text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Mançester Siti"nin hücumçusu Erlinq Haaland Norveç millisinin düşərgəsində zədələnib. The Guardian"ın məlumatına görə, hücumçu buna görə yığmanın düşərgəsindən ayrılıb. Onun Premyer Liqa çərçivəsində baş tutacaq "Arsenal" ilə oyununu buraxmaq riski var. Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" matçı martın 31-də keçi...
publikaz_normalized
Azərbaycanda “TikTok”a qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olacaq. Həmçinin, özünü normal apara bilməyən yayımçılar nəzarətə götürüləcəklər. Bundan başqa, hesaba oturan jetonları rəsmi qaydada, vergi ödəməklə birbaşa banklardan çıxarmaq olacaq.
publikaz_normalized
Keçən ay Dubayda iş adamı Murat Özdemirlə ailə quran türkiyəli müğənni Ebru Gündeşin hamilə olması ilə bağlı yayılan xəbərlər geniş müzakirə olunur. TV8-də yayımlanan "Aramızda Kalmasın" verilişinin aparıcısı Müge Dağstanlı Ebru Gündeşlə bağlı hamiləlik iddiasının həqiqəti əks etdirmədiyini deyib: “Xəbərdən sonra araşd...
publikaz_normalized
Yunanıstan mətbuatı Türkiyə ilə Misir arasında çox mühüm müqavilə imzalanacağını iddia edib. Bu çərçivədə “Ta Nea” qəzeti Türkiyənin Misirlə mümkün liman razılaşması edə biləcəyi iddiasını gündəmə gətirib. Xəbərdə Türkiyənin iqtisadi imkanlar axtardığı vurğulanıb və Misirin əvvəlki razılaşma əsasında Ras Əl-Hikmə bölgə...
publikaz_normalized
Yeditepe Universiteti Qidalanma və Pəhriz Bölüm rəhbəri dosent Binnur Okan Bakır Ramazan öncəsi sahur və iftar qidalanması ilə bağlı mühüm xəbərdarlıqlar edib. Bu prosesdə düzgün seçimlər ümumi sağlamlığımıza böyük töhfə versə də, uyğun olmayan qida seçimləri və qidalanma tərzləri də sağlamlığımıza zərər verə bilər. İl...
publikaz_normalized
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində Novruz bayramı ilə əlaqədar olaraq martın 24-dək qeyri-iş günüdür. Bildirilib ki, martın 25-dən etibarən vətəndaşlar mərkəzlərə üz tutaraq xidmətlərdən yararlana bilərlər.
publikaz_normalized
Britaniya kral ailəsinin rəsmi saytında Şahzadə Harri və Meqan Marklın tərcümeyi-halı qısaldılaraq birləşdirilib. Meqan Marklın müxtəlif xeyriyyə təşkilatlarına dəstəyini təsvir edən tam 14 bəndlik səhifə silinib. Onun rəhbərlik etdiyi bəzi təşkilatların siyahısı bir cümlə ilə əvəz edilib. Harri yeni birgə tərcümeyi-ha...
publikaz_normalized
Çinin Zhejiang əyalətinin Hançjou şəhərindəki xəstəxanada 5G-ni aktivləşdirən robotun köməyi ilə Sincan-Uyğur muxtar vilayətinin Aral şəhərində, təxminən 4 650 kilometr uzaqlıqda yerləşən bir xəstənin öd kisəsi uğurla çıxarılıb. 30 yaşlarında olan xəstəyə bir ildən çox əvvəl heç bir aşkar simptomlar olmadan öd daşı xəs...
publikaz_normalized
Alimlər Marsda kəşf edilən “gizli” nəhəng vulkanda həyat əlamətləri ola biləcəyini açıqlayıblar. Alimlər 50 ildən artıqdır ki, Marsda vulkanın olduğuna diqqət yetirilmədiyi üçün bu yerin gizli qaldığını bildiriblər. Alimlər vulkanın təqribən 450 kilometr enində, 9 min 22 metr hündürlüyündə olduğunu və onun Tharsis vulk...
publikaz_normalized
Alimlər naməlum bir şeyin kainatın genişlənmə sürətini dəyişdirdiyini söyləyib. Onların sözlərinə görə, ya kainat və fizika qanunları səhv başa düşülüb, ya da ölçmələr qeyri-dəqiq ola bilər. Tədqiqatçılar ölçmələrin dəqiq olduğunu və kainatın genişlənmə sürətinə təsir edən bir şeyin olduğunu düşünürlər. Yeni araşdırmad...
publikaz_normalized
Sabah Bakıda 11, rayonlarda 14 dərəcə isti olacaq. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi a...
