text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib. Müvafiq qanunun mətni rəsmi hökumət nəşri “Resmi Gazete”də dərc olunub. Bundan əvvəl yanvarın 24-də Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatla...
publikaz_normalized
Ermənistanın təqdim etdiyi mina xəritələrin yararsız və natamamlığı dəfələrlə bildirilib. Qeyd edilir ki, Azərbaycan XİN Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Azərbaycana mina xəritələrinin təqdim olunması niyyəti barədə 25 yanvar 2024-cü il tarixli bəyanatını qeydə alıb. Ermənistan tərəfindən Azərbaycan ərazilərin...
publikaz_normalized
Ermənilər tərəfindən Azərbaycan ərazisində basdırılan minaların sayı 1 milyondan çoxdur. “10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrin...
publikaz_normalized
Goranboyda keçirilən toy məclisində qonaqlardan biri vəfat edib. Toy məclisində halı pisləşən 1970-ci il təvəllüdlü rayon sakini Lalə Nuru qızı Məmmədovaya yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
publikaz_normalized
görüş uğursuzluqla bitə bilər":"Adi günlərdən fərqli olaraq daha çox çalşımalı olacaqsınız. Xeyli əvvəl başladığınız və qüvvə sərf etdiyiniz işlərdən sizi kənarlaşdıra bilərlər. O işi özəlləşdirməyə can atmayın. Günün ikinci yarısında nikbin olsanız, həmkar və tərəfdaş tapacaqsınız. Şəxsi münasibətlərdə sizi xoş anlar ...
publikaz_normalized
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 32 il ötür. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın N...
publikaz_normalized
ATV-də yayımlanan "Rənagarəng" verilişində gərgin anlar yaşanıb. Qazancını həmkarı ilə necə bölüşməsi sirrini açmaq istəməyən sənətçi onları verdiyi suala peşman edib: Mən sizdən soruşuram ki, yeddi sponsorunuzdan gələn gəliri necə bölüşürsünüz, kanaldan nə qədər maaş alırsınız?
publikaz_normalized
Bakının Nərimanov rayonu, Ağa Nemətulla 26 ünvanında yerləşən yaşayış binasının zirzəmisinə kanalizasiya suları dolub. Sakinlər bildiriblər ki, bu hal tez-tez baş verir. Çirkab sularının qoxusundan evdə oturmaq olmur. Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, problem həllini tapmayıb. Da...
publikaz_normalized
Futbol üzrə Türkiyə Superliqasında XXII tura yekun vurulub. Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” doğma meydanda “İstanbulspor”u qəbul edib. Görüş “Cim-Bom”un 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Sarı-qırmızılılar”ın heyətində qolları Kərəm Aktürkoğlu (2) və Mauro İkardi vurublar. Günün digər oyunlarında “S...
publikaz_normalized
Rusiya Qərb ölkələrinə hücum etməyi planlaşdırmır, çünki onun hərbi doktrinası ciddi müdafiə xarakteri daşıyır". Todd ümid edir ki, Qərb liderləri bu doktrinadan xəbərdardırlar. Moskva dəfələrlə vurğulayıb ki, o, heç bir NATO ölkəsi üçün təhlükə yaratmır, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlərə də məh...
publikaz_normalized
“İki il gizli rəqqasəlik etdim, atam bilmirdi” . “Toyum oldu, məni işləməyə qoymadılar. Daha sonra Rusiyaya getdim və orada boşanıb, Bakıya qayıtdım. Rəqs etmək həmişə canımda olub”. Gənc xanım həyatı ilə bağlı bəzi sirləri də açıb.
publikaz_normalized
Mağaza rəflərindəki yoqurtların hamısı həm böyüklərin, həm də uşaqların qida rasionuna daxil olsa da, o qədər də sağlam və qidalı deyil". Yoqurt - laktik turşu bakteriyalarının fermentasiyasının probiotik məhsuludur, buna görə də bu qədər sağlam və qidalıdır. Bundan əlavə, bu süd məhsulu, əksər hallarda, "canlı" süddən...
publikaz_normalized
Siqaretin qiymətinin hər il artmasına baxmayaraq, buna tələbat azalmır. Sakinlər bildiriblər ki, siqaretin zərərlərini bildikləri halda istifadə etməyə davam edirlər. “Siqaret mənim üçün yeməkdən üstündür. Artıq öyrəşmişəm”, - deyə paytaxt sakini bildirib. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada ən çox ...
publikaz_normalized
“Azərreyl” vahid lider oldu":"Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib. Qarşılaşmaya daha yaxşı başlayan “Abşeron” 2:0 hesabı ilə önə keçib. Lakin təşəbbüsü ələ alan “Azərreyl” növbəti iki seti aktivinə yazmaqla ümumi hesabı bərabərləşdirib (2:2) və tay-brekə ehtiyac yaranıb. Həlled...
