Search is not available for this dataset
text
stringlengths 10
518k
|
|---|
Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilirlər.
|
Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikası medalının təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
|
Medalın ümumi təsviri "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) 900 əyarlı qızıldan hazırlanmış, biri digərinin üzərinə yerləşdirilmiş diametri 42 mm olan iki səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
|
Alt ulduz ağ qızıldan, üst ulduz sarı qızıldan hazırlanmışdır.Maddə 2.
|
Medalın ön tərəfi Medalın ön tərəfində alt ulduzun guşələri mərkəzdə ikitərəfli hamar şüalı, mərkəzdən sol və sağ tərəflərə doğru hamar pilləvarı formadadır.
|
Üst ulduzun guşələri uclarında kiçik kürəciklər olmaqla, ikitərəfli hamar şüalıdırlar.
|
Üst ulduzun mərkəzində zolaq ilə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
|
Lövhənin ətrafında guşələri hamar şüalı səkkizguşəli ulduz təsvir olunmuşdur.
|
Zolağın üzərində səkkiz ədəd maili xətlər vardır.
|
Dairəvi lövhənin mərkəzində tünd qırmızı minalı fonda aypara və ulduz təsvir olunmuşdur.
|
Bütün elementlər relyefli olaraq qabarıqdır.Maddə 3.
|
Medalın arxa tərəfi Medalın arxa tərəfi hamar səthlidir, mərkəzdən yuxarıda "VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI" sözləri, mərkəzdə "VƏTƏN MÜHARİBƏSİ 2020" sözləri və rəqəmləri yazılmışdır.
|
Yazılar və rəqəmlər relyefli olaraq qabarıqdır.Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.Maddə 4.
|
Medalın elementləri Medalın paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
|
Üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun rənglərdə zolaqlar təsvir olunmuş xara lentin mərkəzinə səkkizguşəli ulduz bərkidilmişdir.
|
Lentin yuxarı hissəsinə 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.
|
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
|
Təltif edilənlər Həmçinin bax Vətən Müharibəsi Qəhrəmanı Azərbaycanın Milli Qəhrəmanı "Qızıl ulduz" medalı
|
Vətən müharibəsi iştirakçısı" medalı — Azərbaycanın dövlət təltifi və medalı.
|
İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
|
Təltif edilən şəxslər "Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.
|
Təltif edən orqan "Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Prezidenti təltif edir.
|
Taxılma qaydası "Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Laçının azad olunmasına görə" medalından sonra taxılır.
|
Medalın təsviri Medalın ümumi təsviri "Vətən Müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin ətrafı üçbucaq formalı xətlərlə, guşələrinin arası qövsvarı xətlərlə konturlanmış, guşələri ikitərəfli hamar şüalı, guşələrinin arası 32 ədəd qısa ikitərəfli hamar şüalı diametri 42 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
|
Medalın ön tərəfi Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
|
Xarici və daxili çevrələrin arasında qırmızı minalı fonda yuxarı qövs boyunca VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI sözləri yazılmışdır, aşağı qövs boyunca mərkəzdən sol və sağ tərəflərə doğru dəfnə çələngləri təsvir olunmuşdur.
|
Yazı ilə çələnglərin arasında, sol və sağ tərəflərdə iki səkkizguşəli ulduz təsvir olunmuşdur.
|
Daxili çevrənin içərisində səthi relyefli xətlərlə işlənmiş dairənin mərkəzində qoşa xətlərlə konturlanmış səkkizguşəli ulduz formalı lövhə, lövhənin mərkəzində isə ikitərəfli hamar şüalı səkkizguşəli ulduz təsvir olunmuşdur.
|
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.
|
Medalın arxa tərəfi Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
|
Medalın elementləri Medalın paltara bərkidilmək üçün elementi vardır.
|
Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı — Azərbaycanın dövlət təltifi (medal).
|
İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
|
Təsis edilməsi 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
|
Əsasnamədə deyilir: Maddə 1.
|
Təltif edilən şəxslər "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması və dövlət sərhədlərinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə fədakar əməyinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları təltif edilir.Maddə 2.
|
Təltif edən orqan "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3.
|
Taxılma qaydası "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətən müharibəsi iştirakçısı" medalından sonra taxılır.
|
Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
|
Medalın ümumi təsviri "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, xarici və daxili çevrələrlə konturlanmış, diametri 38 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2.
|
Medalın ön tərəfi 2.1.
