Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Qanun keşikçilərinə pirotexniki vasitələr, yol nişanları və hətta velosipedlərlə hücum olunub. |
Hadisə şahidlərinin sözlərinə görə, icazəsiz aksiya iki əcnəbi qrup arasında baş verən və səbəbi məlum olmayan münaqişə nəticəsində başlayıb. |
Qarşıdurma kütləvi iğtişaşlara çevrilib. |
Dəyənəklərlə silahlanmış eritreyalılar mağazaları dağıdıblar və polisə hücum ediblər. |
Buna cavab olaraq asayiş keşikçiləri xüsusi texnikadan istifadə etməli olublar. |
Şəhərin meri Yan Van Zanen təhlükəsizlik qüvvələrinə gözyaşardıcı qazdan istifadə etməyə icazə verib, eyni zamanda ərazidə fövqəladə vəziyyət elan edib. |
“Avropa İttifaqı hələ də Rusiya aktivlərinin Ukraynaya köçürülməsi üçün qanuni yol tapmayıb. |
Sanksiyaların arxitekturası düzgün işləmir və bu istiqamətdə fəaliyyət gücləndirilməlidir”. |
Bunu Litva Prezidenti Qitanas Nauseda Münhen Təhlükəsizlik Konfransında deyib. |
“Rusiyaya qarşı beynəlxalq sanksiyalar faydasızdır və onun iqtisadiyyatına çox məhdud təsir göstərib. |
Makroiqtisadi göstəricilərdən də göründüyü kimi, bunu qəbul etmək lazımdır”, - o bildirib. |
Prezident Ukraynaya kömək etmək üçün müsadirə olunmuş Rusiya aktivlərindən necə istifadə etmək barədə mümkün qədər tez qərar qəbul etməyə çağırıb. |
O qeyd edib ki, Avropa İttifaqı hələ də bu vəsaitlərlə nə edəcəyini bilmir. |
Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. |
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. |
Hadisənin təfərrüatı araşdırılır. |
Bakının Nizami rayonunda yerləşən iki sexdə yanğın hadisəsi baş verib. |
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. |
Bildirilib ki, ümumi sahəsi 20 kvadratmetr olan məişət avadanlıqlarının təmiri sexi və bitişik ümumi sahəsi 20 kvadratmetr olan ayaqqabı təmiri sexinin yanar konstruksiyaları yanıb. |
Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. |
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
Çoxlarının xəyal etdiyi Akademik Milli Dram Teatrının səhnəsinə çıxanda üçüncü kurs tələbəsi idi.İlk rolu onun bu möhtəşəm məbədə vizit kartı oldu. |
Gənc, gözəl, istedadlı - səhnənin tələb etdiyi bütün keyfiyyətlərə malik aktrisa ömrünü bu doğma səhnəyə bağladı. |
O vaxtdan isə nə az-nə çox - düz 45 il keçir...""Xalq artisti Bəsti Cəfərova “Kaspi” qəzetinə müsahibəsində “geriyə baxıb düşünəndə ki, mən nələr oynamışam...Mən onların hamısını yaxşı oynamışam...” deyə əminliklə söyləyib. |
- Sizə müsahibə üçün zəng edəndə deyəsən teatrda hansısa tamaşanın qızğın məşqləri gedirdi...""- “Filumena Marturano” tamaşasının məşqləri idi. |
Bu tamaşada bizim görkəmli aktyorumuz Ramiz Novruz oynayırdı. |
O dünyasını dəyişəndən sonra rol Xalq artisti Sabir Məmmədova həvalə olundu. |
Bu tamaşanın məşqlərinə 2020-ci ildə başladıq. |
Tamaşanı təhvil verməyə 15 gün qalmış pandemiya elan olundu və teatrlar bağlandı. |
Bu ayrılıq uzun çəkdi - düz bir il səkkiz ay teatrlar işləmədi. |
Biz yenidən teatra qayıdanda Ramiz Novruzun xəstələnməsi xəbərini eşitdik. |
O, bu obrazı oynamaq istəyirdi. |
Ramiz müalicə ala-ala yenidən məşqləri davam etdirdik. |
2022-ci ilin mart ayında tamaşanın premyerasını oynadıq. |
Təəssüf ki, Ramiz Novruz cəmi iki dəfə o tamaşada səhnəyə çıxa bildi. |
Onun ölümü bizim üçün böyük itki oldu. |
Neyləmək olar, həyat belədir - gözəl tərəfi də var, qəmli tərəfi də. |
İndi tamaşa yenidən repertuardadır. |
- Pandemiya vaxtını xatırladınız. |
O uzun fasilədə itirdiyiniz tamaşaçıları yenidən teatra qaytara bildinizmi? |
Teatra gəlməyən insanlar həmişə deyirlər ki, teatrlar boş qalır. |
Əgər teatra mütəmadi gəlsələr, bunun əksinin şahidi olarlar. |
Hətta deyərdim ki, pandemiyadan sonra tamaşaçılar da elə bil acmışdılar. |
Teatrlar tamaşaçıları cəlb edən məkandır. |
Mən sovet dönəmindən işləyirəm. |
Yaxşı tamaşanın həmişə tamaşaçısı var. |
“Xanuma” tamaşası 2011-ci ildən tamaşaya qoyulub. |
İndiyə qədər də repertuardadır. |
Bu tamaşanı dəfələrlə görmüş tamaşaçı yenə gəlib baxmaq istəyir. |
