Datasets:
Tasks:
Question Answering
Modalities:
Text
Formats:
json
Languages:
Azerbaijani
Size:
< 1K
Tags:
faq
License:
id int64 1 49 | question stringlengths 14 306 | answer stringlengths 127 1.52k |
|---|---|---|
1 | Özəlləşdirmə hərraclarında necə iştirak etmək olar? | Hərrac elanı və özəlləşməyə çıxarılan dövlət əmlakları barədə məlumat hərrac gününə ən azı 30 (otuz) gün qalmış İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (www.emlak.gov.az) və mətbuatda dərc olunur. Özəlləşmədə iştirak etmək istəyənlər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank g... |
2 | Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və ya qeyri-yaşayış sahəsi digər şəhər və rayonda yerləşirsə vətəndaş hərraca qoşulmaq üçün nə etməlidir? | Sifariş verilən əmlaklara dair hərraclar onların yerləşdiyi rayon və şəhərlərdə keçirilir. Hərrac zamanı iştirakçılar müvafiq ünvanlara getməklə yanaşı, onlayn hərrac vasitəsi ilə olduqları məkandan hərraca qoşula bilərlər. Həm canlı, həm də onlayn hərrac bir sistem üzrə aparılır. Elektron hərraca qoşulmaq üçün hərrac ... |
3 | 2019-cu ildə tikintisi başa çatdırılmış qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarış almaq üçün hansı sənədlər tələb olunur? | Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd tələb olunur. Qeyri-yaşayış sahəsinə dair tələb olunan sənədlərə isə tikintiyə i... |
4 | Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə hansı cərimələr mövcuddur? | Mülkiyyətdə və icarədə olan torpaq sahəsi yalnız məqsədli təyinatına uyğun istifadə olunmalıdır. Əks halda İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə uyğun olaraq torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxsl... |
5 | Hərracda sifarişçi iştirak etmədiyi və ya qalib olmadığı halda ödədiyi 10% beh geri qaytarılırmı? | Hərracda iştirak edilmədiyi, iştirak edib qalib olunmadığı və ya sifariş verdikdən sonra hərracda iştirak etməkdən imtina edib sifarişi ləğv etmək istədiyi halda dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində beh geri qaytarılır. Bunun üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə no... |
6 | Elektron çıxarışın hazır olması ilə bağlı mobil nömrəyə SMS bildiriş gəldiyi halda sistemdə hazır çıxarışa necə baxmaq olar? | SMS bildirişdə çıxarışın reyestr və qeydiyyat nömrələri, o cümlədən elektron çıxarışın təsviri ilə bağlı link göndərilir. Həmin linkə daxil olaraq Elektron çıxarışın təsvirini əldə etmək olar. Çıxarışın təsvirinə baxmaq üçün İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (www.e-services.economy.gov.az) daxil ol... |
7 | Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərraclar hansı ünvanlarda keçirilir? | Bakı şəhəri üzrə hərraclar Nizami rayonu, Xəlil Rza Ulutürk 20 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında və regionlar üzrə hərraclar Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinin inzibati binasında keçirilir. |
8 | MMC tərəfindən tikilmiş binadan mənzil almışam. Həmin mənzilə çıxarış almaq üçün hansı sənədlərim olmalıdır? | İlk növbədə həmin mənzilin yerləşdiyi bina üzərində MMC-in mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Əgər binaya dair MMC-nin adına çıxarış vardırsa, MMC ilə mənzil sahibi arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi olmalıdır. Bundan sonr... |
9 | Mənzil-tikinti kooperativindən (MTK-dan) mənzil almışam. Çıxarış almaq üçün hansı sənədlərim olmalıdır? | İlk növbədə MTK-ın inşa etdiyi binanın istismara qəbul edilib-edilmədiyi (istismara qəbul aktının olub-olmadığı) aydınlaşdırılmalıdır. Əgər bina istismara qəbul edilibsə, dövlət reyestrindən çıxarış almaq üçün 2 sənəd olmalıdır:
Mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı;
Maliyyə arayışı (bu ara... |
10 | Daşınmaz əmlakın mövcudluğu barədə arayışı necə əldə etmək olar? | Respublika üzrə daşınmaz əmlakın mövcudluğu barədə arayışı əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin müvafiq rayon üzrə ərazi idarəsinə yaxınlaşmaq lazımdır.
İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalından (www.e-services.economy.gov.az) “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınm... |
11 | Bələdiyyə tərəfindən vətəndaşlara ayrılan torpaqlara dair dövlət reyestrindən çıxarışın alınması üçün hansı sənədlər tələb olunur? | “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə Bələdiyyənin qərarı və alqı-satqı (aktla tərtib edilmiş) müqaviləsi tələb olunur. 01.12.2007-ci il tarixindən sonra isə hərrac protok... |
12 | Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı nədir? | “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqa... |
13 | Daşınmaz əmlakın dövlət reyestrində hansı hüquqlar qeydiyyata alınır? | Daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları, o cümlədən servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, lizinq, tikintiyə vərəsəlik hüququ və s. hüquqlar qeydə alınır. |
14 | Daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqların tanınması nə deməkdir? | Daşınmaz əmlak üzərində fiziki və hüquqi şəxslərin hüquqlarını 6 iyul 2006-cı il tarixinədək olan dövrdə dövlət qeydiyyatına almış orqanların (məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi və s.) verdiyi dövlət aktları, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin öz hüquqi qüvvəsi... |
15 | Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış kimlərə verilir? | “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibi... |
16 | Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış neçə gün müddətində verilir? | «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış 1 iş günü müddətində verilir. |
17 | Daşınmaz əmlak üzərində hüquqlar neçə gün müddətində dövlət qeydiyyatına alınır? | «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq ərizənin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınır. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkm... |
18 | İpotekanın dövlət qeydiyyatı neçə gün müddətində aparılır? | “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır. |
19 | İpotekanın dövlət qeydiyyatı necə aparılır? | Daşınmaz əmlakın ipotekası haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında ipotekanın dövlət qeydiyyatı aparılır. |
20 | Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilmiş ərizədə nələr göstərilir? | «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ... |
21 | Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina üçün hansı əsaslar vardır? | Hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi ilə müəyyən edilmişdir. Onlar aşağıdakılardır:
dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;
hüquqların dövlət qeydiyyatı üçün nota... |
22 | Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq hansı qaydada mübahisələndirilə bilər? | “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. |
23 | Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə hansı tələblər qoyulur? | “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
Həmin qanun... |
24 | Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alındığını təsdiq edən sənədin adı nədir? | “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. |
25 | Daşınmaz əmlak üzərində icarə və ya istifadə hüquqları hansı qaydada qeydiyyata alınır? | “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tə... |
26 | Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış itirildikdə onu yenisi ilə əvəz etmək mümkündürmü? | Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2020-ci il tarixli 1142 nömrəli Fərmanının 4.2-ci bəndinə uyğun olaraq itirilmiş, məhv olmuş və ya yararsız hala düşmüş kağız çıxarışlarla bağlı yalnız hüquq sahibinin ərizəsi əsasında, hər hansı digər sənəd (polis orqanının arayışı, qəzetdə elan) və ödəniş tələb olunmada... |
27 | Xarici ölkə vətəndaşı Azərbaycanda torpaq mülkiyyətçisi ola bilərmi? | Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Bununla yanaşı, 3 halda xarici... |
28 | Torpaqların kateqoriyalara aid edilməsi hansı qanunvericilik normaları ilə müəyyən edilir? | Torpaqların kateqoriyalara aid edilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir və məqsədli təyinatına, hüquqi rejiminə uyğun olaraq kənd təsərrüfatı, yaşayış mənt... |
29 | Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi hansı qaydada tənzimlənir? | Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə və Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqori... |
30 | Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə vəsatətlərə baxılmasından hansı hallarda imtina edilir? | Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə vəsatətlərə baxılmasından aşağıdakı hallarda imtina edilir:
vəsatət “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olmayan subyektlər tər... |
31 | Özəlləşdirilən dövlət müəssisələrinin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı hansı müddətdə həyata keçirilir? | Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramınına əsasən əmək kollektivi üzvü və onlara bərabər tutulan şəxslərə güzəştli satış 25 gün ərzində həyata keçirilir. |
32 | Sifarişçi hansı hallarda hərracda iştirak etməyə buraxılmır? | Sifariş vermiş şəxs qanunvericiliyə müvafiq olaraq alıcı kimi tanınmadıqda;
sifarişçinin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə;
hərracın keçirilməsi haqqında məlumatda göstərilən siyahı üzrə sənədlər tam şəkildə təqdim olunmadıqda, yaxud onlar lazımı qaydada tərtib edilm... |
33 | Dövlət əmlakının satışı üzrə təşkil olunan hərraclarda qalib alıcı tərəfindən ödəniləcək məbləğ neçə gün müddətinə ödənilməlidir? | “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na əsasən hərracın qalibi alqı-satqı müqaviləsinin bağlandığı andan ən geci 30 (otuz) bank günü müddətində ödənilməli olan pul vəsaitini satıcının müəyyən etdiyi hesaba köçürməlidir. Müəyyən olunmuş müddətdə alıcı qeyd olunan məbləği ödəmədiyi halda alqı-satqı müq... |
