text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Bakı şəhərində bu ilin yanvar və fevral ayları ərzində baş verən yol qəzaları zamanı 25 nəfər ölüb. Bildirilib ki, qeyd olunan aylar ərzində paytaxt ərazisində 62 ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 25 nəfər ölüb, 46 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq ayları ilə müqayisədə...
publikaz_normalized
Türkiyə yeni kamikadze dron istehsal edib. Təxminən 20 dəqiqə havada qala bilən “AZAT FPV” dronu 2,5 kilometr məsafədən idarə oluna bilər. Üç fərqli ölçüdə olan dronun nə vaxt istifadəyə veriləcəyi isə açıqlanmayıb.
publikaz_normalized
Yerində bina tikəcək?":"Tikinti maqnatı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) kollec alıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarında da Azərbaycan Tətbiqi Elmlər Kollecinin qanuni təmsilçisi kimi tikinti maqnatının adı qeyd edilib. O, bu ilin martından kollecin qanuni təmsilçisidir...
publikaz_normalized
“Müğənni Zeynəb Həsəni ilə bağlı yayılan məlumatlar yanlışdır”. O, Zeynəb Həsəninin Bakıda olduğunu qeyd edib: Vəziyyətin pisləşdiyi ilə bağlı xəbərlər yanlışdır. Türkiyəyə yoxlanışa getmişdi, artıq qayıdıb. Hər dəfə yoxlanış ilə əlaqədar gedir. Xatırladaq ki, bir neçə gün öncə müğənni Zeynəb Həsəninin səhhətinin pislə...
publikaz_normalized
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib. Sərəncama əsasən, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib. Ləğv edilmiş Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin maliyyə aktivləri Naxçıvan Muxtar Respublikasının büdcəsinə, digər əmlakları (Azərbaycan Respublikası Na...
publikaz_normalized
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin olunub. Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar. Ağstafa Rayon Mərkəzi Xəstəxanasına Səyyad Yusifov direktor vəzifəsinə təyinat alıb. Səyyad Yusifov ixtisasca həkim-infeksionist...
publikaz_normalized
Azərbaycanlı model Diana Əhədpur geyimi ilə gündəmə gəlib. Belə ki, Diananın qırmızı rəngli geyiminin qiyməti 4200 dollar (7140 AZN) olub. Onun çantası 6850 dollardır (11645 AZN). Əhədpurun ayaqqabılarının qiyməti 2617 dollardır (4450 AZN). Modelin üzərindəki geyimin ümumilikdə məbləği 23 235 AZN təşkil edib. Xatırlada...
publikaz_normalized
Azərbaycan və Pakistan hərbçiləri birgə təlimlərin keçirilməsi barədə müzakirələr aparıb. Qeyd edilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında “10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib. Görüşdə iki ölkə ...
publikaz_normalized
Ermənistanı gözləyən fəlakətin DETALLARI":"Ermənistan-Rusiya münasibətlərində dərin böhran hökm sürür, bunu siyasi və sözlü atışmalar sübut edir. “Eyni zamanda, böhranın dərinləşdirilməsi təşəbbüsünün kimdən gəldiyini söyləmək çətindir. Ermənistanın təşəbbüskar olması fakt deyil, çünki Moskvanın İrəvandan gözləntilərin...
publikaz_normalized
Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilən müsabiqə başa çatıb. Müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib: Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: Sağlam Radio")" "Orion Sky" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: Həyat FM")" "Media haqqında" Azərbay...
publikaz_normalized
Qızımla heç bir əlaqəmiz yoxdur" - VİDEO":"Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması ilə bağlı onun valideyni jurnalistlərə açıqlama verib. “Qızım 16 yaşında qaçıb ailə qurub, amma ana olmayıb. Qızımla heç bir əlaqəmiz yoxdur”.
publikaz_normalized
Türkiyə Hərbi Dəniz Donanmasının "TCG YILDIRIM F-243" freqatı Gürcüstanın ərazi sularına daxil olub. Bildirilib ki, Batumi limanında lövbər atmış hərbi gəminin heyətini Gürcüstan DİN-in Sahil Mühafizəsi Departamentinin direktoru, birinci dərəcəli kapitan Ramaz Papidze, Acarıstan Muxtar Respublikası hökumətinin sədri To...
publikaz_normalized
Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol komandasının bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb. Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digə...
