Search is not available for this dataset
text
stringlengths
10
518k
Qan Turalı yazır...""Sanki bir casus filmi, bir Ceyms Bond macərasıdır.
Ceyms Bondun yaradıcısı Fleminq bakılı Rixard Zorgeni XX əsrin ən görkəmli casusu adlandırırdı.
Elə danışdığımız hekayədə də Almaniya var, Rusiya var, hərbi sirlər var, ifşa var, müharibə var.
Ancaq hadisəyə bir az uzaqdan başlayaq.
Yanvar ayının 18-ində Almaniya parlamentində Ukraynaya “Taurus” raketlərinin verilməsi ilə müxalifətin təqdim etdiyi təklif səsə qoyuldu.
Ancaq təklif iqtidar koalisiyasını təşkil edən sosial demokratlar və yaşıllar tərəfindən qəbul edilmədi.
“Taurus” (Buğa) raketləri 500 kilometrdən dəqiq hədəfə vuran, dağıdıcı güclü bir raket kimi məşhurdur.
Həmin raketlərin Ukraynaya verilməsi Ukraynanın müharibə meydanında üstünlük əldə etməsi ilə nəticələnəcəkdi.
Ötən ilin fevral ayının ilk günlərində, Stalinqrad döyüşlərinin 80 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə Rusiya Federasiyasının prezidenti Vladimir Putin çıxışında Almaniyanı ittiham edirdi - “80 il sonra yenidən alman tankları ilə üzbəüz dayanmışıq”.
Putin Almaniyanın Ukraynaya verdiyi “Leopard” tanklarını nəzərdə tuturdu.
Putinin nitqində bir məqam isə bugünkü hadisəni sanki nişan verirdi - “Biz tanklarımızı onların sərhədlərinə göndərmirik, ancaq onlara cavab verəcək hər cür vasitəmiz var.
Söhbət təkcə silahlardan getmir”.
Putin DTK (KQB) mənşəli zabitdir.
Fəaliyyətinin əsas hissəsini də bu gün Almaniya Federativ Respublikası ilə birləşən Almaniya Demokratik Respublikasında keçirib.
Ona görə də onun “Söhbət təkcə silahlardan getmir” cümləsini düzgün başa düşmək lazımdır.
Məşhur məsəldə də deyildiyi kimi, informasiya güc deməkdir.
Və 1 martda Putinin nə demək istədiyi bütün çılpaqlığı ilə üzə çıxdı.
Belə ki, həmin gün Alman Hərbi Hava Qüvvələrinin (Luftwaffe) komandanı Gerdhardın yüksəkrütbəli üç aviasiya zabiti ilə keçirtdiyi videokonfransın səsyazısı internetə düşdü.
Alman mediası bu videokonfransın 19 fevralda keçirildiyini müəyyənləşdirdi.
Almaniyanın Müdafiə nazirliyi də videokonfrans yolu ilə baş tutan görüşün keçirildiyini təsdiq etdi.
Dövlətin ən məhrəm, ən gizli orqanlarından birinin rəhbərinin dinlənməsi Almaniya dövləti üçün dəhşətli bir nəticə, böyük bir skandaldır.
Yayılan səsyazısında isə “Taurus” raketləri ilə bağlı Almaniyanın müdafiə nazirinə veriləcək olan brifinqin detalları müəyyənləşdirilir, eləcə də həmin raketlərin Ukraynaya veriləcəyi təqdirdə ortaya çıxması mümkün olan ssenarilər müzakirə olunur.
Zabitlər həmin raketlərin Ukraynaya verildiyi halda alman zabitlərin üzərinə hansı vəzifələr düşüb-düşməyəcəyini götür-qoy edirlər.
Videokonfransda Fransa və Böyük Britaniyanın Ukraynaya verdiyi “Skalp” və “Storm Shadow” raketlərinin tükənmək üzrə olduğunu və “Taurus” raketlərini göndərməyin vacibliyi də müzakirə olunur.
Siyasi qərar verildiyi zaman 50 “Taurus” raketinin Ukraynaya veriləcəyindən danışılır.
Rusiya Almaniya aviasiyanın Krım körpüsünü hədəf aldığından da bəhs edir.
Ancaq danışıqlardan elə bir nəticə çıxmır.
Sadəcə olaraq alman zabitlər Ukraynanın “Taurus” raketlərini hansı mövqelərə zərbə endirəcəyini müzakirə edərkən Krım körpüsündən də bəhs edir və həmin raketlərin Krım körpüsünü dağıdıb-dağıtmayacağı mübahisələndirilir.
Səsyazısından da aydın göründüyü kimi, Almaniya hökuməti və hərbi aviasiyası müharibəyə birbaşa daxil olmadan Ukraynaya hərbi yardım göstərməyin yollarını axtarır.
Bəli, Almaniyada çalışan bir KQB polkovniki hakimiyyətin ən yüksək mərtəbəsinə yüksəlir və ardınca Almaniyanın ən məxfi hərbi sirləri ifşa olunur.
