Search is not available for this dataset
text
stringlengths
10
518k
Asteroid kəmərinin ümumi kütləsinin 1%-ni ehtiva etdiyi təxmin edilməkdədir.
Xüsusiyyətləri Juno, böyük asteroidlərdən biridir, bəlkə də onuncu ölçüsünə malikdir və bütün asteroid qurşağının kütləsinin təxminən 1%-ini təşkil edir.
15 Eunomia'dan sonra ikinci ən böyük S tipli asteroiddir.
3 Juno'nun orbit dövrü 4.36578 ildir.
S-tipli planet arasında, Juno fövqəladə yansıtıcıdır, bu da fərqli səth xüsusiyyətlərinin göstəricisi ola bilər.
Bu yüksək Albedo, asteroid kəmərinin daxili kənarına yaxın olmayan kiçik bir cisim üçün nisbətən yüksək diqqətə çarpan böyüklüyünü izah edir.
Juno, Neptun və ya Titandan daha parlaq, əlverişli bir müxalifətdə + 7.5-dən çata bilər və ona görə də daha böyük planet olan Hygiea, Europa, Davida və Interamnia'dan daha öncə kəşf edilmişdir..
Bununla birlikdə çox hallarda, Junonun maqnitudası +8.7 böyüklüyündə olar və yalnız binokulda görünür.
Daha kiçik uzadılmalardan bunu həll etmək üçün 76 mm-lik bir teleskop lazımdır.
Juno asteroid ailəsinin əsas obyektidir.
Orbiti Ceres və Pallasa nisbətən Günəşə daha yaxındır.
Juno ilk dəfə Ceres, 2 Pallas və 4 Vesta ilə birlikdə planet olaraq qəbul edildi.
1811-ci ildə Schröter, Juno'nun diametrinin 2290 km ola biləcəyini təxmin etdi.
Dördü də asteroid kimi təsnif edildi.
Juno'nun kiçik ölçüsü və nizamsız şəkli, bir cırtdan planet olaraq təyin olunmasını əngəlləyir.
Juno bir gizli ilk asteroid idi. 1958-ci il fevralın 19-da, bir ulduzun ön hissəsindən (SAO 112328) keçdi.
O vaxtdan bəri Juno üçün çox müşahidə edilmişdir, ən effektiv olanlar SAO 115946 11 dekabr 1979-cu ildə gizli saxlanılmış və 18 müşahidəçi tərəfindən qeyd edilmişdir.
Marsın hərəkətində kiçik dalğalanmalara görə Juno kütləsini proqnozlaşdırmaq üçün Mars ətrafında və ətrafında yerdəki radio siqnalları istifadə edilmişdir.
Juno'nun orbitası 1839-cu ildə yəqin ki, kimliyi müəyyən edilə bilməyən keçən asteroidin parçalanması səbəbindən bir qədər dəyişdi.
1996-cı ildə, Juno adaptiv optika istifadə edərək yaxın və yaxın IR dalğa uzunluğunda Mount Wilson Rəsədxanasında Hooker Teleskopu tərəfindən göstərildi.
Görünüşlər bütün dönmə dövrünə yayılmış və qeyri-qanuni bir forma və yeni bir domen kimi şərh edilmiş qaranlıq albedo xüsusiyyətini ortaya qoymuşdur.
Juno, minimum məsafəyə, cənuba yaxınlığa və ya gözlüklərə yaxınlığa görə hər 15.5 ayda günəşə müxalifət edir.
Müsbət müxalifət, 10-cu müxalifətdə, hər 13 ildə bir dəfə ortaya çıxır.
1 dekabr 2005-ci ildə son əlverişli müxalifət 1063 AU idi, 7.55 ölçülü, və növbəti müsbət 17 noyabr 2018, ən az 1.036AU, 7.45 böyükdür.
[29] [30] Bundan sonra müxalifət 30 oktyabr 2031-də 1.044 Au və 7.42 ədəd olacaq.
4 Vesta (simvolı: ) — 525 kilometr ölçülü asteroid qurşağındakı ən böyük cisimlərdən biridir.
Alman astronom Henrix Vilhelm Olbers tərəfindən 29 mart 1807-ci ildə kəşf edilmişdir.
