text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
İşıq ili qədər uzaqsınız":"Macarıstan prezidenti Viktor Orban Ukraynaya Avropa İttifaqına üzvlük danışıqlarının vəd edilməsini “səhv” adlandırıb və Kiyev administrasiyasının Birliyə qoşulmaqdan “işıq ili qədər uzaqda” olduğunu deyib. “Bizim vəzifəmiz Ukrayna ilə danışıqlara başlamaqla bağlı yalan vədi düzəltmək olacaq,... | publikaz_normalized |
Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub. Publik.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham... | publikaz_normalized |
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib. Növbəti belə hadisə ötən gün səhər saatlarında Heydər Əliyev prospektində baş verib. Təəssüflər olsun ki, yol hərəkəti qaydalarına əməl etməmək maddi zərərlə, ölüm və xəsarətlə nəticələnən qəzaların olmasını qaçılmaz edir. “Yol hərəkəti haqqında... | publikaz_normalized |
Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Gömrük-Biznes Forumu 2023” keçirilir. O bildirib ki, hazırda qeyri-neft sektorunu inkişaf etdirmək üçün 10 ölkə ilə əməkdaşlıq edilir. “Xüsusi ilə Azad Ticarət sazişi və Türkiyə Respub... | publikaz_normalized |
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü keçirilib. İraq Prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu səfərin və səfər zamanı aparılacaq müzakirələrin ölkələr... | publikaz_normalized |
Ötən üç sutka ərzində Günəş aktivliyi normal fon səviyyəsində olub. Noyabrın 20-dən Günəş küləyi parametrlərinin güclənməsi müşahidə oluna bilər. Qeyd olunub ki, 16 noyabr tarixində baş vermiş zəif tac kütlə atılmaları (TKA) nəticəsində geomaqnit sahənin aktiv hala keçəcəyi, G1(mülayim) səviyyəli geomaqnit qasırğasının... | publikaz_normalized |
bu güzəştlər tətbiq olunacaq":"Dövlət Sosial Müdafiə Fondunundan (DSMF) pensiya və digər ödəniş alanlar üçün nağdsız alış-verişdə tərəfdaş şirkətlər tərəfindən güzəşt və endirimlər tətbiq olunacaq". | publikaz_normalized |
Azərbaycanın ali təhsil müəssisələrində nadir rastlanan hadisə baş verib. Videogörüntülərdə ADNSU-nun rektor əvəzi Vazeh Əskərovun tələbələrlə birgə nahar etdiyi, əyləndiyi öz əksini tapıb. Sosial şəbəkə iştirakçıları rektorun bu davranışlarını alqışlayıblar. Həmin görüntüləri təqdim edirik: | publikaz_normalized |
Abzas Media" saytının rəhbəri Ülvi Həsənli saxlanılıb. Onun saxlanılma səbəbi hələlik məlum deyil. Qeyd edək ki, sayt rəhbəri bu gün səhər xarici ölkələrdən birinə getməli imiş. O, səhər saatlarında hava limanına yola düşüb. | publikaz_normalized |
Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov və müğənni Müjgan Ayxanın sevgili olduqları məlum olub. Proqramın əməkdaşları gecə saatlarında Eşqin və Müjganı məkanların birindən birlikdə çıxarkən görüntüləyiblər. Onlar sevgili olmaları ilə bağlı suallara rədd cavabı verməyiblər. Müjgan Eşqin olduğu yerdə danış... | publikaz_normalized |
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü olub. – Cənab Prezident, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Biz artıq cənab Prezidentlə əməkdaşlığımız, regionlarımızda siyasi proseslərlə bağlı müxtə... | publikaz_normalized |
La Liqa, FİFA və UEFA günahkardır?":"Real" Vinisius Junior və Eduardo Kamavinqanın milli komandalarının düşərgəsində zədələnməsindən çox narazıdır. Madrid təmsilçisinin fikrincə, oyunçuların zədələnməsinə səbəb təqvimin həddindən artıq yüklənməsidir. Bu barədə "Marca" məlumat yayıb. Vinisius Junior Braziliya millisinin... | publikaz_normalized |
“Bulvarda ərimi gözləyirsən, mən də 5 uşaqla…” - Video":"Dünən Azərbaycanın xalq artisti Həmidə Ömərova Opera Studiyasında öz yubiley yaradıcılıq axşamını qeyd etdi. Gecədə tanınmış sənət adamları iştirak edirdilər. Onlar Xalq artisti ilə xatirələrini bölüşdülər. İki dəfə mənilə üz-üzə gəldin, amma... Səni rejissora şi... | publikaz_normalized |