publikaz_normalized
Fələstin Prezidenti Mahmud Abbas Türkiyəyə rəsmi səfərə gəlib. Üç günlük səfər zamanı Abbasın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Danışıqların əsas mövzularından biri Fələstin-İsrail münaqişəsi zonasında, o cümlədən Qəzza zolağında vəziyyət olacaq. ***" "20:12" " " "Fələstin Prezidenti Mahmud A...
publikaz_normalized
Qadağan olunan yerlərdə nəqliyyat vasitələrinin park edilməsi, bir sıra yollarda “butulka effekti”nin yaranması, texniki nasazlıq səbəbindən bəzi avtomobillərin yolda qalması, sürücülər tərəfindən manevretmə qaydalarının pozulması, ara məsafəsinə düzgün əməl edilməməsi, yol-nəqliyyat hadisələrinin baş verməsi, eyni zam...
publikaz_normalized
“Hilton” hotelində “Sənət unutmur" adlı tədbir baş tutub. Tədbirdə qeyri-ənənəvi tətbiqi sənət növü – “Strinq art” ustası Minarə Mehdinin mərhum millət vəkili Qənirə Paşayevanın istəyi ilə yaratdığı, Şuşa doğumlu görkəmli sənət xadimlərinin surəti və digər əsərləri nümayiş olunub. MM Mədəniyyət Komitəsinin eksperti Əkb...
publikaz_normalized
Foto-model və müğəəni kimi tanınan Müjgan Ayxan şəxsi həyatı barədə məsləyə aydınlıq gətirib. Aysunun yenicə ailə qurduğunu xatırladan Müjgan bu barədə "Xəbərin var? verilişində danışaraq məsələyə nöqtə qoyub.
publikaz_normalized
Kamboca Xalq Partiyasının sədri Hun Sen Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Bu il fevralın 7-də keçirilmiş seçkilərdə yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram. Seçkilərdə inamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik liderliyinizə, xüsusilə də d...
publikaz_normalized
Qanunsuz saxlanılan odlu silah-sursatların əməliyyat yolu ilə aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Araşdırmalar davam etdirilir.
publikaz_normalized
Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın ABŞ-a səfər edib. Onun Ağ Ev, Konqres və Xarici İşlər Nazirliyində də görüşləri nəzərdə tutulub. Məlumata görə, Kalın Qəzza, İraq və Suriyada müharibənin dayandırılması, eləcə də atəşkəs barədə müzakirələr aparacaq. Bundan əlavə, Ukrayna müharibəsi və Cənub...
publikaz_normalized
Azərbaycan fevralın 28-də qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan "Qlobal Metan Vədi" təşəbbüsünə qoşulduğunu elan edib. Qlobal Metan Vədi" 2021-ci ildə Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilmiş COP26 İqlim Dəyişikliyi Konfransında AB...
publikaz_normalized
Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 mm-lik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki ...
publikaz_normalized
Azərbaycanda taxılın tədarükü və satışı ilə məşğul olan “Orucoğlu Aqro” MMC şirkətinin təsisçisi və direktoru Qulu Orucov cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə üç şirkət və bir fiziki şəxs zərərçəkmiş şəxs qismində tanınıb. Məlum olub ki, “Orucoğlu Aqro” MMC-nin rəhbəri şirkətlərə müvafiq olaraq 604 min, ...
publikaz_normalized
“Tv8” kanalının rəhbəri, məşhur aparıcı Acun İlıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı yenə geyimi ilə gündəmə gəlib. Gündüz yarışları izləyən sosial media ulduzu axşam isə vəliəhdin dəvətinə qatılıb. Gecə üçün krujevalı, dərin dekolteli paltar seçən Şeyma başına isə qara şal bağlayıb. Xatırladaq ki, Şeyma Subaşının...
publikaz_normalized
azyaşlılardan seksual xarakterli videolar istəyirmiş":"Yutuber Yevgeni Eqorov saxlanılıb. Bildirilib ki, 23 yaşlı yutuber Rusiyanın Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinanın şikayətindən sonra saxlanılıb. Yutuberə qarşı nalayiq ifadələr işlətmə maddəsi ilə cinayət işi açılıb. Müstəntiqlər onun "Youtu...
publikaz_normalized
ABŞ Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb. Bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir ki, söhbət 21 fevral 2022-ci ildə hazırkı administrasiya, 20 sentyabr 2018-ci ildə Donald Tramp administrasiyası və 6 mart, 16 mart tarixlərində ABŞ-nin 44-cü prezidenti B...