(Marie's the Name) His Latest Flame 1961-ci ildə Elvis Presli tərəfindən audio lentə yazılmış musiqidir.
Musiqinin sözləri Dok Pomus və Mort Şumana məxsusdur və ilk ifaçısı Del Şennon olmuşdur.
Lakin musiqinin ən uğurlu və məşhur versiyasını məhz Elvis Presli 1961-ci ilin avqust ayında ifa etmişdir.
Həmçinin mahnı nüfuzlu Billboard Hot 100 hit-paradında nömrə 4 olaraq və UK Singles Chart hit-paradında ardıcıl 4 həftə nömrə 1 olaraq qiymətləndirilmişdir.
1961-ci ilin 25 iyun tarixində Neşvill şəhərində yerləşən RCA studiyasında lentə alınmışdır.
Gitaralar, Skotti Mur, Henk Qerland, Nil Metyüs Bas gitara, Bob Mur Baraban, D. J. Fontana, Baddi Harman Piano, Floyd Kramer, Qordon Stoker Vokal, The Jordanaires Klave, Buts Rendolf
Salavat (İslam) — Salavat (dağ) — Salavat dağı — Salavat şəhəri — Salavat mağarası — Salavat aşırımı-1 — Baş Qafqaz silsiləsində, Şəki rayonu ilə Dağıstanın sərhədində yerləşir.
Hündürlüyü 2816 m. Salavat aşırımı-2 — Baş Qafqaz silsiləsində, Qəbələ və Quba rayonları sərhədində yerləşir.
Azərbaycanın telefon kodları məqaləsi Azərbaycandakı telefon kodları və telefon nömrələmə sistemi haqqında məlumat verir.
Azərbaycanda telefon kodları və telefon nömrələmə sistemi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən tənzimlənir.
Ən aktiv və istifadə edilən kodlar Bakı (-012) və Sumqayıt (-018) kodlarıdır.
Şirvan regionu Qarabağ regionu a Ləğv olunaraq Tərtər rayonuna daxil edilən Ağdərə rayonunun köhnə kodu 148 olub.
Quba regionu Şəki regionu Lənkəran regionu Şuşa regionu Naxçıvan Muxtar Respublikası AZƏRBAYCAN ŞƏHƏRLƏRİNİN TELEFON KODLARI Arxivləşdirilib 2009-11-05 at the Wayback Machine Xarici keçidlər ANS PRESS.
Azərbaycanda yeni telefon kodları tədbiq ediləcək (Siyahı)" (az.).
İstifadə tarixi: 2014-06-12.
Vergül (,) – sözləri, birləşmələri və cümlələri sərhədləndirmək üçün işlədilən durğu işarəsidir.
Vergül cümlənin həmcins üzvləri və sadalanan sözlər arasında (Məsələn: Nizaminin, Füzulinin, Vaqifin), tabeli və tabesiz mürəkkəb cümlələrin komponentləri arasında (Məsələn: gələn gəldi, gedən getdi), cümlələrdə əlavə və xüsusiləşmələri ayırmaq üçün (Məsələn: süfrəyə bal qoyuldu, əsl beçə balı), cümlə üzvləri ilə qrammatik cəhətdən bağlanmayan sözləri (ara sözü, xitab, nida, təsdiq, inkar sözləri) ayırmaq üçün (Məsələn: O, əlbəttə, mən Cəmili deyirəm hələ özünə gəlməyib) istifadə olunur.
Durğu işarələrinin mətndə işlənməsi qaydalarından vergül işarəsini durğu işarələri arasında ən geniş istifadə olunan və ən lazımlı vasitələrdən biri kimi götürülən qrafik işarə sayılır.
Vergül fransız sözü olub semantik mənası qol-budaq, hissə deməkdir.
Vergül rəngarəng məqamlarda özünü göstərən və cümlə sərhədi ilə bağlı olmayan durğu işarəsidir.