publikaz_normalized
Etibarnamə ilə avtomobil aldı, başına iş gəldi. Avtomobili sürə bilməmiş nəqliyyat vasitəsinin üzərinə həbs qoyuldu. 10 aydan sonra ona polis bölməsindən zəng edilib və maşının üzərinə həbs qoyulduğu bildirilib. Allahverən Hacıyev baş verənlərdən sonra maşının əvvəlki sahibini axtarmağa başlayıb. Həmin şəxs də iddia ed...
publikaz_normalized
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın vaxtlarda Rusiya və Ukraynaya səfər edəcəyini açıqlayıb. Mən Zaporojyeyə qayıtmağı planlaşdırıram, yaxın 10 gün ərzində orada, həmçinin Kiyevdə və Rusiyada olacağam", - o, BMT Təhlükəsizlik Şurası üçün Zaporojye AES-dəki vəziyyətlə bağlı b...
publikaz_normalized
“Meyxana ikiüzlülükdür” - VİDEO":"“Əlində mikrofon varsa, meyxana deyirsənsə, orada birüzlülükdən əsər-əlamət ola bilməz”. Onun sözlərinə görə, meyxana deyən adamın obraza girməyi normaldır: “Təzə başlayanda mimika ilə, müəyyən hərəkətlərlə meyxana deyirdim. Bu, bəzi meyxanaçıların xoşuna gəlmirdi. Sonra həmin adamlar ...
publikaz_normalized
ABŞ-ın sabiq Prezidenti Donald Tramp ölkə Konqresinin hazırda üzərində işlədiyi Cənubi Amerika sərhədinə nəzarət haqqında qanun layihəsini mənasız adlandırıb. “Saxta seçkilər və açıq sərhədlər səbəbindən ölkəmiz ciddi problemlə üzləşib. Senatın hazırda üzərində çalışdığı iş təhlükəsizlik və sərhədlərin bağlanması baxım...
publikaz_normalized
Estoniyanın “Milrem Robotics” şirkəti Birləşmiş Ərəb Əmirliklərinin ordusuna 60 döyüş robotu və pilotsuz yerüstü nəqliyyat platforması verəcək. “Milrem Robotics” şirkəti ilə BƏƏ-nin Müdafiə Nazirliyi arasında müqavilə “Unmanned Systems Exhibition & Conference (UMEX)” sərgisi zamanı elan edilib. BƏƏ ordusu silah və kəşf...
publikaz_normalized
Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina edən Avropa Şurası Parlament Assambleyası bu addımını “Qarabağdan erməni əhalisinin çıxarılması”, təşkilatın seçkilərə dəvət edilməməsi kimi bir neçə iddia ilə əsaslandırsa da, əsas motiv kimi rəsmi Bakını “təməl öhdəlikləri” yerinə yetirməməkdə...
publikaz_normalized
Bu gün Füzuli şəhərinə növbəti köç başlayıb. Qeyd edək ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füz...
publikaz_normalized
Parisin İle-de-Frans kommunasında fermerlər hökumətin siyasətinə qarşı milli etiraz hərəkatı çərçivəsində yanvarın 26-da cümə günü Parisdə yol blokadası elan ediblər. Nəşr qeyd edir ki, həmkarlar ittifaqları, “Jeunes” kənd təsərrüfatı işçiləri və fermerlərin hüquqlarının müdafiəsi üzrə aparıcı təşkilatlar şəhərin bütün...
publikaz_normalized
Gəncədə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs avtobusdakı sərnişinin cibindən 600 manat nağd pulu oğurlayaraq ələ keçirib. M.İsmayıllının digər anoloji cinayətlər törətməsi istisna edilmədiyindən faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.
publikaz_normalized
ABŞ dövlət katibi Antoni Blinken Ərdoğanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışlayıb. “İsveçin NATO-ya üzvlüyü ratifikasiyasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmasını alqışlayırıq. Biz sənədləri Vaşinqtonda almağı və İsveçi NATO-nun 32-ci müttəfiqi kimi qarşılamağı səbirsizliklə göz...
publikaz_normalized
Sumqayıtdan Bakı istiqamətinə hərəkət edən ekspres qatarı təyin olunan qrafikdən 30 dəqiqə gec hərəkət edəcək. Sərnişinlər 7:50-də hərəkətə başlayan digər qatara (Pirşağı) yönləndiriliblər.
publikaz_normalized
Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Hazırda sıxlıq olan yolların siyahısını təqdim edirik: Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;" "2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;" "3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərk...
publikaz_normalized
Bakının Xəzər rayonunda dəm qazından zəhərlənmə hadisələri qeydə alınıb. Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Çin avtomobil istehsalçıları təmkinli olmadıqları təqdirdə qlobal bazarı ələ keçirəcəklər". Sahibkar Çinin elektromobil şirkətlərinin öz ölkələrində əhəmiyyətli uğurlar qazanacağını və qlobal bazara rəhbərlik edəcəyini proqnozlaşdırıb. Mask xəbərdarlıq edib ki, tariflər və digər ticarət maneələri qoyulmazsa, onlar bütü...
