Search is not available for this dataset
text
stringlengths
10
518k
Mavi zolağın hər iki tərəfində 2 mm enində qırmızı zolaqlar var.
Şərəf" ordeninin müəllifi qrafika, rəssam-monumentalist Emir Burcanadzedir.
Laureatları Kateqoriya:Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər
Ordeni ilə təltif edilmişdir Rusiya prezidenti V. Putin və ordenlə təltif edilib — 2 qat Olimpiya çempionu Svetlana Xorkina.
8 iyun 2001-ci il Bax Şərəf Ordeninin Cəngavərləri İlk olaraq 1994-cü ildə 17-ci Qış Olimpiya Oyunlarının nəticələrinə görə mükafatlandırılan idmançılar və məşqçilər oldu.
Andrey Vladimiroviç Skoç (13 dekabr 2010) — Rusiya Federasiyası Federal Məclisinin III, IV, V, VI və VII çağırış Dövlət Dumasının deputatı
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi.
Abidənin yaradılması Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb.
Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur.
O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır.
Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur.
Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır.
Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir.
Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir.
Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir.
Abidənin açılışı Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
Abidə səkkizguşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən, tac qoyulmuş sərdabədən (türbədən) ibarətdir.
Sərdabənin divarlarını zərif şəbəkə bəzəyir.
Gecə səmasında parlayan qızılı rəngli günbəz Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərin ruhunu təcəssüm etdirir.
2007-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən Əbədi Məşəl abidəsinin sütunları hündürləşdirilmiş, abidədəki səkkizguşəli ulduz və məsamələri qızılla işlənmişdir.
Ədalət Partiyası, Ədalət İnqilabi Fəhlə Təşkilatı və ya Ədalət Firqəsi — 1916-cı ildə iranlı mühacirlər tərəfindən əsası qoyulmuş, 1916-cı ildə sosial demokrat təşkilat kimi formalaşmışdır.
Onun qurucuları arasında Əsədulla Qafarzadə, Bəhram Ağayev, Ağababa Yusifzadə və, sonradan Seyid Cəfər Pişəvəri kimi tarixə keçən, Cavadzadə Xalxali vardılar.
Ədalət özünü İctimaiyyun-Amiyyunun varisi hesab edir, Cənubi Azərbaycanda müntəzəm surətdə fəal inqilabi iş aparırdı.
Təşkilatın Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsində və Hümmətdə daimi nümayəndələri var idi.Ədalətin proqram və nizamnaməsi Azərbaycan və fars dillərində xüsusi kitabça şəklində nəşr edilmişdir, həmçinin, "Hürriyyət" qəzetində dərc olunmuşdu, hansınınki redaktoru partiyanın üzvü olan Mir-Cəfər Pişəvəri idi. Ədalət 1917-ci ildən Azərbaycan və fars dillərində "Bayraqi-ədalət" adlı jurnal nəşr etməyə başlamışdı.
Burada, əsasən, İranın daxili siyasi vəziyyətinə dair problemlər, Qacar sülaləsinə qarşı mübarizə, şahlıq hakimiyyətinin devrilməsi və demokratik respublika qurulması tələbi işıqlandırılırdı.
1917–1918-ci illərdə təşkilat xeyli möhkəmləndi və Cənubi Azərbaycan fəhlələri içərisindən silahlı dəstə təşkil etdi.
Bu dəstə 1918-ci ilin mart soyqırımı zamanı mədən-zavod rayonlarında asayişə nəzarət edir, burada qırğın düşməsinin qarşısını alırdı.
1919-cu ilin əvvəlində Əsədulla Qafarzadə başda olmaqla, partiyanın Mərkəzi Komitəsinin yeni tərkibi seçildi.
Mərkəzi Komitəyə Bəhram Ağayev, Seid Cəfər Cavadzadə (Pişəvəri), R. Kərimov və başqaları daxil oldular.
Ədalətin Bakıdan əlavə, Gəncədə, Lənkəranda, Astarada və Tiflisdə də komitələri var idı.
Ədalət 1919-cu ildən Rusiya Kommunist (bolşeviklər) Partiyası (RK(b)P) Bakı Komitəsi və Hümmətlə daha sıx əməkdaşlığa başladı.
Həmin ilin iyunundan RK(b)P Qafqaz Ölkə Komitəsinin maliyyə yardımı ilə partiyanın qeyri-leqal "Hürriyyət" qəzeti nəşrə başladı.
Azərbaycan kommunist təşkilatlarının 1920-ci il fevralın 11–12-də keçirilən birinci qurultayı Azərbaycan Xalq Cümhuriyyətini devirməklə hakimiyyəti ələ keçirmək məqsədilə "yerli şəraitdən və taktiki mülahizələrdən çıxış edib" RK(b)P Bakı Komitəsini, Hümməti və Ədaləti vahid Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) halında birləşdirməyi qərara aldı.