|
Medalın ön tərəfində daxili və xarici çevrələrin arasında yuxarı qövs boyunca "VƏTƏN MÜHARİBƏSİNDƏ" sözləri, aşağı qövs boyunca "ARXA CƏBHƏDƏ XİDMƏTLƏRƏ GÖRƏ" sözləri yazılmışdır.
|
Daxili konturun mərkəzdən yuxarı hissəsində şaquli vəziyyətdə biri digərindən kiçik olmaqla bir-birinin üzərinə iki oval formalı lövhə yerləşdirilmişdir.
|
Altdakı ovalın üzərində doğan günəş şüaları təsvir olunmuşdur.
|
Kiçik ovalın üzərində tünd yaşıl minalı fonda alov təsvir olunmuşdur.
|
Daxili çevrə ilə oval lövhənin arasında sol və sağ tərəflərdə aşağıdan yuxarıya doğru oval lövhəni əhatə edən dəfnə çələngləri təsvir olunmuşdur.
|
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 3.
|
Medalın arxa tərəfi Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.Maddə 4.
|
Medalın elementləri 4.1.
|
Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçülü tünd yaşıl rəngli beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
|
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
|
Vətən uğrunda" medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
|
10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir.
|
Tarixi və əsasnaməsi "Vətən uğrunda" medalı Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy Əliyev tərəfindən 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 608-IQ saylı Qanunu ilə təsdiq edilmişdir.
|
Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiklərinə görə; Dövlətin milli təhlükəsizliyinin təmin edilməsində fəaliyyətinə görə; Dövlət quruluşunun müdafiəsində iştirakına görə.
|
Vətən uğrunda" Azərbaycan Respublikasının medalı digər orden və medalları olduğu halda döşün sol tərəfinə ordenlərdən sonra taxılır.
|
Vətən uğrunda" medalının təsviri 2 fərqli formada verilmişdir.
|
Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 34-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir.
|
Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "Vətən uğrunda" medalı bürüncdən tökülmüş, çevrəsi boyunca bəzəyi olan 36 mm diametrli girdə lövhədən ibarətdir.
|
Medalın mərkəzində Azərbaycan Respublikasının Gerbi yerləşdirilib, onun altında isə iki kəsişən qılınc göstərilib.
|
Gerbin üstündə çevrə boyunca "Vətən uğrunda" sözləri yazılmışdır.
|
Yazı və təsvirlər qabarıqdır.
|
Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur.
|
Medal halqa və ilgəyin vasitəsilə 27 mm x 43 mm tünd və açıq palıdı tonda xara lentlə bükülmüş nazik düzbucaqlı lövhəyə birləşdirilir.
|
Lövhənin aşağı hissəsində milli ornament üslubunda təsvir olunmuş halqalı düzbucaqlı çıxıntı, arxa tərəfində isə paltara bərkidilmək üçün müvafiq bərkidici element vardır.
|
Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27mm x 9 mm ölçülü qəlib əlavə olunur.
|
Medalının ikinci və hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 730-IVQD nömrəli Qanunu ilə təsdiq olunmuşdur.
|
Medalın təsviri aşağıdakı kimi verilmişdir: "Vətən uğrunda" medalı bürüncdən tökülmüş, çevrəsi boyunca bəzəyi olan 36 mm diametrli dairəvi lövhədən ibarətdir.
|
Medalın mərkəzində Azərbaycan Respublikasının Dövlət gerbinin, onun altında iki kəsişən qılıncın təsviri yerləşdirilmişdir.
|
Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirinin yuxarısında çevrə boyunca "Vətən uğrunda" sözləri yazılmışdır.
|
Yazı və təsvirlər qabarıqdır.
|
Arxa tərəfi hamar səthlidir, ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur.
|
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir.
|
Tünd palıdı rəngli xara lentin mərkəzində üç zolaq təsvir edilmişdir.
|
Hər üçü açıq palıdı rəngdə olan həmin zolaqların 15 mm enində olanı mərkəzdə, 3 mm enində olanları mərkəzdə yerləşən zolaqdan 2 mm aralıqda olmaqla, onun kənarları boyunca yerləşdirilmişdir.
|
Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, aşağı hissəsinə milli ornament təsvirli, 40 mm x 7 mm ölçülü qızılı rəngli təbəqə bərkidilmişdir.
