text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Hitlerə bənzətməsi "qırmızı xətti" keçdi":"İsrailin baş naziri Benyamin Netanyahu Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın İsrailin Qəzzadakı hərəkətlərini Hitlerin yəhudilərə qarşı törətdiyi qətliamla müqayisə etməsinə "qırmızı xətti keçdi", - deyə reaksiya verib. O, bunun Holokostu əhəmiyyətsizləşdirmək və İ...
publikaz_normalized
Ötən il martın 28-də Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prokuror Sərican...
publikaz_normalized
La Liqanın prezidenti Xavyer Tebas Neqreyra işi ilə bağlı danışıb. “Bu, İspaniya futbolu tarixində baş vermiş və baş verəcək ən pis hadisədir. Klubun bu qədər illər ərzində hakimlərin vitse-prezidentinə pul ödəməsi inanılmazdır. “Barselona”nın hakimlərə rüşvət verdiyini düşünmürəm və onların bunu etdiyini sübut etmək ç...
publikaz_normalized
Bir qəbilə digərini pusquya saldı - Ən azı 53 nəfər ölüb":"Sakit okeanın cənub-qərbində yerləşən Papua Yeni Qvineyanın dağlıq bölgələrində tayfalar arasında baş verən qarşıdurmada 53 nəfər həyatını itirib. Bildirilir ki, münaqişə bir tayfanın bölgədə yaşayan digər tayfaya hücuma hazırlaşarkən pusquya düşməsi nəticəsind...
publikaz_normalized
“Allah məni cəzalandırdı” - VİDEO":"1998-ci ildə oğlan övladım doğulandan sonra dünyasını dəyişdi. Mən isə o ərəfədə Rusiyada idim. Ora toya pul qazanmaq üçün getmişdim. And içmişdim ki, qazandığım pula özümə avtomobil alacam. Əslində isə ailəmi yaxşı dolandırmaq üçün Rusiyaya getmişdim. 26 il əvvəl övladını itirən sən...
publikaz_normalized
Rusiyanın Krasnoyarsk diyarında yerli sakinlərdən biri yanacaqdoldurma məntəqəsində arvadı ilə mübahisə edərək avtobusu yandırıb. Hadisənin Nazarovo şəhərində baş verdiyi bildirilir. Arvad avtomobillə ərinin yanacaqdoldurma məntəqəsinə gələrək onunla mübahisə edib. Qadın yanacaqdoldurma məntəqəsində ailəyə məxsus olan ...
publikaz_normalized
Bayern" Zinəddin Zidanın xidmətində maraqlıdır. Mənbənin sözlərinə görə, Zidan Almaniya nəhəngi üçün əsas seçim hesab edilir. Münhen komandası artıq fransalı mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayıb. Qeyd olunur ki, "Bayern"in hazırkı baş məşqçisi Tomas Tuxel uğursuz nəticələrdən sonra mütləq qovulacaq. Xatırladaq...
publikaz_normalized
Şirvan Apellyasiya Məhkəməsində Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin sabiq müdiri Yaşar Kərimovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb. Qərara əsasən, apellyasiya protesti tə...
publikaz_normalized
Bu gün Ukraynada baş verənlər sabah...":"Bu gün Ukraynada baş verənlər sabah Asiyada baş verə bilər. Putin Ukraynada nə qədər uğurlu olarsa, Si Cinpinin Tayvanda güc tətbiq etmə ehtimalı bir o qədər çox olar. Stoltenberq yanvarın 16-da Rusiyanın Arktika bölgəsində saxlandığı həbsxanada rusiyalı dissidentin ölümünə Çini...
publikaz_normalized
Türkiyə bu ölkəyə ixracı artırdı - Şok rəqəm":"Ötən ilin nəticələrinə əsasən, Türkiyə ixracını ən çox Ermənistana artırıb - birdən-birə altı dəfə. Bildirilir ki, Cənubi Afrikaya mal tədarükü isə 2,2 dəfə azalıb. Türkiyənin ixracını ən çox artırdığı ölkələr arasında sonrakı yerdə Laos (3,3 dəfə) və Mikroneziyadır (3 dəf...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankı 5 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Manata nəzərən avronun məzənnəsi 1.8323 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0551 manat, 1 Rusiya rublu 0.0184 manat, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.6442 manat olub. Valyuta" "Məzənnə" "1 ABŞ dolları" "1,7000" "1 ...
publikaz_normalized
Gəncədə bir neçə gün əvvəl itkin düşən ata və oğul tapılıb. Onun sözlərinə görə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində 1971-ci il təvəllüdlü N.Əliyev və oğlu, 2008-ci il təvəllüdlü R.Əlizadənin Bakı şəhərində yerləri müəyyən edilib.