publikaz_normalized
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 20-də Belçika Krallığına işgüzar səfərə yola düşüb. Bildirilib ki, səfər çərçivəsində nazir C.Bayramovun 21 mart tarixində Brüssel şəhərində keçiriləcək Nüvə Enerjisi Sammitində iştirakı və çıxışı, eləcə də bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutu...
publikaz_normalized
Ona zəng etmək...":"Bayern"in idman direktoru Maks Eberl yayda komandadan ayrılacaq "Liverpul"un baş məşqçisi Yurgen Klopp barədə danışıb. “Klopp enerjisinin tükəndiyini söyləyəndə bunun nə demək olduğunu bilirəm. Bunu məndən daha yaxşı mühakimə edə bilən az adam var. Buna görə də ona zəng etmək fikrində deyiləm”. Qeyd...
publikaz_normalized
“Bu il Xankəndinin, Xocalının Novruz nisgilinə son qoyuldu”":"“Bu il Azərbaycan xalqı Novruzu dövlət müstəqilliyimizin bərpasından sonra ilk dəfə olaraq ölkənin bütün ərazisində, o cümlədən Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Qarabağın və Şərqi Zəngəzurun bütün guşələrində böyük coşqu ilə qarşılayır”. Deputat b...
publikaz_normalized
ABŞ-ın Ukraynaya döyüşmək üçün qoşun göndərmək planı yoxdur. Yens Stoltenberq də bu ölkəyə hər hansı NATO hərbçisinin göndərilməsini istisna edib. “Biz çox açıq şəkildə bildirdik ki, Birləşmiş Ştatların Ukraynaya döyüşmək üçün qoşun göndərmək niyyəti yoxdur və NATO-nun baş katibi də Ukraynaya hər hansı NATO qoşunu gönd...
publikaz_normalized
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırıb. Yağışlı, çiskinli havalar...
publikaz_normalized
beş uşaq atası idi - FOTO":"Yaxınları Ü.Hümbətovun həyətdəki yarımtikilinin tavanından özünü asaraq intihar etməsi barədə məlumat veriblər. Aktyor və prodüser kimi bir çox televiziya seriallarında iştirak etmiş Ülfət Hümbətov 5 uşaq atası imiş. O, hadisənin baş verdiyi ünvandakı evi yeni tikdiribmiş. Faktla bağlı araşd...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib. Azərbaycan xalqının qədim adət-ənənələrini tərənnüm edən milli bayramlarımızdan olan Novruz bayramı ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, ə...
publikaz_normalized
Əvvəl TikTok ulduzu olmuşdum. Tanınmışlar artıq orada canlıda az-az görünür". O bildirib ki, artıq TikTok-da canlı yayımlara girmir. Aktrisa Pərvin Abıyeva isə onun sözlərinə "Zaman keçir insan öz dəyərini anlayır. Hamını nəzərdə tutmuram, bəzi insanlara görə" reaksiyasını verib. Elgiz isə "Aramızda o qədər murdar insa...
publikaz_normalized
Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıb. Onlardan narkotik vasitə marixuana aşkar edilib. Saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Keçirilən əlavə tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər də s...
publikaz_normalized
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinə yeni rəis müavini və bölmə rəisi təyin edilib. Qeyd edək ki, idarə rəisinin müavini, polis polkovniki İlham Babayev daxili işlər orqanlarında xidmət keçmənin son həddi ilə əlaqədar təqaüdə göndərilib.
publikaz_normalized
Azərbaycanda əsas ölüm səbəbləri məlum olub. Ölkədə həm şəhər, həm də kəndlərdə hər 100 min nəfərdən 340-ı qan dövranı xəstəliklərindən vəfat edir. "İkinci əsas ölüm səbəbi isə yenitörəmələrdir (xərçəng və s). Ürək-damar xəstəliklərindən ölüm halları təkcə Azərbaycanda deyil, demək olar ki, dünyanın bir çox ölkələrində...
publikaz_normalized
Atletiko"(Madrid) PSJ-nin forvardı Qonçalo Ramoşu heyətinə qatmağı planlaşdırır. Atletiko" böyük ehtimalla yayda 22 yaşlı futbolçu ilə müqavilə imzalayacaq. Qeyd edək ki, 2023-cü ilin yayında "Benfika"dan PSJ-yə keçən Ramoş cari mövsümdə 30 oyunda iştirak edib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun müqavilə müdd...
publikaz_normalized
Tovuz rayonunda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb. Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Sinan Rasim oğlu Bağırov ehtiyatsızlıqdan elektrik xəttinə toxunub və cərəyan onu öldürüb. Faktla bağlı araşdırma aparılır.
