Search is not available for this dataset
text
stringlengths
10
518k
Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalının təsviri 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində daxili və xarici çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
Xarici və daxili konturların arasında aşağı hissənin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk edilmiş, ulduzun sol tərəfindən başlayaraq qövs boyunca "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" sözləri yazılmışdır.
Daxili çevrənin mərkəzində Azərbaycan Prokurorluğunun rəsmi emblemi həkk olunmuş, emblemin sol və sağ tərəflərində palıd yarpağından çələnglər təsvir edilmişdir.
Çələnglərin yuxarı hissələrinin arasında, mərkəzdə diametri 3 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur.
Medalın ön tərəfinin səthi nahamardır, yazılar və təsvirlər relyeflidir, qızılı rəngdədir.
Medalın arxa tərəfi Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində qızılı rəngli fonda "Azərbaycan Respublikasının Prokurorluğu" sözləri yazılmışdır.
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.Medalın elementləri Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissələrinə 40 mm x 5,5 mm ölçülü qızılı rəngli hamar metal lövhə bərkidilmiş, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Göy rəngli xara lentin hər iki kənarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində sarı, 1 mm enində göy, 3 mm enində sarı, 1 mm enində göy və 1 mm enində sarı rəngli şaquli zolaqlar təsvir edilmişdir.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Pələng" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi.
Yaradılması Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər.
Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur.
Pələng" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir.
Pələng" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir.
Baş geyimləri qırmızı beretdir.
Komandirləri "Zəfər" ordenli mayor Zaur Rəhimovdur.
Pələng" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır.
Dəstənin şəxsi heyətindən 11 nəfər şəhid olmuşdur, 39 nəfər isə yaralanmışdır.
XTD Komandiri Zaur Rəhimov noyabrın 10-da Şuşa istiqamətində yaralanmışdır.
Q" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina.
Q" korpusu Taqanroq şəhəri Mayakov meydanı, ev 1 ünvanında yerləşir.
Binanın inşasına 1952-ci ildə ildə başlanılmışdır.
Tikinti işləri 1958-ci ildə bitmişdir.
Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir.
Əvvəllər isə bina Taqanroq Radiotexnika İnstutunun əsas binası olmuşdur.
Q" korpusu binasının tikintisinə 1952-ci ildə başlanılmışdır.
Bu zaman həm də tələbə yataqxanası № 1 (Oktyabr küçəsi ev 5) və № 2 (Dobrolyubovski ev 15), 42-mənzilli bina və 8 saylı orta məktəb binası inşa edilmişdir.
3 saylı orta məktəbin köhnə binası isə "Q" və "D" korpus binası yaxınlığında yerləşdirindən sökülməli idi. "Q" korpus binasının layihəsi Xalq təhsil Nazirliyi tərəfindən hazırlanmışdı.
Arxitektor isə Pyotr Vasileviç Bondarenko (digər məlumata görə Viktor Bondarenko) olmuşdur.
Tikinti işlərini "Taqanroqstroy" həyata keçirirdi.
24 oktyabr 1955-ci ildə "Q" korpus binasınım bir qanadı istifadəyə verilmişdir.
Burada radiotexnika fakültəsi yerləşirdi.
Korpusun mərkəzi hissəsi isə 1958-ci ildə istifadəyə verilmişdir.
Q" korpus binası Dövlət komisiyası tərəfindən 22 dekabr 1958-ci ildə istismara gəbul olunmuşdur.
Taqanroq Radiotexnika İnstutunda aparılan müəyyən islahatlardan sonra Cənub Federal İnstitutunun əsas korpusuna çevrilir.
Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir.
Xüsusiyyətləri Nəhəng dörd mərtəbədən ibarət bina arxitektur baxımından sovet neoklassizmi stilində inşa edilmişdir.
Qala" Dövlət tarix-etnoqrafiya qoruğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb.
Qoruğun ərazisi 81.5 ha-dır.
Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur.
Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub.
Deməli 5 min il ərzində Qala kəndi ərazisində insanlar yaşayıb fəaliyyət göstərmişlər.
Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olmuşdur.
Qala: Abşeron yarımadasında Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir.
Abşeron rayonunun inzibati ərazisi 1407,5 m².
Respublika ərazisinin təqribən 7%-ni əhatə edir.
Yarımada 70–80 km məsafədə dənizin icərilərinə uzanır.
Ümumiyyətlə ərazisinin uzunluğu 60, eni isə bəzi yerlərdə 30 km-ə catır.
Hesab edilir ki, "Abşeron" sözü fars dilindəki "ab" və "şoran" sözlərindən yaranmış və tərcümədə "duzlu su" mənasını verir.
Bu ad əvvəllər Xəzər dənizini bildirmək üçün də istifadə edilmişdir.
Bütün əhalisi 189.4 min nəfərdir.
Şəhər əhalisi 156.9 min nəfər, kənd əhalisi 32.5 min nəfərdir.
İqlimi, əsasən, mülayim isti və quru subtropikdir.
İl ərzindəki günəş parıltısının miqdarı 2200–2400 saatdır.