publikaz_normalized
Bəzi aparıcılar verilişlərinə gələn qonağa o qədər yalaqlıq, yaltaqlıq edirlər ki, insanın "əti tökülür". Elgiz qonağını hədsiz şəkildə tərifləyən həmkarlarını "yaltaq" adlandırıraq, onları sərt şəkildə tənqid edib. Qonağa xoş söz demək olar, onu gözəl qarşılayıb və gözəl şəkildə təqdim etmək olar. Amma hər şeyin də bi...
publikaz_normalized
Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxal...
publikaz_normalized
Ermənilərin Qarabağı tərk etməsində... - VİDEO":"10:19" "9 noyabr 2020-ci il tarixli bəyanatda Rusiya Federasiyasının Ermənistan ərazisində hər hansı bir şeyə nəzarət edə biləcəyi ilə bağlı heç bir bənd yoxdur. “Üçtərəfli bəyanatın 9-cu bəndində deyilmir ki, Rusiya Federasiyası bizim ərazimizdə nəyəsə nəzarət edə bilər...
publikaz_normalized
Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Onun sözlərinə görə, havada tozun miqdarı 1.7- 2 dəfə normadan artıqdır: Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq, transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.
publikaz_normalized
Bu rəqsi öyrənir - VİDEO":"Corcina Rodrigez Səudiyyə Ərəbistanına köçdükdən sonra sıxılmır. Çünki köhnə hobbilərindən əl çəkmir. O, bu sahədə inkişaf etmək istəyir. Argentinalı model baçata məşqindən bir video paylaşıb. Corcina peşəkarların rəhbərliyi ilə rəqslə məşğul olur. O, təkcə solo deyil, həm də cüt formada rəqs...
publikaz_normalized
2017-ci ildən bəri kampaniya aparan "Donkey Sanctuary" adlı müəssisə yeni hesabatında hər il dünyada ən azı 5,9 milyon eşşəyin Ejiao dərman vasitəsinin istehsalı üçün kəsildiyini açıqlayıb. Bu dərmanın sağlamlığı təşviq edən və gəncliyi qoruyan xüsusiyyətlərə malik olduğuna inanılır. Eşşək dəriləri toz, həb və ya maye ...
publikaz_normalized
İsrailin şimalında turist nadir artefakt tapıb. Bildirilir ki, möhür 2800 il əvvəl Assuriyalı məmura məxsus ola bilər. İsraildə səyahət edən 45 yaşlı Erez Abramov möhürü Tel Rekeş təpəsinin ətəyində tapıb. Burada Anaarat şəhərinin xarabalıqları var. Tapıntı eramızdan əvvəl VIII əsrdə Assuriya və ya Babil məmurlarının b...
publikaz_normalized
Rusiya Müdafiə Nazirliyi Avdeyevka ətrafında atılmış Ukrayna hərbi texnikasının yeni görüntülərini nümayiş etdirib. Nazirliyin qeyd etdiyi kimi, texnika Ukrayna Silahlı Qüvvələri (AFU) tərəfindən Avdeyevka şəhərətrafı qəsəbələrində yol kənarlarında atılıb. Bundan əvvəl Rusiya hərbçilərinin Ukrayna Silahlı Qüvvələrinin ...
publikaz_normalized
Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasının heç bir əsası yoxdur. Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasına gəldikdə bunun heç bir əsası yoxdur, məhz Ermənistan öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikas...
publikaz_normalized
Polis əməkdaşları Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlayıblar. Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 17-də və 18-də Xankəndi şəhəri ərazisində 12 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 11 ədəd qumbara, 7 alışdırıcı, 58 ədəd patron darağı, 1944 ədəd müxtəlif ...
publikaz_normalized
Mart ayında Rəfahı alacaq, əgər HƏMAS...":"Martın ilk ongünlüyünün sonu və Ramazan ayının əvvəlində radikalların əlində olan girovlar azad olunmasa, İsrail Qəzza zolağında hərbi əməliyyatını ölkənin cənubundakı Rəfah şəhərinə qədər genişləndirəcək. “Dünya və HƏMAS liderləri bilməlidir ki, Ramazana qədər girovlarımız ev...
publikaz_normalized
Lənkəranda azyaşlı qız qızılcadan ölüb. Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Sənədlər imzalanacaq":"Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olacaq. R.T.Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahında Azərbaycan liderini rəsmi mərasimlə qarşılayacaq. Sonra iki dövlət başçısı arasında əvvəlcə təkbətək, ardınca isə geniştərkibl...
publikaz_normalized
Yayda pulsuz gedəcək?":"“Qarabağ”ın futbolçusu Abdullah Zubir bir sıra nüfuzlu ölkələrin futbol klublarının maraq dairəsinə düşüb. Bildirlir ki, “Auqsburq” və “Seltik” fransalı vingerin xidmətində maraqlıdır. Almaniya və Şotlandiya təmsilçiləri yay transfer pəncərəsində onunla müqavilə imzalmağa maraqlıdılar. Zubirə Fr...