publikaz_normalized
Avropa Ədalət Məhkəməsi eyni və ya oxşar loqodan "Audi"-nin icazəsi olmadan ehtiyat hissələrdə istifadə edilə bilməyəcəyinə qərar verib. Məhkəmə qərarına görə, avtomobil istehsalçısına məxsus ticarət nişanı əvəzedici hissələrdə eyni və ya oxşar loqodan istifadənin qarşısı alına bilər. Qərarda ehtiyat hissələri istehsal...
publikaz_normalized
“112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq ...
publikaz_normalized
Qərbin şok planları açıqlandı":"Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Qərbin Rusiyadakı vəziyyəti sabitsizləşdirmək planlarından, o cümlədən xarici kəşfiyyat xidmətlərinin ölkədə inqilab təşkil etmək niyyətindən danışıb. “Əminliklə deyə bilərəm ki, Qərb, ilk növbədə Amerika kəşfiyyat...
publikaz_normalized
Tapsanız, hər gün yeyin":"Günümüzdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olan qaraciyər yağlanması Türkiyədə hər 2 adamdan birində müşahidə edilir. Onun sözlərinə görə, qaraciyər yağlanması ümumiyyətlə piylənmə ilə əlaqəli bir xəstəlikdir. Qaraciyər yağlanmasının müalicəsinin olmadığını deyən mütəxəssis b...
publikaz_normalized
Türkiyənin əhəmiyyəti artır":"“ABŞ-ın nüfuzunu itirdiyi və yeni güc qütblərinin meydana çıxdığı bir dünyada Türkiyənin əhəmiyyəti getdikcə artır”. "Məqalədə bildirilir ki, Ankara NATO üçün Avropa, Şimali Afrika, Yaxın Şərq, Qafqaz və Qara dəniz arasındakı strateji nöqtədədir. Xəbərdə hər bir münaqişənin Türkiyəni Qərbd...
publikaz_normalized
Mövsümü başa vurdu":"Barselona"nın müdafiəçisi Aleks Balde Kral Kubokunun 1/4 finalında "Atletik"lə matçda (2:4) aldığı zədə səbəbindən əməliyyat olunacaq. 20 yaşlı futbolçu tezliklə əməliyyat olunacaq. Gözlənilən bərpa müddəti təxminən dörd aydır. Bnunla Balde bu mövsüm bir daha Kataloniya komandasına kömək etməyəcək....
publikaz_normalized
Alimlər heyvanların dünyanı necə gördüyünü göstərən yeni kamera sistemi üzərində işləyirlər. Bu sistem üzərində çalışan alimlər məqalədə kameranın heyvanların dinamik mühitlərdə rənglərdən necə istifadə etdiyini, təbii işıq mənbəyinin rəng qavrayışını necə dəyişdirdiyini və bu günə qədər cavabsız qalan digər sualları a...
publikaz_normalized
Avropa İttifaqını məhv etmək lazımdır":"Fransalı siyasətçi Florian Filippot bildirib ki, Fransa Avropa İttifaqından çıxmalıdır. O bildirib ki, ölkənin kənd təsərrüfatını xilas etmək üçün Avropa İttifaqı məhv edilməlidir. Vətənpərvərlər hərəkatının lideri əlavə edib ki, bunu tez bir zamanda, Aİ Fransanı məhv etməzdən əv...
publikaz_normalized
Makiyaj, şübhəsiz ki, qadınların daha yaxşı görünmək və başqalarında yaxşı təəssürat yaratmaq üçün istifadə etdiyi üsullardan biridir. Bəs kişilər qadınlarda necə makyaj görmək istəyirlər? TƏBİİ MAKYAJ" "Təbii ki, kişilər qadınların makiyaj etməsinə qarşı deyillər. Onlar sadəcə şişirdilmiş və klişe makyajı sevmirlər. K...
publikaz_normalized
ABŞ Federal Ticarət Komissiyası (FTC) beş şirkətdən generativ süni intellekt sahəsindəki son sərmayələri və ortaqlıqları haqqında məlumatların açıqlanmasını tələb edib. Açıqlamada, şirkətlərin süni intellektin inkişafı üçün tələb olunan əsas texnologiya və süni intellekt tərtibatçıları ilə tərəfdaşlıqlar daxil olmaqla ...
publikaz_normalized
Avropada bu klubları hədəfə aldılar":"Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü, şahzadə Abdullah Saad Əbdüləziz Əl Səud bu ölkənin suveren fondu vasitəsilə daha bir klub ala biləcəklərini bildirib. Marsel" və "Monako" yaxşı çıxış edir. Fransa çempionluğunu qazanmağa qadirdirlər. Bu komandalardan birini almaqda qeyri-...