publikaz_normalized
Türkiyə və ABŞ hakimiyyət orqanları Rusiyaya qarşı sanksiyalara riayət etmək üçün yeni sistem haqqında razılığa gəliblər. Mənbənin sözlərinə görə, Vaşinqton bundan əvvəl Rusiya ilə kommersiya fəaliyyətində şübhəli bilinən türk şirkətlərinə dərhal sanksiya tətbiq edib. İndi Amerika səlahiyyətliləri bu barədə ilk olaraq ...
publikaz_normalized
Naxçıvanda bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələrini və zirzəmilərini su basıb. Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub. Məluma...
publikaz_normalized
Pakistanın Xost vilayətinin Harnay şəhərində kömür mədənində partlayış baş verib. Qeyd olunub ki, mədən işçiləri təxminən 240 metr dərinliyindəki dağıntıların altında qalıb. "Partlayışdan sonra 12 şaxtaçının cəsədinin tapıldığı bildirilib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Qeyd edək ki, partlayış zamanı məd...
publikaz_normalized
Real"ın qapıçısı Tibo Kurtua sağ dizindəki daxili menisk yırtıldığı üçün əməliyyat olunub. 31 yaşlı belçikalı yaxın günlərdə sağalmağa başlayacaq. Mətbuatda yayılan xəbərlərə görə, Kurtuanın sağalması təxminən iki ay çəkəcək. Qeyd edək ki, avqust ayında Kurtua dizinin çarpaz bağını cırdğı üçün də əməliyyat olunub.
publikaz_normalized
Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib. Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib. Ulu Öndərin və Azərbayca...
publikaz_normalized
Bakıya yaşıl işıq yandıracaq, sonra isə...":"Putin Paşinyana nifrət edir və Ermənistanda hakimiyyəti dəyişmək istəyir. Ukrayna müharibəsi kontekstində tendensiyalar və perspektivlər” mövzusunda müzakirə zamanı polşalı politoloq Voyçex Qurecki çıxış edib. Onun fikrincə, Putin bunun üçün bütün imkanlardan istifadə edəcək...
publikaz_normalized
Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo və nişanlısı Corcina Rodrigez Səudiyyə Ərəbistanının qərb sahilində lüks otel tikir. Corcina İnstaqram hekayələrində tikintinin gedişatını əks etdirən bir neçə video yayımlayıb. Argentinalı model görüntülərə “Yeni cənnət tikirik” şərhini yazıb. O, videolarda görünən Ronaldonu da i...
publikaz_normalized
Ermənistan Azərbaycanın fikrini nəzərə almadan birtərəfli qaydada Avropa İttifaqının müşahidə missiyasını dəvət edir. Onun sözlərinə görə, bu, missiyanın effektivliyini şübhə altına ala bilər: “Söhbət ondan gedir ki, monitorinqin predmeti nədir və bu missiya Azərbaycan tərəfindən tanınıbmı? Orada belə bir mandatın anla...
publikaz_normalized
həmyerlimiz yaralandı - VİDEO":"Ukrayna tərəfi Belqorodu dünən gecədən etibarən ağır şəkildə bombardman edir. Hətta videonu çəkən həmyerlimizin çəkiliş zamanı yaralandığı deyilir. Həmin görüntüləri təqdim edirik:
publikaz_normalized
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın 23-də Pakistan İslam Respublikasında keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Qeyd olunub ki, səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti Pak...
publikaz_normalized
Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə daha 9 qatar reysi təyin edilib. Məlumata görə, 22, 23, 24, 25, 26 mart tarixlərində səhər və axşam reysləri üzrə qatarlar Ağstafaya, eyni zamanda geriyə hərəkətdə olacaq. “Qatarların hərəkət cədvəli ilə ta...
publikaz_normalized
“Bezdim mən”":"İnfluenser Aynişan Quliyevanın adından saxta məlumatlar yayılıb. İzləyicilərindən biri ona “Aynişan xanım, sizin müsahibənizi oxumuşam. Dedikləriniz həqiqətən düzdür? Mənim kimi adi insanlar da o tətbiqə qoşulub qazana bilər mi?”, - deyə müraciəti edib. Aynişan bu mesaja “Adımla yalan məlumatlar yayılır....