publikaz_normalized
ABŞ-ın keçmiş prezidenti Donald Tramp cərimə ödəmək üçün öz brendinin bir milyon cüt ayaqqabısını satmalıdır. Nəşr Nyu-Yorkun hakimi Artur Enqoronun Trampa 355 milyon dollar cərimə ödəməsi və ştatda 3 il müddətinə biznes fəaliyyətinin qadağan edilməsi barədə qərarını şərh edib. Jurnalistlər məbləği biznesmenin özünün “...
publikaz_normalized
Son bir ayda Azərbaycanda 108 nəfər İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxub. Qeyd olunub ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 1 ay ərzində İİV-ə 108 nəfər...
publikaz_normalized
Videoda BMW markalı avtomobilin yoldan kənara aşdığı görüntülənib. Hələ ki, hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.
publikaz_normalized
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır. Qeyd olunub ki, fevralın 20-si saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq. Lakin XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları...
publikaz_normalized
Nələri müzakirə edəcəklər?":"Qırğızıstan rəhbəri Sadır Japarov prezident Vladimir Putinin dəvəti ilə fevralın 20-21-də Rusiyaya səfər edəcək. Japarov Kazana “Gələcək Oyunlar” beynəlxalq multi-idman yarışının açılış mərasimində iştirak etmək üçün gələcək. Tədbir çərçivəsində Qırğızıstan prezidenti Putin və Tatarıstan rə...
publikaz_normalized
2 alternativ var":"Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var. “Ermənistandan keçən bu marşrutun uzunluğu 43 kilometrdir. Rəsmi İrəvan tərəfindən problem yaranarsa, İran marşrutu ortaya çıxa bilər. Rəsmi Bakının bununla bağlı Tehranla təmasları var. İki alternativ mövcuddur və bunların hər ikisi hazırda masadadır”, ...
publikaz_normalized
Elm və Təhsil naziri Emin Əmrullayevin arxiv fotosu yayılıb.
publikaz_normalized
Bir doza ilə bu ölümcül xəstəliklərin qarşısı alınacaq":"İki ölümcül xəstəliyin inkişafı gen terapiyası ilə dayandırılıb. Mütəxəssislər bununla beyin xəstəliklərinin qarşısının alına biləcəyini açıqlayıblar. Amyotrofik yanal skleroz və frontotemporal demans adlanan bu xəstəliklər ölümlə nəticələnir. Tədqiqatçıların ded...
publikaz_normalized
Pensiya yaşında işləmək istəyənlər olduğu kimi, erkən dövrdə pensiyaya çıxmağı arzulayanlar da var. Müəyyən sahələrdə çalışanların digərlərindən daha tez pensiyaya çıxmaq hüququ var. Söhbət güzəştli şərtlərlə pensiya almaqdan gedir. - Axırıncı iş yerindən asılı olmayaraq, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda (Gü...
publikaz_normalized
Məni heyrətləndirmişdi":"İnter Mayami"nin hücumçusu Lionel Messi "Barselona"nın 16 yaşlı istedadı Lamin Yamalın çıxışını şərh edib. İnsanlar Lamini yalnız bir neçə ay əvvəl tanımağa başlayıblar, amma mən 6 ildir tanıyıram. Onu ilk dəfə La Masiyada "Real"a qarşı oynayanda və üç qol vuranda görmüşdüm. Bu qolları necə vur...
publikaz_normalized
Ötən həftə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Xalq yazıçısı Mövlud Süleymanlının vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Onun sözlərinə görə, hazırda yazıçı huşsuz vəziyyətdədir: “Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur”. Süleymanlı insult keçirib, beynin...
publikaz_normalized
104 yaşını qeyd edən Böyük Britaniya sakini uzunömürlülüyünün sirrini açıqlayıb. 104 yaşlı Ketlin Sonders bir ildir yaşadığı Somerset ştatının Vellinqton şəhərindəki qocalar evində növbəti ad gününü qeyd edib. Qadın uzunömürlülüyünü iki məhsuldan mütəmadi istifadə etməklə əlaqələndirib. Onun sözlərinə görə hələ uşaqlıq...
publikaz_normalized
Milli Məclisin deputatları - ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev, Tural Gəncəliyev qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 20-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcəklər. Qeyd olunub ki, sessiya çərçivəsində qurumun Siyasi məsələlər və t...
publikaz_normalized
yoxsulluq 57,4%-ə çatdı":"Argentinada yoxsulluq səviyyəsi yanvarda 57,4%-ə çatıb ki, bu da son 20 ilin ən yüksək göstəricisidir. UCA-nın hesabatına görə, yeni seçilmiş prezident Javier Miley tərəfindən pesonun devalvasiyası və sonradan qiymət artımı yoxsulluq vəziyyətinin pisləşməsinə səbəb olub. 2023-cü ilin sonunda y...
