text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Kreml reaksiya verdi":"Rusiya NATO-nun Avropada başladığı “Sabit Müdafiəçi 2024” hərbi təlimlərini təhlükə hesab edir. Kreml spikerinin sözlərinə görə, Rusiya NATO-nun hərbi təlimlərini “mütləq təhdid kimi qəbul edir”, çünki “NATO qarşıdurma vasitəsidir”. “Bu, bizim üçün təhlükədir, biz buna belə yanaşırıq. Və bunun üç...
publikaz_normalized
Siyahıda İstanbul nəhəngləri də var":"“FourFourTwo” nəşri dünyanın ən böyük futbol klublarının reytinq cədvəlini açıqlayıb. 32 klubun yer aldığı siyahıya İspaniya “Real Madrid”i başçılıq edir. İspaniyanın digər təmsilçisi “Barselona” ikinci yerdə qərarlaşıb. İngiltərənin “Mançester Yunayted” komandası isə üçüncü sırada...
publikaz_normalized
Nəvələri ona nə hədiyyə edib?":"”Əlvida”, ”Getdiyin o yollar”, ”Hər yaşanan günlərin qədrini bilək”, ”Həsrət yağışı”, ”Sənsiz qalan sevgi”, ”Sevgilim”, ”Ulu torpaq”, ”Xatirə”, ”Xəyalım mənim,”Yada sal məni”, “Ovuc içi qədər xoşbəxtlik “ kimi nəğmələrin hər birinə özü boyda ürək, ruh, can, sevgi verən Mübariz Tağıyev. İ...
publikaz_normalized
D vitamini çatışmazlığı sümüklərin yumşalmasına səbəb olur, həmçinin otoimmün xəstəliklər və ürək xəstəliklərinin inkişaf riskini artırır. O, vitamin çatışmazlığının bu və digər təhlükəli nəticələri barədə xəbərdarlıq edib. Həkim qeyd edib ki, D vitamini çatışmazlığı sümüklərin vəziyyətinə mənfi təsir göstərir, böyüklə...
publikaz_normalized
Təhlükəli olduğunu...":"Əgər kimsə yaxınlıq istəyirsə, bunun nə qədər təhlükəli olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir. Biz artıq görmüşük ki, NATO-nun yaxınlığı bir çox ölkələr üçün nələrə gətirib çıxarır - münaqişələrə qarışmaq, suverenlik və müstəqilliyin itirilməsi, sözün hər mənasında və...
publikaz_normalized
Sabirabad rayonunun Bala Həşimxanlı kəndində tibb məntəqəsi yanıb. Bildirilib ki, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü 4 m² sahədə yanıb. Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərə...
publikaz_normalized
Rusiya məhbuslar üçün bu müqavilələrdən imtina edib":"Böyük Britaniya kəşfiyyatı Rusiyanın artıq məhbuslara hərbi xidmət üçün qısamüddətli müqavilələr təklif etmədiyinə dair sübutları təhlil edib. Rusiya BBC xidmətinin məlumatlarına istinad edən agentlik bildirir ki, indi məhbuslara hərbi xidmət üçün standart uzunmüddə...
publikaz_normalized
Bu səbəbdən":"Mançester Siti"nin 23 yaşlı ulduz hücumçusu Erlinq Haaland İngiltərə klubunu tərk edə bilər. Haaland və ətrafı hesab edir ki, "Real"a potensial keçid ona fərdi mükafatlar almağa imkan verəcək. Bununla o, həm də medianın diqqətini daha çox cəlb edəcək. Erlinq Haaland bu mövsüm "Mançester Siti"nin heyətində...
publikaz_normalized
Ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir və 30-50 yaşlı kişilər arasında ölüm halları eyni yaşda olan qadınlardan daha çox rast gəlinir. Həkim kişi ürəyinin qəfil dayanmasının səbəbləri barədə danışıb. Bir qayda olaraq, 40 yaşdan yuxarı kişilərdə ürəyin dayanması xolesterinin yığılması və ürəyin dama...
publikaz_normalized
Ötən il Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində aparılan xidməti yoxlamalar zamanı xidməti uyğunsuzluğa, hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiklərinə görə 44 hərbi qulluqçu cəzalandırılıb. Onlardan 2 gizir, 4 baş çavuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. Xidməti fəaliy...
publikaz_normalized
Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinlə görüşüb. Təhsil sahəsi Azərbaycan-Türkiyə əlaqələrinin vacib istiqaməti kimi dəyərləndirilib, bu sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
publikaz_normalized
Mərhum siyas xadim Afiyəddin Cəlilovun nəvəsi, vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə Afiyəddin Cəlilovun metrolarda çəkilişlər etdiyi ortaya çıxıb. “Bakı Metropolitenindən istifadə Qaydaları”na əsasən rəhbərliyin icazəsi olmadan metro daxilində foto, video və kino çəkilişləri aparmaq qanunla qadağandı...