Azərbaycan dilində vergülün işlənməsi Qrammatika kitablarında eyni suala cavab verən, eyni bir cümlə üzvü ilə bağlı olan (eyni cümlə üzvünə aid olan) bərabərhüquqlu üzvlər həmcins üzvlər kimi səciyyələndirilir.
Məsələn, Dağlar, dərələr, düzlər pambıq kimi qarla örtülmüşdür.
Ehtiyac, aclıq, zülm qoymadı göz açam.Bu cümlələrdə həmcins mübtədalar arasında (dağlar, dərələr; ehtiyac, aclıq) vergül qoyulmuşdur.
Biz də şirin söhbət edərdik, yeyərdik, danışardıq, gülərdik.
Gənclər danışır, gülür, şadyanalıq edirdilər.Bu cümlələrdə isə həmcins xəbərlər arasında vergül işarəsi işlənmişdir (söhbət edərdik, yeyərdik, danışardıq; danışır, gülür).
Ki tabelilik bağlayıcısı işlənən müxtəlif növlü tabeli mürəkkəb cümlələrdə mürəkkəb cümlənin tərəflərini birləşdirən cümlələr arasındakı ki bağlayıcısından sonra vergül qoyulur.
Məsələn, Elə hadisələr olur ki, heç vaxt yaddan çıxmır.
Tələbə var ki, kitab əlindən düşmür.
Özünü elə aparır ki, deyərdin, hamı ona borcludur.
O, elə baxırdı ki, sanki çalağandır, şikarının üstünə şığıyacaq.
Biz ona görə gəlmişik ki, sizi xəbərdar edək.Çünki bağlayıcısı işlənən mürəkkəb cümlədə ondan əvvəl vergül yazılır.
Oğlan imtahan verməkdən qorxurdu, çünki elmdən çoxdan uzaqlaşmışdı.-sa, -sə şərt şəkilçisi işlənən mürəkkəb cümlədə sa² birinci cümlənin xəbərində gələrsə, ondan sonra vergül qoyulur.
Əgər yıxılsan, balta çalan çox olar.
Hərgah işləmirsənsə, gedə bilərsən.Mürəkkəb cümlədə sa², da², belə, hərçənd, hərçənd ki, düzü, doğrusu, düzdür, doğrudan sözləri varsa həmin sözlərdən sonra, amma, ancaq bağlayıcılarından isə əvvəl vergül qoyulur.
Məsələn, Hərçənd ki, bir yerdə işləyirdilər, amma dostluq etmirdilər.
Düzü, iyirmi faiz torpaqlarımız düşmən tapdağı altındadır, ancaq torpaqların geri alınacağına şübhə etmirik.Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında iki nöqtə qoyulur.
Tərkib hissələrinin birində vergül olduqda ümumi ilə aydınlaşdırıcı hissənin arasında nöqtəli vergül də qoyula bilər.
Məsələn, Gözəl bir yay günü idi; çəmənlər yaşıl donunu geyinmiş, ağaclar çiçək açmışdı.
Qızğın iş gedirdi: kimisi çala qazır, kimisi isə şitil əkirdi.Tərəfləri müstəqil olub, daxilində həmcins üzv iştirak edən bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur.
Belə cümlələr çox geniş olur və hər hansı durğu işarəsindən biri işlədilir.
Məsələn, Üç il, ya bəlkə dörd ildi, yaxşı yadımda deyil, bizim Baxşalı bəy gedirdi Gəncəyə; apardım vağzala, bileti aldım və yola saldım getdi (C. Məmmədquluzadə).
Bir azdan sonra süfrə açıldı; hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik (A. Şaiq).Bağlayıcısız bağlanan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında nöqtəli vergül qoyulur.
Belə cümlələr çox geniş olur və tərkibində hər hansı durğu işarəsindən biri işlədilir.
Məsələn, Qarqar çayının həzin şırıltısı, Gülarənin palazlara, gəbələrə endirdiyi toqqaların taqqıltısı ətrafa yayıldı; hələ naxırçıların oynamaları da bu səslərə qarışanda şənlik bir tərəkəmə toyunu xatırladırdı (Ə. Haqverdiyev).
