text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmaq qərarına gəlib. Nigerin milli televiziyasında təşkilatdan çıxmaqla bağlı birgə bəyanat oxunub. Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) on beş ölkənin regional siyasi və iqtisadi birliyidir. ECOWAS-ın məqsədi tamhüqu...
publikaz_normalized
Gözlərinə və beyninə..." - FOTO":"ABŞ-da yaşayan 31 yaşlı Brendom Butbi qripdən sonra burnunu tamamilə itirib. Tək bir xəstəlik məni öldürə bilərdi", - o deyib. “The Sun” qəzetində dərc edilən xəbərdə Butnidə qripə bənzər simptomların müşahidə etdildiyi bildirilib. Qeyd edilib ki, onun burnu götürülməsəydi, infeksiya b...
publikaz_normalized
"Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin “Mançester Yunayted” klubunun tarixinə düşüb. Qolkiper, "qırmızı-şeytanlar"da meydana çıxış edən ilk türkiyəli oyunçu olub.
publikaz_normalized
piyada hadisə yerində öldü":İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. Camal Musayev idarə etdiyi “Ford” markalı avtomobil rayon sakini Həsən Şəmiyevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Sülh müqaviləsi gecikərsə...":"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana təcavüz etməmək paktı imzalamağı təklif edib. o, Ordu Gününə həsr olunmuş çıxışında bu paktın sülh müqaviləsinin imzalanması prosesi yubanacağı təqdirdə imzalana biləcəyini bildirib. Biz Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmin...
publikaz_normalized
İmişli rayonunda suda boğulma hadisəsi qeydə alınıb. Ova gedən şəxs gölə düşərək boğulub. Elşad Astanov Sarısu gölündə ov edərkən qayığın aşması nəticəsində suya düşüb və boğularaq ölüb. Onun cəsədi batdığı yerdə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, həyatını itirən gənc İmişlidə tanınmış biznesmen ...
publikaz_normalized
Futbol üzrə Türkiyə Superliqasında XXIII turun növbəti matçları keçirilib. Başakşəhər" səfərdə "Konyaspor" üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb. “Karagümrük” doğma meydanda “Rizəspor”a 4 cavabsız qolla qalib gəlib. “Beşiktaş” bu turda məğlubiyyətlə üzləşib. İstanbul təmsilçisi Sivasda yerli komandaya minimal hesa...
publikaz_normalized
Co Bayden administrasiyası baş nazir Benyamin Netanyahu hökumətinə Qəzza zolağına hücumu azaltmaq üçün təzyiq göstərmək məqsədi ilə İsrailə silah satışını dayandırmağı düşünür. Bildirilib ki, hələlik heç bir qərar verilməyib. Mənbənin sözlərinə görə, Vaşinqton İsrailə humanitar dəhlizlər açmaq və anklavın mülki əhalisi...
publikaz_normalized
Türkiyənin İstanbul şəhərindəki “Santa Maria” kilsəsinə silahlı hücum edən hər iki şəxs saxlanılıb. “Bu səhər Sarıyer “Santa Maria” Kilsəsində bazar günü ayini zamanı Tuncer Cihan adlı vətəndaşımızı öldürməkdə şübhəli bilinən iki şəxs saxlanılıb. Hadisəni törədənləri müəyyən edib yaxalayan qəhrəman polislərimizi təbrik...
publikaz_normalized
ölənlər var - FOTO/VİDEO":"Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Belə ki, hərəkətdə olan minik maşını ağaca çırpılıb. Qəza zamanı 2 nəfər - 2001-ci il təvəllüdlü Rəşad Bayramov və İmamverdi adlı şəxs ölüb. 2003-cü il təvəllüdlü Kənan Məmmədov isə yaralanıb. Your browser doesn't support video.
publikaz_normalized
Dövlət Miqrasiya Xidməti yanında Miqrasiya Şurasının sədri Gökhan Çoban dünyasını dəyişib. Qeyd olunub ki, Gökhan Çoban xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, bir müddət əvvəl müsahibələrinin birində Türkiyədə müalicə aldığını və xəstəliyə qalib gəldiyini açıqlamışdı.
publikaz_normalized
Nikolun gerçək hədəfi nədir?":"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana təqdim etdikləri təklifləri açıqlayıb. Bu təkliflərdə iki məqam xüsusilə diqqət çəkir: - Silahlara qarşılıqlı şəkildə nəzarət mexanizminin qurulması; - Sülh sazişinin imzalanması gecikəcəyi təqdirdə, bir-birinə hücum etməmək haqda paktın ...
publikaz_normalized
TƏBİB Cəlilabad rayonunda ölən körpə ilə bağlı açıqlama yayıb. Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib. Həkimlərin bütün səylərinə baxmayaraq, 28.01.2024-cü il tarixində saat 19:40 radələrində ölüm qeydə alınıb.
