text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Süni örtük amili də öz rolunu oynadı. İki gün əvvəl “Neftçi” ilə derbi oyunu keçirmişdik, yorğunluq da var idi. Amma şükürlər olsun ki, qalib gəldik. Bu haqda fikrim necə ola bilər? Azərbaycanlı kimi qüruruverici hisslər keçirirəm. Sevinirəm ki, bu tarixin bir parçasıyam. Ölkə başçısına təşəkkür edirəm. Şəhidlərimizə A...
publikaz_normalized
Həftənin sayca 4-cü “Açıq mikrofon” aksiyası Saatlı rayonunda baş tutub. Aksiya keçirilən kəndin sakinlərindən 6 nəfər mikrofon önünə çıxıb. Abonentlərin müraciətləri qazın təzyiqinin bəzi hallarda zəif olmasından, qaz sayğacının dövri yoxlamadan keçirilməsindən və debitor borcun araşdırılmasından ibarət olub. Saatlı r...
publikaz_normalized
Azərbaycanda tələbə vəfat edib. Bildirilib ki, Nicat səhhəti ilə əlaqədar ötən ildən – III kursdan təhsilini dayandırmışdı. Qeyd edək ki, Nicat Sadıqov 6 aprel 1998-ci ildə Bərdə rayonunda anadan olub, 2018-ci ildə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecini bitirərək, subbakalavr kimi Azərbaycan Texnologiya Univer...
publikaz_normalized
21 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Ulu...
publikaz_normalized
Burada ilk mətbuat konfransımdır. Neçə illər hamı bunu həsrətlə gözləyirdi. Başda cənab prezident olmaqla ordumuza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların qəhrəmanlıqlarının sayəsində buradayıq. Bütün xalqımıza həmişə sağlam və xoşbəxt olmağı arzulayıram. Oyuna gəldikdə, mə...
publikaz_normalized
Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov Danimarka parlamentinin Xarici əlaqələr komitəsinin sədri Liz Bek və sədr müavini Per Husted ilə görüşüb. Görüş zamanı habelə, geniş potensiala malik Azərbaycan və Danimarka arasında əlaqələrin, xüsusilə də parlamentlərarası əməkdaşlığın inkişa...
publikaz_normalized
sağlamlığınızla bağlı...":"Azərbaycanda 2020-ci ildən icbari tibbi sığorta sistemi tətbiq olunur. Eyni zamanda, fərqli sağlamlıq sığortası modelləri də hazırlanır. Bunlar tamamlanmış sağlamlıq sığortası və özəl tibbi sığorta modelləridir. Bunların nəticəsində qarşılıqlı memorandumlar əsasında Türkiyə vətəndaşları üçün ...
publikaz_normalized
Yeni il tətili günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bildirilir ki, qatarla səfərlərə tələbatın artacağı bir vaxtda müştəri məmnuniyyətini təmin etmək məqsədilə Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə qatarlar təyin ...
publikaz_normalized
Əməkdar artist, tanınmış bəstəkar Cavanşir Quliyev fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyib. Növbədənkənar (prezident) seçkilərinin keçirilməsinin səbəbini bilmirəm. Amma mən 100 faiz əminəm ki, Azərbaycan xalqı Prezident İlh...
publikaz_normalized
Bu yaxınlarda Azərbaycan ərazisində Fransa səfirliyinin kəşfiyyat şəbəkəsi aşkarlanıb. Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir dairəsini genişləndirib. Məlumatlı mənbələrin xəbərinə görə, bu istiqamətdə araşdırma bi...
publikaz_normalized
Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə rayon məlumat daxil olub. Araşdırmalarla 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mühasizə zamanı kəsici-deşici al...
publikaz_normalized
qohumunu güllələdi, sonra özü... - YENİLƏNDİ":"Dekabrın 21-də saat 18:30 radələrində Şamaxı rayon sakini 1979-cu il təvəllüdlü Rəfail Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Saday Manafov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Faktla bağlı rayon prokurorlu...
publikaz_normalized
Vaşinqton təhlükəsizliyi öz üzərinə götürdü":"Amerika Birləşmiş Ştatlarının Nüvə Tənzimləmə Komissiyası (NRC) və Ukraynanın Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq memorandumu imzalayıb. Kiyev adından memorandumu Ukraynanın nüvə və radiasiya təhlükəsizliyi...
publikaz_normalized
sürücülər əlavə ödəniş edəcəklər":"“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib. Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dö...
