text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Şimal dənizində aşkar edilən əsrarəngiz çökəkliklərin əvvəllər çöküntülərin altından sızan metanın nəticəsi olduğu deyilirdi. Lakin yeni araşdırmalar göstərdi ki, bu sirli hadisələr, ehtimal ki, bölgədə yaşayan donuz balıqları və qum ilanları tərəfindən geridə qalan həyat əlamətləridir. Şimal dənizində yaşayan donuz ba... | publikaz_normalized |
Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur. Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib. Neft daşları stansiyasının məlu... | publikaz_normalized |
“Bu günki gündə papağa, papaqçılığa tələbat, həvəs azdır. Bir neçə il əvvəl ayda 50 papaq tikirdimsə, indi 25 papaq tikirəm. Hazırda 3 şagirdim var, oğlum da papaqçıdır. Amma iş yaxşı olanda 6-7 şagirdim olurdu. Belə başa düşürəm ki, papağa marağım azalması həm də insanların maddi vəziyyətinin aşağı olması ilə bağlıdır... | publikaz_normalized |
ölüm ola bilər":"Tinnitus beyin şişi və ya eşitmə siniri kimi ölümcül xəstəliklərin əlaməti ola bilər. Qançukun sözlərinə görə, xəstələr əksər hallarda tinnitusunu qulaqdakı problemlərlə əlaqələndirirlər. Əslində bu, vəziyyətin bir çox səbəbi ola bilər. Həkim həmçinin qeyd edib ki, tinnitus stress, narahatlıq pozğunluq... | publikaz_normalized |
“Çelsi”nin baş məşqçisi Mauritsio Poçettino yaxın vaxtlarda vəzifəsini itirə bilər. Bildirilir ki, London təmsilçisinin rəhbərliyi komandanın cari mövsümdəki nəticələrindən son dərəcədə narazıdır. Vəziyyətdən çıxış yolunu argentinalı mütəxəssisin istefasında görür. Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqada 31 xalla ... | publikaz_normalized |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu məqsədlə Xidmət tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanı... | publikaz_normalized |
İran, ABŞ və İsrail eyni üçbucaqda":"İsrailin Qəzza zolağına hücumlarından sonra Yaxın Şərqdə artan xaos ABŞ və İran arasında gərginliyin artması ilə pik həddə çatıb. Açıqlamada 85-dən çox hədəfin vurulduğu, 125-dən çox dəqiq sursatın istifadə edildiyi bildirilib. Terror və Təhlükəsizlik Mütəxəssisi Coşqun Başbuğ ABŞ v... | publikaz_normalized |
Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Roma"nın futbolçularının ona xəyanət etdiyini düşünür. Mənbənin sözlərinə görə, romalıların sabiq baş məşqçisi onun istefasından sonra komandanın Daniele De Rossinin təyinatına dərhal dəstək verməsini xəyanət hesab edib. Qeyd olunur ki, Mourinyo 2021/22 Konfrans Liqasında "Roma"n... | publikaz_normalized |
Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara mina təhlükəsi ilə bağlı müraciət edib. Qeyd edilib ki, DİN və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır. Həmin mjüraciəti təqdimj edirik: | publikaz_normalized |
“Dövlət başçısının yeni Sərəncamı ilə 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılır. Artımlar bu il yanvarın 1-dən tətbiq olunur və yanvar ... | publikaz_normalized |
“Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam əhalinin mühüm bir hissəsini təşkil edən 1,1 milyon nəfər pensiyaçının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlərin davam etdirilməsinə xidmət edir”. O əlavə edib ki, Prezidentin Fərman v... | publikaz_normalized |
“Yeni Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır”. “Yeni Sərəncamla sığortaolunanların fərdi şəxsi hesabında toplanmış pensiya kapitalları da Dövlə... | publikaz_normalized |
Nazir Fidanın sözləri diqqət mərkəzində":"Türkiyənin hərbi silahlı pilotsuz uçuş aparatları (PUA) proqramı qlobal bazarda diqqəti cəlb etməyə davam edir. “Misirlə münasibətlərimizin normallaşdırılması prosesi böyük ölçüdə başa çatıb”. Fidan bu vəziyyətin Liviya ilə münasibətlərə müsbət təsir etdiyini bildirib. Onun açı... | publikaz_normalized |
Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitən Azərbaycan vətəndaşları prezident seçkilərində səsvermə hüququndan istifadə edə biləcəklər. Onun sözlərinə görə, əgər hər hansı vətəndaşın şəxsiyyətin vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vaxtı keçmiş olsa belə, həmin şəxsin kimliyini müəyyənləşdirmək üçün əsasdır: ... | publikaz_normalized |
