text
stringlengths
20
1.45M
source
stringclasses
10 values
Beşiktaş" yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır. Bu barədə yerli mətbuat məlumat yayıb. Qara qartallar" çexiyalı hücumçunu icarəyə götürmək və ya birdəfəlik transfer etmək variantları üzərində işləyir. Qeyd edək ki, "Bayer" Patrik Şiki 2020-ci ilin yayında "Roma"dan transfer edib. 28 yaşlı forvard b...
publikaz_normalized
İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək. Layihəyə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zə...
publikaz_normalized
Qadın futbolçu ilə...":"Vilil Kirk “Lester”in qadınlardan ibarət komandasının baş məşqçisi vəzifəsindən azad edilib. 45 yaşlı mütəxəssisin qovulmasına səbəb kimi onun davranış kodeksini pozması göstərilir. Sky Sports"un məlumatına görə, klub daxili araşdırma apararaq Kirkin komandanın adı açıqlanmayan oyunçusu ilə müna...
publikaz_normalized
hər an başlaya bilər":"Polşanın Baş naziri Donald Tusk kritik dövrlərin yaşandığına diqqət çəkərək dünyanın yeni bir müharibə dövrünə daxil olduğunu deyib. “Heç kəsi qorxutmaq istəmirəm, amma müharibə artıq keçmişdə qalan bir şeyi deyil. Bu realdır və əslində iki il əvvəl başlayıb. Hazırda ən çox narahatedici şey, sözü...
publikaz_normalized
Azərbaycanda son 20 ildə 700-dən çox tibb müəssisəsi tikilərək istifadəyə verilib. Azərbaycanda tibbin səviyyəsi heç də aşağı deyil. Siyavuş Novruzov bildirib ki, heç bir ölkədə insanları ildə 2 dəfə pulsuz müayinədən keçirmək məsələsi yoxdur: “Amma bu, Azərbaycanda həyata keçirilir. Prezident müraciət edir ki, insanla...
publikaz_normalized
Bu qədər gombul və paxıl olma" - FOTO":"Hər zaman ideal bədən ölçüləri ilə diqqət mərkəzində olan Xalq artisti Röya Ayxan bir izləyicinin onu fotoşop edilmiş fotolar paylaşmaqda ittiham etməsinə səssiz qalmayıb. Bəziləri hətta onun fotolarına çox effekt verdiyini yazıb. Ulduz instaqramın hekayə bölümündə həmin rəylərdə...
publikaz_normalized
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edilib ki, "Media haqqında" qanunda dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin "Şərq qapısı qəzetinin təsisçisi statusunun qanunv...
publikaz_normalized
Ermənistan 4 kəndi Azərbaycana təhvil verdikdən sonra digər əraziləri də qaytarmağa başlayacaq. Onun sözlərinə görə, təhvil veriləcək növbəti kəndlər Vardenis (Basarkeçər)-Sevan (Göyçə) istiqamətində olacaq. “4 kənd qaytarıldıqdan sonra Azərbaycan Vardenisdən (Basarkeçər) Sevana (Göyçə) daxil olmaq üçün 20-30 icma tələ...
publikaz_normalized
Çelsi" 2027-ci ildə idarə heyətinin sədrini dəyişəcək. Mənbənin sözlərinə görə, amerikalı sərmayəçilər “Çelsi”ni alarkən hər 5 ildən bir klub idarə heyətinin sədri vəzifəsini öz aralarında ötürmək üçün razılığa gəliblər. Hazırda bu vəzifəni "zadəganlar"ın həmsahiblərindən biri, iş adamı Todd Boeli tutur. 2026/27 mövsüm...
publikaz_normalized
Yunanıstanın "DEPA Commercial" şirkətinin rəhbərliyi Rusiya tədarükçüsü qazın qiymətini azaltmaqdan imtina etdiyi üçün “Qazprom”u məhkəməyə verib. Təchizat müqaviləsi “al və ya ödə” sxeminə əsasən bağlanıb, lakin “Qazprom”la müqavilənin şərtlərindən xammalın dəyəri bir müddət sonra Avropadakı mövcud yanacağın qiymətlər...
publikaz_normalized
Argentina polisi futbol üzrə milli komandanın üzvü, dünya çempionu Anxel Di Mariyanı hədələyən 3 nəfəri saxlayıb. Hücum edənlər Di Mariyanı Rosarioya dönəcəyi halda ailə üzvlərini öldürməklə hədələyiblər. Saxlanılanlar narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Pablo Akotto və onun iki şərikidir. Əsas...
publikaz_normalized
Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri davam etdirilir. Bu çərçivədə növbəti tədbir Nazirliyin Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən tibb müəssisələrinin r...