publikaz_normalized
Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub. Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə bakalavr, Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib, siyasi elmlər üzrə fəlsəfə doktorudur. Tural Əliyev 2013-cü ildən Azərbay...
publikaz_normalized
ölənlərin sayı artdı - VİDEO/YENİLƏNDİ":"Praqanın mərkəzindəki Karlov Universitetində baş verən atışma qurbanlarının sayı hazırda 15 nəfəri keçib. Bu faciəli hadisə nəticəsində 15-dən çox insanın həlak olduğunu biliririk. Ən azı 24 nəfər yaralanıb", - deyə Çexiya polisinin rəhbəri Martin Vondraşek bildirib. " "xxx" "20...
publikaz_normalized
saat 21:00-dan etibarən...":"İnternet şəbəkəsi infrastrukturunda profilaktik işlərin görülməsi planlaşdırılır. Bildirilib ki, bu səbəbdən həmin müddət ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyət üçün açıq olan bütün resurslarının, veb-səhifənin, elektron poçt və VPN xidmətlərinin, həmçinin ödəniş sist...
publikaz_normalized
1/4 finalın bütün cütləri müəyyənləşdi":"Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib. 1/4 finalın ən maraqlı cütlüyündə “Sabah” və “Qarabağ” komandaları yarımfinala vəsiqə uğrunda bir-biriləri ilə qarşılaşacaqlar. Azərbaycan Kuboku" "1/4 final “Səbail” – “Zirə” “Araz-Naxçıvan” – “...
publikaz_normalized
Dünyada ən gəlirli səhmlər Cənubi Koreyanın katod istehsalçısı "Ecopro Co" şirkətinin ilin əvvəlindən 571 faiz bahalaşan səhmləridir. Siyahıda ikinci yerdə elektromobil akkumulyatorları üçün komponentlər istehsal edən Cənubi Koreyanın "Kum Yang Co" şirkətinin səhmləri qərarlaşıb. 2023-cü ilin əvvəlindən şirkətin qiymət...
publikaz_normalized
Biz İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması imkanını alqışlayırıq". Türkiyə iki ölkə arasında etimadı artıran qəbul edilən konkret addımlardan məmnuniyyət duyur, sülh sazişinin ən qısa zamanda imzalanacağına ümid edir", - nazir deyib.
publikaz_normalized
Bildirilib ki, zəlzələ 52.2 km dərinlikdə olub. Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.
publikaz_normalized
Bakıda inzibati binada yanğın olub. Yüksək temperaturdan binaya bitişik, ümumi sahəsi 220 m² olan ikimərtəbəli evin xarici divari 10 m² sahədə qarsalanıb. Binanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Cavan qızlar universitetə ​​"çırıl-çılpaq" gəlirlər" - VİDEO":"“Biz bu yaxınlarda universitetdə çəkiliş edirdik. Hansı universitetdir, adını hallandırmayacam. Mən məəttəl qaldım, cavan qızlar "çırıl-çılpaq" dərsə gəlirdi”. O, bəzi tələbə qızların geyim tərzlərini tənqid edib: “Hətta biri lap irəli getmişdi, əlində nəsə...
publikaz_normalized
Rusiya səfiri Özbəkistan XİN-ə çağırıldı - FOTO":"Rusiya səfiri Oleq Malqinov "Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət naminə" siyasi partiyasının həmsədri, yazıçı Zaxar Prilepinin açıqlamalarına görə Özbəkistan Xarici İşlər Nazirliyinə çağırılıb. 21 dekabr 2023-cü il tarixində Rusiya Federasiyasının fövqəladə və sə...
publikaz_normalized
Bu günədək Qəzzadan Türkiyəyə 1 149 nəfər təxliyə edilib. Təxliyəsini gözləyən digər vətəndaşlarımızı da yaxın günlərdə təhlükəsiz şəkildə ölkəmizə gətirməyi hədəfləyirik. Nazir qeyd edib ki, Türkiyədə ölkə maraqlarına əsaslanaraq həyata keçirilən müstəqil xarici siyasət dövləti beynəlxalq gündəmi müəyyən edən və yerlə...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, bu gün Xankəndi şəhərində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında futbol matçı keçirilib. Bu zaman ölkə rəhbərliyi ilə şəhid övladlarının olduqca səmimi anları lentə alınıb. Həmin fotoları təqdim edirik:
publikaz_normalized
İrəvan, Zəngəzur və Göyçə danışıqlar masasına çıxarılır - VİDEO":"Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. Qeyd olunur ki, Qarabağ münaqişəsinin həll edildiyi və Ermənistanla sülh sazişinin gündəmə gəldiyi vaxt ermənilərə “bağışlanmış” ərazilərimizin qaytarılması imkanı yaranı...
