text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
11 nəfər öldü, 22 nəfər itkin düşdü":"İndoneziyada Marapi yanardağında vulkanının püskürməsi nəticəsində ən azı 11 alpinist həlak olub, 22 alpinist isə itkin düşüb. Axtarış sözçüsü Codi Haryavanın sözlərinə görə, 2,891 m yüksəklikdə yerləşən yanardağa dırmanan 75 nəfərin bir çoxu yanıq xəsarətləri ilə xəstəxanaya yerlə...
publikaz_normalized
Keçən həftə Balakən rayonunda baş verən ağır yol qəzasında vəfat edən 26 yaşlı Günay İsmayılova barəsində yeni məlumatlar yayılıb. O, hadisə baş verərkən Bakıdan yaxınlarının yaşadığı rayona gedibmiş. Qeyd edək ki, rayonun Şambul kənd inzibati ərazisində “Mercedes” markalı avtomobillərin toqquşduğu hadisədə Günayla yan...
publikaz_normalized
külli miqdarda vəsaitlə...":"Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevlə bağlı sensasiya sayıla biləcək məlumat yayılıb. Onun hər dəfə külli miqdarda vəsaiti “xərcləmək üçün” apardığı ildirilsə də, səfərlər arasında intervalın çox sıx olması general-polkovnikin ölkədən vəsa...
publikaz_normalized
İngiltərə Premyer Liqasının 14-cü turunda "Mançester Siti" "Tottenhem"lə 3:3 hesablı heç-heçə edib. “Yaxşı oyun oldu və ən vacibi də budur. Liverpul"la oyunda olduğu kimi, bu gün həqiqətən yaxşı komanda və yaxşı məşqçiyə qarşı bütün aspektlərdə inanılmaz bir performans göstərdiyimizi hiss etdim. Çoxlu şanslar yaratdıq,...
publikaz_normalized
Ukrayna ordusuna dəstək verdiyi və Rusiya hakimiyyətini tənqid etdiyi üçün Rusiyada xarici agent kimi tanınan rusiyalı komediya aktyoru Maksim Qalkin Türkiyədə korporativ tədbirdə çıxış etmək üçün 100 min avro alır. Deyilənə görə, pranker Qalkinin meneceri Elvira Mokroborodovaya zəng edərək sənətçinin Türkiyədə çıxışın...
publikaz_normalized
Bakteriofaq preparatları antibiotikləri əvəz edə bilər. O, bildirib ki, hər il dünyada 700 min insan antibiotiklərə davamlı infeksiyalardan ölür və heç bir tədbir görülməsə, 2050-ci ilə qədər bu rəqəm 10 milyona çatacaq. O, bakteriyaların təxminən üç milyard yaşında olduğunu izah edib. XX əsrin 60-cı illərində metisili...
publikaz_normalized
İstanbulda güclü zəlzələ olub. Zəlzələnin episentri Mərmərə dənizinin Gəmlik körfəzidir. Zəlzələ təxminən 9 kilometr dərinlikdə qeydə alınıb. xxx" "İstanbul ətrafında baş verən zəlzələ ilə bağlı ilk açıqlama Bursa valisindən gəlib. “Bursanın Mudanya mahalı sahilindən 4,73 kilometr aralıda olan zəlzələnin dəniz səthinin...
publikaz_normalized
Dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 nəfər hərbi qulluqçumuzun dəm qazından zəhərlənərək ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, hadisə rayonun “PMK-23” adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, dördmərtəbəli yaşayış binasında kirayədə yaşayan Ne...
publikaz_normalized
“Bəyi “prokat” adlandıranlara...”":"Qalmaqalla tanınan model Razi Əliyeva (Raziyyat) Nicat adlı bəyə ərə gedib. Pərvin bildirib ki, Nicat Razini uşaqlıqdan sevib, lakin eşqini modelin keçmiş sevgilisi ilə yaşadığı qalmaqaldan sonra etiraf edib: “Razi və Nicatın tanışlıqları və evlilikləri haqda çox da məlumatım yoxdur....
publikaz_normalized
Hərbi xidmətin iki ilədək uzadılmasına ehtiyac yoxdur. Bu barədə “Gazeta.ru” nəşri yazıb. Millət vəkilinin sözlərinə görə, gənclər bir il ərzində hərbi ixtisasa tam yiyələnirlər. İkinci ildə o, milli iqtisadiyyata fayda vermək əvəzinə, hökumətin yeməklərini yeyərək sadəcə vaxt itirəcək", - Kartapolov deyib. O həmçinin ...
