text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orq... | publikaz_normalized |
Azərbaycan Ordusunun şəxsi heyəti Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində 7 fevral prezident seçkilərinin səsverməsində iştirak edə biləcəklər. Qeyd olunub ki, seçkilərin Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsi, eləcə də şəffaflığın təmin edilm... | publikaz_normalized |
Yuventus"un və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Duqlas Kosta Türkiyənin "Samsunspor" klubu ilə müqavilə bağlamaqdan imtina edib. “Tam olaraq sahəyə qayıtmaq üçün mənə təxminən 20-25 gün lazımdır. Tutaq ki, mart ayında 100% hazır olacağam. İki ay ölkəni futbola görə dəyişməyək" - deyə Kosta bildirib. Xatırlad... | publikaz_normalized |
Müğənni Şəbnəm Tovuzlu "İncə səhər" verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib. Həyat yoldaşım heç vaxt məndən borc pul istəmir. Oğlum Əli ilə bağlı bütün öhdəliklər onun üzərindədir. Mənim də borcumdur, övladımızdır. Amma əvvəldən hər şeyi özü edir". Şəbnəm Tovuzlu oğlu Əlidən də danışıb: Onun bütün ge... | publikaz_normalized |
İlk görüşdə aşiq oldum":"Məşhur aktyor Əhməd Kural həyat yoldaşı Çağla Gizem Şahinə ilk görüşdə aşiq olduğunu etiraf edib. Çağlaya ilk görüşdə aşiq oldum. Sizi dinləyən, sizi anlayan və həqiqətə əsaslanan münasibət idi. Onunla bir ömür keçirmək və ailə qurmaq istədim. Ata olanda anlayarsan" sözlərini indidən anlayıram.... | publikaz_normalized |
“Başına qapaz vurduğum iki nəfər...” - VİDEO":"Azərbaycanda idmançının məşq zamanı yeniyetmələrlə davranışı sosial şəbəkədə müzakirələrə səbəb olub. Elvin Səfərov adlı idmançı "Instagram" hesabında məşq prosesindən bir hissə paylaşıb. Görüntülərdən aydın olur ki, məşqçi idman zalında sıra ilə düzülmüş uşaqların ayaqlar... | publikaz_normalized |
Məktəblər və universitetlər bağlandı":"Pakistanın bəzi bölgələrində terror təhlükəsi səbəbindən təhsil dayandırılıb. Yerli mətbuatda yayılan məlumatlara görə, İslamabad polisi təhsil müəssisələrinə qarşı hücumlarla hədələnib. Səlahiyyətlilər bu səbəbdən paytaxtdakı universitet və məktəblərdə təhsilin dayandırıldığını b... | publikaz_normalized |
Bu yaxınlarda toy olacaq - FOTOLAR":"Darvin Nunyes Premyer Liqada ikinci mövsümünü keçirir. O, artıq gəldiyi ilk vaxtlardan daha yaxşı formadadır. Uruqvaylı "Liverpul"un heyətində bütün turnirlərdə 31 oyun keçirib, 10 qol vurub və 10 asist edib. Sözsüz ki, mövsümün sonuna qədər bu statistikanı yaxşılaşdıracaq. Görünür,... | publikaz_normalized |
İçməli suda virus var?":"Bir neçə gündür “Whatsapp” qruplarında Bakı şəhəri və ətraf ərazilərdə içməli suda hepatit A virusunun olması ilə bağlı iddialar yayılıb. “Sudan nümunələr götürülüb, analiz edilib, standartlara tam uyğundur. Heç bir virus aşkarlanmayıb”. Xatırladaq ki, ötən ilin noyabr ayında Mingəçevir və Yevl... | publikaz_normalized |
Türkiyənin Düzcə şəhərində bir xəstənin dizindən cərrahi yolla 41 "oynaq siçanı" (qığırdaq və ya sümük quruluşunun pozulması nəticəsində qırılan parçalar) çıxarılıb. Müayinələr zamanı xüsusilə xəstənin diz oynağının ətrafında 41 "çox sinovial xondromatoz" halı aşkar edilib. Düzcə Universiteti Tibb Xəstəxanasında endosk... | publikaz_normalized |
Ülkər Qasımova Xəzər Media Mərkəzindən ayrılıb. “Xəzər Media Mərkəzindəki fəaliyyətimə fasilə vermək qərarına gəldim. Fəaliyyətim dòvründə mənim Xəzər-ə, Xəzər-in sə mənə xeyir verdiyinə əminəm. Müzakirələrin fonunda olunan müqayisələr görülən işlərin, münasibətlərin çəkisini göstərir. Yəni, müqayisələr insanın fəaliyy... | publikaz_normalized |
Bursa hava limanında 6 yaşlı uşağın çantasından silah aşkarlanıb. Yoxlama zamanı silahların oyuncaq olduğu anlaşılıb. Rentgen çəkilişi zamanı çantadakı silahları görən polis sistemi dayandırıb və çantanı nəzarətə götürüb. Çanta açılanda içindəki silahların oyuncaq olduğunu anlayan məmurlar balaca oğlanla uzun müddət gü... | publikaz_normalized |
Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Yenilənmiş qanuna orta sahibkarlıq subyektləri mühasibat uçotunun elektron formada aparılmasını aşağıdakı mərh... | publikaz_normalized |
ABŞ-da milyarderlər San-Fransiskodan şimalda şəhər tikəcəklərini elan etdikdən sonra bütün gözlər varlıların özləri üçün tikməyə çalışdıqları şəhərlərə çevrilib. Bill Qeyts və İlon Mask kimi məşhur milyarderlər ABŞ-da özləri üçün şəhərlər tikirlər. Buna misal olaraq Kaliforniyanın Solano bölgəsində planlaşdırılan şəhər... | publikaz_normalized |
Azərbaycan Ordusunun çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrində xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunub. Mühəndis bölmələri tərəfindən təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanması üçün zəruri tədbirlər həyata keçirilir. Şəx... | publikaz_normalized |
“Liverpul” İngiltərə Premyer Liqasının 21-ci tur matçında “Bornmut”u səfərdə (4:0) məğlub edib. “B/R Football”un məlumatına görə, “Liverpul” Premyer Liqada 31 yaşlı vingerin olmadığı görüşlərin heç birində uduzmayıb. Yurgen Kloppun rəhbərlik etdiyi komanda həmin qarşılaşmalarda 8-də qələbə qazanıb, 3-də isə heç-heçə ed... | publikaz_normalized |
Əməkdar artist Elza Seyidcahan geyimi ilə yenidən gündəmə gəlib. O bu dəfə başına papaq əvəzinə çanta qoyub. Ekstravaqant sənətçinin yeni imici izləyicilər tərəfindən maraqla qarşılanıb. | publikaz_normalized |
Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün rəsmi nota göndərdiyi beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab aldığını açıqlayıb. “Beynəlxalq təşkilatlara dəvət məqsədilə XİN tərəfindən ATƏT-in Demokratik Təsisatlar və... | publikaz_normalized |
Gəlməyəcək, gəlsə, qayıtmayacaq":"Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiarova teleaparıcı, jurnalist, prodüser, “Qazprom Media Holding”in baş direktorunun müavini, erməni kökənli Tina Kandelakinin açıqlamalarına Astananın reaksiyasını şərh edib. “Əgər kimisə bəyənmirsənsə, onu evinə buraxmır... | publikaz_normalized |
Əsas məqsədi çətinliklə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım etmək olan “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidməti 2023-cü ildə 4500-ə yaxın zəng qəbul edib. Psixoloji problemlərlə bağlı 1080, təhsillə əlaqəli 1004 müraciət cavablandırılıb. 718 zəng sosial, 196-sı isə səhiyyə məsələlərini ... | publikaz_normalized |
Bu dənizə yönəldilər":"Qırmızı dənizdən gələn və mövsümi normaların üstündəki temperatur səbəbiylə Aralıq dənizində məskunlaşan zəhərli kirpi balıqları Egey dənizindən sonra yolunu Mərmərə dənizinə çevirib. O bildirib ki, iqlim dəyişikliyi dənizlərə də təsir edib. Qaraciyərindən ifraz etdiyi zəhərlə insanlar və digər b... | publikaz_normalized |
2023-cü ildə Gürcüstanı tərk edən rusların sayı ölkəyə gələn Rusiya vətəndaşlarının sayından çox olub. Agentlik 1 856 237 rusiyalının Gürcüstana daxil olduğunu, 1 887 223 nəfərin isə getdiyini bildirib. Gürcüstan dördüncü rübdə Rusiya dövlət sərhədindən keçidlərin sayına görə Türkiyədən sonra ikinci yerdədir. | publikaz_normalized |
Rusiya Çin və İranla birləşib Türkiyəyə hücum edəcək":"Rusiya və NATO böhranının dərinləşməsi ilə bağlı təhlillərin dərc olunduğu Qərb mətbuatında təəccüblü xəbərlər yayılıb. Ekspertlər növbəti qlobal münaqişənin böyük kiberhücum şəklində olacağını bildiriblər. Britaniyanın RUSI tədqiqat institutunun üzvü, müdafiə üzrə... | publikaz_normalized |
Argentina milli komandasının kapitanı Lionel Messi ilə baş məşqçi Lionel Skaloni arasında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrda Uruqvaya məğlubiyyətdən (0:2) sonra münaqişə yaşanıb. Tərəflər arasında qarşıdurma matçdan əvvəl başlayıb. Lakin məğlubiyyətdən sonra millinin futbolçularının özəl məclisdə olması ... | publikaz_normalized |
