text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Misir milli komandasının kapitanı Məhəmməd Salah zədə səbəbindən Afrika Millətlər Kubokunun növbəti iki oyununu buraxacaq. Salah qrup mərhələsi çərçivəsində keçirilən Qana ilə matçda (2:2) zədələnib. Salah ilk hissənin sonlarında əvəzlənmək məcburiyyətində qalıb. Müayinə zamanı Salahın əzələsində problem olduğu məlum o... | publikaz_normalized |
Valideynlik məzuniyyətində olan atalara da analar kimi əmək bazarında tələbat olan ixtisaslar üzrə peşə hazırlığı və ixtisasartırma üçün pulsuz sosial təminatlar veriləcək. “Fakt budur ki, məhz Yeni il ərəfəsində Rusiya Federasiyası höküməti məktubuma cavab verdi . Əvvəllər bu hüquqa yalnız analıq məzuniyyətində olan a... | publikaz_normalized |
Tanzaniya yığmasının baş məşqçisi Adel Amruş Afrika Millətlər Kubokundan uzaqlaşdırılıb. Amruş qrup mərhələsinin ilk turunun oyunundan sonra Mərakeş yığmasının ünvanına (0:3) təhqiramiz ifadələr işlətdiyi üçün 8 oyunluq diskvalifikasiya edilib. Hemed Morokko Tanzaniya millisinin baş məşqçi əvəzi təyin edilib. İlk turda... | publikaz_normalized |
Sumqayıtda 30 yaşlı qadın evdən gedib, axtarılır. Yaxınları Arzu Mirzəzadəni axtarır. Görənlərdən yaxınlıqdakı polis idarəsinə müraciət etmələri xahiş olunur. | publikaz_normalized |
Türklər və azərbaycanlılar üçün...":"Almaniyada türklərə və bütün əcnəbilərə ikili vətəndaşlıq hüququ veriləcək. Parlamentin təsdiq etdiyi qanuna görə, vətəndaş olmaq üçün ölkədə 5 il yaşamaq kifayət edəcək. Almaniyada mühacirlərin uzun illərdir gözlədiyi ikili vətəndaşlığı asanlaşdıran qanun layihəsi parlament tərəfin... | publikaz_normalized |
Britaniya donanmasının iki gəmisi Bəhreyndəki bazada toqquşub. Nəşr “HMS Chiddingfold” və “HMS Bangor” minaaxtaran gəmilərinin toqquşmasına aydınlıq gətirib. Toqquşma nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Nəşr qeyd edir ki, hazırda zərərin qiymətləndirilməsi və nəticələrin aradan qaldırılması üçün təd... | publikaz_normalized |
Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo 2023/24 mövsümündə Çempionlar Liqasının favoritlərinin adını çəkib. “"Mançester Siti" yenidən Çempionlar Liqasını qazanmaq şansına malikdir. Digər komandalardan "Real" və "Bayern" də şanslıdır". Qeyd edək ki, "şəhərlilər" turnirin son qalibidir. | publikaz_normalized |
Argentina Ekvadorda həbsxanadan qaçan və bir çox zorakılıq hadisələri törədən “Fito” ləqəbli dəstə başçısı Adolfo Macias Salazarın ailəsini və bir neçə dostunu deportasiya edib. Ümumilikdə 8 nəfərin deportasiya edildiyi əməliyyat Narkotiklərlə Mübarizə Polisi (NQP) qrupları tərəfindən həyata keçirilib. Deportasiya edil... | publikaz_normalized |
İşğaldan azad olunan Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, 9 ədəd qumbara, 2 ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aş... | publikaz_normalized |
Prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə fəaliyyət planı tərtib olunub". Onun sözlərinə görə, fəaliyyət planına əsasən ölkədə silsilə tədbirlər keçirilir: İlk tədbirlər Bakı, Gəncə şəhərlərində, Şəki, Quba və Naxşıvanda olub". S.Əliyeva vurğulayıb ki, tədbirlər çərçivəsin... | publikaz_normalized |
Potsovet məkanının ən yaxşı komandası oldu":"Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Ötən ay 84-cü yerdə qərarlaşan “Qarabağ” 73-cü pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 145,5 xal var. Son Azərbaycan çempionu Avropada 48-ci, potsovet komandasl... | publikaz_normalized |
“Azərbaycan xalqı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının hərbi vəhşiliyinə məruz qaldı. Milli azadlıq və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı ordu hissələri yeridildi və yüzlərlə günahsız insan qətlə yetirildi. 20 Yanvar hadisələri XX əsrdə xalqımıza qa... | publikaz_normalized |
