Search is not available for this dataset
text
stringlengths
10
518k
Oxu.Az xatırladır ki, tam adı Abdulla Axund Mustafa oğlu Talıbzadə olan şair Abdulla Şaiq imzası ilə yazdığı uşaq şeirləri ilə daha çox tanınıb.
O, 1881-ci il fevralın 24-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olub.
Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı olub.
Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalısı olub.
O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləyib.
Oğlanları Yusif və Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində alıblar.
Bu məktəb təkcə dini təhsil ocağı olmayıb.
Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun olub.
Bu məktəbdə Abdullanın atası Axund Mustafa ilə yanaşı, Qori müəllimlər seminariyasının məzunlarından Baxşəli bəy və Paşa bəy də dərs deyiblər.
Abdulla Şaiq 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gedib.
Xorasanda dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirib.
Yeddi il Xorasanda mükəmməl təhsil alıb, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənib.
Bir müddət Tiflisdə qaldıqdan sonra 1901-ci ildə Bakıya köçüb.
A.Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeiri olub.
O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb.
Bir sıra şeirləri “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında işıq üzü görüb.
Bu illərdə “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilib, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olub.
Xalq ədəbiyyatını toplayıb araşdıran A.Şaiq bu örnəklər əsasında “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar da yazıb.
Onun “Ədhəm”, “Tapdıq dədə”, “Qoçpolad” kimi poemalarında milli folklorun təsiri görünüb.
Şaiq həm də 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının özülünü qoyub.
Şair “İki mücahid” və yaxud “Atı yaralı əsgər” şeirində cahan savaşının yaraları, erməni daşnaklarının Azərbaycan torpaqlarındakı vəhşiliyi, Qarabağdakı fitnə-fəsadları ön plana çəkib.
Ədib Azərbaycan Demokratik Respublikası dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırıb, bir neçə məktəbi milliləşdirib, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradıb.
Alim, ədəbiyyatşünas, folklorçu kimi də çalışan A.Şaiq klassik ədəbiyyat yönümündə araşdırmalar aparıb.
Onun Nizami, Füzuli, Nəsimi, Vaqif, M.F.Axundov, Mirzə Cəlil, M.Cavid, M.Hadi kimi sənətçilər haqqındakı fikirləri bu gün də dəyərlidir.
Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə A.Şaiqə “Əməkdar incəsənət xadimi” adı verilib.
A.Şaiq 1959-cu ildə Bakıda vəfat edib.
ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə başçısı Co Baydeni “qəzəbli irqçi” adlandırıb.
Bu barədə ABŞ Mühafizəkarlar Konfransında çıxış edən D.Tramp qeyd edib:""“Co Bayden, həqiqətən də, çox iyrənc və qəddar bir irqçi imiş.
Xoşunuza gəlsə də, gəlməsə də bu, belədir!”"Tramp daha əvvəl demişdi ki, Bayden ölkə tarixində ən aşağı IQ səviyyəsinə malik prezidentdir.
Keçmiş dövlət başçısı hesab edir ki, Bayden tutduğu vəzifəyə səriştəsizdir, hətta ictimai çıxışlar zamanı özü səhnəni tapa bilmir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
Oxu.Az xəbər verir ki, müraciətdə yollarda sürət həddinə riayət etməyin yalnız sürücülərin deyil, ətrafdakı hər kəsin təhlükəsizliyini təmin etdiyi bildirilir.
“Bir neçə saniyə avtomobili sürətli idarə etmək həyatınızı riskə atmaq deməkdir.
Əziz sürücülər, yolda sürət hər zaman seçim məsələsidir və seçiminiz həyatınıza təsir edə bilər.
Unutmayın ki, hər sürətli hərəkət potensial bir riskdir.
Bu riski minimallaşdırmaq və həyatı doya-doya yaşamaq üçün sürət həddinə diqqət edin.
Sürəti yox, həyatı seçin!”, - müraciətdə deyilir.
Pomidor ixracımızda keçən illə müqayisədə azalmalar müşahidə edilir.
Ekspertlər sahibkarların ixraca meyilli olmadıqlarını bildirirlər.
