audio audioduration (s) 0.4 12 | text stringlengths 5 150 |
|---|---|
Heç olmasa beş-altı nəfərsiz də. | |
Təşəkkür edirəm, siz yaxşı olun. | |
Səni sevərək izləyirəm. | |
Ümumiyyətcə kim qəşəng danışa bilir, qonaqlarını gözəl təqdim edə bilir | |
və onun içindəkiləri, çılğınsız, çılğınsız bir variantda içindən çıxarda bilir, onları sevirəm mən. | |
Mənim içimdə 20 qadın var. | |
Bilmirəm, o sənin verdiyin suallardan asılıdır. <chuckles> | |
Yaxşı ki, Oskar mükafatına getmədim. | |
Məncə əziyyəti sevməkdir. | |
Röya ümumiyyətlə əziyyəti sevər. | |
Xərcləməyi sevər. | |
Xərcləmək tək maliyyə tərəfdən demirəm ha, bütün enerjisini, dünyasını, fikirlərini. | |
Və nə yaxşı ki, bu il, il girəndə dedim ki, bu il bizim 25 illiyimizdir. | |
Və mən dövlətimiz tərəfindən layiqincə mənə qoyulan o hörməti də gördüm. | |
Artıq xalq artistiyəm. | |
Bəli, çox gözəl mahnılarım var. | |
Mən bundan sonra nə edə bilərəm ki, daha da çox təəccüblənsinlər, daha da çox maraqlı olsun. | |
Və o 20 qadın Röya var ha, o 20-sindən birini yoxlamaq istədim ki, görəsən başqa ölkədə mənim duruşum nətər olacaq? | |
Necə bir qadınam mən? | |
Özümü uzaqdan izləmək istədim. | |
Çünki bu ölkədə yalnız mənim tanıdığım fotoqraflardır, videoqraflardır. | |
Amma başqa ölkədə məni necə mənə göstərəcəklər, o mənim üçün çox maraqlı idi. | |
Və mən düşünürəm ki, biz komanda olaraq bunu çox gözəl bacardıq. | |
Çox maraqlı da alındı. | |
Və biz gecə ilə uçduq gəldik Bakıya. | |
Səhər artıq oyandıq, Səs Azərbaycana getdik. | |
Sizə deyim ki, içimdə bir duyğu vardı, bilirdim mən qalib olacam. | |
Bəli, bunu hiss edirsən, əlbəttə. | |
Bilirsiz nədən? Həyəcanlı oldumsa bitdim mən. | |
Mən dörd gün hamıya dedim ki, mən o yıxacaq, mən ordan düşəcəm. | |
Neçə dəfə qaldırdılar, başladım qışqırıb ağlamağa və helə də oldu. | |
Demək ki, insanın özü-özünə göndərdiyi bir enerji var, o çox doğru bir şeydir. | |
Mən Kana gedəndə də özümə yaxşı enerji göndərmişdim. | |
Mən Səs Azərbaycana gələnə də demişdim ki, biz olacağıq. Və mahnını da doğru seçmişəm. | |
Dedim ki, bir mahnı var bilmirəm sizə maraqlı gələcək yoxsa yox. | |
Nailə xanım Mirməmmədlidən Gülağa Tənha | |
Çünki iki qadın ancaq bu sözü bir-birinə deyə bilər. | |
Və nə yaxşı ki biz demişik, bilirsən, quzum. | |
Doğrudan da mənim Cəmilə üçün edəcəyim artıq heç nə qalmadı. | |
Məncə sən artıq özün üçün nəsə edəcəksən. | |
Etməsən məni yandırarsan. | |
Yəni bu qədər gücümü <chuckles>, sənin üzərinə qoyduğum o enerjini, məhəbbəti istəyərəm ki yüksəltsin. | |
Elə bildim ki, mən o dünyanın qadınıyam. | |
Orda yaşayıram və hər zaman hara getsəm məni tanıyırlar <giggles>. | |
İçimdən başqa bir Röya çıxdı. | |
Özüm də onunla yeni tanış oldum. | |
Və bilirsiz, o özümə baxdım və dedim, sən çox şey edəcəksən hələ. | |
Səndən qorxuram <chuckles>. | |
Bəli, özümdən qorxdum. | |
Yəni özümü izlədim və özümdən qorxdum. | |
Məni bir az yorur. | |
Məni çox yorur. Məsəl üçün bu gün yuxudan durdum, istədim zəng vurub deyim ki, olar bu gün gəlməyim? | |