Baş prokuror Kamran Əliyev erməni separatçıların istintaq prosesindən danışıb. Onlar qanunsuz hərəkətləri Ermənistana tabe olmaqla törədib, separatçılıqla məşğul olublar. Bütün bunlarla bağlı hərtərəfli istintaq tədbirləri həyata keçirilir. Hazırda görüləsi işlər çoxdur. Azərbaycan Respublikasının qoşulduğu bütün beynə... | publikaz_normalized |
Yunanıstanın Baş nazirinin iqamətgahı olan “Maxima” sarayında yanğın baş verib. Bu gün səhər saatlarında "Maksim" malikanəsinin birinci mərtəbəsindəki bitişik anbarda yanğın baş verib. Söndürmədə 7 mühərrikli 24 yanğınsöndürən iştirak edib. Yanğın tez bir zamanda lokallaşdırılıb və yalnız cüzi maddi ziyan dəyib", - ida... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən istixanada yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində istixananın ərazisində yerləşən və sahəsi 120 m² olan qazanxanada baş vermiş yanğın genişl... | publikaz_normalized |
Bakının Binəqədi rayonunda baş verən yanğınla əlaqədar cinayət işi başlanıb, istintaq tədbirləri aparılır. Onun sözlərinə görə, yanğın zamanı 9 nəfər dünyasını dəyişib, yaralılar var: Təəssüf hissi ilə ölən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Onların müalicəsi istiqamətində bi... | publikaz_normalized |
Rusiyada elita dəyişir":"Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulev rus sənətçilərinin “çılpaq gecə”sindən sonra yaranan qalmaqala münasibət bildirib və ölkədə gözlənilən elita dəyişikliyi barədə xəbərdarlıq edib. Generalın sözlərinə görə, tezliklə Rusiyada hansısa elita dəyişikliyi olacaq. Bu, ... | publikaz_normalized |
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Bundan əlavə, keçirilən profilaktiki tədbirlərlə rayon sakinləri tapdıqları 1 ədəd snayper və 1 ədəd ov tüfəngini polis əməkdaşlarına təqdim ediblər. Bu i... | publikaz_normalized |
Görün nələr fikirləşiblər":"Real" "Mançester Siti"nin hücumçusu Erlinq Haaland ilə bir neçə bənddən ibarət müqavilə imzalamaq üçün strategiya hazırlayıb. Mənbənin sözlərinə görə, birincisi, "Los Blankos" norveçlinin ətrafı ilə diqqətli qarşılıqlı əlaqəyə üstünlük verərək, oyunçuya təzyiq göstərməyəcək və onu qərar verm... | publikaz_normalized |
Bu gün 20 Yanvar faciəsinin 34-cü ildönümüdür. Həmin faciənin qurbanları arasında sinəmizi hələ də göynədən, ailələrinin təməli cəmi altı ay öncə qoyulmuş İlham və Fərizə adlı gənclərimiz də vardı. O meydandakı İlhamın, 6 ay öncə ailə qurduğu İlhamın qəlbində idi. Sosial şəbəkələrdə İlham və Fərizənin ilk video görüntü... | publikaz_normalized |
Portuqaliyalı mütəxəssis Jose Mourinyo "Barselona"ya rəhbərlik edə bilər. Qeyd olunur ki, klub ispan çalışdırıcının rəhbərliyi altında komandanın çıxışından narazıdır və istefası barədə ciddi düşünür. Mourinyo 1996-2000-ci illər aralığında "Barselona"da çalışıb. O, tərcüməçi, eyni zamanda Ser Bobbi Robson ilə Lui van Q... | publikaz_normalized |
Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, ... | publikaz_normalized |
20 Yanvar hadisələri zamanı 32 hərbi gəmini mühasirədə saxlayan cəsarətli, yenilməz, qəhrəman dənizçilər. Bəlkə də onların bu fədakarlığı haqqında çoxları bilmir. Bəlkə də o vaxt dənizçilər ayağa qalxmasaydı, faicənin miqyası daha böyük ola bilərdi... Həmin gün bu hadisələrdən necə xəbər tutdunuz? -Mən o vaxt dənizdə, ... | publikaz_normalized |
İşğaldan azad olunan ərazilərdə yeni "ASAN" xidmət mərkəzləri açılacaq". O, Şuşa şəhərində "ASAN" xidmət mərkəzinin yaradılması istiqamətində işləri aparıldığını vurğulayıb: Növbəti illər ərzində - Ağdam, Cəbrayıl, Laçında regional "ASAN" xidmət mərkəzləri yaradılacaq". | publikaz_normalized |
İnter Mayami" El Salvador millisi ilə yoxlama oyunu (0:0) keçirib. Azarkeşlər çox sayda parlayan dronları səmaya qaldıraraq futbolçunun səmalara müraciət edən fiqurunu yaradıblar. Bu jest Messinin əsas qol sevincidir. Çünki o, bununla karyerasının ilkin mərhələsində inkişafına mühüm töhfə vermiş mərhum nənəsini yad edi... | publikaz_normalized |
