaxtı ilə 07:28) ürəyin fəaliyyəti dayanıb. Təxminən 23 dəqiqə reanimasiya tədbirləri görülsə də, heç bir nəticəsi olmayıb”, - məlumatda qeyd olunub. Qeyd edək ki, noyabrın əvvəlin... | publikaz_normalized |
Risk edə bilmərik":"Gürcüstan vətəndaşlara və ölkənin təhlükəsizliyinə zərər vurmamaq üçün anti-Rusiya sanksiyalarını tətbiq etməkdən imtina edir. "Publika az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. “Vətəndaşlarımızın həyatını və ölkənin iqtisadi vəziyyətini riskə ata bilmərik. Heç ... | publikaz_normalized |
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qurumlarının adından kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edib. “Dələduzlar hxxps://asanodeme.info/kommunal, hxxps://asan-cerime.net, hxxps://asan-cerime.biz və hxxp://asan-cerime.com saytları ya... | publikaz_normalized |
Rəisi Sisi ilə görüşdü":"Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İran prezidenti İbrahim Rəisi ilə Misir prezidenti Əbdülfəttah əs-Sisi arasında görüş keçirilib. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının Qəzzadakı vəziyyətlə bağlı fövqəladə iclasında iştirak etmək üçün Səudiyyə Ərəbistanın... | publikaz_normalized |
İngiltərəli futbolçu Ceyms Tavernier karyerası ərzində 100 və daha çox qol vuran 14-cü müdafiəçi olub. Şotlandiyalı futbolçu, “Reyncers” klubunun üzvü Premyer Liqanın XII turunda “Livinqston”la görüşdə (2:0) fərqlənərək, bu siyahıya düşüb. 32 yaşlı oyunçu bunu reallaşdıran 3-cü sağ cinah müdafiəçisidir. Maraqlıdır ki, ... | publikaz_normalized |
İnsan düşüncələri də oxunacaq":"Alimlər nitqin dekodlaşdırılmasının dəqiqliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıran yüksək dəqiqlikli sinir qeydləri metodunu hazırlamaqla nevrologiya sahəsində mühüm irəliləyiş əldə ediblər. Tədqiqatçılar nitq istehsalı tapşırığı zamanı beyin fəaliyyətini qeyd etmək üçün yüksək sıxlıqlı ... | publikaz_normalized |
Uzun müddətdir səhnədən uzaqlaşan Əməkdar artist Kəmalə Rəhimli efirə çıxıb. Rəhimli efirlərdən uzaqlaşmasının səbəbini belə ifadə edib: “Artıq 3 ilə yaxındır ki, efirlərə çıxmıram. Pandemiya, gözəl sənətkarlmızın dünyasını dəyişmələri, İkinci Qarabağ müharibəsi, şəhid verməyimiz mənə çox pis təsir etdi. Şəhidlərimizin... | publikaz_normalized |
Xalq artisti Tünzalə Ağayev toya geyindiyi səhnə geyimi ilə gündəm olub. Belə ki, bir çoxu Tünzalə Ağayevanın “Su pərisi” obrazını xatırlatdığını qeyd etsə də, sənətçini buna görə qınayanlar da az olmayıb. Sosial şəbəkə istifadəçilərinin bəzisi bu tərz geyimin onun yaşına uyğun olmadığını iddia edib. Həmin görüntüləri ... | publikaz_normalized |
İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün noyabrın 12-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün 13 noyabr saat 10:00-dan 24 noyabr saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg lin... | publikaz_normalized |
Vacib mesajlar verildi, Əsəd 12 ildən sonra ilk dəfə...":"Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının liderlik səviyyəsində birgə təşkil etdiyi 8-ci Fövqəladə İslam Sammitinə ev sahibliyi edir. Sammitdə Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğan təmsil edir. Misir prezidenti Əbdü... | publikaz_normalized |
Aşıq Namiq Fərhadoğlu döyülüb. Belə ki, Aşıq Namiq parkda gəzən qadına söz atıb. Nəticədə qadının oğlu onu döyüb. Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib. | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Zəfər Günü və Dövlət ... | publikaz_normalized |
“İstanbul üçün son zəng” filmi ilə tamaşaçılarını sevindirməyə hazırlaşan aktrisa Beren Saat "Vogue" Türkiyə jurnalının üz qabığına qonaq olub. Jurnala müsahibəsində yaşadığı ağrılardan, geridə buraxdıqlarından və həyəcanla gözlədiklərindən söz açan ulduzun fotoları qısa müddətdə diqqət çəkib. | publikaz_normalized |