Bakıda dələduzluqda təqsirləndirilən şəxs həbs edilib. Belə ki, bir müddət əvvəl Bahar adlı qadın Asifin onun oğlunu BP şirkətində işə düzəldəcəyini söz verərək 8 min manat aldığını bildirib. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi i... | publikaz_normalized |
Azərbaycanda 3 uşaq anası olan 33 yaşlı S.Məmmədova (şərti soyadlı) intihar edib. Belə ki, intihar edən qadının bir müddət əvvəl 3 körpə övladını və ərini ataraq qayınatasının xalası nəvəsi ilə qaçması məlum olub. Bundan sonra ailəsi onu bağışlayaraq yaşadığı evə qaytarıb. Lakin buna baxmayaraq ailədaxili münasibətlər ... | publikaz_normalized |
Dizaynerlər "yeni qadınlığı" araşdırmağa davam edirlər və bu işdə nəinki tamamilə şəffaf "çılpaq" libaslar və mikroşortlar, daha sadə və qapalı geyimlər də onların köməyinə çatır. Məhz ciddi və sadə geyimlər sayəsində "TikTiok"da son ayların əsas hitinə çevrilən “ofis sirenası” üslubu formalaşıb. Bəs “ofis siren” üslub... | publikaz_normalized |
Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin bacısı Rəna Şirəliyeva qardaşının səhhəti ilə bağlı açıqlama verib. Oqtay müəllimin səhhəti hazırda normaldır və özünü yaxşı hiss edir. Onun vəziyyətinin ağır olması ilə bağlı məlumatı hardansa eşidib, yazırsız... Amma mən deyirəm ki, səhhəti normaldır". Rəna Şirəliyeva Oqtay Şirə... | publikaz_normalized |
Kapitalın artırılması məsələsi yüksək inflyasiyanın mövcud çətin şərtlərində çoxlarını maraqlandırır. Pul yatıra biləcəyiniz bir çox variant var, lakin qazanc əldə etmək üçün gələcəkdə müxtəlif maliyyə alətlərinin inkişaf perspektivlərini başa düşməlisiniz. 2024-cü ildə nə qədər qazana bilərsiniz və pulu tam olaraq har... | publikaz_normalized |
Sosial verilişlərdə qalmaqallı səhnələr, atmaca və davalar artıq adi hala çevrilib. Vəziyyət o yerə çatıb ki, artıq heç kəs bu kimi hallara təəccüblənmir. Hətta ekspertlər təkcə efirə gələn şikayətçiləri yox, eyni zamanda öz həmkarlarını da qınaq obyektinə çevirir, onlara qarşı ağır ifadələr işlədirlər. "Qeyd edək ki, ... | publikaz_normalized |
Elgiz Əkbərə ad günü münasibətilə sürpriz edilib. “Elgizlə izlə”nin studiyadakı tamaşaçılar onun siması olan maskalar taxıblar. Sürprizlə qarşılaşan aparıcı heyrətini gizlədə bilməyib. | publikaz_normalized |
Bakı ilə İrəvan arasında müqavilə imzalansa...":"Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması 2024-cü ildə mümkündür, Ərdoğan Bakını gözləyir. Keçən il “Karnegi Fondu”nun saytında dərc olunmuş “Ermənistanın güvənsizlik ili” başlıqlı məqaləsində britaniyalı ekspert 2023-cü il üçün optimist ssenarilər sırasında Ermən... | publikaz_normalized |
Fransız qadınları hər hansı təsadüfi seçilmiş geyimlərdən gözəl obrazlar yarada bilirlər, italyanlar isə zərif dəstlər yaratmaqda çox mahirdilər. Hətta ən adi şalvar və köynəklər də qara saçlı italyan xanımlarında xüsusilə təsirli görünür! Bu effektə nail olmaq üçün onlar bir neçə üsuldan istifadə edirlər. Başdan-ayağa... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə silsilə tədbirləri davam etdirir. Tədbirdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat ... | publikaz_normalized |
Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır. Makiyajda qırmızı pomada dəbi dəyişməsə də, onun çalarları mövsümlərdən asılı olaraq dəyişir.... | publikaz_normalized |
Yanvarın 22-si saat 17:00-a olan məlumata əsasən ölkədə qeyri-sabit hava şəraiti davam edir. Bildirilib ki, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.7 metrə çatıb. Qusar (Ləzə), Qəbələ, Altıağac, Sarıbaş (Qax), Quba... | publikaz_normalized |
2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 5 milyard 588 milyon manat vəsait ayrılıb. Məlumata görə, həmin vəsaitin 4 milyard 800 milyon manatı və yaxud 85,9 %-i Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı ... | publikaz_normalized |