Qurultayın seçdiyi Mərkəzi Komitəyə Ədalətdən K. Ağazadə daxil oldu.
Həmin il Ədalətin Azərbaycanda və onun hüdudlarından kənarda fəaliyyət göstərən bütün komitələri də AK(b)P-yə daxil oldu.
Azərbaycan tarixi, 7 cilddə, c.5., B., 2001; Azərbaycan Cümhuriyyəti (1918–1920), B., 1998; Əfəndiyev S. M., Azərbaycan proletariatının inqilabi hərəkatı tarixindən, B.,1957; Həmçinin bax Azərbaycan Kommunist Partiyası
Ədliyyə sahəsində fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
Ədliyyə sahəsində fərqlənməyə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 403-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Təltif edilən şəxslər "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə ədliyyə sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və başqa şəxslər aşağıdakılara görə təltif edilirlər:ədliyyə orqanlarında qulluqda xüsusi fərqlənməyə görə; ədalət mühakiməsinin həyata keçirilməsi işinə əhəmiyyətli töhfə verməyə görə; ədliyyə orqanları ilə səmərəli əməkdaşlığa görə; ədliyyə sahəsində mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka və digər xidmətlərə görə.
Təltif edən orqan Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.Maddə 3.
Taxılma qaydası "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
Ədliyyə sahəsində fərqlənməyə görə" medalının təsviri Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 403-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Medalın ümumi təsviri "Ədliyyə sahəsində fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) guşələri milli ornamentlə işlənmiş, on iki guşəli ulduzu xatırladan kompozisiyadan ibarətdir.
Ulduzun əks ucları arasındakı məsafə 37 mm-dir.Maddə 2.
Medalın ön tərəfi Ulduzun üzərində diametri 29 mm olan, gümüşü rəngli dairəvi lövhə yerləşdirilmişdir.
Lövhənin üzərində göy mina ilə örtülmüş və kənarları qabarıq qızılı xətlə haşiyələnmiş dairəvi şərq qalxanı, yuxarı hissəsində aypara və səkkizguşəli ulduz, ortada kitab, qılınc və tərəzi atributları müvafiq icra hakimiyyəti orqanının rəsmi embleminə müvafiq şəkildə təsvir edilmişdir.
Qalxan aşağı hissəsindən ortasınadək hər iki kənarı boyunca qızılı rəngli dəfnə budaqları ilə əhatə olunmuşdur.
Qalxanın dövrəsinin dəfnə budaqları ilə örtülməyən, qabarıq haşiyələnmiş görünən ətrafı üzərinə doqquz düymə bərkidilmişdir.
Medalın aşağı hissəsində, ortada ulduzun guşələrinə bərkidilmiş, kənarları qızılı xətlə haşiyələnmiş, qırmızı mina ilə örtülmüş dalğavari lentin üzərinə qabarıq qızılı hərflərlə "ƏDLİYYƏ" sözü həkk edilmişdir.Maddə 3.
Medalın arxa tərəfi Medalın arxa tərəfinin səthi hamardır, ortada "ƏDLİYYƏ SAHƏSİNDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri, ondan aşağıda medalın nömrəsi həkk olunmuşdur.Maddə 4.
Medalın elementləri Medal paltara taxılmaq üçün elementi olan 27 mm x 43 mm ölçüdə qızılı rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşir.
Lövhənin üz tərəfi 2 hissədən ibarətdir.
Üst hissə hər birinin eni 8 mm olan, kənarlarda qızılı çalarlı, ortada qırmızı rəngli 3 şaquli zolaq təsvir edilmiş xara lentlə örtülmüşdür.
Lentin şaquli kənarları eni 1,5 mm olan qara rəngli zolaqla haşiyələnmişdir.
Lövhənin alt hissəsi medalın ulduzunun bir guşəsini xatırladan milli ornamentli təbəqədən ibarətdir.
Medala paltara taxılmaq üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentlə örtülmüş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
Həmçinin bax "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı Ədliyyə Nazirliyi
Ədəbiyyat qəzeti" — Həftəlik ədəbi-bədii qəzet.
Azərbaycan Yazıçılar Birliyinin orqanı.
Ədəbiyyat qəzeti" həftədə bir dəfə, şənbə günü, 32 səhifə həcmində çıxır.
Tirajı 1700 nüsxədir.
1934-cü ildə nəşrə başlayıb.
Ədəbiyyat qəzeti"nin ilk sayı 1 yanvar 1934-cü ildə çapdan çıxıb.
1934 −1953-cü illərdə (aprelə qədər) "Ədəbiyyat qəzeti", 1959-cu ilin aprelindən "Ədəbiyyat və incəsənət" (Azərbaycan Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin orqanı), 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi yenidən "Ədəbiyyat qəzeti" adı ilə nəşr edilib.
24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə qəzetin dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır.