publikaz_normalized
cavanlaşan keçmiş ər yeni gözəl sevgilisi ilə üzə çıxdı - FOTO":"Bred Pittin zərgərlik dizayneri İnes de Ramon ilə romantikası Bredin Ancelina Colidən boşandıqdan sonra ilk real münasibətidir. Cütlük bir ildir ki, birlikdədir. İlk dəfə paparazzilər 2022-ci ilin noyabrında konsertlərin birindən Pittlə Ramonun birlikdə f...
publikaz_normalized
Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib. Qeyd olunub ki, 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində səsvermə hüququndan istifadə üçün lazımi məlumatları səfirliyə təqdim etm...
publikaz_normalized
Hindistanda ibtidai sinif müəllimi sosial şəbəkədə populyarlıq naminə sinifə 1.5 metrlik ilan gətirib. Uttar-Pradeşdən olan Nişu adlı qadın video çəkib internetə yerləşdirmək üçün ilanla məktəbə gəlib. Bu yolla o, çoxlu baxış qazanacağına ümid edib. Sonra uşaqlardan da eyni şeyi etmələrini istəyib və fotoşəkillərini çə...
publikaz_normalized
Mədəniyyət Nazirliyində Azərbaycanın Xalq artisti, Rusiyanın məşhur teatr və kino rejissoru, teleaparıcı, ictimai xadim, əslən Bakıdan olan Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib. Xatırladaq ki, Yuli Qusman Prezident İlham Əliyevin 7 avqust 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasi...
publikaz_normalized
Ukrayna ilə sərhəddə də...":"Moskvada Yeni il və Milad bayramlarında atəşfəşanlıq planlaşdırılmır. Moskvada Yeni il və Milad bayramı üçün atəşfəşanlıq təşkil etmək planı yoxdur", - agentliyin həmsöhbəti qeyd edib. 2022-ci ildə də paytaxtda atəşfəşanlıqdan imtina edilib. Qərar "Active Citizen" portalında səsvermədən son...
publikaz_normalized
Rusiyada Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun şərəfinə xatirə lövhəsi ucaldılıb. Azərbaycanın mərd oğlu, Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun şərəfinə ucaldılmış xatirə lövhəsinin açılışı olub. Starorusskoye rayonunun sakinləri İkinci Dünya müharibəsində həlak olanların xatirəsini hər zaman ehtiramla yad ...
publikaz_normalized
Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula 1” komandalarının qərarları nəzərdən keçirmə hüququ bəndini aktivləşdirmək hüququnu yeniləyib. Bundan əlavə, əvvəllər yenidən baxılması tələbi üçün heç bir rüsum yox idi. Bundan sonra komandalar avans ödəməli olacaq və tələb rədd edilərsə, onu itirəcəklər. Daha əvvəl məl...
publikaz_normalized
İsveçin paytaxtı Stokholmda Apellyasiya Məhkəməsi İranın Kərəc şəhəri yaxınlığındakı Qohərdəşt zindanında prokuror müavininin köməkçisi vəzifəsində çalışmış Həmid Nurinin işi ilə bağlı qərarını açıqlayıb. Məlumata görə, Apellyasiya Məhkəməsinin qərarına əsasən, Həmid Nurinin 1988-ci ildə iranlı siyasi məhbusların öldür...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Xankəndidə keçirilən "Qarabağ"- MOİK matçını şəhid övladları ilə birgə izləyiblər. Həmin anın videogörüntülərini təqdim edirik:
publikaz_normalized
Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub. Fəraim Mustafayev (Neftçi)" "3. Elgün Hüseynov (Cəngi), Fərid Xəlilov (Sumqayıt, “Neftçi”)" "72 kiloqram" "1. Ruslan Nurullayev (Cəlilabad)" "2. Namaz Rüstəmov (Cəngi), Rəvan Nuriyev (Sumqayıt, “Spartak”)" "77 kiloqram" "1. Azad Əliyev (Neftçi, Mİ...
publikaz_normalized
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Çexiyaya başsağlığı verib. Çexiyanın Praqa şəhərindəki Çarlz Universitetində baş verən kütləvi atışma nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Bu faciəli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu ...
