Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
2007-ci ildən bəri on litalıq əskinas ən aşağı nominallı əskinasına çevrildi, çünki bir, iki və beş litalıq əskinaslar istifadədən çıxarıldı.
|
Əskinas tünd göy rəng sxeminə malikdir və olçüsü 136 millimetr (5,4 düym) × 65 millimetr (2,5 düym)dir.
|
Bütün Litva əskinaslarında olduğu kimi bu əskinasın da üz tərəfində məşhur şəxslər, arxa tərəfində isə məşhur məkanlar göstərilib.
|
Əskinasın ön tərəfində iki litvalı pilot Steponas Daryus və Stasis Qirenas təsvir edilmişdir.
|
Onlar "Lituanika"(ru) uçuşu ilə məşhurdurlar.
|
1933-cü ildə Nyu-yorkdan Kaunasa doğru 6411 kilometrlik uçuş həyata keçiriblər, lakin təyinat məntəqəsindən 650 kilometr aralıda qəzaya uğrayıb və həlak olublar.
|
Əskinasın arxa tərəfində təyyarənin Atlantik okean üzərində uçuşu təsvir olunub.
|
Əskinasın üz tərəfində sol hissədə böyük 10 rəqəmi və Lietuvos banko valdybos pirmininkas (Litva Bankının İdarə Heyətinin sədri) sözləri həkk olunub.
|
Əskinasın digər üzündə sağ yuxarı küncə Litva gerbi təsvir olunmuşdur.
|
Mühafizə elementləri Mühafizə elementlərinin siyahısı:Əskinaslar kəskin bucaq altında işığa tərəf əyildikdə portretlərin sağında 10 LTL yazısı görünür.
|
Əskinas iti bucaq altında əyildikdə təhlükəsizlik ipində iki dəfə çap olunan 10 rəqəmi də nəzərə çarpır.
|
2007-ci il buraxılışının yeni 10 litası əskinaslarında mikroperforasiya edilmiş 10 rəqəmi yoxdur.
|
Əskinas kağızı ultrabənövşəyi şüalar altında floresan etmir(parlamır).
|
Su nişanı — Litvanın dövlət gerbi — əskinas gur işıq altında olduqda görünür.
|
Təhlükəsizlik ipi ultrabənöşəyi şüalar altında göy-qurşağı rənglərinə boyanır.
|
Təyyarənin təsvirində Lituanica və NR 688 E mikromətnləri yer alıb.
|
Üz tərəfindəki 10 rəqəminin konturları ultrabənövşəyi işıq altında qəhvəyi və sarı rəngə boyanır.
|
10 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri.
|
Bu əsginas dövriyyəyə 4 dəfə (1992, 1993, 2005 və 2019-cu illərdə) buraxılmışdır.
|
Son iki buraxılış hazırda tədavüldədir.
|
10 manatlıq əsginaslar ilk dəfə 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır.
|
Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır.
|
İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır ki, həmin əsginaslardan biri də 10 manatlıq əsginas idi.
|
Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir.
|
10 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir.
|
O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir.
|
1993-cü ildə Azərbaycan Milli Bankı tərəfindən bir qədər fərqli təsvirdə yeni 10 manatlıq əsginaslar dövriyyəyə buraxıldı.
|
Amma ilk 10 manatlıq əsginaslar da dövriyyədə qaldı.
|
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1992 və 1993-cü illərdə dövriyyəyə buraxılmış 10 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır, 2005-ci ildə yeni 10 manatlıq əsginaslar çap olunmuşdur.
|
28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 50 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır.
|
18 mart 2019-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən 10 manatlıq pul nişanı yenilənərək yeni, daha təkmil mühafizə sistemləri ilə təchiz olunmuş formada yeni 10 manatlıq əsginaslar dövriyyəyə buraxılmışdır.
|
Amma tədavüldə olan 10 manatlıq əsginaslar da dövriyyədə qalmışdır.
|
Son əsginası əvvəlkindən fərqləndirən bir fakt da belədir ki, 2005 buraxılışının ön tərəfində "Azərbaycan Milli Bankı", 2019 buraxılışının ön tərəfində isə "Azərbaycan Mərkəzi Bankı" yazılmışdır.
|
Hazırda dövriyyədə olan 10 manatlıq əsginaslar tarix mövzusuna həsr olunmuşdur.
|
İlk 10 manatlıq əsginas sadə dizayna malik olmuş, ön tərəfində Qız qalası təsvir olunmuşdur.
|
Əsginasların arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üzərində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuşdur.
|
İkinci 10 manatlıq əsginas çap olunarkən həmin vaxt dövriyyədə olan 5, 50 və 100 manatlıq əsginaslarla uyğunlaşdırılmışdır.