publikaz_normalized
TikTok Azərbaycan seqmentində yeni şərtlərlə bağlı məlumatları təkzib edib. Yeni şərtlərlə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir", - şirkətdən deyilib. Qeyd edək ki, bundan əvvəl TikTok-un Azərbaycan seqmentində yeni şərtlərin olacağı bildirilib. Belə ki, sosial şəbəkədə qeydiyyat şəxsiyyət vəsiqəsi ...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin erməni müğənnisi Armen Aloyan tərəfindən "Dodağına gülüş qonub” və "Sevirəm de” mahnıları oğurlanıb. A.Ağayev "Sevirəm de” nəğməsi ilə bağlı 41 il əvvəl başına gələn hadisədən də söz açıb: Sevirəm de” mahnısını "Sovet” dövründə, yəni 1983-cü ildə ifa etmişdim. Bu ər...
publikaz_normalized
Vyetnam Prezidenti Vo Van Txıonq istefa verib. Onun istefa səbəbinin Vyetnam Kommunist Partiyasının nizamnaməsini dəfələrlə pozması və bunun da ictimaiyyət tərəfindən mənfi reaksiya doğurması ilə əlaqələndirilir. Bildirilib ki, Vo Van Txıonqun istefa ərizəsini Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi qəbul edib. O,...
publikaz_normalized
Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycanla bağlı casusluq edir, regionda gərginliyi artırır. “Ermənistan ərazisindən Aİ missiyası ölkəmiz, İran və Azərbaycan haqqında casusluq edir. Bunun da faktiki sübutları var. Bu cür dağıdıcı fəaliyyət regionda gərginliyin artmasına, hə...
publikaz_normalized
Tanınmış xanəndə yeni klipini təqdim etdi. Belə ki, o “Sən gəlməz oldun” mahnısına klip çəkdirib. Klipdə yer alan görüntülər İstanbulda baş verib. " Mahnının arenjemanı Taleh Ağayevə və Orxan Mirnatiqoğluya aiddir. Klipi isə İbrahim Bülbül çəkib. Onun rejissor işində əsas süjet xətti sevdiyi qadının yolunu gözləyən nak...
publikaz_normalized
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib. Həmin paylaşımı təqdim edirik: " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " " "A post shared by Officia...
publikaz_normalized
Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur. “Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın hərbi işğaldan azad edilmiş bütün suveren ərazilərində və boz zonalarda Novruz Novruz tonqalları ilə qeyd olunur. Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada...
publikaz_normalized
Bakı ilə İrəvan arasında sülh...":"Böyük Britaniya hesab edir ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması mümkündür. “Britaniya yaradılmasında və səmərəli fəaliyyətində ABŞ və Avropa İttifaqının vasitəçi kimi çıxış etdiyi platformanı, eləcə də Ermənistan və Azərbaycan tərəflərinin k...
publikaz_normalized
Barselona məhkəməsi Dani Alvesi 1 milyon avroluq girov müqabilində son hökm çıxarılana qədər həbsdən azad etməyə qərar verib. Barselona"nın keçmiş futbolçusu cinsi təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Alves bu qərardan apellyasiya şikayəti verib. Şikayətə baxılana qədər o, müəyyən məhdudiyyətlərlə a...
publikaz_normalized
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 4 avqust tarixli Q16-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələri...
publikaz_normalized
Leo Erik Varadkar İrlandiyanın Baş naziri və mərkəzçi mühafizəkar Fine gel Partiyası sədri vəzifələrindən istefa verib. “2017-ci ilin iyununda partiya sədri və baş nazir olanda bilirdim ki, liderin xüsusiyyətlərindən biri də hakimiyyətin başqasına təhvil verməli olduğu anı dərk etmək, buna cəsarətinin çatması bacarığıd...
publikaz_normalized
içərisində görün nələr var - VİDEO":"Baku TV-nin əməkdaşı ermənilərin Xankəndidəki gizli məkanında olub. Sığınacaqda silah-sursat, ermənilərin hərbi avtomobil nömrələri və bir sıra sənədlər aşkar edilib. Daha ətraflı videomaterialda:
publikaz_normalized
Bakı ilə xəritələr üzrə razılaşma yoxdur":"Delimitasiya prosesində istifadə edilməli olan xəritələrlə bağlı Ermənistanla Azərbaycan arasında heç bir razılaşma yoxdur. “Ermənistanla Azərbaycan arasında xəritələrlə bağlı heç bir razılaşma yoxdur. Ermənistan Respublikası və Azərbaycan Respublikasının Alma-Ata Bəyannaməsi ...
publikaz_normalized
Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı qəzaya uğrayıb. "Pilotun təyyarəni tərk edə bildiyi güman edilir. Artıq pilotun axtarışına başlanılıb.
publikaz_normalized
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) terror təşkilatı PKK/KCK-nın "gənclər cəmiyyətinin qadın lideri" adlandırılan Rojda Bilenin İraqın şimalında Süleymaniyyədə zərərsizləşdirildiyi anların görüntülərini yayıb. Həmin videonu təqdim edirik:
publikaz_normalized
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərb...