Ötən ilin sentyabrında dünyasını dəyişən, millət vəkili Qənirə Paşayevanın məzar daşının görüntüsü yayılıb. Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyib. | publikaz_normalized |
Avropa İttifaqının diplomatiya üzrə rəhbəri Josep Borrel İsraili “Fələstin Muxtariyyəti Fəthi zəiflətmək” üçün Fələstinin HƏMAS qrupunu maliyyələşdirməkdə ittiham edib. İspaniyanın Valyadolid Universitetində çıxışı zamanı Borrel həmçinin İsrailin baş naziri Benyamin Netanyahunu onilliklər boyu davam edən İsrail-Fələsti... | publikaz_normalized |
115 maddə üzrə maliyyə feyr-pleyi qaydalarının pozmaqda itthimal olunan "Mançester Siti" bağışlanmayacaq. Mənbə “şəhərlilər”in əminliklə Premyer Liqadan qovulacağını iddia edib. Çempionun mübarizədən kənarlaşdırılması misli görünməmiş bir presedent olsa da, "Siti"nin bəraət alcağına ümid qalmayıb. Çünki araşdırmaların ... | publikaz_normalized |
Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib. Bu gün qardaş Azərbaycanın matəm günüdür. Səfirliyimizdə bayraqlar yarıya endirilib. Torpaq, uğrunda ölən varsa, vətəndir. 20 Yanvar azadlıq uğrunda yandırılan bir məşəldir. O gecə qəhrəmanlar həyatlarını qurban verdilər. Bu gün hürriyyət, azadlıq arzus... | publikaz_normalized |
34 ildə ilk dəfə Xankəndidə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Xatırladaq ki, 2023-cü ilin sentyabrında antiterror əməliyyatları ilə Xankəndi şəhəri erməni separatçılarından tamamilə təmizlənib. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının... | publikaz_normalized |
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) bir üzvü İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi zərbə nəticəsində öldürülüb. Bundan əvvəl Suriya dövlət agentliyi SANA məlumat vermişdi ki, İsrail Suriyanın paytaxtı Dəməşqin Əl-Mezza bölgəsində yaşayış binasını vurub. İsrail... | publikaz_normalized |
Bakıda və Abşeron yarımadasında yanvarın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti olacaq. Azərbaycanın rayonlarında ... | publikaz_normalized |
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə anıb, məzarları üz... | publikaz_normalized |
Özbəkistanda keçirilmiş toy mərasimində gəlinin təzəbəyin anasına baş əyməsini əks etdirən video yayılıb. O, gəlinini təzimetmə prosedurunu bir neçə dəfə təkrar etməyə, hər dəfə daha aşağı əyilməyə vadar edir. Daha sonra isə hökmlü qayınana narazı sifətlə, adi təbəssüm etmədən gəlininin duvağını qaldırır. Sonrakı epizo... | publikaz_normalized |
Sünik rayonunun Aravus kənd sakininin itən qoyunları tapılıb. Baxmayaraq ki, Ermənistan Müdafiə Nazirliyi sərhəddə heç bir sızma olmadığını bildirmişdi. İddia edirdilər ki, qoyunları azərbaycanlılar aparıb. Bir gün sonra həmin erməni təxminən 200-ə yaxın qoyununu tapıb. Bildirib ki, qoyunların hamısı yerindədir. Amma b... | publikaz_normalized |
Qəzza zolağında müharibə başlayandan sonra Roma İsrailə silah tədarükünü dayandırıb. İsrailə ən çox silah göndərildiyi dövr Cüzeppe Kontenin baş nazirliyi dövrünə təsadüf edir (o, 2018-2021-ci illərdə iki Nazirlər Şurasına rəhbərlik edib – red.). Lakin hərbi əməliyyatların başlaması ilə biz istənilən növ silah sistemlə... | publikaz_normalized |
Müğənni Nigar Camal 20 yanvar faciəsi ilə bağlı paylaşım edib. Nigar Aygünlə bu ifanı torpaq uğrunda canını fəda edən şəhidlərimizə həsr etdiyini deyib: 20 yanvar faciəsindən 34 il keçir. Biz Aygün Bəylərlə bu duetimizi torpaq uğrunda canını fəda edən bütün şəhidlərimizə həsr etmişdik! Allah onlara da, sənə də rəhmət e... | publikaz_normalized |
Ayaqlarımızı tikanlı məftillərlə bağladılar":"Yanvarın 20-də səhər saatlarında Məzahir kapitan mənə zəng elədi. "Mən həyacanlı şəkildə dedim ki, bəs bilmirsən, Bakıda gecə rus ordusu faciə törədib. Yaşlı, cavan, uşaq demədən hamısını öldürüblər... az 20 yanvar faciəsi zamanı böyük fədakarlıqlar göstərən kapitan Vəfadar... | publikaz_normalized |