publikaz_normalized
Bu dəfə Trampı professor adlandırdı":"ABŞ prezidenti Co Bayden yenə də səhvə yol verib və Amerikanın sabiq lideri Donald Trampı sələfi deyil, öz professoru adlandırıb və dərhal da düzəliş edib. Professorum, yox, mən öz professorum haqqında danışmayacağam, qulaq asın, mənim sələfim fərqli bir kurs seçdi: iqtisadiyyatı t...
publikaz_normalized
Bu gün saat 7:45-də Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət etməli olan ekspres sərnişin qatarı texniki səbəbə görə qrafikdən qismən kənara çıxıb və hərəkəti saat 8:20-də bərpa olunub. Məlumata görə, sərnişinlər qrafikdə olan digər qatarlara yönləndirilib. Ekspres qatar istisna olmaqla digər sərnişin qatarları qraf...
publikaz_normalized
Bu gün Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. “Turan Tovuz” doğma meydanda “Səbail”i qəbul edəcək. Qərb təmsilçisi 22 xalla 8-ci, paytaxt klubu 27 xalla 5-ci pillədə qərarlaşıb. Qeyd edək ki, turun digər matçları yanvarın 27 və 28-də baş tutacaq. Azərbaycan Premyer Liqası, XX tur" "26 yanvar (cümə)" "15:...
publikaz_normalized
6 ölü, xeyli sayda yaralı var - VİDEO":"Türkiyədə avtobus qəzası baş verib. Sürücüsünün şəxsiyyəti məlum olmayan avtobus idarəetmədən çıxaraq əkin sahəsinə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 33 nəfər yaralanıb. Gülnar" "Your browser doesn't support video.
publikaz_normalized
ABŞ-lı kimya professorunun çaya bir çimdik duz əlavə etməsi ilə bağlı açıqlaması çay istehlakı ilə məşhur olan İngiltərənin gündəminə düşüb. Franklın açıqlaması "Amerikalı professor ingilislərə çay hazırlamaqla bağlı dərslər verir" kimi şərhlərə səbəb olub. ABŞ-ın Londondakı səfirliyi İngiltərənin artan reaksiyasına qa...
publikaz_normalized
ABŞ və İsrail arasında nəhəng silah müqaviləsi imzalandı":İsrail mediası ABŞ və İsrailin Təl-Əvivə çoxlu sayda F-35 və F15 AI təyyarələri və "Apache" döyüş helikopterlərinin tədarükünü əhatə edən böyük silah müqaviləsi imzaladığını açıqlayıb. “Qəzza zolağında davam edən müharibə zamanı ABŞ və İsrail arasında silah müqa...
publikaz_normalized
Məşuqələrinə milyonlar paylayıb":"Bir müddətdir ayrı yaşadıqları iddia edilən Monako şahzadəsi Şarlin (45) və əri Şahzadə Albert (65) haqqında səsləndirilən iddia Avropa mətbuatında çaşqınlıq yaradıb. Palmeronun açıqladığı sənədlərdə şahzadə Albertin öz məşuqələri və bu məşuqələrdən doğulan uşaqlar üçün milyonlarla avr...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0.0191 manata kimi, Türkiyə lirəsi 0,0561 manata kimi, Avro isə 1.8427 manata kimi ucuzlaşıb.
publikaz_normalized
Görün "İnter Mayami"nin dəyəri nə qədər artıb":"Lionel Messinin “İnter Mayami”yə transferi bütün MLS kimi klubun maliyyə vəziyyətinə də müsbət təsir göstərib. Keçən il ərzində “İnter Mayami” 127 milyon dollar qazanıbsa, 2022-ci ildə klubun mənfəəti 55 milyon dollar olub. Qeyd olunur ki, son bir ildə MLS klublarının gəl...
publikaz_normalized
“Həcinin hesabına...” - VİDEO":"Xına məclislərini əldə tutmaq da bir naxışdır. Elə bilirsiniz ki, sponsorsuz, daydaysız, "Həcisiz" bura qədər gəlib çıxmaq asandır? Nazilənin bu sözlərinə proqramda qonaq qismində iştirak edən müğənni Şəbnəm Tovuzlu gözlənilməz reaksiya verib. Nazilə isə üzünü Şəbnəmə tutaraq, "Sən "Həci...
publikaz_normalized
Putin Avropa torpağındadır!":"Rusiya prezidenti Vladimir Putinin Avropa qitəsində yeganə ərazisi olan Kalininqrada gözlənilməz səfəri Avropa İttifaqında təhdid və çağırış kimi şərh edilib. Britaniyanın "Teleqraf" qəzeti Rusiya liderinin Baltik dənizinə yaxınlaşması zamanı İsveçin Qotland adasının sahillərinə döyüş təyy...