publikaz_normalized
Ermənistanda hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur. “Hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur. Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da bu sahə korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb rəsmiləri, hərbçilər və ...
publikaz_normalized
Yalnız nokautla..." - Qalant ELAN ETDİ":"Qətərdə HƏMAS liderləri dəbdəbəli həyat sürərkən, Qəzzadakı terror qruplaşmasının komandirləri ölür və minlərlə adam təslim olur". Hadisə yerində olan hər kəs nə baş verdiyini mükəmməl bilir. Yüzlərlə terrorçu təslim olur, minlərlə öldürülür, silahlar məhv edilir, terrorçular ye...
publikaz_normalized
axşam saatları romantik anlar vəd edir":" "Qoç - müxtəlif profilli məsələləri həll etmək iqtidarındasınız. İstənilən şəraitə və ya iş ritminə uyğunlaşmaq potensialınız var. Fəqət, daha yaxşı bələd olduğunuz fəaliyyət növünə üstünlük verin. Günün ikinci yarısında daşınmaz əmlakla bağlı məsələlərdə yaxşı gəlir əldə edə b...
publikaz_normalized
“Barselona”nın Robert Levandovski və Joao Kanselo komandanın baş məşqçisi Xavinin mövsümün sonunda gedəcəyi ilə bağlı açıqlamasından sonra onunla söhbət edərkən ağlayıblar. Mənbənin məlumatına görə, yanvarın 28-də komandanın paltardəyişmə otağında iclas keçirilib və həmin iclasda Xavi qərarla bağlı futbolçuları məlumat...
publikaz_normalized
Özü ucuz olsa da, südü baha qiymətə satılır. Hətta mal-qara, qoyun, keçi südü belə ondan daha ucuzdur. Söhbət uzunqulaq südündən gedir. Uzunqulaq südünün 100 qramı 5-10 manata satılır. Sözügedən canlı az süd versə də, onun məhsulu bir çox xəstəliklərin çarəsi hesab olunur. Xüsusən son zamanlar daha çox yayılan qızılcay...
publikaz_normalized
çox sayda ölən var":"Braziliyada San-Pauludan Belu Horizontiyə uçan tək mühərrikli təyyarə qəzaya uğraayıb. Bildirilib ki, hadisə nəticəsində 7 nəfər həlak olub. Təyyarədə iki kişi, iki qadın, bir uşaq və iki ekipaj üzvü olduğu qeyd edilir. Xilasedicilərdən biri bildirib ki, təyyarə havada üç böyük parçaya parçalanıb. ...
publikaz_normalized
İsrail Fələstinin radikal HƏMAS hərəkatı üçün əsas silah mənbəyi olduğunu sübut edib. Yeni kəşfiyyat məlumatları HƏMAS-ın çoxlu raket və tank əleyhinə silahlarını İsrailin Qəzza zolağına atdığı zamanı partlamayan minlərlə mərmidən necə düzəldə bildiyini açıqlayıb", - nəşr yazır. Bundan əlavə, Fələstin qruplaşmasının ya...
publikaz_normalized
Müğənni Emma Ələkbərzadə fərqli görünüşü ilə diqqət çəkib. Sevənləri Emma Ələkbərzadənin yeni imicini bəyəndiklərini qeyd ediblər.
publikaz_normalized
günahkar kimdir? - FOTO":"Taylandda insan başı olan həyat qabiliyyəti olmayan mutant buzov doğulub. Fermer qəribə heyvanın fotolarını sosial şəbəkədə yerləşdirib. Şəkillərdə yeni doğulan buzov çəmənlikdə uzanıb. Buzovun tükü yoxdur, başı isə qeyri-adi formadadır və qeyri-müəyyən şəkildə insan başına bənzəyir. Görüntülə...
publikaz_normalized
İŞİD terror təşkilatı Türkiyənin İstanbul şəhərində yerləşən “Santa Maria” kilsəsində baş verən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edək ki, “Santa Maria” kilsəsinə silahlı hücum edən iki şübhəli saxlanılıb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hər iki şəxs İŞİD üzvüdür.
publikaz_normalized
“Maska” şounun finaldan öncəki buraxılışı yayımlanıb. Bu maskanın arxasından isə aşıq Samirə Əliyeva çıxıb. Detektivlərdən Xalq artisti Faiq Ağayev onun kimliyini düz təxmin edib.
publikaz_normalized
Dietoloq Yelena Solomatina tez-tez qızardılmış kartof istehlakının beyin üçün mümkün mənfi nəticələri barədə xəbərdarlıq edib. Dietoloq vurğulayıb ki, yüksək glisemik indeks qızardılmış kartofu orqanizmdə müxtəlif patoloji prosesləri, məsələn, qan damarlarının divarlarını zədələməyə qadir edir. Onun sözlərinə görə, qay...