publikaz_normalized
Avtomobil yollarında vəziyyət açıqlanıb. Bildirilib ki, martın 21-də əsasən dağlıq və dağətəyi rayonlarda qeyri-sabit, yağıntılı, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
publikaz_normalized
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib. Həmin şəxsdən müxtəlif növ partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb, o, məsuliyyətə cəlb edilib.
publikaz_normalized
ABŞ Tayvana dörd MQ-9B SkyGuardian dəniz müşahidə pilotsuz təyyarəsini köçürməyi planlaşdırır. Məlumata görə, ilk iki pilotsuz təyyarə 2026-cı ildə, qalanları isə 2027-ci ildə təhvil veriləcək. Sövdələşmənin ümumi dəyəri 467 milyon dollardır. Buraya iki yerüstü idarəetmə stansiyasının, ehtiyat hissələrinin və digər ava...
publikaz_normalized
Azərbaycandan xaricə səfər edən vətəndaşların sayı artıb. Məlumata görə, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 36,0 faiz artaraq 296,5 min nəfər olub. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 38,5 faiz, Gürcüstana gedənl...
publikaz_normalized
Günəşdə iki yüksəkdərəcəli partlayış qeydə alınıb. “Martın 20-də Moskva vaxtı ilə saat 02:27-də (Bakı vaxtı ilə 03:27-də) rentgen diapazonunda 15 dəqiqə davam edən M2.1 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 10:36-da isə rentgen diapazonunda 24 dəqiqə davam edən M7.4 partlayışı müşahidə olunub. Partlayış qısa r...
publikaz_normalized
İstanbulda su satışı ilə məşğul olan Metin Şenayın illərlə məhəllə uşaqlarına təcavüz etdiyi və zorlama anlarını iş yerində tikdirdiyi gizli otaqda lentə aldığı məlum olub. Kamera qeydlərini araşdıran polis M.Y.-nin dərsdən sonra Şenayın maşınına mindiyini və iş yerinə aparıldığını müəyyən edib. Polisin iş yerinə basqı...
publikaz_normalized
Hava şəraiti haqqında məlumat yayılıb. Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
publikaz_normalized
Martın 29-da Moskvada Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının sədri, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə 101-ci iclas keçiriləcək.
publikaz_normalized
Novruz bayramı Azərbaycan xalqının ən əlamətdar və tarixi bayramlarından biridir. Lakin bu bayramın məhz astronomik hadisələrlə əlaqəli olduğu haqda çox az məlumat verilir. Bildirilib ki, miladdan əvvəl III minillikdə artıq qədim şumerlər göydə 5 planeti (Merkuri, Venera, Mars, Yupiter və Saturn) ulduzlardan fərqləndir...
publikaz_normalized
Martın 22-də Beynəlxalq Taksi Sürücüləri Günü qeyd olunur. Bayramın tarixi 1907-ci il martın 22-nə təsadüf edir. Belə ki, məhz həmin gün Böyük Britaniyada yola taksometr quraşdırılmış ilk maşın çıxıb. Elə bu səbəbdən də həmin tarix taksi sürücüsü işinin başlanğıcı kimi qeyd olunub. "Məlum olub ki, Azərbaycanda fəaliyyə...
publikaz_normalized
Çin hakimiyyəti xarici mütəxəssislər üçün viza tələblərini yüngülləşdirmək niyyətindədir. Tanınmış şirkətlər üçün işləyən və ya elmi araşdırmalarla məşğul olan əcnəbilər, ölkədə ardıcıl iki il yaşadıqları təqdirdə bir illik deyil, beş illik viza üçün müraciət edə biləcəklər", - bəyanatda deyilir. Çində qalmaq üçün qanu...
publikaz_normalized
Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb. O, əlindən ağır xəsarətlər alaraq, rayon xəstəxanasına aparılıb. E.Novruzova ovuc və ovuc nahiyəsinin cırılmış yaraları, vətər, sinir və damarların zədəsi, ikinci barmağın distal amputasiyası və cırılmış yaraları, əl sümüklərinin sınıqları diaqnozu qoyulub...
publikaz_normalized
ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində martın 22-də İsrailə səfər edəcək. Tərəflərin Qəzza zolağının Rəfah şəhərində yəhudi dövlətinin quru əməliyyatına alternativləri müzakirə edəcəkləri güman olunur.