Sonra dedim ki, yox, insanlar bu qədər hazırlaşıblar. | |
Dedim ki, qovdum başımdan o Röyanı, qovdum. | |
Durdum hazırlaşdım. <laughs> | |
<laughs> Əlbəttə ki. Çünki mənim həyatda ən sevmədiyim şeylərdən biri də birinin gözünü yolda qoymaqdır. | |
Onun xəyallarını, onun arzusunu, yəni bir yerə ya gedərəm, heç vaxt da gecikmərəm. | |
Ona görə də, ya da getmərəm, bunu da öncədən bilərlər yəni. | |
Ona görə də o fikirlərlə mübarizə aparmaq var ha içimdə. | |
Bir də görürsən kiməsə çılğıncasına cavab qaytarıram, vay-vay. | |
O qadın bir söz deyir, bu qadın bu söz, bu deyir düz elədin, bu deyir səhv elədin. | |
Sən niyə belə elədin? Səhər ayılıram dəli kimi ki, bəsdir <laughs>. | |
Susun! <laughs> | |
Çünki ikisi də özü üzərində işləyən, ikisi də xalqını sevən, ikisi də Azərbaycana sadiq olan bir xanımdır. | |
Ona görə düşünürəm ki, ikisini də küsdürmək heç də yaxşı deyil. | |
Biri içinə salacaq, tez çürüyəcək. | |
Xeyr, qıraqdan müşahidə edirəm sadəcə olaraq. | |
Bir ailə başçısı. | |
Qadın kimi kişi, sən kişi kimi qadınsan, nifrət edirəm o sözə. | |
Mən qadın kimi qadınam. | |
Çünki anamın bir dənə sözü var, deyir ki, övlad heç vaxt atadan yetim qalmır, anadan yetim qalır. | |
Qadın övlad atasını da itirsə, qadın onu toparlaya bilir, o qadına sarıla bilir, başını qoya bilir. | |
Məncə qadınlar edəcəyi bir şeyi kişilər çəkinər, qorxar, o çəkilən yükü. | |
Qadın bir gözünə ağlayır, gülür, o birisi gözü ilə belə-belə təzədən çıxır övladlarının, qohumlarının qabağına. İşdən sonra mən bax o Röyayam. | |
Dostlarını başına yığan, deyib-gülən, əgər çox böyük stresi varsa içində, ki onu ümumiyyətlə gecə yatanda onunla bir də mübarizə aparmasın o ağrı ilə. | |
Yadından çıxsın və hamını yola salandan sonra rahat yatsın. | |
Yox, elə də ağrımıram axı <laughs>. | |
Oturum başımı qatım ki, onu unudum, xeyr. Qətiyyən. | |
Tozsoran lazımdır ora artıq. <laughs> | |
Aynurum, | |
məncə eqo ilə doğulursan. | |
Mənim tanıdığım qadınlar var ki, onlar qohumlarımdan da var. | |
Heç nə yoxdur ortada. | |
Amma mən belə şok keçirirəm onlar danışanda, onların eqosunu görəndə. | |
Məncə bu nə pul, nə uğurdan, xeyr. | |
İnsan elə doğulur. | |
Elə doğulur. | |
Uşaqlarda da fikir verirəm, bir uşaq baxırsan ki, çox təşəkkür, çox sağ ol mama. | |
Yəni biz elə böyümüşük də. | |
Mama, maaş alanda bizə şokolad alarsan. | |
Amma uşaq da var yerdə oturur deyir ki, sən o şokoladı mənə alacaqsan. | |
Arada bilirsiz, belə bir tədbirlərə məni çağırırlar, çox qəşəng sual verdin. | |
Deyirəm ki, belə paltar geyindirim ki mənə, elə paltar seçək ki, belə belə dayanım. | |
Daha çox pencək geyindirim mənə. | |
Yəni, bir az şax dayanım. | |
Əslində Röya kimdir, onu göstərə bilim. | |
Yenə də gedirəm, 10 dəqiqə içəri girirəm belə, | |
sonra yadımdan çıxır. | |
Ona sarılıram, buna gülürəm, bitmişdir yəni. | |
Ona görə eqo deyilən bir şey səninlə bir yerdə doğulur və səninlə bir yerdə ölür. |
End of preview. Expand
in Data Studio
README.md exists but content is empty.
- Downloads last month
- 13