|
Onun ön tərəfinə Qız qalasının təsvirindən əlavə arxa fon təsvirləri də əlavə edilmişdir.
|
Bu əsginasın arxa tərəfində isə əlavə olaraq nominalın adı sözlə verilmişdir.
|
Ağ kağızda, əsas rəngi göy olmaqla 2005-ci ildə çap olunmuş əsginasların ön tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir.
|
Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir.
|
Bu əsginasların arxa fonunda isə Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.
|
İlk iki 10 manatlıq əsginasların ölçüləri 125×63 mm idi. 2005-ci ildə dövriyyəyə buraxılmış 10 manatlıq əsginasların ölçüləri isə 134×70 mm-dir.
|
Mühafizə elementləri Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir.
|
İlk 10 manatlıq əsginasda su nişanı - üç alov təsvir olunmuşdu.
|
2005-ci ildə çap olunmuş əsginasların üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.
|
Həmçinin bax Azərbaycan manatı Xarici keçidlər cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
|
10 mart — Qriqorian təqvimində ilin 71-ci günü.
|
Bu tarixdə ilin sonuna 294 gün (uzun ildə 295 gün) qalır.
|
XX və XXI əsrdə Yuli təqvimi ilə 27 fevral tarixinə uyğun gəlir.
|
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1496 — Santo-Dominqo şəhərini təsis edəndən sonra Xristofor Kolumb komandanı qardaşına buraxaraq İspaniyaya yola düşüb.
|
1922 — Mahatma Qandi Hindistanda həbs edildi, fitnəyə görə mühakimə olundu və altı il həbs cəzasına məhkum edildi, lakin appendisit əməliyyatına görə təxminən iki ildən sonra sərbəst buraxıldı.
|
1977 — Astronomlar Uranın halqalarını kəşf ediblər.
|
2000 — Dotkom köpüyü NASDAQ Composite birja indeksində 5,048,62 səviyyəsinə çatıb.
|
2020 — Antiqua və Barbuda, Boliviya, Honduras, Konqo Demokratik Respublikası, Monqolustan və Yamaykada ilk dəfə COVID-19 qeydə alınıb.
|
Azərbaycana aid hadisələr 1735 — Gəncə yaxınlığında Nadir şah Əfşar və Rusiya arasında müqavilə imzalanıb.
|
Rus qoşunları işğal olunmuş ərazilərdən çıxarılıb.
|
1920 — Azərbaycan Qızıl Aypara Cəmiyyəti general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təsis edilmişdir.
|
2002 — "Azərreyl" CEV Kubokunu qazanıb.
|
2014 — Bakı bulvarında Şeytan çarxının açılış mərasimi keçirilib.
|
1600-cü ildən əvvəl 1452 — II Ferdinand, Araqon, Kastilya, Neapol və Siciliya kralı 1503 — I Ferdinand, Müqəddəs Roma imperatoru 1772 — Fridrix Şleqel, Almaniya şairi 1810 — Samuel Ferquson, İrlandiya şairi 1845 — III Aleksandr, Rusiya imperatoru 1894 — Mustafa Mərdanov, Azərbaycan aktyoru 1915 — Qəmər Almaszadə, Azərbaycan balerinası 1934 — Aleksandr Qlezer, Fransa yazıçısı 1936 — Yozef Blatter, İsveçrə futbol icraçısı 1938 — Kazım Ayvaz, Türkiyə güləşçisi Canəli Əkbərov, Azərbaycan xanəndəsi Çak Norris, ABŞ aktyoru 1942 — Novruzəli Məmmədov, Azərbaycan filoloqu 1945 — Rail Rzayev, Azərbaycan general-leytenantı 1957 — Üsamə bin Laden, Səudiyyə Ərəbistanı terrorçusu 1958 — Şeron Stoun, ABŞ aktrisası 1963 — Vüqar Mürsəlov, Azərbaycan polisi, Azərbaycanın Milli Qəhrəmanı 1981 — Samuel Eto'o, Kamerun futbolçusu 1982 — Şin Koyamada, Yaponiya aktyoru 1988 — İvan Rakitiç, Xorvatiya futbolçusu 1997 — Alim Yoldaşov, Azərbaycan əsgəri 1999 — Aqşin Qədirzadə, Azərbaycan hərbçisi 1600-cü ildən əvvəl 1861 — Taras Şevçenko, Ukrayna şairi 1878 — Mirzə Fətəli Axundov, Azərbaycan dramaturqu 1937 — Yevgeni Zamyatin, Rusiya yazıçısı 1940 — Mixail Bulqakov, Rusiya yazıçısı 1965 — Mehdi Hüseyn, Azərbaycan yazıçısı 1970 — Çimnaz Aslanova, Azərbaycan deputatı 1982 — Tacülmüluk, İran kraliçası 1985 — Konstantin Çernenko, Sovet rəhbəri 1997 — İmam Mustafayev, Azərbaycan dövlət xadimi 2000 — Nadir Qasımov, Azərbaycan boyakarı 2001 — Vladimir Voroşilov, Rusiya televiziya aparıcısı 2004 — Nəsibə Zeynalova, Azərbaycan aktrisası 2005 — Bruno Manser, İsveçrə ətraf mühit fəalı 2022 — Rüstəm İbrahimbəyov, Azərbaycan yazıçısı Bayramlar və xüsusi günlər Azərbaycan — Azərbaycan Milli Teatr Günü
|
10 may — Qriqorian təqvimində ilin 130-cu günü.