publikaz_normalized
Dünyanın heç bir yerində...":"Pensiya yaşının azaldılması ilə bağlı geniş müzakirə aparılır. Musa Quliyev deyib ki, dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır, əksinə, pensiya yaşının yüksəldilməsi müzakirə edilir: Hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var. 6...
publikaz_normalized
Dünyanı görün nə gözləyir":"Amerikalı fizik və yazıçı Miçio Kaku yaxın illər üçün proqnozlar verib. Onun sözlərinə görə, süni intellekt bəşəriyyət üçün təhlükə yarada bilər, lakin onu idarə etmək üçün hələ vaxt var. - Kitablarınızda insanların üç beyni olduğunu deyirsiniz. Bunu daha da aydınlaşdıra bilərsinizmi? - Təka...
publikaz_normalized
Qızıma qarşı da belə etsəydilər...":"Fluminense"nin futbolçusu Felipe Melo Braziliya millisindəki sabiq komanda yoldaşları - Dani Alveş və Robinyo barədə danışıb. Qızıma qarşı da belə etsəydilər, mən şübhə edirəm ki, burada olub sizə bu müsahibəni verərdim. Onlar etdiklərinin əvəzini ödəməlidirlər. Bu, başqalarına bunu...
publikaz_normalized
Adam oğurluğunda ittiham olunan Abuzər Abuzərovun və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin cinayət işi məhkəmə ic...
publikaz_normalized
Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR":"Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. Dəyişikliyə əsasən, həqiqi dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 60 manatdan 200 manata, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzr...
publikaz_normalized
Tacikistanda "Crocus City Hall"da baş verən terror aktının 9 mümkün iştirakçısı saxlanılıb. "Bildirilib ki, Moskvada bu yaxınlarda törədilən terror aktının icraçıları ilə əlaqəsi olması şübhəsi ilə 9 nəfər istintaqa cəlb olunub. "Xatırladaq ki, son məlumatlara görə, “Crocus”da qurbanların sayı 382 nəfərə yüksəlib.
publikaz_normalized
Antioksidantlarla zəngin qidalar yemək müxtəlif xəstəliklərin inkişaf riskini azaltmağa və ümumi sağlamlığınızı yaxşılaşdırmağa kömək edə bilər. Bununla belə, yadda saxlamaq lazımdır ki, antioksidantlar hər şeyin müalicəsi deyil və ənənəvi tibbi müalicənin əvəzi kimi istifadə edilməməlidir. O, rasionumuza tərkibində ço...
publikaz_normalized
Müğənni Ülviyyə Namazova paylaşımı ilə gündəmə gəlib. Bu haqda Namazova sosial şəbəkə hesabında məlumat verib. Qaldığı oteldən paylaşım edən Ülviyyə yayımladığı videoda kobud səhvə yol verib. Belə ki, müğənni Şri-Lankanı ada kimi yox, şəhər kimi təqdim edib: Deməli, dostlar, gəlib çıxdıq tam uzaqlara - Şri-Lanka şəhəri...
publikaz_normalized
Qadınlar yuyucu vasitələr alarkən onlara vurulan xoş ətirli qoxulara aldanırlar. Bu qoxu isə insan orqanizmi üçün çox zərərlidir. Yuyucu tozlara vurulan ətirlər onların tərkibində olan kimyəvi maddələrin qoxularını aradan qaldırmaq üçün istifadə olunur. Bəs yuyucu tozlara vurulan kimyəvi maddələrin insan orqanizminə nə...
publikaz_normalized
Martın 29-u günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərində...
publikaz_normalized
“Restoranda yeyir, sonra da...”":"Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb". O, aşıqlarla bağlı sualları cavablandırıb. Sənətçi sahibi olduğu restorandan danışarkən "Yeganə restorandı ki, hamı bir-birini tanıyır. Gələn adam elə...
publikaz_normalized
Mart ayının 30-dan ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Martın 30-u axşamdan 31-i səhərə...
publikaz_normalized
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “İzvestiya”ya müsahibəsində Ermənistanla bağlı dedikləri dünya mediasında da ciddi müzakirələrə səbəb olub. Qeyd olunur ki, bu, Moskvanın faktiki olaraq İrəvana diplomatik müharibə elan etməsidir. O qeyd edib ki, Rusiya illərlə Ermənistanı kürəyində daşıyıb: “Rusiya Ermənis...
publikaz_normalized
Regionun əsas gücünə çevrilib":"Yunan mətbuatının son təhlillərində Qərbin anti-Rusiya siyasətinin Türkiyəni super gücə çevirdiyi bildirilir. Yunanıstanın aparıcı xəbər saytlarından biri olan “News Break” yazıb ki, Qərbin Rusiyaya qarşı düşmənçiliyi Türkiyəni fövqəlgücə çevirib: “Xüsusən də müdafiə sənayesində Türkiyə ...
