text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Bakının Xəzər rayonunda yerləşən 292 nömrəli tam orta məktəbin nə direktoru, nə də müavini var. Hətta, direktor olmadığı üçün müəllimlər də dərsə məsuliyyətsiz yanaşırlar. Bununla yanaşı, sözügedən məktəbdə müəllim uşaqları döyür və təhqir edir. Yaranmış vəziyyətdən narazı olan valideynlərin sözlərinə görə, məktəbə gəl... | publikaz_normalized |
25 nəfər öldü":"Nigeriyanın Kvara əyalətində baş verən zəncirvari yol qəzasından sonra baş verən yanğında 25 nəfər həyatını itirib. Yanğında 25 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb. Müalicə olunanlardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirən Adekunle, ölənlərin sayının artacağından narahatlığını ifadə... | publikaz_normalized |
Mançester Yunayted" bu mövsüm keçirdiyi ilk 20 matçdan sonra bütün turnirlərdə 33 qol buraxub. “Qırmızı şeytanlar” bununla kifayətlənməyib. MY Çempionlar Liqasının qrup mərhələsinin 5 turundan sonra buraxılan qolların sayına görə İngiltərə klublarının antirekordunu da yeniləyib. Komanda 14 dəfə topu qapısından çıxarmal... | publikaz_normalized |
eks-prezidentdən şok etiraf":"Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı xatirələr kitabında ikinci ailəsi olduğunu bildirib. Nəşrdə Qazaxstanın birinci prezidentinin həyatının siyasi və şəxsi tərəflərinə toxunulur. “Mənim həyatım”ın ayrıca fəsilləri 2019-cu ildə ölkədə hakimiyyətin tranz... | publikaz_normalized |
Bakıda, II Fəxri xiyabanda "Qaraheybət" faciəsində həlak olan şəxslərin xatirəsi yad edilib. Ziyarətçilər arasında şəhidlərin ailə üzvləri, rəsmi şəxslər, hərbçilər və ictimaiyyət nümayəndələri var. Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən... | publikaz_normalized |
İngiltərədə Nottingem Şəhər Şurası büdcədəki "əhəmiyyətli kəsir" səbəbiylə faktiki olaraq müflis olduğunu elan edib. Bəyanatda qeyd olunub ki, ana müxalifətdəki Leyboristlər Partiyasının idarə etdiyi bələdiyyə yerli özünüidarəetmə qanununun 114-cü maddəsini qüvvəyə mindirməklə özünün faktiki iflasını elan edib. Birming... | publikaz_normalized |
Dövlət Gömrük Komitəsi (DGK) son zamanlar baş verən kiberhücumlarla əlaqədar vətəndaşlara müraciət edib. Komitə rəqəmsallaşdırma istiqamətində aparılan tədbirlərlə yanaşı, həmçinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə yüksək diqqət ayırır. Son vaxtlar baş verən kiberhücumlarla əlaqədar vətəndaşlarımıza kib... | publikaz_normalized |
Moskavada postsovet ölkələrinin iştirakı ilə V Beynəlxalq “Moskva premyerası” kinofestivalı keçirilib. Film “Ən yaxşı kişi rolu”na görə və Qran-pri mükafatlarına layiq görülüb. Ekran əsəri, eyni zamanda, “Qızıl kirpi” - kino tənqidçilərinin baş mükafatını qazanıb. “Mərmər soyuğu” filmi “Azərbaycanfilm” kinostudiyası, İ... | publikaz_normalized |
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə endirimli tariflərlə aviabiletlər əldə etmək imkanı yaradıb. Belə ki, aviaşirkət Bakı və Pekin arasında həyata keçirilən uçuşlar üçün xüsusi kampaniyaya start verib. Pekin-Bakı-Pekin reyslərinin aviabiletlərini isə 455 ABŞ dollarından başlayan qiymətlərlə əldə etmək m... | publikaz_normalized |
ABŞ-la müzakirə olunmalıdır":"ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya Fələstinin HƏMAS hərəkatı ilə barışıq başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının cənubunda mümkün hərbi əməliyyatından narahat olduğunu bildirib. Mənbənin sözlərinə görə, Bayden Netanyahuya İsrailin Qəz... | publikaz_normalized |
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, BMT-nin Azərbaycan Nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bö... | publikaz_normalized |
