Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Yağışda, qarda bu yolla getmək olmur. |
Öz vəsaitimiz hesabına yollara bir neçə dəfə çınqıl tökmüşük. |
Maşınlarımız xarab olur”, - kənd sakini Əsəd Ağasıyev deyib. |
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: |
Türkiyədə keçirilən III Antalya Diplomatik Forumunda Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib. |
“Türk Dövlətləri Təşkilatımız vasitəsilə türk dünyasını birlikdə daha da gücləndirmək üçün işlərimizi davam etdiririk”, - deyə Ərdoğan forum iştirakçılarına müraciət edib. |
“Qarabağın 30 illik işğalı başa çatdıqdan sonra Ermənistanla başladığımız normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirəcəyik”, - Türkiyə lideri vurğulayıb. |
“Barselona” bu mövsümün sonunda “Nike” idman markası ilə əməkdaşlığı dayandıra və öz brendi altında formalar yaratmağa başlaya bilər. |
Bu barədə kluba yaxın mənbələr xəbər verib. |
Bildirilib ki, yekun qərarın mart ayının əvvəlində veriləcəyi bildirilib. |
“Barselona” öz brendini artıq klubun bütün qeyri-idman geyimlərini istehsal edən BLM şirkəti vasitəsilə yaratmağı planlaşdırır. |
Klub öz brendinin “Nike”la əməkdaşlıqdan daha çox gəlir gətirəcəyinə əmindir. |
Qeyd edək ki, “Barselona” hazırda 57 xalla İspaniya çempionatının turnir cədvəlində 3-cü yerdədir. |
Komanda lider “Real Madrid”dən 8 xal geri qalır. |
Azərbaycanın Rusiyadakı səfirliyində rusiyalı iş adamı Qod Nisanova “Dostluq” ordeni təqdim edilib. |
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Qod Nisanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. |
Təqdimat mərasimində çıxış edən P.Bülbüloğlu Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətinin mühüm rolunu qeyd edib:""“Fəxr edirik ki, Azərbaycandan olan insanlar vətənimizi layiqincə təmsil edirlər. |
Biz sizin uğurunuzdan çox razıyıq və sizə daha böyük uğurlar arzulayırıq”. |
Q.Nisanov qeyd edib ki, aldığı mükafat təkcə ona deyil, bütün azərbaycanlılara məxsusdur:""“Dostluq” ordeni mənim üçün simvolikdir. |
Bu, təkcə mənim deyil, Azərbaycanı dəstəkləyən bütün soydaşlarımın mükafatıdır. |
Azərbaycan bizim bir parçamızdır, həyatımızın bir parçasıdır. |
Harada olsaq da, taleyimiz Azərbaycanla bağlıdır”. |
“Regional əməkdaşlığa indi daha çox ehtiyac var”. |
O bildirib ki, dünyada qeyri-sabitlik hökm sürür:“Regional əməkdaşlığa indi daha çox ehtiyac var. |
Bu baxımdan deyə bilərik ki, TDT xüsusi əhəmiyyətə malik təşkilatdır”. |
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
President.az-ın xəbərinə görə, məktubda deyilir:""“Prezident seçkisindəki qələbəniz münasibətilə Sizi təbrik edir və yeni səlahiyyət müddətinizdə Zati-alinizə uğurlar arzulayıram. |
Fürsətdən istifadə edərək, Azərbaycanla əməkdaşlığımızı qarşılıqlı mənafeyimiz naminə davam etdirməyə hazır olduğumuzu bildirirəm. |
Əminəm ki, əsasını strateji enerji əməkdaşlığımızın təşkil etdiyi ikitərəfli dialoqumuz gələcəkdə digər sahələrdə də genişlənəcəkdir. |
Mən sülhün möhkəmləndirilməsi, beynəlxalq hüquqa hörmət və mehriban qonşuluq münasibətləri istiqamətində Sizinlə birgə işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm. |
Hörmətli Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. |
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində cari ilin əvvəlindən mart ayının birinədək 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 36 260 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. |
Ümumilikdə 10 440 ədəd piyada əleyhinə, 3 301 ədəd tank əleyhinə mina və 12 693 ədəd partlamamış döyüş sursatı aşkar olunub. |
Aşkar olunmuş mina və partlamamış döyüş sursatları, o cümlədən kustar üsullarla hazırlanmış partlayıcılar xüsusi təyin olunmuş yerlərdə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları ilə məhv edilir. |
Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilir. |
Portuqaliyanın “Braqa” komandasının futbolçusu Alvaro Calonun Avropa Liqasının pley-off mərhələsinin cavab matçında Bakıda “Qarabağ”ın qapısına vurduğu qol ən yaxşı seçilib. |
Oxu.az xəbər verir ki, bu barədə “Braqa” təmsilçisinin rəsmi saytı məlumat yayıb. |
İspaniyalı yarımmüdafiəçinin görüşün 83-cü dəqiqəsində Andrey Lunyovun qoruduğu qapıdan keçirdiyi top “Braqa”da fevral ayının komandanın ötən ay vurduğu qolları sırasında birinci yerə layiq görülüb. |
Qeyd edək ki, Portuqaliyadakı ilk oyunda “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ” cavab matçında 2:3 hesablı məğlubiyyətə baxmayaraq, iki görüşün nəticəsinə (6:5) əsasən, tarixində ilk dəfə Avropa Liqasında 1/8 finala yüksəlib. |
Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. |
TV Müsavat xəbər verir ki, Ə.Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. |
O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. |
Qeyd olunub ki, Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. |