publikaz_normalized
Bakı şəhərinin Xətai Rayon Məhkəməsində Toplum TV işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub. Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində martın 9-da keçirilən iclasda onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə Toplum TV-nin ofisində a...
publikaz_normalized
Təəssüf ki, xanımların çoxu hələ də tendensiyaları izləməkdən və dəbdəbəli geyinməkdən qorxurlar. Və bunun bir neçə səbəbi var, onlardan biri özünü ifadə etmək və səhv etmək qorxusudur. Məhz bu səbəbdən də biz podiumda gördüyümüz böyük tendensiyaları real həyata uyğunlaşdıra bilən modapərəstlərdən ilhamlanmağı sevirik....
publikaz_normalized
Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar. Lakin onun fikrincə, bu vəziyyətə çatana qədər Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməli, ərazi bütövlüyünü və suverenliyini bərpa etməli oldu: “Azərbaycan həqiq...
publikaz_normalized
Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin sabiq direktoru Camal Bəşirovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Qeyd edilib ki, toplanmış sübutlarla Camal Bəşirovun qeyd olunan vəzifədə işlədiyi dövrdə faktiki işə gəlməyən işçilərə və tədris olunmayan dərs ...
publikaz_normalized
ABŞ-nin Bakı ilə İrəvan arasında sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidir. “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir. Onlar Azərbaycana qarşı birtərəfli mövqe tutaraq "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi qəbul etdilər. Bu, ABŞ hökumətinin Azərbaycana yardımına ...
publikaz_normalized
Əməkdar artist Nüşabə Ələsgərli şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Sənətçi həyat yoldaşı Məhəmmədrza Məhəmmədli ilə yaş fərqini müzakirə edənlərdən söz açıb: Deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib. Amma belə deyə-deyə biz artıq 18 ildir ki, bir yerdəyik. 20 yaş kiçik olanlar var, heç dillənmirlə...
publikaz_normalized
Diyetoloq Oliviya Morrison və qastroenteroloq-diyetoloq Ketrin Neşin fikrincə, kimçi və duzlu kələmin müntəzəm istehlakı maddələr mübadiləsini yaxşılaşdırmağa, bağırsaq mikroflorasını zənginləşdirməyə və bədənin ümumi sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ketrin Neş qeyd edib ki, həm kimçi, həm də duzlu kələm bağırs...
publikaz_normalized
Bob kəsimi artıq bir neçə mövsümdür ki, ən dəbli saç stili statusunu əldən vermir. Qlamur Hollivud ulduzları yekdilliklə bob saç düzümü ilə gənc qızları ilhamlandırmağa qərar veriblər. Əvvəlcə mükafatlar mövsümü, daha sonra moda həftələrində aktrisa Zendayadan pop ulduzu Cennifer Lopezə qədər bir çox sənətçi müxtəlif u...
publikaz_normalized
29 mart 2024-cü il tarixində Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazevi qəbul edib. Qeyd edilib ki, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə reg...
publikaz_normalized
Azərbaycan BMT-nin İnkişaf Proqramı ilə enerji səmərəliliyinə investisiyaların artırılması istiqamətində layihələrin perspektivlərini müzakirə edib. Nazir bildirib ki, müzakirələr BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə keçirilən görüşdə ap...
publikaz_normalized
Braziliyalı futbolçu Neymar hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan İspaniya təmsilçisi "Barselona"ya icarəyə verilməsini istəyib. Məlumata görə, klublar hələlik müqavilə ilə bağlı danışıqlara başlamayıb. Xatırladaq ki, Neymar DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqva...
publikaz_normalized
Ötən il Azərbaycanda stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 34,5 min ton çoxalıb. Bildirilib ki, bununla da çirkləndirici maddələrin həcmi ümumilikdə 965,1 min ton təşkil edib. Onun da 85% faizi və ya 820,8­­­ min tonu avtomobillərdən at...
publikaz_normalized
Datamaynerlər “Telegram”ın son beta-versiyasında bir sıra yeni funksiyaları üzə çıxarıblar. Bu, bütün abunəçilər üçün promosyon blokunun göstərilməsini aradan qaldıracaq. Mesencer istifadəçiləri profillərində doğum tarixini və şəxsi kanalını qeyd edə biləcəklər. Mesencer kodunda nəzərəçarpacaq digər xüsusiyyətlərə stik...