İDF qadın əsgərlərin oktyabrın 7-də HƏMAS hücumu ilə bağlı xəbərdarlıqlarına məhəl qoymayıb. Bildirilir ki, Qəzza zolağı ilə sərhəddə monitorinq aparan İDF birləşmələri hərbçilərin qəribə fəaliyyəti ilə bağlı zabit komandanlığına xəbərdarlıq edib. Hesabatlarda HƏMAS qrupunun maneələri aşmağa hazırlığı, eləcə də kameral... | publikaz_normalized |
Müğənni Şəbnəm Tovuzlu emosional açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. Şəbnəm bildirib ki, əri ilə uzun müddət küsülü qala bilmir və barışmaq üçün həmişə özü addım atır: “Elə olub ki, 5 gün küsülü qalmışıq. Düşünürəm ki, axı, necə ola bilər, bu qədər küsülü qalmaq? Ona zəng edib ürək sözlərimi deyirəm. Hətta qarş... | publikaz_normalized |
Təklif edəcək ki...":"Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Doçerti Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Səfirlikdən verilən məlumata görə, Doçerti səfər zamanı üç ölkənin suverenliyi və təhlükəsizliyinə dəstəyini ifadə edəcək. O, uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün Azərbaycan və Ermənistan ... | publikaz_normalized |
19-20 sentyabrda Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların və DİN əməkdaşlarının ailə üzvlərinə ödənişlərin verilməsinə başlanılıb. O qeyd edib ki, həmin şəxslərə ödənişlərin edilməsi üçün sənədlər fondun əməkdaşları tərəfindən toplanılıb və operativ şəkildə ödənişlər təyin edilir.... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi, 87 ünvanında yerləşən “Ana məktəb” uşaq bağçasında “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib. Təlim zamanı baş vermiş şərti yanğınla əlaqədar bağçanın tərbiy... | publikaz_normalized |
Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin ümumi qazancı açıqlanıb. Bununla da, onun 2023-cü ildəki yarışlardan gəlirləri 16 milyon dollara çatıb. Novakın karyerası boyunca qazandığı məbləğ isə 180,6 milyon dollar təşkil edir. Cokoviç bu göstərici üzrə rekordçudur. | publikaz_normalized |
Azərbaycan və Ermənistan arasında sülhün olmaması üçün...":"Biz 3+3 formatında görüşlərə regionda, şübhəsiz ki, problemləri olan ölkələrin qonşu kimi müzakirə edə bildiyi format kimi baxırıq. “Eyni zamanda, mən onu da başa düşürəm ki, ən azı ilkin mərhələdə belə bir anlayış var idi ki, münaqişə, sülh müqaviləsi, nizaml... | publikaz_normalized |
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova vəzifəsindən azad edilib. Onun yerinə hələ ki, təyinat olmayıb. Xatırladaq ki, S.Həsənova 30 yanvar 2016-cı ildən bu vəzifədə idi. | publikaz_normalized |
Buna görə dünya kubokunu qazandı":"PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe futbolçuların irəliləyiş üçün dəyişməsinin vacib olduğunu deyib. “Bilirsiniz, futbol öz vaxtını, tempini diktə edir. Dəyişməsən, vəziyyət dəyişir və unudulursan. Hətta ən böyüklər də nəyisə dəyişməli olublar. Məsələlən, mən Messi il... | publikaz_normalized |
Günahsız insanların ölümü faciədir":"İsrailin Qəzzadakı əməliyyatlarına hər fürsətdə qeyd-şərtsiz dəstəyini bildirən Ağ Evlə Benyamin Netanyahu rəhbərliyi arasında “müharibədən sonra Qəzzaya nə olacağı” mövzusunda fikir ayrılığı davam edir. ABŞ prezidenti Bayden Qəzza və İordan çayının qərb sahilinin Fələstin administr... | publikaz_normalized |
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İraq Respublikasının Turizm Xidmətinin rəisi Zafer Mahdi “Azərbay... | publikaz_normalized |
Bu gün Ağdam rayonunun erməni işğalından azad olunmasından 3 il ötür. Məmmədov 44 günlük Vətən Müharibəsi zamanı Ağdam uğrundan gedən döyüşlərə könüllü qatılıb. O, müsahibədə həmin dövrü xatırlayıb. | publikaz_normalized |