Qüdsdə 6 nəfərin yaralandığı terror aktı baş verib. Nəşrin məlumatına görə, Qüdsün girişi yaxınlığındakı avtobus dayanacağında atışma olub. Həkimlər zərərçəkənlərə yardım göstərirlər. | publikaz_normalized |
ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında münaqişələrə son qoymaq üçün İsrail və HƏMAS arasında əldə edilən “humanitar fasilənin” uzadılması və Qəzzaya humanitar yardımın göstərilməsini müzakirə etmək məqsədi ilə Təl-Əvivə gəlib. Səfər çərçivəsində Blinkenin İsrail rəsmiləri ilə Qəzzada əldə edilən “humanitar fa... | publikaz_normalized |
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin tədbirlər planına əsasən Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələr, eləcə də xüsusi təyinatlı təhsil müəssisələri üzrə təqdim edilən qaliblər arasında ilin "Ən yaxşı psixoloq"u müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məq... | publikaz_normalized |
Böyük Britaniyanın keçmiş baş naziri Liz Truss Ukrayna məsələsində ABŞ Konqresinin Nümayəndələr Palatasının skeptik respublikaçı üzvlərindən dəstək almaq üçün Vaşinqtona gəlib. Nəşrin yazdığına əsasən, nümayəndə heyətinin gəlişi Kiyevə hərbi yardım kimi Ukraynaya daha çox pul göndərilməsi və ABŞ-Meksika sərhədinin möhk... | publikaz_normalized |
Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq qapıçı Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun "Qalatasaray"la oyununda (3:3) Andre Onananın etdiyi kobud səhvlərdən danışıb. Əlbəttə ki, futbolda fərdi səhvlər fərq yarada bilər. Bunun üçün məsuliyyəti öz üzərinə götürürsən, amma bu həmişə komandaya aiddir. B... | publikaz_normalized |
“Bu gün dünyanın tərəqqipərvər ölkələri və beynəlxalq təşkilatlar hər kəsin yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalət... | publikaz_normalized |
“Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın fəal dəstəyi ilə yeni dövrün tələbləri və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla aparılan genişmiqyaslı islahatlar fonunda insan hüquqlarının səmərəli təmininə xidmət edən mühüm addımlar atılır”. Qlobal... | publikaz_normalized |
Hər il qış fəsli yaxınlaşdıqca, təbii qazın limitinin ləğv edilməsi məsələsi ciddi müzakirə olunur. Çünki bir çox evdə tətbiq olunan limit keçilir, qaz və işıq üçün yüksək məbləğ ödənilir. Bəs mövcud limit ləğv edilə və ya qiymətlər enə bilərmi? Milli Məclisin deputatı Fazil Mustafa da qaz limitinin ləğv olunmasını gün... | publikaz_normalized |
Fransa kimi ölkələr beynəlxalq hüquqa hörmətsizlik edərək sülhə mane olurlar". Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, Ermənistanın uzun illər boyu azərbaycanlılara qarşı dünyanın gözü qarşısında kəsk... | publikaz_normalized |
Bakıda bir sıra binalar əsaslı təmir olunacaq. Qərara əsasən, 2024-cü il üçün Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmiri nəzərdə tutulub. BŞİH-in tabeliyindəki "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən sözügedən təmir işlərini həyata keçirəcək şirkət axtarılır. Bundan başqa, gələ... | publikaz_normalized |
Dekabrın 1-i, 2-si və 5-i...":"Sabah güclü maqnit qasırğası olacaq. Qeyd olunub ki, geomaqnit sahəsi - 27-28 noyabrda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası olması gözlənilir. Dekabrın 1-də isə aktivliyin artacağı, maqnit qasırğasının G3 (güclü) səviyyəsinə qədər yü... | publikaz_normalized |
Fransanın ardınca Avropa İttifaqının Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır". Publikaz xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib. Bildirilib ki, Avropa İttifaqının (Aİ) “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım göstərəcəyi barədə məlumatlar ya... | publikaz_normalized |