publikaz_normalized
Xalq artist Mələkxanım Eyubovanın qardaşı, müğənni Ramal İsrafilovun xanəndə atası Əliyaqub bəy vəfat edib. Böyük kədər hissi ilə bildirirəm ki, bu gün mən ata əvəzi, böyük qardaşım, elimizin-obamızın tanınmış xanəndəsi Əliyaqubu itirdim. Torpağı nurla dolsun" (Axşam.az) istinadən
publikaz_normalized
onlar sizi tora sala bilərlər":" "Qoç - günün ilk yarısında həddən artıq ehtiyatlı olun. Mühüm anlaşmanı və ya sənədin imzalanmasını ertələyin. Ən sadə işlər, layihələr adi günlərlə müqayisədə daha çox zəhmət və səy tələb edəcək. Enerji potensialınızın səviyyəsi yüksək deyil. Günün ikinci yarısında ürək-damar sistemind...
publikaz_normalized
budaqlanan tunellər hara birləşib?":"İsrail Müdafiə Qüvvələrinin (IDF) istehkamçıları HƏMAS-ın yeraltı tunellərinin strateji şəbəkəsini məhv ediblər. Vurğulanıb ki, HƏMAS-ın “elitar məhəlləsi” adlanan ərazidə böyük yeraltı rabitə şəbəkəsi müəyyən edilib. Budaqlanan tunellər radikal Fələstin hərəkatının hərbi və siyasi ...
publikaz_normalized
Pakistanın keçmiş baş naziri İmran Xan ölkədə fevralın 8-də keçiriləcək parlament seçkilərində iştirak edə bilməyəcək. Qeyd olunub ki, Pakistan məhkəməsi İmran Xanın siyasi fəaliyyətdən kənarlaşdırılması barədə qərardan apellyasiya şikayətini təmin etməyib. Xatırladaq ki, İmran Xana qarşı ümumilikdə 150-dən çox məhkəmə...
publikaz_normalized
2022-ci ildə təqdim edilən "iPhone 14 Plus" Rusiya bazarında ucuzlaşıb. Portalın jurnalistləri qeyd ediblər ki, ilin sonuna qədər "Apple" cihazının qiyməti 80 min rubla düşüb. Satışların başlanğıcında "iPhone 14 Plus" 95 min rubl dəyərində qiymətləndirildi. Beləliklə, smartfon təxminən 15 faiz ucuzlaşıb. iPhone 14 Plus...
publikaz_normalized
Polşalı tennisçi İqa Szviatek 2023-cü ilin ən çox qazanan idmançısı seçilib. Dünyanın bir nömrəsi vergilər və agentlik haqlarından əvvəl 23,9 milyon dollar qazanıb. Bunlardan 9,9 milyonu turnirlərdəki çıxışlara görə pul mükafatı, daha 14 milyonu isə sponsorluq müqavilələri hesabına əldə edilib. İkinci yerdə 22,1 milyon...
publikaz_normalized
Bütün orqanlarım yerindədir" - FOTO":"Müğənni Türkan Vəlizadə maraqlı açıqlama verib. Şou-biznesdə yeganə müğənniyəm ki, plastik əməliyyat etdirməmişəm. Özüm haqda yazılan şərhlərdə oxuyuram ki, “Bəsdir də əməliyyat etdirdin”. Onlara demək istəyirəm ki, nə üzümdə, nə bədənimdə əməliyyat yoxdur. Bütün orqanlarım yerində...
publikaz_normalized
Orban nəyi açıqlayıb?":"Macarıstanın baş naziri Viktor Orban Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri ilk dəfə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Eyni zamanda, macar siyasətçi planlaşdırılan görüşün dəqiq nə vaxt keçiriləcəyini dəqiqləşdirməyib. Bu, gələcəkdə nə vaxtsa ikitərəfli görüş olaca...
publikaz_normalized
Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
“İran addım-addım “şiə hilalı” planını həyata keçirməyə çalışır. Bu məqsədlə “şiə xəritəsi” belə hazırlayıb”. Qəzet qeyd edir ki, 743 səhifəlik “şiə xəritəsi”ndə Türkiyə və Azərbaycanın mədəni, siyasi, coğrafi, ticarət, dil, iqtisadi, məzhəb-inanc məsələləri, bir sözlə hər şey detallı şəkildə əksini tapır: “Misal üçün,...