“Ailə üzvlərini niyə öldürmüsən?” sualına cavabda isə Ə.Əhmədov “Ailəmi öldürdüm, çünki belə lazım idi” söyləyib. |
Bildirilib ki, iki gün əvvəl artıq Ə.Əhmədov Psixiatriya Xəstəxanasına yerləşdirilib. |
İlkin ekspertiza onun psixi durumu ilə bağlı rəy verə bilməyib. |
Daha doğrusu, Ə.Əhmədovun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı barədə yekun ekspert rəyi verilməyib. |
Bununla bağlı rəyi xəstəxanada müəyyən edəcəklər. |
Ə.Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar qeyd ediblər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə şübhələr yaranıb. |
Belə ki, Ə.Əhmədov affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. |
Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir. |
Bu arada hazırda Ə.Əhmədovu qohumlarından heç kim axtarmır. |
Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. |
Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək. |
İstintaq zamanı Ə.Əhmədov qətllərlə bağlı detallar danışmayıb. |
Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib. |
“Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat da verməyib. |
Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin altındakı mağazadan satın aldığını deyib. |
Türkiyənin Manisa şəhərində maraqlı və qəribə təqib anlarının videogörüntüləri yayılıb. |
Manisanın Turqutlu rayonunda sürücü polisin “dayan” əmrinə tabe olmayıb və idarə etdiyi traktorla qaçmağa cəhd edib. |
Lakin buna müvəffəq olmayıb və polis tərəfindən saxlanılıb. |
Onun sürücülük vəsiqəsinin olmadığı məlum olub. |
Sürücüyə 44 min Türkiyə lirəsi (2 min manatdan çox) inzibati cərimə kəsilib. |
Sumqayıtda qaynını öldürüb, sirkə turşusu içən şəxs vəfat edib. |
Bu barədə Baş Prokurorluq məlumat yayıb. |
Bildirilib ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən Ceyhun Alxan oğlu Rzayev müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb. |
Qeyd edək ki, arvadını boşayan Ceyhun Rzayev qaynını məsələni ayırd etmək üçün evlərinin yanına çağırıb və münaqişə zəminində onu qətlə yetirib. |
Ceyhun Rzayev bunun ardınca böyük həcmdə sirkə turşusu içərək intihara cəhd edib. |
01.03.2023, 23:04"Sumqayıtdakı qətllə bağlı bəzi təfərrüatlar məlum olub. |
APA xəbər verir ki, bu gün arvadını boşayan Ceyhun Rzayev qaynını məsələni ayırd etmək üçün evlərinin yanına çağırıb və münaqişə zəminində onu qətlə yetirib. |
Ceyhun Rzayev bunun ardınca böyük həcmdə sirkə turşusu içərək intihara cəhd edib. |
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, orta ağır vəziyyətdə olan həmin şəxsə zəruri tibbi yardımlar göstərilib. |
Daha sonra isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə edilib. |
01.03.2023, 19:08"Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub. |
DİN-in mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. |
Qətlə yetirilən şəxslə C.Rzayev onun qohumu olub. |
Hadisə şəxsi münasibətlər zəminində baş verib. |
Sumqayıt Şəhər Prokurorluğunda verilən məlumata görə isə, araşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr m... |
Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir. |
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. |
Fransa hökuməti Korsikada baş verənlərdən narahatlığını nümayiş etdirir. |
Belə ki, Korsikada Fransa siyasətinə etiraz olaraq növbəti aksiyanın keçirilməsi planlaşdırılır. |
Bununla bağlı olaraq Fransa hökuməti adaya əlavə qüvvələr göndərir. |
Parisdə “Şarl de Qoll” hava limanında çəkilən bir fotonu buna sübut kimi göstərmək olar. |
Fotoda xüsusi xidmət orqanları əməkdaşlarının təcili olaraq Korsikaya göndərilməsinin görüntüləri yer alıb. |
Beləliklə də, belə bir nəticə çıxarmaq olar ki, Fransa hökuməti narahatdır və Korsika ərazisinə əlavə qüvvələr səfərbər edir. |
Son məlumata görə, Korsikada hava limanında pasport yoxlanışı tətbiq edilir. |
Qeyd edək ki, əvvəl belə yoxlanışlar olmayıb. |
“Bayraktar pilotsuz uçan aparatlarının partiyası Albaniyaya gəlib”. |
Bunu ölkənin müdafiə naziri Niko Peleşi sosial şəbəkə hesabında yazıb. |
“Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraktar” dronları artıq Albaniyadadır! |
Artıq iki gündür ki, onların yığılması başlayıb və paralel olaraq istismarı və nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması da davam edir”, - deyə Peleşi əlavə edib. |
O, həmçinin PUA-nın fotoşəkillərini paylaşıb və bunun Silahlı Qüvvələrin modernləşmə və innovasiyalara sadiqliyin simvolu olduğunu qeyd edib. |
Türkiyənin Denizli şəhərində yerləşən Pamukkale Universitetinin Xəstəxanasına silahlı hücum olub. |
Xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin girişindəki yeməkxanaya naməlum iki şəxs tərəfindən atəş açılıb. |
İlkin məlumata görə, 7 nəfər yaralanıb. |
Hadisə yerinə çox sayda polis qrupları sövq edilib. |
Atəş edənlər qaçıblar və axtarışları davam edir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.