publikaz_normalized
Real"ın Mbappe planı pozulacaq?":"Mançester Siti" PSJ-nin hücumçusu Kilian Mbappe ilə müqavilə imzalamağı düşünür. Mənbənin sözlərinə görə, İspaniya nəhəngi Mbappeyə az maaş təklif edib. Ulduz futbolçu bundan narazıdır. İngiltərə klubu bu məqamdan istifadə etməyə hazırlaşır. Mənbə əlavə edir ki, Kilian "Kral klubu"na k...
publikaz_normalized
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevə hökm oxunub. Hökmə əsasən, Cəbrail Fərzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror ötən prosesdə təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişd...
publikaz_normalized
Ölən astronavtları gəminin göyərtəsində saxlamaq olmaz, çünki cəsəd mumiyalaşır və peyklərə çarparaq onlara ciddi ziyan vura bilər. Bu nəticəyə ABŞ-ın Baylor Kollecindəki Kosmik Sağlamlıq Araşdırmaları İnstitutunun alimləri gəliblər. Doktor Jimmy Voo izah edib ki, vakuumda insanın dərisindəki bütün mayelər anında buxar...
publikaz_normalized
Türkiyədə torpaq dağının çay kimi axdığı mədəndə ikinci fəlakət riski yaranıb. Milyonlarla kubmetr torpaq Fərat çayını təhdid edir. Milyonlarla kubmetr torpaq kütləsi vadinin hər iki yamacından böyük bir əraziyə çay kimi axıb. Yerin altında qalan 9 işçiyə çatmağa çalışarkən ikinci bir fəlakət riski ortaya çıxıb. Axtarı...
publikaz_normalized
Saxlanılanların sayı 400-ə çatıb":"Rusiyalı müxalifət lideri Aleksey Navalnının saxlandığı həbsxanada vəfat etməsindən sonra ölkə daxilində davam edən etiraz aksiyalarında saxlanılanların sayı 400-ə çatıb. Rusiya müxalifətinin lideri, antikorrupsiya fəalı və hüquqşünas Aleksey Navalnı Rusiya prezidenti Vladimir Putin v...
publikaz_normalized
Müğənni Afət Fərmanqızı "Dağlar oğlu" mahnısının ifaçısı Ayaz Allahverdiyevlə münasibətlərinin pozulmasına aydınlıq gətirib. Mənimlə işləyən Əli Gəncəli mənə dedi ki, bir nəfər tanışım 1 ildən çoxdur ki, "Dağlar oğlu" adlı mahnı oxuyub. Ona görə də Vəfa Şərifova bu mahnını icazəsiz oxuyub. Mən də Vəfaya zəng edib dedim...
publikaz_normalized
Nə demək istəyir? - VİDEO":"Azərbaycan Premyer Liqasının 23-cü turunun "Neftçi" - "Zirə" matçından sonra (1:0) qonaqların baş məşqçisi Rəşad Sadıqov sosial şəbəkə hesabında maraqlı paylaşım edib. Sadıqov xüsusilə bu klubla çempionluq sevinci yaşadığı 2004 və 2005-ci illəri və divarda əks olunan fotosunu qeydə alıb. Qey...
publikaz_normalized
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib. Sonra xatirə şəkli çəkdirilib. Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb....
publikaz_normalized
Bakıda qəribə yol-nəqliyyat hadisəsi baş verib. Maşın buksirlənmiş iki avtomobili əzib. Sosial şəbəkələrdə yayılan həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Abramyandan şok iddia":"İranın müxtəlif dairələri ilə görüşlərim və müzakirələrim zamanı Sünik məsələsi bəlkə də əsas mövzu oldu. “Sünik mövzusunu həm coğrafi, həm də siyasi baxımdan “artsax”la eyni müstəvidə hesab edənlər çoxdur. Təsadüfi deyil ki, Qarabağın Azərbaycanın nəzarətində olması da İranın maraqlarına böyük ...
publikaz_normalized
Artıq bir neçə gündür Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları (9 945 manat) təşkil edir. Ziyarətin vahid formada təşkil olunacağı və hava nəqliyyatı ilə həyata keçiriləcəyi...
publikaz_normalized
Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində Türkiyə haqqında danışıb. Onun sözləri dünya mətbuatında gündəm olub. Daim deyirdilər ki, Rusiya enerji mənbəyi vermir, məhdudlaşdırır. Biz heç nəyi məhdudlaşdırmırıq, hər şeyi təmin edirik. Ən etibarlı tərəfdaşlar Türklər oldu. Daşınmalar "Türk ax...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Qeyd edək ki, ərazisi təxminən 10 min kvadratmetr olan Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri görülüb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl i...