Qəzza zolağında 6 gündür davam edən "humanitar fasilə"nin uzadıldığı bildirilib. İsrail ordusundan verilən açıqlamada “Daha çox girovu azad etmək üçün atəşkəs uzadıldı" ifadəsi işlədilib. Vasitəçilərin səylərinə uyğun olaraq, əsirlərin sərbəst buraxılmasının davam etdirilməsi və çərçivə (memorandum) şərtlərinə uyğun ol... | publikaz_normalized |
Bu, həmişə belə olub":"Müğənni Musa Musayevin həyat yoldaşı Təranə Qumralla birgə qonaq olduğu ATV kanalında yayımlanan "7 tamam" verilişindəki çıxışı müzakirə yaradıb. O, əmisi, Xalq artisti Niyaməddin Musayev barəsində "Niyaməddin kimi əmi görməmişəm, ona canım qurban, evinə gedəcəyəm, hələ oturub nərd də oynayacağam... | publikaz_normalized |
Siz axmaqlar onun...":"Müğənni Beyonsun anası Tina Noulz qızını irqçilikdə itiham edənlərdən danışıb. Bundan sonra müğənni kəskin qınağa məruz qalıb, eyni zamanda bir müddət əvvəl sarışın olan Kim Kardaşyanla müqayisə edilib. Anası Beyonsun dərisini ağartması və ağ olmaq üçün platin parik taxması ilə bağlı yazılan ifad... | publikaz_normalized |
Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Qeyd edilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sa... | publikaz_normalized |
Biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünü qeyd edən bütün dövlətlərdən soruşuruq ki, Azərbaycanın hüquqları pozulan minlərlə insanının səsini eşitmisinizmi? Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun... | publikaz_normalized |
Bu gün Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək. Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su bu turda Qazaxıstanın “Astana” komandası ilə üz-üzə gələcək. Türkiyə təmsilçilərindən “Beşiktaş” doğma meydanda “Brügge” ilə üz-üzə gələcək. “Fənərbaxça” isə “Nordsyelland”ı... | publikaz_normalized |
Bu gün Baş nazirin müavini Şahin Mustafayevlə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan Qazax-İcevan sərhədində görüşəcək: tərəflər dövlət sərhədinin delimitasiya və demarkasiya müzakirə edəcək; İndiyə qədər delimitasiya komisiyalarının 4 görüşü keçirilib: ikisi sərhəddə - Arazdəyən və Qazax; ikisi xaricdə - Mo... | publikaz_normalized |
30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin d... | publikaz_normalized |
Kəndlə şəhər arasında heç bir fərq qalmayıb":"Artıq ölkəmizdə kəndlə şəhər arasında heç bir fərq qalmayıb". Onun sözlərinə görə, regional məsələlər Ümummilli Lider Heydər Əliyevin əsas diqqət etdiyi sahələrdən biri olub: Sovet dövründə Azərbaycan aqrar, sosial, kənd təsərrüfatı və bir çox sahələrdə ən geridə qalan ölkə... | publikaz_normalized |
Krasnoyarskda 15 yaşlı məktəbli qız anasından rəfiqəsi ilə gecələməsi üçün icazə istəyib və sonra yoxa çıxıb. Rus qadın qızının istəyini yerə salmayıb. Amma səhərisi gün qız zənglərə cavab verməyib, daha sonra məktəbdən anasına zəng edilib və qızının dərsə gəlmədiyi bildirilib. O, qızının rəfiqəsinin evinə gedib. Orda ... | publikaz_normalized |
İqtisadiyyat Nazirliyi Bakıda Rəqəmsal İmkanlar Mərkəzi yaratmağı planlaşdırır. “Mərkəz şirkətlərimizə məhsuldarlığını və rəqabət qabiliyyətliliyini artırmaq üçün innovasiyaları və prosesləri rəqəmsallaşdırmaqda kömək edəcək. Eyni zamanda, novatorlarımız Mərkəzdə rəqəmsal yeniliklərini nümayiş etdirə biləcək. Biz həmçi... | publikaz_normalized |
çox ciddi təhlükədən xəbər verir":"İnformasiyanın yadda saxlanması və bərpası ilə bağlı çətinliklər həyəcanverici siqnallardır. Bu artıq təhlükəli xəstəliklərin simptomları ola bilər. Onun sözlərinə görə, əgər insan müntəzəm olaraq sadə şeyləri xatırlaya və ya yada sala bilmirsə, bu artıq ciddi xəstəliyin əlamətidir. M... | publikaz_normalized |
Ermənistanın Baş nazir Nikol Paşinyanın sədrliyi ilə hökumətin növbəti iclası davam edir. Xatırladaq ki, bundan əvvəl Milli Təhlükəsizlik Xidmətinin direktorunu təyin etmək səlahiyyəti Ermənistan Respublikasının prezidentinə məxsus idi. Milli Təhlükəsizlik Xidmətinin direktoru və onun müavinləri dövlət, digər milli təh... | publikaz_normalized |