ən soyuq ayın orta temperaturu baxımından qışın sərtliyi ərazi üçün yumşaq (0; −5 °C), çox yumşaq (2.5–0 °C) və həddən çox yumşaq (5–2.5 °C) şəraitdə keçir.
Ölkəmizin ən az yağıntılı (200–400 mm) və ən küləkli ərazilərindəndir.
İsti dövrlərdəki (aprel-oktyabr) mümkün buxarlanma 1000 mm tərtibindədir.
İyun- sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5–25 gün ətrafında tərəddüd edir.
Küləyin orta illik sürəti 4–6 m/san və daha yüksək olur.
Göründüyü kimi, ərazi yüksək külək enerjisi potensialına malikdir.
Küləklər dördcür olur: xəzri (şimal küləyi), gilavar (cənub küləyi), gündoğuş (şərq), dağ yeli(cənub-qərb) və gicəvar.
Gilavar küləyinin istiqaməti bilinməz.
O, qısa müddətə əsər və ətrafı toz-torpoğa bürüyər.
Yarımadanın iqlimi quru subtropikdir.
İllik yağıntının miqdarı isə 200 mm-ə catır.
Yarımada axar sulara malik deyil, ümumiyyətlə isə burada su ehtiyatları azdır.
Yarımadada təbii meşəlik yoxdur.
Abşeronun hər bir kəndinin özünəməxsus tarixi kecmişi, təsərrüfat-məişət həyatı, qiymətli memarlıq abidələri olmuşdur.
Diqqətəlayiq kecmişi olan belə yaşayış məntəqələrdən biridə qala kəndidir.
Coğrafi mövqeyinə görə Qala Abşeron yarımadasının şimali-şərqində yerləşir.
Sahil yaşayış məntəqələrinə nisbətən yayda havası azca isti və quru təsir bağışlayır.
Qəsəbənin ərazisi gilli-qara-sərt torpaqlıdır.
Qədim yaşayış məskənlərindən biri olan Qala kəndi Abşeronun cənub-şərqində yerləşir.
Qala kəndində olan memarlıq abidələrinin yaranma tarixi XII–XIII əsrlərə aid edilir.
Bu dövrə aid olan Qala divarları indiyədək qalmışdır.
Bu cür tikililər onu göstərir ki, Qala hələ qədim zamanlarda da canlı mədəni- ticarət mərkəzi olmuşdur.
Rusiya imperiyasının əhali yerlərinin siyahısına görə 1873-cü ildə Qalada 431 həyət, 2331 nəfər əhali (1240 kişi, 1031 qadın) olmuşdur.
Abşeronda torpaq sahəsi ən böyük olan kənd Qala olmuşdur belə ki, torpaq sahəsi 7009 desitin olmuşdur.
Kənd canlı karvan yolu üzərində yerləşmişdir.
Qalalıların əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur.
Yerli əhali Qalanı " Taxıl kəndi" adlandırırmış.
Çünki, Qalada taxılçılıq daha çox inkişaf etmişdir.
Taxıl məhsulları xırmanda döyülürdü.
Bu məqsədlə vəldən istifadə edilirdi.
Vələ at, yaxud eşşək qoşulurdu.
Taxıl məhsullarını üyütmək üçün uzunqulaq, həmçinin at qoşulmuş "quru" dəyirmanlardan istifadə olunurdu.
Burada bağçılıqla da məşğul olmuşlar.
Bağlarda ən çox əncir, tut, nar, üzüm, heyva, alça (paraxodu), xüsusən də məşhur Şüvəlan alça ağacları var idi. Bakı kəndləri arasında Qala kəndi həm tarixinə, həm də Abşeronun mədəni irsində tutduğu yerinə görə seçilir.
Ən maraqlısı da odur ki, paytaxt şəhərə, iri sənaye mərkəzi olan Bakıya yaxın olmasına baxmayaraq, Qala kəndinin infrastrukturu və abidələri vahid kompleks şəklində olduğu kimi qalmaqdadır.
Bundan başqa yaşayış mühiti də öz əksini qoruyub saxlamışdır.
Qala Abşeronun digər kəndlərindən taxıl ehtiyatının çox olması ilə də tanınırdı.
Qalalıların əsas məşğuliyyətlərindən biri də əkinçilik olmuşdur.
Yerli əhali Qalanı "Taxıl kəndi" və ya "Taxıl Qələ" də adlandırırmış.
Kəndin ərazisində çoxlu taxıl quyuları, taxıl zirzəmiləri və tikili anbarlar vardır.
Qala qəsəbəsində həmçinin taxıl və un anbarları ilə yanaşı duz quyuları da vardır.
Qala öz bostan məhsulları ilə şöhrət qazanmışdı.
Bostan məhsullarından qarpız, qovun, şamama becərilirdi.
Öz keyfiyyətinə, şirinliyinə görə Qala ağ qovunu bütün Abşeronda məşhur idi. Kənddə cirə, lobya, noxud, zəfəran, hətta pambıq kimi texniki bitki növü də becərilirdi.