publikaz_normalized
Dua, imsak və iftar vaxtı...":"Sabah Ramazan ayının 11-ci günüdür. On birinci günün imsak duası: “Allahummə həbbib iləyyə fihil-ehsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səхətə vən-niran biaunikə ya ğiyasəl-mustəğisin!”" "Tərcüməsi: “Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir, məndə...
publikaz_normalized
ABŞ Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib. Məlumata görə, Rusiyanın iki vətəndaşı və iki təşkilat sanksiya siyahısına əlavə edilib. Belə ki, kompüter proqramı təminatının hazırlanması ilə məşğul olan Şirkətlər Qrupu və ictimai-siyasi layihələr hazırlayan Biznes Konsaltinq Agentliyi, eləcə də hər iki şir...
publikaz_normalized
ABŞ hökuməti Almaniya, Türkiyə və Omanda yerləşən bir neçə şirkəti sanksiya siyahısına daxil edib. Məlumata görə, şirkətlər Tehranın raket və nüvə proqramlarına dəstək verdikləri üçün sanksiyaya məruz qalıblar. Onlar İranın raketləri üçün karbon lifi tədarük ediblər. Məhdudlaşdırıcı tədbirlər Almaniyanın “Mazixon GmbH ...
publikaz_normalized
Bu gün Brüsseldə Avronest Parlament Assambleyasının plenar iclasında Ermənistan Parlamentinin sədri Alen Simonyan çıxış edərək Azərbaycanı Qarabağda guya etnik təmizləmə aparmaqda, erməni irsini dağıtmaqda ittiham edərək, “Dağlıq Qarabağ” terminindən istifadə edib. O, indiki sülh danışıqları atmosferində belə bir çıxış...
publikaz_normalized
300-dən çox...":"İsveç Finlandiyadan 321 ədəd zirehli maşın alacaq. Məlumata görə, agentliklə Finlandiyanın "Patria" şirkəti arasında 321 ədəd altıtəkərli zirehli döyüş maşınının alınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri təxminən 470 milyon avrodur. Qeyd olunub ki, yeni texnika İsveç Quru Qoşunlarının Livq...
publikaz_normalized
2024-cü ildəki ilk oyununa martın 22-də çıxacaq Azərbaycan millisinin heyətindəki futbolçuların yığma göstəriciləri müəyyənləşib. Millinin ən təcrübəli üzvü Bədavi Hüseynovdur. Ramil Şeydayev isə yubiley – 60-cı oyun astanasındadır. Beş futbolçu isə debüt anını gözləyir. Rza Cəfərov, Emil Mustafayev, həmçinin ehtiyat s...
publikaz_normalized
İndoneziyanın müdafiə naziri Prabovo Subianto ölkənin yeni prezidenti seçilib. Məlumata görə, Subianto ölkənin 38 əyalətindən 36-da qalib gəlib. KİV-lər Subiantonun rəqibləri olan Ganjar Pranovo ilə Anis Basvedanın nəticələrlə razılaşmadıqlarını yazırlar. Onlar İndoneziya Konstitusiya Məhkəməsində seçkilərin nəticələri...
publikaz_normalized
“Real”ın qapıçısı Tibo Kurtua sağ dizindəki daxili menisk yırtıldığı üçün əməliyyat olunub. 31 yaşlı belçikalı yaxın günlərdə sağalmağa başlayacaq. Mətbuatda yayılan xəbərlərə görə, Kurtuanın sağalması təxminən iki ay çəkəcək. Qeyd edək ki, avqust ayında Kurtua dizinin çarpaz bağını cırdğı üçün də əməliyyat olunub.
publikaz_normalized
Ailəm sevgi üzərində qurulmayıb" - VİDEO":"Əməkdar artist Könül Kərimova açıqlaması ilə diqqət çəkib. Kərimova bildirib ki, sevərək ailə qurmayıb: Məktəb vaxtlarımda sevdiyim bir oğlan olub. Əvvəllər oğlanın bir qıza "Səni sevirəm" deyə bir şeylər yox idi. Biz bir-birimizi uzaqdan sevirdik. Mənim qurduğum ailə sevgi il...
publikaz_normalized
Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə gedib. Məlumata görə, Paşinyan martın 21-də Brüsseldə ilk Nüvə Enerjisi Sammitində iştirak edəcək. Paşinyanla xarici partnyorlar arasında ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
publikaz_normalized
ölən və yaralananlar var":"Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə raket zərbələri endirib. Onun sözlərinə görə, hücumdan sonra ərazidə güclü yanğın başlayıb. Əraziyə yağınsöndürənlər və xilasedicilər cəlb edilib. Ölən və yaralananların olduğu bildirilir.