Əməkdar artist Lalə Məmmədova yeni libası ilə göz qamaşdırıb. Yenisabah.az xəbər verir ki, müğənni tünd qırmızı dekolte libasla obyektiv qarşısına keçib. İfaçının geyiminə izləyiciləri təriflər yağdırıb. Müğənninin tərzi üzərində stilist Elnur Həsənov çalışıb. | publikaz_normalized |
Bəziləri düşünür ki, qadınlar münasibət qurarkən, maddiyata daha çox üstünlük verirlər. Yəni, kasıb kişiləri sevən xanımların sayının az olduğu iddia edilir. Bəziləri isə düşünür ki, kişilər pul xərclədiyi qadınları daha çox sevirlər. Qadınlar niyə pullu kişiyə üstünlük verir? yerinə, "Qadınlar niyə pullu kişiyə üstünl... | publikaz_normalized |
Yaşıl Əjdaha ilində bizi nə gözləyir?":"Biz yenə gələcəyə həyəcanla baxıb gələn ilin nə gətirəcəyinizi düşünürük. Həyatın hansı sahələrində arzularınızın həyata keçmə şansı daha çoxdur və məqsədlərinizə çatmaq üçün nə etməliyik? Hansı taktika və strategiya daha sərfəli olacaq? Ziyana düşməmək və kəskin döngələrdən keçm... | publikaz_normalized |
Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində q... | publikaz_normalized |
Azərbaycan İqtisadi Şurasının və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib. İclasda Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib. İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklif... | publikaz_normalized |
Yanvarın 1-dən etibarən...":"2024-cü il yanvarın 1-dən Ermənistan vətəndaşları Gürcüstandan və ya Avropa İttifaqının üzvü olmayan ölkədən müvəqqəti istifadə üçün gətirilən avtomobillər üçün gömrük orqanının depozit hesabına pul ödəməlidir. “Problem ondadır ki, Aİ-yə üzv olmayan ölkələrdə, əsasən Gürcüstanda Ermənistana... | publikaz_normalized |
Bu gün saat 09:20 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yol təmiri maşını (drezin) Abşeron-Puta mənzilində hərəkətdə olarkən təxminən 25 yaşlarında qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Məlumata görə, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub ... | publikaz_normalized |
Onun yaza qədər şıltaq olacağı deyilir":"2023-cü ildə baş verən anomal "El Nino" hadisəsinin səbəbi müəyyən edilib. El Nino" özü isə şərq hissəsində formalaşıb. Cərəyan suyun səth qatında temperaturun dəyişməsinə səbəb olur ki, bu da öz növbəsində iqlimə təsir edir. El Niño" bir neçə ildən bir baş verir, lakin bu il xü... | publikaz_normalized |
Bakıda şagird qızılca xəstəliyindən vəfat edib. O bildirilib ki, 195 saylı tam orta məktəbdə qızılcaya yoluxan bir şagird dünyasını dəyişib: “Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Allah valideynlərinə səbir versin. Ölkədə tibb sahəsində kadr çatışmamazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb ba... | publikaz_normalized |
İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq". Yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyat tam bərpa ediləcək və biz orada bütün sahələrdə olduğu kimi, yerli özünüidarəetmə sahəsində də inkişafın şahidi olacağıq", - F.Əliyev qeyd edib. | publikaz_normalized |
Həmin şəxslərin əksəriyyəti ailə münaqişəsi zəminində problem yaşayan yeniyetmə qızlardır. Onlar sosial şəbəkələr vasitəsilə ünsiyyət qurduğu insanların şirnikləşdirici vədlərinə aldanaraq evdən qaçan, gözəl həyat arxasınca gedən yeniyetmələrdir”. "Sədr bildirib ki, yeniyetmə evdən çıxır və 24 saat ərzində geri dönüş e... | publikaz_normalized |
Bakıda yanacaq doldurma məntəqəsi (YDM) satışa çıxarılıb. Zabrat dairəsində yerləşən bu məntəqə 3,5 milyon manata təklif olunur. Satışa çıxarılan Zabrat OİL 0,13 hektar ərazidə inşa olunub. Obyektin sahibinin kimliyi məlum deyil. Xatırladaq ki, bir müddət əvvəl paytaxtın Nəsimi rayonunda - 20 yanvar metrosundan 3-cü mi... | publikaz_normalized |