torpaq iddiası - VİDEO":"Türkiyəli müğənnisi, kürd əsilli Mahsun Kırmızıgül əzəli türk şəhəri olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuyub. Kırmızıgül oxuduğu mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri olan Urmunu (urmiya) kürd şəhəri adlandırıb. Müğənni mahnısında “Urmiya mənim ölkəmdir... | publikaz_normalized |
3-də nöqsanlar aşkarlandı":"2024-cü ilin yanvar ayı ərzində respublikanın şəhər və rayonlarında 21 aptekdə planlı yoxlama aparılıb. Bildirilib ki, Mərkəzin apardığı yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3 maddələri üzrə protokollar tərtib edilib. | publikaz_normalized |
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Xocalı rayonunda artilleriya mərmiləri aşkar edilib. Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş 8 ədəd 122 mm zirehdələn, 273 ədəd qəlpəli-fuqaslı və 285 ədəd 122 mm top mərmiləri arxalığı təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadi... | publikaz_normalized |
Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı "İnci taneleri" serialını tənqid edib. Alper Qezeravcı qardaşımızın kosmosa getdiyi zamanda Dilber obrazının təqdim edilməsi də müəmmalıdır. Vaxt etibarilə təxribat xarakteri daşıyır". | publikaz_normalized |
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Hörmətli cənab Prezident," "Əziz Qardaşım," "2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. Bu faciə nəticəsində həlak olmuş bacı-qa... | publikaz_normalized |
Fevralın 5-nə keçən gecə Los-Ancelesdə 66-cı “Qremmi” mükafatlandırma mərasimi keçirilib. Ənənəyə sadiq qalan Amerika ulduzları qırmızı xalçada fotoqraflara poza verərək bir-biri ilə yarış giriblər. Digər tədbirlərdə tez-tez geyim kodu olsa da, burada ulduzlar istədikləri şəkildə görünməkdə sərbəstdirlər. Və bəzən bu ç... | publikaz_normalized |
Bu günlərdə sosial şəbəkələrdə məlumat yayılmışdı ki, generallardan birindən qisas almaq məqsədilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng olunub və onun oğlunun toyu keçirilən restorana bomba qoyulduğu xəbər verilib. Bu məlumat əsasında çoxsaylı polis əməkdaşları toy mərasimi vaxtı restorana gəlib, orada axtarış ... | publikaz_normalized |
Reper Killer Mayk dünən həbs olunub. Polis tərəfindən əlləri qandallanaraq saxlanılan ulduz sonra həbs olunub. Los-Anceles Polis Departamentindən verilən məlumata görə, əsl adı Maykl Render olan sənətçi mühafizəçiyə fiziki xəsarətlər yetirib. | publikaz_normalized |
Gənclərin sevimli müğənnisi Hiss yenidən Sumqayıt şəhərində konsert proqramı ilə çıxış edib. Sənətçi Mehdi Hüseynzadə adına stadionda bir-birinin ardınca 8 minlik futbol azarkeşinin önündə "Karma", "Laylay", "Kədərli bölüm" mahnılarını səsləndirib. İfaçı həm də səhnə geyimi ilə bütün diqqətləri üzərinə toplayıb. Belə k... | publikaz_normalized |
Oteldə... - ŞOK TƏFƏRRÜAT":"Bakıda xarici ölkə vətəndaşının 18 min manat pulunu oğurlamış taksi sürücüsü cinayət məsuliyyətinə cəlb edilib. Paytaxtda keçirilən beynəlxalq sərgidə texniki işləri görən qonaq daha sonra Bakının mərkəzindəki bar və klublarda tanışı ilə əylənib. Daha sonra tanışı onu tərk etdikdən sonra A.K... | publikaz_normalized |
Bugünlərdə İmişli rayon Məhkəməsində rayon ərazisində ağır yol qəzası törədərək qaçmış 67 yaşlı Ziyadxan Murtuzayevin məhkəməsi başa çatıb. Bildirilib ki, hadisə 2023-cü ilin mart ayında rayonun Sarıxanlı kəndində qeydə alınıb. 67 yaşlı Ziyadxan Həsənbala oğlu Murtuzayev idarə etdiyi VAZ-2106 markalı avtomobillə İmişli... | publikaz_normalized |
Ermənistanın döşədiyi minaların qurbanlarının sayı 344-ə çatıb. Bildirilib ki, 2020-ci ilin sonundan bəri mina partlaması nəticəsində 65 nəfər həlak olub. Son iki gündə minanın partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb. Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır",-qeyd edilib... | publikaz_normalized |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sabir Bilalov işdən çıxıb. S.Bilalov bu vəzifəyə ötən ilin iyun ayında təyin edilmişdi. | publikaz_normalized |