publikaz_normalized
Azərbaycanda bir neçə bələdiyyə sədri barəsində cinayət işi başlanılıb. Bildirilib ki, keçən il bələdiyyələrlə bağlı aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Onlardan 15-i üzrə artıq cinayət iş...
publikaz_normalized
Azərbaycanda bəzi şəxslər bələdiyyə torpaqlarından təyinatına zidd istifadə ediblər. Bildirilib ki, yol verilən pozuntularla bağlı tədbirlər görülməsi üçün Ədliyyə Nazirliyinin müraciətinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti və onun müvafiq qurumları tərəfindən bələdiyyə torpaqlarından istifadə vəziyyətinə dair moni...
publikaz_normalized
Azərbaycanda bir neçə bələdiyyədə qanun pozuntuları aşkarlanıb. Sənəddə qeyd edilib ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı, Suraxanı rayonu Zığ, Binəqədi rayonu Biləcəri, Xəzər rayonu Şağan, Qusar rayonu Balaqusar, Tovuz rayonu Düz Cırdaxan və digər bələdiyyələrdə aşkar olunmuş qanun pozuntuları ilə bağlı cinayət işlər...
publikaz_normalized
Ötən il Azərbaycanda 63 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Sənəddə qeyd edilib ki, bələdiyyələrin 76 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 63 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 13 inzibati xəta protokolu isə ...
publikaz_normalized
Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunur. “Report” xəbər verir ki, məruzə parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasının gündəliyinə daxil edilib. Sənədi ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edir. Qeyd olunub ki, ötən il...
publikaz_normalized
Kilian Mbappe "Real"la 5 illik müqavilə imzalayıb. Mövsümün sonunda forvard azad agent kimi PSJ-dən ayrılacaq və iyulun 1-dən Madrid klubunun futbolçusu olacaq. Mənbənin məlumatına görə, Mbappe iki həftə əvvəl “Real”la anlaşıb. Fransız futbolçu vergilərdən sonra illik 15-20 milyon avro maaşla “Real”ın ən çox maaş alan ...
publikaz_normalized
İşıqlı bir yol, çiçəklər və...":"Hələ 1972-ci ildə bu məşqçi bütün SSRİ futbolunu təəccübləndirmişdi. Voroşilovqraddan (indiki Luqansk) təvazökar “Zarya” onun rəhbərliyi altında sensasiyalı şəkildə ölkə çempionatının qalibi oldu. German Zoninin adı dərhal hamıya məlum oldu. Onun futbolçu yetişdirməkdə xüsusi üsulları v...
publikaz_normalized
“Zeytun Bağları” markası “Liv Bone Dea”da sosial tədbir keçirib "Zeytun Bağları" markasının təşkilatçılığı ilə “Liv Bona Dea” Hospitalda "Zeytun yağının faydaları" mövzusunda sosial xarakterli tədbir keçirilib. Hospitalın həkimi, terapevt Nəzrin Namazova mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb. Belə ki, zeyt...
publikaz_normalized
Fevralın 20-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi...
publikaz_normalized
Kareliyanın Muezerski rayonunun Rebolı kəndinin sakinləri bildiriblər ki, canavar kənddə 25 iti yeyib. Bildirilir ki, 2024-cü il yanvarın 30-dan fevralın 1-dək müvafiq icazə almış ovçular Muezerski rayonunda ov təşkil ediblər. Bir canavar yaralanıb, lakin bir müddət sonra qovulmuş yırtıcılar yenidən geri qayıdaraq itlə...
publikaz_normalized
Yenilənmiş “Azercell Biznes” ilə korporativ nömrələrə mərkəzləşdirilmiş nəzarət indi daha asan oldu! Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell Biznes” tətbiqində özünəxidmət funksiyalarını genişləndirir. Korporativ abunəçilərin məsul şəxsləri tərəfindən idarəolunan...
publikaz_normalized
Qırmızı Ürəklər" Fondunun əməkdaşları Türkiyədə işgüzar səfər çərçivəsində vətəndaş cəmiyyəti institutları ilə əlaqələrini gücləndirmək məqsədilə görüşlər keçirib. Səfər çərçivəsində Fondun prezidenti Sevda Haqverdiyeva və vitse-prezidenti Nihad Salmanlı “Türk Eğitim Vakfı”nın sədri Banu Taşkın, “Ahbap Derneği”nin koor...
publikaz_normalized
ABŞ-ı qəzəbləndirməyin":"İran hakimiyyəti Livanın şiə təşkilatı “Hizbullah” və digər silahlı qruplardan Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün ABŞ-ı təxribata çəkməməyi xahiş edib. Adının açıqlanmasını istəməyən İraq rəsmisi qəzetə deyib: İran müharibənin genişlənməsinin və geri dönüşü ol...