Türkiyənin Marmaris şəhərində “Doğu Akdeniz-2023” beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib. Təlimə cəlb edilən heyət zəbt olunmuş gəmiyə baxışın keçirilməsi, eləcə də şərti düşmən arxasına helikopterdən enmə üzrə tapşırıqları praktiki yerinə yetiriblər. Qeyd edək ki, qardaş ölkədə keçirilən “Doğu Akdeniz-2023” b... | publikaz_normalized |
“Microsoft” “OpenAI”-nin keçmiş baş direktoru Sem Altmanı, həmçinin bu şirkətin həmtəsisçisi Qreq Brokmanı işə götürmək qərarına gəlib. Altman və Brokman “Microsoft”da "yeni qabaqcıl süni intellekt tədqiqat qrupu"na rəhbərlik edəcəklər. “ChatGPT”nin arxasında duran şirkət olan “OpenAI”nin direktorlar şurası daha əvvəl ... | publikaz_normalized |
Noyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 9-11° isti, günün birinci yarısında 11-13° isti, günün ikinci yarısında 7-9° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə ... | publikaz_normalized |
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Milli Konservatoriyasının tərəfdaşlığı ilə Milli Dirçəliş Gününə həsr olunmuş “Azərbaycan, yazın gəldi” adlı musiqi axşamı keçirilib. Tədbirdə çıxış edən “İRƏLİ” İ... | publikaz_normalized |
Zəngəzur dəhlizinə...":"Ermənistan ərazisindən keçəcək istənilən yola, o cümlədən dəmir yoluna erməni tərəfi nəzarət etməlidir. Onun sözlərinə görə, bu, yeganə məntiqi razılaşmadır. “Birincisi, mən hesab edirəm ki, bir neçə ay əvvəl (2023-cü ilin mayında – red.) Prezident Əliyev Moskvada prezident Putinin iştirakı ilə ... | publikaz_normalized |
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyevin bəyanatı" "- Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, xanımlar və cənablar. Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. ... | publikaz_normalized |
“Avroviziya 2024” seçimlərinin finalçıları məlum olub. İctimai TV tərəfindən hazırlanmış qısa video-müsahibədə Azərbaycanı İsveçdə, "Avroviziya 2024" səhnəsində təmsil etməyə namizəd olan ifaçılar 7 suala cavab verərək, özlərini izləyicilərə daha yaxından tanıdıblar. Finalçılar musiqi zövqləri, builki Avroviziya mahnıl... | publikaz_normalized |
Aİ və NATO-ya üzvlük yolu açılır?":"Qərb və Azərbaycan münasibətlərində müəyyən gərginlik müşahidə olunduğu vaxt, Ceymstaun Fondunun baş elmi işçisi Yanuş Buqayski “Politico.eu”da ölkəmizlə konstruktiv əməkdaşlığın mümkünlüyü haqda məqalə dərc edib. Məqalədə deyilir ki, Ermənistanla otuz ildir davam edən silahlı münaqi... | publikaz_normalized |
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə keçirilən “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində “Nəsil ağacı” sənədli filminin gənclər üçün nümayişi baş... | publikaz_normalized |
1930-cu ildə yaradılmış Ağdam rayonu əcdadlarımızın ulu məskənidir. Qarabağ dağ silsiləsi ilə Kür-Araz ovalığının arasında yerləşən şəhər tarixən qalalar şəhəri olub. Keçən əsrin 50 -ci illərindən başlayaraq müntəzəm olaraq aparılan arxeoloji tədqiqatlar bu ərazilərin hələ 6-8 min il bundan əvvəl məskunlaşdığını və tar... | publikaz_normalized |
Ədliyyə Nazirliyi Penitensiar Xidməti məhkumların hansı hallarda məzuniyyətə buraxılmasına aydınlıq gətirib. Onun sözlərinə görə, müəssisə hüdudlarından kənara 7 gün müddətində rejim qaydalarını pozmayan, cəzalarını yarıya kimi çəkən məhkumlar buraxılır. | publikaz_normalized |
Bakıdan başqa bəyanatlar da...":"Kremlin sözçüsü Dmitri Peskov Nikol Paşinyanın ATƏT PA-nın sessiyasının açılışındakı çıxışına münasibət bildirib. "Paşinyan çıxışında “Azərbaycan ən yüksək səviyyədə dəstək alaraq, Ermənistan Respublikasını Qərbi Azərbaycan adlandırmağa başlayıb” iddiasını irəli sürüb. "Ermənistan lider... | publikaz_normalized |
400 nəfər...":"Fransanın Drom bölgəsində bir kənddə qış şənliyi zamanı edilən basqında 16 yaşlı gənc həyatını itirib, 9 nəfər isə yaralanıb. Jandarma rəsmiləri naməlum şəxslərin bal zalına basqın edərək kənd sakinlərinə bıçaqla hücum etdiyini, 16 yaşlı bir gəncin öldüyünü, 2-si ağır olmaqla 9 nəfərin yaralandığını açıq... | publikaz_normalized |