İnsanların xarakterlərinin formalaşmasında bürclərin də özünəməxsus rolu var. Həmin bürcləri sizə təqdim edirik: Şir" "Bu bürcün nümayəndələri qazandıqları uğurları, görünüşləri və şəxsi keyfiyyətləri ilə qürur duymağı sevir. Özlərinə sözün əsl mənasında vurğun olan şirlər səhvləri isə qətiyyən bağışlamır. Oğlaq" "Oğla... | publikaz_normalized |
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda günahsız dinc əhalinin qətliamına göstəriş verən keçmiş SSRİ lideri Mixail Qorbaçovun bir neçə ay sonra 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görülməsinə diqqət çəkib. “Qırmızı qərənfil... | publikaz_normalized |
Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 34-cü ildönümü dərin ehtiramla yad edilib. Rayon rəhbərliyi və tədbir iştirakçıları I Qarabağ, atəşkəs dövrü və Vətən Müharibəsi zamanı şəhid olanların xatirəsinə inşa edilmiş Abidə Kompleksini də ziyarət edib, üzərinə tər çiçəklər düzüblər. Daha sonra Rayon icra Hakimi... | publikaz_normalized |
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun Polşanın LKS klubuna keçidi rəsmiləşib. 28 yaşlı müdafiəçi ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb. Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ilin yayından "Qarabağ"da çıxış edirdi. | publikaz_normalized |
Azərbaycana qarşı ərazi iddiamız yoxdur, gələcəkdə də...":"Ermənistan və Azərbaycan bir-birindən ərazi iddialarının olmaması ilə bağlı əlavə təminatlar gözləyirlər. O, çıxışından bir fraqmenti sosial şəbəkələrdə yayımlayıb. Biz o yerə gəlib çatmışıq ki, Azərbaycandan əlavə təminat istəyirik, o da bizdən. bizim qarşılıq... | publikaz_normalized |
Dünya onların təsirində olacaq":"ABŞ mediası Türkiyə başda olmaqla orta gücə malik ölkələrin “yetkinlik yaşına çatması” ilə bağlı təhlillərə yer verib. Mütəxəssislərin fikrincə, “möhtəşəm gücə çevrilən” Türkiyənin müdafiə sektoru və xarici siyasəti Hindistan və Braziliya kimi nüfuzlu ölkələrə də dərindən təsir edir. Me... | publikaz_normalized |
Sabahdan Sumqayıt-Bakı ekspress avtobuslar fəaliyyətə başlayır. Gediş haqqi 80 qəpik təşkil edəcək. | publikaz_normalized |
SEPAH-ın 4 müşaviri öldürülüb - Biri generaldır":"İran İsrailin raket zərbəsi nəticəsində SEPAH-ın 4 əməkdaşının öldüyünü təsdiqləyib. “Təcavüzkar rejim qırıcılarının hava hücumu nəticəsində Suriya qüvvələrinin bir neçə əsgəri və İran İslam Respublikasının dörd hərbi müşaviri həlak olub”, – “Tasnim” agentliyi SEPAH-ın ... | publikaz_normalized |
Azərbaycan xalqı 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını axın-axın ziyarət edir. " " " " " " " " " " | publikaz_normalized |
2023-cü ildə Lənkəran rayonunun kəndələrindən birində 11 yaşlı qıza təcavüz etmiş Lənkəran şəhər sakini, 1979-cu il təvəllüdlü Ceyhun Liftiyevə hökm oxunub. Məhkəmədə bildirilib ki, Ceyhun Liftiyev Lənkəranla Bakı arasında özünə məxsus “Mercedes” markalı avtomobillə taksi fəaliyyəti göstərib və ailəli, 3 uşaq atası olu... | publikaz_normalized |
Yağış, qar, güclü külək... - XƏBƏRDARLIQ":"Havanın temperaturu 5-10 dərəcə enəcək, yağış, qar yağacaq, güclü külək əsəcək. Onun sözlərinə görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında yanvarın 21-i axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 2... | publikaz_normalized |
"Bakıda məktəbli qıza qarşı xuliqanlıq etmiş 43 yaşlı kişi inzibati qaydada məsuliyyətə cəlb edilib. Polisə müraciət edən vətəndaşı məktəbli qızının məşğələyə getdiyi vaxt naməlum şəxsin onu narahat etdiyini və xuliqanlıq hərəkətlərinə yol verdiyini bildirib. Bununla bağlı Sabunçu RPİ-nin 13-cü PŞ tərəfindən araşdırma ... | publikaz_normalized |
Ölənlərin sayı artdı":"Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-də baş verən partlayış-yanğında ölənlərin sayı artıb. | publikaz_normalized |
Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 20-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb. İşğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə birgə aparılan işlər nəzərdən keçirilib. | publikaz_normalized |
Qanlı 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən Azərbaycan Könüllüləri Şəhidlər xiyabanını ziyarət ediblər. Məzarları önünə tər gül dəstələri qoyublar. | publikaz_normalized |
Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən ünsürlərin fəaliyyətinə qadağa qoymalıdır. Qeyd olunub ki, Ermənistan mediasında özünü hələ də hansısa qondarma “dövlətin prezidenti” kimi qələmə verən Samvel Şahramanyan adlı birisinin “dövlət naziri vəzifəsinə təyinat həyata keçirməsi” barədə... | publikaz_normalized |
Paytaxt küçələri ilə burnu yerə dəyən sərnişin avtobusu hərəkət edir. Yayımlanan videodan görünür ki, Cavadxan küçəsi, 1 - Masazır marşrutu üzrə hərəkət edən 525 saylı sərnişin avtobusu tamamilə sağ tərəfə əyilmiş vəziyyətdə hərəkət edir ki, bu da sərnişinlərin həyatı üçün təhlükə deməkdir. Sosial şəbəkə istifadəçiləri... | publikaz_normalized |
Allah bizə elə anları bir də yaşatmasın" - VİDEO":"Türkiyəli məşhur müğənni Sibel Can Bakıda Şəhidlər xiyabanını ziyarət edib. Kövrək anlar yaşayan ifaçı Bakıdakı “Türk şəhidliyi” abidəsinə də baş çəkib. Müğənni jurnalistlərə açıqlamasında 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını dilə gətirib: Allah bizə elə anl... | publikaz_normalized |
Türkiyənin ilk astronavtı Alper Gezeravcını və üç komanda yoldaşını Beynəlxalq Kosmik Stansiyaya aparan AX-3 Dragon kapsulu Beynəlxalq Kosmik Stansiyaya çatıb. Məlumata əsasən, BKS-ə gələn Ax-3 komandası 27 sentyabr 2023-cü ildə missiyasına başlayan 70 saylı Ekspedisiya astronavtı və kosmonavtları tərəfindən qarşılanac... | publikaz_normalized |
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir. Məlumata görə, aparılan tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 5 ədəd ov tüfəngini könüllü olaraq ... | publikaz_normalized |
Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin sabiq rəisi Rüfət Malik oğlu Hacıyev həbs edilib. Qeyd edək ki, 38 yaşlı Rüfət Hacıyev noyabrın 28-də istefa verib. O, istefasından bir neçə gün əvvəl Xaçmazda 4 saylı tam orta məktəbdə 7-ci sinif şagirdi Nizam Mirzəyevi döyməklə gündəmi zəbt etmişdi. Bir müddət əvvəl isə X... | publikaz_normalized |
bütün reyslər təxirə salındı - VİDEO":"Batumi hava limanı bomba xəbərindən sonra polis nəzarətinə götürülb. “Polis və it idarəçiləri Batumi hava limanına itlə gəlib, bomba axtarıblar. Hava limanında partlayıcının olması ilə bağlı anonim zəng daxil olub. Bütün uçuşlar təxirə salınıb”, - məlumatda deyilir. | publikaz_normalized |
Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov imicində dəyişiklik edib. Belə ki, o, saqqal və bığ saxlayıb. Əvvəl və sonra lenə alınan fotoları müqayisə edəndə QSC sədrinin xeyli dəyişildiyini görmək olur. | publikaz_normalized |
Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət alıb. Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac parçası ayağıma düşdü", - Lukaşenko deyib. O əlavə edib ki, zədə əvvəlcə özünü hiss etdirməyib və normal yeriyib, lakin sonra xəsarət alan hissə şişib. Lukaşenko xoşagəlməz hadisəyə görə bu gün keçiril... | publikaz_normalized |
Bərdə şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin 1 otağının yanar konstruksiyaları 54 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb. Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub: “Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”. | publikaz_normalized |
İraqda naməlum şəxslər tərəfindən Amerika hərbçilərinin yerləşdiyi Ayn əl-Əsəd hərbi bazasına iri raket hücumu həyata keçirilib. Bazaya çoxlu raketlər atılıb. Lakin atəşi hansı qruplaşmanın təşkil etdiyi barədə məlumat verilmir", - nəşr mənbələri deyirlər. Xatırladaq ki, son aylarda İraqdakı Amerika bazası artıq bu ölk... | publikaz_normalized |
Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişənin hərtərəfli həlli üçün plan hazırlayıb. “Mövcud vəziyyəti nəzərə alaraq və aşkar çətinliklərə, qeyri-müəyyənliklərə baxmayaraq, hərtərəfli sülhə hazırlaşmağın vaxtı çatıb”, - sənəddə qeyd edilib. 10 bənddən ibarət planda Qəzza zolağında sülhün bərqərar olması, üçün atılaca... | publikaz_normalized |
Azərbaycanda 3.2 maqnitudalı zəlzələ qeydə alınıb. Bildirilib ki, təkanlar Pirqulu stansiyasından 12 km şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Episentrdə və yaxın ərazilərdə zəlzələ 3 bala qədər hiss olunmuşdur. | publikaz_normalized |
Cənubi Afrikalı MMA döyüşçüsü Drikus du Plessis amerikalı həmkarı Şon Striklendə müraciət edib. Necə deyərlər, nə istədiyinə diqqət et. Arzun gerçəkləşəcək, dostum”, – deyə Plessis Striklendlə döyüşdən əvvəl mətbuat konfransında bildirib. Drikus du Plessis ilə Şon Striklen arasında döyüş yanvarın 20-dən 21-nə keçən gec... | publikaz_normalized |
yer belə görünür - VİDEO":"Türkiyəli astronavt Alper Gezeravcı Yerin əsrarəngiz görüntüsünü paylaşıb. " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " "alpergezeravci (@alpergezeravci)'in paylaştığı bir gönderi" " " "Türkiyə ilə siyasətimiz bu cür olacaq - Mişel" "Xo... | publikaz_normalized |
Türk fenomen və makiyaj ustası Arda Bektaş növbəti dəfə əməliyyat olunub. Bu barədə o, sosial şəbəkə hesablarında məlumat yayıb. | publikaz_normalized |
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üç ölkədəki hədəflərə eyni anda raket-aviasiya zərbələri endirib. Əvvəlcə Suriya və İraqın şimal bölgələrində hədəflər atəşə tutulub. Həmin günün axşam saatlarında Pakistanın qərbindəki hədəflərə hücum edilib. Tehran bunu SEPAH-ın və İranla müttəfiq siyasi qüvvələrin bir ... | publikaz_normalized |
İtaliyanın Baş naziri Ciorcia Meloni Türkiyədə səfərdədir. Görüş mediaya qapalı şəraitdə keçirilib. Qeyd edək ki, bu, Ciorcia Meloninin Türkiyəyə ilk rəsmi səfərdir. | publikaz_normalized |
yaralılar var":Tovuz rayon Düz Cırdaxan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. | publikaz_normalized |
14 nəfər xəsarət aldı":"Ermənistanın Araqatsotn rayonunda (əvvəlki tarixi Şorəyel Mahal - red) rayonunda ağır yol qəzası olub. Məlumata görə, Gürcüstan dövlət nömrə nişanlı "Mercedes Vito" markalı mikroavtobusun "Opel Astra" markalı minik maşını ilə toqquşması nəticəsində 14 nəfər xəsarət alıb. Onlar arasında uşaqlar d... | publikaz_normalized |
İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə zərbələr endirərək İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 4 hərbi məsləhətçisini öldürüb. IDF 20 yanvar 2024-cü il, şənbə günü Suriya paytaxtına hücum etdi. Bundan əlavə, İsrailin zərbəsi nəticəsində bir neçə mülki şəxs həlak olub. | publikaz_normalized |
Fransa ordusu Rusiyaya qarşı döyüşə girib?":"Fransa müdafiə naziri Sebastyan Lekorn Rusiya Müdafiə Nazirliyinin Xarkov vilayətində Ukrayna ordusunun sıralarında döyüşən çoxlu sayda fransız muzdlusunun öldürülməsi ilə bağlı bəyanatını təkzib edib. Bildirilib ki, o, Fransanın Ukraynaya hərbçi göndərmədiyini deyib. “Frans... | publikaz_normalized |
konsertlər təxirə salındı - FOTO":"Rusiyanın pop müğənni Valeri Meladzenin atası Şota Meladze dünyasını dəyişib. O qeyd edib ki, mərhumun 90 yaşı var idi. Musiqiçi ailəsində baş verən faciəyə görə qarşıdakı konsertlərini təxirə salmaq məcburiyyətində qaldığını deyib. Müğənni yanvarın 20, 23 və 25-də Almatıda çıxış etmə... | publikaz_normalized |
Cənubi Amerika futbolunda faciə baş verib. O, motosiklet sürərkən hadisə baş verib. Ramos qəza yerində vəfat edib. Polis faciənin səbəbini müəyyənləşdirməyə çalışır. Futbolçu Palmirada anadan olub. Lakin bu yaxınlarda Kaliyə köçüb və orada qəza nəticəsində dünyasını dəyişib. Qapıçı “Anxels Landelaria”ya keçməzdən əvvəl... | publikaz_normalized |