publikaz_normalized
sakinlər evlərindən məcbur çıxarılır? - VİDEO":"Nizami rayonu Keşlə qəsəbəsi, NZS yaşayış massivində sakinlərə yaşadıqları evlərdən köçmələri ilə bağli bildirişlər göndərilib. Həmçinin ərazidən Bakı-Xırdalan-Sumqayıt sürət qatarları ilə yanaşı yük qatarları da keçir. Burada yaşayan sakinlər bildirib ki, onları yaşadıql...
publikaz_normalized
ABŞ və Avropa NƏDƏN NARAHATDIR?":"Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Ukraynada dalana dirənmiş münaqişədən narahatdırlar. Kiyevə yardım üçün uzunmüddətli müqavilələr gələcək illər üçün müdafiə xərcləri ilə bağlı zəmanətli öhdəliklər götürmək istəməyən ABŞ və Avropa hakimiyyətləri üçün ciddi maneə olub. Bundan ə...
publikaz_normalized
İrəvan təslim olur - Ermənistanda TƏŞVİŞ":"09:06" "“Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin beş gün əvvəl verdiyi bəyanatlara cavab verməyib. Bu o deməkdir ki, bütün tələblər yerinə yetirilməyənə qədər Ermənistanla sülh sazişi imzalanmayacaq. Bu, sülh müqaviləsi adlanacaq qeyd-şərtsiz kap...
publikaz_normalized
Fransa Nigerdəki səfirliyini bağlamaq niyyətindədir. Diplomatik missiyanın “artıq normal fəaliyyət göstərə bilməyəcəyi” qeyd olunur. Fransanın Nigerdəki səfiri Silven İtte sentyabrın 27-də ölkənin paytaxtını tərk edib.
publikaz_normalized
Argentina millisinin üzvü Lionel Messi məşhur tennisçi Rafael Nadala xüsusi Argentina forması hədiyyə edib. Argentinalı onun üzərinə belə yazıb: “Sevgi və heyranlıqla Rafeyə”. Qeyd edək ki, Argentina millisi 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi olub.
publikaz_normalized
gürcülərin bilinməyən 5 GÖZƏLLİK SİRRİ - FOTO":"Gürcüstan adət-ənənələr, dadlı mətbəx, rəngarənglik, möhtəşəm tarix və gözəl insanlar ölkəsidir. Dağ havası, təmiz su və quru qırmızı şərab - hər birimizin belə yaşamaq imkanı olsaydı, necə də gözəl olardı. Biz, əlbəttə ki, gürcülər qədər şanslı deyilik, amma hələ də nəyi...
publikaz_normalized
İsrail ordusunun bölmələri Qəzza zolağında HƏMAS hərəkatının əsas dayaqlarından biri hesab edilən əş-Şücayyə şəhəri üzərində nəzarəti bərqərar edib. Qeyd edilir ki, bölmələr məqsədyönlü əməliyyatlar keçirmək üçün ərazidə qalacaq. Hərbçilər HƏMAS-ın əsas mövqelərinin zərərsizləşdirilməsini başa çatdırıb, mövqe əldə edib...
publikaz_normalized
Qarşıda ölkə əhalisini yeddi günlük bayram həftəsi gözləyir. Lakin müəyyən sahələr var ki, oradakı əməkdaşları ənənəvi olaraq bayram günlərində də iş başında görürük. Bəs onların qeyri-iş günlərində çalışmaları qanunvericiliyə görə necə tənzimlənir? Hüquqşünas Sahib Məmmədov deyib ki, istirahət, səsvermə, iş günü hesab...
publikaz_normalized
Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 30 ailə - 121 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə...
publikaz_normalized
Bununla da cari ilin son fəsil dəyişməsi hadisəsi baş verib, Şimal yarımkürəsində, o cümlədən Azərbaycanda qış fəsli başlayıb. Qeyd edək ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə ...
publikaz_normalized
bol şans və firavanlıq gətirir - FOTO":"Sber" qarşıdan gələn Yeni il üçün yeni xatirə gümüş sikkəsini təqdim edir. Yeni il hədiyyəsi olaraq "AI Əjdaha" sikkəsi üçqat simvolikdir. O, şərq təqviminə görə gələn ilin himayədarı olan yaşıl əjdahanın təsviri ilə bəzədilib. Eyni zamanda, bu sikkə süni intellekt dövrünün gəliş...
publikaz_normalized
Bakının Xəzər rayonununda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
publikaz_normalized
Ukraynanın dəstəksiz qalmasının sirri":"Bayden Rusiyanın hücumlarından qorxaraq Kiyevə lazım olan silahları vermədi. “Rusiya prezidenti Vladimir Putin Ukraynadakı əməliyyatda qalib gələ biləcəyinə inanırdı. Bayden Putinə hücum edəcəyi təqdirdə pul ödəməsini istəsə də, Şimal Hərbi Dairəsinin qarşısında Ukraynanı dəstəkl...