Ailəsi dağılır":"“Sevilya”nın müdafiəçisi Serxio Ramos həyat yoldaşı Pilar Rubio ilə ayrılmağa yaxındır. Cütlük 11 ildir ki, münasibətdədir. Ramos və Rubio 2019-cu ildə evlənib və onların dörd övladı var. Ramos və Rubioya yaxın insanların dediklərinə görə ailəsinin dağılması məsələsi bir neçə gündür gündəmə gəlib. Bir ... | publikaz_normalized |
“Real” icazə vermir":"Real"ın hücumçusu Rodriqoya Braziliya - Argentina oyununda Lionel Messiylə arasında yaşanan münaqişə ilə bağlı jurnalistlərin suallarını cavablandırmağa çalışıb. Onun haqqında danışa bilmərəm. Real" mənə bunu etməyə icazə vermir". Bu sözlərdən sonra onu Madrid klubunun əməkdaşları miks zonadan uza... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. ... | publikaz_normalized |
Bunu etsəniz, sizdən...":"İdman əlavələrinin istifadəsi bədənə hansı miqdarda birləşmələrin daxil olduğuna nəzarət tələb edir, əks halda fitnes həvəskarları ciddi sağlamlıq problemləri ilə üzləşə bilə. Onun sözlərinə görə, bu nəticələrdən biri disbakteriozdur. Demək olar ki, bütün zülalların tərkibində karbohidratlarla... | publikaz_normalized |
İşğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri çərçivəsində məscid və məbədlərin, dini inanc yerlərinin bərpası və tikintisi xüsusi nəzarətdə saxlanılır. O qeyd edib ki, Laçın şəhərində hazırda inşa edilən məscid binası azad olunan ərazilərdə ən böyük məscidlərdən biri olacaq. Qeyd edək ki, erməni va... | publikaz_normalized |
Qızıl qrammofon 2023" mükafatlandırma mərasimində iştirak edərkən məşhur müğənni Flipp Kirkorov barmağındakı nikah üzüyü ilə diqqət çəkib. Jurnalistin üzüyün nişan üzüyü olub-olmaması ilə bağlı sualına sənətçi müsbət cavab verib. İndi duyuq düşdünüz?”" "Qeyd edək ki, bir qədər əvvəl açıqlama verərək deyib ki, onu xoşbə... | publikaz_normalized |
Nüfuzlu “FourFourTwo” nəşri “Barselona” tarixinin ən yaxşı futbolçularının reytinqini dərc edib. İkinci sırada Xavi qərarlaşıb. İlk üçlüy"ü Andres İnyesta qapayıb. Hər üç futbolçu "Barsa"nın yetirməsidir. Xatırladaq ki, Messi “Barselona”nın heyətində 778 oyun keçirib, 672 qol və 228 məhsuldar ötürmə ilə yadda qalıb. | publikaz_normalized |
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov 2024-cü ildə Moskva ilə Kiyev arasında atəşkəsin gözlənilmədiyini bildirib. Qeyd edilib ki, Ukrayna münaqişəsi daha çox sülh sazişinin bağlanması ilə deyil, Rusiya tərəfinin qarşıya qoyduğu bütün məqsədlərin reallaşması ilə bitəcək. "O, həmçinin bildirib ki, ABŞ-ın U... | publikaz_normalized |
Döyüş zonasında baş verənlər və Ukrayna, həmçinin Qərb siyasətçilərinin bəyanatları Ukraynada münaqişənin uzunmüddətli dondurma mərhələsinə keçməsi ehtimalını göstərir. “Ukraynalılar münaqişəni dondurmağa hazırlaşırlar - bu, cari hadisələri əks etdirən ən doğru qərar olacaq, bu barədə əvvəllər də müzakirə olunub. İndi ... | publikaz_normalized |
13 nəfər öldü":"Qazaxıstanın Almatı şəhərində yataqxanada baş verən yanğında 4-ü xarici ölkə vətəndaşı olmaqla, 13 nəfər həyatını itirib. Açıqlamada yanğında 4-ü əcnəbi olmaqla 13 nəfərin cəsədinin tapıldığı qeyd edilib. 13 nəfərin tüstüdən zəhərlənərək öldüyü, həyatını itirən əcnəbilərdən 2-nin Rusiya, 2-nin isə Özbək... | publikaz_normalized |
Məktəblinin qızılcadan ölməsi...":"Bakı şəhəri, Qaradağ rayonunda 2014-cü il təvəllüdlü uşaq ölüb. Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb: Şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müay... | publikaz_normalized |
On səkkiz kilometr uzunluğu olan Bərdə‒Ağdam (40 km)‒Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərc... | publikaz_normalized |