publikaz_normalized
Rusiya Dövlət Duması xəstələrini abortdan çəkindirən həkimlərə əlavə maaş verməyi təklif edib. Abort prosedurlarının sayını azaltmağın ən effektiv yolu ilə bağlı sualı cavablandıran siyasətçi regionlarda tətbiq edilən təşəbbüsləri xatırladıb, lakin özünün “fərqli yol tutduğunu” vurğulayıb. “Qadını abortdan çəkindirən h...
publikaz_normalized
Onunla görüşməmişəm - FOTOLAR":"Qanalı model Asanteva Çitti "Real"ın ulduz futbolçusu Cud Bellinqemlə sevgili olmasıyla bağlı yayılan informasiyalara münasibət bildirib. Açıq şəkildə bildirmək istəyirəm ki, Bellinqem ilə münasibətimlə bağlı şayiələr doğru deyil. Hazırda başqa bir insanla xoşbəxt münasibətdəyəm. Kaş ki,...
publikaz_normalized
Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ şagirdlərin təhlükəsizliyidir". Onun sözlərinə görə, qızılcaya yoluxanların sayı ayrı-ayrı məktəblərdə tək-tükdür: Başa düşməliyik ki, indiki vəziyyət valideynlərin 8-...
publikaz_normalized
Dekabrın 4-də saat 02:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin N saylı hərbi qulluqçusu güllə yarası alıb. Hərbçinin vəziyyəti stabil və ağır qiymətləndirilir. Hazırda onun həyatı üçün təhlükə yoxdur. Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.
publikaz_normalized
Mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir". Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, dünya ölkələrinin Azərbaycandakı mina problemi ilə məlumatlandırılması beynəlxalq...
publikaz_normalized
Aparıcı Xoşqədəm Hidayətqızı müğənni həyat yoldaşı Doğuşla boşanma xəbərlərinə reaksiya verib. Bizim boşanma xəbərimiz yayıldı. Şərhləri oxuyurdum, hamı nələr yazırdı. Allah heç bir ailəyə ayrılıq qismət etməsin. Amma oturub düşündüm ki, boşanan bir mən idim? Heç bir xanım istəməz ki, yuvası dağılısın. Bütün xanımlar x...
publikaz_normalized
Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclü olacaq. Atmosfer təzyiqi 761 mm...
publikaz_normalized
Böyük və dağıdıcı zəlzələ gözləyirik - EKSKLÜZİV":"13:11" "Türkiyədə 5.1 bal gücündə zəlzələ olduğu barədə xəbər vermişdik. Türkiyənin Fövqəladə Halların İdarəolunması Mərkəzindən (AFAD) bildirilib ki, təbii fəlakət Marmara dənizində qeydə alınıb. Zəlzələ həm Bursa, həm də İstanbulda hiss edilib. "Zəlzələ ilə bağlı tür...
publikaz_normalized
Azyaşlı polisi belə təhqir edir - VİDEO":"Qəbələdə polisə qarşı müqavimət göstərən şəxslərin həbsi, o cümlədən yeniyetməyə zor tətbiq edən polisin daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı insidentin bəzi təfərrüatı ortaya çıxıb. Bildirilib ki, hadisə baş verən gün – dekabrın 2-də Vəndəm qəsəbəsində yerləşən ...
publikaz_normalized
Komanda pis oynayır, ona görə də...":"Barselona"nın baş məşqçisi Xavi qovulacağı barədə yayılan şayiələr barədə fikirlərini bölüşüb. “Mövqeyimin təhlükə altında olduğunu heç vaxt hiss etməmişəm. Mən xoşbəxtəm, prezidentin və Dekonun etimadına sahibəm. Əminəm ki, bu mövsüm çox yaxşı keçəcək. Komanda pis oynayır, ona gör...
publikaz_normalized
Onun transferinə görə":"Real" növbəti mövsüm üçün ehtiyat qapıçı axtarışına başlayıb. İtaliyalı mütəxəssis “Los Blankos”un rəhbərliyini Kepanın tamhüquqlu transferinə inandırmaq niyyətindədir. Buna görə o, ukraynalı qapıçı Andrey Lunini başqa kluba buraxmağa hazırdır.
publikaz_normalized
Prezident İlham Əliyev Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. Azərbaycan Respublikasının Nazirlər Kabi...
publikaz_normalized
2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib. Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. S...