publikaz_normalized
Azərbaycan Zəngəzura belə daxil olur":"09:06" "Ermənistanda yeni qorxular yayılıb. Söhbət Azərbaycanın xarici təşkilatlar üzərindən Zəngəzura daxil olduğu haqda iddialardan gedir. Nəşr yazır ki, bu təşkilat 2018-ci ildən başlayaraq, Ermənistanda, xüsusilə sərhəd bölgələrində ekoloji vəziyyəti araşdırır. “Təşkilata ermə...
publikaz_normalized
Somalililər Şri Lanka bayrağı altında üzən gəmini ələ keçiriblər. Bildirilib ki, göyərtəsində altı Şri-Lanka vətəndaşı olan balıqçı trou qaçırılıb.
publikaz_normalized
Finlandiyada prezident seçkilərində səslərin sayılmasına başlanılıb. Qeyd edildiyi kimi, səslərin 82,8 faizi hesablandıqdan sonra Stubb 27,3 faiz, Haavisto 25,1 faiz, parlamentin spikeri Jussi Halla-aho isə 18,7 faiz səs toplayıb. Finlandiyada prezident seçkilərində səsvermə yanvarın 28-də keçirilib. Seçki məntəqələri ...
publikaz_normalized
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocəlispor” klubunda debüt edib. 27 yaşlı forvard 40-cı dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb. Qeyd edək ki, “Kocəlispor” turnir cədvəlində 39 xalla 3-cü pillədə qərarlaşıb.
publikaz_normalized
Hazırda istənilən telefonda istifadəçinin danışıqlarını dinləmək mümkündür. Sadəcə, bir sıra cihazlar bu funksiyanı müəyyən qədər məhdudlaşdırmaq imkanlarına malikdir. Onun sözlərinə görə, mobil cihazlar hələ də operatorların texniki imkanlarındakı fərqlər səbəbi ilə dinləmələrə məruz qalır. Telefonlarında А5/3 şifrələ...
publikaz_normalized
Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 1 250 mənzillik binanın sakinləri yolda çəkilən qoşa xətdən şikayətçidirlər. Onlar bildiriblər ki, qoşa xətti tapdalamamaq üçün binaya girəndə və çıxanda əlavə 300-400 metr məsafə qət etmək məcburiyyətində qalırlar: “Əvvəl qoşa xəttə məhəl qoymadan hərəkət etmək mümkün...
publikaz_normalized
Yanvarın 28-də Şimali Koreya sualtı qayıqdan iki yeni “Pulhvasal-3-31” qanadlı raket buraxıb, raketlərin sınaq buraxılışı uğurlu olub. Qeyd olunub ki, raket buraxılışına ölkə lideri Kim Çen In rəhbərlik edib. Belə ki, raketlər şərti hədəfləri dəqiq vurub. Eyni zamanda onlar iki saata yaxın uçuşda olublar. Vurğulanıb ki...
publikaz_normalized
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 27 ailə - 115 nəfər köçürülüb. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən...
publikaz_normalized
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücüləri saxlayıb. Bir-biriləri ilə toqquşaraq qəza törədən sürücülər polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində pro...
publikaz_normalized
Əl-Hilal"ın hücumçusu Neymar Romarionun ad günü şərəfinə təşkil edilən gecəyə qatılıb. Ancaq dizindən zədəli olan Neymarın xarici görünüşü diqqətləri cəlb edib. Onun kökəlməsi nəzərlərdən yayınmayıb. Qeyd edək ki, ulduz futbolçu oktyabrın 18-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvaya qarş...
publikaz_normalized
Liverpul" azarkeşləri baş məşqçi Yugen Kloppa jest ediblər. Onlar Kloppun şəkli və onun dönəmində qazanılan 7 titulu bannerə həkk etməklə yanaşı, üzərində "tarixin yenidən yazıldı" sözlərini qeyd ediblər. Xatırladaq ki, yanvarın 26-da Yurgen Klopp bu mövsümün sonunda "Liverpul"u tərk edəcəyini açıqlamışdı. 56 yaşlı alm...
publikaz_normalized
Bakının bir sıra yollarında tıxac yaranıb. Hal-hazırda yollardakı vəziyyət: Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;" "2. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;" "3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;" "4. Tbilisi pr...
publikaz_normalized
xəsarət alanlar var":Qazax rayonunun Şıxlı kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İran Silahlı Qüvvələrinin Pakistan ərazisində yerləşən “Ceyş əl-Zolm” qruplaşmasının iki qərargahına zərbə endirməsindən sonra yaranan gərginliyin həlli üçün Pakistana gəlib. Xatırladaq ki, yanvarın 16-da İran Silahlı Qüvvələri “Ceyş əl-Zolm” terror qruplaşmasının iki ...