Bakının təklifi regionu xilas edə bilər":"Azərbaycan və Ermənistanın sülh danışıqlarında prosesi düz xəttə çıxara biləcək əsas məqamlardan biri kommunikasiyaların hansı prinsiplə açılamasıdır, xüsusilə rəsmi İrəvanın Naxçıvana maneəsiz keçid verib-verməyəcəyi – Zəngəzur dəhlizini açıb-açmayacağı həlledici amil olacaq. ... | publikaz_normalized |
Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlər var. “Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlər var. Onlar Rusiyanın eskalasiyasından qorxurlar. Bu, Ukraynaya qarşı xəyanətdir”, - o bildirib. V.Zelenski konkret ölkə adı çəkməyib. | publikaz_normalized |
Azərbaycanlı deputat Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti seçilib. Qeyd edək ki, Assambleyada vitse-prezidentlər hər il sessiyanın ilk günü seçilirlər və onların sayı hazırda doqquzdur. Vitse-prezidentlər növbəti sessiyaya qədər vəzifələrində qalırlar. | publikaz_normalized |
2024-cü il yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası keçirilib. Samir Nu... | publikaz_normalized |
SSRİ yığmasının heyətində 1972-ci ildə Yay Olimpiya Oyunlarının qalibi olmuş Anatoli Polivoda vəfat edib. O, 76 yaşında dünyasını dəyişib. Anatoli Polivoda 1967-ci ildə SSRİ millisi ilə dünya, 1967, 1969 və 1971-ci illərdə Avropa çempionu olub. Hazırda 1972-ci ildə SSRİ yığmasının heyətində olimpiadanın qalibi olmuş ik... | publikaz_normalized |
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi Azərbaycana texniki missiya göndərəcək. S.Nuriyev dialoq şəraitində hazırlıq işlərinin aparılacağını bildirib və COP29-un təşkil edilməsi məqsədilə bütün aidiyyəti sahələrdə ehtiyacların qiymətləndirilməsinin zəruriliyini qeyd edib. Samir Nuriyev, eyni za... | publikaz_normalized |
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Füzuli şəhərinə köçəcək sakinlər üçün təlim keçib. Bildirilib ki, agentlik nümayəndələri sakinlərə Partlayıcı Sursat Riskinin Maarifləndirilməsi mövzusunda təlim keçiblər. | publikaz_normalized |
Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir. Bu istiqamətdə aparılan profilaktik tədbirlərə dəstək verdikləri üçün vətəndaşlara təşəkkür edilib. | publikaz_normalized |
Bakıda Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb. Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahə... | publikaz_normalized |
Türk estradasının ulduzu İbarhim Tatlıses baba olub. Cütlük körpələrə İbrahim və Sinan adları qoyub. | publikaz_normalized |
Yanvarın 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bildirilib ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələri... | publikaz_normalized |
Azərbaycanın Əməkdar məşqçisi, uzun illər “Göyəzən” futbol klubunun prezidenti olmuş Mehdi Salmanov dünyasını dəyişib. Qeyd edək ki, M.Salmanov bir müddət Qərb Regional Futbol Federasiyasının rəhbəri də işləyib. | publikaz_normalized |
Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib. Elm və Təhsil Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib: Kollegiyanın sədri" "elm və təhsil naziri" "Kollegiyanın üzvləri: Azərbaycan Respublikası elm və təhsil nazirinin müavinləri"... | publikaz_normalized |
Ukrayna Donbası və Krımı Rusiyaya verməlidir":"Ukrayna müharibəni dayandırmaq üçün işğal edilən ərazilərin Rusiyaya verilməsi ilə barışmalı və NATO üzvlüyünə iddia etməməlidir. “Bir növ kompromis olmalıdır. Rusların Krımı, Donbası və Luqanskı tərk etmələrini gözləyirlər? Bu, qeyri-realdır”, - deyə Fizo RTVS ictimai tel... | publikaz_normalized |
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib. Maliyyə Nazirliyinə tapşırılıb ki, qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasını... | publikaz_normalized |