publikaz_normalized
ABŞ xaricə tədarük edilən malların qiymətlərinin aşağı olması səbəbindən Çini cavab tədbirləri ilə hədələyib. Vaşinqton Çinin artıq sənaye potensialı problemini dempinq yolu ilə həll etmək istəyi ilə mübarizə aparacaq. Birləşmiş Ştatlar xüsusilə yaşıl enerji sektorlarında istehsal və ucuz elektrik avtomobilləri, günəş ...
publikaz_normalized
“Namusu ilə deyil...":"Müğənni Ayan Babakişiyevanın özünə ən son model lüks avtomobil alması günlərlə müzakirə mövzusuna çevrildi. İfaçının qiyməti 225 min avro (450 min manat) olan 2023-cü il model BMW XM maşınını sosial şəbəkə hesabında paylaşması birmənalı qarşılanmadı. Bəziləri bu hərəkətinə görə Ayanı tənqid atəşi...
publikaz_normalized
Türkiyədə fenomen maraqlı addımı ilə diqqət çəkib. yazılmış lövhə ilə ömründə hicab taxmamış şəxslərə hicab taxmağa şərait yaradıb. Görüntülər sosial şəbəkələrdə minlərlə dəfə bəyənilib, yüzlərlə şərh yazılıb.(milli.az)"
publikaz_normalized
Nanə Ağamalıyevanın aparıcısı olduğu verilişdə maraqlı hadisə yaşanıb. Kameranın çəkdiyi canlı efir zamanı müxbir avtomobilin bir neçə yerində axtarış aparıb. Bu zaman birdən gözünə vərəqlər sataşıb. Müxbir həmin kağız parçalarına baxarkən bunların öncədən yazılıb, hazır saxlanılan qafiyə olduğunu görüb. Meyxana bədahə...
publikaz_normalized
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 2024-cü il fevralın 18-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərm...
publikaz_normalized
Kanadada ölkəyə sığınan fələstinli anaya qızının ölümündən 2 həftə sonra onu Qəzzadan ölkəyə gətirmək üçün icazə verildiyi məlum olub. Lakin onun qızı hələ icazə verilmədən dünyasını dəyişib. CBC News"a danışan ana bildirib ki, 2017-ci ildən Qəzzada qohumlarının evində qalan serebral iflic olan 13 yaşlı qızını görə bil...
publikaz_normalized
Aleksey Navalnının anası və vəkilləri siyasətçinin cəsədinin koloniyadan götürüldüyü Salekharddakı morqa buraxılmayıb. “Səhər tezdən Alekseyin anası və vəkilləri morqa gəldilər. Onların içəri girməsinə icazə verilmədi. Vəkillərdən biri sözün əsl mənasında qovuldu. Alekseyin cəsədinin orada olub-olmadığını soruşduqda iş...
publikaz_normalized
Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb. O da “yox” cavabı verdiyi üçün döyülüb. Rauf Yəhyayev "Oxu.az"a açıqlamasında bildirib ki, bir neçə şəxs xəstəxanaya gəlib, ağır ağrıkəsici dərman tələb ediblər: Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada ...
publikaz_normalized
Həyəcan, təəccüb, heyrət - VİDEO":"Ad günü" (1977) filminin qəhrəmanları 37 ildən sonra (2014) görüşüblər. Hacı İsmayılov bildirib ki, o, David Uplisaşvili (Əli) ilə görüşəcək. Amma David Uplisaşvilinin Hacı İsmayılovla görüşəcəyindən xəbəri yox imiş. Rejissor qəsdən ona xəbər verməyib ki, hər şey daha da təbii alınsın...
publikaz_normalized
Azərbaycanda 4 204 qəbiristanlıq var ki, onların da 3 268-i bələdiyyələrə təhvil verilib. Nazir müavini bildirib ki, 900-dən artıq qəbiristanlıq isə hələ təhvil verilməyib: “Bunun da təxminən bir neçə səbəbləri var. Əsas səbəb də xəritələrin tam dədqiq olmamasıdır. Ona görə də bu işi başa çatdırmaq düzgün deyil. Bundan...
publikaz_normalized
Ata qızına qarşı əxlaqsızlıq etdi, oğlu... - Şok təfərrüat":"Abşeron rayonunda 1964-cü il təvəllüdlü Muxtar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qızı Vüsaləni (adlar şərti verilib – red.) Muxtar qızına əxlaqsızlıq etməməsi, sosial şəbəkədə onun, ailə üzvləri və qohumları barəsində rüsvayedici foto və ya...