publikaz_normalized
bu, zombi apokalipsisinin başlanğıcı ola bilərmi?":"İnsan beyninə mini-kompüter yerləşdirib və bu, bəşər tarixində ilk dəfə ABŞ-da baş verib. Əməliyyat fəsadsız keçib, xəstənin adı açıqlanmayıb. Xəstənin tibbi eksperimentdə könüllü iştirak etdiyi deyilir. Sadəcə o məlumdur ki, könüllü iflicdir və həkimlər söz veriblər ...
publikaz_normalized
Azərbaycanda külli miqdarda qızıl-zinət əşyalarının sanitar qovşaqda gizlədilərək ölkəyə keçirilməsinə cəhd göstərilib. Məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısını alıb. Belə ki, İstanbul-...
publikaz_normalized
Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi fərmandan irəli gələn məsələləri həll etməlidir.
publikaz_normalized
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq davam edir. Hakim Vüsal Qurbanov seçilmiş qətimkan tədbirinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyini elan edərək təqdimatı təmin edib. Qərara əsasən, Bəydəmirlinin həbsdə saxlama müddəti...
publikaz_normalized
Müğənni Hiss bir neçə gün öncə "Kədərli bölüm" adlı mahnısını və ona çəkilən klipi təqdim edib. Yerli yayım şirkəti Mikpro-dan aldığımız məlumatlarda da bu öz əksini tapıb. Hissin son hiti 4 gün ərzində 17 mindən çox "stream" alıb. Bu da onun son işinin dinləyicilər tərəfindən rəğbətlə qarşılandığını göstərir. Qeyd edə...
publikaz_normalized
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovaya cavab verib. Çexiya qanunverici orqanının rəhbəri Marketa Pekarova Adamova uydurma erməni rəvayətlərinə əsaslanan məsələləri şərh etmək əvəzinə, erməni ev sahiblərindən Ermənis...
publikaz_normalized
Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən Camal Həsənova hökm oxunub. Hökmə əsasən, Camal Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror Cövdət Mehrəliyev təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini...
publikaz_normalized
Ölkənin birinci bankı “Kapital Bank”ın dəstəyi ilə risk mütəxəssisləri üçün “Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirildi. Tədbir Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə baş tutdu. Seminarın təşkil olunmasında məqsəd ölkəmizdə risk sahəsində çalışan mütəxəssislər arasında şəbəkələşməni artırmaq...
publikaz_normalized
Nazirlər Kabineti “Dəmiryol keçidlərinin istismarı Qaydaları"nı təsdiq edib. Bu Qaydalar ümumi istifadəli dəmiryol nəqliyyatında və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatında dəmiryol keçidlərinin təhlükəsiz istismarına dair tələbləri müəyyən edir. Dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin s...
publikaz_normalized
Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olub. Bildirilib ki, Akademiya FHN üçün xüsusi ixtisaslı ali təh...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir. Bildirilib ki, yeni ...
publikaz_normalized
Hazırda vətəndaşların "WhatsApp" hesablarının ələ keçirilməsi halları müşahidə edilir. Bildirilib ki, quruma bununla bağlı son bir gün ərzində 1000-ə yaxın vətəndaş müraciəti daxil olub: ETX tərəfindən məsələnin araşdırılması məqsədilə "WhatsApp" tətbiqinin inzibatçısı "Meta Platforms, Inc. şirkəti ilə danışıqlar aparı...
publikaz_normalized
Hazırda vətəndaşların Vatsap hesablarının ələ keçirilməsi halları müşahidə edilir. ETX tərəfindən məsələnin araşdırılması məqsədilə Vatsap tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti ilə danışıqlar aparılır. Araşdırma yekunlaşdıqdan sonra bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək. Elektron Təhlükəsizlik ...
publikaz_normalized
Gəncə Ağır Cinayətlər Məhkəməsində sürücülük hüququ olmadan idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü İzzət Həsənovun məhkəməsi başa çatıb. Məhkəmənin hökmü ilə sürücü 4 il müddətə sürücülük hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhru...
publikaz_normalized
Ərdoğan uzun illərdən sonra bu ölkəyə gedir":"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan on ildən çoxdur kəsilən əlaqələri bərpa etmək məqsədilə gələn ay Misirə səfər edəcək. "Agentlik yazır ki, Ərdoğan və Misir prezidenti Əbdülfəttah əs-Sisi arasında keçiriləcək danışıqlarda əsas diqqətin Qəzzadakı fələstinlilərə yardım ...
publikaz_normalized
Belqorod vilayətində “İl-76” təyyarəsinin ABŞ-nin “Patriot” sistemi tərəfindən vurulduğu müəyyən edilib. “Rusiya “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq təhqiqatın aparılmasında israrlıdır”, - o qeyd edib. Xatırladaq ki, yanvarın 24-də Belqorod yaxınlığında “İL-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya ...