Tanınmış inşaatçı Gülbahar Vəliyeva vəfat edib. Qeyd edək ki, G.Vəliyeva 1930-cu ildə Şamaxı rayonunda anadan olub. 1949-cu ildən Sumqayıtda yaşayıb. Uzun müddət rəngsazlar briqadiri işləyib, iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə şəhər Sovetinin deputatı seçilib. “Oktyabr inqilabı”, “Əmək Şöhrəti... | publikaz_normalized |
Bəzi sosial şəbəkə istifadəçiləri Tərtər rayonunun Həsənqaya kənd sakini, 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlunun ölümündə şübhəli məqamlar olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayıb. Belə ki, cari il martın 9-da Tərtər rayonu, Çaylı kəndi ərazisində mina partlaması nəticəsində sol ayağının aş... | publikaz_normalized |
Mənim günahım onları..." - VİDEO":"Müğənni Zəminə Məmmədli "Elgizlə izlə" proqramının efirində qızının öıümündən danışıb. Səbəb isə ər və arvad arasında mübahisə olub. Zəminə Məmmədli bu məsələdə özünü də günahkar hesab edir. O bildirir ki, onun günahı dəfələrlə ayrılmaq qərarı vermiş qızını yenidən barışdırmaq olub. | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirak edir. xxx" "Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının ... | publikaz_normalized |
Noyabr ayının 29-da saat 17:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ərus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azər... | publikaz_normalized |
2024 simvolunun rəngində manikür ideyaları - FOTO":"Yeni İl obrazını ən xırda detallarınadək nə qədər tez düşünsəniz, onun hazırlanmasında bir o qədər az stress keçirəcəksiniz. Hələ də bayram üçün paltar seçməyə başlamamısınızsa, tələsməyə çalışın. İstənilən bayram obrazının vacib hissəsi manikürdür. Gümüşü parıltı və ... | publikaz_normalized |
Daxili İşlər Nazirliyi kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx hazırlayıb. Qeyd edək ki, son vaxtlar ölkədə internet üzərindən dələduzluq və oğurluq hadisələrinin sayı artıb. Cinayət qurbanı olan şəxslər tez-tez sosial şəbəkələrdə başlarına gələn hadisələrlə bağlı paylaşım edirlər. | publikaz_normalized |
Bayağı musiqinin dinlənilməsi məsələsi müzakirə edildi. Problem odur ki, radionu açırsan, bayağı mahnı eşidirsən. Problem odur ki, televizoru açırsan, həmin bayağı mahnını oxuyanı görürsən". Onun sözlərinə görə, televiziya və radiolarda bayağı musiqi ifa edənləri artıq sənətkar sayırlar: Bizim musiqi sahəmiz hara gedir... | publikaz_normalized |
Tanınmış müğənni Ajda Pekkan məşhur “Kızılcık şerbeti” serialında yer alacaq. Bildirilib ki, 77 yaşlı müğənni serialda özünü canlandıracaq. A.Pekkanın çəkildiyi 45-ci bölümün dekabrın 29-da yayımlanacağı gözlənilir. Qeyd edək ki, müğənninin ötən aylarda baş tutan konsertində serialın aktyorları Doğukan Güngör və Sibel ... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Şirvan şəhər, Salyan, Hacıqabul, Saatlı, Sabirabad, Neftçala, İmişli və Biləsuvar Rayon İcra hakimiyyətlərində, həmçinin Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan və Mil-Muğan Regional Təhsil idarələrinin həmin şəhər və rayonlarda fəaliyyət göstərən təhs... | publikaz_normalized |
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 54 nömrəli şəhərdaxili, 167 və 196 nömrəli qəsəbələrarası, 186, 217, 508 və 557 nömrəli şəhərətrafı, Bakı-Ağdaş, Bakı-Şirvan, Bakı-Şabran, Bakı-Qəbələ, Bakı-Kürdəmir, Bakı-Ağcabəd... | publikaz_normalized |
Tanınmış müğənni Əli Mirəliyevə (Fərzulla oğlu) inzibati protokol yazılıb. İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə araşdırılacaq. | publikaz_normalized |
Gecə səhərəcən çılpaq qadınlara baxıb, onları təhqir etmək, söymək...". O, sosial şəbəkələrdə iyrəncliyin, murdarlığın, tərbiyəsizliyin daha çox reytinq gətirdiyini təəssüf hissi ilə bildirib: Bu gün insanlar reytinq naminə bütün sosial şəbəkələrdə hər şeyi etməyə hazırdırlar. Sözün bütün mənalarında ağla gələn hər şey... | publikaz_normalized |