publikaz_normalized
Türkiyə Qarabağ imtahanından alnıaçıq çıxıb":"Türkiyə Qarabağ imtahanından alnı açıq çıxıb. “Türkiyə Suriya, Somali, Qarabağ imtahanından necə alnıaçıq çıxıbsa, Qəzza imtahanını da o cür verəcəkdir. Bütün cəhdlərimizi buna sərf edirik. Fələstinlilər azadlıqlarına, müstəqil dövlətinə qovuşana qədər dayanmayacağıq”, - de...
publikaz_normalized
“Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının mövcud olması respublikanın suverenliyinin yeganə real təminatıdır”. Qeyd edilib ki, Aİ Ermənistanı yalnız Avropa üçün resurs və mənfəət mənbəyi kimi qəbul edir və Brüsseldə respublikanın maraqlarını və prioritetlərini müəyyən etmək istəyir. Qeyd edək ki, Rusiya XİN-in müv...
publikaz_normalized
Martın 29-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Rumen Radev Bakıya nəzərdə tutulan səfərinin ölkəsindəki daxili siyasi öhdəliklər səbəbindən gözlənilmədən təxirə salınmasından təəssüfləndiyini bildirib. Dövlət başçıları qarşılıqlı maraq kəsb...
publikaz_normalized
Moldovanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Açıqlamada Moldovanın Moskvadakı səfiri Lilian Dariusun cümə günü rusiyalı diplomatın ölkədən çıxarılmasına və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransının sessiyasına buraxılmamasına etiraz olaraq ölkənin ...
publikaz_normalized
Xalq artisti Brilliant Dadaşova maraqlı rəqsi ilə gündəm olub. Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
publikaz_normalized
Ermənistan Azərbaycanla sülhə və Cənubi Qafqaz regionunun dəyişiklikliyinə ciddi siyasi hazırlığını nümayiş etdirməlidir. Onun sözlərinə görə, Azərbaycan İrəvanla sülh prosesində Rusiyanın təkliflərinin müzakirəsini davam etdirməyə hazırdır: Rusiya bizim qonşumuz, tərəfdaşımızdır və danışıqlar üçün əlverişli platformal...
publikaz_normalized
Lütfüllo Nəzrimad da həbs edildi":"“Crocus” terror aktında iştirak edən daha bir şəxs həbs edilib. Məlumata görə, həbs edilən şəxs Tacikistan vətəndaşı Lütfüllo Nəzrimaddır. Onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçililib.
publikaz_normalized
Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura start verilib. Qarşılaşma qonaq komandanın növbəti qələbəsiylə yekunlaşıb. İlk oyun gününün digər qarşılaşması son çempion və lider “Qarabağ”la “Kəpəz” arasında baş tutacaq. Azərbaycan Premyer Liqası 28-ci tur 29 mart" "“Qəbələ” – “Neftçi” 0:1 Qol: Cavid Cəlilov, Müslüm Əl...
publikaz_normalized
Ukrayna və Rusiya növbəti dəfə müharibədə ölən əsgərlərin cəsədlərinin mübadiləsini aparıb. Onun sözlərinə görə, Rusiya 29, Ukrayna isə 121 hərbçisinin meyitini geri alıb. Xatırladaq ki, sonuncu dəfə ölkələr iki həftə əvvəl meyit mübadiləsi aparıblar: Moskva 69, Kiyev 100 hərbçisinin cəsədini alıb.
publikaz_normalized
“Azərbaycanda düyü əvəzinə kauçuk satılır, alovda əriyir və yapışır”. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmisi Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial mediada satışda guya saxta (süni) düyülərin olması barədə yayılan iddialar əsassızdır: “Son monitorinqlər...
publikaz_normalized
bu çalaya rast gəlsəniz, dərhal xəbər verin!":"Partlayış çalası ətrafda minaların olduğunu bildirir. Çalaya rast gəldikdə dərhal dayanın və yerli hakimiyyət orqanlarına və ya ANAMA əməkdaşlarına dərhal xəbər verin. (805, 102 və ya 112)", ANAMA-dan bildirilib.
publikaz_normalized
Müğənni Təranə Qumral maraqlı açıqlaması ilə diqqət çəkib. Həyat yoldaşının onsuz yaşaya bilməyəcəyini deyən sənətçi iddialı danışıb. Təranənin "Musa mənsiz bir il yaşayıb ölər, onun oksigeniyəm", deməsi marağa səbəb olub.
publikaz_normalized
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb. Qeyd olunub ki, mövcud razılaşmalar çərçivəsində İranın yeni səfiri Azərbaycana göndəriləcək. Əldə olunmuş razılaşmaya əsasən, Azərbaycanın İrandakı səfirliyi tezliklə yenidən fəaliyyətə başlayacaq", - deyə qeyd olunub. Xatırladaq ki, ö...