publikaz_normalized
Fevralın 26-dan martın 3-dək olan müddətdə Azərbaycandan 2,7 milyon, Türkiyədən isə 633,6 min ədəd toyuq yumurtasının növbəti partiyaları Rusiyaya daxil olub. Beləliklə, ötən ilin sonundan ümumilikdə 28,5 milyon ədəd yumurta idxal edilib. O da qeyd olunur ki, martın 4-nə Azərbaycan və Türkiyədən Rusiyaya 28,5 milyon əd...
publikaz_normalized
Kızılcık Şerbeti" serialında Görkem obrazını canlandıran aktrisa Özge Özacar "Fənərbaxça"nın prezidenti Ali Koçla birgə əylənərkən görüntülənib. Mərasimdən sonra axşam qala gecəsi keçirilib. Gecədə aktrisa "Fənərbağça"nın prezidenti Ali Koçla eyni masada əyləşib. Müğənni Derya Uluğun səhnəyə çıxdığı gecədə Özacar və Ko...
publikaz_normalized
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyəyə səfəri çərçivəsində bu ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşüb. Görüş zamanı meşəçilik, su və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
publikaz_normalized
Ötən gün Bərdədə 13 yaşlı qız intihar edib. Hadisə rayonun Qarayusifli kəndində qeydə alınıb. 2011-ci il təvəllüdlü F.C-nın meyiti tövlədə asılmış vəziyyətdə tapılıb. Məktəb direktoru bildirib ki, 13 yaşlı qız əlaçı olmasa da, dərsə davamiyyəti yaxşı olub və tədbirlərdə aktiv iştirak edib. “Oxumasına görə orta səviyyəd...
publikaz_normalized
Tay boksu üzrə dünya çempionatının ikiqat qalibi Nikita Çernov martın 2-də yarışa gedərkən avtomobil qəzasına düşərək dünyasını dəyişib. Yük maşınının sürücüsü ikinci dərəcəli yoldan çıxarkən minik avtomobilinə yol verməyib. 22 yaşlı sərnişin yerindəcə keçinib, sürücü və daha iki sərnişin yaralanıb. Çernov idman ustası...
publikaz_normalized
Bu yarışı qaytarmaq üçün":"Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Sulayem Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu ölkədə keçirilən Qran Prisinin qaytarılması imkanını müzakirə edib. Mənbənin sözlərinə görə, görüşdə FİA Ümumdünya Motor İdmanı Şurasının üzvü Serkan Yazıçı və Türkiyə Avtom...
publikaz_normalized
Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib. Bildirilib ki, Pənahovun azaraq erməni mövqeləri yaxınlığında qalması ilə bağlı faktiki məlumatlar əldə edilib. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azər...
publikaz_normalized
Ermənistanda saxlanılan azərbaycanlı hərbçi xoşməramlılıq əlaməti olaraq Azərbaycana qaytarılacaq. “Xoş niyyət əlaməti olaraq və Ermənistan ilə Azərbaycan arasında əldə olunmuş ən yüksək səviyyədə razılığa əsasən, azmış və qarşı tərəfə düşmüş hər iki tərəfin hərbi qulluqçuları ən qısa zamanda geri qaytarılmalıdır. Ermə...
publikaz_normalized
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Eyvazlı Musa Ehtiram oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub. Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi baş...
publikaz_normalized
ABŞ Ali Məhkəməsi keçmiş Prezident Donald Trampa Koloradoda ilkin prezident seçkisində iştirak etməyə icazə verib. “ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü bölməsinin dövlət vəzifəsi sahibləri və namizədlərlə bağlı tətbiqi səlahiyyəti ştatlara deyil, Konqresə aid olduğu üçün biz bu qərarı ləğv edirik”, - məhkəmənin q...
publikaz_normalized
Əməkdar artist Lalə Məmmədova "Qonaqcanlı" proqramında göz yaşlarını saxlaya bilməyib. L.Məmmədova atası Nadir Məmmədovdan bəhs edərək, bunları deyib: Atam ömrünün son 3 ilində danışa bilmirdi. Onun demək istədiklərini bu sujetdə dilə gətirdiniz. Bizim tərbiyəmizlə anamız məşğul olurdu. Amma atamızın bir baxışı bizə bə...