Ədəbiyyat qəzetinin saytı "edebiyyatqazeti.az" isə 2017-ci il mayın 26-dan fəaliyyətə başlayıb.
Sayt "Ədəbiyyat qəzeti"nin materiallarını elektron mediaya daşıyır.
Saytın redaktoru Mətanət Vahiddir.
Baş redaktorları Müxtəlif vaxtlarda "Ədəbiyyat qəzeti"nin baş redaktorları olmuşdur: Hacıbaba Nəzərli — 1934 Məmməd Kazım Ələkbərli −1934–1936 Seyfulla Şamilov — 1936 −1937 Redaksiya heyəti — 1937–1938 Qəzənfər Məmmədov — 1938–1939 Məmməd Səid Ordubadi — 1939–1939 Məmməd Cəfər Cəfərov — 1945–1949 Ənvər Əlibəyli — 1949–1951 Süleyman Rüstəm — 1951–1957 Qasım Qasımzadə — 1957–1963 Yusif Əzimzadə — 1963–1966 Hüseyn Abbaszadə — 1966–1971 Nəriman Həsənzadə — 1978–1991 Cabir Novruz — 1991 −1993 Sabir Əhmədov — 1993–1996 Ayaz Vəfalı — 1996–2014 Elçin Hüseynbəyli — 2014 Azər Turan — 2015-ci ilin yanvarından Qəzetin İnternet saytı: edebiyyatqazeti.az E-mail: edebiyyatqazeti@yahoo.com Əlaqə üçün telefon və faks nömrələri: Baş redaktor: (+99412) 539 52 59 Baş redaktor müavinləri: (+99412) 510 88 61, (+99412) 539 50 67 Məsul katib: (+99412) 539 91 68 Şöbələr: (+99412) 538 03 17 tel.
: (+99412) 538 85 70 Ünvan: Bakı – AZ1073, Mətbuat pr.
529-cu məhəllə, "Azərbaycan" nəşriyyat, 9-cu mərtəbə Təsisçilər: Azərbaycan Yazıçılar Birliyi, qəzetin yaradıcı əməkdaşları.
Baş redaktor: Azər Turan.
İnternet ünvanı: Xarici keçidlər "Ədəbiyyat qəzeti"nin elektron saytı Nizami Gəncəvi — 880: "Ədəbiyyat qəzeti"nin Xüsusi buraxılışı "Nizami Gəncəvi İli"nə həsr olunan xüsusi buraxılışının təqdimatı keçirilib] "Ədəbiyyat qəzeti"ndən iki yeni kitab
Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı — MDB Hökumət Başçıları Şurası yanında beynəlmiləlçi döyüşçülərin işləri üzrə Komitəsinın mükafatı.
5 may 2013-cü il tarixində MDB Müdafiə Nazirləri Şurası Əfqanıstan Demokratik Respublikasından sovet qoşunlarının çıxarılmasının 21 illik yubileyi ərəfəsində (19 fevral 2014-cü il) "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalının təsis edilməsi barədə qərar qəbul edir və medal haqqında əsasnaməni və onun təsvirini təsdiq edir.
Təltif qaydası Medal ilə ƏDR ərazisində 1979–1988-ci illər ərzində SSRİ Silahlı Qüvvələri tərkibində döyüş əməliyyatları veteranlarının və onlara bərabər tutulan şəxslərin təltif edilməsi üçün nəzərdə tutulub.
Həmçinin medalla itkin düşmüş döyüşçülərin talelərinin və həlak olanların yerinin və adlarının müəyyən edilməsində, həmçinin veteran hərəkatının fəaliyyətində fəal iştirak edənlər, beynəlmiləlçi döyüşçülərin və onların ailə üzvlərinin sosial, tibbi reabilitasiyası işində fəal iştirak edənlər təltif edilir.
Xatirə medalı Əfqanıstan Veteranlar İttifaqına daxil olan ictimai təşkilatların rəhbərlərinin təqdimatı ilə həyata keçirilir.
Əlincə — 1990-cı ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır.
Proqram və Nizamnaməsi 6 aprel 1990-cı ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur.
Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir.
Yaradılmasında məqsəd Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək, elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir.
Cəmiyyətin strukturu "Səs" adlı qəzeti nəşr olunur.
Ali orqanı iki ildən bir çağırılan konfransdır.
Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır.
Naxçıvan Ensiklopediyası.
Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni).
2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib.
Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər.
Taxılma qaydası Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır.
Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir.
Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir.
Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir.
Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır.
ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur.
Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.
Səkkizguşəli ulduzun üzərində həkk olunmuş naxışlar relyeflidir.
Səkkizguşəli ulduzun üz səthi qabarıqdır.
Ordenin qalınlığı 4 mm-dir.
Ordenin arxa tərəfi Ordenin arxa tərəfi hamar səthlidir, səkkizguşəli ulduzun mərkəzində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.