Liverpul"un futbolçusu Luis Dias ailəsini İngiltərəyə köçürüb. O, ailəsiylə elə Liverpulda yaşayacaq. Klub bu məsələdə Luisə böyük dəstək olub. Qırmızılar"ın rəhbərliyi bütün ailənin köçürülməsi üçün çarter reysi sifariş edib. Qeyd edə ki, futbolçunun atası Luis Manuel Dias 12 gün ərzində Kolumbiyanın partizan qruplaşm... | publikaz_normalized |
Bu tərəfdaşlarla aramız dəyib":"Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak İsrailin HƏMAS-la müharibəsinin başlamasından sonra Kiyevin bəzi tərəfdaşlarla münasibətlərinin soyuduğunu açıqlayıb. Bu, Rusiyaya qarşı mübarizədə Ukraynaya daha geniş dəstək koalisiyasının yaradılmasını çətinləşdirib", - ... | publikaz_normalized |
ermənilər bu bölgəni tərk edir":"Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə komissiyasında “turizm haqqında” qanun layihəsi müzakirəsi qalmaqala səbəb olub. “Mən hökumət üzvlərindən soruşmaq istəyirəm, turizm mərkəzlərindən sayılan, həmçinin, Tavuş və Süniklə (Zəngəzur-red) həmsərhəd olan Cermukda sonuncu dəfə nə... | publikaz_normalized |
Nizami rayonunda psixotrop tərkibli dərmanların əldə olunması üçün saxta reseptlər hazırlayan dəstə üzvləri saxlanılıb. Saxlanılan 1999-cu il təvəllüdlü Qulu Salmanov, 1986-cı il təvəllüdlü Əli Balayev, 1986-cı il təvəllüdlü Müşviq Şahbazov və 1987-ci il təvəllüdlü Əzizə Əliyevadan ümumilikdə psixotrop tərkibli 950 ədə... | publikaz_normalized |
Lukaku Avro-2024-ün seçmə mərhələsində 14 qol vuraraq, daha əvvəl Avro 2008 və Avro 2016-nın seçmə mərhələsində Devid Hili və Robert Levandovski tərəfindən müəyyən edilmiş 13 qolluq rekordu üstələyib. Xatırladaq ki, Avro-2024-ün seçmə mərhələsinin 10-cu turunun matçında Belçika millisi Azərbaycan millisini 5:0 hesabı i... | publikaz_normalized |
2023–2024-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti (TTK) üçün müraciətlərin qəbulu prosesi davam edir. Kredit ayrılmış 9 301 nəfər sosial, 16 395 nəfər isə standart TTK-dan yararlanıb. Qeyd edək ki, təhsil krediti almaq istəyən tələbələr Təhsil Tələbə Krediti Fondunun 146 – 5 Çağrı Mərkəzinə zəng etmə... | publikaz_normalized |
“Gecə ilə beynimə düşdü ki...” - VİDEO":"Gecə ilə beynimə düşdü ki, həyət evi istəyirəm. Bina evində yaşamaq istəmədim. Sonra Şüvəlanda yaşamağa başladıq. Hesab edirəm ki, bu qərarım düzgün olub. Kimin oğlu varsa, onun çoxlu işi (daşınmaz əmlak nəzərdə tutur - red.) Verilişin aparıcısı Zaur Kamal "Gərək, sənin helikopt... | publikaz_normalized |
Barselona" FİFA-dan təzminat alacaq. Barsa"nın planetin ali futbol qurumundan 4,3 milyona qədər vəsait almaq imkanı var. Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Barselona" klubu müdafiə proqramı çərçivəsində FİFA-dan ödəniş almalı olacaq. Kompensasiya oyunçunun zədələnməsinin 28-ci günündən yığılmağa başlayacaq və o... | publikaz_normalized |
“Malıbəyli” xalçasına “Hndzoresk” adı verdilər - FOTOFAKT":"Fransada yaşayan erməni əsilli jurnalist Liana Margaryan “X” platformasında (keçmiş Tvitter) “arçax xalçası” adlı foto paylaşıb. xalçanın ermənilərə aid olub-olmadığını araşdırıb. “Tərsinə axtarış” metodu ilə fotonu axtarışa verdikdə xalçanın əsl adının “Malıb... | publikaz_normalized |
Normal deyil":"İngiltərə millisinin və "Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays futbolçuların qiymətinin baha olması ilə bağlı fikirlərini bölüşüb. “Mən 116 milyon avroya alınmış adamam. Mən sadəcə Deklan Rays, özüm olmağın, başqalarından fərqlənməməyimin kifayət etdiyini düşünürəm”. 24 yaşlı Rays 2023-cü ilin iyulunda... | publikaz_normalized |
Noyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin adından İraq Prezidenti Əbdüllətif Camal Rəşidin şərəfinə rəsmi nahar verilib. | publikaz_normalized |