publikaz_normalized
İspaniya məhkəməsinun “Barselona”nın keçmiş futbolçusu Dani Alvesin cinsi təcavüzlə bağlı hökmündən apellyasiya şikayətindən sonra onun 1 milyon avro girov müqabilində həbsdən azad edilməsinə qərar verdiyi barədə məlumat vermişdik. Bu barədə “La Vanguardia” məlumat yayıb. Daha əvvəl Neymarın ailəsi Alvesin işi ilə bağl...
publikaz_normalized
Bu gün Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Şirak rayonundakı poliqonda keçirdiyi hərbi təlimlər zamanı 22 yaşlı rusiyalı hərbçi Roman Şaternikov ölüb. Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin hərbçisi boyun və bədəninin sol nahiyəsindən ölümcül güllə yaraları ilə Gümrü Tibb Mərkəzinə aparılıb. Onun hansı şəraitd...
publikaz_normalized
Paytaxt Bakıda fəaliyyət göstərən marşrut avtobuslarından birində maraqlı anlar yaşanıb. Onun bu ifasını digər sərnişinlər videoya çəkərək sosial şəbəkələrdə yayıblar. Qeyd edək ki, həmin şəxs daha əvvəl də 41 nömrəli avtobusda mahnı ifa etmişdi.
publikaz_normalized
Martın 17-də baş tutmuş "Trabzonspor" - "Fənərbağça" (2:3) oyununda meydana daxil olan azarkeşi döyən Brayt-Osayi Samuelin cəzası bəlli olub. Belə ki, 26 yaşlı oyunçunun 5-10 matç arası yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Həmin oyundan sonra əlində künc bayrağı ilə "Fənərbağça" azarkeşlərinə hücum edən "Trabzo...
publikaz_normalized
Bu gün güneyli ekofəal Səid Salehi Təbrizdə həbs olunub. Məlumata görə, Salehi atasının evinin qarşısında mülki geyimli hökumət qüvvələri tərəfindən həbs edilib və naməlum yerə aparılıb. Qeyd olunub ki, güneyli fəalın həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar bəlli deyil.
publikaz_normalized
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 8 180 ton ət idxal edib. Bildirilib ki, bu həcmdə ətin dəyəri 17 milyon 442 min ABŞ dolları olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 858 ton (11,7%), dəyər baxımından isə 5 milyon 450 min ABŞ dolları (45,4%) çoxdur. Hesabat dövründə ət idxalına çəkilən...
publikaz_normalized
Yaxın günlərdə övladını qucağına almağa hazırlaşan türkiyəli aktrisa Qonca Vuslateri nikah masasına əyləşib. Bunu övladımız üçün rəsmiləşdirdik. Qarnım burnumda güclə yeriyərək bunu da həll etdik", - deyə aktrisa bildirib.
publikaz_normalized
Azərbaycanlı model Günay Musayeva "Lofficiel Arabia" jurnalı üçün fotosessiya etdirib. Fotoqraf Nika Vəkilova ilə əməkdaşlıq çərçivəsində ərsəyə gələn fotosessiya jurnalın mart buraxılışında yer alacaq.
publikaz_normalized
ABŞ Nümayəndələr Palatasının üzvü Jared Moskovitz ABŞ Prezidenti Co Baydenin impiçment dinləmələrinə Rusiya lideri Vladimir Putinin maskasını taxaraq qatılıb. Məlumata görə, Moskovitz Rusiya liderinin adından Rusiyada ərzaq mağazalarına baş çəkməyi təklif edib.
publikaz_normalized
Yazda C vitamini çatışmazlığını mövsümdənkənar meyvələrin köməyi ilə kompensasiya etmək mümkün olmayacaq. O, mövsümi olmayan meyvə və giləmeyvələrin təhlükələrindən danışıb. Moisenkonun sözlərinə görə, istixana meyvələri təbii şəraitdə yetişdirilən giləmeyvə və meyvələrlə eyni deyil: “Biz yalnız gözü sevindirə bilərik....
publikaz_normalized
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, Musayev Şəhriyar Nizami oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub. Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şah...
publikaz_normalized
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) baza dərəcəsini illik 5,25-5,5 faiz səviyyəsində saxlayıb. Eyni zamanda, nizamlayıcı ABŞ-nin cari il üçün ÜDM artımı proqnozunu 1,4 %-dən 2,1 %-ə qədər yaxşılaşdırıb. 2025-ci ildə FED indi əvvəllər gözlənildiyi kimi 1,8 % deyil, 2 % artım proqnozlaşdırır.