Onlar otaqdan çıxmamış otağa səs-küylə iri bir qadın girdi; qolları çırmalanmışdı (C. Cabbarlı).Zərfliklər əksərən, baxmayaraq, halda, kimi, əlaqədar olaraq və s. sözlərin köməyi ilə xüsusiləşərkən bu zaman həmin sözlərdən sonra vergül qoyulur.
Məsələn, Səhər yorğun və ac olduğumuza baxmayaraq, körpünü tikdik.
Payız olduğu halda, aran yerlərdə istiydi.Xüsusiləşmiş tamamlıq və zərfliklərdən sonra vergül qoyulur Dəqiqləşdirici xüsusiləşmiş üzvlər bu və ya digər bir üzvə aid olur.
Onun mənasını konkretləşdirir.
Xüsusən, xüsusilə, o cümlədən, hətta sözlərinin köməyi ilə formalaşan dəqiqləşdirici xüsusiləşmiş üzvdən əvvəl vergül yazılır.
Məsələn, Bütün siniflər, xüsusən onuncular yaxşı nəticə əldə etdilər.
Onun bütün bədəni, hətta üz-gözü də toz-torpaq içində idi.Tabesiz mürəkkəb cümlələri əmələ gətirən sadə cümlələr bir-birinə tabesizlik əlaqəsi ilə bağlanır və qrammatik cəhətdən bərabərhüquqlu olur.
Tabesiz mürəkkəb cümlələr iki qrupa bölünür: bağlayıcılı və bağlayıcısız tabesiz mürəkkəb cümlələr.
Birləşdirmə, qarşılaşdırma, iştirak, inkar, bölüşdürmə bağlayıcıları bağlayıcılı tabeli mürəkkəb cümlələrin hissələrini bir-birinə bağlayır.
Birləşdirmə bağlayıcılarından başqa (və birləşdirmə bağlayıcısından başqa) qalan bağlayıcıların iştirakı ilə qurulan tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında vergül qoyulur.
Məsələn, Qonaq getmək istədi, amma ana buraxmadı.
Birdən-birə göy guruldadı, hətta ildırım çaxdı.
Nə işıq yanırdı, nə də su gəlirdi.
Gah yağış yağırdı, gah da gün çıxırdı.Bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkib hissələri bir-biri ilə yalnız sadalama intonasiyası ilə bağlanır və onların arasında vergül qoyulur.
Məsələn, Yağış yağır, rəqs eləyir gur damcılar.
Sel gəldi, çayın suyu bulandı.Cümlədə ara sözlər işlənərkən yerinə, mövqeyinə görə vergül yazılır.
Ümumən ara sözlərdə vergülün qoyulması xitablarda olduğu kimidir.
Cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur.
Məsələn, Şairdir, görünür, düz ilqarı var (S. Vurğun).Əvvəldə gələrsə, ara sözdən sonra vergül yazılır.
Məsələn, Bəlkə, (ara söz) bu yerlərə bir də gəlmədim, duman, (xitab) salamat qal, çən, salamat qal (M. Araz).
Yəqin, (ara söz) sən də getməlisən.
Elşən, əsasən, (ara söz) doğru məlumat verdi.
Müxtəsər, (ara söz) bu işi qurtarmalıyıq.
Vüqar, (xitab) zənnimcə, (ara söz) daha düzələr.Mübtəda vəzifəsində işlədilən o, bu əvəzliklərindən sonra feil və köməkçi nitq hissələrindən başqa, qalan nitq hissələri ilə ifadə olunan cümlə üzvü gəldikdə vergül qoyulur.
Köməkçi nitq hissələrindən olan modal sözlərdən sonra, o və bu işarə əvəzliklərindən sonra modal sözlər gələrsə, hər iki tərəfdən vergül qoyulur.
Məsələn, O, əlbəttə, (modal söz) sənə inanır.
Bu, təəssüf ki, (modal söz), babamdan qalan son yadigardır.
O, çox çalışır.O, bu əvəzlikləri cümlədə təyin vəzifəsində işlənərkən (hansı sualına cavab verir) heç vaxt onlardan sonra vergül qoymaq olmaz.
Məsələn, O işi mən görməliyəm.