Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Qeyd edilib ki, Donetsk və Zaporojye vilayətlərində də gecə səhərə qədər gərgin döyüşlər gedib:“Ümumiyyətlə, Xerson, Donetsk və Zaporojye vilayətləri istiqamətində yaz aylarına doğru getdikcə hər gün döyüşlər daha da şiddətlənir. |
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığından bildirilib ki, son sutka yarım ərzində sözügedən ərazilərdə mindən çox Rusiya Ordusuna məxsus hərbçi öldürülüb”. |
Ötən həftənin sonunda baş tutan Münhen Təhlükəsizlik Konfransında Azərbaycan tarixi uğura imza atdı. |
Prezident İlham Əliyevin fevralın 7-də keçirilən növbədənkənar seçkisindən sonra dəvət aldığı bu beynəlxalq tədbir bir çox məqamına görə tarixi hadisə hesab oluna bilər. |
Birincisi, Azərbaycanın guya Qərbdən uzaqlaşdığı, özünü təcrid etdiyi, Avropa ailəsindən uzaq düşdüyü barədə iddialar səslənirdi. |
Dövlət başçısı bu tədbirdə iştirak etməklə Avropada Bakı ilə bağlı dolaşan şayiələrə, suallara cavab verdi, bölgədəki siyasi reallıqları Qərb siyasətçilərinin diqqətinə çatdırdı. |
Azərbaycan liderinin keçirdiyi görüşlər, səslənən bəyanatlar bu cəfəng iddiaların üstündən birdəfəlik xətt çəkdi. |
İkincisi, Bakının Davos və Münhenə dəvəti bir daha göstərdi ki, bu yalançı təbliğatın heç bir əsası yoxdur. |
Azərbaycan bundan sonra da öz milli maraqlarına uyğun balanslı siyasətini davam etdirəcək. |
Üçüncüsü, seçkidə qələbədən sonra Prezident İlham Əliyevin Azərbaycanın Münhen Təhlükəsizlik Konfransına dəvəti, dövlət və hökumət başçılarının, nüfuzlu təşkilat rəhbərlərinin görüş üçün çoxsaylı müraciətləri onların bu seçkinin nəticələrinə münasibətinin təsbitidir. |
Əksər dövlətlərin, beynəlxalq təşkilatların rəhbərləri təbrik məktublarında Azərbaycanın tək regionda deyil, dünyada artan nüfuzundan bəhs ediblər. |
Xüsusi vurğulanıb ki, Azərbaycan artıq “orta güc” ölkələri sırasındadır, o regional yox, qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına töhfəsini verir. |
Dövlət başçısı onunla görüşən ölkə rəhbərlərinə, beynəlxalq təşkilatların rəsmilərinə açıq şəkildə bildirdi ki, Azərbaycanla münasibətləri ikitərəfli qaydada - Ermənistan faktoru nəzərə alınmadan qursunlar. |
Dördüncüsü, beynəlxalq tədbirdə bir daha vurğulandı ki, bu gün Azərbaycanın Ermənistandan başqa, heç bir ölkə ilə problemi yoxdur. |
Rəsmi Bakının beynəlxalq ictimaiyyətlə münasibətləri artıq Ermənistanla münasibətlər üzərində qurulmayıb, bu problem birdəfəlik həll olunub və bundan sonra Azərbaycan qlobal siyasətdə daha aktiv rol oynayacaq. |
Münhendə əldə olunan ən mühüm uğurlardan biri də o oldu ki, Nikol Paşinyan hökumətinin Bakıya qarşı Qərbdə apardığı çirkin kampaniya fiaskoya uğradı. |
Rəsmi İrəvanın gözləntilərinin əksinə olaraq Qərb dövlətlərinin rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan Prezidenti ilə görüşməyə çalışırdılar. |
Hətta Ermənistanın şərti sərhəddə həyata keçirdiyi təxribat da onların işinə yaramadı. |