publikaz_normalized
Hər iki tərəf fərqli rəqəm açıqladı - VİDEO":"Bu gün Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirib. “Sərbəst buraxılanların hamısına lazımi tibbi və psixoloji yardım göstərilir”, - Rusiya Müdafiə Nazirliyi bildirib. Maraqlıdır ki, Ukrayna prezidenti Vladimir Zelenski başqa bir rəqəm səsləndirib. O, mübadilə ilə bağlı məl...
publikaz_normalized
Azərbaycanda ötən il nikahların sayı 54 mini ötüb. İclasda qeyd edilib ki, doğum halları 113 mini keçib. Həmçinin 5,2 milyon notariat hərəkətinin, 290 min vətəndaşlıq vəziyyəti aktının rəsmiləşdirildiyi bildirilib. Notariuslar tərəfindən aparılan əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümu...
publikaz_normalized
Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər ​​Ankarada səfərdə olan Azərbaycan Silahlı Qüvvələrinin generallarını qəbul edib.
publikaz_normalized
Ötən il aliment tələbləri üzrə 80 milyon manata qədər vəsait ödətdirilib. 2023-cü ildə icrası təmin edilən işlərin sayı 10 %-dən çox artaraq ümumilikdə 570 minə yaxın sənədin icrası təmin edilib. Hüquqi və fiziki şəxslərə 1 milyard manata yaxın vəsait ödətdirilib.
publikaz_normalized
Ədliyyə Nazirliyinin yeni Kommunikasiya Strategiyası təsdiq olunub. Kollegiyada nazirliyin 2024-2026-cı illər üzrə hazırlanmış yeni Kommunikasiya Strategiyası müzakirə edilərək təsdiq olunub. Nazirliyin əhaliyə təqdim etdiyi elektron və mobil xidmətlərin tətbiqi genişləndirilib, il ərzində e-xidmətlərdən ümumi istifadə...
publikaz_normalized
Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün gətirilən malların idxal gömrük rüsumundan azad edilməsi müddəti 2025-ci ilədək uzadılıb. Bu güzəşt 2024-cü il yanvarın 1-dək qüvvədə idi. Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. Qeyd edək ki, hazırda işğaldan azad ...
publikaz_normalized
Bollivud ulduzu, aktrisa və rəqqasə Nora Fatehi Azərbaycanda lentə aldığı görüntüləri sosial media hesabında paylaşıb. O, paylaşımında “Crakk” adlı filminin fevralın 23-də yayımlanacağına işarə edib. " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " "A post shared by ...
publikaz_normalized
Əqli Mülkiyyət Agentliyi məlumat bazası rolunu oynayan reyestrlərdə ixtira, faydalı model və sənaye nümunələrinə verilən patentlər haqqında məlumatların bir yerə toplanması üçün "Açıq reyestrlər" informasiya resursunu tətbiq edəcək. Patent alanlar, xüsusilə də patent almaq istəyənlər üçün “Açıq reyestr” daha əlverişli ...
publikaz_normalized
Rusiyaya qarşı iddialar rədd edildi":"Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Donbassda Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyaya əsasən Rusiya Federasiyasına qarşı qaldırdığı iddiaların əksəriyyətini rədd edib. Onun sözlərinə görə, Kiyevin Moskvaya qarşı ittiham irəli sürdüyü yalnız ...
publikaz_normalized
Ara qarışdı":"Özbəkistandan olan cinsi azlığın 3 nümayəndəsi Rostov-na-Don şəhərində kirayədə qaldıqları mənzildə qalmaqallı Moskva “çılpaq gecəsi”ni təkrarlamağa cəhd ediblər. Lakin mənzildə yanğının baş verməsi onları ələ verib. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Onlar ötən bazar günü Voroşilovski prospekt...
publikaz_normalized
Fransa Cənubi Qafqazda sülhün təmin olunmasını istəmir. S.Qafarovanın sözlərinə görə, bəzi Avropa dövlətləri Cənubi Qafqaz regionunda sülhün təmin olunmasını istəmirlər: Bu ölkələrdən biri də Fransadır. Fransa neokolonializm siyasətini bu regiona da daşımaq istəyir". Spiker bir daha vurğulayıb ki, Azərbaycan bütün ölkə...
publikaz_normalized
Neftçi"nin oyununda 5 qol vuruldu":"18:30" "Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir qarşılaşması baş tutub. Qarşılaşma 1-1 hesabı ilə yekunlaşıb. Komandalar arasında cavab matçı fevralın 9-da Qəbələdə keçiriləcək. Qeyd edək ki, kubokun digər matçında "Sumqayıt" - "Neftçi" ilə üz-üzə gələcək. X X X" "Azərba...
publikaz_normalized
Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlik Azərbaycan Respublikası vətəndaşlarını 7 fevral prezident seçkilərində iştiraka dəvət edib.