Sahibkarlar isə bunu məhsula görə ödənişin gecikməsi ilə əlaqələndirirlər.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Azərbaycanın qeyri-neft sektoru üzrə əsas ixrac məhsullarından biri pomidordur.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 140,5 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
İcmala əsasən, bu rəqəm 2022-ci ilin 11 ayı ilə müqayisədə 10,3 milyon ABŞ dolları və ya 6,83 faiz azdır.
İxracı daha da artırmaq, sahibkarları stimullaşdırmaq üçün hansı addımlar atıla bilər?
Məhsulun maya dəyəri artıb"Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov pomidor ixracının azalmasının kökündə dayanan amilləri sadaladı:“Birinci səbəb odur ki, istixanalarda pomidorun becərilməsi xərclərinin artması istehsal olunan məhsulun maya dəyərini yüksəldir.
Bu da bazara çıxarılan pomidorun rəqabət qabiliyyətini azaldır.
Digər bir səbəb Rusiya rublunun dəyər itirməsidir.
Pomidor ixracımızın əsas bazarı Rusiyadır.
Rublun xarici valyutalar qarşısında dəyərinin azalması fermerlərin ixrac etdikləri kənd təsərrüfatı məhsullarının satışından gələn gəlirlərini kəskin azaldır.
Bu da pomidor istehsalına marağın azalmasına səbəb olur”.
Kifayət qədər emal sənayesi müəssisələri yoxdur"Deputatın fikrincə, ixracı artırmağın əsas yollarından biri emal sənayesini inkişaf etdirməkdir:“İstixana şəraitində yetişdirilən kənd təsərrüfatı məhsullarının emal sənayesinə yönəldilməsi rentabelli olmur.
Emal sənayesi əsasən mövsüm dövründə tədarük olunan məhsullarla fəaliyyət göstərməlidir.
Amma regionlarda kifayət qədər emal sənayesi müəssisələri yoxdur.
Emal sənayesinin inkişafı qeyri-neft məhsullarının il boyu ixracına yol açar.
Bu, həm də ölkədə yeni iş yerlərinin açılması üçün imkanların yaranması deməkdir.
Emal sənayesinin inkişaf etdirilməsi mövsüm zamanı istehsal olunan kənd təsərrüfatı məhsullarının itkisiz tədarük olunmasına da şərait yaradar”.
Dövlət yox, sahibkar yaratmalıdır"A.Badamovun sözlərinə görə, emal sənayesinin inkişafı sahibkarların üzərinə düşən məsələlərdəndir:“Məhz emal sənayesinin lazımı səviyyədə inkişaf etməməsi nəticəsində kənd təsərrüfatı məhsullarının mövsüm zamanı qiymətləri çox aşağı olur.
Fermerlər vaxtında tədarük edə bilmədikləri üçün böyük itkilərlə qarşılaşırlar.
Emal sənayesinin yaradılmasını dövlət həyata keçirməməlidir.
Bu işi sahibkarlar etməlidirlər.
Dövlət sahibkarlığın inkişafına kifayət qədər dəstək göstərir.
Amma təəssüf ki, nədənsə sahibkarlar emal sənayesinin inkişaf etdirilməsində çox da maraqlı deyillər”.
İqtisadçı Cəfər İbrahimli bildirdi ki, pomidor ixracımız əslində statistikada göründüyü qədər azalmayıb:“Pul dəyəri ilə ixracda azalma görünür.
Amma miqdar dəyəri ilə hesablayanda o qədər də azalma yoxdur.
Bu hal xüsusilə son illərdə daha çox müşahidə edilir.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti "Rosselxoznadzor" bəzi malların geri göndərilməsinə qərar vermişdi.
Sertifikasiya məsələlərindəki problemlər və qida ilə bağlı təhlükəli normalar ixracın azalmasına təsir göstərib”.
Fürsətləri dəyərləndirmək lazımdır"C.İbrahimli düşünür ki, Rusiyaya pomidor ixracını daha da artırmaq üçün fürsətləri dəyərləndirmək lazımdır:“Rusiya rəsmiləri açıqladı ki, daha çox ixrac olunan məhsulları, həmçinin pomidoru gömrük vergisindən azad etdilər.