publikaz_normalized
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Belə ki, 2001-ci il təvəllüdlü Bayramov Samir Sadiq oğlu münaqişə zəminində bıçaqlanıb. Ona xəsarət yetirməkdə 1977-ci il təvəllüdlü Əliyev Nazim Əliş oğlu şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
"Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqına (Aİ) ittifaqın Ukraynanı azad edilmiş rayonlar və ya bu ərazilərdə yerləşən rus əsgərləri ilə birlikdə qəbul etmək niyyətində olub-olmaması sualı ilə müraciət edib. “Söhbət ərazisində rus əsgərlərinin olduğu ölkədən gedir. Orban Kiyevə xəbərdarlıq edib ki, Ukrayna...
publikaz_normalized
Bakının bir sıra yollarında tıxac yaranıb. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;" "2. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;" "3. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;" "4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov ...
publikaz_normalized
ABŞ- dakı məktəblərin birində verilən naharın fotosu sosial şəbəkələrdə nümayiş etdirlib. Fotodan da göründüyü kimi nahar ketçuplu kartof, pendir və kolbasa ilə kiçik sendviç və bol mayonezli salatdan ibarətdir. Şəkli paylaşan şəxs qeyd edib ki, yeməyin qiyməti 1,6 dollardır və Virciniya ştatının cənub-qərbindəki məktə...
publikaz_normalized
Yarı emrion vəziyyətdə və yana uzanmaq yatmaq üçün ən yaxşı mövqelərdir". O qeyd edib ki, hər iki mövqe fiziologiyaya ən yaxın olanlardır. Həmişə kifayət qədər yuxu almaq istəyənlərə həkim həftə sonları da olsa, eyni vaxtda qalxıb yatmağı məsləhət görüb. Melatonin 21-22 saatdan etibarən istehsal olunmağa başlayır, ona ...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, ötən gün Xankəndidə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qarabağ” - MOİK matçı keçirilib. Sözügedən görüşdən görüntüləri təqdim edirik: Xatırladaq ki, matç “Qarabağ”ın MOİK üzərində 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
publikaz_normalized
Xəbər verdiyimiz kimi, ötən gün Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən oyunun fasiləsində Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
publikaz_normalized
Qəzza ilə bağlı qanun layihəsində bu düzəliş edilsə...":"Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) səsverməsi üç gündür təxirə salınan Qəzza ilə bağlı qanun layihəsi edilən dəyişikliklərlə yeni formada təqdim edilərsə, ABŞ dəstəkləyəcəyini açıqlayıb. Tomas-Qrinfild bildirib ki, qətnamənin qəbul ...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 Avro" "1,8697" "1 Rusiya rublu" "0,0185" "1 Avstraliya dolları" "1,1527" "1 Argentina pesosu" "0,0021" "1 Belarus rublu" "0,5160" "1 Brazil...
publikaz_normalized
Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start veriləcək. Çempionatın aşkar autsayderinə çevrilən “Qəbələ” doğma meydanda “Sabah”la üz-üzə gələcək. Bu turun “Turan Tovuz” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Səbail” oyunları sabah, “Neftçi” – “Kəpəz” və “Zirə” – “Qarabağ” görüşləri isə 24 dekabrda baş tutacaq. Azər...
publikaz_normalized
23 şəhər təhlükədədir":"Kocaeli Ticarət Palatasında Türk Mühəndis və Memarlar Odaları Birliyinin (TMMOB) 4-cü şəhər konfransı keçirilib. Naci Görür Türkiyənin 23 şəhərinin fay xəttində olduğunu, lakin səlahiyyətlilərin bu məsələ ilə bağlı məlumatının olmadığını bildirib. Zəlzələ qanunu haqqında danışan Prof. Naci Görür...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Rəşad Məsim oğlu Məmmədovu özünə müşavir təyin edib. R.Məmmədov bundan əvvəl "PAŞA Bank" ASC-də çalışıb, 2015-2017-ci illərdə Bankın Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin dire...
publikaz_normalized
Bu yəhudilər cəzalandırılmalıdır":"Fransa prezidenti Emmanuel Makron bildirib ki, Qəzzada atəşkəs üzərində işləmək və İordan çayının qərb sahilində sülhü təhdid edən qeyri-qanuni yəhudi məskunlaşanları cəzalandırmağın vaxtı çatıb. Bölgənin sabitliyinin təhdid altında olduğunu bildirən Makron qeyd edib ki, Qəzzada baş v...