publikaz_normalized
Ukrayna uduzsa, ərazilərinin bir hissəsini də bu ölkə tutacaq":"Ukrayna Rusiya ilə münaqişədə uduzsa, Transkarpatiya Macarıstana verilə bilər. Siyasətçi bildirib ki, ənənəvi olaraq çoxlu etnik macarların yaşadığı region Ukraynanın dağılmasından sonra Budapeştə verilməlidir. “Ukrayna yıxılsa, biz Transkarpatiyaya iddia ...
publikaz_normalized
Gəncə şəhərində "İsuzu" markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 50 m² olan lambirdən ibarət talvar 8 m² sahədə əriyib. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Dəvəquşu kolluğa girir, başını gizlədir, arxası qalır çöldə. Elə bilir ki, onu heç kim görmür. Müğənnilərin də əksəriyyəti belədir. Etdikləri əməlləri elə bilirlər ki, ancaq özləri bilir. Tamaşaçıları aldatmaq mümkün deyil. Bir də görürsən ki, efirdə kiməsə maşın, ev hədiyyə olunur, gül gətirirlər. Guya camaat bilmir k...
publikaz_normalized
Gizli əməliyyatın detalları sızdı":"Vaşinqton ABŞ-ın İordaniyadakı bazasına hücuma cavab vermək üçün müxtəlif variantları, o cümlədən İrana qarşı gizli əməliyyat keçirmək imkanlarını nəzərdən keçirir. Nəşrin fikrincə, Amerika bazasına hücum ABŞ hakimiyyətinin daha “qətiyyətli cavabı”na ​​səbəb ola bilər. Mümkün tədbirl...
publikaz_normalized
“Dənizlərin ikonu” ilk səyahətinə başladı - FOTO":"Dünyanın ən böyük kruiz gəmisi "Royal Caribbean International" gəmiçilik şirkətinə məxsus "Dənizlərin İkonu" təxminən 8 min sərnişinlə ABŞ-ın Mayami şəhərindən Karib hövzəsinə yola düşüb. 20 göyərtəli gəmi 7600 sərnişin və 2350 ekipajı daşıya bilir. 250 min ton ağırlığ...
publikaz_normalized
Macarıstanı belə çökdürəcəklər":"Macarıstan Avropa İttifaqının təzyiqlərinə boyun əyməyəcək və Ukraynaya maliyyə ayrılmasına razılıq verməyəcək. Fevralın 1-də keçiriləcək Aİ sammitində Kiyevin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilməsə, üzv dövlətlər açıq şəkildə Macarıstana qarşı iqtisadi təzyiqlərə başlayacaq...
publikaz_normalized
Tatarla görüşəcək":"Kiprə yeni təyin edilən kolumbiyalı qadın diplomat Maria Angela Holqun Kuellar KKTC prezidenti Ersin Tatar və Kipr Rum lideri Nikos Anastasiadis ilə görüşmək üçün Lefkoşaya gəlib. Kolumbiyanın keçmiş xarici işlər naziri Kuellar tərəflər razılıq verdikdən sonra ilin əvvəlində Kipr missiyasına təyin o...
publikaz_normalized
Şotlandiyada aparılan araşdırmaya görə, dar üzlü və açıq dərili insanlar varlı, geniş üzlü və solğun dərili insanlar isə kasıb kimi qəbul edilir. Qərb ölkələrindən olan iştirakçılarla aparılan araşdırma yalnız insanların qavrayışına əsaslanaraq hansı üz xüsusiyyətlərinin yüksək və ya aşağı sosial statusla əlaqəli olduğ...
publikaz_normalized
Aprelə qədər yekunlaşacaq":"Almaniyanın ən çox oxunan qəzetlərindən olan “Bild”in xəbərində ölkənin Müdafiə Nazirliyinin sənəd layihəsinə əsaslanaraq, Avropada böyük bir müharibə olacağı təqdirdə almanların evlərini bomba sığınacağına çevirəcəyi açıqlanıb. Hesabatda Almaniya fəal cəbhə xətti olan bir dövlət deyil, sila...
publikaz_normalized
3 ABŞ əsgəri öldürülüb, 25 nəfər...":"ABŞ prezidenti Bayden İordaniyadakı bazaya pilotsuz təyyarənin hücumu nəticəsində 3 ABŞ əsgərinin həlak olduğunu, 25 nəfərin yaralandığını açıqlayıb. O, hücuma görə məsuliyyət daşıyanlara cavab verəcəklərini ifadə edib. Bayden müdafiə naziri Lloyd Ostin, milli təhlükəsizlik müşavir...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 Avro" "1,8436" "1 Rusiya rublu" "0,0189" "1 Avstraliya dolları" "1,1202" "1 Argentina pesosu" "0,0021" "1 Belarus rublu" "0,5195" "1 Brazil...
publikaz_normalized
Ayın Günəşin üzünü tamamilə örtdüyü tam Günəş tutulması aprelin 8-i günortadan sonra baş verəcək. Təbiət hadisəsini Şimali və Mərkəzi Amerikanın dar bir zolağında 32 milyon insan görəcək. Dünyanın müxtəlif yerlərində isə Günəşin yalnız bir hissəsinin örtüldüyü “qismən günəş tutulması” görünəcək. Günəş tutulması Meksika...