publikaz_normalized
Dünən Los-Ancelesdəki Kinematoqrafiya Akademiyası Muzeyində qala-konsert keçirilib. Artıq üçüncü ildir ki, bu tədbir Nyu-York Met Qala və Oskar mükafatları ilə birlikdə ABŞ-ın mədəni həyatında əlamətdar hadisəyə çevrilir. Gecədə namizədlərə ən yaxşı film obrazına görə, "İkon Mükafatı", filmdə ən yaxşı yaradıcılığına gö...
publikaz_normalized
Beli incə, ombaları böyük...":"Şou-biznesdə aləm bir-birinə qarışıb. Bilmirsən ki, müğənni kimdir... Hamısı üzdən bir-birilərinə oxşayır. Bəzən də səslərini belə tanımırsan. Hamı eyni janr və tərzdə oxuyur. Adları da şəxsiyyət vəsiqələrində olan adlar deyil. Hərə özünə bir təxəllüs götürüb. Saçı uzun Suray xanım, beli ...
publikaz_normalized
Bu məsələni müzakirə edəcəklər":"Rusiya telekanallarının Ermənistandakı fəaliyyəti bu il dekabrın ortalarında Moskva və İrəvan tərəfindən müzakirə olunacaq. Qurum rəsmisinin sözlərinə görə, departament Rusiya tərəfinə daha əvvəl razılaşmalar əldə edilmiş ölkələr arasında kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq mə...
publikaz_normalized
Qubernator bildirib ki, Zavadski Şimal Hərbi Dairəsindəki döyüş postunda həlak olub. Rayon rəhbəri generalın ailəsinə, dostlarına və həmkarlarına başsağlığı verib. Qeyd edək ki, Zavadski 2018-2021-ci illərdə Moskva vilayətində yerləşən Kantemirovskaya Mühafizə Tank Diviziyasına komandirlik edib. Ölümünə qədər Zavadski ...
publikaz_normalized
Azərbaycan Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilib. Fərmanla “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsind...
publikaz_normalized
Fələstinə görə":"Amerikalı aktrisa Syuzan Sarandon İsrailin Fələstinə olan hücumlarına reaksiya verib. Aktrisanın bu addımlarla Hollivudda etirazla qarşılanıb və 2014-cü ildən işlədiyi idarəçilik agentliyi ilə yollarını ayırıb. "Amma Hollivud qadağası ilə üzləşcəyini görən aktrisa üzr istəmək məcburiyyətində qalıb. “Mü...
publikaz_normalized
Laçın rayonunda 4 avtomat, 5 tapança aşkarlanıb. Rayon Polis Ṣöbəsinin əməkdaşları keçirdikləri tədbirlər zamanı 4 avtomat, 5 tapança, 1 karabin və digər sursatlar aşkar edərək götürüb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Noyabr ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 38 nəfər saxlanılıb, оnların 18-i Azərbaycan, 10-u Pakistan, 5-i İran 1-i Şri-Lanka, 1-i Tacikistan, 1-i Əlcəzair, 1-i Hindistan və 1-i Nigeriya vətəndaşı оlub. Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü ilin noyabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin...
publikaz_normalized
O dəhşət daha tez gələcək":"Əsrin sonunda proqnozlaşdırılan həddindən artıq isti və quraqlığın araşdırmalar nəticəsində daha tez gələcəyi ehtimalı elm adamlarının narahatlığına səbəb olub. Mütəxəssislər, 2050-2075-ci illər arasında Avropada iki illik həddindən artıq istilərin və beş il ərzində böyük quraqlığın olacağı ...
publikaz_normalized
“Coffee`N Joy” Bakı İnnovasiya Forumunda tərəfdaş kimi iştirak edib. Qəhvəsevərlərin seçimi olan marka, 220-dən çox iştirakçının qatıldığı forumda hər kəsi ləzzətli çeşidlərinə qonaq edib. Qeyd edək ki, Bakı İnnovasiya Forumunda təcrübəli spikerlər tərəfindən hər ötən gün aktuallığını artıran innovasiya sferasında xüsu...
publikaz_normalized
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 387 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Bildirilib ki, ölkədən çıxışı qadağan olunan 408 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 24 nəfərin Azərbaycan Respublikasına daxil o...