Azərbaycanın dostu belə xatırlanacaq":"Kemerovo vilayətinin keçmiş rəhbəri və Rusiya tarixinin ağırçəkili qubernatorlarından biri Aman Tuleyev 80 yaşında dünyasını dəyişib. Bütün həyatını Kuzbasa və Rusiyaya xidmətə həsr etmiş parlaq, qeyri-adi bir insan". Tulayevi hər kəs məhz belə xatırlayır. Aman Tuleyev 1944-cü ild... | publikaz_normalized |
Bayern"in futbolçusu Leroy Sane "Mançester Siti"yə qayıda bilər. Alman nəşrinin iddiasına görə, "şəhərlilər" 27 yaşlı sabiq futbolçusunu gələn yay transfer etməkdə maraqlıdır. Amma tərəflərin qışdan sonra təmasa keçəcəyi bildirilir. Liverpul"un da futbolçu ilə maraqlandığı iddia olunur. Sane 2016-2020-ci illərdə "Mançe... | publikaz_normalized |
Gecə saatlarında Siyəzən rayonunda ağır yol qəzası baş verib. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Bildirilir ki, hadisəni törədən sürücü həmin gün toyda iştirak edib və dayısı oğluna məxsus avtomobili idarə edirmiş. Hadisədən sonra sürücü maşını orada qoyaraq ərazidən uzaqlaşıb. | publikaz_normalized |
statistika açıqlandı - Bəs Azərbaycan haradadır?":"İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və Aİ Statistika İdarəsinin (Eurostat) məlumatlarına görə, dünyada adambaşına düşən xəstəxana çarpayılarının və həkimlərin sayı açıqlanıb. Türkiyə Avropada adambaşına düşən həkim sayına görə ən aşağı pillədədir. Türkiy... | publikaz_normalized |
Xəbər verdiyimiz kimi cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu növbəti “Onu oxut” aksiyasına start vermişdi. “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən ianə aksiyasının məqsədi 600 baldan yüksək nəticə göstərərək ali məktəbə daxil olan sosial baxımdan həssas əhali qrupuna a... | publikaz_normalized |
Ünlü müğənni Şakira 14,5 milyon avro gəlir vergisini ödəmədiyinə görə həbsdən və məhkəmə proseslərindən yayınmaq üçün İspaniya vergi orqanları ilə əməkdaşlığa başlayıb. Mənbənin sözlərinə görə, razılaşmaya əsasən, müğənni üç ilə qədər həbs olunmalı, həmçinin 7 milyon avro məbləğində cərimələnməlidir. İlkin olaraq ittih... | publikaz_normalized |
“Standarta əsasən, halal dərman vasitələri digər dərman vasitələrindən ayrı daşınmalı və saxlanmalıdır”. Onun sözlərinə görə, bu növ dərman vasitələrinin daşındığı nəqliyyat vasitələri də gigiyena və sanitar qaydalara uyğun olmalıdır: “Halal dərman vasitələrinin daşınması zamanı məhsulların satış nöqtəsinə çatmadan əvv... | publikaz_normalized |
Fələstinli qaçqınlar Çeçenistana yerləşdirilir":"Çeçenistan Fələstindən olan 250 qaçqını qəbul etməyə hazırdır. “Onlar Avturı kəndində yerləşən və lazımi şərait yaradılan uşaq sağlamlıq düşərgəsinə yerləşdiriləcək”, - deyə idarədən bildirilib. Qeyd olunur ki, Qəzza zolağında hərbi əməliyyatlar başlayandan Çeçenistan or... | publikaz_normalized |
Bundesliqa rəsmi saytında oktyabr ayının ən yaxşı oyunçusunun adını açıqlayıb. 20 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında aparılan səsvermədə Harri Keyn, Leroy Sane, Kinqsli Koman (hamısı "Bayern"), Ceremi Frimponq (Bayer) və Lua Opendanı (Leypsiq) qabaqlayıb. Keyn oktyabrda üç oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə... | publikaz_normalized |
İran Qırmızı dənizdə gəminin ələ keçirilməsində əli olması ilə bağlı ittihamları rədd edir. “İsail tərəfindən səsləndirilən ittihamlar yanlış və saxtadır. Onlar Təl-Əvivin üzləşdiyi çətin şəraitdən qaynaqlanır”. Onun sözlərinə görə, bu bəyanatlar müdafiə mexanizmi rolunu oynayır, onlar yalnız İsrailin üzləşdiyi dəhşətl... | publikaz_normalized |
Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Miqran Poqosyan Moskvada saxlanılıb. Mənbənin sözlərinə görə, o, noyabrın 19-da saxlanılıb. Onun həbsi barədə artıq Ermənistan polisinə məlumat verilib. Rusiya mətbuatının yazdığına görə, SPISA-nın keçmiş rəhbəri yaxın vaxtlarda Rusiya Federasiyasından ek... | publikaz_normalized |