publikaz_normalized
HƏMAS lideri İsmayıl Haniyə Tehranda İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb. HƏMAS lideri İran dövlətinin və dövlət xadimlərinin Fələstin xalqına göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
publikaz_normalized
Naxçıvanda uçma təhlükəsi olan qaya parçası partladılıb. Bir neçə gün əvvəl baş verən uçqun zamanı yolun hərəkət hissəsinə qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub. Yaranan problem aradan qaldırılsa da, yolun yuxarı hissəsindəki iri qaya parçası təhlükə yaratdığından texnika vasitəsi ilə onu yoldan...
publikaz_normalized
Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində 30 mart 2024-cü il tarixində saat 9:00-dan saat 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Qurum istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işləri həyata keçirəcək. Görülən yenidənqurma işləri ...
publikaz_normalized
Qoyunçuluq və arıçılıq təsərrüfatlarını Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına start verilib. Təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Min...
publikaz_normalized
10 yaşlı “şahmatın Messisi” Karlseni məğlub etdi":"10 yaşlı argentinalı şahmatçı Faustino Oro sensasiyalı şəkildə dəfələrlə dünya çempionu olan norveçli Maqnus Karlseni məğlub edib. Argentinalı mediadan “Şahmatın Messisi” ləqəbini alıb. O, şahmat oynamağı 2020-ci ilin may ayında karantin zamanı öyrənib. Oro topla evin ...
publikaz_normalized
Sabah Ramazan ayının 20-ci günüdür. “Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur-an. Ya munziləs-səkinəti fi qulubil-mu-minin”. “İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Qur-an oxumaqda müvəffəq et! Ey möminləri...
publikaz_normalized
Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu müəyyənləşib. Ağdam təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edib. Bununla da "Qarabağ" xallarının sayını 69-a çatdırıb. “Qarabağ” buna sona 8 tur qalmış nail olub. Qeyd edək ki, bu, “Qarabağ”ın 11-ci ölkə çempionluğudur.
publikaz_normalized
Xəzər Tv-də yayımlanan "Təsir dairəsi" verilişində yaşanan ailə problemi diqqət çəkib. Proqramın ekspertlərinin qınağına tuş gələn ailə başçısının həmin görüntüsünü təqdim edirik:
publikaz_normalized
Baş rolunu Yılmaz Ərdoğanın canlandırdığı "İnci taneleri" serialına yeni aktyorlar daxil olub. "Səlim Erdoğan "Reyyaz", Bəkir Aksoy isə "Cenk" obrazına həyat verəcək. Qeyd edək ki, senarisini də Yılmaz Ərdoğanın yazdığı seriala Hazar Ergüçlü, Kubilay Aka, Selma Ergeç kimi məşhurlar çəkilir.
publikaz_normalized
“Bu gün sanki hər kəs “Qarabağ”ı qoruyur. Komandalar bu rəqibə öz aqressivliyini göstərməlidirlər”. “Qarabağ”a 1:6 hesabı ilə uduzduqları Premyer Liqanın XXVIII tur matçından sonra mütəxəssis rəqibi çempion olması münasibətilə təbrik edib: Növbəti turlarda istəkli kollektiv olmalıyıq. Sona səkkiz tur qalmış komanda çem...
publikaz_normalized
Azərbaycan həm iqtisadi, həm də humanitar sahədə MDB-nin fəaliyyətində fəal iştirak edir. O, Birliyin işində fəal iştirakına görə həm Azərbaycan rəhbərliyinə, həm də aidiyyəti strukturlara, nazirlik və qurumlara minnətdarlığını bildirib. “Azərbaycan Baş nazirin birinci müavini Yaqub Eyyubovun timsalında Birliyin fəaliy...
publikaz_normalized
Rusiyanın Ukraynaya qarşı apardığı iki illik genişmiqyaslı müharibədə heç vaxt Odessa mart ayı ərzində olduğu qədər atəşə məruz qalmamışdı. Hər gün sahilyanı şəhərə doğru uçan ballistik raketlər və kamikadze bombaları çoxlu sayda insan tələfatına, dağıntılara gətirib çıxarır. Güclü partlayış dalğası onun mənzilinin büt...
publikaz_normalized
Hər ay olduğu kimi, aprel ayında da insanlar pul məsələsində ən şanslı bürclərlə maraqlanır. Bu 3 bürc çoxlu pul qazanacaq. " "Qız bürcü" "Qızlar üçün aprel ayı maliyyə qazancları baxımından çox məhsuldar olacaq. Onların mükəmməlliyi və təfərrüatlara diqqəti bu ay onları maliyyə baxımından qənaətbəxş nəticələrə gətirib...