Stilist-vizajist Şəfəq Novruz tikinti materialları bazarında ölən dayısı Razi Qasımovla fotosunu paylaşıb. Dünyanın ən təmiz ən məsum adamı, həmişə hamının pis günündə köməyinə qaçan... Razi dayıma qarşı uşaqlıqdan heç bir pis xatirəm yoxdur. Xatırladaq ki, noyabrın 23-də Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov pro... | publikaz_normalized |
Silah paylamağa davam edəcəyik":"Netanyahu qərbi Qüdsdə 3 nəfərin öldüyü silahlı hücumla bağlı sosial media hesablarından açıqlama verib. Qərbi Qüdsdə bu gün səhər saatlarında baş verən silahlı hücumda 3 israilli ölüb, 3 nəfər isə ağır yaralanıb. İsraildə mülki əhalini və işğal altındakı İordan çayının qərb sahilində y... | publikaz_normalized |
Azərbaycan millisi FIFA reytinqində ötən ayla müqayisədə 6 pillə irəliləyib. Hazırda baş məşqçisi olmayan komanda 1174.22 xala malikdir. Milli AVRO-2024-ün son matçlarında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə Belçikaya yenilib - 0:5. Argentina yığması (1855,20) liderliyini qoruyub. Fransa (1845,44) ikinci,... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Avropa Azərbaycan Məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə FHN-in Dövlət Yanğın Nəzarəti və Tibb xidmətlərinin mütəxəssisləri və tə... | publikaz_normalized |
Qətərə səfər edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer hava limanında təyyarədən enmək üçün yarım saat gözləməli olub. "Bildirilir ki, nəzərdə tutulan qrafikdən bir qədər tez çatan Ştaynmayer qətərli diplomatlarla görüşmək üçün təyyarənin girişində günəşin altında bir müddət gözləyib. "Daha sonradan Almaniya Pre... | publikaz_normalized |
Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, rektor Hafiz Paşayevin təşəbbüsü ilə Şəki şəhərində ADA Universitetinin Dizayn və memarlıq fakültəsinin açılması haqqında qərar qəbul edilib. Fakültə Şəki şəhərinin qədim hissəsində, Yuxarı Baş Dövlət qoruğu ərazisində yerləşən və 1920-ci ildən etibarən uşaq ... | publikaz_normalized |
Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında... | publikaz_normalized |
30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin d... | publikaz_normalized |
Ukrayna prezidenti Vladimir Zelenskinin Nazirlər Kabineti və Ali Radanın təsdiq etdiyi hərbi xidmətin genişləndirilməsi haqqında qanunu imzalamamasının səbəbi bəlli olub. “Prezident Aparatı qorxur ki, bu qanunun qəbulu gərginliyin artmasına səbəb ola bilər. Bu, həm də “nəyin bahasına olursa olsun, sülh” prosesinə təsir... | publikaz_normalized |
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan–Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Sa... | publikaz_normalized |
Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə təsdiqlənib. | publikaz_normalized |
Lionel Messi karyerası boyu “Gatorade”, “Huawei Technologies”, “Mastercard”, “Pepsi”, “Lays” və digər brendlərlə əməkdaşlıq edib. Messi bununla əzəli rəqibi Kriştiano Ronaldodan geri qalmamağa çalışır. Buna görə də içki istehsalına başlayıb. Müasir futbolun digər əfsanəsi olan Ronaldo reklamla yanaşı, uzun müddətdir ki... | publikaz_normalized |
Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edilməsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənm... | publikaz_normalized |
Bu il yanvarın 14-də İsmayıllı sakini, 1990-cı il təvəllüdlü Murad Süleymanlının “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanılmış cinayət işinin istintaqı tamamlanıb. Toplanmış sübutlar əsasında Vahid Babayevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan z... | publikaz_normalized |
Şəbnəm uşaqlıqda "kepkanı" (papağı - red.) başına qoyurdu, kostyum geyinirdi. Tovuzun bu ərazisində birincə şalvar geyinən qızım olub. Şəbnəm 2-3 yaşından sonra ətək yox, yalnız şalvar geyinib. O, qazandığı hörmətin hamısını dizlərini yerə qoyaraq, iməkləyərək əldə edib". "Hələ də qızının geyiminə müdaxilə etdiyini söy... | publikaz_normalized |
