Search is not available for this dataset
text
stringlengths
10
518k
Xatırladaq ki, S.Rəsulova Dövlət Gömrük Akademiyasının işçisi, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) gələn mövsümdən Çempionlar Liqasının yeni formatını izah etmək üçün şəkillər təqdim edib.
Belə ki, 2024/2025 mövsümündən Çempionlar Liqasında əvvəlki kimi 32 yox, 36 komanda çıxış edəcək.
Əvvəllər klublar hər biri dörd komandadan ibarət qruplara bölünürdüsə, indi Çempionlar Liqasında 36 komandanın hamısının vahid turnir cədvəlində yer aldığı İsveçrə sistemi adlanan sistemdən istifadə olunacaq.
Yeni formata görə, qrup mərhələsində səkkiz tur (altı idi), komanda dörd oyunu evdə, daha dörd oyunu səfərdə keçirəcək.
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dillər üzrə ümum-Avropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku imtahanı keçirilib.
DİM-dən verilən xəbərə görə, imtahan ingilis, alman, fransız dili üzrə şifahi formada - kompüter proqramı vasitəsilə keçirilib.
İmtahanda 298 nəfər iştirak edib.
Qeyd edək ki, imtahan üç hissədən ibarətdir.
Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20 dəqiqə vaxt ayrılır.
İştirakçılar birinci mərhələdə üç bal, ikinci mərhələdə beş bal, üçüncü mərhələdə isə iki bal olmaqla, ümumilikdə 10 bal toplaya bilərlər.
İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.
Danışıq bloku üzrə minimum iki bal toplamayan şəxslər ilk dörd blok üzrə lazımi nəticə göstərsələr belə, müvafiq şəhadətnamə ilə təmin olunmurlar.
Masallı rayonunda yeraltı qazıntı zamanı zədələnən qaz borusundakı qəza aradan qaldırılıb.
Qeyd edək ki, sözügedən kənddə yeraltı kabelin çəkilməsi üçün qazıntı işləri aparılan zaman diametri 160 millimetrlik boru zədələnib.
Nəticədə 800 abonentin qaz təminatı dayandırılmışdı.
19:06"Masallıda yeraltı qazıntı zamanı boru zədələnib.
Nəticədə 800 abonentin qaz təminatı dayandırılıb.
İstifadə müddəti başa çatsa da fəaliyyətini dayandırmayan Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası Türkiyənin İğdır vilayəti istiqamətində zəhər yaymaqda davam edir.
Bu barədə İhlas Xəbər Agentliyinin materialında bildirilir.
Vurğulanır ki, İğdırın 16 kilometrliyində yerləşən Metsamor AES istismar müddəti başa çatsa da, bağlanmayıb.
Onun zəlzələ xəttində yerləşdiyini bilən rayon sakinləri aidiyyəti qurumlardan kömək istəyiblər.
İğdırlılar bildirirlər ki, AES-dən çıxan tüstü belə, onlara, bölgənin coğrafiyasına, burada yaşayan hər bir canlıya zərər verir.
Metsamorun “sancağı çəkilmiş bomba” olduğunu bildirən İğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal bəyan edib ki, İğdır yaxınlığında yerləşən AES ən qısa zamanda bağlanmalıdır.
“Çünki o, köhnəlmiş sistemlə hazırlanıb.
Köhnə sistem olduğundan onun soyudulması Araz çayı vasitəsilə aparılır.
Bundan əlavə, onun uranı Rusiyadan təyyarə ilə gətirilir.
Lakin Metsamorun ən böyük təhlükəsi 2-ci dərəcəli zəlzələ xəttində yerləşməsidir.
Stansiya vaxtilə 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ nəticəsində ciddi zədələnmişdi.
Onun aqreqatlarından biri tələsik bağlanaraq üzərinə beton tökülüb.
O zaman radiasiyadan İğdır da təsirlənmişdi.
Bunun zərərini indi də görürük.