publikaz_normalized
Anası sevgilisinə qoşulub getdi, 2 il evdə...":"Fransada hər kəs anası tərəfindən atılan və 2 il evdə tək yaşayan uşaqdan danışır. 2020-2022-ci illər arasında təkbaşına həyatda qalmaq üçün mübarizə aparan 9 yaşlı uşağın hər gün məktəbə getməyi bacardığı öyrənilib. Şəxsiyyəti açıqlanmayan oğlan 2020-ci ildən 2022-ci ilə...
publikaz_normalized
ADA-nın tələbəsi dəm qazından boğulub. Bildirilib ki, Sərxan ABŞ-da təcrübə keçən tələbələrdən olub. O, xarici məhkəmələrin metodikasını öyrənirdi. Hadisə ilə bağlı araşdırma aparılır.
publikaz_normalized
Soyuq suda üzsəniz...":"Soyuq suda üzməyin menopoz dövrü keçiriən qadınların fiziki və psixi sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı üzə çıxıb. Araşdırma nəticəsində mütəmadi olaraq soyuq suda üzən və menopoz keçirən 785 qadın müayinə edilib, onlardan yüzdə 46,9-u üzmənin narahatlıqları azaltdığını, yüzdə 34,...
publikaz_normalized
“Vəfaya deyin, “kocişini” göstərsin, əsəbiləşirəm” - Video":"Müğənni Afət Fərmanqızı sosial media hesabında növbəti paylaşımını edib. Amma heyf ki aşbazımız Azərbaycana qayıdır". İfaçı həmkarı Vəfa Şərifovanın ünvanına atmaca atıb: Vəfaya da deyin ki, "kocişim" deyəndə, bir dəfə də üzünü göstərsin. Yox, əgər göstərə bi...
publikaz_normalized
44 günlük Vətən müharibəsinin şəhidi Saleh Qurbanovun həyat yoldaşı Ləman Qurbanovanı qətlə yetirməkdə təqsirləndirilən şəhidin qardaşı Taleh Qurbanovun məhkəməsi keçirilib. Proses Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qapalı formada keçirilib. “Qızımın üstünə bıçaq çəkməsəydilər, Ləman o evdə qalacaqdı. Çünki o, şəhid...
publikaz_normalized
Qarabağ separatçılarının Azərbaycan məhkəmələrində mühakimə edilməsi təmin olunacaq. Uzun illərdir Azərbaycana və xalqımıza qarşı sülh və insanlıq əleyhinə, habelə digər ağır və xüsusilə ağır cinayət törətmiş separatçılar lokal xarakterli antiterror tədbirləri çərçivəsində və sonrakı müddətdə saxlanılıb. Onların Azərba...
publikaz_normalized
Ağır zədə aldı":"Afrika Millətlər Kubokunda çıxış edən Misir millisi daha bir ciddi itki ilə üzləşib. Bu barədə "RMC Sport" məlumat yayıb. Mənbənin sözlərinə görə, Aşur məşq zamanı salto etməyə çalışıb, amma onun cəhdi uğursuz olub. Nəticədə 25 yaşlı futbolçu kəllə-beyin travması və beyin silkələnməsi alıb. Onun durumu...
publikaz_normalized
26 yanvar 2024 tarixi səhər saatlarında "Azercell" şəbəkəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı aparılan əməliyyat işləri zamanı bəzi qlobal (Feysbuk, İnstaqram, Vatsap) sosial şəbəkə platformalarından və ümumilikdə internet saytlarından istifadədə çətinlik yaranması mümkün idi. Yaranmış narahatlığ...
publikaz_normalized
Yeltsin Klintona NATO ilə bağlı şok təklif edib - Nə cavab alıb?":"Rusiyanın birinci prezidenti Boris Yeltsin 1994-cü ildə amerikalı həmkarı Bill Klintonla görüşündə deyib ki, NATO genişlənərsə, ilk növbədə Rusiya alyansa qəbul edilməlidir. Sənədə görə, 1994-cü il yanvarın 14-də Klintonla Novo-Oqarevoda şam yeməyində Y...
publikaz_normalized
Qərb Kiyevdən nə tələb edib?":"Qərb Ukrayna hakimiyyətindən sülh danışıqlarında Moskvanın şərtlərini qəbul etməyi tələb edərək Kiyevə təzyiq edib. Bioqrafın sözlərinə görə, 2022-ci ilin yazında Rusiya və Ukrayna danışıqları “dalandan çıxarmağın” yeganə yolunun Vladimir Putin və Zelenski arasında görüş təşkil etmək oldu...
publikaz_normalized
Çempion olmaq üçün bu yola əl atacaq":"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçularını komanda ətrafında yaranan hakim qalmaqallarından qorumaq istəyir. Mənbənin sözlərinə görə, Ançelotti hesab edir ki, "Real"ın İspaniya çempionatında növbəti 4 oyunu əsasdır, ona görə də komandanı hakimliklə bağlı lazımsız söhbətlə...