Avropada ifrat sağçı partiyaların artması müsəlmanları narahat edir. Almaniya Federal Daxili İşlər Nazirliyinin sözçüsü Britta Beylaj-Harmann "TRT Almaniya" nümayəndəsinə verdiyi açıqlamada ölkə daxilində müsəlmanlara qarşı zorakılıqların 87 faizinin sağçı ekstremistlər tərəfindən törədildiyini bildirib. Zorakılıq xara... | publikaz_normalized |
Çindən sonra Avropada da uşaqlar xəstələnməyə başladı - VİDEO":"Çinin bəzi şəhərlərində, xüsusən Pekində son həftələrdə artan tənəffüs sistemi xəstəlikləri narahatlıq yaratmağa davam edir. Xüsusilə uşaqlara təsir edən xəstəliyin əsas simptomları yüksək hərarət və öskürəkdən ibarətdir. Ötən həftələrdə Çində baş verən ep... | publikaz_normalized |
Rusyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla Skopyedə görüşüb. Xatırladaq ki, xarici işlər nazirlərinin görüşü Şimali Makedoniyanın paytaxtında keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyası çərçivəsində baş tutub. Görüşün detalları haqqında məlumat verilməyib. | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsində “Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Bildirilib ki, Aviasiya Dəstəsinin rəisi general-mayor Əşrəf Qasımov və dəstənin şəxsi heyətinin iştirakı ilə ağacəkmə aksiyası aviabazanın ərazisində təşkil olunub. Aksiyanın keçirilməsində əsa... | publikaz_normalized |
Ailə milli-mənəvi dəyərlərin təcəssümü və daşıyıcısıdır. Ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, güclü ailələrin formalaşması və Azərbaycan ailəsinə xas ailə modelinin qorunması əsas vəzifələrdəndir. Azərbaycan ailəsi tarixən uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada fərqlənib və ən yaxşı ailə ... | publikaz_normalized |
Bu gün “Tamstore” marketlər şəbəkəsi Bakının Keşlə qəsəbəsində 7-ci filialının açılışını edib. Bundan öncə marketlər şəbəkəsinin Nərimanov, Xocasən, Xətai, Sulutəpə, Sumqayıt və Biləcəri filiallarının açılışı olmuşdu. “Tamstore” marketlər şəbəkəsi tam uyğun qiymət, tam təzə məhsul, tam xidmət və tam keyfiyyət fəlsəfəsi... | publikaz_normalized |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik: - Qüdrət bəy, hərbçilərin 20 il xidmətdən sonra dövlət tərəfindən mənzillə təmin olunmasına dair hüquqlarının ləğv olunmasına və həmin müddətin 25 ilə qə... | publikaz_normalized |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopyedə İsveçrədən olan həmkarı İgnazio Cassis ilə görüşüb. Görüş ATƏT XİN başçıları Şurasının toplantısı çərçivəsində keçirilib. | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında təlim keçirilib. Bildirilib ki, təlimin mövzusu vaqonlar parkında baş vermiş şərti yanğın... | publikaz_normalized |
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub. Şamaxı" səfərdə "Zaqatala"nı 1:0 hesabı ilə üstələyib. Komanda 1/8 finalda "Səbail"lə üz-üzə gələcək. Digər görüşdə isə "İmişli" evdə "Mingəçevir"i eyni hesabla məğlubiyyətə uğradıb. I Liqa təmsilçisi növbəti raundda "Qəbələ"yə rəqib olub. Daha əvv... | publikaz_normalized |
Avro Bölgəsində İstehlak Qiymətləri İndeksi (TÜFE) noyabr ayında illik bazda yüzdə 2,4 olaraq açıqlanıb. Məlumatlara görə, oktyabrda yüzdə 2,9 olan illik inflyasiya noyabrda yüzdə 2,4 olaraq müəyyən edilib. İnflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, ən yüksək illik inflyasiya yüzdə 6,9 ilə qida, spirt və tütün ... | publikaz_normalized |
Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur". Bildirilib ki, milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır. Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, y... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.