publikaz_normalized
ÇÖKƏCƏK":"Valyutaların rubla qarşı möhkəmlənməsi tendensiyası ilin sonuna və 2024-cü ilin əvvəlinə qədər davam edə bilər. "Publkika.az xəbər verir ki, bunu iqtisad elmləri namizədi, maliyyə analitiki Mixail Belyaev belə deyib. Məşhur iqtisadçı Lenta.ru ilə söhbətində rublu gələcəkdə nələrin gözlədiyini açıqlayıb. Ekspe...
publikaz_normalized
Polis əməkdaşları ötən gün vətəndaşlardan 1 avtomat, 11 tüfəng təhvil götürüb. Dekabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat və 11 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər. Qeyd olunub ki, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsu...
publikaz_normalized
Bakıda "Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın əsas məqsədi bu qlobal problemin həlli üçün platforma yaratmaqdır.
publikaz_normalized
1987-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, amerikalı iqtisadçı Robert Solou dekabrın 21-də 99 yaşında Massaçusets ştatının Leksinqton şəhərindəki evində vəfat edib. 1924-cü ildə Bruklində anadan olan Robert Solou 1956-cı ildə daha çox neoklassik böyümə modeli kimi tanınan iqtisadi artım modelini yaradıb. O, ...
publikaz_normalized
Tovuzun "Turan" klubunun sabiq icraçı direktoru və AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Sultanov maraqlı paylaşım edib. O, məktəblilər arasında keçirilən turnirin final matçında yaşanları, üzləşdiyi çətinlikləri xatırlayıb. 1974-cü ilin payız ayları idi. Xankəndidə, ötən gün oyun keçirilən stadionda respublika m...
publikaz_normalized
Müdirə bu sualı verdiyinə görə onu...":"Müdirinə nə vaxt vəzifəyə yüksələcəyi ilə bağlı sual verən şəxs işdən çıxarılıb. İşsiz qalan şəxs bu barədə sosial şəbəkədə başına gələnləri paylaşıb. Oğlanın dediyinə görə, o, menecerdən nə vaxt yüksələcəyini soruşub. Menecer də bu haqda direktora məruzə edib. Məlum olub ki, oğl...
publikaz_normalized
Müğənni Aysun İsmayılova sosial media hesabında növbəti paylaşım edib. O, ailəsindən olmayan heç bir bəylə şəkil çəkdirmədiyini deyib: “Bir video var, sosial şəbəkədə yayılıb. Videoda bir bəy mənimlə şəkil çəkdirmək istəyir. Əlini uzadır, mən icazə vermirəm. Mən bəylərlə də şəkil çəkdirirəm. Amma sarmaş-dolaş şəkil olm...
publikaz_normalized
Əfsanələrin "top-10"u":"“FourFourTwo” jurnalı 1980-ci illərin ən yaxşı futbolçularının reytinqini tərtib edib. İkinci yerdə fransalı Mişel Platini qərarlaşıb. İlk üçlüy"ü Niderland millisinin unudulmaz üzvlərindən Marko van Basten qapayıb. Onluqda Ziko (Fransa), Frank Reykard (Niderland), Qaetano Şirea (İtaliya), Frank...
publikaz_normalized
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə həyata keçirilən tədbirlər plana uyğun olaraq davam etdirilir. Pubika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azad edilmiş ərazilərdə 2023-cü il yanvarın 1...
publikaz_normalized
UEFA-nın rəsmi saytı Çempionlar Liqasının 2023/2024-cü il mövsümünün qrup mərhələsinin ən yaxşı futbolçularının rəmzi komandasını açıqlayıb. Komandaya həmçinin “Bayern”, “Portu”, “Barselona”, “Mançester Siti” və “Real”dan bir oyunçu salınıb. 2023/2024 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin simvolik komandası...
publikaz_normalized
“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən oğurluqda ittiham olunan 1980-ci il təvəllüdlü Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Müdafiəçi zərərçəkmişlər Orxan Qədimbəyli və anası Fəridə Qədimbəylinin məhkəməyə məcbur gətirilməsini istəyib. Qeyd olun...