publikaz_normalized
Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış və sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılan Ruben Vardanyanın həbsindən verilən apellyasiya şikayəti təmin edilməyib. Bildirilib ki, separatçı milyarder kimi tanınmı...
publikaz_normalized
HMS Erebus" və "HMS Terror" gəmiləri 1845-ci ildə Şimal-Qərb keçidini tapmaq üçün Kentdəki Qrinhitdən üzən ekspedisiya zamanı yoxa çıxıb. Arxeoloqlar "HMS Erebus"un Kanada sahillərində batmasından təxminən iki əsr sonra qalıqlar arasından yüzlərlə artefakt tapıblar. Qeyd edək ki, "HMS Erebus" və "HMS Terror" Atlantik v...
publikaz_normalized
Əhalinin 90 faizi...":"Təl-Əviv Universitetinin keçirdiyi sorğuda iştirak edən israillilərin təxminən 90 faizi İsrail ordusunun Qəzzada fələstinliləri haqlı səbəblərlə öldürdüyünü və yaraladığını düşünür. İsraillilərin təxminən 53 faizi blokada altında olan Qəzza zolağında qeyri-qanuni yəhudi məskənlərinin salınmasını ...
publikaz_normalized
Əməkdar artist Ruhəngiz Allahverdiyeva efirdə əsəbiləşib. Həmin an Elgiz "Bu nə haray, müsibətdir orada baş verir? söyləyərək studiyadan kulisdə dayanan Ruhəngizin yanına gedib. Bu anda mikforonlar söndürülüb, efirə yüksək səslə musiqi verilib. Kameralar Allahverdiyevanın Elgizlə etiraz dolu dialoqunu çəkərək, nümayiş ...
publikaz_normalized
Usta sexdə özünü asdı":Gəncədə intihar hadisəsi baş verib. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
publikaz_normalized
Bu 4 oyunda...":"Xavi baş məşqçisi olduğu "Barselona"nı cari mövsüm sonunda deyil, daha tez tərk edə bilər. İspaniyalı mütəxəssis uğursuz olarsa, qovulacaq. Onun yerinə gələcək məşqçinin adı da bəllidir Əsas namizəd qadınlardan ibarət milli komandanın məşqçisi Conatan Qiraldesdir. Qeyd edək ki, La Liqanın 21-ci turunda...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Fatmayı kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə or...
publikaz_normalized
İtaliya A Seriyasının 22-ci turunda “İnter” “Fiorentina”nı qəbul edib. Bununla da, argentinalı forvard "neradzurra"nin formasıyla 124-cü dəfə fərqlənib. Lautaro "İnter"də vurulan qolların sayına görə Kristian Vieri ötüb. O, Mauro İkardi ilə birlikdə 8-ci yeri bölüşür. Qeyd edək ki, bu göstəricidə lider Milan təmsilçisi...
publikaz_normalized
Polis yanvarın 28-də kilsədə baş verən atışmada şübhəli bilinən 47 nəfəri saxlayıb. Onun sözlərinə görə, 30 ünvanda əməliyyat keçirilib. Saxlanılanlar arasında İslam Dövləti ilə əlaqəsi ola biləcək bir Rusiya və bir Tacikistan vətəndaşı da var. Qeyd edək ki, yanvarın 28-də Sarıyer rayonunda yerləşən Müqəddəs Məryəm Kat...
publikaz_normalized
Son zamanlar xarici görünüşü, xüsusilə arıqlaması ilə müzakirə obyektinə çevrilən Xalq artisti Aygün Kazımova sözügedən mövzu ilə bağlı açıqlama verib. Çox incə və arıq olmaq olar. Amma bədən quruluşu çox önəmlidir. Sadəcə arıqsan söhbəti deyil... Bədənin proporsiyaları və ölçüləri söhbəti var. Mənim bədən ölçülərim 90...
publikaz_normalized
Arsenal"ın baş məşqçisi Mikel Arteta postunu tərk edəcək. Artıq ispaniyalı mütəxəssis öz ətrafını qərarla bağlı məlumatlandırıb. Ayrılıq mövsüm bitdikdən dərhal sonra reallaşacaq. Qeyd olunur ki, "Barselona"nın prezidenti Xuan Laporta dəfələrlə Artetanı komandanın "sükanı arxası"nda görmək istədiyini qeyd edib. Ancaq o...
publikaz_normalized
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə 50-ci qolu vuraraq yeni rekorda imza atıb. Ağdam klubunun yubiley qolunun müəllifi Toral Bayramov olub. “Qarabağ” ölkə çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və ya daha çox qol vurub. Bölgə təmsilçisi 14 dəfə “50”yə çatan “Neftçi”ni arxada qoyub....