Xocalı doğma sakinlərini qəbul etməyə hazırlaşır"... Ürəyimi titrədən bu başlığı bir az öncə Axar.az-da gördüm. Möcüzəvi xəbər, möcüzəvi başlıqdır. Adam qanad da açar bu xəbərin gözəlliyinə, doğmalığına... Son günlər Xocalı deyəndə ağlıma ilk olaraq Mirşahin Ağayevin Xocalıdan son reportajı gəlir. Televiziyaçılar o səs... | publikaz_normalized |
Göyçə gölü sürətlə quruyur":"Göyçə gölünün səviyyəsi yanvarın 29-dan fevralın 4-dək olan dövrdə 1 sm azalaraq fevralın 4-də 1900,14 m (02/04/24) təşkil edib. Bildirilir ki, bu da ötən ilin eyni günündən 11 sm və 1 yanvar 2024-cü il səviyyəsindən 3 sm aşağıdır. Arpaçay vasitəsilə Göyçə gölünə daxil olan suyun miqdarı ya... | publikaz_normalized |
Cəbrayılın işğaldan azad olunan ərazilərində 4 seçki məntəqəsi yaradılıb və 3480 seçici qeydə alınıb. Məntəqələrindən 4-ü işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində fəaliyyət göstərəcək. Belə ki, 1184 nəfər Cəbrayıl şəhəri ərazisindəki 80 saylı seçki məntəqəsində, 1382 seçici 83 saylı seçki məntəqəsində, 419 seçic... | publikaz_normalized |
Niderland Ukraynaya əlavə 6 ədəd F-16 qırıcısı tədarük etməyi planlaşdırır. “Niderland Ukraynaya tədarük üçün 6 ədəd F-16 hazırlayır. Onlar daha əvvəl vəd edilən 24 qırıcıya əlavə olunaraq tədarük olunacaq”, - nazir vurğulayıb. | publikaz_normalized |
Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. Bildirilib ki, 336,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. | publikaz_normalized |
Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayında keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 35 fakt üzrə 48 nəfər saxlanılıb. Saxlanılanlar narkotik vasitələri əsasən sosial şəbəkələrdə tanımadıqla... | publikaz_normalized |
Rusiyanın “SKA-Xabarovsk” və “Çelyabinsk” klublarının futbolçuları arasında Türkiyədə təlim-məşq toplanışında baş tutan yoldaşlıq oyunundan sonra kütləvi dava düşüb. Final fitindən sonra əlbəyaxa dava düşüb. Hadisənin bir hissəsi matçın yayımına düşüb" "“SKA-Xabarovsk”un oyunçularından biri “Çelyabinsk” klubundakı rəqi... | publikaz_normalized |
Ölənlər var":"Yaraqlılar Pakistanın şimal-qərbində, Peşəvər şəhərində polis bölməsinə hücum ediblər. Hücum edənlərin hadisə yerindən qaçdıqları bildirilib. Hələlik heç bir ekstremist qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. | publikaz_normalized |
“Rusiyanın əleyhinə tədbirlərə qoşulmayan şirkətlərə sanksiyalar tətbiq ediləcək”. Bu sözləri Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozep Borrell Varşavada keçirilən mətbuat konfransında deyib. Diplomat bildirib ki, Aİ Rusiyaya qarşı 13-cü sanksiya paketi çərçivəsində müxtəlif ölkələrdən olan şirkətlərə qarşı məh... | publikaz_normalized |
“Ali təhsil müəssisəsində də bu ixtisas olmalıdır":"Bu ildən etibarən tibb üzrə orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) yeni ixtisas olacaq. Yeni ixtisas optometriya adlanır. Bu ixtisası bitirənlər oftalmoloq kimi fəaliyyət göstərəcək. Bu barədə təhsil eksperti Kamran Əsədov deyib. K.Əsədov bildirib ki, ölkə... | publikaz_normalized |
Finlandiya Rusiya ilə sərhədin bağlanmasını uzatmaq istəyir. Qeyd olunur ki, hakimiyyət orqanlarının qərarına ölkədə sığınacaq almaq istəyən miqrantların faktiki sayı təsir etmir. Məntəqələrin bağlanması nəticəsində onlar Rusiya ərazisində qalırlar. “Sərhədin bağlanmasının uzadılması qərarı Rusiya ilə (keçid məntəqələr... | publikaz_normalized |
Füzulidə mədəniyyət evi yanır. Hadisə yerinə FHN-in Füzuli yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsinə çalışılır. Qeyd edək ki, ümumi sahəsi 500 kvadratmetr olan mədəniyyət evində klub icma mərkəzi və Füzuli Mərkəzləşmiş kitabxana sisteminin filialında fəaliyyət... | publikaz_normalized |
Kor olan Fransa...":"Rusiya Xarici İşlər Nazirliyi Fransanın “anti-Rusiya bəyanatlarına” cavab verib. “Bu hadisənin bizə aydın olmayan konkret təfərrüatlarına varmadan deyim ki, insanların ölümü həmişə faciədir. Lakin Fransa rəhbərliyi 2014-cü ildən bəri Ukrayna böhranının “yetişməsində” Parisin digər Qərb paytaxtları ... | publikaz_normalized |