Görün nə qədər pulunu apardılar":"Bakıda əlil övladı ilə birgə dilənçilik edən qadına qarşı quldurluq cinayəti baş verib. Orada kirayədə yaşayan Yevlax rayon sakini Səliqə Bayramovanın (soyadlar şərtidir) evinə gecə saat 02 radələrində hamamın nəfəsliyindən daxil olan Ruslan adlı şəxs çarpayıda yatan qadına hücum edib.... | publikaz_normalized |
Lerik rayonunda vəzifəli şəxslə xanım tibb həkim arasında insident baş verib. Belə ki, “Lexus RX 350” markalı, 99 ND-996 nömrə qeydiyyat nişanlı avtomobil İ.Yaqubov küçəsində həkimin maşınınn qarşısını kəsərək ona yol verməyib. Xanım tibb işçisi dərhal hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edib. məlum olub ... | publikaz_normalized |
7-11 dekabr tarixlərində görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Vüqar Həşimov Memorial-2023” superturniri keçiriləcək. Sayca 9-cu Vüqar Həşimov Memorialına ilk dəfə Qəbələ ev sahibliyi edəcək. Superturnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şah... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konsert keçirilib. Konsert proqramı Dövlət Himninin səsləndirməsi ilə başlayıb. Konsertdə Dövlət Uşaq Filarmoniyasının kollektivi maraqlı, rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. Proqramda A... | publikaz_normalized |
Sorosun oğlu ilə...":"Macarıstanın hakim “Fides” partiyası Avropa Komissiyasının sədri Ursula fon der Leyeni ləkələyən reklam lövhələri açıb və onu seçki kampaniyasında şəxsi hədəfinə çevirib. Avropa Parlamenti seçki kampaniyasının başlanmasına həsr olunmuş reklam lövhələrində liberal maliyyəçi Corc Sorosun oğlu Aleks ... | publikaz_normalized |
Zəngilan rayonunun Zəngilan və Alıbəyli kəndlərinin ilkin konsepsiyası sakinlərə təqdim olunub. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmə... | publikaz_normalized |
Nazirlər Kabineti 15 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişik... | publikaz_normalized |
Nazirlər Kabineti 29 oktyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Aeroportlarda (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nda dəyişiklik edib. Qərara əsasən, bundan sonra ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin ... | publikaz_normalized |
Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin birgə brifinqi keçirilir. Çıxış edənlər qismində Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə və Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov yer alır. | publikaz_normalized |
Çerkassıda hərbi geyimli şəxslər Ukrayna Pravoslav Kilsəsinin (UOC) Müqəddəs Məryəm Anasının Doğum Monastırını ələ keçirib. Noyabrın 20-də səhər saatlarında monastır ərazisinə hərbi formada 100-dən çox insan daxil olub. Onlar monastrda olanları döyməyə, telefonlarını əllərindən alıb sındırmağa, çəkiliş aparılmasına man... | publikaz_normalized |
Böyük Britaniyanın Baş naziri Rişi Sunak İsrailin özünümüdafiə haqqına verdiyi dəstəyi bir daha ifadə edərək, Qəzzada baş verən humanitar böhranla bağlı çağırışlar edib. Sammitin açılışında çıxış edən Sunak dünyada baş verən bir çox münaqişələrin bilavasitə yoxsul təbəqəyə təsir etdiyini bildirib: “Biz humanitar yardım... | publikaz_normalized |
Baydenin sözləri səs-küy yaratdı":"ABŞ-da prezident Co Baydenin “Washington Post” qəzeti üçün yazdığı məqaləsində gündəmə gətirdiyi İordan çayının qərb sahilində fələstinlilərə hücum edən “ekstremistlər”ə viza qadağası tətbiqi ehtimalı müzakirə edilir. Bundan sonra İordan çayının qərb sahilində "ekstremistlərə" qarşı q... | publikaz_normalized |
“Dua edirəm ki, Fatimə məndən gec üzr istəsin” - VİDEO":"“Mən rəqqasə Fatimə Fətəliyevaya məhkəmədə qalib gəldim. Fatimə hələ də məndən üzr istəməyib. Dua edirəm ki, Fatimə gec üzr istəsin. Onu Azərbaycan qanunları ilə bənd-bənd tanış etmək istəyirəm”. Sənətçi bir müddət əvvəl məhkəmədə qalib gəldiyi rəqqasə Fatimə Fət... | publikaz_normalized |