publikaz_normalized
Xəbər verdiyimiz kimi, İranın Azərbaycandakı səfiri Abbas Musəvi bu gün vəzifəsindən azad edilib. Halbuki, əvvəla, Abbas Musəvinin səlahiyyət müddətinin başa çatmasına hələ 5 ay qalıb. Belə ki, Abbas Musəvi Azərbaycana 2020-ci ilin 21 avqustunda gəlib. Eyni proses bundan əvvəlki səfirə - Cavad Cahangirzadəyə də aiddir....
publikaz_normalized
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin “Novruz kamp”ı təşkil olunub. Kamp müddətində şagirdlər hər gün beynəlxalq olimpiada formatında yarışlara qoşulub, tapşırıqların izahı sessiyalarında iştirak ediblər. Kamp olimpiadalara hazırlıq komandalarının təlimçiləri, həmçinin öncəki illərdə öl...
publikaz_normalized
“Oyunçularımı və klub rəhbərliyini təbrik edirəm. Şadam ki, komandamla çempion olduq”. Təcrübəli baş məşqçi sonrakı hədəflərdən söz açıb: “İşimiz elədir ki, daim uğurun ardınca getməliyik. Mövsüm boyu yaxşı olmaq istəyiriksə, uğur qazanmalyıq. Azərbaycan kimi ölkələrdə böyük uğurlar az olur. Futbol elədir ki, daim dəyi...
publikaz_normalized
İsrail ordusu Livanın Əl-Bəzuriyə bölgəsində həyata keçirilən hava hücumu nəticəsində “Hizbullah” hərəkatının raket qüvvələrinin komandir müavini Əli Abed Əl-Həssən Naimin məhv edildiyini bildirib. Bundan başqa, o, İsrail mülki əhalisinə hücumların planlaşdırılmasında iştirak edib.
publikaz_normalized
Hollivud ulduzu Bred Pitt cazibədar aktrisa Penelopa Kruzla tərəf müqabili olub. Onlar brendin çanta modellərini tanıdan ağ-qara reklam rolikinə çəkiliblər. Qeyd edək ki, reklam "A Man and A Woman" (1966-cı il istehsalı) filminin motivləri əsasında çəkilib.
publikaz_normalized
6 nəfər öldü":"Keniyada “Əş-Şəbab” silahlılarının Somali ilə sərhəd yaxınlığındakı qəsəbəyə hücumu nəticəsində azı 6 nəfər ölüb. Məlumata görə, hücum zamanı daha bir nəfər ağır yaralanıb. Qeyd edək ki, 2004-cü ildə Somalidə yaradılan “Əş-Şəbab” qruplaşmasının 10 minə yaxın silahlısı var.
publikaz_normalized
ABŞ-li aktyor Luis Qossett 87 yaşında vəfat edib. Aktyor Kaliforniyanın Santa Monika şəhərində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Xatırladaq ki, Qossett 1983-cü ildə “An Officer and a Gentleman” (1982) filmindəki roluna görə, ikinci plan aktyoru kateqoriyasında “Oskar” qazanıb. O, eyni rolla “Qızıl Qlobu...
publikaz_normalized
ilk iclasın vaxtı məlum oldu":Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının builki ilk iclasının vaxtı məlum olub. İclasların aprel ayından etibarən intensiv keçəcəyi və mayda Əfv sərəncamının imzalanacağı gözlənilir.
publikaz_normalized
Ukrayna Prezidenti Volodimir Zelenski kadr dəyişiklikləri edib. Zelenksinin fərmanına əsasən, Andrey Smirnov və Aleksey Dneprov prezident aparatı rəhbərinin müavinləri vəzifələrindən azad ediliblər. Qeyd edək ki, onları Yelena Kovalskaya və İrina Mudrayanın əvəz edəcəyi bildirilib.
publikaz_normalized
Fransa həbsxanalarındakı məhbusların sayı tarixi rekord həddə çatıb. Məlumata görə, il ərzində məhkumların sayı 4,4 min nəfər artıb. Qeyd olunub ki, Fransa həbsxanalarının maksimum tutumu 61,6 min nəfərdir. Həddindən artıq sıxlıq səbəbindən 3 mindən çox məhbus döşəmədə yatır. Fransanın penitensiar müəssisələrinin dolul...
publikaz_normalized
Çin millisinin və İngiltərənin “Everton” komandasının sabiq futbolçusu Li Ti ömürlük həbs oluna bilər. Keçmiş yarımmüdafiəçinin Çin millisinə pul qarşılığında futbolçu çağırması, danışılmış oyunlarda iştirakı, oyunçuların qanunsuz transferlərinin təşkilinə kömək etməsi, eləcə də yığma komandanın baş məşqçisi vəzifəsinə...