Həmin polkovnikin anadan olduğu şəhərin II Dünya Müharibəsində 872 gün almanların blokadasında qaldığını da unutmayaq.
Belə bir sinopsis hər bir Hollivud prodüserini özünə heyran qoyar.
Filmin sonu isə hələ çox qabaqdadır.
Binəqədi qəsəbəsi, İkinci mədən küçəsi, “73-cü korpus” adlanan ərazinin sakinləri betonqarışdıran maşınlara görə yolu bağlayıblar.
Günün 24 saatı, nəfəs belə dərmədən ərazidə şütüyən bu betonqarışdıran maşınların əlindən sakinlər cana doyublar.
Səbir kasaları daşan sakinlər son çarəni əraziyə giriş yolunu bağlamaqda görüblər.
“Nə gecəmiz, nə gündüzümüz yoxdur.
Evdə körpə uşaqlarımız var, gecələri bu maşınların səsindən yata bilmirlər”, - deyə sakinlər qeyd edib.
Bununla bağlı “Real” TV-nin süjetini təqdim edirik:
Ötən gecə Türkiyənin Çanaqqala bölgəsində baş verən zəlzələdən bir neçə saat sonra sosial şəbəkələrdə zəlzələnin nəticələrini əks etdirən görüntülər paylaşılmağa başlanıb.
Belə görüntülərdən biri Çanaqqala şəhərində yerləşən marketin müşahidə kameraları tərəfindən qeydə alınıb.
Qeyd edək ki, ötən gecə Çanaqqala bölgəsində 4,9 bal gücündə zəlzələ baş verib.
“2017-ci ildən dil biliklərinin artırılması istiqamətində işlər aparılır.
Bu yöndə aparılan qiymətləndirmələrə görə, bu gün 11-ci sinfi bitirənlərin xarici bilikləri B1 səviyyəsindədir”.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən Azərbaycan dili üzrə sertifikasiya imtahanının modelinin təqdimatı mərasimində məlumat verib.
O bildirib ki, CEFR (The Common European Framework of Reference for Languages) standartları çərçivəsində 2023-cü ilin statistikasına görə, altı il ərzində aparılan dil biliklərinin səviyyəsinin artımı özünü göstərir:""“Biz istərdik ki, riyazi biliklərin də səviyyəsi artsın, amma təəssüf ki, hazırda elə deyil.
11-ci siniflərin riyazi bilik səviyyəsi ürəkaçan səviyyədə deyil”.
“CEFR çərçivəsində magistratura qəbulu zamanı nəticələr B+ səviyyəsini göstərir.
Ümumiyyətlə, CEFR standartları çərçivəsində keçiriləcək imtahanlar imkan verəcək ki, hər kəs öz bilik səviyyəsini yoxlasın.
Bu imtahanlardan keçən və sertifikat alan şəxslər isə növbəti imtahandan azad olunacaqlar.
Amma bu imtahanı kütləvi şəkildə keçirib hüquqi müstəvidə qərar vermək üçün hazırda bizdə kifayət qədər data yoxdur.
İlkin pillədə ən azı 2-3 min adamın bu imtahanı verməsi lazımdır ki, biz nəticələri yoxlayaq.
Nəticələrdən asılı olaraq, biz deyə biləcəyik ki, TOEFL, IELTS analoqu olan Azərbaycan dili imtahanımız var.
Qeyd edim ki, bu imtahanlar onlayn olacaq və şəxslər anonim şəkildə bu imtahandan keçə biləcəklər”, - sədr qeyd edib.
Mənşəyi məlum olmayan, insan sağlamlığı üçün təhlükəli olan ət məhsullarının kütləvi tədarükünü təşkil edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının (AQTA) birgə həyata keçirdiyi tədbirlərlə 1991-ci il təvəllüdlü Orxan Cabbar oğlu Hüseynovun Bərdə rayonunda həyətyanı sahəsində kəsim-tədarük məntəqəsi yaratması müəyyən edilib.
Məlum olub ki, kəsim məntəqəsində qida üçün yararsız məhsullar mal ətləri ilə qarışdırılaraq emal olunub.
Antisanitar şəraitdə xəstə, ölmüş heyvanların kəsimi təşkil edilib, qablaşdırılıb və ucuz qiymətə sifarişçiyə çatdırılması planlaşdırılıb.
Araşdırmalar və aşkarlanan heyvan qalıqlarının, ət nümunələrinin analizləri nəticəsində satışa hazırlanan məhsulların at və ulaq cəsədlərindən ibarət olması müəyyən edilib.
Şübhəli bilinən şəxsin Bərdə rayonu Kəngərli qəsəbəsində yerləşən həyətyanı sahəsindən və saxlanc yerindən 2 tondan çox at və ulaq əti aşkarlanıb.
Təyin olunan müvafiq ekspertizalar zamanı maddi sübut kimi götürülən həmin ət nümunələrinin qidaya tam yararsız və insan sağlamlığı üçün təhlükəli olması sübuta yetirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İsrail və Fələstinin radikal HƏMAS təşkilatı atəşkəs və girov mübadiləsinə dair yeni razılaşmanın əsas bəndləri üzrə razılığa gəliblər.