publikaz_normalized
Düşmədik, dağın zirvəsinə...":"Əfqanıstanda qəzadan sağ çıxan pilot Arkadi Qraçov "Falcon 10" təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb. Qraçov fövqəladə vəziyyətin təfərrüatlarını açıqlayıb və təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğramasına aydınlıq gətirib. O əlavə edib ki, digər sağ qalanlarla birl...
publikaz_normalized
Keçən il Azərbaycanda 620 intihar hadisəsi qeydə alınıb. Onun sözlərinə görə, 2022-ci ildə bu rəqəm 609 olub. K.Əliyev qeyd edib ki, ötən il qeydə alınan intihar hallarının 180-i Bakı şəhərində, 440-ı isə rayonlarda baş verib.
publikaz_normalized
“2023-cü ildə 58 şəxs mina və hərbi sursat partlayışlarının qurbanı olub”. Baş prokuror əlavə edilib ki, 19 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O qeyd edib ki, 342 şəxs 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən ...
publikaz_normalized
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib. Hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarının məbləğləri məxfi olduğundan açıqlanmır. Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb ol...
publikaz_normalized
“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edilib. Dəyişikliyə əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçilərinin ...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörliyə təbrik məktubu göndərib. Hörmətli cənab General-Qubernator," "Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbayc...
publikaz_normalized
Xalq artisti Aygün Kazımova hər zamankı kimi bu il də ənənəsinə sadiq qalıb. Ölkənin əsas ulduzu ad günündə sevənlərinə sürpriz edərək, yeni klipini onların ixtiyarına verib. Bəstənin müəllifləri Yap10 (Zamiq Əliyev) və Saybudur (Səbuhi Məcnunlu). Klip üçün Kazımova yenə Türkiyəyə yollanıb. İstanbulda lentə alınan ekra...
publikaz_normalized
Canavarıq":"Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü, şahzadə Abdullah Saad Əbdüləziz Əl Səud ölkə çempionatı barədə danışıb. “Səudiyyə Ərəbistanı indi transfer bazarının canavarıdır. Liqamızda Kriştiano Ronaldo, Kərim Benzema kimi futbolçular var. Güclü çempionatımız var, yenə sürprizlər edəcəyik. Səudiyyə Ərəbistan...
publikaz_normalized
VİDEOSU rekord qırır":"Düşdüyü çuxurdan onu xilas edən işçiyə təşəkkür edərkən görüntülənən filin hərəkətləri sosial medianı silkələyib. Çuxurdan qurtulan fil xilaskarına təşəkkür edir. Həmin videonu təqdim edirik:
publikaz_normalized
Azərbaycana yarınmaqdır":"Ermənistanın baş naziri Nikol Paşinyan illik hesabatı dinləmək üçün yanvarın 26-da Milli Təhlükəsizlik Xidmətində olub. Həmin görüşdə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Azərbaycana verilən mina xəritələrinin keyfiyyətsiz olduğunu etiraf edib. O, Paşinyana müraciətində “Bizi minalanmış əraz...
publikaz_normalized
Şri-Lankanın dövlət naziri Sanath Nişanta və onu müşayiət edən təhlükəsizlik qrupunun üzvü yol qəzasında ölüb. Ağır xəsarət alan sürücünün xəstəxanada müalicəsi davam edir. Qəzanın gecə saat 2 radələrində baş verdiyi bildirilib. Kolomboya gedən yük maşınına dəyən avtomobilin və baryerin dağıldığı açıqlanıb. Şri-Lanka p...
publikaz_normalized
Hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır. Pulu oğurlananlar and-aman edib bankları günahlandırsa da, əslində “WhatsApp+”da olan "arxa qapı" sayəsində bank tətbiqlərinə giriş əldə edilir. O, bildirib ki, Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir. Başq...
publikaz_normalized
Qol vuran maral belə sevindi - VİDEO":"Qol vurduqdan sonra bayram edən maralın görüntüləri maraqla qarşılanıb. O, buna nail olduqdan sonra uğurunu böyük coşqu ilə qeyd edib, atılıb-düşüb. Onun bu hərəkəti hər kəsi təəccübləndirib. Marallar, ümumiyyətlə sosial heyvanlardır və sürü halında yaşayırlar. Sürü bir neçə dişi ...
publikaz_normalized
Gəncədə törədilən qətlin bəzi təfərrüatları bəlli olub. İlkin məlumata görə, mərhum şəhər ərazisində xeyir-şər çadırı icarəyə verirmiş. Elə Yaqub Həsənovun da mərhuma çadıra görə 230 manat məbləğində borcu yaranıb. Borcdan 200 manat ödənilsə də, 30 manat ödənilməyib. Beləcə, tərəflər arasında mübahisə düşüb və Yaqub Hə...