Azərbaycanın Baş Naziri Əli Əsədov Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə görüşüb. Tərəflər 2024-2026-cı illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas sahələrinin inkişafına dair Yol Xəritəsinin imzalanmasının vacibliyini qeyd ediblər. | publikaz_normalized |
Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərini atəşə tutub. O bildirib ki, hücum nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb. O.Sinequbovun sözlərinə görə, mülki avtomobil yanıb. Həmçinin ətrafdakı yaşayış binası və mağazaya da ziyan dəyib. Xilasetmə xidmətləri fəsadların aradan qaldırılması ... | publikaz_normalized |
Moldova və Ukrayna Azərbaycanda prezident seçkilərini müşahidə edəcəklər. Hər iki müşahidəçi beynəlxalq statuslu monitorinq səviyyəsində fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə və monitorinq edəcəklər. | publikaz_normalized |
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan qış sessiyasının ilk iclasında ingilis deputat Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pisləyib. Heç bir müsbət vəziyyətə aparmayacaq. Belə qərarlar vermək üçün çox ehtiyatlı olmalıyıq", - o, b... | publikaz_normalized |
Böyük Britaniya hökuməti HƏMAS və "İslami Cihad" qruplaşması ilə əlaqəsi olan beş şəxsə qarşı sanksiya tətbiq edib. HƏMAS döyüşçüləri Həsən əl-Vardian, İsmayıl Barhoum, Əhməd Oda və Zuhair Şamla, həmçinin "İslami Cihad"ın üzvü Cəmil Alyan "qara siyahı"ya salınıb. Məhdudlaşdırıcı tədbirlərə Böyük Britaniyaya giriş qadağ... | publikaz_normalized |
Ukrayna Prezidenti Volodimir Zelenski informasiya müharibəsində qalib gəlməyin yolunu açıqlayıb. Zelenski söyləyib ki, Rusiya dezinformasiyaların yayılmasına böyük sərmayə qoyur: “Biz isə informasiya müharibəsində yalnız kəşfiyyat və analitika ilə qalib gələ bilərik. Hər şeyə kor-koranə etibar etməmək, hər şeyi yoxlama... | publikaz_normalized |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib. Qəbələdə gerçəkləşən qarşılaşma Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qaliblərin qollarını 25-ci dəqiqədə Şakir Seyidov, 71-ci dəqiqədə Martins Junior vurublar. Tovuz təmsilçisində 4-cü dəqiqədə Ayxan Quseynov fərqlənib, Faiq Hac... | publikaz_normalized |
NATO Hərbi Dəniz Qüvvələrinin 4 gəmisi Litvanın Klaypeda dəniz limanına daxil olub. Bunlar İspaniyanın “Almirante Juan De Borbon” və “Luici Rizzo” freqatları, həmçinin “Cantabria” (İspaniya) və “Bonn” (Almaniya) logistik gəmiləri Litva limanına daxil olub. Daimi hazırlıq donanması qrupu NATO üzvü olan ölkələrin ona həv... | publikaz_normalized |
Ukrayna 2023-cü ildə dövlət büdcəsindən hərbi xərclərə 1,844 trilyon qrivna (49,14 milyard dollar) ayırıb. Dövlət büdcəsində təhlükəsizlik və müdafiə xərcləri mütləq prioritet olaraq qalır. 2023-cü ildə 1,844 trilyon qrivna və ya fond xərclərinin 60,8 faizi bu sahələrə ayrılıb. Nazirliyin məlumatına görə, həmin vəsait ... | publikaz_normalized |
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər keçirilib. Məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinləri 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər. | publikaz_normalized |
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Emin Əliyarovun vəkilləri - Kamandar Nəsibov və Sadiq Rəsulov Fazil Mustafanın prosesdə iştirak etməməsinə etiraz bildirmə... | publikaz_normalized |
Sankt-Peterburq “Zenit”inin keçmiş baş məşqçisi Vlastimil Petrjela qumar oynadığı ilə bağlı iddialara münasibət bildirib. Radimov bildirib ki, Petrjelaya kazinoda qumar oynamağa görə borc verib. “Mən kazinoda oynamaq üçün futbolçulardan borc götürmüşəm? Bu doğru deyil, mən bunu heç vaxt etməmişəm. Məni şəxsən tanıyan h... | publikaz_normalized |
Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası sabah İsveçin NATO-ya qəbulu ilə bağlı müzakirə və səsvermə keçirəcək. Məlumata görə, İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun gündəliyə salınması planlaşdırılır. Xatırladaq ki, 2022-ci ilin dekabrın 26-da Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası İs... | publikaz_normalized |