publikaz_normalized
Biləsuvar rayonunda 2003-cü il təvəllüdlü Nəsimi həmkəndlisi, yetkinlik yaşına çatmayan Kəmaləyə (adlar şərti verilib – red.) Nəsimi orada Kəmalə ilə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub. Daha sonra ona qarşı seksual xarakterli digər hərəkətlər edib. İstintaq orqanı tərəfindən Nəsiminin barəsində Cinayət Məcəl...
publikaz_normalized
Bəzi sosial şəbəkə səhifələrində Bakı şəhərində inşası aparılan çoxmərtəbəli yaşayış binasının monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığının 10 sm və örtük tavasının alt və üst torlarına aid armaturların diametrinin 8 mm olmasının iddia edildiyi video yayılıb. Qeyd olunan məsələ ilə bağlı bildiririk ki, Bakı şəhər...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, dünən İstanbulda "Altın Kelebek" mükafatlarının təqdimetmə mərasimi baş tutub. Artıq qırmızı xalı keçidlərində ulduzların çoxunun qara və ağ libaslara üstünlük verməsinə öyrəşmişik. Dünənki mərasim də istisna olmayıb. Serenay Sarıkaya, Hafsanur Sancaktutan, İrem Derici, Ersa Erol, Afra Saraçoğlu,...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında dekabrın 5-i axşamdan 6-s...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Ahmad Kamrizamil Bin Mohd Rza Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abd...
publikaz_normalized
Cud Bellinqem "Real"ın yeni ulduzudur. Bu mövsüm sərgilədiyi oyunla Madrid klubunun liderlərindən birinə çevrilib. Nəzərə alaq ki, onun cəmi 20 yaşı var. Ona görə də bu uğurunu fantastik adlandırmaq olar. Cud anası Denisi "kraliça" adlandırır. Onun uğurlarında böyük təsiri olduğunu qeyd edir. Daily Mail" ilə müsahibəsi...
publikaz_normalized
İraq administrasiyası 26 il sonra 2024-cü ilin noyabrında vətəndaşlara etnik mənsubiyyəti və məzhəbi ilə bağlı suallar vermədən ümumi siyahıyaalma aparacaq. İraq hökuməti gələn ilki siyahıyaalmaya etnik mənsubiyyət və məzhəblə bağlı sualları daxil etməmək qərarına gəlib. Çünki bu, cəmiyyətdə parçalanmaya səbəb ola bilə...
publikaz_normalized
Vecimə də deyil, qoy, paxıllıqdan ölsünlər":"Getsinlər 50 yaşdan sonra soyunub lütdənənlərdən yazsınlar". "Meyxanaçı bu şəkillərin yeni kliplərindən olduğunu vurğulayıb: Bu, bizim həm klipimizin çəkilişi, həm də fotosessiyamızdır. Hələ iki məkanda çəkiliş işlərimiz qalıb, onlar da yekunlaşan kimi klip tamaşaçılarımıza ...
publikaz_normalized
Rusiyanı məhkəməyə verməyəcək":"Ermənistan hakimiyyəti əvvəllər haqqı ödənilən silahların tədarükü ilə bağlı Rusiyaya qarşı iddia qaldırmaqdan imtina edib. “Silahların tədarükü olmayıb, lakin buna görə məhkəməyə müraciət etməyəcəyik”, - deyə respublikanın müdafiə nazirinin müavini Hraçya Sarkisyan brifinqdə bildirib. S...
publikaz_normalized
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankeri təmir olunaraq istismara qaytarılıb. Məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqlar...
publikaz_normalized
ABŞ-nin Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubaya casusluq etdiyi ittihamı ilə Mayamidə saxlanılıb. Səlahiyyətlilər istintaq zamanı ABŞ-nin Boliviyadakı keçmiş səfiri 73 yaşlı Roçanın saxlanıldığını bildirib. Bildirilib ki, Roça ABŞ Ədliyyə Nazirliyi tərəfindən “Kubanın maraqlarına xidmət etməkdə” ittiham olunub. M...
publikaz_normalized
Yalı çapkını" serialındakı "Ferit" obrazı ilə məhşurlaşan aktyor Mert Ramazan Demir xəstəxanaya yerləşdirilib. Mert Ramazan Demir dünən axşam təşkil edilən "Altın Kelebek" mükafatlarına qatıla bilməyib. Serialın prodüseri aktyorun səhətində problem olduğunu açıqlayıb.