publikaz_normalized
Qubanın Hacıhüseynli kənd sakini 14 yaşlı Ayna Vəlixanova dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı fərmanla "Azərsığorta" ləğv edilib. Şirkətin portfeli başqa şirkətə ötürüləcək, amma bunun hansı sığorta şirkəti olması məlum deyil. Çünki rəsmi təsdiqləyici heç bir sənəd yoxdur. Bu isə artıq Nazirlər Kabineti və İnvestisiya Holdinqinin qərarı əsasında bildiri...
publikaz_normalized
“Qalatasaray”ın argentinalı ulduz futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara yeni sektora qədəm qoyur. Nara “O Bicho Vai Pegar” adlı mahnı hazırlayıb. O, fevralın 1-də işıq üzü görəcək mahnıya hovuzda klip də çəkdirib. Nara son paylaşımı ilə də hər kəsi təəccübləndirib. İkardinin Argentina millisinin forması i...
publikaz_normalized
Qadınlar kişilərdən daha çox xoşbəxtlik axtarışında olsa və gənclik illərində daha bəxtəvər olduqlarını desələr də, alimlər tamam fərqli nəticə ortaya çıxarıb. Britaniyalı sosioloqlar yaşı 70 və yuxarı olan 1500 insan arasında sorğu aparıb. Sorğu qadınların 38 yaşda özlərini daha yaxşı, daha xoşbəxt hiss etdiyini göstə...
publikaz_normalized
Zaqatalada 27 yaşlı şəxs intihar edib. Belə ki, kənd sakini 1997-ci il təvəllüdlü Nurlan İmran oğlu Beydullayevin meyiti mal tövləsinin çardağından asılı vəziyyətdə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Vaşinqton Tehranın dəstəklədiyi silahlı qrupların Suriya-İordaniya sərhədindəki ABŞ bazasına üç amerikalının ölümü ilə nəticələnən hücumuna cavab olaraq bir neçə həftə ərzində İrana hücumlar həyata keçirə bilər. Onların sözlərinə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası zərbələr üçün konkret hədəflər barədə hə...
publikaz_normalized
Həyata keçirilən təsirli tədbirlər nəticəsində 2023-cü ildə icrası təmin edilən işlərin sayı 10%-dən çox artaraq 570 minə yaxın sənədin icrasının təmin edilib. Hüquqi və fiziki şəxslərə 1 milyard manata yaxın, o cümlədən, aliment tələbləri üzrə 80 milyon manata qədər vəsait ödətdirilib. Azadlıqdan məhrumetməyə alternat...
publikaz_normalized
İki gün sonra həbs edildi":"Həndbol üzrə 2024-cü ilin Avropa çempionu, fransalı Benua Kunku Parisdə həbs edilib. Kunkunun həbsi yanvarın 30-na keçən gecə baş verib. Benoit gecə klubunda baş verən insidentdən sonra həbs edilib. İstintaqın məlumatına görə, bir müəssisədə olarkən həndbolçu sərxoş halda şalvarını aşağı çək...
publikaz_normalized
“Sabah” basketbol komandasının yeni baş məşqçisi Rimas Kurtinaytisin köməkçisi məlum olub. Artıq Bakıda olan 55 yaşlı məşqçi bu gün kollektivə təqdim olunacaq. Bunadək “Sabah” klubunda baş məşqçi əvəzi olan Nikola Bozinovski ilə bağlı yekun qərarı isə Rimas Kurtinaytis verəcək. Qeyd edək ki, Qoran Milyeviç daha əvvəl İ...
publikaz_normalized
Türkiyənin Kahramanmaraş bölgəsində zəlzələdən zərər çəkmiş əyalətlərdə tikilməkdə olan polad kənd evləri fevralın 6-dan vətəndaşlara təhvil verilməyə başlayacaq. Polad kənd evlərimizin təhvil verilməsinin ilk mərhələsinə başlayırıq. Çelik köy evlerimizin ilk etap teslimine başlıyoruz… Son 6 gün ⏳ pic.twitter.com/hKerZ...
publikaz_normalized
ABŞ-nin mərkəzi bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FRS) dollar üzrə baza dərəcəsini 5,25-5,5% səviyyəsində saxlayıb. Qeyd edək ki, bu ölkə tarixində ən yüksək faiz dərəcələridir.
publikaz_normalized
Çin ən ciddi təhlükə olsa da...":"Çin heç bir şəffaflıq və məhdudiyyət olmadan silahlarını inkişaf etdirib və modernləşdirib. Stoltenberq Pekini ədalətsiz ticarət siyasətində və qonşulara hücumlarda, həmçinin Cənubi Çin dənizində hökmranlıq etmək istəyində günahlandırıb: “Çin uzunmüddətli perspektivdə ən ciddi təhlükə ...