Kliçko Zelenskiyə qarşı çıxdı, Zalujnını müdafiə etdi":"Kiyev meri Vitali Kliçko Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının gözlənilən istefasına qarşı olduğunu bildirib və hakimiyyəti siyasi intriqalara son qoymağa çağırıb. Kliçko qeyd edib ki, “ictimaiyyət prezidentin Zalujnını devirmək planları... | publikaz_normalized |
Yaponiyanın paytaxtı Tokionun “Narita” və “Haneda” hava limanlarında yağan güclü qar səbəbindən ən azı 100 reys təxirə salınıb. Qeyd edilib ki, qarlı hava dəmir yolu nəqliyyatına da təsir edib. Bəzi ərazilərdə qatarların hərəkəti tamamilə dayandırılıb. | publikaz_normalized |
Naxçıvanda 278 mindən çox seçici qeydiyyata alınıb. Məntəqələrin hər birində bütün lazımi hazırlıq işləri başa çatdırılıb. Naxçıvan Muxtar Respublikasında ümumilikdə 6 Dairə Seçki Komissiyası üzrə 310 seçki məntəqəsi mövcuddur. Onlardan 16-sı qapalı məntəqə kimi fəaliyyət göstərəcək. Bütün seçki məntəqələrində seçicilə... | publikaz_normalized |
Bakıda ağac yola aşıb, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağac yolun hərəkət hissəsinə aşıb. Bu səbəbdən də Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərdən nəzərə almaları xahiş edilir. | publikaz_normalized |
Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Belarus Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət idarəsinin rəisi İqor Sekreta arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və ali səviyyədəki si... | publikaz_normalized |
95 yaşlı David Marjot Londonun Kingston Universitetinin ən yaşlı məzunu olub. Bununla bağlı “BBC” məlumat yayıb. Belə ki, təqaüddə olan psixiatr universitetin Müasir Avropa Fəlsəfəsi üzrə magistr dərəcəsini bitirib. Bakalavr təhsilini 72 il əvvəl aldığını deyən Marjot oxumağın yaşı olmadığını deyib: Üstəgəl yaddaşım da... | publikaz_normalized |
Bir neçə ay əvvəl “Milan”ın sahibi Qerri Kardinal dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçə klubda iş təklif edib. “La Repubblica”nın məlumatına görə, Kardinal Cokoviçin komandanın oyunçuları ilə yaxından işləməsini planlaşdırıb. O, motivasiya xarakterli çıxışlarla komandanı dəstəkləməli idi. Hətta bunun üçün serb... | publikaz_normalized |
Müğənni Şəbnəm Tovuzlu yuxusuzluqdan əziyyət çəkir. O, proqramda oturan həkimdən yardım istəyib: Yuxu pozğunluğundan əziyyət çəkirəm. İşim elədir ki, gecə uçuşlar olur, ora-bura çox gedirəm. Buna görə də həkimlə görüşmək istəyirəm. Deyim ki, telefonla çox oynayıram, yox. Telefonu kənara qoyuram, yenə yata bilmirəm. Nor... | publikaz_normalized |
Rusiyanın “Birinci kanal” federal televiziya kanalında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri barədə reportaj yayımlanıb. Reportajda seçki məntəqələrinin səsverməyə hazır olduğu bildirilib. Xüsusi vurğulanıb ki, bu il ilk dəfə seçkilər Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün ərazisində baş tuta... | publikaz_normalized |
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədəki zəlzələnin birinci ildönümü ilə bağlı başsağlığı verib. Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bir millət, iki dövlət" kəlamı ilə bağ... | publikaz_normalized |
PSJ-nin yarımmüdafiəçisi Renato Sançes karyerasını Türkiyədə davam etdirəcək. O, 9 matçda cəmi 228 dəqiqə oynayıb, 1 qol vurub. İnsayder Pedro Almeydanın sözlərinə görə, portuqaliyalı futbolçu “Beşiktaş”a keçəcək. Bunun tam hüquqlu transfer və ya icarə olacağı barədə məlumat verilmir. | publikaz_normalized |
Nigeriyanın şimal-qərbində silahlı şəxslər tərəfindən azı 35 qadın qaçırılıb. Hadisə Katsina əyalətində qeydə alınıb. Məlumata görə, qadınlar toydan qayıdarkən qaçırılıblar. Qeyd edilib ki, polis axtarış əməliyyatları keçirir.(Report.az) | publikaz_normalized |