14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı davam edir. Festival çərçivəsində Britaniya Kino və Televiziya Sənəti Akademiyası (BAFTA) namizədlərinin xüsusi nümayişi olub. Tədbiri giriş sözü ilə açan festivalın proqram koordinatoru Nərmin Muradova qeyd edib ki, artıq üç ildir ki, festivalımızda xüsusi yeri olan “Bafta ... | publikaz_normalized |
Dövlət Gömrük Komitəsinin (DGK) Aparatında bir sıra struktur dəyişiklikləri aparılıb. Bəzi idarələrə yeni rəislər təyin ediliblər, bəzi idarə və şöbələrin yerində isə yeni qurumlar yaradılıb. Aparılan struktur dəyişiklikləri ilə əlaqədar xeyli sayda yüksək rütbəli vəzifəli şəxs təqaüdə göndərilib. | publikaz_normalized |
modanın oyanışı” - 2024-cü ilin planı açıqlandı":"Metropolitan İncəsənət Muzeyi Kostyum İnstitutu 2024-cü il üçün planlarını açıqlayıb. Sərgi XVII əsrdən bu günə qədər olan 400 illik geyim tarixini əhatə edəcək. Buraya kövrək olduğu üçüb geyinilməsi mümkün olmayan 50 arxiv əşyası daxildir. Müasir texnologiyalar sərgi z... | publikaz_normalized |
Cəhənnəmdir":"Qəzza zolağını tərk edən ruslar Fələstindəki vəziyyət haqda danışıblar. "Publika az xəbər verir ki, Qəzzadan təxliyə edilən ruslar “bu cəhənnəmi” tərk etməkdən şad olduqlarını bildiriblər. “Harada yuyunmaq, haradan su almaq, haradan yeməyə nəsə tapmaq, harada yatmaq haqqında fikirləşmək dəhşətli idi. Çünk... | publikaz_normalized |
Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu qəbiristanlığında qəbirlərin sinə daşlarının üzərində olan bahalı mərmər güldanlar oğurlanəır. Artiq polis əməkdaşları həmin şəxs və ya şəxslərin axtarışlarına başlayıb. Məzar daşlarının üzərində bahalı mərmərdən olan güldanlar qoparılaraq oğurlanıb. Doğmalarını ora... | publikaz_normalized |
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Müzakirələrdə Baş nazir Əli Əsədov, Baş nazirin müavinləri, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, hökumət üzvləri və deputatlar iştirak edirlər. | publikaz_normalized |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edib. Dövlətimizin başçısı qeyd etdi ki, Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yaranıb. Prezident İlham Əliyev vurğuladı ki, regionda baş vermiş son hadisələr Ermənistanın Azərbaycana q... | publikaz_normalized |
Noyabrın 12-si Yevlax rayonu ərazisində baş verən güllələnmə ilə bağlı detallar məlum olub. S.Əliyev Ə.Nəsibovu “Makarov” markalı tapança ilə başından vurub. Qeyd edək ki, Əhməd Nəsibov Tiktokda “Azəri canavar” kimi tanınırdı. | publikaz_normalized |
Arestoviç detalları açıqladı":"Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (AFU) əks-hücumunun uğursuzluğu səbəbindən Ukrayna hərbçiləri ilə münaqişədədir. “Prezidentin çıxışı ona ünvanlanan tənqidlərə görə getdikcə emosional xarakter alır. Onun sözlərinə görə, hərbçiləri uğursuz əks-hücum əməliyyatı, Qərbin yardımı... | publikaz_normalized |
“Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət dövlət büdcəsinin tərtibatında da özünü göstərməkdədir". Spiker bildirib ki, dövlət büdcəsinin layihəsi ölkə həyatında müşahidə olunan müsbət dinamikanı əks etdirir: “Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin gəlirlər... | publikaz_normalized |
Hansı marağı var?":"“Fransa ilə Ermənistan arasındakı silah alış-verişində qanunauyğunsuzluq yoxdur. Ermənistan digər dövlətlərdən silah ala, Fransa da öz növbəsində istədiyi dövlətlərə müqavilələr əsasında silah sata bilər”. Ekspertin sözlərinə görə burada ən önəmli məqamlardan biri odur ki, bu gün Ermənistan demək ol... | publikaz_normalized |
Kəpəz" klubunun veteran futbolçusu İsmayıl Hüseynov dünyasını dəyişib. Sarı-göylər" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib və onun yaxınlarına başsağlığı verib. Qeyd edək ki, İsmayıl Hüseynov Yunis Hüseynovun qardaşıdır. | publikaz_normalized |
