Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Kişi boşandığı həyat yoldaşını işlədiyi gözəllik salonunda qətlə yetirib. |
Belə ki, Ayşə Mahirlə (Adlar şərtidir) boşandıqdan sonra Bakıya gələrək gözəllik salonlarından birində işləməyə başlayır. |
Mahir isə davamlı olaraq Ayşəyə zəng edib bir gün ayrıldıqlarına görə cavab verəcəyini deyir. |
Mahir Ayşənin iş yerinə gələrək onunla danışmaq istəyir. |
Ayşə isə Mahirə boşandıqlarını xatırladaraq onu bir də narahat etməməsini söyləyir. |
Şəhər kənarındakı hostellərin birində qalan Mahir bir gün sonra Ayşəni yenidən görmək üçün onun işdən çıxma vaxtının çatmasını gözləyir. |
Ayşə işdən çıxan kimi boşandıqdan sonra tanış olduğu Ruslan adlı oğlanla görüşüb restorana gedir. |
Burada söhbət edərkən Mahir onları izləyir. |
Ağlına müxtəlif fikirlər gələn Mahir Ruslanla Ayşə barədə düşünərək psixoloji vəziyyətinə nəzarət edə bilmir. |
Səhər saatlarında Mahir Ayşənin yaşadığı evə yollanaraq işə gedərkən yenidən onu izləməyə başlayır. |
Daha sonra Ruslanla Ayşənin görüşdüyünü, qucaqlaşdığını görür. |
Onlara yaxınlaşmaq istəsə də, buna cəsarət etmir. |
Sonra Mahir gözəllik salonuna girərək bıçaqla Ayşənin üstünə doğru gəlir. |
Ayşə qaçmağa çalışsa da, bu, mümkün olmur. |
Mahir çoxlu bıçaq zərbələri endirərək onu qətlə yetirir. |
Azərbaycanın sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib. |
Oxu.Az xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən Maqomedxan Maqomedov yarımfinalda macarıstanlı Vladislav Baytsayevə 7:2 hesabı ilə qalib gəlib. |
Bununla da o, fevralın 17-də ikinci dəfə Avropa çempionu olmaq üçün yarışacaq. |
Bu gün, həmçinin millinin digər üzvlərindən İslam Bazarqanov (57 kiloqram) və Əli Rəhimzadə (65 kiloqram) yarımfinalda məğlub olaraq bürünc mükafat uğrunda görüşə vəsiqəni təmin ediblər. |
Qeyd edək ki, bu gün Azərbaycan iki qadın güləşçisi bürünc medal görüşünə çıxacaq. |
Elis Manolova (65 kiloqram) almaniyalı Anna Nuernbergerlə, Birgül Soltanova isə rusiyalı Veranika İvanova ilə qarşılaşacaq. |
Ölkə üzrə evlərdən oğurluq halları ilə bağlı aparılan axtarışların 70-80 %-nin üstü açılıb. |
Bu kateqoriyadan olan cinayətlərin açılmasının mürəkkəb proses olması nəzərə alınaraq, yaşayış məntəqələrində kameraların quraşdırılması işlərinə xüsusi diqqət yetirilməlidir. |
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir. |
Təhlükəsizik kameralarının satışı ilə məşğul olanlar isə deyirlər ki, ötən illərlə müqayisədə bu il satış xeyli artıb. |
Təhlükəsizlik kameralarının qiyməti isə 50 manatdan başlayır. |
Qiymət istehsal olunduğu ölkəyə və özəlliklərinə görə dəyişir. |
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik: |
Ərazidə qanunsuz tikinti işlərinin aparıldığı iddia edilir. |
Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Nizami rayonu Qara Qarayev pr. |
Şikayətçilərin sözlərinə görə, buradakı oboy satışı ilə məşğul olan sahibkar bir neçə ay öncə obyekti genişləndirmək məqsədilə ərazidə söküntü işlərinə başlayıb. |
Hətta bir neçə gün əvvəl sakinlərin daimi istifadə etdiyi pilləkənləri də sökməyə çalışıblar. |
Məsələni sakinlər də təsdiqlədilər. |
Sözügedən obyektin sahiblərindən biri olduğunu deyən Etibar Qəhrəmanov iddialara cavab olaraq bildirib ki, onların bütün lazımi sənədləri mövcuddur. |
Artırılma məsələsinə gəldikdə isə bu iddiaların yalan olduğunu, heç bir qanunsuz artırmadan söhbət getmədiyini deyib. |
Məsələyə Nizami Rayon İcra Hakimiyyətindən münasibət bildirilib. |
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: |
Fevralın 16-da Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın görüşü olub. |
AZƏRTAC xəbər verir ki, Hakan Fidan dövlətimizin başçısını prezident seçkisində qələbə münasibətilə təbrik etdi. |
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi. |
Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulandı, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirildi. |
Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə olundu. |
Bu il İranda həcc və ümrə ziyarəti rəsmi olaraq ləğv edilib. |
Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib. |
İranın Həcc və Ziyarət Təşkilatı xəbər verib ki, 30 mindən çox vətəndaşların qeydiyyat haqqı fevralın 17-də bank hesablarına qaytarılacaq. |
Məlumata görə, iranlı zəvvarların ilk qrupu Tehranla Ər-Riyad arasında diplomatik münasibətlərin kəsilməsindən sonra, yanvarın 3-də səhər saatlarında həcc ziyarəti üçün getməli idi, lakin İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmayili texniki səbəblərdən səfərin baş tutmadığını iddia edib. |