publikaz_normalized
Geniş Yaxın Şərqdə azad dünyanın müttəfiqi - Məşhur nəşrdən ABŞ-a çağırış":"Yaxın Şərqdə İsrail və İranın proksisi HƏMAS arasında savaş davam edərkən, Yaxın Şərqdəki başqa bir müharibə dünya, xüsusən də ABŞ üçün dərslərlə yekunlaşdı. Sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Rusiya və İranın dəstə...
publikaz_normalized
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib. Müşavirədə yekun nitqi ilə çıxış edən nazir Kəmaləddin Heydərov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyət...
publikaz_normalized
Dünya tarixi indiyə qədər çox padşahlar, sultanlar, hökmdarlar, imperatorlar, prezidentlər görmüş, onlar haqqında ta keçmişlərdən böyük dastanlar, hekayələr, əsərlər, romanlar, əfsanələr, əsatirlər belə yazılmış, deyilmiş, onların yaşantıları, etdikləri mübarizə, qazandıqları zəfərlər, fəthlər hər zaman böyük maraqla, ...
publikaz_normalized
Maliyyə Nazirliyinin təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərinin bölgüsünün çatdırılması ilə bağlı dəyişiklik edilib. Qərara əsasən, Maliyyə Nazirliyi təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsünü 5 iş günü ərzində büdcə təşkilatlarına çatdıracaq. Hazırkı sənənədə...
publikaz_normalized
qızına nə deyib?":"Vaqif Xaçatryan ailəsi ilə danışıb. Bildirib ki, bir neçə gün əvvəl atası Vaqif Xaçatryanla danışıb və atası ona hər şeyin yaxşı olduğunu deyib: “Bu yaxınlarda Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə danışdıq, Ata dedi ki, hər şey qaydasındadır, dərman qəbul edir. Bizə ayda bir dəfə zəng edir”. ...
publikaz_normalized
“Son zamanlar azyaşlıların özünü binadan atması cəmiyyətdə sensasiya yaratdı”. Onun sözlərinə görə, müəyyən edilib ki, Xırdalanda özünü binadan atan azyaşlıların bir-biri ilə əlaqəsi yoxdur. Onlar ayrı-ayrı məktəblərdə oxuyurlar: “İntihar hadisələrinin sensasiya xarakterli hadisə kimi təqdim olunması, növbəti dəfə eyni...
publikaz_normalized
Zövqü olmayan dəbdən danışır, gözəlliyi, şarmı, səliqəsi olmayan özünə qulluqdan danışır, qədim peşənin sahibi əxlaqdan, axmaq mənəviyyatdan, oğru dürüstlükdən, "looser" (şansı gətirməyən) uğurdan, kasıb milyoner olmağın sirləri haqqında, mənim kimi Masazırdan kanara çıxmayan səyahət haqqında, ağzının dadını bilməyən, ...
publikaz_normalized
“Dekabr ayında dollara tələb artmaqda davam edir. Dünən keçirilən hərracda 89.7 milyon dollarlıq sifariş olub. Bütövlükdə, bu ayın geridə qalan günlərində hərraclarda 446.1 milyon dollar satılıb. Bu, ötən ay hərraclarda qeydə alınan 234,7 dollarlıq sifariş ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Qeyd edək ki, 2023-cü il...
publikaz_normalized
Çin Xalq Respublikasının Sədri Si Cinpindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Pubika.az xəbər verir ki, məktubda deyilir: Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan mün...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonundakı “Saxsı” bulağında olub. Bildirildi ki, bulaq Şuşa şəhərinin şimal-qərb hissəsində, təxminən 5 kilometr məsafədə, Şuşa-Laçın yolunun üzərində yerləşir. Bulağın suyu tərkibinə görə çox keyfiyyətli olduğu üçün daim şuşalıların və şəhərin qo...
publikaz_normalized
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu gəlib. Hörmətli İlham Heydər oğlu, əziz qardaşım. Sizi mübarək doğum gününüz münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 200 m² olan taxta konstruksiyadan ibarət birmərtəbəli fəaliyyət göstərməyən inzibati binada baş verdiyi, g...
publikaz_normalized
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. Pubika.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 27 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqın...
publikaz_normalized
İçəridə 1000 nəfər olub...":"Ermənistan İstintaq Komitəsinin son məlumatlarına görə, Xankəndi yaxınlığındakı neft məhsulları bazasında baş vermiş partlayış nəticəsində 218 vətəndaş həlak olub, 120 nəfər yaralanıb. Qeyd edilir ki, partlayış 42 min litr benzinin olduğu qapalı otaqda baş verib. Məlumata görə, partlayışın ...
publikaz_normalized