Ötən il Azərbaycan ilk peyki olan “Azerspeys-1” üzrə kredit öhdəliklərini tam ödəyərək yekunlaşdırıb. Bildirilir ki, peykin istehsalı üzrə 116,6 milyon ABŞ dolları və orbitə qaldırılma xidmətləri üzrə 89,6 milyon ABŞ dolları (ümumilikdə 206,2 milyon ABŞ dolları) məbləğində kredit öhdəlikləri ödənilib. Qeyd edək ki, “Az... | publikaz_normalized |
Sosial şəbəkələrdə xüsusən uşaqlar arasında məşhur olan “Skibidi” çoxseriyalı cizgi filmi nümayiş olunur. “YouTube” bu cizgi filmini 2023-cü ilin əsas trendi kimi qeyd edib. Mütəxəssislər isə ekran işində zorakılıq faktlarının çox olduğunu deyirlər. Rusiyada valideyn sözügedən cizgi filminin uşaqlara mənfi təsir göstər... | publikaz_normalized |
Rusiyanın Sankt-Peterburq şəhərində Çindən gələn turistlər arasında meymunçiçəyinə iki yoluxma halı aşkarlanıb. Xəstəlik Honq-Konq (Çin Xalq Respublikası) inzibati rayonuna turist səfərindən qayıdan iki nəfər meymunçiçəyinə yoluxub”, - məlumatda deyilir. Endemik virusun yaratdığı nadir xəstəliklərdən olan meymunçiçəyi ... | publikaz_normalized |
Hakimlərə də qalib gəlmək lazımdır":"Oyunun çətin olacağını əvvəlcədən bilirdik. Qırmızı vərəqə bütün planları alt-üst etdi. Qırmızı vərəqədən sonra 10 dəqiqə rəqibin üstünlüyü oldu. Çalışdıq düzgün mübarizə aparaq. İkinci hissədə topa nəzarət rəqibdə idi. Bir sürətli hücumla qol vurdular. Növbəti matçlara hazırlaşmalı... | publikaz_normalized |
Narazı qaldığım məqamlar çoxdur":"Bütün azarkeşlərimizə təşəkkür edirəm. Soyuq havadə uzaq yol gəlib bizə dəstək oldular. Bu gün çətin hava şəraitində meydanda canlarını qoydular. Ağır oyun olacağını gözləyirdik. Turan Tovuz"un yoldaşlıq oyunlarını izləmişdik. Çalışdıq ki, öz oyunumuzu diqtə edərək qalib gələk. O, jurn... | publikaz_normalized |
Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlarla bağlı araşdırma aparılmışdır. Belə ki, yanvarın 10-da məktəbə daxil olan müraciət əsasında valideynlərin də iştirakı ilə təhsil müəssisəsində kamera görüntüləri izlənilib. Məlumatda səsləndirilən fikirlər video görüntülərdə öz təsdiqini tapmayıb. Bununla ya... | publikaz_normalized |
Avropa Şurası Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün çalışmalıdır. Tövsiyəm budur ki, Avropa Şurası iki ölkə arasında sülhün yaranması üçün fəaliyyəti gücləndirsin", - komissar deyib. D.Miyatoviç vurğulayıb ki, hər iki tərəf etnik mənşəyindən, millətindən asılı olmayaraq insan hüquqlarına hörmət əs... | publikaz_normalized |
Çin və Qırğızıstan sərhədində 7 bal gücündə zəlzələ qeydə alınıb. Özbəkistan Respublikasının Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qırğızıstan və Çin sərhədində olub, yeraltı təkanların gücü 7 bal olub. Daşkəndin özündə isə 3 bal olub. Zəlzələ Əndican, Fərqanə və Namanqan rayonlarında da hiss olun... | publikaz_normalized |
Qaçışdan əvvəl karbohidratlı, güc məşqlərindən əvvəl proteinli qidalar məsləhətdir, yüksək intensivlikli məşqdən əvvəl isə, ümumiyyətlə, heç nə yeməmək daha yaxşıdır. Diyetoloqun sözlərinə görə, ümumiyyətlə, dolu mədə ilə idman etmək reflüks, hıçqırıq və ürəkbulanma kimi bəzi narahatlıqlara səbəb ola bilər: “Bununla be... | publikaz_normalized |
Yanvarın 22-də Azərbaycan Dillər Universitetində (ADU) 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və millət vəkillərinin iştirakı ilə mediatur təşkil olunub. KİV təmsilçilərini maraqlandıran suallar cavablandırılıb. ADU-nun rektoru, akadem... | publikaz_normalized |
Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Josep Borrell fevralın əvvəlində Ukraynaya səfər edəcəyini açıqlayıb. Onun sözlərinə görə, səfər fevralın birinci və ya ikinci həftəsində baş tutacaq. Borrell başqa təfərrüatları açıqlamayıb. Avropa diplomatiyasının rəhbəri bir müddət əvvəl bildirmişdi ki, Yaxın Şərqdəki m... | publikaz_normalized |