Konfrans çərçivəsində Almaniya kansleri Olaf Şoltsun Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün necə çalışdığı da diqqətdən yayınmadı. |
Müsbət təkliflərə hər zaman önəm verən rəsmi Bakı da bu görüşdən imtina etmədi. |
Ortada olan bütün problemlər, təkliflər O.Şoltsun özünün də iştirakı ilə müzakirə edildi. |
Ümid etmək olar ki, bu görüşdən sonra Almaniyanın Azərbaycana qarşı münasibətində qismən yumşalma olacaq. |
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransında 40-dan çox ölkənin dövlət və hökumət başçıları, xarici işlər, müdafiə və digər sahələrə məsul nazirləri, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri və digər dövlətlərarası təşkilatların baş katiblə... |
Konfransa dəvət almış az sayda dövlət başçıları arasında Prezident İlham Əliyevin də olması ölkəmizin dünyada artan nüfuzundan, ona göstərilən yüksək hörmət və etimaddan xəbər verir. |
Bir daha təsdiq olundu ki, Azərbaycan Qərb üçün qlobal təşəbbüslərlə çıxış edən regional gücdür. |
Ölkəmizin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün atdığı addımlar Qərb tərəfindən də müsbət qiymətləndirilir. |
Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol nəzərə alınaraq Azərbaycan həm də Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasının qarantı kimi qəbul edilir. |
Beləliklə, düzgün siyasi kursun gec-tez öz nəticəsini verdiyi bir daha təsdiqini tapdı. |
Dövlət başçısının Münhen Təhlükəsizlik Konfransına dəvəti bunun təzahürüdür. |
Azərbaycan dövləti bəşəriyyətə, insanlığa xidmət göstərən addımlar atmaqda davam edəcək. |
Dağıstanda səhər saatlarında baş vermiş zəlzələ nəticəsində Bakı-Novorossiysk neft kəməri zədələnməyib. |
Bu barədə Rusiyanın “Transneft” şirkətinin rəsmi nümayəndəsi İqor Demin məlumat verib. |
“Bakı-Novorossiysk magistral neft kəmərində aparılan yoxlamanın nəticələrinə görə, episentrdən 200 kilometr radiusda heç bir zədə aşkar edilməyib. |
Bütün qurğular normal işləyir”, - Demin bildirib. |
Xatırladaq ki, Dağıstanın Aqul rayonunda 4,6 bal gücündə zəlzələ qeydə alınıb. |
Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədrinə Azərbaycanla bağlı məktub ünvanlayıb. |
Bununla bağlı Azərbaycan Milli Məclisindən məlumat verilib. |
Qeyd edilib ki, Givi Mikanadze AŞPA sədri Teodoros Rusopulosa məktubunda AŞPA-nın sessiyası zamanı Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul edilmiş qətnaməyə toxunulur. |
Bildirilir ki, bu cür sərt qərarlar AŞPA-nın Azərbaycanla və Cənubi Qafqazla gələcək münasibətləri, eləcə də AŞPA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələr əsaslı şəkildə müzakirə edilmədən və təhlil olunmadan qəbul edilir. |
Gürcüstanın qurumdakı nümayəndə heyətinin rəhbəri hesab edir ki, bu qətnamə AŞPA çərçivəsində Azərbaycanla gələcək əməkdaşlığı və fikir mübadiləsini mümkünsüz edir. |
Bu, AŞPA-nın Cənubi Qafqaz regionu ilə qarşılıqlı fəaliyyətinə də mənfi təsir göstərəcək. |
“Üstəlik, bu qərar Avropa Şurasının dialoq və əməkdaşlıq üçün vacib platforma kimi missiyasına və nüfuzuna da xələl gətirir. |