publikaz_normalized
Borş yalnız çox dadlı deyil, həm də insan sağlamlığına müsbət təsir göstərən kifayət qədər faydalı yeməkdir. Onun sözlərinə görə, borşda ətin uzun müddət bişirilməsi zamanı əldə edilən çoxlu miqdarda qida maddəsi var. “Sümük bulyonunun dəyərini qiymətləndirmək lazımdır. Bişirmə zamanı bədənimiz üçün lazım olan qidalar ...
publikaz_normalized
Xudafərin-Qubadlı-Laçın yolunun artıq yarısı tamamlanıb. Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai...
publikaz_normalized
Gördüklərindən şoka düşdü - FOTO":"İngiltərədəki qeyri-adi kəşf gündəmə bomba kimi düşüb. "Skott kəşf etdiyi dar və uzun girişi olan kiçik mağaradan çıxan mənzərəni "şah əsər" adlandırıb: “İlk baxışdan vəhşi heyvanların sığınacağı kimi görünən dəliyin arxasında qədim ibadət yeri olduğunu gördüm. Uzun illər qorunub saxl...
publikaz_normalized
2195 gün sonra":"Melburnda keçirilən “Australian Open 2024” turnirin yarımfinal görüşündə serb tennisçi Novak Cokoviç İtaliya təmsilçisi Yannik Sinnerlə qarşılaşıb. Görüş sensasiyalı şəkildə 6:1, 6:2, 6:7 (6:8), 6:3 hesabı ilə Sinnerin xeyrinə başa çatıb. Cokoviç Avstraliya Açıq Çempionatında son olaraq 2195 gün əvvəl ...
publikaz_normalized
Bakı sakinindən qumbara aşkarlanıb. Qeyd olunub ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Çərkəzov saxlanılıb. Ondan 3 ədəd F-1 qumbarası aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Həyat yoldaşı ölən pinqvinin intihar etmək istədiyi anlar sosial mediada izlənmə rekordu qırıb. Pinqivinin sürüdəın ayrılması isə ölüm - intihar deməkdir. Əgər həyat yoldaşı ölürsə, tək yaşamaq istəmirlər. Pinqvinlər ümumiyyətlə sosial heyvanlardır. Bir-biri ilə dərin bağlar yarada bilirlər. Həyat yoldaşları arasındakı...
publikaz_normalized
Xudafərin-Qubadlı-Laçın yolu layihələndirilən zaman bir sıra köçürülmələr olub. Qeyd olunub ki, yolun layihələndirilməsi zamanı bir neçə məzarlıq tikintinin altına düşüb. Aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müvafiq sənədləşmə aparılıb, 61 məzar, XVII əsrə aid olan Yaxşının qəbri və Seyyid Babiş Cəfəroğlunun...
publikaz_normalized
Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunda yanvarın 26-da Əməliyyat-taktiki fakültənin təkmilləşdirmə kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib. Hərbi İdarəetmə İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, polkovnik Bəbir Quliyev kursu müvəffəqiyy...
publikaz_normalized
Rihanna və A$AP Rocky ötən həftə sonu Parisə uçublar və təkcə Moda Həftəsi üçün deyil. Emmanuel Makron və Bricit Makronun məşhur cütlüklə görüşündə konkret nələrin müzakirə olunduğu hələlik məlum deyil. Ekstravaqant üslubu ilə məşhur olan, eksperimentlərdən qorxmayan və ümumiyyətlə ən yaxşı geyinən ulduzlardan sayılan ...
publikaz_normalized
Məqsəd nədir?":"Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü Gürcüstana işgüzar səfər edəcək. Paşinyanın gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşü planlaşdırılır. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin oktyabrında Gürcüstana işgüzar səfər edib. Tbilisidə “İpək Yolu” beynəlxalq ko...
publikaz_normalized
Nə etmək lazımdır?":"Bu ildən etibarən ehtiyac meyarının 246 manatdan 270 manata çatdırılması ünvanlı sosial yardım məbləğinin artmasına səbəb olub. Bununla yanaşı, ən çox verilən suallardan biri də məhz ehtiyac meyarı dəyişməmişdən öncə yardım almağa başlayanların ödənişlərində artım olub-olmayacağı ilə bağlıdır. Yəni...
publikaz_normalized
Bakıda və Abşeron yarımadasında yanvarın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbay...
publikaz_normalized
Əməkdar artist Lalə Məmmədova “Darıxacaqsan” adlı yeni mahnısını təqdim edib. Onun fotolarını Röyal Cəfərov ərsəyə gətirib. Məmmədovanın tərzi üzərində stilist Elnur Həsənov çalışıb. 45 yaşlı sənətçi yeni layihəsi üçün canlandırdığı obrazı ilə göz qamaşdırıb.