Qadınlar hamilə qala bilmir, heyvanlar şikəst balalar dünyaya gətirir, ağaclar quruyur.
Bu gün Metsamor Atom Elektrik Stansiyasının ətrafında gəzsəniz görəcəksiniz ki, təbiət dəyişib, yaşıllıqlar yoxa çıxıb.
Odur ki, bu AES Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, İran və Ermənistanın özü üçün böyük təhlükədir.
Biz bütün Avropa İttifaqını, ABŞ-ni və bütün fəalları bu elektrik stansiyasını bağlamaq üçün bizə dəstək olmağa çağırırıq”, - deyə Ünsal bildirib.
Qeyd edək ki, tikintisinə 1970-ci ildə başlanan Metsamor Atom Elektrik Stansiyası 1988-ci ildə Spitak zəlzələsindən sonra bağlansa da, 1995-ci ildə təmir işlərindən sonra onu 2 nömrəli reaktoru yenidən işə salınıb.
Reaktorun istismar müddəti 2005-ci ildə başa çatıb, lakin 2021-ci ilin avqustunda aparılan təmir işləri nəticəsində onun istismar müddəti 2026-cı ilə qədər uzadılıb.
Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistan-Yunanıstan-Kipr arasında müdafiə sahəsində üçtərəfli əməkdaşlığı uğurlu adlandırıb və Ermənistan-Yunanıstan-Fransa-Hindistan arasında dördtərəfli əməkdaşlığı mümkün hesab edib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
“Biz Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli müdafiə əməkdaşlığı yaratmışıq.
Lakin Fransa və Hindistanla, mühüm ölkələrlə, mühüm güclərlə, Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə başqa üçtərəfli və ya dördtərəfli əlaqələr də ola bilər”, - Yunanıstanın müdafiə naziri Ermənistana səfəri zamanı bildirib.
STP Şirkətlər Qrupu “Sabahın Gücü” İnkişaf Proqramı çərçivəsində “Zərif Mühəndislər” gənc mühəndis xanımların inkişafı layihəsinə start verir.
STP Şirkətlər Qrupu və Təhsilin İnkişafı Fondunun qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçiriləcək layihənin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir.
Layihədə iştirak etmək istəyən gənclər aprel ayında Təhsilin İnkişafı Fonduna müraciət edərək proqrama qoşula biləcəklər.
Müraciətlərə STP Şirkətlər Qrupu və Təhsilin İnkişafı Fondu tərəfindən yaradılmış “Təqaüd Komitəsi” tərəfindən baxılacaq və seçilən namizədlər may ayında müsahibə mərhələsinə dəvət olunacaqlar.
Avqust ayından başlayaraq isə müsahibə mərhələsini uğurla keçən 50 namizəd üçün STP Şirkətlər Qrupunun istehsal sahələrində mütəxəssislər tərəfindən xüsusi inkişaf təlimləri təşkil ediləcək.
Həmçinin, tədris ilinin sonuna qədər davam edəcək layihə çərçivəsində iştirakçılar STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcəklər.
Layihənin təqdimatında çıxış edən STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov gənc kadrların yetişdirilməsinin vacibliyindən danışdı:“STP Şirkətlər Qrupu üçün gənc kadrların inkişafı prioritet məsələlərdəndir.
Ötən il ərzində “Sabahın Gücü” İnkişaf Proqramı 50 gənc mütəxəssis yetişdirdi, hazırda onların böyük əksəriyyəti bu gün peşəkar mütəxəssis kimi STP Şirkətlər Qrupunda və digər müxtəlif müəssislərdə çalışır.
Uğurlu nəticələr əldə etdiyimiz bu təşəbbüsün davamı olaraq bu gün yeni layihəyə start veririk.” "Həmçinin tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və millət vəkili Nigar Arpadarai iştirak ediblər.
Bu kimi layihələrin gender bərabərliyi baxımından vacib olduğunu vurğulayan Bahar Muradova çıxışı zamanı bunları söylədi:“Bu gün gender bərabərliyi cəmiyyətdə müzakirə olunan əsas məsələlərdəndir.