publikaz_normalized
Erməni işğalından azad olunan Xocalı rayonunun Malıbəyli (2023-cü ilin dekabrınadək Şuşa rayonunun inzibati ərazi vahidi olub) kəndində azərbaycanlı əsir və girovların saxlanıldığı tikili aşkarlanıb. İşğal dövründə separatçılar oranı azərbaycanlı əsir və girovları qanunsuz saxlama yerinə çeviriblər. Bunun üçün dəyirman...
publikaz_normalized
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov fevralın 22-də Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcək. Sumqayıt şəhəri, Zülfü Hacıyev 53) baş tutacaq. Qəbul zamanı sakinlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda i...
publikaz_normalized
Liverpul"un hücumçusu Dioqo Jota sıradan çıxıb. Futbolçu Premyer Liqanın 25-ci turunda "Brentford"la matçda (4:1) zədələnib. Dizindəki ağrılardan şikayətlənən Jotanın uzun müddət yaşıl meydanlardan kənarda qalacağı qorxusu var idi. Lakin mənbənin sözlərinə görə, forvard iki aya qədər oynaya bilməyəcək. Portuqaliyalı fu...
publikaz_normalized
Bu cavabı aldı - FOTO":"Mərhum Əməkdar incəsənət xadimi Tahir Əkbərin qızı maraqlı paylaşım edib. “Məncə, hami bilir ki, atam Tahir Əkbərin səhifələrini ailəsi olaraq biz işlədirik. Bu yaxınlarda bir müğənni atamın mesencerinə yazıb: “Salam Tahir müəllim, mən müğənniyəm, istəyirəm mənim üçün bir mahnı bəstələyəsiniz”. ...
publikaz_normalized
Bu gün sosial şəbəkələrdə Bakı-Quba-Rusiya ödənişli yolunda BMW markalı minik avtomobilinin yüksək sürətlə hərəkətdə olarkən aşmasını əks etdirən görüntülər yayılıb. Bəlli olub ki, ödənişli yolun Böyük Həmyə kəndindən keçən 111-ci kilometrliyində 77 MH 914 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itiri...
publikaz_normalized
Səkkiz versiya üzrə keçmiş dünya çempionu Menni Pakyao bu il Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edə bilməyəcək. Hazırda Pakyaonun 45 yaşı var. Bundan əlavə, Menni lisenziya xarakterli yarışlarda iştirak etməyib. “Sevimli boks ikonamızın yaşına görə Olimpiya Oyunlarına buraxılmaması təəssüf doğurur. İdman ...
publikaz_normalized
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Prezident İlham Əliyev Anıtqəbirdə xatirə dəftərinə bu sözlərini yazıb: “Türk dünyasının böyük oğlu, istedadlı sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsini ən səmimi hörmət və ehtiramla yad edirəm. Ulu öndər Mustafa Kama...
publikaz_normalized
Məşhur türkiyəli müğənni Rafet El Roman rəqs etməsi ilə gündəmə gəlib. Qısa zaman ərzində tirajlanan video istifadəçilərin marağına səbəb olub. Xatırladaq ki, bir müddət əvvəl müğənni üzündəki dəyişikliklə gündəmə gəlmişdi. Sənətçi “əgər bunu etsəydim, böyük burnumu düzəldərdim. Lənət olsun, mən təbiətcə xarizmatikəm”,...
publikaz_normalized
Ermənistanın yeni konstitusiya layihəsində nələrin əks olunduğu haqda məlumatlar yayılıb. “Məlumatlara görə, yeni konstitusiya layihəsində İstiqlal Bəyannaməsindən imtina edilir, eləcə də soyqırımı iddiaları çıxarılır”, - nəşr yazır. Ermənistanın istiqlal bəyanaməsində Azərbaycana qarşı ərazi iddiaları, o cümlədən, Tür...
publikaz_normalized
Bu qədər iş görmüşük, tanıyın":"Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal "Taliban" hərəkatı BMT-nin onu ölkədə qanuni hakimiyyət kimi tanımasını gözləyir. “Əfqanıstan İslam Əmirliyinin korrupsiyanın aradan qaldırılması, narkotiklərin becərilməsi və qaçaqmalçılığa qadağa qoyulması, davamlı sülhün bərqərar edilməsi, ...
publikaz_normalized
Fevralın 17-də Qazax rayonunun Qarapapaq kəndi ərazisində “Vaz 2107” markalı avtomobil 2 qadını vurub. Bir neçə il əvvəl atasını itirmiş Rəqsanə xəstəxanaya yerləşdirilib və onun əməliyyatı üçün pul toplanmasına başlanılıb. Qeyd edək ki, hadisə vaxtı Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Orucov idarə etdiyi "V...