publikaz_normalized
Nüvə təhlükəsindən ən az narahat olan İran və Ermənistan sakinləridir, bundan ən çox qorxanlar isə İndoneziya və Nigeriyada yaşayır. Sorğu 40 ölkədə 40 min respondent arasında keçirilib. Sakinlərin nüvə təhlükəsini minimal hesab etdikləri ölkələr arasında İran və Ermənistan liderlik edir. Orada nüvə silahından istifadə...
publikaz_normalized
Bu vilayətlər fəlakət altındadır":"Naci Görür Yedisu qırılması ilə bağlı yeni paylaşım edib. O bildirib ki, şəhərlərin zəlzələyə davamlı olması üçün ciddi işlər görmək lazımdır. Daha əvvəl iştirak etdiyi bir televiziya proqramında Yedisu fayını misal göstərən seysmoloq bu qırılmanın 7,4 bal gücündə zəlzələ yarada biləc...
publikaz_normalized
ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramının efir yayımının ötən gün yarımçıq dayandırıldığı barədə məlumat vermişdik.
publikaz_normalized
Xəbər verdiyimiz kimi, dünən ATV telekanalında yayımlanan "Bizimləsən" proqramında aparıcı Zaur Baxşəliyevin səhhəti pisləşdiyi üçün efirin yarımçıq dayandırılmasına qərar verilib. O, bu barədə instaqramda video paylaşaraq ona görə narahat olan hər kəsə öz minnətdarlığını bildirib. Dünən mənə görə narahat olan, dualar ...
publikaz_normalized
Çatmadığı bir aruzusu vardı, onu da...":"“Bir bulağın iki gözü – biri sənsən, biri mən, yar. Bir almanın iki üzü – biri sənsən, biri mən, yar. Qoşa simin titrəməsi – biri sənsən, biri mən, yar…" "Bu ifadan sonra bəstəkar Əhsən Dadaşov və kamança ifaçısı Şəfiqə Eyvazova o vaxtlar göz yaşlarını saxlaya bilmir… " "Onun sə...
publikaz_normalized
Gündə 3 stəkan için, cavanlaşın":"Çay qocalıqla mübarizə aparır və gündə üç stəkan müntəzəm çay içmək bioloji yaşı azalda bilər. Tədqiqatın nəticələri "The Lancet Regional Health - Western Pacific" jurnalında dərc olunub. Tədqiqatçılar araşdırmaya cəlb edilən insanların hansı çaya üstünlük verdiklərini və onu nə qədər ...
publikaz_normalized
İkinci Dünya müharibəsinin iştirakçısı və veteranı Cəbrayıl Nəhmətov vəfat edib. Bildirilib ki, C.Nəhmətov ötən gün axşam saatlarında 101 yaşında dünyasını dəyişib. Qeyd edək ki, C.Nəhmətov 1923-cü ilin mayın 23-də Astara rayonunun Şiyəkəran kəndində anadan olub. O, yaşadığı kəndin qəbiristanlığında dəfn edilib.
publikaz_normalized
On milyona yaxın ukraynalı döyüşlər səbəbindən evlərini tərk edib. Onlardan 6,3 milyona yaxını xaricə gedib, daha 3,7 milyonu isə ölkənin digər regionlarına köçüb. O qeyd edib ki, onların adi yaşayış yerlərinə qayıtmaq üçün heç bir kütləvi hərəkət yoxdur. Biz çətin müharibə vəziyyətinin ortasına qayıtmağın asan olmayac...
publikaz_normalized
Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumlar ...
publikaz_normalized
Moskva hansı addımı atacaq?":"Moskva Ukraynanın 2024-cü ildə hazırkı müqavilə başa çatdıqdan sonra Rusiya qazının Avropaya tranzitindən imtina etmək planlarını şərh edib. O qeyd edib ki, prinsipcə, Türkiyə ilə bağlı marşrutlar var və maye qaz tədarükü var, lakin onların hamısı artıq “bron edilib”, ona görə də alternati...
publikaz_normalized
ADA Universitetinin tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənovun ötən gecə yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölməsi, hadisə ilə bağlı digər təfərrüatı da ortaya çıxarıb. Məlumata görə, 2001-ci il təvəllüdlü Əli Həsənov təxminən 3 ay öncə evlənibmiş. Sərxan Həsənov isə ADA Universitetinin Hüquq f...
publikaz_normalized
“Məlum Qərb ölkələrinin və onların əlində alətə çevrilmiş AŞPA kimi təşkilatların qərəzli və destruktiv addımları bir daha sübut edir ki, onları nə Cənubi Qafqazda sülhün bərqərar olması, nə də region xalqlarının rifah içində yaşaması maraqlandırır. Əslində, bu qüvvələri heç erməni xalqının da taleyi düşündürmür. Bu gü...
publikaz_normalized