Azərbaycan və Qazaxıstan arasında informasiya təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb. Memorandum informasiya təhlükəsizliyi sahəsində, xüsusən də informasiya təhlükəsizliyi insidentlərinə cavab tədbirləri baxımından qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlib. Bildirilib ki, əməkdaşlığın ink... | publikaz_normalized |
İşğal dövründə Azərbaycan ərazilərindən silahların transferi üçün istifadə edilib". O bildirib ki, 44 günlük müharibədən sonra da ərazidə qalan Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərini minalamağa davam ediblər. Qanunsuz erməni silahlı birləşmələri regionda stabilliyə böyük təhdid formalaşdırırdı. 24 saatl... | publikaz_normalized |
İraq Prezidentinin Azərbaycana ilk səfəri ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir". Cənab Prezident, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Biz artıq cənab Prezidentlə əməkdaşlığımız, regionlarımızda siyasi proseslərlə bağlı müxtəlif məsələlərə dair çox yaxşı müzakirə apardıq. İndi ... | publikaz_normalized |
Antiterror tədbirlərindən sonra azad edilən ərazilərdə ...":"24 saatlıq antiterror tədbirlərindən sonra işğaldan azad edilən ərazilərdə evlərdən, təsərrüfat sahələrindən xeyli sayda silah və hərbi sursatlar aşkarlanıb". Azərbaycan ərazilərində təsərrüfat sahələrinin daxilində silah-sursat aşkarlanmışdır. Yəni Ermənista... | publikaz_normalized |
Əminəm ki, bu səfər (İraq Prezidentinin rəsmi səfəri – Red.) ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir". Təkbə... | publikaz_normalized |
Heç bir beynəlxalq təzyiq bizim iradəmizə təsir göstərə bilməz":"Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdır. Bunların müstəmləkə s... | publikaz_normalized |
İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı ... | publikaz_normalized |
Nəticə eyni olacaq":"Biz Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, göz... | publikaz_normalized |
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirilən “Pəncə-Kilid” əməliyyatında şəhid verib. Şəhid olan hərbçinin adı və vəzifəsi hələ ki açıqlanmayıb. | publikaz_normalized |
Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 nəfərə ev verilməsi müzakirələrə səbəb olub. Həmin şəxslərin bir çoxunun katibələrdən, sürücülərdən, təsərrüfat içilərindən, bir sözlə, texniki heyətdən ibarət olduğu vurğulanır. Elza məsələdən bixəbər olduğunu bildirib: “Bu xəbəri ilk dəfə sizdən ... | publikaz_normalized |
İmişlidə ətraf mühitə zərər vuran sahibkar məsuliyyətə cəlb edilib. İmişli Rayon Polis Şöbəsinin və Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birg... | publikaz_normalized |
İraqda biznes üçün və Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq. Dövlətimizin başçısı Azərbaycanda sülh və sabitliyə nail olması münasibətilə təbrik edən Əbdüllətif Camal Rəşid deyib: “Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılması məsələsində Sizə uğurlar arzulayıra... | publikaz_normalized |
“Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilib. Dəyişikliyə əsasən, atçılıq sahəsində dövlət nəzarətini Kənd Təsərrüfatı Nazirliyi ilə yanaşı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də edəcək. | publikaz_normalized |
Kəpəz"in yeni baş məşqçisi Adil Şükürovun köməkçiləri müəyyənləşib. Məşqçilər korpusunda İlyas Qurbanov, Zaur Əsədov, Elşad Tahirov və İlkin Verdiyev yer alıblar. Tahirov qapıçılar üzrə məşqçi, Verdiyev analitik funksiyasını yerinə yetirəcəklər. Köməkçilərlə 2 illik müqavilə imzalanıb. Qeyd edək ki, Adil Şükürov "Kəpəz... | publikaz_normalized |
Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndələri ilə keçirilən görüş çərçivəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”sı imzalanı... | publikaz_normalized |