publikaz_normalized
Göyçay rayonunun, Məlikkənd kəndində ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb. Bildirilib ki, yanğın zamanı kənd sakini Şamil Paşa oğlu Abdullayevə məxsus ikimərtəbəli, ümumi sahəsi 200 kvadratmetr olan evin 140 kvadratmetr hissəsi əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay...
publikaz_normalized
Yaxınlarınızla danışanda sərt olmayın":" "Qoç - yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın, onlara işlərində yardım edin. Ailə üzvlərinin tələblərini yerinə yetirməsəniz, münaqişə situasiyası yarana bilər. Passiv olsanız, fəaliyyətinizin yaxşı sonuclanma ehtimalı azalacaq. Günün ikinci yarısında maraqlandığ...
publikaz_normalized
Çeçenistan rəhbəri Ramazan Kadırovun qızı Xədicat Kadırova ölkə başçısının və hökumətinin aparatı rəhbərinin birinci müavini vəzifəsinə təyin edilib. “Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Xaji Kadırovun nəvəsi Çeçenistan Respublikasının başçısı və hökuməti administrasiyası rəhbərinin bi...
publikaz_normalized
İnsanların narahatlığı - VİDEO":"Bakıda istismar müddəti başa çatan qəzalı binalarla bağlı görülən işlər açıqlanacaq. Paytaxtın Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində yaşayan sakinlər binalarının yararsız hala düşdüyünü deyirlər. Son illər xüsusi ilə pilot layihə adı altında bəzi ərazilərdə köhnə binalar sökülərək...
publikaz_normalized
Yanvarın 31-də Ukrayna müdafiə naziri Rüstəm Umerov Kiyevdə ABŞ Müdafiə Nazirliyinin baş inspektoru Robert Storç ilə görüşüb. Bildirilib ki, Ukrayna və ABŞ arasında Qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb. “Aprelin sonunadək bütün nəzarət mexanizmlərinin tətbiq ediləcəyinə və sistemin işləyəcəyinə yüz faiz əmi...
publikaz_normalized
İsveç Milli Partlayıcı Mərkəzinin istehkamçıları İsrailin Stokholmdakı səfirliyinin ərazisində aşkar olunmuş naməlum obyekti məhv ediblər. “Mərkəzin mütəxəssisləri obyekti məhv edib. Böyük ictimai təhlükəli məhvetmə və kobud qanunsuz təhdid faktı ilə bağlı ilkin araşdırmalara başlanılıb”, - o bildirib. Öz növbəsində İs...
publikaz_normalized
Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib. Yeni hərbi paketə 24 zirehli personal daşıyıcısı, 4 Bandvagn 206 tırtıllı relyef maşını, IRIS-T SLS hava hücumundan müdafiə sistemi üçün raketlər, ehtiyat hissələri olan 1 BIBER körpü qatı, 3 WISENT 1 minadan təmizləmə tankı, mina təmizləmə tankları üçün 4 xüsusi...
publikaz_normalized
Bakının Qaradağ rayonunda 6 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alan şəxs 2018-ci il təvəllüdlü A.Çernişovdur. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Azərbaycan əsilli rusiyalı müğənni və musiqiçi Elmanın (Elman Zeynalov) ikinci övladı dünyaya gəlib. Marqarita Tsoy adlı xanımla ailəli olan ifaçının oğlu dünyaya gəlib. Qeyd edək ki, cütlüyün Mariel adlı qızı da var.
publikaz_normalized
ürkiyəli aktyor Kıvanç Tatlıtuğ İngiltərəyə köçmək qərarı ilə bağlı açıqlama verib. Qaçırlar ölkədən, uşağının təhsili üçün Londona köçür haqda çıxan xəbərlər doğru deyil. Film, serial, reklam çəkilişlərim buradadır, işləməyə davam edirəm.
publikaz_normalized
Argentinalılar səmada uçan naməlum obyektlərə şahid olublar. Naməlum cismin nə olduğu barədə rəsmi açıqlama verilməyib. Ancaq bunun kosmik zibil - Çinin yanvarın 17-də buraxılışını həyata keçirdiyi “CZ-7” raketinin qalıqları ola biləcəyi güman edilir.
publikaz_normalized
Torpaqlarımız işğaldan azad olunmaqla, milli kimliyimiz özümüzə qayıtdı. O bildirib ki, kəndlərində çox gözəl yaşıllıq var idi. Qeyd edək ki, sözügedən kənddə 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Hazırda isə burada 418 fərdi ev tikilir.
publikaz_normalized
Zamanında getdiyim verilişlərdə üzüyumşaqlığımdan, sadəliyimdən, mehribanlığımdan çox istifadə olunub. Ailə üzvlərimin adı ilə bağlı zarafat etməsinlər. Hər kəs özü ilə məşğul olsa, daha yaxşı olar. O, ailə üzvləri haqda danışan sənət yoldaşlarına və aparıcılara xəbərdarlıq edib: “Sənət dostlarımdan, aparıcılardan da b...