publikaz_normalized
ABŞ-ın İsraildəki səfirliyinin əməkdaşı Qüdsdə ölü tapılıb. Sözçü həyatını itirən şəxsin ABŞ səfiri Cek Lyu olmadığını diqqətə çatdırıb. O, "hər hansı bir pis niyyətli hərəkətdən şübhələnmədiklərini" dilə gətirib. İsrail mətbuatında çıxan xəbərlərdə səfirlik əməkdaşının Qüdsdə bir mənzildə ölü tapıldığı qeyd olunub.
publikaz_normalized
İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan geri çağırılıb. Onun sözlərinə görə, bu qərar BMT-nin 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının silahlı tərəfdarları tərəfindən törədilmiş cinsi zorakılığa dair hesabatı susdurmağa çalışması ilə əlaqəlidir. Gilad Erdan məsələ ilə bağlı məsləhətləşmələr üçün Nyu-Yorkdan ...
publikaz_normalized
İstanbulda da hiss edildi":"Türkiyənin Çanaqqala vilayətinin Yenice rayonunda zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanlar 4,9 bal gücündə olub. Zəlzələnin İstanbul və ətraf vilayətlərdə də hiss edildiyi bildirilir.
publikaz_normalized
Azərbaycanda ixtisası başqa, amma fəaliyyət sahəsi fərqli olan həkimlərin sayı günbəgün artır. Bu məsələ artıq pasiyentlərdən çox peşəkar həkimlərin özünü narahat edir. Bu məsələ tibb ictimaiyyətinin haqlı narazılığına səbəb olur. Çünki sadalanan sahələr üzrə həm rezidentura, həm internatura təhsili alan, ixtisası este...
publikaz_normalized
Türkiyəli məşhur idman şərhçisi Erman Toroğlu pencəyi ilə gündəmə gəlib. Dünyaca məşhur brendin boz rəngli, naxışlı pencəyini geyinən Toroğlu sosial mediada geniş müzakirə olunub.
publikaz_normalized
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan Yunanıstan müdafiə naziri Nikos Dendiası “Dostluq” ordeni ilə təltif edib. Məlumata görə, Dendias iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi töhfəyə görə ordenlə təltif olunub. Görüş zamanı Mirzoyan və Dendias Ermənistan-Avropa Birliyi tərə...
publikaz_normalized
Uzun müddətdir müğənnilik fəaliyyətinə fasilə verən Aygün Rəhimova ailə qurub. Aygün həyat yoldaşının üzünü gizlədib. İfaçını dostları da ailə qurması münasibətilə təbrik ediblər. Qeyd edək ki, Aygün bir müddət əvvəl ana olub. O, sosial şəbəkədə soyadını dəyişərək Abduraxmanova qoyub. Aygün tamaşaçılara “Yeni ulduz” ya...
publikaz_normalized
Əri ilə münasibətlərini düzəltməsi məqsədilə falçılara ümid edən qadının 125 min manatı ələ keçirilib. İşə Nəcibənin anası da qarışıb. Ana qızının ailəsində yaranan problemin həllini yalnız falçılarda görüb. Bu məqsədlə Nəcibəni qonşusu, təqsirləndirilən G.Qasımova ilə tanış edib. Təqsirləndirilən şəxs Nəcibə ilə söhbə...
publikaz_normalized
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirlıyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib. Məsləhətləşmələrdə ölkəmizin nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Em...
publikaz_normalized
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya Soçidə “Xarıbülbül” broşu hədiyyə edilib. Qeyd edək ki, 2 mart - 6 mart 2024-cü il tarixlərində baş tutacaq marafon Soçidə 2024 - Dünya Gənclər Festivalı çərçivəsində keçirilir. Marafonda natiqlər arasında Zaxarova ilə yanaşı, alimlər, iri şirkətlərin...
publikaz_normalized
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə q...
publikaz_normalized
maraqlı tanışlıq ola bilər":"Qoç - Ciddi fiziki yük ola bilər. İşlər yorucu və usandırıcı təsir bağışlasa da, geri çəkilməyin və rühdan düşməyin. Bilin ki, işlərə nə qədər tez başlasanız, bir o qədər tez başa vurarsınız. Səhər saatlarından etibarən məhsuldar işləməyə çalışın. Günün ortalarında səhhətinizdə problemlər y...
publikaz_normalized
Avropa İttifaqı 2025-ci ildən Rusiya qazının Ukrayna vasitəsilə tranzitindən imtina edəcək. O, Aİ Şurasının energetika nazirləri səviyyəsində keçirilən iclasından sonra baş tutan mətbuat konfransında bildirib ki, hazırda qurum qaz ehtiyatlarının saxlanması üçün Ukrayna anbarlarından istifadə imkanlarını öyrənir. Qeyd e...