|
(uzun ildə 131-ci) Bu tarixdə ilin sonuna 235 gün qalır.
|
XX və XXI əsrdə Yuli təqvimi ilə 27 aprel tarixinə uyğun gəlir.
|
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl 1291 — Şotlandiya zadəganları kral seçilənə qədər İngiltərə kralı I Eduardın səlahiyyətlərini tanıyıblar.
|
1534 — Jak Kartye Nyufaundlenda səfər edib.
|
1774 — XVI Lüdovik və Mariya Antuanetta Fransanın kralı və kraliçası olublar.
|
1824 — London Milli Qalereyası ictimaiyyətə açılıb.
|
1922 — ABŞ Kinqmen rifini ilhaq edib.
|
1940 — İkinci Dünya Müharibəsi: Almaniya bombardmanları səhvən Almaniyanın Frayburq şəhərini bombalayıblar.
|
İkinci Dünya Müharibəsi: Londonda Böyük Britaniya İcmalar palatasına Lüftvaffe tərəfindən havadan zərbələr endirilmişdir.
|
Rudolf Hess Böyük Britaniya və Nasist Almaniyası arasında sülh müqaviləsi bağlamaq üçün Şotlandiyaya paraşütlə enmişdir.
|
1962 — Marvel Comics "İnanılmaz Halk"-ın ilk nömrəsini nəşr edib.
|
1994 — Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti olan Nelson Mandelanın andiçmə mərasimi keçirilib.
|
2005 — Vladimir Arutyunyanın atdığı əl qumbarası ABŞ prezidenti Corc Buş Gürcüstanın paytaxtı Tbilisidə camaat qarşısında çıxış edərkən ondan təxminən 20 metr aralıya düşərək, nasazlıqdan partlamayıb.
|
Azərbaycana aid hadisələr 1796 — Rusiya imperiyası Dərbənd qalasını işğal etmişdir.
|
2012 — Bakıda Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur.
|
2014 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Dilarə Kazımova "Start a Fire" mahnısı ilə 22-ci yeri tutmuşdur.
|
ARB TV Bakı şəhərində yayıma başlamışdır.
|
1600-cü ildən əvvəl 1661 — Cahandar Şah, Böyük Moğol imperatoru 1770 — Lui Davu, Fransa marşalı 1788 — Yekaterina Pavlovna, Vürtemberq kraliçası 1879 — Xosrov bəy Sultanov, Azərbaycan dövlət xadimi 1893 — Alfred Yodl, Almaniya general-polkovniki 1899 — Fred Aster, ABŞ aktyoru 1903 — Qafur Qulam, Özbəkistan şairi 1914 — Əliş Ləmbəranski, Azərbaycan dövlət xadimi 1923 — Heydər Əliyev, Azərbaycan prezidenti 1932 — Mişel Leblon, Fransa futbolçusu və baş məşqçisi 1937 — Musa Yaqub, Azərbaycan şairi 1956 — Vladislav Listyev, Rusiya jurnalisti 1961 — Fikrət Adıgözəlli, Azərbaycan jurnalisti və idman şərhçisi Bob Sinkler, Fransa DJ-i Dennis Berqkamp, Niderland futbolçusu Mahmud Qurbanov, Azərbaycan futbolçusu və baş məşqçisi Rüştü Rəcbər, Türkiyə futbolçusu 1600-cü ildən əvvəl 1482 — Paolo Toskanelli, İtaliya riyaziyyatçısı 1774 — XV Lüdovik, Fransa kralı 1849 — Hokusay, Yaponiya boyakarı 1889 — Mixail Saltıkov-Şedrin, Rusiya yazıçısı 1924 — Corc Kennan, ABŞ səyyahı 1928 — Tursunoy Saidazimova, Özbəkistan aktrisası 1952 — David Kakabadze, Gürcüstan boyakarı 1968 — Vasili Sokolovski, Sovet marşalı 1969 — Josef Vaçal, Çexiya yazıçısı 1977 — Coan Krauford, ABŞ aktrisası 1979 — İta Rina, Sloveniya aktrisası 1994 — Con Ueyn Geysi, ABŞ seriyalı qatili 1995 — Georgios Kandilis, Fransa və Yunanıstan memarı 2005 — Elçin Cəlilov, Azərbaycan müğənnisi Bayramlar və xüsusi günlər Qvatemala — Analar Günü Maldiv adaları — Uşaqlar Günü Meksika — Analar Günü
|
10 noyabr — Qriqorian təqvimində ilin 314-cü günü.