publikaz_normalized
Durumu ağırdır":"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen şiddətli bel ağrıları yaşamağa davam edir. AS nəşrinin məlumatına görə, almaniyalı qolkiperin vəziyyəti getdikcə pisləşir. Klubun tibbi heyəti təcili olaraq problemin həll yolunu axtarmağa başlayıb. Mənbənin sözlərinə görə, bütün tərəflərin razılaşacağı bir ...
publikaz_normalized
Oskarı məhv edən axmaq":"ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Gotham mükafatı mərasimində onu tənqid edən dünya şöhrətli aktyor və prodüser Robert De Niroya cavab verib. “De Niro başqalarının həyatına deyil, öz həyatına diqqət etməlidir. O, tam uduzmuş adama çevrilib, dünya isə baxır,...
publikaz_normalized
Moskvada 23 ildən çox işləmiş arxiyepiskop Ezras özünü keşiş kimi təqdim edib və bu ad altında Rusiyada reketçiliklə məşğul olan güclü cinayətkar mafiya yaratmağı bacarıb. Gəlin 1996-cı ildə inşasına başlanan, lakin nədənsə 2013-cü ildə başa çatdırılan erməni məbədi kompleksinin tikintisindəki kütləvi fırıldaqlardan ba...
publikaz_normalized
Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Zaur Əliyev vəzifəsindən azad edilib. Həmin vəzifəyə hələlik təyinat olmayıb. Məlumatı Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər. Qeyd edək ki, Z.Əliyev sabiq nazir Mədət Quliyevin 2019-cu ildə imzaladığı əmrlə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu. Xatırl...
publikaz_normalized
Türk Dünyasının ilk Yumor Festivalı keçirildi":"Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində ilk dəfə Türk Dünyasının Yumor Festivalı təşkil olunub. TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov çıxış edərək bildirib ki, Türk Dünyasının Yumor Festivalı ilk dəfədir keçirilir. Festivalın məhz Azərbaycand...
publikaz_normalized
Məşhur aparıcı Hasan Can Sinan Özedincik və Merve Yurtyapanın təqdimatı ilə yayımlanan "Biz Bizə" verilişinin qonağı olub. Verilişində etdiyi zarafatlardan danışan məşhur gülüş ustası bildirib ki, insanları incitmədən güldürməyə çalışır. Verilişdə çox şey deyirsən, sənə heç kim əsəbiləşmir. İntellektual zarafat edəndə ...
publikaz_normalized
Tottenhem"in hücumçusu Son Hın-Min İngiltərə Premyer Liqası tarixində 4 müxtəlif mövcud çempiona qol vuran ilk oyunçu olub. Cənubi koreyalı forvard “Liverpul”, “Çelsi” və “Lester”ə qarşı matçlarda qol vurmağı bacarırıb. Bu komandaların hamısı koreyalıların onlara qarşı qol vurduğu dövrlərdə mövcud çempionlar olub. Bu m...
publikaz_normalized
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Z.Sırakaya YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşəcək. Görüş zamanı iki ölkənin hakim partiyaları arasında...
publikaz_normalized
İşğaldır":"ABŞ-a məxsus "USS Giffords" hərbi gəmisi icazəsiz Çin ərazi sularına daxil olub". Polkovnik Tian Jun bunu işğal adlandırıb, bildirib ki, “USS Giffords” sahil döyüş gəmisi dekabrın 4-də Çin hökumətinin icazəsi olmadan dəniz sərhədini qanunsuz pozub. Çin Xalq Azadlıq Ordusunun Cənub Komandanlığının mütəşəkkil ...
publikaz_normalized
Valeri Meladzenin vergi xidmətinə 1,7 milyon rubl (təxminən 19 min dollar) borcu olduğu üzə çıxıb. Kanalda qeyd edilib ki, müğənninin bu yaxınlara qədər 275 min rubl borcu olsa da, dekabrın əvvəlində bu borc 1,7 milyon rubla yüksəlib. Kanal əlavə edib ki, bu, ulduzun çıxışlarının yüksək qiymətləri ilə bağlı ola bilər. ...
publikaz_normalized
“The Vaşinqton Post” qəzeti bir neçə gün öncə Azərbaycana qarşı klassik qərəzini yenidən səhifələrinə çıxardı. Qəzet iddia edir ki, “Azərbaycanda jurnalistlər həbs edilib, buna səbəb korrupsiya faktları haqda həqiqəti çatdırmalarıdır”. Məqaləyə diqqət etdikdə ilkin təəssürat yaranır ki, okeanın o tayında “azad söz” çar...