|
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
|
Vətən uğrunda" medalı ilə təltif edilənlərin siyahısı Abbasov Asif Nuru oğlu (polkovnik-leytenant) — 16.03.2005 Bağırov Namiq Sahib oğlu (polkovnik) — 16.03.2005 Çovdarov Akif Teymurxan oğlu (polkovnik) — 16.03.2005 Ələsgərov Elmar Eldar oğlu (polkovnik) — 16.03.2005 Əliyev Namiq Azərpaşa oğlu (polkovnik-leytenant) — 16.03.2005 İsmayılov Allahverən İbiş oğlu (polkovnik) — 16.03.2005 Qulubəyov Mamay Maqsud oğlu (mayor) — 16.03.2005 Lətifov Nazim İsfəndiyar oğlu (mayor) — 16.03.2005 Məmmədov Azər Fərhad oğlu (kapitan) — 16.03.2005 Məmmədov Firdovsi Firudin oğlu (polkovnik) — 16.03.2005 Nağıyev Vəli Nağı oğlu (polkovnik-leytenant) — 16.03.2005 Tağızadə Nail Rahil oğlu (polkovnik-leytenant) — 16.03.2005 Cəfərov Çingiz Binnət oğlu (leytenant) — 30.06.2005 Quliyev Xalid Hüseynxan oğlu — 30.06.2006 Əlibəyov Mövlan Hacı oğlu (polis baş serjantı) — ölümündən sonra — 30.06.2006 Hacıyev Samir Ənvər oğlu (polis sıravi) — ölümündən sonra — 30.06.2006 Rzayev Rasim Heydər oğlu (polkovnik-leytenant) — 30.06.2006 Allahquliyev Vüqar Zülfüqar oğlu (mayor) — 27.03.2007 Əsədov Hilal Mirzəli oğlu (general-mayor) — 27.03.2007 Əsədullayev Ədalət Hüseyn oğlu (polkovnik) — 27.03.2007 Əzizov Eldar Həsən oğlu (polkovnik) — 27.03.2007 Nurməmmədov Malik Nurməmməd oğlu (polkovnik-leytenant) — 27.03.2007 Ömərov Elxan Kavı oğlu (polkovnik-leytenant) — 27.03.2007 Tağıyev Ramiz Sadıq oğlu (polkovnik) — 27.03.2007 Usubov Mütəllim Məhiş oğlu (polkovnik) — 27.03.2007 Hüseynov Zakir Əmir oğlu (polkovnik-leytenant) — 16.08.2007 Həsənov Zakir Əsgər oğlu — general-leytenant — 11.03.2008 Xəlilov Şirin Heydər oğlu — general-mayor — 11.03.2008 Kərimov Əli Hüseyn oğlu (ölümündən sonra) — 24.06.2008.
|
Mehdiyev Əbülfəz Bəbir oğlu (ölümündən sonra) — 25.06.2008.
|
Abdullayev Polad Fərrux oğlu (mayor) — 28.03.2009 Əliyev Əlimusa İsmayıl oğlu (general-mayor) — 28.03.2009 Hüseynov Məhəmməd Rəhim oğlu (mayor) — 28.03.2009 Xəlilov Tahir Həmid oğlu (polkovnik-leytenant) — 28.03.2009 Quliyev Elşad Vəli oğlu (polkovnik-leytenant) — 28.03.2009 Mahmudov Yaşar Mahmud oğlu (baş leytenant) — 28.03.2009 Məmmədov Rauf Kərim oğlu — 28.03.2009 Novruzov İlqar Qəzənfər oğlu (mayor) — 28.03.2009 Orucəliyev Elnur Akif oğlu (mayor) — 28.03.2009 Vahabov Fərhad Hüseyn oğlu (general-mayor) — 28.03.2009 Rzayev Ceyhun Fərzalı oğlu (general-mayor) — 29.03.2010 Yaqubov Məzahir Şahbala oğlu (tibb xidməti polkovniki) — 29.03.2010 Axundov Vaqif Tofiq oğlu (polkovnik-leytenant) — 29.03.2010 Vəliyev Pərviz Şamir oğlu (polkovnik-leytenant) — 29.03.2010 Babayev Arif Vaqif oğlu (mayor) — 29.03.2010 Abbasov Ədalət Hekayət oğlu (polkovnik-leytenant) — 21.08.2010 Hüseynov Adil Hüseynağa oğlu (polkovnik-leytenant) — 21.08.2010 İbrahimov Mircəlal Cəfərağa oğlu (polkovnik-leytenant) — 21.08.2010 Həmzəyev Rəşad Firidun oğlu (mayor) — 21.08.2010 Əhmədov Fuad Ramiz oğlu (mayor) — 18.03.2011 Hüseynov Rüstəm Məhəmməd oğlu (mayor) — 18.03.2011 İbrahimov Rövşən Xudaverdi oğlu (kapitan) — 18.03.2011 Ləzgiyev Akif Əkbər oğlu (polkovnik-leytenant) — 18.03.2011 Məmmədov Səlim İmran oğlu (polkovnik) — 18.03.2011 Seyidov Cavid Mircəfər oğlu (polkovnik-leytenant) — 18.03.2011 Rzayev Qadir Tələt oğlu (polkovnik-leytenant) — 16.08.2011 Kərimov Zülfü Habil oğlu (Baş Leytenant)-15.08.2011 Masallı rayonu Qızılağac kəndi.