Hər şey Rusiyanın xeyrinə cərəyan edir":"Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğu, Fələstin-İsrail münaqişəsi, eləcə də Amerika Birləşmiş Ştatlarındakı daxili siyasi problemlər Moskvanın öz məqsədlərinə çatmasına şərait yaradır. “Hazırda biz paradiqma dəyişikliyinin ortasındayıq. Bir sıra amillər hər şeyi... | publikaz_normalized |
Qaranlığı sevənlər başqalarından daha çox yorğun və əsəbi olurlar, çünki günəş işığının azlığı insanın psixoloji və fiziki vəziyyətinə mənfi təsir göstərə bilər. Yorğunluğun öhdəsindən gəlməyə kömək edəcək üsullardan danışan ekspert bildirib ki, “xroniki” yorğunluq fonunda fiziki fəaliyyətə xüsusi diqqət yetirilməlidir... | publikaz_normalized |
Gizli mesajlarınızı...":"“WhatsApp” istifadəçiləri üçün yeni funksiya əlçatan olub. Gizli koddan istifadə etməklə söhbətləri qorumaq funksiyası WhatsApp messencerində mümkünləşib. Parolla qorunan müsajların digər yazışmalar siyahısında görünməyəcəyi bildirilir. Yeni messencer funksiyası haqqında məqaləsində deyilir: “B... | publikaz_normalized |
Meyxanaçı Samirə Yusifqızının restoranların birində gecə saatlarında oğlanlarla rəqsi gündəmə səs salıb. Bəlli olub ki, Samirənin rəqs videosunu müğənni qızı Fərəh sosial şəbəkədə yayımlayıb. Sözügedən proqramda qonaq olan jurnalist Ramilə Sultan müğənninin bu rəqsini başına qaxınc edib. Ramilə səs tonunu yüksəldib və ... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasının 2023-cü il üçün Mülki müdafiə tədbirləri planı"na uyğun olaraq Bərdə rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" ... | publikaz_normalized |
Vanderbilt Universiteti Tibb Mərkəzinin və Birmingem Universitetinin alimləri duzdan qaçınmağın qan təzyiqini effektiv şəkildə aşağı sala biləcəyini sübut etdilər. Sınaqlarda 50-70 yaş arası 213 nəfər iştirak edib və onlar bir neçə qrupa bölünüb. Bir qrup yüksək natriumlu pəhriz (gündə 2200 milliqram), digəri isə aşağı... | publikaz_normalized |
2024-cü ilin büdcə sənədi ilk növbədə azad edilmiş ərazilərdə quruculuq işlərini əhatə edir. O qeyd edib ki, ölkənin milli təhlükəsizlik xərclərinin daha da artırılması nəzərdə tutulur: Ölkə başçısının Milli Məclisə təqdim etdiyi qanun layihəsi mühüm məsələləri əhatə edir. 2024-cü ilin dövlət büdcəsinin 51 faizi məqsəd... | publikaz_normalized |
15 000 manatlıq...":"Bakıda evlərdən 15 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bildirilib ki, Yasamal rayonu ərazisindəki evlərin birindən 1300 manat pul və 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşlarının k... | publikaz_normalized |
Henri Kissincer bir dəfə qeyd etmişdi ki, İran liderləri İranın biznes və ya millət olduğuna qərar verməlidir. İran, deyəsən, qərara gəlib ki, o hər ikisidir: özünün militant şiə ideologiyasını şimalda Livandan Yaxın Şərq ölkələrinə ixrac edir, Yəmənin 2414 km cənubunda husiləri silahlandırır, Suriya diktatoru Bəşər Əs... | publikaz_normalized |
Aparıcı Xoşqədəm Hidayətqızı ilə evli olan türkiyəli müğənni Doğuş xəyanət iddialarından sonra ailəsi ilə paylaşımlara ara vermir. Arvadını qucaqlayan müğənni bununla söz-söhbətlərə son qoymaq istəyib. Xatırladaq ki, Türkiyədə yayımlanan sosial verilişlərin birində Esra Çömelek adlı qadın müğənni Doğuşla dini nikah bağ... | publikaz_normalized |
Ataanın film kimi həyatı":"Bu il oktyabrın 7-də baş verən və Fələstin-İsrail münasibətlərinin növbəti dəfə kəskinləşməsinə səbəb olan hadisələr idmandan da yan keçmir. Bəzi futbol matçları təxirə salınır, hadisələrlə bağlı paylaşım edən idmançılar, pankartlar açan azarkeşlər cəzalandırılır. Ölkələrin siyasi mövqeyi də ... | publikaz_normalized |
Anam yaşında...":"Tanınmış aşıq Namiq Fərhadoğlunun döyülməsi ilə bağlı xəbərlər yayılıb. "Məlumata görə, Aşıq Namiq parkda gəzən qadına söz atıb. Nəticədə qadının oğlu onu döyüb. Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib. O hadisə haqda ətraflı məlumat verib:... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.