publikaz_normalized
Son günlərin aktual mövzularından biri də şəxsi istehlak üçün rüsum ödəmədən xaricdən aylıq 300 dollaradək sifariş məbləğinin 2 dəfə azaldılacağı ilə bağlıdır. “Bu limitlər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Sonununcu dəfə, 2020-ci il avqustunda gömrük limitinin məbləği 1000 dollardan 300 dollara endirildi...
publikaz_normalized
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 8 dekabr 2023-cü il tarixində Xızı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək", - nazirlikdən bildirilib.
publikaz_normalized
Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə Laos Xalq Demokratik Respublikasının Prezidenti Thongloun Sisoulithə Prezident İlham Əliyevin təbrikini çatdırıb. “Prezident İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının prezidenti Thongloun Sisoulithə milli bayramı...
publikaz_normalized
Ümidləri ona qalıb":"Nyukasl" ispaniyalı qapıçı David de Xeanı transfer etməyi düşünür. Sağsağanlar" çiynindəki zədə səbəbindən 4-5 ay yaşıl meydanlar uzaq qalması gözlənilən Nik Popa əvəzləyici axtarır. İngiltərə millisinin üzvünün komandadakı alternativləri Martin Dubravka, Loris Karius və Mark Qillispidir. Lakin məş...
publikaz_normalized
Pulqabıları dolub-daşacaq":"Gələn il pulsuzluq dərdi çəkməyəcək, maddi problemlərdən uzaq yaşayacaq bürclər bəlli olub. Siyahıya Şir bürcü liderlik edir. Uzun müddətdir maddi çətinlik yaşayan Şirlər 2024-cü ildə çox çalışıb qısa müddətdə zəhmətlərinin bəhrəsini alacaqlar. Ancaq şirlər üçün kiçik bir xəbərdarlıq var. Hə...
publikaz_normalized
Riyakar, ikiüzlü və qərəzli siyasət Fransanın hazırkı iqtidarının həyat tərzinə çevrilib. Rəsmi Paris xarici və daxili siyasətindəki uğursuzluqlardan dərs çıxarmaq istəmir, əksinə, dünyanın fərqli yerlərindəki keçmiş müstəmləkələrindən sürətlə təcrid olunmaqdadır. Bununla belə, Prezident Emmanuel Makron və onun hökumət...
publikaz_normalized
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir. General-polkovnik Z.Həsənov dekabrın 4-də "EDEX 2023" beynəlxalq müdafiə sərgisinin təntənəli açılış məras...
publikaz_normalized
Azərbaycan istehsalı hərbi təyinatlı vasitələr Misirdə "EDEX 2023" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilir. Bildirilib ki, müdafiə naziri Zakir Həsənov "EDEX 2023" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə, eləcə də Türkiyə Respublikasının "TUSAŞ",...
publikaz_normalized
Kirşəni yayda, Yeni İl şənliyi üçün geyimi isə bayramdan ən azı bir ay yarım əvvəl hazırlamaq lazımdır və bu, dəyişməz qızıl qaydadır. Yeni İl təlaşı başlamadan geyim haqqında ətraflı düşünmək imkanımız daha çoxdur. Ən asan seçim, əlbəttə ki, paltardır. Amma sual yaranır, hansı paltarı seçmək lazımdır? Birincisi, bu mö...
publikaz_normalized
Ümumiyyətlə danışmayın" - VİDEO":"Xalq artisti Röya Ayxan sənət yolunda yaşadığı çətinliklərdən danışıb. Ayxan deyib ki, indi çatdığı zirvəyə heç də asanlıqla gəlməyib: “Kimsə adımı çəkib bir söz deyəndə xətrimə çox dəyir. Danışanda da birinin sənətini unutmayın. Yaddan çıxarmayın ki, o sənətə necə gəldi, nə cür gəldi....
publikaz_normalized
İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində komandanın Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, həmçinin HDQ qərargahını və Heydər Əliyev adına Hərbi İnst...
publikaz_normalized
Gəncə şəhərində küçə itlərinin vurulmasını əks etdirən görüntülər yayılıb.
publikaz_normalized
Baş Prokurorluq uşaqların icbari dispanserizasiyası ilə bağlı qanuni nümayəndələrə xəbərdarlıq edib. Qeyd olunub ki, uşaqların icbari dispanserizasiyasının məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, əlilliyin, ölümün səviyyəsin...