Bu il..." - VİDEO":"Bu il superaktiv il olacaq, zəlzələlər baş verəcək, həmçinin palçıq vulkanları püskürəcək. Onun sözlərinə görə, 2024-cü ildə güclü və hiss olunan zəlzələlər baş verəcək. Qulam Babayev deyib ki, Azərbaycanda və dünyada mövcud olan seysmoaktiv regionlar, ərazilər, eləcə də bir neçə illər aktiv olmayan... | publikaz_normalized |
ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzrə yaxından işləməkdə maraqlıdır. ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların aparılmasında maraqlıdır. Prosesdə iştirak edən tərəflərlə sıx koordinasiyada finişə çatmaq üçün səylə çalışacağıq”, - o, jurnalistin sualını cavablandı... | publikaz_normalized |
Husilər Ədən körfəzində “Ocean Jazz” yük gəmisinə hücum edib. Gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus olduğu deyilir. Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və Fələstində əməliyyatlar... | publikaz_normalized |
Astrologiya ən çox işgüzar olan üç bürc işarəsini müəyyənləşdirib. Bu əlamətlər olduğu üçün onlarla heç bir əlaqə qurmaq olmaz. Bu bürclər ağlını işdən başqa heç nəyə verməzlər! Onları gördüyünüz yerdən qaçın! QIZ BÜRCÜ" "Qız bürcü həssaslığı və hər işə mükəmməl yanaşması ilə iş dünyasında diqqət çəkirlər. Analitik təf... | publikaz_normalized |
Hacıqabulda ağır yol qəzası zamanı 1 nəfər ölüb, daha bir nəfər yaralanıb. Belə ki, “KamAZ” digər yük maşını ilə toqquşub. Qəza nəticəsində Bərdə rayon sakini, 2000-ci il təvəllüdlü Tahirli Nurlan İlham oğlu hadisə yerində ölub, daha bir nəfər isə (şəxsiyyəti dəqiqləşdirilir - red) xəsarət alıb. Faktla bağlı araşdırma ... | publikaz_normalized |
baş verən hadisələri diqqətlə izləyin":" "Qoç - bütün işləri eyni vaxtda görməyə can atmayın. Ən mühüm işi və ya həllini dərhal tələb edən məsələni seçərək onu icra edin. Gündəlik qayğılar, rutin məqamlar sizi usandıra bilər. Qısamüddətli səfər və köhnə işgüzar tərəfdaşlarla danışıqlar üçün yaxşı zamandır. Günün ikinci... | publikaz_normalized |
York Regional Polisi, son iki ay ərzində bir çox şəhərlərdə silsilə axtarışlardan sonra oğurlanmış 52 avtomobili tapdığını bildirib. Müstəntiqlər bildiriblər ki, cinayətkar qrup yüksək səviyyəli avtomobilləri hədəf seçərək, nəqliyyat vasitəlırini Azərbaycan və Gürcüstan kimi uzaq ölkələrə göndərməyi planlaşdırıb. Şübhə... | publikaz_normalized |
2023-cü il dekabrın 11-dən 2024-cü il yanvarın 7-dək COVID-19 infeksiyasına yoluxma halları əvvəlki dörd həftə ilə müqayisədə dörd faiz artıb. Ən çox yoluxma halı Rusiya Federasiyasında qeydə alınıb. Qeyd olunur ki, dünya üzrə koronavirusa yoluxma halları 26 faiz azalıb. | publikaz_normalized |
Bu gün Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın doğum günüdür. "Arzu Əliyeva 1989-cu il 23 yanvar tarixində Bakı şəhərində anadan olub. "Orta təhsilini 1995-2006-cı illərdə Bakıda 160 saylı məktəbdə, ali təhsilini isə İsveçrədə və Böyük Britaniyada alıb. "2011-ci il sentyabrın 3-də azərbaycanlı iş adamı Səməd Qurb... | publikaz_normalized |
Bağdadda İraq silahlı qüvvələrinə məxsus silah anbarının ərazisində güclü partlayış baş verib. Mənbənin sözlərinə görə, partlayışa səbəb yanğın olub. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur. Səlahiyyətlilər hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıblar. | publikaz_normalized |
Ölülərin səhəri" qorxu filmindəki rolu ilə tanınan aktyor Devid Emci vəfat edib. Qeyd edək ki, Vyetnam müharibəsində də iştirak edən aktyor "Səbətdəki məxluq 2" və "Cəhənnəm ağası" kimi məşhur filmlərdə də çəkilib. | publikaz_normalized |