Sənaye sahəsində fəaliyyət göstərən mühəndislərə baxdıqda bu sahəyə xanımların marağının az olması hiss olunur.
Sözsüz ki, bu məsələdə uzun illər ərzində formalaşmış stereotiplər də öz rolunu oynayır.
Bu təşəbbüsün məhz bu formalaşmış stereotipləri qırmaq, xanımlarımıza öz fərdi və peşəkar inkişaflarında kəşf edə biləcəkləri yeni sahələri göstərmək üçün uğurlu bir layihə olacağına şübhəm yoxdur”.
Tədbirdə iştirak edən digər qonaq, millət vəkili Nigar Arpadarai sənaye sahəsində kadr yetişdirilməsi üçün vacib olan bu təşəbbüsdən dolayı təşkilatçıları təbrik edib:“Gender bərabərliyi ilə yanaşı bu kimi layihələrin gənc kadrların yetişdirlməsi, sözügedən sahədə mütəxəssislərin formalaşdırlması baxımından cəmiyyət üçün çox faydalı olacağına əminəm.
Bilirsiniz ki, ən uğurlu sərmayə təhsilə edilən sərmayədir.
Bütün iştirakçılara uğurlar arzu edirik!”"Sonda çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bu günədək Fond tərəfindən, tərəfdaş qurumların dəstəyilə 180 xanıma təqaüd verildiyini diqqətə çatdırıb.
“Zərif mühəndislər” layihəsinin xüsusiyyəti odur ki, təqaüdlə yanaşı qızlara mentorluq ediləcək, təlimlər keçiriləcəkdir.
Təhsilin əsas məqsədinin əmək bazarının tələblərinə uyğun kadr hazırlanması olduğunu vurğulayan sədr, dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olan layihənin də sırf bu məqsədə xidmət etdiyini bildirib.
Məlumat üçün qeyd edək ki, STP Şirkətlər Qrupunun həyata keçirdiyi İnkişaf Proqramından son üç il ərzində 200-dən çox gənc istedad faydalanıb.
Onların arasında həm mühəndislik, həm texniki ixtisaslar üzrə məzunlar olub.
2024-cü il üçün hədəflər daha iddialı, proqram daha zəngindir.
Layihənin məqsədi ölkəmizdə sənaye sektoru üçün mühəndisliyin bir çox istiqamətləri üzrə və texniki sahələrdə ixtisaslı mütəxəssislər yetişdirməkdir.
Azərbaycan və Pakistan hərbçiləri birgə təlimlərin keçirilməsi barədə müzakirələr aparıblar.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında “10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, hərbi təhsil və elm, əməliyyat planlaşdırılması, birgə təlimlərin keçirilməsi və maraq doğuran digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün yekun protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
Oxu.Az xatırladır ki, Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.
Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb.
Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur.
Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir.
Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır.
Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.
Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər.
Qalanan tonqal isə həmişə nəyəsə işarə olub.
Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar.
Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər.
Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Daha bir inanca görə, Od çərşənbəsi insanları “ruha” çevirir, yəni ruha çevrilmə dedikdə insan ruhən təmizlənir, mənəvi gücə yiyələnir, mənən-ruhən güc toplayır, sağlam ruha yüklənir.
Qeyd edək ki, Martın 12-də isə Yel çərşənbəsi olacaq.
Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək.
Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib.
Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq.
Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol komandasının bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər - Arif Dadaşov, Ceyhun Quliyev, Vasif Rzayev və Sabir Nəzərov müəyyən olunaraq saxlanılıblar.
Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər iki nəfər isə cərimə edilib.
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Paşinyandan Azərbaycanın ünvanına absurd ittiham.
Erməni mediası saxta xəritə yaydı.
Fransızlar Makrona qarşı çıxdılar.
Küçələrə axışan etirazçılar dövlətdən nə tələb edirlər?
Qaradağda azyaşlı it ağzına düşdü.