publikaz_normalized
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri təxminən fevralda baş tuta bilər. Mənbənin sözlərinə görə, hər şey Rusiya və Türkiyə liderlərinin qrafikindən asılı olacaq. Koordinasiya diplomatik kanallar vasitəsilə aparılır. Putin daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ilin əvvəlində görüşməyi planla...
publikaz_normalized
Polis əməkdaşları həftəsonu vətəndaşlardan 6 silah götürüb. Bildirilib ki, 27-28 yanvar tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 220 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Həmçinin...
publikaz_normalized
daha bir Hakkani öldü":"Əfqanıstanın Taliban Ali Məhkəməsinin əsas üzvü avtomobil qəzasında ölüb. Bununla bağlı yayılan bəyanatda Hakkaninin son 20 ildə Talibana xidmət etdiyi bildirilsə də, əlavə təfərrüatlar verilməyib. Hakkanilər Taliban administrasiyasında güclü qruplaşmalardan biridir. Vaxtilə ABŞ-ın ən çox axtard...
publikaz_normalized
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov erməniəsilli seçicilərin də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcəyini deyib. Onun sözlərinə görə, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur: Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermdə eyni hüquqa mal...
publikaz_normalized
Bu iki planet xaos yaradacaq":"Fevral ayı astroloji hadisələr baxımından son dərəcə gərgin ay olacaq. Təhlükəli günlər hansılardır və yaranacaq problemlərdən neçə qaçmaq olar? 5 fevral - Pluton və Merkuri birləşir" "İlk təmas 5 fevralı təhlükəli edəcək. Həmin gün Pluton və Merkuri Yerlə bir xətdə olacaq. Astroloqlar qe...
publikaz_normalized
Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır. O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir: Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək". Qeyd edək ki, sosial şəbəkələrdə “Jalilov” adı ilə məşh...
publikaz_normalized
Müğənni Səidə Sultan müsahibə verdiyi an həyat yoldaşı ona zəng vurub. Bu zaman nə deyəcəyini bilməyən, dili-dodağı quruyan Səidə əvvəlcə müsahibədən yayınmağa çalışıb və kameralar önündə həyat yoldaşı ilə telefonda danışmaq istəməyib. Müxbirin təzyiqini görən müğənni "Ay dədə, necəsən? Çox pis anda mənə zəng vurmusan....
publikaz_normalized
Ən azı 52 nəfər ölüb":"Sudan və Cənubi Sudan arasında mübahisəli Abyei bölgəsində silahlı qrupun hücumu nəticəsində azı 52 nəfər ölüb, 64 nəfər yaralanıb. İlkin məlumatlara görə, ölənlər arasında Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlı missiyasının əməkdaşı da var. Səlahiyyətlilərə görə, hücumun səbəbi hələl...
publikaz_normalized
Prezident gələn ay imzalayacaq, pensiya kapitalınız bu qədər artacaq":"“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2024-cü ildə indeksləşdirilərək artırılmalıdır. Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi h...
publikaz_normalized
Bizim əlimiz yoxdur":"İran hakimiyyəti Suriyada Amerika bazasına edilən və üç amerikalı əsgərin ölümü ilə nəticələnən hücumda iştirakının olmadığını bəyan edib. İraq və İordaniya ilə sərhəd yaxınlığında yerləşən Əl-Tanf bazasına dünənki pilotsuz təyyarə zərbəsi nəticəsində 3 amerikalı hərbçi həlak olub, 33 nəfər yarala...
publikaz_normalized
Böyük Britaniya hökuməti ölkədə birdəfəlik elektron siqaretlərin(vape) satışını qadağan edən qanun layihəsi təqdim edəcək. Qeyd olunur ki, qadağa son iki ildə birdəfəlik elektron siqaretlərdən istifadə edən 11-17 yaşlı yeniyetmələrin sayının təxminən 9 dəfə artması səbəbindən tətbiq olunacaq. Hal-hazırda 11-15 yaşlı br...
publikaz_normalized
Yüz minlərlə insan...":"Müharibələr, aclıq və quraqlıq səbəbindən köçün qarşısını almaq mümkün deyil. Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin son hesabatında miqrasiyanın bu il rekord həddə çatacağı, dünyada böhranlı bölgələrə əlavə olunacaq yeni ölkələrin və mühacirlərin sayının əhəmiyyətli dərəcədə artac...
publikaz_normalized
Mandatım çərçivəsində 2024-cü il yanvarın sonunda Abxaziyaya səfər etmək niyyətində idim. Təəssüf ki, oradakı həmsöhbətlərimiz mənə dedilər ki, bu, mümkün deyil. Onun sözlərinə görə, bu, son altı ayda ikinci imtinadır. “Abxaziyanın nisbi açıqlığı Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən əziyyət çəkməməlidir”. On...