Biz hər gün Ukraynadakı vəziyyətlə bağlı məsələnin bütün formatlarda - BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, BMT-nin və digər beynəlxalq təşkilatların ixtisaslaşmış komitə və komissiyalarının iclas zalında dinlənilməsini təmin etmək üçün hər şeyi edəcəyik. Onun sözlərinə görə, dünya bilməlidir ki, bir ölk... | publikaz_normalized |
İsrail bütün girovları azad etmək üçün Qəzza zolağında hərbi əməliyyatları iki ay müddətinə dayandırmağı təklif edir. | publikaz_normalized |
Nigerin baş naziri Əli Lamine Zein Tehrana üç günlük səfərə gedib. Ötən həftə Zain müdafiə, neft, idman, ticarət və digər nazirlərin müşayiəti ilə dörd gün ərzində Rusiyaya səfər edib. Mondafrique-nin sözlərinə görə, Türkiyə və Serbiyaya da səfərlər nəzərdə tutulub. Qeyd edildiyi kimi, yeni Niger hakimiyyəti müdafiə, k... | publikaz_normalized |
Xarici investorlara Avstraliyada yaşamaq hüququ verən "Golden Visa", hökumətin "zəif iqtisadi nəticələr verdiyini" aşkar etdiyindən sonra ləğv edilir. Çoxsaylı araşdırmalardan sonra hökumət qızıl viza sxeminin əsas məqsədlərinə çatmadığı qənaətinə gəlib və dekabr sənədində onu ləğv edəcəyini, bunun əvəzinə "bacarıqlı m... | publikaz_normalized |
Amerikalı alimlər süd vəzi xərçəngi riskini azaltmaq üçün möcüzə meyvə - nar yeməyi tövsiyə edir. Bu hormon bədxassəli şişlərin böyüməsini stimulə edir. Orqanizmdə bu hormonun çoxluğu qadınlarda süd vəzi şişlərinin səbəbi ola bilər. Bundan əlavə bu hormon çox olduqda xəstəlik limfa sistemi ilə bütün bədənə yayılır. Süd... | publikaz_normalized |
Yoluxanların sayı çoxalır - VİDEO":"Son günlərdə paytaxtın bir sıra qəsəbələrində sarılıq xəstəliyi kimi tanınan Hepatit A virusuna yoluxma halları müşahidə olunur. Onların sözlərinə görə, hər iki qəsəbədə sarılığa yoluxanların sayı çoxdur. Daha ətraflı İTV-nin süjetində: | publikaz_normalized |
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində doqquzmərtəbəli yaşayış binasının zirzəmisinə kanalizasiya suyu dolub. Sakinlərin sözlərinə görə, binanın blokuna daxil olmaq mümkünsüzdür. Ətraflı isə üfunət qoxu bürüyüb. Bəs problem niyə həll edilmir? | publikaz_normalized |
“Əl-Avval Park” stadionunda (Ər-Riyad, Səudiyyə Ərəbistanı) İtaliya Superkubokunun final oyunu başa çatıb. Görüş 1:0 hesabı ilə başa çatıb. Matçda yeganə qol əsas vaxta əlavə olunan ilk dəqiqədə vurulub - Lautaro Martines fərqlənib. Pavar sağ cinahdan cərimə meydançasının mərkəzinə ötürmə edib, argentinalı rəqib qapısı... | publikaz_normalized |
Cavid qaçırdılıb? - VİDEO":"Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir. İddiaya görə, 2020-ci ildə Cavid qumar oynamaq məqsədilə tez-tez Yevlaxa, əmisi oğlu Uğur Bayramova məxsus olan kafeyə gedirmiş. Cavid qumarda qazanıb və ona külli miqdarda pulla yanaşı, əmisi o... | publikaz_normalized |
Ağdaşda yol qəzası olub, ölən və xəsarət alanlar var. Yanvarın 22-si saat 22 radələrində Ağdaş şəhəri ərazisində “VAZ-21011” və “Honda” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ-21011”in sürücüsü, 1990-cı il təvəllüdlü Məmmədov İlham Azər oğlu aldığı xəsarətlərdən xəstəxanada ölüb. Hadisə zamanı "VAZ-21011... | publikaz_normalized |
Xanəndə Eldəniz Məmmədov sosial şəbəkədə oğlu Kamranla bağlı paylaşım edib. Qeyd edək ki, Eldəniz Məmmədovun iki qızı da var. | publikaz_normalized |
Uzunluğa tullanma üzrə idmançı Marina Bex-Romançuk isti fotolar yayımlayıb. Bex-Romançuk üç təkanla tullanma üzrə 2022-ci il Avropa çempionu, uzunluğa tullanma üzrə qapalı məkanda 2021-ci il Avropa çempionu, uzunluğa tullanma üzrə 2019-cu il Dünya Çempionatının mükafatçısı və Ukraynanın çoxsaylı çempionudur. 2023-cü il... | publikaz_normalized |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin mənzil-qərargahında Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlar aparır. Danışıqların mövzusu açıqlanmır. Bundan əvvəl Lavrov BMT-də İran, Livan və İndoneziyanın xarici işlər nazirləri ilə görüşüb. | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.