Livan ərazisindən İsrailin şimalına raket zərbələri endirilib. Bildirilib ki, hücum nəticəsində hərbi qərargaha ziyan dəyib. Həmçinin, İsrail ordusunun da Livanın cənub bölgələrinə artilleriya atəşi açdığı qeyd edilib. Xatırladaq ki, İsrail ordusu ilə Livanın “Hizbullah” hərəkatı arasında oktyabrın 8-dən bəri sərhəddə ... | publikaz_normalized |
Xalq artisti, mərhum sənətkar Rəmişin (Rafiq Hüseynov) sağlığında yaşadığı evi satılıb. Məsələ ilə bağlı mərhumun həyat yoldaşı Gülü ilə əlaqə saxlamağa çalışdıq. Lakin Gülü xanım danışmaq istəməyərək, telefonu qapadıb. | publikaz_normalized |
Polis əməkdaşları tərəfindən İsmayıllı, Mingəçevir və Ağdaşda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi, eləcə də saxlanılması qaydalarının pozulmasının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər keçirilib. Qeyd olunub ki, İsmayıllı Rayon Polis Şöbəsinin əm... | publikaz_normalized |
Bakı şəhəri Suraxanı rayonu Qum adası adlanan ərazidə dəniz sahilində naməlum kişi meyiti tapılıb. boyu 160-165 santimetr, orta bədən quruluşlu, qara saçlıdır (başının ortasinda saçı tökülüb). Meyitin burun hissəsində xüsusi əlamət kimi çapıq izləri müşahidə olunub. Tapılan zaman əynində üst geyimi aşkar olunmayıb. Bu ... | publikaz_normalized |
“Əhmədbəyli” ölçü qovşağından qidalanan orta təzyiqli xətt üzərində qaz tənzimləyici qurğunun quraşdırılması ilə bağlı 21.11.2023-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri görülən müddətdə Füzuli rayonunun 13 qəs... | publikaz_normalized |
Bakıda keçirilən qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması üzrə konfransın yekunlarına əsasən bəyannamə qəbul edilib. Bəyannamə Azərbaycanın Qoşulmama Hərəkatının gələcək sədrləri olan Uqanda və Özbəkistanla birgə təşkil etdiyi konfransın yekunlarına əsasən qəbul olunub. | publikaz_normalized |
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Silahlı Qüvvələr tərəfindən həyata keçirilən antiterror tədbirlərindən sonra Qarabağda aşkar edilmiş Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və planlaşdırdığı növbəti hərbi cinayətlərə dair yeni faktlarla bağlı Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin bir... | publikaz_normalized |
Rusiya Xarici İşlər Nazirliyi cavab tədbiri olaraq bir sıra Moldova rəsmilərinin Rusiya Federasiyasına girişini əngəlləyib. Bildirilib ki, noyabrın 20-də Moldovanın səfiri Lilian Darius Xarici İşlər Nazirliyinə çağırılıb. Son vaxtlar Moldovada rusdilli media saytlarına girişin bloklanması və rusdilli nəşrlərin siyasi m... | publikaz_normalized |
Bəzi qərb gücləri hələ də Qarabağ müharibəsi ilə bölgəmizdə yeni dövrün başladığını anlaya bilmirlər. Ermənistanı bir daha azərbaycanlı qardaşlarımızın uzatdıqları sülh əlini tutmağa çağırıram", - o bildirib. Türkiyə lideri qeyd edib ki, erməni xalqı və onların rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, ... | publikaz_normalized |
Xəsarət alanlar var - FOTO":"Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var. VAZ-2106" markalı avtomobil həmin yolda hərəkətdə olarkən əks istiqamətdə gələn "VAZ-21011" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili ti... | publikaz_normalized |
Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və növbəti hərbi cinayət planları ilə bağlı antiterror tədbirlərindən sonra aşkar edilmiş yeni faktlar barədə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin brifinq zamanı bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub. Brifinqə qatıl... | publikaz_normalized |
ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Ostin qeyd edib ki, onun üçün bu görüş ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini bir daha təsdiqləmək üçün fürsətdir. ABŞ-nin Ukraynaya davamlı dəstəyini bir daha təsdiqləmək üçün bu gün Kiyevdə Prezident Zelenski... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.