publikaz_normalized
Son dövrlərdə çəkildiyi seriallardan çox reklamlarla gündəmə gələn türkiyəli aktyor Kərəm Bürsindən yeni xəbər var. Kərəm məişət texnikaları satan şirkət ilə müqavilə imzalayıb. Məlumata görə, reklam üçün aktyora 12 milyon lirə qonorar ödəniləcək.
publikaz_normalized
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular müzakirə...
publikaz_normalized
Çox sevincliyik":"Fevralın 28-də Ermənistan ərazisində saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində cinayət təqibinə xitam verilib. "Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bəyan edib ki, İrəvan əsgəri Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib. Xəbəri dost-tanışdan, mediadan öyrəndim. Si...
publikaz_normalized
Kütləvi informasiya vasitələrində gömrük orqanlarında həyata keçirilən islahatlar və əldə edilən nəticələrlə yanaşı, bəzi hallarda tənqidi yanaşmaları əks etdirən müvafiq məlumatlar da yayımlanır. “Gömrük xidməti gömrük fəaliyyəti ilə bağlı konkret bir fakt üzrə narahatlıq yarandıqda onun bildirilməsinə və işçi qaydada...
publikaz_normalized
Gəncə şəhərində ana və oğlu dəm qazından zəhərlənib. Həmin mənzildə 1985-ci il təvəllüdlü Fərəcov Urfan Vaqif oğlu və anası 1954-cü il təvəllüdlü Eteri Fərəcova dəm qazından zəhərləniblər. E.Fərəcova hadisə yerində dünyasını dəyişib. U.Fərəcov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
publikaz_normalized
“Sassuolo”nun və İtaliya millisinin vingeri Domeniko Berardi A Seriyasının 27-ci turunun “Verona” ilə oyununda (0:1) aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Klubun saytı xəbər verir ki, o, çərşənbə axşamı əməliyyat olunacaq. Berardinin sağalması üçün konkret müddət yoxdur. Lakin məlumdur ...
publikaz_normalized
Təhdidləri aradan qaldırmaq üçün hazırlıq görürük":"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin cənub sərhədləri boyunca, İraq və Suriyada mövcud təhdidləri aradan qaldırmaq üçün hazırlıq görüldüyünü açıqlayıb. “Biz İraq sərhədlərimizdə təhlükəsilziyi təmin edəcək halqanı tamamlamaq üzrəyik. İnşallah, bu yay İraq...
publikaz_normalized
Türkiyə Super Liqasında XXVIII turun oyunları başa çatıb. Publik.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Kasımpaşa” azarkeşləri önündə “Sivasspor”la qolsuz heç-heçə edib. Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” isə “Fənərbağça”ya məğlub olub. “Qalatasaray” İstanbul der...
publikaz_normalized
Bu gün Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır. Məlumata görə, səfər çərçivəsində o, Azərbaycanın Baş naziri Əli Əsədovla və digər rəsmi şəxslərlərlə görüşlər keçirəcək. Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlər...
publikaz_normalized
OPEK ölkələri və onların tərəfdaşları neft hasilatının azaldılması müddətini uzadıblar. Məlumata görə, müddət iyunun sonuna qədər uzadılıb. Qeyd edək ki, 2023-cü ilin noyabrında OPEK ölkələri və tərəfdaşları hasilatın gündəlik 2,2 milyon barel azaldılmasını könüllü olaraq birinci rübdə uzatmağa razılaşmışdılar.
publikaz_normalized
Kurtlar vadisi"nin aktrisası ilə sevgilidir - FOTO":"Türkiyəli müğənni və aktyor Gökhan Kəsər şəxsi həyatı ilə gündəmə gəlib. Cütlük eşq iddiaları ilə bağlı hələlik heç bir açıqlama verməyib. Qeyd edək ki, Çiğdem "Kurtlar vadisi" serialındakı obrazı ilə tanınır.
publikaz_normalized
Bitkoinin dəyəri 8,18 % artaraq 68,284 min dollara çatıb. Xatırladaq ki, bitkoinin qiyməti sonuncu dəfə 2021-ci ildə 68 min dollar olub.