Qeyd olunub ki, həmin gün “İran Air” şirkətinin sözçüsü Hüssam Qurbanəli bununla bağlı açıqlama verib. |
“Lazımi son icazələrin alınmaması səbəbindən İran təyyarəsi Səudiyyə Ərəbistanına və Ciddə hava limanına gedə bilməyəcək”, - deyə Hüssam Qurbanəli bildirib. |
Cəlilabad rayonunda doqquz yaşlı uşağı avtomobil vurub. |
Belə ki, N.Ağayev idarə etdiyi “Honda” markalı minik avtomobili ilə rayon sakini, 2015-ci il təvəllüdlü Z.Abbasovanı vurub. |
Müxtəlif bədən xəsarətləri alan azyaşlını sürücü rayon xəstəxanasına çatdırıb. |
Faktla bağlı araşdırma aparılır. |
Zindanda həyatını itirən rusiyalı müxalifətçi Aleksey Navalnının son fotosu yayılıb. |
Qeyd edək ki, 19 il müddətinə azadlıqdan məhrum edilən Aleksey Navalnı vəfat edib. |
ABŞ dövlət katibi Antoni Blinken və bəzi siyasətçilər Navalnının ölümündə Rusiya hakimiyyətini günahlandırıblar və məsuliyyət daşıdığını bildiriblər. |
Bu gün Qaradağlı faciəsindən 32 il ötür. |
Oxu.Az xatırladır ki, Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. |
Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçiriblər. |
32 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi olub. |
Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşib. |
1988-ci ildə Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlayıb. |
Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxıblar, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub. |
1990-cı il noyabrın 24-də üç nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilib. |
1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutulub, 1 nəfər öldürülüb, 4 nəfər yaralanıb. |
Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişib. |
Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetiriblər. |
Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin - 3 kişi və 3 qadın diri-diri yandırılıb. |
1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutulub. |
Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak olub. |
1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparılıb. |
1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırılıb. |
Kənddə vəziyyət getdikcə çətinləşib, faciənin törədiləcəyi gün yaxınlaşıb. |
1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçiblər. |
Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. |
Döyüşlərdə biri qadın olmaqla, 14 nəfər həlak olub. |
Silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürülüblər və onların növbəti məşəqqətləri başlanıb. |
Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələnib, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırılıb. |
Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələnib. |
İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürülüb. |
Girovluqda olan 8 kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetiriblər. |
Dörd nəfər müxtəlif vaxtlarda şəhid olub. |
Beş nəfərin taleyi bu günə qədər məlum deyil. |
Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırılıb. |
İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. |
Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. |
Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. |
Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. |
Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. |
Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi olub. |
Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. |
Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. |
İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. |
Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb. |
Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Soyqırımı:Qaradağlı”, “Soyqırımı Qaradağlı:davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib, “Qaradağlı soyqırımı şahidlərin dili ilə” adlı kitab hazırlanıb. |
Bundan başqa, şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb. |
Qeyd edək ki, kənd 17 fevral 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. |
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaradağlı kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçib. |
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib. |
Rusiyada məşhur “Tinkoff” bankının təsisçisi və iş adamı Oleq Tinkov Rusiyadakı xarici agentlər reyestrinə daxil edilib. |
Bu barədə Rusiya Ədliyyə Nazirliyindən məlumat verilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.