publikaz_normalized
Ermənistan bankları bu gündən Rusiyanın “Mir” ödəniş kartları ilə əməliyyatları dayandıracaq. Ermənistanın kommersiya bankları “ikinci dərəcəli sanksiyalar riski səbəbindən “Mir” sistemindən imtina edir. Bildirilib ki, bu addım Rusiyanın dövlət nəzarətində olan Bank VTB-nin Ermənistandakı törəmə şirkəti tərəfindən bura...
publikaz_normalized
İctimai yerlərdə internetə pulsuz giriş mövcuddur. Bəzən belə yerlərdə şifrə tələb olunmadan, birbaşa qoşulmaq mümkün olur. İnformasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyevin sözlərinə görə, ictimai “Wi-Fi”ya qoşulma istifadəçilər üçün asan yol olsa da, hakerlər üçün cəlbedici mühitdir. Bun...
publikaz_normalized
Qubada dəm qazından boğulan hamilə qadın dünyasını dəyişib. 26 yaşlı Quba şəhər sakini Niftəliyeva Fidan Habil qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub. Fidan Niftəliyevanı hamamda qayınanası aşkarlayıb. Hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılsa da gənc qadının həyatını xilas etmək mümkün olma...
publikaz_normalized
Harvard Universiteti kitabxanalarından birində 90 ildən çoxdur saxlanılan qədim kitabın cildindən insan dərisinin çıxarıldığını açıqlayıb. Universitet kitabın keçmiş uğursuzluqları daha da obyektivləşdirdiyini və insan ləyaqətinə xələl gətirdiyini bəyan edib. Bildirilib ki, məsələ ilə bağlı Fransa səlahiyyətliləri ilə ...
publikaz_normalized
Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov müsəlmanların dini bayramı Leylatul-Qədr (Qədr gecəsi) münasibətilə 365 məhbusun əfv edilməsi haqqında fərman imzalayıb. Berdiməhəmmədov hüquq-mühafizə orqanlarının rəhbərlərinə məhkumların həbs yerlərindən azad edilməsi və yaxın gələcəkdə ailələrinə geri qaytarılması üçün...
publikaz_normalized
Rusiyanın Stavropol diyarında terror aktı törədilməsinin qarşısını alıb. Məlumata görə, Mərkəzi Asiya ölkəsindən olan 3 nəfər terakt hazırlığında olub. İnsanların sıx toplaşdığı yerlərdən birində partlayış törətməyi planlaşdıran şəxslər saxlanılıb. Onların yaşayış yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğunun ...
publikaz_normalized
Martın 29-da Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov rusiyalı həmkarı Mixail Qaluzin ilə görüşüb. Məlumata görə, Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və perspektivləri əsaslı şəkildə nəzərdən keçirilib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında...
publikaz_normalized
Bakı şəhərinin Nəsimi rayonunda mənzildən meyit tapılıb. Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvv...
publikaz_normalized
yeni işlər və öhdəliklər yaranacaq":"Qoç - günün ilk yarısı uğurludur. Saatlar keçdikcə daha ehtiyatlı olmalısınız. Yanlışlıqlar və səhvlər riski çoxdur. Bədxahlardan birinin tələsinə düşməyin. Yalnız öz maraqlarınızın təminatına çalışaraq eqoist davranmayın. Yaxın ətrafınızdakı insanlar belə davranışdan sinirlənəcəklə...
publikaz_normalized
İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası ötən il başa çatıb. “Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı. Ancaq ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəa...
publikaz_normalized
“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə təqsirləndirilən şəxslərlə bağlı daha bir məlumat üzə çıxıb. Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, təqsirləndirilən şəxslər bu məlumatı özləri etiraf ediblər. Onlar həmin şəxsin özünü "nickname" ilə təqdim etdiyini deyi...
publikaz_normalized
Martın 30-da İrəvanda Ermənistan və BRİKS arasında birinci beynəlxalq forum keçiriləcək və burada respublika ilə assosiasiya arasında iqtisadi əməkdaşlıq müzakirə olunacaq. Onun keçirilməsi təşəbbüsü ilə ölkənin rəsmi orqanları deyil, yerli ictimai təşkilatlar çıxış ediblər. Forum bu il BRİKS-ə sədrlik edən İrəvanla Mo...
publikaz_normalized
Azərbaycana at əti idxal edilir. Təkcə yanvar ayında ölkəyə 14,53 ton at əti gətirilib. Dövlət Statistika Komitəsinin rəsmi səhifəsində isə sözügedən rəqəmlərin əks olunduğu cədvəl yerləşdirilib. Yəni yayılan məlumatlar rəsmidir. Bəs ölkəyə gətirilən at əti nədə istifadə edilir? Azərbaycan Respublikasının Qida Təhlükəs...