publikaz_normalized
Türkiyə Superkuboku çərçivəsində baş tutacaq İstanbul derbisinin başlama saatı dəyişdirilib. Məlumata görə, “Fənərbağça” ilə “Qalatasaray” arasında qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matç aprelin 7-də Şanlıurfada baş tutacaq.
publikaz_normalized
Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib. Baş İdarərinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdik...
publikaz_normalized
Martın 7-də Avropa Liqasının 1/8 finalında "Qarabağ" "Bayer 04"lə üz-üzə gələcək. Bu məlumatı offsideplus.az saytına açıqlamasında klubun mətbuat katibi Anar Hacıyev təsdiqləyib. Köhlən atlar"ın rəsmisinin sözlərinə görə, qurum Ağdam təmsilçisinə bloger və azarkeşlərin davranışları ilə bağlı xəbərdarlıq edib: Bu məsələ...
publikaz_normalized
ailənin 4 üzvü öldü":"Türkiyədə ağır yol qəzası olub. Bildirilib ki, magistral yolda hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyadaları vurub. Nəticədə 4-ü bir ailənin üzvü olmaqla 5 nəfər həlak olub.
publikaz_normalized
Dünən Çanaqqalada baş verən 4,9 bal gücündəki zəlzələ bir nəfərin ölümünə səbəb olub. Onun həyatını xilas etmək mümkün olmayıb. Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat paylaşıb. Çanaqqala Yenicedə baş verən və Balıkesir ilə İstanbulda da hiss edilən 4,9 bal gücündəki zəlzələ Bursa...
publikaz_normalized
Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;" "2. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;" "3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;"...
publikaz_normalized
Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü barəsində inzibati qaydada tədbir görülüb. Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəmə...
publikaz_normalized
Tarixi boyu belə bir şey olmamışdı":"İngiltərə Premyer Liqasının 27-ci turunda "Arsenal" "Şeffild Yunayted"in qonağı olub. Görüş "topçuların" 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, "Arsenal" üçün İngiltərə çempionatları tarixində ilk belə haldır. Qeyd edək ki, "Arsenal" 61 xalla Premyer Liqanın turnir cədvəlində 3-cü...
publikaz_normalized
Şəkidə evlərin divarlarını bəzəyən qədim buxarı ənənəsi bu gün davam etdirilməsə də, memarlığı hələ də hər kəsi valeh edir. Hazırda isə Şəkidə 200-dən çox yaşı olan ev buxarı ənənəsini özündə qoruyub saxlayıb.
publikaz_normalized
Fransanın silahlandırdığı Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığı, “Azərbaycan Ermənistana hücum edəcək” iddialarının da mümkün eskalasiyadan öncə “alibi” qazanmaq məqsədi daşıdığı aydın görünür və burada İrəvanın öz, Parisin də öz planları var. Ümumilikdə geosiyasi mübarizədə Cənubi Qafqaz cəbhəsinin aç...
publikaz_normalized
Cənnət Qapısı" - FOTO":"Unikal mənzərələrdən və təbii gözəlliklərdən həzz almaq istəyənlər bu yerə üz tuturlar. Sıldırım qayalara və bənzərsiz mənzərələrə ev sahibliyi edən bu dağ təbii gözəllikləri ilə bütün dünyada məşhurdur. "Hündürlüyü və gözoxşayan mənzərələri ilə ziyarətçiləri valeh edən bu unikal yer həm təbiəts...
publikaz_normalized
Rusiya İstintaq Komitəsinin (ICR) rəhbəri Aleksandr Bastrıkin Saratovda 14 yaşlı qıza şir hücumu ilə bağlı hesabat tələb edib. Bastrıkin İstintaq Komitəsinin Saratov vilayəti üzrə İstintaq Komitəsinin rəhbəri vəzifəsini icra edən şəxsdən ona istintaqın gedişi və əvvəlcədən müəyyən edilmiş hallar barədə məlumat verməsin...
publikaz_normalized
Bayern" qisas ala biləcək?":"Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start veriləcək. Günün digər oyunu San Sebastyanda keçiriləcək. Real Sosyedad"ı evdə 2 cavabsız qolla üstələyən PSJ səfərdə üstünlüyünü qorumağa çalışacaq. 1/8 final, cavab oyunları 00:00 Bayern - Latsio (İlk oyun 0:1...
publikaz_normalized
Rusiyanın baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır. Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqi...