Məlumata görə, hazırda hər iki tərəf atəşkəsin 40 gün davam edəcəyi və İsrail həbsxanalarından 404 fələstinli məhbusun azad edilməsi müqabilində 60 yaşdan yuxarı qadın, uşaq və kişi daxil olmaqla 40 israilli girovun azad ediləcəyi barədə razılığa gəlib.
Sövdələşmə üzrə danışıqlar Qahirədə hələ də davam edir.
İsrail Qəzzada 130 girovun qaldığını, onlardan 99-nun sağ olduğunu hesab edir.
Rusiyanın Əməkdar artisti, “Avroviziya 2008” beynəlxalq mahnı müsabiqəsinin qalibi Dima Bilan qaraçılarla böyüdüyünü etiraf edib.
Bu barədə o, jurnalistlərə verdiyi müsahibəsində danışıb.
Bilan bildirib ki, o, bu etnik qrupa mənsub insanlarla qonşuluqda yaşayıb.
Sənətçi onlarla dost olduğunu və qaraçı dilini öyrəndiyini etiraf edib.
“Mən onlara rəqs etməyi öyrətmişəm, onlar isə mənə elə də yaxşı olmayan bir şeylər öyrədiblər.
Onlar mənim dostlarımdır, mən hətta qaraçı dilini də bilirdim”, - müğənni qeyd edib.
“Məşhurluğun müsbət tərəfi odur ki, küçədən keçəndə insanlar yaxınlaşır, sevgilərini ifadə edirlər.
Yaxud deyirlər ki, sizdən zəhləm gedir.
Kimsə şəkil çəkdirmək istəyir, bu da xoşdur”.
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Eldar Qasımov deyib:""“Məşhurluğun mənfi tərəfi isə azdır.
Məsələn, hər yerdə sərbəst gəzə bilmirəm.
İctimai nəqliyyatdan istifadə etməyi çox sevirəm, amma bunu da edə bilmirəm.
İfaçı tənqid edilməsi barədə belə deyib:""“Əgər söhbət sağlam tənqiddən gedirsə, onlara qulaq asıram.
Bu sahədə peşəkardırsa, mütləq onu dinləyirəm və dərs çıxarıram.
Elə insanlar var ki, həm tənqid, həm də təhqir edirlər.
Özləri də bilmirlər ki, vəziyyət nə yerdədir, necə olmalıdır!
Danışsınlar...”"Müğənni “Avroviya-2024” Beynəlxalq Mahnı Müsabiqəsinin namizədlərindən də danışıb:""“Bütün iştirakçılar peşəkar ifaçılardır, möhtəşəmdirlər.
Hansı iştirakçı getsə, düşünürəm ki, çox uğurla bizi təmsil edəcək.
Hər bir mahnıda azərbaycançılıq, milli kolorit var.
İştirakçıların hər birinə uğurlar arzu edirəm”.
“Biz Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələbləri və sertifikasiya imtahanı verən şəxsləri yaşına, cinsinə, çalışdıqları müxtəlif sferalar üzrə fəaliyyətinə görə çeşidləyəcəyik”.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün Azərbaycan dili üzrə sertifikasiya imtahanı modelinin təqdimatında məlumat verib.
O bildirib ki, sürücülər, satıcılar, müəllimlər və digər sahələrdə çalışanların bu imtahanlardan keçməsi DİM üçün önəmlidir:""“Biz bu imtahanı iki ay pulsuz olaraq onlayn qaydada aktivləşdirəcəyik.
Onlardan müvafiq anketi doldurmalarını xahiş edirik ki, anket əsasında data yığa bilək.
Biz hər kəsdən dəstək gözləyirik.
Müxtəlif sektorların hər birindən ən azı 500 nəfərin Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanından keçməsi lazımdır.
Bu, onların hər birinin Azərbaycan dilinin leksikasına, qrammatikasına nə dərəcədə hakim olduğunu yoxlamaq və statistika hazırlamaq üçün vacibdir.
Təxminən 50 milyon insan Azərbaycan dilində danışır və bir-birini başa düşür.
Ümumilikdə C1, C2 səviyyəsini qazanan şəxslərin sayını bilməyimiz önəmlidir.
Bu gün dünya əhalisinin 60 faizinin danışdığı 40 dilin içərisinə Azərbaycan dili də daxil olmalıdır”.
DİM-in əməkdaşı Mehriban Cəfərsoy isə bildirib ki, dünya təcrübəsindən istifadə edərək hazırladıqları imtahan modeli ilə dörd bacarıq üzrə Azərbaycan dili bilikləri qiymətləndiriləcək.
Bunlar dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıqdır.
O bildirib ki, imtahanda hər bacarıq üzrə müvafiq vaxt ayrılacaq:dinləyib-anlama üçün 30 suala 45 dəqiqə, oxuyub anlama bacarığı üçün 39 suala 60 dəqiqə ərzində cavab vermək lazım olacaq.