publikaz_normalized
Dubay həbsxanalarından birində olan ” Spartak”ın hücumçusu Kvinsi Promes həbsxana kompleksinin qaydalarına uyğun olaraq başını keçəl qırxdırmalı olub. Mənbənin sözlərinə görə, bu həbsxanaya daxil olan bütün məhbuslar başlarını keçəl qırxırlar. Saçlarını sonradan uzadan məhbuslar həbsxanada bütün şöbəyə şamil edilən cəz...
publikaz_normalized
Amerikalı jurnalist Edison Pyer Maaluf Haitidə oğurlanıb. Məlumata görə, jurnalist martın 14-də yerli quldurların lideri, “Barbekyu” ləqəbli Cimmi Çerizye ilə müsahibəyə gedərkən oğurlanıb. Hadisə Krua-des-Buke şəhərində baş verib. Qeyd edək ki, Edison Pyer Maaluf tez-tez quldur dəstələrinin və narkotik kartellərinin f...
publikaz_normalized
2013-cü ildə BRCA1 adlı genetik mutasiya daşıdığını öyrənən Hollivud ulduzu Ancelina Colinin həm döşləri, həm də yumurtalıqları əməliyyatla götürülmüşdü. Colinin daşıdığı genetik mutasiya döş xərçəngi riskini 87%, yumurtalıq xərçəngi riskini isə 50% artırırdı. Colinin xərçəngə qalib gəlmək üçün əvvəlcədən aldığı tədbir...
publikaz_normalized
Delimitasiya və demarkasiya ilə bağlı məsələlər hələ də müzakirə mərhələsindədir. Tavuşda işğal altında saxlanılan Qazaxın 7 kəndindən anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması məsələsinin hansı sənədlər üzərində müzakirə edildiyi açıqlanmayıb. Həmçinin komissiyaların növbəti iclasının vaxtı haqqında da məluma...
publikaz_normalized
Ukrayna ordusu geri çəkilir?":"ABŞ hərbi yardımı dayandırsa, Ukrayna Silahlı Qüvvələri geri çəkiləcək. Biz addım-addım geri çəkilməyə məcbur olacağıq”, - Zelenski etiraf edib. Ukrayna lideri Ukraynanın cəbhə xəttini daralda biləcəyini istisna etməyib.
publikaz_normalized
Belə bir təklif varsa da…":"“Qarabağ”ın futbolçusu Juninyo Olavio gələcək karyerası ilə bağlı danışıb. “Məndə bu barədə məlumat yoxdur. Belə bir təklif və danışıq varsa da, məndə hazırda informasiya yoxdur. Bu məsələlərlə agentim məşğul olur. Gələcəkdə lazım olan məlumatları mənə verəcək”.
publikaz_normalized
Aprelin 5-də Avropa İttifaqı və ABŞ-ın Brüsseldə Ermənistanla imzalamağı planlaşdırdığı hərbi pakt Qərb qüvvələrinin Cənubi Qafqaza növbəti – genişmiqyaslı müdaxiləsinə zəmin yaradacaq. İndiyə qədər bu müdxilə müxtəlif formalarda həyata keçirilir, Qərb xüsusilə silahlanma və “müşahidəçi” adı altında bölgəyə daxil olurd...
publikaz_normalized
Türkiyənin “Southwind Airlines” aviaşirkətinin Avropaya uçuşları qadağan edilib. Odur ki, aviaşirkətin təyyarələrinə sanksiyalar qaydalarına uyğun olaraq Avropada uçuş və eniş qadağan edilib.
publikaz_normalized
İsveçdə həbsdə olan İranın keçmiş prokuror müavinin köməkçisi Həmid Nurinin oğlu Məcid Nuri saxlanılıb. Bildirilib ki, qardaşı atasını görmək üçün İsveçə gedərkən orada tutulub. Məcid Nurinin hansı səbəbdən həbs edilməsi hələlik bəlli deyil. Xatırladaq ki, İranın Qohərdəşt həbsxanasında prokuror vəzifəsində çalışan Həm...
publikaz_normalized
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azə...
publikaz_normalized
Ukrayna prezidenti Vladimir Zelenskinin 2023-cü il üçün əmlak, gəlir və xərcləri haqqında bəyannamə dərc edilib. Bildirilib ki, Zelenski və ailəsinin gəliri təxminən 12,5 milyon qrivna (316 min dollardan çox) təşkil edib. Zelenski ailəsinin 2023-cü ildəki gəliri əsasən əməkhaqqı, bank faizləri və daşınmaz əmlakın kiray...
publikaz_normalized