Hətta deyərdim ki, mənim və digər həmkarlarımın sözlərini bizdən yaxşı bilirlər. |
- “Xanuma”nın bu qədər uzunömürlü olmasının səbəbi nədir? |
- Səbəb odur ki, rejissor düzgün aktyor seçimi edib. |
Və bir də aktyorlar o tamaşanı təzə-tər saxlamaq üçün mücadilə edirlər. |
Hər tamaşada hamı həvəslə oynayır. |
Aktyorlar elə bil oyun vaxtı bir-birilərini tamamlayırlar. |
Hətta bir ay repertuara salınmayanda iştirakçılar tamaşa üçün darıxırlar. |
- Əvvəllər dramaturqlar vardı, aktrisaların adına rol yazırdılar, rejissorlar da rolları müəyyən aktrisalar üçün nəzərdə tuturdular. |
Bunu Amaliya xanımdan eşitmişdim. |
Məsələn, İlyas Əfəndiyev də “Hökmdar və qız”ında Ağabəyim ağanı sizin üçün yazıb. |
İndi də belə yaradıcı münasibətlər varmı? |
- Hə, əvvəllər belə yanaşmalar vardı. |
Rejissora gəlincə, o, materialı götürəndə kiminlə işləyəcəyini artıq beynində qurur. |
Rejissorlar da çalışırlar ki, tamaşaları yaxşı alınsın. |
Tamaşanın uğurlu alınmasının əsas sirri doğru-düzgün rol bölgüsündədir. |
Aktyorlar yerində olanda tamaşa yaxşı alınır. |
- Ədil İsgəndərovun tələbəsi, Tofiq Kazımovun rejissorluğu, tələbkar tamaşaçı auditoriyası 3-cü kurs tələbəsində çaşqınlıq yaratmadı ki? |
Ruslar buna yaxşı mənada “başgicəllənmə” deyirlər...""- Yox, çaşqınlıq yaratmadı...Hərdən fikirləşəndə deyirəm ki, nə yaxşı adları əfsanəyə dönmüş o rejissorlarla ünsiyyətdə oldum, onları gördüm. |
Ədil İsgəndərov mənim kurs rəhbərim olub. |
O, 3-cü kursun əvvəlində dünyasını dəyişdi. |
Həmin müddətdə onun kimi bir rejissordan dərs almaq böyük xoşbəxtlikdir. |
Mən teatra 1978-ci ildə gəlmişəm. |
3-cü kursun əvvəlində teatrın o vaxtkı baş rejissoru Tofiq Kazımov məni Əkrəm Əylislinin “Quşu uçan budaqlar” tamaşasına dəvət etdi. |
O tamaşada baş rolu - Səltənəti oynadım. |
İnstitutu qurtaranda təyinatla “Azdrama”ya gəldim. |
O vaxtdan düz 45 ildir ki, taleyimi bu sənət ocağına bağlamışam. |
Mənə xoşbəxtlik nəsib oldu ki, Mehdi Məmmədov kimi bir rejissorla ünsiyyətdə oldum. |
Onun “İblis” tamaşasında Xavər rolunu oynadım. |
Mehdi müəllim bir gün mənə dedi ki, “Afət” tamaşasını qurmaq istəyir. |
Əgər o tamaşanı qursaydı mən yəqin ki, Alagöz rolunu oynayardım. |
Amma iş elə gətirdi ki, Mehdi Məmmədovun tələbəsi Mehriban Ələkbərzadənin quruluşunda Afət rolunu oynadım. |
Həyatımda iş barəsində nə olursa, hər şey yaxşılığa doğru olur. |
- Rollar qalereyanızdakı obrazlar haqqında düşünəndə daha çox fərəhlənirsiniz, ya “mən indi belə oynayardım” deyə düşündüyünüz məqamlar da var? |
- Hərdən fikirləşəndə ki, hansı rolları oynamışam, özümə də qorxulu gəlir... |
Alın yazısına, Allahın qismətinə inanıram. |
Cavan, get-gedə yaşa dolan aktrisanın adına bu qədər rolun yazılması yalnız Allahın qisməti imiş. |
Mən qismətimə düşən rolları oynadım. |
Çox böyük, çəkili rollar oynamışam. |
Hə, bəzən elə rollar oldu ki, mən onları oynamaq istədim, imkan olmadı, təmir getdi, hansısa səbəb oldu...Amma geriyə baxıb düşünəndə ki, nələr oynamışam...Mən onların hamısını yaxşı oynamışam. |
Kim nə deyir desin, amma mən bunu əminliklə deyə bilərəm. |
Məsələn, “Solğun çiçəklər” televiziya tamaşasındakı Pəri roluma baxanda “gərək belə edəydim” demirəm. |
Düşünürəm ki, düz edib belə oynamışam. |
İndi artıq həyat ötdükcə, yaş üstünə yaş gəldikcə, həyat təcrübəm artdıqca nə oynayıramsa, bilirəm. |
Bir işi boynuma götürdümsə, onun məsuliyyətini daşıyıram. |
Heç bir işimi yarımçıq atan insan deyiləm, öhdəmə götürdüyüm işin sonuna çatmalıyam. |
Bəzən məndən “sizin uğurunuzun formulası nədir?” - deyə soruşurlar. |
Hara gedirəmsə, orda məsuliyyətli işləyirəm, düşünmürəm ki, artıq işlədim, gedib istirahət edim və s.Deyim ki, illər sonra buna beləyəm, yox! |
Tələbə ikən də məsuliyyətli idim, uşaq ikən də məsuliyyətli olmuşam. |
Harada əmək qoymuşam, o yerdən qiymətimi də, hörmətimi də almışam. |
- Müxtəlif taleli qadın rolları:Sürəyya, Gülrux, Fedra, Ağabəyim ağa, Xurşudbanu Natəvan, Lalə, Afət...Hansı özünüzsünüz? |
- Heç birində tam özüm deyiləm. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.