publikaz_normalized
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Qəbələnin Vəndam qəsəbəsində polislə vətəndaş arasında baş verən insidentlə bağlı birgə məlumat yayıb. Qeyd edilib ki, dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində xidməti vəzifələrini icra edən polis əməkdaşlarına zor tətbiq olunmasına dair rayon prokurorluğuna məlumat da...
publikaz_normalized
Azərbaycan Ordusunun atəşi nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır. Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticə...
publikaz_normalized
Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Qeyd olunub ki, səfər zamanı onun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
publikaz_normalized
Pakistanın Bəlucistan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib. Bildirilib ki, Bəlucistan əyalətindən 160 kilometr cənub-qərbdə baş verən zəlzələ yerin 60 kilometr dərinliyində qeydə alınıb. Yerli vaxtla saat 17.19-da baş verən 5,5 bal gücündə zəlzələdə can itkisinin olub-olmadığı barədə açıqlama verilməyib.
publikaz_normalized
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Misir Ərəb Respublikasına səfəri davam edir. EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Z.Həsənov İtaliya Respublikasının "Leonardo" şirkətinin, eləcə də Misirin "ARMADA" və "AOI" şirkətlərinin stendlərində təqdim e...
publikaz_normalized
İşğaldan azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb. Məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 37 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 579 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 2575,9 hektar ərazi mina və PHS-lərdən t...
publikaz_normalized
Sabah Türkiyə və Ukrayna arasında regional məsələlər üzrə siyasi məsləhətləşmələr aparılacaq. “5 dekabr 2023-cü il tarixində Türkiyə Xarici İşlər Nazirinin müavini səfir Burak Akçapar və ukraynalı həmkarı Yevgeni Perebiynisin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli və regional məsələlərə dair siyasi mə...
publikaz_normalized
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir. Gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə bu istiqamətdə zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
publikaz_normalized
Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında memorandum imzalanacaq. Onun sözlərinə görə, partiyalar arasında əlaqələrin genişləndirilməsi qarşıda duran əsas məsələlərdən biridir: Bu əlaqələrin inkişaf etdirilməsi dövlətlər arasında əlaqələrin inkişafına da öz töhfəsini verir. Biz qısa zaman ərzində iş birliyi...
publikaz_normalized
Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsil...
publikaz_normalized
Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən COP-28 çərçivəsində dekabrın 4-də Ümumi Qadınlar Birliyinin sədri Şeyxa Fatimə Bint Mübarəkin himayəsi altında “Qadınlar tərəqqiyə liderlik edir: Su və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda panel iclas təşkil olunub. İclasda bildirilib ki, iştirakçılar BMT Baş Ass...
publikaz_normalized
iPhone üçün vatsapın yeni versiyası artıq media fayllarını orijinal ölçüsündə göndərməyə imkan verir. Belə ki, yenilik vatsapın iOS üçün 23.24.73 nömrəli versiyasında mümkündür. Yeni funksiya sayəsində istifadəçilər keyfiyyətini itirmədən foto və video faylları göndərə biləcəklər. Teleqramda tətbiq olunduğu kimi, əlavə...
publikaz_normalized
Buna etsəniz, ciddi nəticələri olacaq":"Türkiyə kəşfiyyatı İsraili Türkiyədə yaşayan HƏMAS üzvlərini təqib etməsinin “ciddi nəticələri” barədə xəbərdarlıq edib. İsrailin kəşfiyyat xidmətləri Qəzzada müharibə başa çatdıqdan sonra bütün dünyada Fələstin HƏMAS hərəkatının liderlərini məhv etməyə hazırlaşdığını bildirib. “...
publikaz_normalized
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Tural Əhmədov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. Bildirilib ki, Tural Əhmədov bundan öncə Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 5-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
publikaz_normalized
İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor ağ kostyumda fotosunu yayımlayıb. Döyüşçü fotoya “İrlandiya, sənin prezidentin” yazıb. Bundan əvvəl Makqreqor ölkə hakimiyyətini tənqid edib. O, bu şərhi miqrantın uşaqları olan yerli qadına hücumundan sonra Dublində baş verən iğtişaşlar fonunda dərc edib. Konor etirazçıları pi...
publikaz_normalized
70 gündən artıq müddətdə…":"Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir. Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ...
publikaz_normalized
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani arasında Dohada görüş olub. Qeyd edək ki, Ərdoğan Dohada Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu iclasında iştirak edəcək.