publikaz_normalized
İçərisindən 8 kiloqram... - FOTO":"Kənddəki evinin eyvanında saxladığı çamadanını götürməyə gedən kişi qarşılaşdığı mənzərə qarşısında çox təəccüblənib. Düzcenin Gelenöz kəndində bir evin eyvanında arıların pətək düzəltdiyi çamadandan təxminən 8 kiloqram bal götürülüb. Rayon mərkəzində yaşayan şəxs kəndə gedərkən evini...
publikaz_normalized
Dəfələrlə edilən xəbərdarlıqlara, həyata keçirilən kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq, yenə də özbaşına aparılan tikinti-quraşdırma işlərinə dair faktlara rast gəlinir. Belə ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin keçirdiyi monitorinqlər zamanı tikinti sahəsində qanunvericiliyin tələblərini...
publikaz_normalized
2000-ci illərə qədər seçkiyə ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürüb gələnlər olurdu. Bəzən bir nəfər 2 və daha çox şəxsiyyət vəsiqəsini götürüb gəlirdi ki, səs versin. Kişilər həyat yoldaşının da seçki məntəqəsinə gəlməyinə qarşı çıxırdı. Maarifləndirmə tədbirləri ilə bu cür mənfi halların, sui-istifadənin qarş...
publikaz_normalized
məşhur aşpazın bədəni... - VİDEO":"Dünyaca məşhur şef CZN Burak ləqəbli Burak Özdemir bədəndəki yaralar və qızaran gözləriylə hər kəsi qorxudub. "Publik.az Türkiyə mediasəna istinadən xəbər verir ki, instaqramda paylaşdığı yemək repespti videoları ilə məşhurlaşan və 54,6 milyon izləyicisi olan CZN Burak ailəsi ilə bağl...
publikaz_normalized
Çətin durumdayıq, Rusiyanı...":"Vladimir Zelenski Ukraynadakı müharibənin 2024-cü ildə bitib-bitməyəcəyi ilə bağlı fikirlərini bildirib. Jurnalist Ukrayna prezidentinə müharibənin bu il bitəcəyinə ümid verən bir şeyin olub-olmadığını soruşub. Zelenski cavabında deyib ki, buna inanmaq lazımdır. “Biz özünüzə inanmalı, xa...
publikaz_normalized
2023-cü ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 6 milyard 337,539 milyon manat təşkil edib. Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 14,6 % artaraq 1 milyard 627,079 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 11 % artaraq 4 milyard 443,321 milyon manat, aksizlər üzrə daxil...
publikaz_normalized
Rəsmilər çarəsizdir":"Səlahiyyətlilər ABŞ-ın Kaliforniya ştatında, Tuolumne çayı boyunca evsizlər tərəfindən qazılmış mağaraları aşkar etdikdən sonra həll yolu axtarırlar. Şəhər rəhbərliyinin mağaralarla bağlı əsas narahatlığı odur ki, onlar güclü yağış zamanı çökə, içəridəkilər ölə bilər. “Bunlardan biri çöksə, fəlakə...
publikaz_normalized
Dünya şöhrətli müğənni Taylor Sviftin noyabrda ABŞ-da keçiriləcək seçkilərdə böyük rol oynayacaq. Belə ki, aparılan sorğuda hər 5 nəfərdən 1-i Sviftin dəstəkləyəcəyi namizədə səs verəcəyini bildirib. ABŞ bütün diqqətini noyabrda keçiriləcək seçkilərə cəmləyərkən diqqətçəkən bir araşdırma aparılıb. Belə ki, ABŞ-ın “Redf...
publikaz_normalized
Keçmiş model, sosial şəbəkədə dəbdəbəli həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bu dəfə geyimləri ilə gündəmə gəlib. Diananın donunun qiyməti 3609 manatdır. Hər üçü “Dolce Gabbana” brendinə məxsus olan palto, çanta və çəkmələrinin də qiyməti dodaq uçuqladıb. Paltonun qiyməti 6777, çanta 3350, çəkmələrin qiyməti isə 2...
publikaz_normalized
Bu axmaq layihə...":"UEFA prezidenti Aleksandr Çeferin Avropa Super Liqası layihəsindən danışıb. “Ümid edirəm ki, biz heç vaxt olmadığı qədər birləşmişik. Hamımız bu axmaq layihədən imtina etdik. Necə ki, futbolu öldürəcək hər hansı digər layihədən imtina edərdik. Futbol hazırda yaxşı vəziyyətdədir. Bu, insanları sevin...
publikaz_normalized
Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır". Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib. O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə t...
publikaz_normalized
Müğənni Alişan Sivrihisarda konsertə gedərkən halı pisləşib və təcili xəstəxanaya aparılıb. TRT1-də həftə içi hər gün veriliş aparan Alişan bu barədə instaqramda məlumat paylaşıb. Sivrihisar konsertinə gedərkən sağ tərəfimdə dözülməz ağrı ilə Bursaya təcili yardıma gəldik. Tomoqrafiya və qan analizi nəticəsində həkimlə...