publikaz_normalized
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Rusiyanın İl-76 təyyarəsinin "Patriot" raketi ilə vurulması ilə bağlı beynəlxalq araşdırma çağırışını şərh etməyib. Gəlin görək, bizə sorğu gəlib-gəlmədiyinə və bunun nə ilə nəticələndiyinə baxaq, sonra məsələ ilə bağlı şərh verə bilərik". Qeyd edək ki, yanvarın 24-də...
publikaz_normalized
Rusiyanın Krasnodar şəhərində yerləşən Şərq bazarında alış-veriş pavilyonunda güclü yanğın başlayıb. Yanğınsöndürənlər 300 kvadratmetr ərazini əhatə edən yanğını lokallaşdırıblar. Hadisə yerində 57 mütəxəssis və 25 texnika işləyir. Məlumata görə, ölən və yaralanan yoxdur. İdarədən bildiriblər ki, hazırda yanğınsöndürən...
publikaz_normalized
Putini "xoş sürprizlər" gözləyir":"2024-cü il Ukrayna üçün mühüm strateji əhəmiyyət daşıyır və ona döyüş meydanında müəyyən inamlı uğurlar gətirəcək. Amerikalı rəsmi əlavə edib ki, Ukrayna müdafiəsini gücləndirir və Rusiya lideri Vladimir Putini döyüş meydanında “xoş sürprizlər” gözləyir.
publikaz_normalized
“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq sosial şəbəkələrin zərərli təsirlərindən əziyyət çəkən uşaqların ailələrindən üzr istəməyə məcbur olub. “Bu gün qurbanların ailələri buraya toplaşıblar. Onlar buradadırlar, milli televiziya bunu yayımlayır, qurbanlardan üzr istəmək istərdinizmi?”, - deyə Senator Coş Houli ...
publikaz_normalized
Ermənistanda yeni konstitusiyanın qəbul edilməsinin gündəmə gəlməsindən sonra gerb və himnin dəyişdirilməsi də müzakirə olunur: hakimiyyət mövcud konstitusiyanın yeni reallıqlara uyğun olmadığını, dövlət atributlarının erməni kimliyindən uzaq məhfumlar daşıdığını əsas gətirir, müxalifət baş nazir Nikol Paşinyanı “dövlə...
publikaz_normalized
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk dünyanın müxtəlif yerlərində davam edən münaqişələr fonunda tərəfləri yenidən sülhə səsləyib. “Qoy bu günahsız insanların ağrılı fəryadları ölkələrin liderlərinin qəlbinə toxunsun. Hər zaman mülayim, heç vaxt qəddar olmayan Rəbbdən sülh diləyirik”, - deyə pontifik qeyd edib...
publikaz_normalized
Qıtlığa səbəb etiraz edən fermerlər tərəfindən magistralların bağlanmasıdır. Nəticədə müəyyən məhsulların çatdırılmasında ciddi fasilələr yaranıb. Qeyd olunub ki, ölkənin şimal-şərqində yerləşən Ardennes departamentində bəzi supermarketlərdə bekon, qatıq, təzə meyvə-tərəvəz, kahı və hazır sendviçlər tükənib. Ölkənin cə...
publikaz_normalized
Vəziyyət daha da pisləşir...":"Ukrayna Silahlı Qüvvələrində kritik sursat çatışmazlığı var, Rusiya qoşunları hər gün üç dəfə daha çox döyüş sursatı istifadə edir. Bu həftə göndərdiyi məktubda Umerov bildirib ki, Ukrayna qoşunları bütün cəbhə xətti boyunca hər gün 2000-dən çox mərmi atmağa qadir deyil. Nazir əlavə edib ...
publikaz_normalized
ABŞ kəşfiyyatı İordaniyada ABŞ hərbçilərinə qarşı son hücumun “İraq İslam Müqaviməti” şəbəkəsi tərəfindən həyata keçirildiyi qənaətinə gəlib. “Biz hesab edirik ki, İordaniyadakı hücum, “Kataib Hizbullah” da daxil olmaqla bir sıra silahlı qrupların daxil olduğu “İraq İslami Müqaviməti” adlı qrupu tərəfindən planlaşdırıl...
publikaz_normalized
ABŞ və Böyük Britaniyanın Qırmızı dənizdəki hərəkətləri NATO-nun Yuqoslaviya, Əfqanıstan və Suriyanı qeyri-qanuni bombardmanının ən pis vaxtlarını xatırladır. Təhlükəsizlik Şurası həmkarlarımızın - ABŞ və Böyük Britaniyanın - Qırmızı dənizdəki aqressiv hərəkətləri NATO-nun Yuqoslaviya, Əfqanıstan, İraq, Liviya və Suriy...