publikaz_normalized
Oğuzda bir ay əvvəl sirkə turşusu içən kişi xəstəxanada ölüb. Xatırladaq ki, 37 yaşlı Rəhman Hacıyev bu il noyabrın 6-da sirkə turşusu içib və xəstəxanaya yerləşdirilib. Onun sirkə turşusunu ehtiyatsızlıqdan içdiyi bildirilib.
publikaz_normalized
Müğənni Vəfa Şərifova iş adamı həyat yoldaşı Famil Xəlilovdan ayrılıb. O, Famillə rəsmi nikahda olmadığını bildirib: Nikahımız yox idi, kəbin kəsdirmişdik. Bu günə qədər düşünmədən heç bir addım atmamışam. Daha yaxşı yollar olsaydı, hər halda orada addımlayardım. Üç və ya dörd uşaqla da ayrılanlar var. Onun sevgisini, ...
publikaz_normalized
Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı iddianın əks olunduğu 4 dekabr 2023-cü il tarixli açıqlamasını qətiyyətlə rədd edirik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd edilən dezinformasiya xarakterli, iftira dolu iddianı ...
publikaz_normalized
Vergi borclarına dair sərəncamlar yeni qaydada tənzimlənəcək. Layihəyə əsasən, vergi orqanının vergi ödəyicisinin milli və xarici valyutada cari və digər hesablarında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğinin 105%-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamı ...
publikaz_normalized
Sloveniya və Ukrayna humanitar yardım çərçivəsində Kiyevə minatəmizləmə üçün 1,5 milyon avro ayırmaq barədə saziş imzalayıb. Müvafiq sənəd paytaxt Lyublyanada imzalanıb. Qeyd edək ki, vəsait Sloveniya tərəfindən qarşılıqsız ayrılır.
publikaz_normalized
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinin qollarını 7-ci dəqiqədə Hamidu Keyta, 64-cü dəqiqədə Nəriman Axundzadə, 90+2-ci dəqiqədə Juninyo Olavio vurub. Xallarının sayını 32-yə çatdıran "Qarabağ" liderliyini möhkəmlə...
publikaz_normalized
Şuşa şəhərində inşa edilən yaşayış kompleksində tikinti işləri yekunlaşdırılır. Qeyd edilib ki, yaşayış kompleksində ümumilikdə 23 bina inşa edilir. Burada ümumilikdə 450 ailənin məskunlaşması nəzərdə tutulur. Mənzillər sakinlərə tam təmirli şəkildə təhvil veriləcək.
publikaz_normalized
Bu gün xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın 73 yaşı tamam olur. Kamal Abdulla müstəqil Azərbaycan tarixində ilk şəxsdir ki, həm AMEA-nın həqiqi üzvü, həm də xalq yazıçısıdır. Kamal Abdulla görkəmli dilçi və türkoloq alim, akademik Ağamusa Axundovun qayınıdır. Kamal Abdulla...
publikaz_normalized
Səviyyə fərqini danmaq olmaz":"“Qəbələ” Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Qarabağ”a 0:3 hesabı ilə məğlub olub. – Bizim üçün ağır oyun alındı. İstədiyimizi meydanda göstərməyə rəqib imkan vermədi. Komandamdan daha çox dinamika gözləyirdim. Amma yenə qol epizodlarımız oldu. Hesab 1:0 olanda, epizodları...
publikaz_normalized
Rusiya Prezidenti Vladimir Putin BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək. O, səfərin işgüzar xarakteri daşıyacağını bildirib. Ümid edirəm ki, faydalı danışıqlar olacaq. Biz bunu son dərəcə mühüm hesab edirik", - Uşakov vurğulayıb. Səfərin bu həftə baş tutacağı gözlənilir.
publikaz_normalized
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Asiya Çempionlar Liqasının qrup mərhələsinin altıncı turunda keçiriləcək “İstiqlol”la səfər matçında iştirak etməyəcək. Bu barədə Tacikistan mediası məlumat yayıb. “Əl-Nəsr” turnirin pley-off mərhələsinə erkən yüksəlib və qrupda birinci yeri təmin edib. Buna görə Ronaldoya istira...
publikaz_normalized
Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının gəlini, ABŞ-a köç edən ilk azərbaycanlı ailələrdən birinin övladı olan Solmaz Əlizadə vəfat edib. O, 2022-ci ildə Prezident İlham Əliyevin təsis etdiyi "Diaspor fəaliyyətində xidmətlərə görə" med...
publikaz_normalized