publikaz_normalized
Masallı rayonunun Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Məhərrəm Əliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd olunan müəssisənin 2021-2023-cü illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Birliyin vəzifəli şəxs(...
publikaz_normalized
Nəhəng zavodu vurdu":"Rusiyanın ən böyük neft emalı zavodlarından birinə - Yaroslavldakı “Slavneft-YANOS”-a dron hücumu olub. Minatəmizləmə qrupunun gəlişi gözlənilir. İlkin məlumata görə, xəsarət alan olmayıb. Mash Telegram kanalı aydınlaşdırır ki, Ukraynaya məxsus pilotsuz uçan aparat ilk dəfə Yaroslavl vilayətinə ça...
publikaz_normalized
Barselona" "Yorqorden"in və İsveç gənclər komandasının yarımmüdafiəçisi Lukas Berqvallı transfer etməyə yaxındır. Onun sözlərinə görə, kataloniyalıların rəsmi təklifi bir həftə ərzində İsveç klubu tərəfindən qəbul olunacaq. Barselona" 17 yaşlı futbolçu üçün təxminən 7 milyon avro ödəyəcək. Daha 3 milyon avro isə mümkün...
publikaz_normalized
Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı artıb. Bildirilib ki, hazırda respublikada 100 yaşdan yuxarı 1021 nəfər yaşayır. Onlardan 381 nəfəri kişilər, 640 nəfəri isə qadınlardır. "Statistikaya əsasən, 2022-ci ildə Azərbaycanda 100 yaşdan yuxarı əhalinin sayı 897 nəfər qeydə alınıb. Bunlardan 287 nəfər...
publikaz_normalized
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Samux rayonunda keçiriləcək. Aksiya rayonun Qarayeri qəsəbəsində (1 nömrəli məktəbin qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 31-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.İstənilən tə...
publikaz_normalized
Azərbaycanda yanvarın 30-na gözlənilən hava şəraiti açıqlanıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb külə...
publikaz_normalized
Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemlərdən əziyyət çəkən əməkdar jurnalist Rəhman Məmmədzadənin (Orxan) vəziyyəti ağırlaşıb. Bir müddət öncə Sumqayıtdakı 2 nömrəli Xəstəxanaya yerləşdirilən jurnalisti artıq evinə gətiriblər. “Atam hazırda evdədir, vəziyyəti çox ağırdır, həkimlər ümid...
publikaz_normalized
Böyüklüyündən xəbərsiz olan böyük sənətkar":"Onun adı gələndə, ilk olaraq qulaqlarımda Novruz Bayramı ərafəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan "Azərbaycan təranələri" səslənir. Daha sonra 20 Yanvar Şəhidlərinin, Xocalı Qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, səhi...
publikaz_normalized
Şok faktı açıqladı":"“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İctimai Televiziyada yayımlanan “Bol idman” verilişinin qonağı olub. “Getdiyim yerdən çox danışmaq istəmirəm. Bəli, mənimlə 6 illik müqavilə ilə bağlı danışıq oldu, amma sonra 3 illik sözləşmə imzalandı. Bu barədə mənə dəfələrlə suallar verilib. İstəyirəm ki...
publikaz_normalized
Aparıcı Gülnarə Məmmədova uzun müddət sonra efirə qayıtmaq barədə yazıb. Dostlar, sizcə, mən yenidən TV-yə qayıda bilərəm? Elə-belə soruşdum, Bakıda yaşayan TV dostlarımın fikirləri maraqlıdır". Qeyd edək ki, Gülnarə ailə quraraq Türkiyəyə köçüb. Xatırladaq ki, G.Məmmədova ANS-də "Kamerton", "Xonça" və digər verilişlər...
publikaz_normalized
Azərbaycanı qonaqların gözündə cənnətə necə döndərək?":"Bildiyimiz kimi, pandemiya dövründə Azərbaycana gələn turistlərin sayı azalıb. Lakin ötən ildən bu sayın artdığı müşahidə olunub. Pandemiyadan sonra ilk dəfə olaraq il ərzində Azərbaycana gələn turistlərin sayı 2 milyonu keçib. 2023-cü ildə Azərbaycana gələn turis...
publikaz_normalized
Bu lobbilər birləşdi":"Şimali İraq nəşrlərinin yaydığı xəbərə görə, Ankara İsveçin NATO-ya üzvlük tələbini təsdiqlədikdən və daha sonra ABŞ prezidenti Co Bayden F-16 döyüş təyyarələrinin satışı üçün Konqresdəki nüfuzlu şəxslərə məktub göndərdikdən sonra yunan, erməni, kürd və hind lobbi təşkilatlarının da olduğu bir qr...
publikaz_normalized