NATO ölkələri bu ölkəyə qoşun yeridə bilərlər":"Bir sıra NATO ölkələri Şimali Atlantika Alyansının himayəsi altında öz hərbi hissələrini Ukraynaya göndərə bilər. Hesab edirəm ki, Ukrayna ərazisində NATO hərbçilərinin faktiki mövcudluğundan söhbət getməyəcək. Lakin bəzi NATO üzvləri var ki, onlar NATO-nun himayəsi altın... | publikaz_normalized |
10-u polis olmaqla...":"Türkiyənin Ədirnədə polisləri daşıyan avtobusla digər nəqliyyat vasitəsinin nəticəsində 10-u polis olmaqla 11 nəfər yaralanıb. Məlumata görə, polis əməkdaşları daşıyan xidməti avtomobillə turistləri avtobus toqquşub. Hadisə yerinə polis, təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib.... | publikaz_normalized |
Rusiya Tibb Elmləri Akademiyasının N.N.Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunun azərbaycanlı sabiq həkimi Amid Ömərov ABŞ-ın Mayami şəhərində qəfildən vəfat edib. Məlumata görə, 1982-ci il təvəllüdlü Amid Ömərov Mayamidə sürücü kimi fəaliyyət göstərirmiş. Mərhumun cənazəsi yaxın günlərdə Azərbaycana gö... | publikaz_normalized |
Futbol üzrə Türkiyə Superliqasında XXI turun növbəti oyunları keçirilib. Meydan sahiblərinin heyətində qollardan ikisini "Fənərbağça"dan icarəyə götürülən Umut Nayir vurub. Digər matçlarda "Kasımpaşa" "Hatayspor"a 3:0, "Alanyaspor" "Rizespor"a 2:1 hesabı ilə qalib gəlib, "Fatih Karagümrük" "Başakşehir"lə, "Adana Demirs... | publikaz_normalized |
“20 Yanvar Sovet İttifaqının süqut nöqtəsi idi”":"20 Yanvar 1990-cı il hadisələrinin məsuliyyəti Mixail Qorbaçovun üzərindədir. “Azərbaycanın Rusiyadakı çoxsaylı dostları adından Azərbaycan xalqına, həmin faciəli Yanvar günlərində bütün millətlərdən həlak olan insanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Biz ... | publikaz_normalized |
ABŞ və Ukrayna nümayəndələri Vaşinqtonun Kiyevə verdiyi silahları ilk dəfə birgə yoxlayıblar. İdarədən verilən məlumata görə, Müdafiə Nazirliyinin daxili audit xidməti, Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri və Amerika səfirliyinin müdafiə sahəsində əməkdaşlıq şöbəsinin nümayəndələri Ukrayna Silahlı Qüvvələrinə ver... | publikaz_normalized |
Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda Komissiyaya daxil olmuş müraciətə baxılıb. Beynəlxalq müşahidə missiyası təmsilçilərinin, habelə media nümayəndələrinin iştirak etdiyi iclasda öncə həyata keçirilən araşdırılma prosesi barədə ətraflı məlumat verilib. Bil... | publikaz_normalized |
Nikol Paşinyanın “yeni konstitusiyanın qəbul edilməsi” fikri Ermənistanda əsas müzaki mövzusuna çevrilib: hakimiyyət bunu konstitusiyanın mövcud reallığı əks etdirmədiyi ilə əsaslandırır, müxalifət iqtidarı Bakı və Ankaranın “sifarişini” yerinə yetirməkdə ittiham edir;" "Ermənistan hakimiyyəti haqlıdır, çünki mövcud ko... | publikaz_normalized |
münasibətlərdə qəfil problemlər yaranacaq":" "Qoç - böyük işlərə başlamaq, məsuliyyətli layihəni gerçəkləşdirmək olar. Pərişanlıq, bədbinlik üçün heç bir səbəb yoxdur. Daşınmaz əmlakla bağlı məsələlərdə kiçik də olsa, irəliləyişə nail olmaq mümkündür. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizdə cü... | publikaz_normalized |
Bakıda həbs həyatı yaşayan separatçıların görüntüləri yayılıb. Fotolardan onların istintaq təcridxanasında yaradılan şəraitdən məmnun olduqları görünür. | publikaz_normalized |
Əfqanıstanın Kunar əyalətində Taliban administrasiyası ilə Pakistan sərhəd qüvvələri arasında münaqişə baş verib. Qeyd edək ki, hər iki ölkə arasında sərhəd mübahisələrinə görə vaxtaşırı münaqişələr yaranır. Qarşıdurmalardan sonra hər iki ölkənin səlahiyyətli orqanlarının müdaxiləsi ilə gərginlik azaldılır. | publikaz_normalized |
ABŞ-da son bir həftə ərzində kəskin soyuqlar səbəbindən azı 61 nəfər ölüb. Məlumata görə, ölüm hallarının əksəriyyəti Tennessi və Oreqon ştatlarında qeydə alınıb. Bundan əvvəl 47 nəfərin öldüyü bildirilirdi. Qeyd edək ki, yanvarın 12-dən başlayaraq ABŞ-ın bir çox ştatlarında kəskin soyuqlar hökm sürür. Mərkəzi bölgələr... | publikaz_normalized |