Naxçıvan polisi tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı ümumilikdə 53 nəfər saxlanılıb. Keçirilən əməliyyat tədbirləri zamanı, nakotiklərin, psixotrop tərkibli güclü təsiredici xüsusiyyətlərə malik dərman vasitələrinin, aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə məşğul olan, silsilə ... | publikaz_normalized |
İspaniyadan Ukraynanın Lvov şəhərinə dəmir yolu çəkiləcək. Bu, Lvov vilayətinin sərhədləri daxilində Ukraynanın yeni paytaxtı olacağının ilk faktıdır. Ehtimal olunur ki, İspaniyadan Avropanın cənubuna uzanan layihələndirilən beynəlxalq dəmir yolu Lvovda başa çatmalıdır. Bu, Lvov-Lemberqin Ukraynanın Lvov vilayətinin sə... | publikaz_normalized |
İsraillə radikal HƏMAS hərəkatı arasında münaqişənin kəskinləşməsindən sonra Misir Qəzza zolağından olan 2,2 mindən çox yaralı sakinini müalicə üçün qəbul edib. “Misirli həkimlər Qəzza zonasından olan 2,2 mindən çox yaralını qəbul edib və 1,2 mindən çox cərrahi əməliyyat keçiriblər. Üstəlik, “Rəfah” keçid məntəqəsini k... | publikaz_normalized |
“Real” “Lill”in 18 yaşlı mərkəz müdafiəçisi Leni Yoro ilə maraqlanır. “Los Blankos” əvvəlcə oyunçunu 2025-ci ildə almağı planlaşdırırdı. Lakin müdafiənin mərkəzinə ciddi təsir edən zədə epidemiyası klub rəhbərliyini indi bu məsələni həll etməyə məcbur edib. Fransa təmsilçisi istedadını ucuza satmaq fikrində deyil. “Lil... | publikaz_normalized |
Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyanın üzvü Anton Lopatin Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər. Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Azərbay... | publikaz_normalized |
G7 ölkələri Avropa İttifaqı (Aİ) ilə paralel olaraq Ukraynadakı müharibənin ikinci ildönümü ərəfəsində Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq edəcək. “Politico”nun avropalı diplomatlara istinadən verdiyi məlumata görə, Aİ 13-cü sanksiyalar paketinin bir hissəsi olaraq rusiyalı diplomatların bütün Şengen zonası ölkəl... | publikaz_normalized |
Ona heç kim hörmət etmir":"III Dünya müharibəsi Co Baydenin prezidentlik müddəti bitməmiş başlaya bilər. Bilirsiniz, doqquz ay çox uzun müddətdir. III Dünya müharibəsinə girmək şansımız çox yüksəkdir. Çünki işini düzgün görməyən biri var. Ona heç kim hörmət etmir, bütün dünya ona gülür", - Tramp söyləyib. Qeyd edək ki,... | publikaz_normalized |
Çilinin Valparaisoda meşə yanğınlarında ən azı 122 nəfər ölüb. Məlumata əsasən, "fevralın 5-də saat 12:00-a 122 cəsədin cəsədi aşkar edilib". Ekspertlərin sözlərinə görə, 32 cəsədin şəxsiyyəti müəyyən edilib. Bundan əvvəl 112 nəfərin öldüyü bildirilirib. Fevralın 2-də Çili prezidenti Qabriel Boriç yanğınlarla əlaqədar ... | publikaz_normalized |
İran, Rusiya və Çin mart ayında birgə dəniz təlimləri keçirəcək. Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani deyib. O, “digər ölkələrin də” iştirak üçün dəvət edildiyini açıqlasa da, ad çəkməyib. Admiral əlavə edib ki, təlimin 19 martda başlanması barədə ilkin razılıq var.(Axar.az) | publikaz_normalized |
Yaponiyada paytaxt regionunda yağan güclü qar səbəbindən 10 mindən çox ev elektrik enerjisindən məhrum olub. Qeyd olunur ki, müvafiq problemlər Tokioda, eləcə də qonşu Tiba, Kanaqava və Yamanasi prefekturalarında qeydə alınıb. Yerli hakimiyyət orqanları bərpa işlərinə başlayıb. Qar yağışı zamanı müxtəlif xəsarətlər ald... | publikaz_normalized |
Tovuzda 10 yaşlı uşaq xəstəxanada qızılcadan ölüb. Qeyd edilir ki, 04.02.2024 tarixində saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü İsmayılov Yusif Raul oğlu Tovuz MRX Təcili yardım şöbəsinə yerləşdirilib. Daxil olarkən vəziyyəti ağır olub. Uşaq, həmçinin serebral iflic xəstəsi olub. S... | publikaz_normalized |
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib. Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüzünlə başsağlığı veririk. Bu böyükmiqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - paylaşımda deyilir... | publikaz_normalized |
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbul xəstəxanalarının birində cərrahiyyə əməliyyatı keçirib. “Palmali Holdinq”in baş direktoru Mübariz Mənsimov cərrahiyyə əməliyyatı keçirib. Hazırda vəziyyəti stabildir və həkimlərin nəzarəti altındadı”, - paylaşımda bildirilib. Fidan Quliyeva M.Mənsimovun ... | publikaz_normalized |