Böyük ehtimalla, Rusiyada bu məhsula olan tələbin artacağı gözlənilir.
Yəqin ki, bir çox ölkələrlə ticarət əlaqələrinin məhdudlaşdırılması buna səbəbdir.
Uzunmüddətli perspektiv üçün bu addım atılırsa, deməli, Rusiyada bu məhsula tələb var və idxalı davam edəcək.
Sahibkarlar bu imkanlardan yararlanıb, istehsal həcmlərində artıma gedə bilərlər.
Kənd təsərrüfatı, xüsusilə də pomidor istehsalı və emalı məsələlərinə dövlət tərəfindən kifayət qədər güzəşt və subsidiyalar ayrılıb”.
Xəstəliklər istixanaları məhv edib?
Sahibkar Eldar Hüseynov da ixracın azalmasına aydınlıq gətirdi:“Azalmanın birinci səbəbi Rusiya rublunun dəyərini itirməsidir.
İkinci səbəb odur ki, Rusiyanın hələ ki, öz malı var idi və tələbat da həddən artıq azalmışdı.
Daxildə olan məhsullarımızda isə xəstəlik aşkarlandı.
Ölkəyə gətirilən toxumlarda virus mövcud idi.
Bu xəstəliklər də istixanaları məhv etdi.
Ona görə ölkədən ixrac edilən məhsullar keçən ilə nisbətən azaldı”.
3-4 ildən sonra Rusiyaya pomidor ixrac edə bilməyəcəyik"E.Hüseynovun sözlərinə görə, artıq daha fərqli sortların yetişdirilməsinə ehtiyac var:“Rusiya hökuməti böyük maliyyə ayırıb və artıq özləri pomidor istehsalına başlayırlar.
İranda 1000 hektarlıq, Krımda, Qara dənizin, Xəzər dənizinin sahillərində böyük istixanalar qururlar.
Yəni yaxın beş ildə Rusiyanın ixrac məhsullarına ehtiyacı qalmayacaq.
Artıq özləri istehsal edə biləcəklər.
Bu səbəbdən bizim əkinçilər elə sortlar yetişdirməlidirlər ki, onlardan Rusiyada olmasın.
Önümüzdəki illərdə Azərbaycanda istixanalara dotasiya verilməsə, əkin seqmenti dəyişdirilməsə, 3-4 ildən sonra Rusiyaya pomidor ixrac edə bilməyəcəyik”.
Artıq bazardan məhsul alınmır"Müsahibimiz sahibkarların ixraca maraq göstərməməsi məsələsinə də toxundu.
Bildirdi ki, ixrac zamanı ödəniş gec çatdığı üçün daxili bazar daha sərfəlidir:“Problem odur ki, Rusiya da artıq market alverinə keçib.
Kimin marketlərlə müqaviləsi varsa, malını sata bilir.
Kimin əlaqəsi yoxdursa, bazarda satır.
O zaman da satılmayan məhsul məhv olur, atılır.
Sahibkara pul lazımdır ki, işçinin maaşını, gübrənin, qazın pulunu verə bilsin.
Rusiyaya ixrac olunan malların ödənişi gecikdiyi üçün bəzi hallarda sahibkarlar məhsullarını daxili bazarda satmağa üstünlük verirlər”.
Florida qubernatoru Ron Desantis cənub sərhədinin təhlükəsizliyini təmin etmək üçün Texasa Milli Qvardiya və ştatın yol patrul xidmətlərindən ibarət əlavə qüvvələr göndərib.
Bu barədə Desantisin saytında bildirilib.
“ABŞ Prezidenti Co Baydenin sərhəd böhranı hər bir ştatı sərhəd ştatına çevirib, bu da ərazi suverenliyimizin mühafizəsi üçün daha aktiv addımların atılmasını tələb edir.
Mən Texasda xidmət edən hər bir hüquq-mühafizə orqanının əməkdaşına, milli qvardiyaçıya və dövlət qvardiyasının üzvünə səmimi təşəkkürümü bildirmək istəyirəm”, - deyə o qeyd edib.
Qeyd edək ki, Texasa ümumilikdə 50 qvardiyaçı, həmçinin Floridanın yol patrul xidmətinin 76 əsgəri göndərilib.