oyun dayandırıldı - VİDEO":İtaliya A Seriyasının “Udineze” - “Milan” matçında xoşagəlməz hadisə yaşanıb. Fransız məsələ ilə bağlı baş hakimə şikayət edib. Görüş yarımçıq dayandırılıb və “Milan” heyəti soyunub-geyinmə otağına yollanıb. Bir müddət sonra oyun yenidən davam etdirilib. | publikaz_normalized |
odlu mühərrikin" qəzasız işləməsi üçün nə yemək lazımdır?":"Ürək üçün pəhriz sadəcə boş sözlər deyil. Bir dəfə kimsə deyib ki, "ürəyə gedən yol mədədən keçir" və o vaxtdan bəri hamı bu fikri səbəbli və ya səbəbsiz təkrarlayır. Bu ifadənin həqiqətən səbəbləri var - pəhriz ürəyin fəaliyyətinə böyük təsir göstərir. Xüsusi... | publikaz_normalized |
2023-cü ilin oktyabrında Qəzzada münaqişənin kəskinləşməsindən sonra İtaliya İsrailə silah tədarükünü dayandırıb. Oktyabrın 7-dən sonra biz İsrailə daha silah verməmək qərarına gəldik, ona görə də bu məsələni müzakirə etməyə ehtiyac yoxdur" dedi. Qeyd olunur ki, XİN rəhbərinin bəyanatı İtaliya Demokrat Partiyasının lid... | publikaz_normalized |
İraqın şimalında PKK-nın doqquz terrorçusu zərərsizləşdirilib. Əməliyyat İraqın şimalındakı Qara bölgəsində havadan hücum vasitəsilə həyata keçirilib. “Bölgədəki son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək”, - nazirliyin açıqlamasında deyilir. Kahraman Türk Silahlı Kuvvetlerimiz, Irak'ın kuzeyi... | publikaz_normalized |
Beynəlxalq astronomlar qrupu Süd Yolunda məlum olan ən ağır neytron ulduzlarından daha ağır və eyni zamanda bütün məlum qara dəliklərdən daha yüngül olan sirli obyekt aşkar ediblər. MeerKAT" radioteleskopunun köməyi ilə aparılan müşahidələr zamanı "NGC 1851" qlobular klasterində Yerdən təxminən 40 min işıq ili məsafəsi... | publikaz_normalized |
Ukrayna Silahlı Qüvvələri (AFU) çoxlu sayda F-16 qırıcıları və hava hücumundan müdafiə sistemlərini Qərb tərəfdaşlarından Rusiya qüvvələri tərəfindən məhv edilmə riskinin yüksək olması səbəbindən dərhal ala bilmir. Biz onlardan çoxlu sayda raketi dərhal götürüb yaxınlıqda saxlaya bilmərik", o deyib. İqnat etiraf edib k... | publikaz_normalized |
Müğənni Gülben Ergen növvəti etirafları ilə diqqət çəkib. “İllərdir deyirəm ki, avtomobil qəzasında rəhmətə gedib. Amma ən yaxın dostu qardaşımı səhvliklə vurdu. | publikaz_normalized |
Ölkəyə gətirilən hibrid avtomobillərin ildən-ilə sayı və dəyəri sürətlə artır. 2022-ci ilin eyni dövrü ilə müqayisədə minik avtomobilləri dəyər ifadəsi ilə 230 milyon 907 min dollar və ya 2,5 dəfə artıb. Bir ədəd hibrid avtomobilin orta hesabla idxal qiyməti 2023-cü ilin sonunda milli valyuta ilə təxminən 46 581 manat,... | publikaz_normalized |
"Rusiyalı teatr və kino aktyoru Vitali Vaşedski 59 yaşında vəfat edib. Onun ölümünün səbəbi dəqiqləşdirilməyib. 40 il ərzində Vaşadski 90-dan çox filmdə rol alıb, xüsusən də "DMB", "Virus", "Phantom", "SSRİ istehsalı", " Savva Morozov " filmlərində . 2000-ci ildən Taqanka Teatrında çalışır. Həm də karyerasında "Satyric... | publikaz_normalized |
Müvafiq döyüş hücrələri hazırlanır":"Belarus xüsusi xidmət orqanları qonşu ölkələrdə diversiya və kəşfiyyat qruplarının hazırlanması barədə məlumatlara malikdir. Onun sözlərinə görə, Ukrayna, Polşa və Baltikyanı ölkələrin ərazisində, o cümlədən Belarusda hökuməti devirmək üçün müvafiq döyüş hücrələri hazırlanır. Volfov... | publikaz_normalized |
görün nə fırıldaq edib?":"İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio De Laurentis 2020-ci ilin yayında hücumçu Viktor Osimhenin “Lill”dən 70 milyon avro və əlavə 10 milyon bonus müqabilində alınması barədə yalan məlumat yaydığına görə mühakimə olunacaq. Mənbənin məlumatına görə, Roma prokurorluğu De Laurentislə ba... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.