publikaz_normalized
Gizli söhbətlər üçün kod":"WhatsApp" messencerində gizli söhbətləri açmaq üçün kod təyin etməyə imkan verən yeni funksiya olacaq. Gizli söhbətlərin siyahısını açmaq üçün kodu təyin etmək imkanı proqramın masaüstü versiyasında mövcud olacaq. “WhatsApp" məxfi söhbətlərə icazəsiz girişdən əlavə müdafiə səviyyəsini təmin e...
publikaz_normalized
Ermənistan qəbul etməsə...":"Bakı və Ankara Zəngəzur dəhlizi ilə bağlı iki variantı nəzərdən keçirir. A.Uraloğlu bildirib ki, variantlardan biri Ermənistan vasitəsilə Azərbaycandan Naxçıvana marşrutun açılmasıdır: “Bu istiqamətdə işlər aparılır. Bu marştrutun uzunluğu 43 kilometrdir. Əgər Ermənistan tərəfi problemlər y...
publikaz_normalized
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin edilib. Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Namiq Həsənov, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıb. Qeyd edək ki...
publikaz_normalized
Saxtadır":"Təxminən 100 il əvvəl Alp dağlarında tapılan və tədqiqatçılara mükafat qazandıran fosilin bir hissəsinin saxta olduğu ortaya çıxıb. Fosilin ayaqları və pulcuqlarının gerçək olduğu, qalan hissəsinin isə qayanın rənglənməsi ilə yaradıldığı bildirilib. Ancaq "Paleontology" elmi jurnalında dərc edilən araşdırma ...
publikaz_normalized
Biz varlı görəndə ona düşmən gözüylə baxırıq. Rəhmətliyin taksiyə buraxdığı 20-dən çox maşını, restoranları, Moskvada böyük biznes sistemi, həmin yaşadığı binada çoxlu evləri var idi. Direktor işləyən xanımın da yəqin ki, nələrisə var. Verilişin aparıcısı Amil Xəlil isə sözlərə qarşılıq "Bizim də müəllim qohumlarımız v...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, 3 gün əvvəl Azərbaycan Texniki Universitetinin (AzTU) II kurs tələbəsi Sahil Əhmədli qəfil ürəktutmasından vəfat edib. Qeyd edək ki, S.Əhmədli AzTU-nin Metallurgiya və materialşünaslıq fakültəsində təhsil alırdı. Onun fotolarını təqdim edirik.
publikaz_normalized
İtaliyanın müdafiə naziri Quido Krosetto dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidentinə ən xoş arzularını çatdıran italiyalı nazirin paylaşımında deyilir: Azərbaycan Avrasiya məkanında mərkəzi rol oynayır. Biz ölkələrimizi birləşdirən stratej...
publikaz_normalized
Lider mobil operator Qarabağda xidmət mərkəzləri şəbəkəsini genişləndirir" "Azercell Telekom MMC azad edilmiş ərazilərin yenidən qurulması və bərpası istiqamətində aparılan işlərə öz töhfəsini verməyə davam edir. Şirkət Füzulidə telekommunikasiya xidmətləri göstərən ilk və yeganə rəsmi mağazanı təqdim edir. Füzuli şəhə...
publikaz_normalized
Gedin Ukraynada özünüz vuruşun":"Fransalı siyasətçi və Vətənpərvərlər partiyasının lideri Florian Filippot Ukraynada hərbi əməliyyatları davam etdirmək istəyən siyasətçiləri, o cümlədən Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsu cəbhəyə getməyə çağırıb. Florian Avropa Parlamentinin üzvü Rafael Q...
publikaz_normalized
Dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Bəyaztv.az” saytının rəhbəri - 1972-ci il təvəllüdlü Bəhram Rüstəmova hökm oxunub. İttihamda qeyd edilib ki, B.Rüstəmov müharibə iştirakçısı olan 10 nəfərə yaxın şəxsə əlillik dərəcələrinin alınması və ya əlilliyin bərpası vədi verib. O, həmin şəxslərdən xey...
publikaz_normalized
Meyxanaçı Mehman Əhmədlinin doğum günü partisində maraqlı anlar yaşanıb. Belə ki, məclisə qatılan Ağamirzə hər kəslə tək-tək salamlaşıb. Növbə həmkarı Ruslan Müşfiqabadlıya çatdıqda isə ikinci hərəkəti ilə ustadını təəccübləndirib. Ruslan ona əl uzadan Ağamirzənin əlindən öpməyə cəhd edib. Ağamirzə isə buna imkan vermə...
publikaz_normalized
Braziliya lideri Qəzza zolağında baş verənləri soyqırımı adlandırdıqdan və Holokostla müqayisə etdikdən sonra İsrailin xarici işlər naziri İsrael Katz Luiz İnasio Lula da Silvanı "persona non qrata" elan edib. “Biz unutmayacağıq və bağışlamayacağıq. Mənim adımdan və İsrail vətəndaşları adından prezident Lula da Silvaya...
publikaz_normalized