Bu qətnamə Avropa Şurasının dəyər və öhdəliklərinin ruhuna zidd olmaqla yanaşı, daha çox qütbləşməyə səbəb ola və AŞPA-ya üzv dövlətlər arasında xüsusilə dəyərli olan etimad əsaslı əməkdaşlığa xələl gətirə bilər” - deyə, gürcüstanlı deputatın məktubunda vurğulanıb. |
G.Mikanadze yuxarıda göstərilənləri nəzərə alaraq, AŞPA-nı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qərarın zərərli nəticələrinin qarşısını almaq üçün bu qətnamənin yenidən nəzərdən keçirilməsinə çağırır. |
Məktubun sonunda bu qətnamənin ləğvinin Avropa Şurasının maraqlarına xidmət edəcəyinə əminlik ifadə olunur. |
Hər il olduğu kimi, 2024-cü ildə də daşınmaz əmlak bazarında bahalaşma gözlənilir. |
Ekspertlər hesab edirlər ki, hazırda nəinki ucuz qiymətə ev və torpaq sahəsi tapmaq müşkülə çevrilib, hətta çıxarış və təyinat məsələsində də müəyyən problemlərlə üzləşmək qaçılmazdır. |
Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Yeni Sabah”a bir sıra məqamlardan söz açıb. |
Bildirib ki, daşınmaz əmlak bazarında son illər ərzində 30 faiz bahalaşma qeydə alınıb:"“2020-ci ildən sonra ev və torpaq sahələrinin qiymətində bahalaşma qeydə alınır. |
İşğaldan azad olunan ərazilərdə aparılan tikinti işləri inşaat malları bazarında müəyyən qiymət artımına səbəb olub. |
İlk növbədə, isə bu bahalaşma armaturun qiymətində hiss olunmağa başlayır. |
Tikinti şirkətləri də həmin səbəbdən dolayı qiymətləri artırmağa qərar verib. |
Digər bir amil isə Rusiya-Ukrayna müharibəsidir. |
Bu zaman ölkəyə müəyyən qədər axın oldu. |
Bu da ümumilikdə daşınmaz əmlak bazarına təsir etdi. |
Orta hesabla son 3 il ərzində 30 faiz bahalaşma müşahidə olunur. |
Torpaqların da qiymətində artım var. |
Bunun əsas səbəbi boş ərazilərin məhdud olması ilə bağlıdır. |
Torpaq sahələrinin satış qiymətinə təsir edən başqa bir səbəb isə zəlzələdir. |
Ötən il Türkiyədə yaşanan güclü zəlzələ, daha sonra ölkəmizdə qeydə alınan yeraltı təkanlar həyət evləri və torpaq sahələrinə olan tələbatı artırdı. |
Bu səbəb də qiymət artımına zəmin yaradır”. |
Ekspert qeyd edib ki, 2024-cü ildə ən ucuz torpaq sahəsinin qiyməti 5 min manatdan başlayır:"“Torpaq və evlərin qiymətləri əsasən əraziyə görə ucuz, ya da çox baha olur. |
Şəhərin mərkəzində, yaxınlığında yerləşən ərazilərdəki daşınmaz əmlaklar baha, şəhərətrafı qəsəbə və ərazilərdə olan alqı-satqı obyektləri isə adətən daha münasib qiymətə təklif edilir. |
Ötən il bir sot torpaq sahəsinin qiyməti 3-4 min arası dəyişirdi. |
2024-cü il üçün ən ucuz torpaq sahəsinin 1 sot üçün olan qiyməti 5 min manatdan yüksəkdir. |
Bu qiymət isə Abşeron, Zirə, Türkan və s.Bakıətrafı qəsəbələr üçün keçərlidir. |
Şəhərə yaxınlaşdıqca, təkliflər kəskin azalır, eyni zamanda çıxarışı və təyinatı yaşayış məntəqəsi olan torpaq sahəsi tapmaq müşkülə çevrilir. |
Çıxarışsız və təyinatı fərqli torpaq sahəsi satın alanlar bu ərazidə ev tikə bilmir. |
Ən baha torpaq sahələri mərkəzdə olan ərazilərdə satışa çıxarılır. |
Burada alıcılıq qabiliyyəti digər yerlərə nisbətən daha azdır. |
Belə yerlərdə bir sot torpağın qiyməti 400 min manata qədər yüksəlir”. |