|
(uzun ildə 315-ci) Bu tarixdə ilin sonuna 51 gün qalır.
|
XX və XXI əsrdə Yuli təqvimi ilə 28 oktyabr tarixinə uyğun gəlir.
|
Əhəmiyyətli hadisələr 1600-cü ildən əvvəl Azərbaycana aid hadisələr 2020 — İkinci Qarabağ müharibəsi: Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağ atəşkəs bəyanatı imzalanmışdır.
|
1600-cü ildən əvvəl 1483 — Martin Lüter, Almaniya keşişi və ilahiyyatçısı 1746 — XII Georgi, Kartli çarı 1759 — Fridrix Şiller, Almaniya şairi və filosofu 1888 — Andrey Tupolev, Sovet aviakonstruktoru 1919 — Mixail Kalaşnikov, Rusiya general-leytenantı və ixtiraçısı 1927 — Səbah, Livan müğənnisi və aktrisası 1928 — Ennio Morrikone, İtaliya bəstəkarı 1944 — Askar Akayev, Qırğızstan prezidenti 1949 — Mustafa Dənizli, Türkiyə futbolçusu və baş məşqçisi 1960 — Nil Qeyman, İngiltərə yazıçısı 1963 — Tanju Çolak, Türkiyə futbolçusu 1973 — Patrik Berger, Çexiya futbolçusu və baş məşqçisi 1999 — Joao Feliks, Portuqaliya futbolçusu 1600-cü ildən əvvəl 1290 — Kalavun, Məmlük sultanı 1891 — Artür Rembo, Fransa şairi 1938 — Mustafa Kamal Atatürk, Türkiyənin Qurucusu, 1-ci Prezidenti və İtaliya-Osmanlı müharibəsinin Trablusqarp Cəbhəsində döyüşmüş əsgər və qazi 1972 — Hüseynağa Hacıbababəyov, Azərbaycan opera müğənnisi 1982 — Leonid Brejnev, Sovet dövlət rəhbəri 1984 — Mikayıl Rzaquluzadə, Azərbaycan yazıçısı 2009 — Robert Enke, Almaniya futbolçusu 2015 — Helmut Şmidt, Almaniya kansleri Ağacan Cəbrayılov, Azərbaycan əsgəri Elgin Abbaslı, Azərbaycan əsgəri Nahid Nəsirov, Azərbaycan əsgəri Rasim Abdullayev, Azərbaycan polkovnik-leytenantı Samir Hüseynov, Azərbaycan əsgəri Şamil Mirzəyev, Azərbaycan əsgəri Bayramlar və xüsusi günlər Panama — Müstəqillik Fəryadı Günü
|
10 nöqtəli adalia parabüzəni (lat.
|
Adalia decimpunctata) — parəbüzənlər ailəsinin Coccinellinae yarımfəsiləsinə aid böcək növü.
|
Bədən formaları yumru, qanadlarının üzəri sarımtıl və bir az da qırmızıya çalır.
|
Üzərində simmetrik olaraq 10 ədəd eyni böyüklükdə qara nöqtələri var.
|
Qoz və qovaq mənənəsi ilə qidalanırlar.
|
Biologiyası Yüksək temperatur şəraitində yaşlı və sürfə formaları daha fəal olurlar.
|
Bir qayda olaraq yumurtalarını qoz ağaclarının aşağı yerlərində olan yarpaqlarının alt tərəfinə, mənənə koloniyasının arasına qoyurlar.
|
Qoz ağacının qurumuş hissəsində qabıq altında, Günəş düşən tərəfdə qışlayırlar.
|
Qış sığınacaqlarına oktyabr ayının ikinci yarısından çəkilirlər.
|
Aprel ayının ortalarından ağaclarda yayılmağa başlayırlar.
|
Ordubad rayonunun Kələki və Şahbuz rayonunun Aşağı Buzqov kəndində rast gəlinib.
|
Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi.
|
A.Mehdiyev, M.M.Seyidli Ümumi entomologiya I-II hissələr.
|
Bakı 1979-1981 Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları.
|
10 nöqtəli kalvia (lat.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.