publikaz_normalized
Konqresə yalan danışıb":"ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter bildirib ki, Pentaqonun rəhbəri Lloyd Ostin Rusiya ilə Şimali Atlantika Alyansı arasında mümkün müharibə barədə konqresmenlərə yalan danışıb. Xatırladaq ki, Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasında dinləmələr zamanı Kiyevin məğlubiyyətini...
publikaz_normalized
Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələri açıqlanıb. Türkiyə lirəsi 0,0538 manata kimi ucuzlaşıb, Rusiya rublu 0.0186 manata kimi, Avro isə 1.8446 manata kimi bahalaşıb.
publikaz_normalized
Rusiya kommunistləri araşdırma tələb edir":"“Rusiya Kommunistləri” Kommunist Partiyasının (KKP) sədri Sergey Malinkoviç bildirib ki, partiya nümayəndələri İosif Stalinin ölümündə Qərb xüsusi xidmət orqanlarının mümkün iştirakını yoxlamaq xahişi ilə Rusiya Federasiyası Baş Prokurorluğu və FSB ilə əlaqə saxlayıblar. “Biz...
publikaz_normalized
“Rusiya Ermənistan hakimiyyətinin xarici siyasi vektoru dəyişdirmək üçün atdığı addımlara cavab olaraq, açıq təhdidlərə əl atdı. Bu fakt hökumət komandasında təşviş yaradıb və onlar Rusiyadan hərbi müdaxilə və ya başqa şəkildə sərt şillə gözləyirlər”. Nəşr qeyd edir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyad...
publikaz_normalized
Gözlənilir":"Naci Görür Çanaqqalanın Yenice rayonunda baş verən zəlzələ ilə bağlı açıqlama verib. Bu zəlzələnin böyük bir zəlzələyə səbəb olub-olmayacağı maraqlıdır. Buna görə də ekspertlərdən açıqlamalar gəlməyə davam edir. Naci Görür sosial media hesabında Çanaqqalada baş verən 4,9 bal gücündə zəlzələ ilə bağlı qiymə...
publikaz_normalized
Harada gizləndikləri bilindi":"İllərdir serial və filmlərdə gördüyümüz zombilər reallaşır. Yerin altında nələr var?", - sualına cavab tapmaq üçün qazıntılar aparmağa başlayan elm adamları maraqlı bir bakteriya qrupu aşkar ediblər. Onlar bəzi detalları da üzə çıxarıb. Böyük miqdarda karbonun, eləcə də yaşayan zombi bakt...
publikaz_normalized
Mənim bədənim, mənim seçimimdir":"Fransada abort hüququnun konstitusiyaya daxil edilməsi ilə bağlı tək maddədən ibarət qanun layihəsi Konqresdə qəbul edilib. Fransa prezidenti Emmanuel Makron sosial media hesabında etdiyi paylaşımda “konstitusiya zəmanətini” qeyd etmək istədiyini bildirib. Baş nazir Qabriel Attal da qa...
publikaz_normalized
Qırmızı rəng onları məhv edəcək":"Qırmızı torlar bitkiləri böcəklərdən daha yaxşı qoruyur. Ümumiyyətlə, qəbul edilir ki, qoruyucu torun ölçüsü nə qədər kiçik olsa, zərərli həşəratlarla mübarizədə onun effektivliyi bir o qədər yüksəkdir. Bir qayda olaraq, kənd təsərrüfatı qoruyucu torlarının rəng diapazonu qara, ağ, mav...
publikaz_normalized
Bakı metropoliteninin "bənövşəyi” xəttinin hazırda inşası davam edən stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb. Bu barədə ötən il "Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, şərti olaraq "B-04” adlandırılan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxa...
publikaz_normalized
Türkiyənin hakim Ədalət və İnkişaf Partsiyasının (AK Partiya) İstanbul şəhər müdirliyi CHP-nin Əkrəm İmamoğlunun bələdiyyə sədri olmaq istəyini ortaya çıxaran reklam yayımlayıb. Çarxda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun ictimai mediada bələdiyyəçilik anlayışı və bələdiyyə sədrliyi vurğulanıb. Re...
publikaz_normalized
Kimlər saxlanılacaq?":"Təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir. Xəbər verildiyi kimi, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Ombudsman cəza-icra qanunvericil...
publikaz_normalized
AFFA-nın yeni prezidenti o olacaq":"Məlum olduğu kimi, aprelin 2-də AFFA-da prezident seçkiləri keçiriləcək. Rövnəq Abdullayevin yeni dönəm üçün namizədliyini irəli sürməyəcəyini deməsindən sonra quruma yeni rəhbər təyin ediləcəyi məlum olub. Ötən günlərdə yuxarı dairələrdə bununla bağlı iclas keçirilib. Mümkün namizəd...