E.Azadov bildirib ki, daşınmaz əmlak bazarında qiymətləri tikinti şirkətləri müəyyən edir:"“Bu sahədəki qiymətlər əsasən tikinti şirkətləri tərəfindən tənzimlənir. |
Buna görə də 2024-cü ilin sonuna qədər tikinti şirkətlərinin alqı-satqı obyektlərinə müəyyən qədər təsir edəcəyi gözlənilir. |
Ümumi olaraq isə həm evlərdə, həm də torpaq sahələrinin qiymətində 10 faiz bahalaşma olacağını demək mümkündür”. |
Ürək və qaraciyər üçün real zərərli içkilərdən biri də pivədir. |
“Medicina” xəbər verir ki, cərrah Aleksandr Umnov pivənin orqanizmə təsirini araşdırıb. |
“Araqla müqayisədə bu içkidə spirt az olsa da, köpüklü tərkib ürək və qaraciyəri praktiki olaraq məhv edir, infarkt və sirroza səbəb olur və sonda ölümlə nəticələnə bilir. |
Pivə kalorili olduğu üçün çox içmək qarnı böyüdür, qaraciyər piylənir, çəki artır, üz qızarır, kişilərdə qadın bədəni formalaşır. |
Onun köpüyündə olan kobalt ürək və damarlar üçün çox zərərlidir. |
Pivə çox içənlərdə ürək divarı qalınlaşır, ürək içəridən genişlənir, buna “öküz ürəyi” sindromu deyirlər. |
Nəticədə o, daha çox qan vurur, özünü tez tükədir. |
Pivə içənlərdə varikoz damar problemi və yüksək təzyiq də çox olur”. |
Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti ölkə Prezidenti Vladimir Putinin adını daşıyacaq. |
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib. |
Kadırovun sözlərinə görə, mərkəzə Putinin adının verilməsi barədə qərar universitet yaranan vaxt verilib. |
“Ona görə də mən rəsmi şəkildə bəyan edirəm ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti zəmanəmizin ən müdrik, uzaqgörən və istedadlı liderinin - Vladimir Putinin adını daşıyacaq”, - Kadırov bildirib. |
Qeyd edək ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universiteti Qudermesdə yerləşir. |
Universitet atəş, xüsusi taktika, hava-desant, dağ hazırlığı, həmçinin cangüdənlər və hərbi jurnalistlər üçün təlimlər kimi sahələri əhatə edir. |
Məşhur türkiyəli aktyor Nejat İşler son görünüşü ilə sevənlərini məyus edib. |
Aktyorun yayılan son fotoşəkilində saçlarının töküldüyü əks olunub. |
51 yaşlı Nejatın fotosu “Yeni imic” başlığı ilə sosial şəbəkələrdə yayılaraq müzakirə obyektinə çevrilib. |
Aktyora yaxın mənbələr isə, onun “Aile” serialında rol alan zaman saçının süni olaraq gurlaşdırıldığını artıq serial bitidiyinə görə Nejatın keçmiş görünüşünə qayıtdığını bildirib. |
Xatırladaq ki, illər əvvəl sevilən aktyor ağciyəri ilə bağlı xəstəliyə görə üç ay reanimasiyada qalmışdı. |
Bu müddət ərzində o, xeyli çəki almışdı. |
Aldığı çəkiləri tez bir zamanda itirən aktyor yenidən film və serial sektoruna qayıdıb. |
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. |
Ermənilər Azərbaycanla sərhəd kəndləri tərk edirlər. |
Fransa casusları Türkiyədə ələ keçdilər. |
Paris kəşfiyyatına hansı məlumatlar ötürülüb? |
Qeyri-etik hərəkətlərə məruz qalan məktəbli qızın nənəsi hadisənin baş vermə səbəblərini Baku TV-yə açıqladı. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.