publikaz_normalized
O, dəfələrlə yıxılıb və ayağa qalxıb. CNN-ə verdiyi müsahibədə hərbi kəşfiyyat rəhbəri Ukraynanın Rusiyanın hücumlarının qarşısını almaq üçün daha çox döyüş sursatı və silaha ehtiyacı olduğunu açıqlayıb. Hər halda, biz müsbət qərar gözləyirik" deyən Budanov ABŞ-da yardımla bağlı müzakirələrə münasibət bildirib: Tramp v...
publikaz_normalized
İsveçrə hökuməti Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalarının 12-ci paketində nəzərdə tutulan Rusiya Federasiyasına qarşı bir sıra tədbirlərə qoşulub. Onların arasında Rusiya almazlarının alınmasına və idxalına mərhələli qadağa da daxildir. Bundan əlavə, İsveçrə hakimiyyəti Rusiya neftinin və neft məhsullarının a...
publikaz_normalized
Rusiyalı qarışıq döyüş ustası Aleksandr Yemelyanenko Səudiyyə Ərəbistanından olan şeyxlə söhbətində İslamı qəbul etməsi ilə bağlı şayiələrin ona gətirdiyi problemlərdən danışıb. “Bilirsiniz, Səudiyyə Ərəbistanında olarkən mən müqəddəs yerləri ziyarət etdim, onlara baxdım, hər şeyə baxdım, çoxlu yeni şeylər öyrəndim. Ru...
publikaz_normalized
Hələ də inanırlar ki…":"“Çelsi”nin yarımmüdafiəçisi Andrey Santos “Strasburq”a keçməyə yaxındır. Xatırladaq ki, bir müddət əvvəl londonlular futbolçunu “Nottingem Forest”də icarədən geri çağırmışdı. Mənbənin məlumatına görə, fransız klubu braziliyalını 6 aylıq icarəyə götürəcək. “Mavilər”in rəhbərliyi, karyerasını “Str...
publikaz_normalized
Bədxassəli ürək xərçəngi angiosarkoma ən çox 45 yaş və yuxarı kişilərdə diaqnoz qoyulur və xəstəlik uzun müddət simptomsuz keçir. Bu barədə Rusiya Federal Klinik Tədqiqat Mərkəzinin onkoloqu İrina Oleynikova məlumat verib. Endotel hüceyrələrindən əmələ gəlir və bir qayda olaraq sağ atrium və perikarda təsir göstərir. Ç...
publikaz_normalized
Ümumtəhsil müəssisələrində qış tətili başa çatıb. Xatırladaq ki, ümumtəhsil müəssisələrində qış tətili yanvarın 27-dən 31-dək (5 gün) davam edib.
publikaz_normalized
Astrologiya insanların həyatına təsir edən qədim elmdir. Bir çox insan bürcünün maddi vəziyyətinə təsiri ilə maraqlanır. Fevral ayında zəngin olacaq 4 bürc bunlardır. QOÇ" "Qoçlar fevral ayında sevgi və əlaqələr baxımından çox müsbət bir dövrə girə bilərlər. Münasibətlərində daha ehtiraslı və romantik bir dövr yaşaya b...
publikaz_normalized
Bakının 11 küçə və prospektində sıxlıq müşahidə olunur. Bildirilib ki, Bakıda bu yollarda tıxac müşahidə edilir: Alı Mustafayev küçəsi, 3 mkr dairəsi, körpünün üstü, Ziya Bünyadov prospekti istiqamətində;" "2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;" "3. Rəşid Behbudov küçəs...
publikaz_normalized
Fevralın 2-dən... - VİDEO":"Bir neçə gündən sonra ipotela kreditlərin verilməsinə başlanılacaq. Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna fevralın 2-də saat 11:00-dan start veriləcək. Bu il ayrılması nəzərdə tutulan kreditin həcmi 2023-cü ildəki ilə eynidir. İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləş...
publikaz_normalized
6 odlu silah götürüldü":"Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlər keçirilib. Aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq həmin silahla...
publikaz_normalized
Avropanın ən kriminal şəhəri Fransanın Marsel şəhəridir. Ümumilikdə, siyahıya Fransanın 10 şəhəri düşüb, onlardan dördü ilk onluqdadır. Beləliklə, antireytinqdə ikinci və üçüncü yerləri Britaniyanın Koventri və Birminqem, dördüncü yeri İtaliyanın Neapol, beşinci yeri isə Fransanın Monpellye şəhəri tutur. Siyahını Katan...
publikaz_normalized
Simonyanın bu fikirləri məsuliyyətsizlikdir":"Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Konstitusiyasında və hüquqi aktlarında dəyişdirilməli müddəaların olması barədə fikirlərini məsuliyyətsizlik kimi dəyərləndiririk. Deyəsən, o, Vardan Oskanyan kimi hələ də özünün uydurduğu paralel dünyada yaşayır. ...