Qırmızı dənizdə yük daşınması ilə bağlı təhlükəsizlik vəziyyəti ABŞ-dan Hindistana neft nəqlini dayandırıb. Bu barədə “İndian Ekspress” məlumat yayıb. Gəmi izləmə məlumatlarının təhlili göstərir ki, bu ilin yanvarında Hindistan neftayırma zavodları ABŞ-dan neft almayıb. Baxmayaraq ki, Hindistan əvvəllər Amerika tədarük... | publikaz_normalized |
“Barselona”nın futbolçusu Mark-Andre ter Ştegen zədəsini sağaldıb. Alman qolkiper komanda ilə məşqlərə qatılıb. O, üç aylıq fasilədən sonra komandasının növbəti matçında – “Qranada” ilə oyunda meydana çıxa biləcək. Ter Ştegen belindəki ağrılar səbəbindən ötən ilin noyabr ayının 12-dən bəri oynamırdı. O, dekabrda əməliy... | publikaz_normalized |
Niderland hökuməti feysbukdan tamamilə imtina etməyi düşünür. Nəşrin məlumatına görə, bu mövzuda “Meta” ilə aparılan danışıqlar istənilən nəticəni verməyib. Buna görə də hakimiyyət bütün hökumətə təsir edəcək feysbuk qadağası üçün hazırlıqlara başlayıb. Niderlandın Daxili İşlər və Kral İşlər Nazirliyinin dövlət katibi ... | publikaz_normalized |
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fevralın 5-dən 7-dək Macarıstana rəsmi səfər edəcək. Məlumata görə, səfər çərçivəsində Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın macar həmkarı Katalin Novak və digər rəsmi şəxslərlə görüşəcək. Bundan əlavə, erməni prezident yerli erməni icmasının nümayəndələri ilə görüş keçirəcək. | publikaz_normalized |
Azərbaycan Premyer Liqasının 21-ci turu əlamətdar olub. Bu, cari mövsümdə ilk belə haldır. İndiyədək heç bir turda bütün komandalar fərqlənə bilməmişdi. Daha öncə iki dəfə komandalar buna yaxın olmuşdu. 3-cü turda “Kəpəz”, 20-ci turda isə “Zirə” ümumi mənzərəni pozmuşdu. Maraqlıdır ki, bu komandaların şəxsi duelinin qo... | publikaz_normalized |
Böyük Britaniya Kralı III Çarlza xərçəng diaqnozu qoyulub və həkimlər ona ictimai vəzifələrini təxirə salmağı tövsiyə ediblər. Bu barədə Bukingem Sarayı məlumat yayıb. Məlumata görə, kral artıq müalicə kursuna başlayıb. Krala yeni diaqnoz onun prostat vəzinin müalicəsi zamanı qoyulub. Qeyd edək ki, yanvarın 26-da Böyük... | publikaz_normalized |
Ukraynanın veteranlarla iş üzrə naziri Yuliya Laputina istefa ərizəsini Ali Radaya təqdim edib. Onun sözlərinə görə, müraciətə növbəti plenar iclasda baxılacaq. Qeyd edək ki, Y.Laputina Kiyevdə anadan olub. Psixoloji və pedaqoji təhsil alıb. 1992-ci ildən Ukrayna Təhlükəsizlik Xidmətində (UTX) işləyib. Ali Rada onu 202... | publikaz_normalized |
İsrail Müdafiə Ordusu Qəzza zolağında "HƏMAS"ın batalyonlarının 75 faizini darmadağın edib. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib. O qeyd edib ki, İsrail ordusu "HƏMAS"ın 24 batalyonundan 18-ni dağıdıb, yeraltı tunel sistemini fəal şəkildə məhv edir və tam qələbəyə doğru gedir. O, tam qələbəni İsrail ü... | publikaz_normalized |
Naxçıvan Dövlət Universiteti ilə informasiya texnologiyaları üzrə dünya nəhəngi IBM şirkəti arasında əməkdaşlıq genişlənir. Əməkdaşlığın əsas məqsədi tələbələrə yeni innovativ biliklər öyrətmək, məzunlarını yeni texnoloji çağırışlara hazırlamaqdır. Bu baxımdan yanaşdıqda artıq institut vasitəsilə tələbələr müasir proqr... | publikaz_normalized |
Rusiya xilasediciləri Kareliyada Oneqa gölünün dibində Fövqəladə Hallar Nazirliyinin "Mi-8" helikopterinin ekipaj üzvlərindən birinin meyitini aşkar ediblər. Bu barədə Rufiyanın Kareliya Respublikasının Əhalinin həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi üzrə Dövlət Komitəsi xəbər verib. Daha iki ekipaj üzvün... | publikaz_normalized |
Gülüş işarəsi":"“Atletiko”nun hücumçusu Antuan Qrizmann İspaniya çempionatının 23-cü turunda “Real”la oyununda (1:1) vurulan qolun VAR müdaxiləsindən sonra ləğv edilməsinə reaksiya bildirib. Qeyd edək ki, görüşün 48-ci dəqiqəsində “Atletiko”nun müdafiəçisi Stefan Saviç Qrizmanın ötürməsindən sonra qol vursa da, oyundan... | publikaz_normalized |
Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib. Bildirilib ki, TŞ üzvlərindən savayı iclasda Prezident Vaaqn Xaçatryan, parlament sədri Alen Simonyan, Baş nazir Aparatının rəhbəri Araik Arutyunyan, vitse-spiker Ruben Rubinyan, Xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan və “Mü... | publikaz_normalized |
Bu gün axşam saatlarında Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında yanğın baş verib. “Yanğın qeyri-iş saatında baş verdiyi üçün xəsarət alan olmayıb. FHN-in əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda vəziyyət nəzarət alt... | publikaz_normalized |
ABŞ-ın Xarici Əlaqələr Şurası (CFR) Azərbaycan və Ermənistanı 2024-cü ildə müharibə ehtimalı olan ərazilərə daxil edib. Qərb platformasında belə proqnozlar intensiv şəkildə irəli sürülür və daha çox “Azərbaycanın Ermənistana hücumu” kontekstində təqdim edilir. CFR-nin proqnozu fonunda müəyyən ssenariləri təxmin etmək m... | publikaz_normalized |
Milli qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevi dəstəklədiyini açıqlayıb. Biz 44 günlük Vətən müharibəsində elə-belə qalib ölkə olmamışıq. Şəhidlər verdik, torpaqlarımızı azad etdik. Biz qalib ölkə, qalib xalq olduq. Müzəffər Pr... | publikaz_normalized |
ABŞ hökuməti ötən həftənin sonunda İraq və Suriyada həyata keçirdiyi hücum planı barədə Bağdaddakı səlahiyyətlilərə əvvəlcədən məlumat verməyib. Onun sözlərinə görə, zərbələrdən dərhal sonra İraq tərəfi məlumatlandırılıb. Qeyd edək ki, ABŞ ötən həftə Suriya və İraqda SEPAH və onunla əlaqəli silahlı qrupun Amerika qüvvə... | publikaz_normalized |
Günahkar deyiləm":"Aleksandr Usiklə döyüşə hazırlıq zamanı sparrinq zamanı Tayson Fyurini zədələyən boksçunun adı məlum olub. “Boxing Talk” bildirir ki, zədənin günahkarı peşəkar rinqdə 20 qələbə və 2 məğlubiyyəti olan xorvatiyalı boksçu Aqron Smakicidir. “Bu, təmiz bir zərbə idi, ona görə də özümü günahkar hiss etmirə... | publikaz_normalized |
“Rusiya iki ilə yaxındır ki, Ukraynaya qarşı barışmaz müharibə aparır və bu müharibənin sonu görünmür”. Bunu Almaniya kansleri Olaf Şolts Fransanın baş naziri Qabriel Attalla birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa Ukraynanı dəstəkləməyə davam etməlidir: “Bu yaxınlarda Avropa Şurasının yaxın bi... | publikaz_normalized |
Latviyada hakimiyyətin kənd təsərrüfatı sahəsində siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyası təşkil edən fermerlər digər məsələlərlə yanaşı, Rusiya və Belarus mallarının, o cümlədən ərzaq məhsullarının da daxil olmaqla Latviya ərazisindən idxalını və tranzitini dayandırmağı tələb ediblər. Aksiyanın regional koordin... | publikaz_normalized |
ABŞ prezidenti Cozef Bayden İsrailə yardım ayrılması ilə bağlı qanun layihəsinə veto qoyacaq. Bu barədə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin yaydığı yazılı bəyanatda deyilir. “Əgər bu qanun layihəsi Prezidentə təqdim edilsəydi, o, ona veto qoyardı. Administrasiya Konqresin hər iki palatasını bu siyasi hiyləni rədd etməy... | publikaz_normalized |
“PSJ” komandasının futbolçusu Kilian Mbappe “Real Madrid”də mövsümdə 60 milyon avro qazanacaq. Mbappe “Real Madrid” futbol klubu ilə müqavilə imzaladığı üçün 100 milyon avro mükafat alacaq. Futbolçu 2024-cü ilin yayında İspaniya klubuna keçəcək və müqaviləsinin müddəti 6 ildir. Artıq Fransanın PSJ klubu komandanı tərk ... | publikaz_normalized |
Niderlanda 908 milyonluq raket satılır":"ABŞ Dövlət Departamenti ümumi dəyəri 908 milyon dollar olan yüksək dəqiqlikli AGM-158 JASSM qanadlı raketlərinin Niderlanda mümkün satışına icazə verib. Bu barədə Pentaqonun hərbi texnika və silahların tədarükünə cavabdeh olan agentliyi məlumat yayıb. Bildirilib ki, departament ... | publikaz_normalized |
Yandex" axtarış sistemi şirkəti restrukturizasiya barədə elan edib. Belə ki, Niderlandın "Yandex N.V. şirkəti biznesini 475 milyard rubla (8,8 milyard manat) investorlar konsorsiumuna satacaq və ana şirkət olmaqdan çıxacaq. Qrupun yeni ana şirkəti Rusiyanın Kalininqrad vilayətində qeydiyyatdan keçmiş "Yandex" olacaq. Ş... | publikaz_normalized |
ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürən Nikki Heyli ona qarşı artan təhdidlər səbəbilə dövlətin yüksək vəzifəli şəxslərinin təhlükəsizliyinə cavabdeh olan ABŞ Məxfi Xidmətinə müraciət edib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb. N... | publikaz_normalized |
Güclü qar yağması nəticəsində Tokio yaxınlığında avtomobil və dəmir yolu nəqliyyatı qismən bağlanıb. Fırtınanın fəsadları aradan qaldırılana qədər paytaxtda bir çox avtomobil yolunun girişləri bağlanıb. Sürücülərdən qış təkərləri və təkərlərində zəncir taxmayan nəqliyyat vasitələrini idarə etməkdən çəkinmələri xahiş ol... | publikaz_normalized |
Venesuelanın şimalındakı Sukre ştatında 5,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Məlumata əsasən, yeraltı təkanların episentri təxminən 40 min nəfər əhalisi olan Quiriya şəhərindən 12 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Xəsarət alanlar ... | publikaz_normalized |
Ötən il fevralın 6-da baş verən zəlzələlərin ildönümünə görə Türkiyənin bir çox şəhərində vətəndaşlar küçələrdə gecələyib. Hatayın mərkəzi Antakya rayonunda sakinlər axşam saatlarından başlayaraq Cümhuriyyət meydanına toplaşıblar. İnsanlar küçələrdə od yandıraraq zəlzələ qurbanlarını ehtiramla anıblar. Həmin görüntülər... | publikaz_normalized |
ABŞ ordusu Yəməndə "Ənsar Allah" hərəkatının husi üsyançılarının istifadə etdiyi yerüstü pilotsuz uçuş aparatlarını hədəfə alaraq yeni zərbələr endirib. Qeyd olunub ki, ABŞ hərbçiləri bu dronları husilərin nəzarətində olan Yəmən ərazilərində aşkar edərək, onların regiondakı Amerika döyüş gəmiləri və ticarət gəmiləri üç... | publikaz_normalized |
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il yanvarın 15-i başlanılıb və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır. Bu günü qeyri-rəsmi olaraq “sükut gün... | publikaz_normalized |
Siqaret çəkməyən insanlarda xərçəngin əlamətləri açıqlanıb. Bu barədə “Metro” məlumat yayıb. Böyük Britaniyadan olan həkim Debora Li vurğulayıb ki, həyatı boyu siqaret çəkməyən və ya 100-dən az siqaret çəkməyən insanlarda da ağciyər xərçəngi aşkar edilir. Onun sözlərinə görə, bu ümumi xəstələrin 14 faizini təşkil edir.... | publikaz_normalized |
Moderna" əczaçılıq şirkəti artıq xərçəng əlehinə vaksinini xəstələr üzərində sınaqdan keçirir. Məlumata əsasən, COVID-19-a qarşı dərmanın istehsalı üçün uyğunlaşdırılmış mRNA texnologiyası orqanizmə xərçəng hüceyrələrini tanımaq və onlarla mübarizə aparmağa kömək edir. Ekspertlər güman edirlər ki, bu vaksinlər onkoloji... | publikaz_normalized |
PSJ-nin hücumçusu Kilian Mbappe əmindir ki, "Real"a keçid ona fərdi mükafatlar almağa kömək edəcək. Mənbənin sözlərinə görə, fransız futbolçu Paris klubunda çıxış etdiyi üçün “Qızıl top” və “Ən yaxşı” mükafatı uğrunda mübarizə apara bilməyəcəyinə inanır. Mbappe daha çox tanınması üçün top kluba, yəni Madrid təmsilçisin... | publikaz_normalized |
Rumıniyanın milli müdafiə naziri Anjel Tınver bildirib ki, yayılan şayiələrin əksinə olaraq məcburi hərbi xidmətin tətbiqi istisnadır və ölkəyə lazım olan hərbi kadrlar könüllülər tərəfindən təmin ediləcək. “Ən azı nazir olduğum müddətdə məcburi hərbi xidmət istisnadır. Bununla belə nazirliyin ordu ehtiyatını təmin edə... | publikaz_normalized |
Belə məhsuldarlıq olmayıb":"İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb. Bu rəqəm çempionat tarixində rekorda nəticə olub. Bu, 2020/21 və 2022/23 mövsümlərinin hərəsində bir dəfə yaşanıb. Hazırda hər matçda orta qol göstəricisi 3,2-dir. Bu templə 2023/24 mövsümündə Premyer Liqanın qol rekordu qırıla bilər. 38 ... | publikaz_normalized |
Xəsarət alan var":"Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış baş verib. Hadisə İnşaatçılar prospektində qeydə alınıb. Məlumata əsasən, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Partlayışın dalğasının təsirindən ətrafdakı minik avtomo... | publikaz_normalized |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.