publikaz_normalized
Qubada birmərtəbəli kotec yanıb. Bildirilib ki, Quba rayonunun Qrızdəhnə kəndində ümumi sahəsi 70 kavdratmetr olan birmərtəbəli kotecin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
publikaz_normalized
Qırğızıstanın Bek-Abad kənd sakininin evində Özbəkistanla sərhədə aparan tunel aşkarlanıb. Məlumata görə, 130 metrlik yeraltı dəhliz qaçaqmalçılıq yolu ilə malların daşınması və sərhədi qanunsuz keçmək üçün qazılıb. Tunelin dərinliyi 15 metr, hündürlüyü 1,7 metr olub. "Evin sahibi qanunsuz fəaliyyətin təşkilatçısı kimi...
publikaz_normalized
“Türkiyənin Aİ-yə üzv olmaq barədə strateji baxışı qüvvədə qalır, lakin ittifaqın dialoq aparmaq üçün görünən siyasi iradəsi yoxdur”. “Türkiyə öz gələcəyini Avropada görməkdə davam edir. Ankaranın Aİ-yə daxil olmaq ilə bağlı yanaşması dəyişməyib. Avropa İttifaqının ayrı-ayrı ölkələri ilə əlaqələri inkişaf etdirmək bizi...
publikaz_normalized
“Avroviziya” təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial şəbəkədə yeni paylaşım edib. Həmin fotoları təqdim edirik:
publikaz_normalized
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin keçmiş birinci müavini, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə səkkiz il şərti cəza alıb. O, on il ərzində müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə, səkkiz il müddə...
publikaz_normalized
yeni təşəbbüslər üçün düşərli gündür":"Qoç - Liderlik məziyyətlərinizə ehtiyac duyulur. Çünki ətrafınızdakı insanlar sizdən ilk addım, təşəbbüs, qətiyyətli qərar gözləyirlər. Yeni işlərə, habelə genişmiqyaslı və uzunmüddətli layihələrə başlamaq olar. Ümumi maraqlar və hədəflər üzərində qurulmuş münasibətlərə emosiyalar...
publikaz_normalized
Almaniyanın “Auqsburq” klubu “Qarabağ”ın futbolçusu Marko Yankoviçlə maraqlanır. Bundesliqa təmsilçisinin mövsümün sonunda Yankoviçin transferi ilə bağlı “Qarabağ”a rəsmi təklif göndərəcəyi gözlənilir. Qeyd edək ki, Yankoviçin Ağdam klubu ilə müqaviləsi 2027-ci ilə qədərdir.
publikaz_normalized
Daxili İşlər Nazirliyi (DİN) virtual "papaqatdı" ilə bağlı vətəndaşlara müraciət edib. “Novruz bayramında vətəndaşlarımız tərəfindən kütləvi olaraq üzərinə kart məlumatı yazılan papaq fotosu paylaşılır, adətimiz olan "papaqatdı" virtual məkana daşınır. Əziz vətəndaşlar, kiberdələduzlara yeni meydan açmamaq üçün xahiş o...
publikaz_normalized
İsrailə qarşı sanksiyaları nəzərdən keçirin":"Fələstin Futbol Federasiyası FİFA-ya növbəti konqresində İsrailə qarşı sanksiyalar məsələsinə baxılması tələbi ilə müraciət edib. Fələstin tərəfi gündəliyə üç təklifin daxil edilməsini xahiş edir: “İsrailin Fələstində, xüsusilə də Qəzzada törətdiyi hərəkətlər nəticəsində qa...
publikaz_normalized
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Kiyevə səfər edib. Yermakla görüşdən sonra keçirilən mətbuat konfransında Sallivan ABŞ-nin Ukraynaya böyük yardım paketi təqdim edə biləcəyini bildirib.
publikaz_normalized
Bakının tələb etdiyi iki kənd Azərbaycanın nəzarətindədir. O, müxalifətin Tavuş rayonunun 4 kəndinin Azərbaycana verilməsi ilə bağlı iddialarını təkzib edərək, müzakirə olunan ərazilər arasında belə yaşayış məntəqələrinin olmadığını bildirib. “Bu sahə öz spesifikliyinə və demarkasiyasına görə ən çətin ərazidir. Ermənis...
publikaz_normalized
ABŞ Haitidə artan zorakılıq fonunda öz vətəndaşlarını çarter helikopterləri ilə ölkədən təxliyə etməyə başlayıb. Martın 20-dən etibarən ABŞ hökuməti öz vətəndaşlarının Haitidən təhlükəsiz çıxışını asanlaşdırır. Biz Port-au-Prinsdən Dominikan Respublikasının paytaxtı Santo Dominqoya çarter reysləri təşkil edirik. ABŞ hö...
publikaz_normalized