publikaz_normalized
Rusiyanın bu ərazilərini vurun":"Bundesverin istefada olan generalı Erhard Bühler Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neyjpapanın Kiyev Qərbdən uzaqmənzilli sistemləri ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək icazəsi alsaydı, Kiyev “daha ​​tez qalib gələrdi” sözlərini şərh edib. Bühler Ukrayna Sila...
publikaz_normalized
Rusiyanın Dağıstan Respublikasında “Fight Nights” klubunun qarışıq döyüş növləri üzrə döyüşçüsü Maqomedrəsul Mutayev Mahaçqalada öldürülüb. Məlumata görə, MMA döyüşçü evinin qarşısında qətlə yetirilib. Qətli törədən şəxsin kimliyi müəyyən olunub.
publikaz_normalized
Londonun cənubunda korroziv maddə (kislota) atılması nəticəsində 2-si uşaq olmaqla 9 nəfər yaralanıb. Biri qadın, ikisi uşaq olmaqla 9 nəfər dinc sakin və 3 polis əməkdaşı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının yüngül xəsarət aldığı bildirilib. Detektif Aleksandr Castle polisin insidenti törədən şəxsi tutmaq ü...
publikaz_normalized
225 kiloqramlıq donmuş ağ ayı oğurlandı":"Kanada polisi Edmonton yaxınlığındakı kurortdan təxminən 225 kiloqram ağırlığında donmuş ağ ayının oğurlanmasını araşdırır. Polisin məlumatına görə, ayının oğurlanması barədə otelin operatorları məlumat veriblər. Polisin dediyinə görə, keçən avqust ayında da iki dondurulmuş yen...
publikaz_normalized
Avropada istilik rekordu bu şəhərdə qeydə alınıb":"11 avqust 2021-ci ildə İtaliyanın Sirakuza şəhərində Avropa üçün yeni istilik rekordu qeydə alınıb. +48° olan əvvəlki rekord 1977-ci ildə Yunanıstanda qeydə alınıb. WMO bu faktı Cenevrədə yaydığı mesajında ​​qeyd edib. Rekord yalnız indi təsdiqlənib. WMO-nun iqlim və h...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Rusiya rublu 0.0188 manata kimi, Avro isə 1.8369 manata kimi ucuzlaşıb.
publikaz_normalized
Liverpul" İngiltərə Premyer Liqanın 22-ci turunun matçında "Çelsi"yə 4:1 hesabı ilə qalib gəlib. Almaniyalı mütəxəssis çempionatda 200-cü dəfə qalibiyyət sevinci yaşayıb. Klopp Premyer Liqa tarixində bu göstəriciyə çatan 7-ci məşqçi olub. Daha əvvəl Aleks Ferqyuson, Arsen Venger, Harri Rednapp, Joze Mourinyo, David Moy...
publikaz_normalized
İngiltərədəki apteklər həkim təyinatı olmadan boğaz və qulaq ağrısı, şingə kimi ümumi xəstəlikləri müalicə etməyə başlayacaq. Əczaçılar sinüzit, boğaz ağrısı, qulaq ağrısı, yoluxmuş həşərat dişləməsi, impetiqo (uşaqlarda dəri infeksiyası), şingə və sidik yollarının fəsadlaşmamış infeksiyalarına görə xəstələri həkim təy...
publikaz_normalized
Lotun özü 16,5 x 16,5 sm ölçüdə salfetdir. Messi 2000-ci ilin dekabrın 14-də 13 yaşında olarkən ona imza atıb. Hazırkı sahibi Argentinadan olan futbol agenti Horasio Qacciolidir. Hərrac martın 18-dən 27-dək onlayn keçiriləcək. Salfetin başlanğıc qiyməti 300 min funt sterlinq olacaq. Qeyd edək ki, Leo 2000-2004-cü illər...
publikaz_normalized
Zelenski Zalujnının istefası ilə bağlı fərmanı bu tarixdə imzalayacaq":"Ukrayna silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnının vəzifədən azad edilməsi haqqında fərman bu həftə imzalanacaq. Nəşrin həmsöhbətinin sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski yanvarın 29-da keçirilən görüşdə Ukrayna Silahlı Qü...
publikaz_normalized
Görüntüləri yayılan A.C sağlamlığında olan psixoloji problemlərlə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir. O bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bü...
publikaz_normalized
Ağ Evə göndərildi - Fələstin dövləti qurulur":"İsrailin dördmərhələli Qəzza planı üzə çıxıb. Netanyahu Qəzza zolağına hücumlar bitirdikdən sonrakı dövr üçün yol xəritəsi layihəsi hazırlayıb. Netanyahunun ABŞ rəsmiləri və əlaqədar tərəflərlə paylaşdığı planın birinci mərhələsinə görə, hücumlar başa çatdıqdan sonra Qəzza...
publikaz_normalized