34 | Müsabiqə və hərraclarda qalib gəlmiş hüquqi və ya fiziki şəxslər bələdiyyə ilə neçə gün müddətində mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müqavilə bağlaya bilər? | Müsabiqə və hərraclarda qalib gəlmiş hüquqi və ya fiziki şəxslər bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Əmlak Məsələləri Dövlət Xidməti arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. (23 oktyabr 2003-cü il tar... |
35 | Müvafiq bələdiyyənin ərazisində nə qədər vaxt yaşayan şəxsin özünə torpaq ayrılmasını tələb etmək hüququ vardır ? | Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində... |
36 | Fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahələrinin verilməsi üçün vətəndaşlar hansı qurumlara müraciət etməlidir və proses necə tənzimlənir? | Fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə torpaq sahələri bələdiyyələrin ehtiyat fondundan verilir. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə torpaq sa... |
37 | Hansı yaşayış evlərinin tikintisi üçün tikintiyə icazə tələb olunmur? | Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı tətbiq edilən, yəni mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaş... |
38 | Aşırım nədir və necə hesablanır? | Yük daşıyan konstruktiv elementlərin mərkəzi oxları arasındakı məsafəsi. Yəni yük daşıyan divarın mərkəzi oxundan qarşıdakı divarın mərkəzi oxuna qədər olan məsafə kimi götürülür. |
39 | Mənzillərin ümumi sahələri hesablanarkən balkonların, terrasların, şüşəbəndlərin, lociyaların və eyvanların sahələri mənzilin ümumi sahəsinə daxil edilirmi? | Mənzillərin ümumi sahələri hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyaların sahələri – 0,5 azalma əmsallarına vurulmaqla, eyvanların sahələri isə tam olaraq mənzilin ümumi sahəsinə daxil edilir. |
40 | Bağ sahələri üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün hansı hüquqmüəyyənedici sənəd təqdim edilməlidir? | Bağ sahələri üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci bəndinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqav... |
41 | Kadastr nədir? | “Kadastr” ifadəsi latın sözü olan “capitastrum” sözündən əmələ gəlib və “əşyaların siyahıya alınması” mənasını verir. Kadastr işlərinin tarixi dünyada çox qədim dövrə təsadüf edir. Torpağın becərilməsi, insanlar arasında əşya mübadiləsi, əmlak alqı-satqısı, müxtəlif cür vergilərin meydana gəlməsi tarixi elə kadastr iş... |
42 | Daşınmaz əmlakın kadastr uçotu dedikdə nə başa düşülür? | Daşınmaz əmlakın kadastr uçotu - kadastr orqanı tərəfindən daşınmaz əmlak obyektlərinin yerləşmə, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi və ilkin, habelə yeniləşən məlumatların daşınmaz əmlakın kadastrında qeydə alınmasıdır.Uçota cəlb edilən obyektlərin sayından, işin həcmindən asılı olaraq kadastr u... |
43 | Vətəndaşa dövlət torpaq kadastrı məlumatları necə təqdim olunur? | Kadastr məlumatları vətəndaşın elektron və ya ərizə ilə müraciəti əsasında ona elektron və (və ya) kağız formalarında ödənişli və ya ödənişsiz əsaslarla verilir. |
44 | Torpaq sahəsinin kadastr uçotuna alınmasından hansı hallarda imtina edilə bilər? | Aşağıdakı hallarda daşınmaz dövlət kadastr uçotunu aparan orqan ona uçot məqsədləri üçün təqdim edilən sənədləri qəbul etməkdən imtina edə bilər:
təqdim olunmuş sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (düzəlişlər edilmiş (sözün üzərindən xətt çəkilmiş, pozulmuş) və bu... |
45 | Yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar çıxarış üçün əsasdır? | Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 iyul tarixli 444 nömrəli Fərmanına əsasən, 2001-ci il yanvarın 1-dək texniki inventarlaşdırma orqanları tərəfindən yaşayış və bağ evlərinə verilmiş texniki pasportlar müvafiq daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd hesab o... |
46 | Yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar çıxarış üçün əsasdır? | Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 iyul tarixli 444 nömrəli Fərmanına əsasən, icra hakimiyyəti başçılarının yerli nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş torpaq ayırma qərarları daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün hüquqi əsas hesab edilir.
Yerli nümayəndəliklər... |
47 | Sovxoz və kolxoz olmayan digər kənd təsərrüfatı müəssisələrinin əmrləri qeydiyyat üçün hüquqi əsas yaradır? | Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli 444 nömrəli Fərmanına əsasən, artıq sovxoz və kolxozlarla yanaşı, digər kənd təsərrüfatı müəssisələrinin vermiş olduğu “torpaq sahəsinin ayrılması barədə əmrlər” də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün hüquqi sənəd hesab edilir. Beləl... |
48 | Yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarlarının (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla) çıxarış üçün hüquqi əsası var? | Qəbul edilmiş dəyişikliklərə əsasən, artıq rayon xalq deputatları sovetlərinin qərarları ilə yanaşı SSRİ dövründə zəhmətkeş deputatları sovetləri tərəfindən verilmiş “yaşayış evinin və ya mənzilin mülkiyyətə verilməsi barədə qərarlar” da hüquqmüəyyənedici sənəd hesab olunur. Əgər torpaq sahəsinin ölçüsü bu qərarlarda g... |
49 | Yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən 10.08.2004-cü ilədək verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi hüquqi əsas kimi tanınır? | Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanına əsasən, yaşayış evi tipli (xalq arasında daha çox “fin tipli” kimi tanınan) mənzillərin sökülməsi və yerində fərdi yaşayış evinin inşasına dair yerli icra hakimiyyəti orqanları tərəfindən 10 avqust 2004-cü ilədək, yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qan... |
README.md exists but content is empty.
- Downloads last month
- 17