|
Cəfərov Mahir Sabir oğlu (mayor) — 27.03.2012 Əliyev Elçin Ərsalan oğlu (polkovnik) — 27.03.2012 Qasımov Vüqar Qurban oğlu (polkovnik-leytenant) — 27.03.2012 Məmmədov Abdulla Əli oğlu (polkovnik-leytenant) — 27.03.2012 Muradov Seymur Nurəddin oğlu (kapitan) — 27.03.2012 Novruzov Azər Elşən oğlu (baş leytenant) — 27.03.2012 Rəşidov Elşən Ələşrəf oğlu (baş leytenant) — 27.03.2012 Cəfərov Eyvaz Məmməd oğlu (general-mayor) — 25.06.2012 Bərxudarov Mais Şükür oğlu (polkovnik) — 25.06.2012 Həsənov Hikmət Hüseyn oğlu (polkovnik) — 25.06.2012 Həsənov Üzeyir Mikayıl oğlu (polkovnik-leytenant) — 25.06.2012 İsayev Səid Qurban oğlu (polkovnik-leytenant) — 25.06.2012 Cəfərov Ceyhun Sədulla oğlu (mayor) — 25.06.2012 Nuriyev Ramin Sabir oğlu (mayor) — 25.06.2012 İmanov Şəfayət Kamal oğlu (gizir) — 25.06.2012 Həsənov Elnar Süleyman oğlu (gizir) — 25.06.2012 Cəfərov İsrafil Məmməd oğlu — kapitan — 27.03.2013 Əliyev Ruzi Əli oğlu — polkovnik-leytenant — 27.03.2013 Qəhrəmanov Elmar Elman oğlu — kapitan — 27.03.2013 Manafov Aydın Manaf oğlu — polkovnik — 27.03.2013 Rzayev Elçin Daxil oğlu — baş leytenant — 27.03.2013 Yusifov Bəhman Nəriman oğlu — polkovnik-leytenant — 27.03.2013 24 iyun 2021 17 avqust 2022 1.
|
Əmrahov Vüsal Məhyəddin oğlu – polkovnik 2.
|
Gülməmmədov Zaur Akif oğlu – 1-ci dərəcəli kapitan 3.
|
Məmmədov Vaqif Vahid oğlu – 1-ci dərəcəli kapitan 4.
|
Osmanov Vahid Əlisa oğlu – polkovnik 5.
|
Piriyeva Aliyə Əli qızı – polkovnik 6.
|
Abdullayev Valeh Məmməd oğlu – polkovnik-leytenant 7.
|
Cəfərov İlham Nizami oğlu – polkovnik-leytenant 8.
|
Əsədov Mahir Adil oğlu – polkovnik-leytenant 9.
|
Əsədzadə Əsəd Oktay oğlu – polkovnik-leytenant 10.
|
Həşimov Pərviz Mehman oğlu – polkovnik-leytenant 11.
|
Məmmədov Tural Akif oğlu – polkovnik-leytenant 12.
|
Əhmədov Elburus Səmrəddin oğlu – mayor (ölümündən sonra) 13.
|
Əliyev Emil Elman oğlu – mayor (ölümündən sonra) 14.
|
Fətullayev Şahsuvar Fətulla oğlu – mayor 15.
|
Novruzov Mehman Novruz oğlu – mayor 16.
|
Şükürov Surac Baba oğlu – mayor 17.
|
Əhmədxanov Ceyhun Xanlar oğlu – tibb xidməti kapitanı (ölümündən sonra) 18.
|
Qaraisayev Teymur Ənvər oğlu – kapitan (ölümündən sonra) 19.
|
Eyvazov Samir Elmar oğlu – baş leytenant (ölümündən sonra) 20.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.