publikaz_normalized
Hücum planının sensasiyalı DETALLARI":"09:54" "Fransa və İran Zəngəzurda yeni müharibə hazırlayır. Bu məqsədlə aralarında PKK terrorçularının da olduğu terrorçu qruplar bölgəyə cəlb edilir. Qəzet qeyd edir ki, türk dünyasını siyasi və iqtisadi sferada bağlayacaq Zəngəzur dəhlizi xarici güclər tərəfindən hədəf seçilib. ...
publikaz_normalized
Ankaranın qərarları qonşularını qorxuya salıb":"Türkiyənin strateji addımları Yunanıstanın gündəmindədir. Yunanıstanda nəşr olunan “Ethnos” qəzeti Türkiyənin fevral ayında 4 mühüm geosiyasi addım atdığını yazıb. Xəbərdə Türkiyənin fevral ayında atdığı bu geosiyasi gedişlərin əhəmiyyəti vurğulanıb. Bu addımların Türkiyə...
publikaz_normalized
bu qədər pul ödəyəcəksiniz":"Ədalətli Rusiya - Həqiqət naminə" (SRZP) partiyasının rəhbəri Sergey Mironov Rusiya ilə vizasız rejim olan ölkələrdən Rusiya Federasiyasına gələn əcnəbilər üçün giriş rüsumunun müəyyən edilməsini və bu vəsaitin qanunu pozan miqrantların deportasiyasına xərclənməsini təklif edib. Əvvəllər pa...
publikaz_normalized
Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb. Axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşk...
publikaz_normalized
Avropa Liqasının 1/8 mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" – “Bayer” (Almaniya) qarşılaşmasının hakimləri açıqlanıb. Görüşün baş hakimi Benoit Bastien olacaq. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. VAR hakimləri Benoit Mi...
publikaz_normalized
Türkiyəli müğənni Serdar Ortaçın növbəti paylaşımı Əməkdar artist Elnarə Abdullayeva ilə bağlı olub. Onun mahnının sözlərini zümzümə etməsi də diqqətdən qaçmayıb. Qeyd edək ki, Serdar zaman-zaman xanəndəyə heyranlığını dilə gətirib.
publikaz_normalized
Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır. Onun sözlərin görə, Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 13 dərəcəyədək yüksəlib. Bu da iqlim normasından 3 dərəcəyədək yüksəkdir. O qeyd edib ki, Od çərşənbəsində son 10 ilin ən yüks...
publikaz_normalized
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Stegemann, onun köməkçisi həmyerlisi Paşal Müller olacaq. Oyunun hakim-inspektoru isə norveçli...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə təkrar müraciət edib. Bildirilib ki, Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda...
publikaz_normalized
Astroloqların fikrincə, bəzi bürclər pul qazanmaqda digərlərinə nisbətən daha bacarıqlı olurlar. Bu üç bürc digərlərindən ona görə fərqlənir ki, onlar fərqli situasiyalardan "baş çıxara" bilirlər. Bu da onlara iş həyatında hər vəziyyətdə uğurlu olmağa kömək edir. Risk etmə qabiliyyəti və insanlarla sağlam ünsiyyət qurm...
publikaz_normalized
Liftdə... - VİDEO":"Teleaparıcı Zaur Baxşəliyev liftdə saz çaldığı görüntüləri paylaşıb. Zaur Baxşəliyev instaqram səhifəsinin hekayə bölümündəki paylaşıma "Gecə gecə" şərhini yazıb. Həmin videonu təqdim edirik: @publika_tv Zaur Baxşəliyev izləyicilərini təəccübləndirdi - Liftdə oxudu #zaurbaxiweliyev #zaurbaxşəliyev #...
publikaz_normalized
Martın 3-ü Göygöldə ağır qəzada həyatını itirən 26 yaşlı sürücü vəzifəli şəxsin övladı imiş. Bildirilir ki, hadisə Cavid toydan çıxdıqdan sonra, gecə saat 1 radələrində baş verib. Yayılan görüntülərdən sonra onun avtomobili saatda 200 kilometr sürətlə idarə etməsi və hadisə vaxtı sərxoş olması iddia edilib. Qeyd edək k...
publikaz_normalized